Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-89/2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının İddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin Cavabdeh qarşı iş üzrə QƏRARİ İş № 2-2(102)-89/2023 Açar sözlər: lizinq müqavilə üzrə pul tələbi 07.03.2023 Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası, hakim Qəribov Bəhman Fərhad oğlunun məruzəsi ilə, hakimlər Bəhram Məmməd oğlu və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, iddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin Cavabdeh qarşı “lizinq müqavilə üzrə pul” tələbinə dair kommersiya mübahisələrinə dair iş üzrə Sumq ayıt Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2022-ci il 12 oktyabr tarixli 2-2(103)-100/2022 saylı qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə yazılı icraat qaydasında baxmışdır. I. İŞİN HALLARİ 1. 2017-ci il 20 dekabr tarixli 08-LA/17 nömrəli müqavilənin (bundan sonra – “Müqavilə”) 1.1-ci bəndindən görünür ki, "xxxx" ASC bu müqavilənin həmin bəndinə əlavə olunmuş cədvəldə göstərilən avadanlıqları qalıq dəyəri lizinq ödəniş qrafikində göstərilən müddətdə və həcmdə ödənildikdən və müvafiq sənədləşmə aparıldıqdan sonra lizinq alanın mülkiyyətinə verilməsi şərti ilə 8 il müddətinə lizinqə verir. Həmin müqavilənin 1.2-ci bəndinə görə, lizinq alan avadanlıqların qalıq dəyərindən 200.000 manat məbləği əvvəlcədən lizinq verənə ödəyir, qalan məbləği isə ödəniş qrafik ində göstərilən müddətdən gec olmayaraq ödəməyi öhdəsinə götürmüşdür. Əvvəlcədən ödənilmiş məbləğ heç bir halda lizinq verən tərəfindən geri qaytarılmır. 2. 2021-ci il 18 may tarixli maliyyə arayışına əlavədən görünür ki, Cavabdeh Müqavilə üzrə 1.358.625 manat məbləğində gecikdirilmiş borcu və 699.845,63 manat məbləğində cərimə borcu vardır. 3. 2021-ci il 25 iyun tarixli 000İPX12117601E5 nömrəli ödəniş qəbzinin surətindən görünür ki, iddiaçı Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi hüquqi yardım göstərilməsi üçün vəkilə 500 manat ödəniş etmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) Birinci instansiya məhkəməsindəki icraat
4. Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi (bundan sonra – “iddiaçı”) 2021-ci il 16 iyul tarixində Cavabdeh (bundan sonra – “cavabdeh”) qarşı iddia ərizəsi ilə Sumqayıt Kommersiya Məhkəməsinə müraciət edərək, Müqavilə üzrə 1.372.625 manat gecikdirilmiş borcun və hesablanmış 699.845,63 manat cərimə borcunun və hüquqi yardımla bağlı 500 manat, cəmi 2.072.970,63 manat pul vəsaitinin cavabehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
5. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, "xxxx" ASC ("xxxx" ASC) ilə Cavabdeh arasında bağlanmış Müqaviləyə əsasən borclu (lizinq alan) satış dəyərinin bir hissəsini əvvəlcədən, qalan hissəsini isə ödəniş qrafikinə uyğun şəkildə ödəmək şərti ilə yuxarıda adıçəkilən müqavilədə göstərilmiş avadanlıqları lizinqə götürmüşdür. Cavabdeh müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri yeri nə yetirməmişdir. Nəticədə cavabdehin maliyyə arayışının tərtib edildiyi 2021-ci il 18 may tarixə Müqavilə üzrə 1.372.625 manat gecikdirilmiş borcu və hesablanmış 699.845,63 manat cərimə borcu yaranmışdır. Cavabdehə öhdəliklərin yerinə yetirilməsi barədə dəfələrlə edilmiş xəbərdarlıqlara baxmayaraq borclu tərəfindən ödənişlər yerinə yetirilməmişdir. Hüquqi yardım göstərilməsi üçün vəkilə də müraciət edilmişdir. Hüquqi yardım göstərilməsi haqqında müqaviləyə əsasən hüquqi yardıma görə haqqın məbləği 500 manat müəyyənləşdirilmişdir. Bu məbləğ də cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.
6. İddiaçının nümayəndəsi və vəkili Vəkil1 iddia tələbinin həcminin azaldılması barədə 2021-ci il 6 oktyabr tarixli ərizə ilə məhkəməyə müraciət edərək Müqavilə üzrə 1.358.625 manat gecikdirilmiş borcun, hesablanmış 699.845,63 manat cərimə borcunun və hüquqi yardımla bağlı ödənilmiş 500 manat, cəmi - 2.058.970,63 manat pulun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
7. İddia tələbinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – “MM”) 427.3, 445.2.1, 465.2, 748-1.12.4-cü; Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – “MPM”) 53-cü maddəsinə istinad edilmişdir.
8. Cavabdehin nümayəndəsi və vəkili Vəkil2 tərəfindən verilmiş vəsatətə əsasən iş üzrə keçirilmiş məhkəmə-mühasibatlıq ekspertizasının 2022-ci il 23 may tarixli 9/566 nömrəli ekspert rəyindən görünür ki, Müqavilə üzrə Cavabdeh 2021-ci il 18 may tarixə iddiaçıya əsas borcu 1.358.628 manat, cərimə borcu isə 699.845,63 manat təş kil edir.
9. Sumqayıt Kommersiya Məhkəməsinin 2022-ci il 1 iyul tarixli e-2-2(119)-27/2022 saylı qətnaməsi ilə iddia qismən təmin edilərək, cavabdehdən Müqavilə üzrə 1.358.625 manat gecikdirilmiş əsas borc və hesablanmış 50.000 manat məbləğində cərimə tutularaq iddiaçıya ödənilməsi; iddianın qalan hissədə təmin edilməməsi; məhkəmə xərclərinin 32%nin iddiaçıya, 68%-nin cavabdehə aid edilməsi, iddiaçı tərəfindən hüquqi yardım göstərilməsinə görə vəkilə ödənilmiş 500 manat məbləğində xidmət haqqının 32%-nin iddiaçıya, 68%-nin cavabdehə aid edilməsi, cavabdehdən vəkilə ödənilmiş xidmət haqqının əvəzi olaraq 340 manat pulub tutularaq, iddiaçıya ödənilməsi, məhkəmə ekspertizası xərcini təşkil edən 200 manat məbləğin 64 manatının iddiaçıya, 136 manatının cavabdehə aid edilməsi, iddiaçıdan 64 mana t, cavabdehdən 136 manat pulun tutularaq Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməsi, cavabdehdən 20,4 manat dövlət rüsumunun tutularaq Dövlət Büdcəsinə ödənilməsi qət edilmişdir (hakim – X.Tağıyev).
10. Məhkəmə hesab etmişdir ki, cavabdeh lizinq müqaviləsi əsasında iddiaçıdan lizinq obyekti olan avadanlıqları istifadə etmək hüququna malik olduğu kimi, eyni zamanda, göstərilən müqavilə əsasında lizinq məbləğini iddiaçıya qaytarmalı olmasına dair vəzifənin daşıyıcısı olmuşdur. Lakin cavabdeh lizinq müqaviləsi əsasında iddiaçıdan kənd təsərrüfatı texnikalarını lizinqə götürməsinə dair hüququndan istifadə etmiş, lizinqə götürülmüş avadanlıqlarla bağlı ödəniş etmək öhdəliyini yerinə yetirməmişdir. Buna görə də, iddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazir liyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi cavabdehdən lizinqə verilmiş avadanlıqlarla bağlı yaranmış borcu tələb etməkdə haqlıdır.
11. İddiaçının istinad etdiyi hallar iş materialları ilə təsdiq olunur. Buna görə də iddia əsas borcun tələb olunan hissədə təmin olunmalıdır.
12. Həmçinin məhkəmə qeyd etmişdir ki, Müqavilə üzrə əsas borc 1.358.625 manat olduğu halda, 699.845,63 manat cərimə hesablanması tənasübsüz surətdə yüksək olduğuna görə cərimə borcu 50.000 manata qədər azaldılmalıdır.
13. Məhkəmə mövqeyini MM-in 385.1, 386.1, 427.2, 442, 462.1, 467, 747.1, 748-10.1ci; MPM-in 14.2, 77, 107, 119, 217.4-cü maddələrinə istinad etməklə əsaslandırmışdır.
14. Cavabdeh 2022-ci il 28 iyul tarixində həmin qətnamədən apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi, iddianın təmin edilmə məsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
15. Sumqayıt Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2022-ci il 12 oktyabr tarixli 2-2(105)-100/2022 saylı qətnaməsi ilə cavabdehin apellyasiya şikayəti təmin olunmamış, birinci instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılması qət edilmişdir (sədrlik edən – İ.Dəmirov, hakimlər – F.Məmmədov və Z.Məmmədov).
16. Apellyasiya instansiyası məhkəməsi işin müəyyən olunmuş faktiki hallarına mübahisənin maddi hüquqi əsasları baxımından qiymət verərkən hesab etmişdir ki, lizinq müqaviləsinin şərtlərinə və təyinatına uyğun vəziyyətdə ona təhvil verilən lizinq obyekti əmlakdan istifadəyə görə müqavilə ilə müəyyənləşdirilmiş dövriliklə muzd ödənilməsi ilə bağlı öhdəli yi pozaraq, lazımınca icra etməyən, onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar və öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyan cavabdeh müqavilə üzrə iddiaçıya olan borcunu ödəməlidir. Bu mənada məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri ilə razılaşmır. Müqavilə imzalandığı andan onun tərəflərinə münasibətdə qüvvəyə minərək, məcburilik ifadə etmiş və hüquqi nəticələr doğurmuşdur. Müqavilənin cavabdeh barəsində yaratdığı hüquqi nəticələrə görə cavabdeh iddiaçı ilə razılaşdırdığı cədvələ uyğun qaydada sabit dövri olaraq haqq ödəməli olsa da, bu öhdəliyini yerinə yetirməmişdir. Odur ki, şikayətdə lizinqə verilmiş avadanlığın ondan əvvəl başqa şəxslərə verilməsi, həmin avadanlığın real olaraq 10 il müddətində nasazlıq olmadan i stehsalat dayanmadan potensial olaraq mütəmadi işlək vəziyyətdə istifadə oluna bilinməsi məsələsinə aydınlıq gətirilməməsi sonuncunu Müqavilə ilə üzərinə götürdüyü məsuliyyətdən azad etmir.
17. Müqavilə üzrə lizinq obyektlərinin dəyərinin düzgün müəyyən edilməməsinə və buna görə lizinq müqaviləsinin etibarsızlığına dair cavabdehin dəlilini məhkəmə kollegiyası əsassız hesab etmişdir. Belə ki, lizinq müqaviləsi 2017-ci il 20 dekabr tarixdə bağlandığı halda, həmin dəlilin 4 il sonra irəli sürülməsi MM-in 354.2-ci maddəsinin tələbləri baxımından əsassızdır. Həmin maddəyə görə maraqlı şəxs əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər.
18. Bundan əlavə lizinq avadanlığının düzgün quraşdırılıb texniki göstəricilərə riayə t olunmaqla “... istifadəyə tam hazır işlək vəziyyətdə...” cavabdehə təhvil verilməsi bu barədə tərtib edimiş aktla təsdiq olunur.
19. Həmçinin, məhkəmə kollegiyası qeyd etmişdir ki, birinci instansiya məhkəməsi tənasübsüz miqdarda yüksək məbləğdə müəyyən edilmiş 699.845,63 manat cərimənin kreditorun əsassız varlanmasına səbəb olması və bunun yolverilməzliyi ilə əlaqədar həmin cərimə (dəbbə pulu) miqdarının 50.000 manata qədər azaldılması barədə düzgün qənaətdə olmuşdur.
20. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni birinci instansiya məhkəməsinin istinad etdiyi maddələri (bax yuxarıda §13), həmçinin MM-in 460.1, 462.3-cü maddələri ilə əsaslandırmışdır.
21. Qətnamə 2022-ci il 21 oktyabr tarixində tərəflərin elektron kabinetinə yerləşdirilmiş, həmçinin 2022-ci il 24 oktyabr tarix li məktubla cavabdehə göndərilmişdir.
22. Cavabdeh 2022-ci il 22 dekabr tarixində həmin qətnamədən kassasiya şikayəti vermiş, qətnaməni ləğv edib, işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri
23. Azərbaycan Respublikası Konstitusiyası və “İnsan hüquqlarının və X3 haqqında” Avropa Konvensiyası və məhkəmə qərarlarının tələbləri pozulmuşdur. Apellyasiya şikayətində qeyd edilən ekspert rəyləri nəticəsində avadanlıqların texniki cəhətdən lizinqə verildiyi vaxtda yeni olub-olmaması, saz olub-olmaması, uzunmüddətdə istehsalatda yararlı olub-olmaması və ümumi qiymət müəyyən edildikdən sonra, aldatmaqla yeni avadanlıqlar adı ilə köhn ə avadanlıqlar üçün lizinq müqaviləsi üzrə qalıq qalmış borcun yenidən hesablanması təmin edilərək yeni qətnamə qəbul edilməsi tələblərinə baxılsa da, heç bir müraciət təmin olunmayıb.
24. MM-in 14.2.6, 21, 157, 388, 420.2, 425.1, 425.2, 462.1, 465.1, 581.1, 581.4, 582.1, 584, 587.1, 587.4, 588.1, 748-6.1, 1096, 1097-ci maddələrinin tələbləri pozulmuşdur. Apellyasiya şikayətində əsaslandırılmış ciddi və kobud pozuntularla üzləşdiyimizi bildirsək də qətnamədə qeyd etdiyimiz maddi və prosessual pozuntulardan bəhs edilmir. Məhkəmə prosesi vaxtı nəyi müdafiə etməyimiz aydın deyil. Qətnamədə yalnız iddiaçının xeyrinə olan 3 sənədə hüquqi qiymət verilib.
25. Digər pozuntu odur ki, qətnamədə müqavilənin etibarsızlığına dair maddi hüquq normalarına istinad edilməklə etibarsızlıqla bağlı iddia müdd ətinin tətbiqi ilə bağlı maddi hüquq normalarının tətbiqində səhvə yol verilmişdir. Çünki, cavabdeh nə ilkin məhkəmə prosesində, nə də apellyasiya şikayətində müqavilənin etibarsızlığı ilə bağlı hər hansı müddəaya istinad etməmiş və tələb irəli sürməmişdir. Yalnız, vəkil kimi araşdırma apardıqdan sonra rəsmi sənədləri araşdırırarkən etibarlı sübutları aşkar etdiyimizi və müqavilədə qeyd edilən yeni avadanlıqlar adı ilə verilməsi, onlar üçün qeyd edilən məbləğin şişirdilmiş olması, avadanlıqların öncədən istifadəyə verilməsi, nasazlıqların olması, nasazlıqlara görə xeyli miqdarda kənd təsərrüfatı mallarının ziyan olması, zərərə düşmə, səbəbi ilə bağlı tələb edilən pul məbləğinin həddən artıq şişirdilmiş olması, verilmiş qüsurlu malın dəyərinə uyğun olmadığını sübut etmək üçün ekspertiza k eçirilməsini tələb etmişdik. Ona görə müqavilənin etibarsızlığı və buna görə iddia müddəti ilə bağlı maddi hüquq normasının tətbiqi aşkar səhvdir. Cavabdehin müraciətlərinin heç birinin qanuni əsaslandırmadan, əsassız hesab edilərək rədd edilməsi, cavabdehin müraciətlərinə etinasızlıq göstərilməsi, faktların sübut edilməsi üçün avadanlıqların məhkəmə-əmtəəşünaslıq, məhkəmə-texniki ekspertizalarının ayrı-ayrılıqda keçirilməsi barədə müraciətə, hansı ki, bumüraciətlərin təmin edilməsi birbaşa iddia tələbinin yarı-yarıya azaldılmasına birbaşa təsir etdiyi halda, heç bir hüquqi münasibət bildirməməsi, bu xahişin rədd edilməsinin hüquqi əsaslandırılmaması, bilavasitə tərəflərdən birinə üstünlük verilərək “qanun qarşısında bərabər olma”, “ədalətli olma”,“həqiqətimüəyyən etmə” prinsiplərinin pozu lması ilə cavabdehin vəziyyətinin daha ağırlaşmasına səbəb olub.
26. Cavabdehin təqdim etdiyi sübutlara məhkəmə tərəfindən tam hüquqi qiymət verilməyib, ziddiyyətlər müəyyən edilsə də, onlar obyektiv araşdırılmayıb. Prosessual pozuntular ilə birgə, həm də, maddi hüquq normlarını düz tətbiq etməyib. Nəticədə ehtimala, dayanan, təhrif edilmiş, qərəzli səhv əsaslandırılmış qətnamə qəbul edilib. İş üzrə hüquq normaları düz tətbiq edilmədiyindən, Plenum qərarlarında qeyd edilən ədalətli yanaşma prinsipi tətbiq edilmədiyindən cavabdehin istehlakçı - alıcı və sahibkar kimi avadanlıqlar olan əmlakı öz real dəyərində qəbul etmək, ondan faydalanmaq hüququ, həm də həmin avadanlıqların mütəmadi pozulması nəticəsində içində saxlanılan kənd təsərrüfatı mallarının xarab olması nəticəsində maddi zərər çək məsi və bu zərərin ödənilməməsi ilə bağlı əmlak hüququ məhkəmə tərəfindən pozulub. Ona görə məhkəmə qətnaməsi ləğv edilməlidir. İş üzrə həqiqətin müəyyən edilməsi üçün cavabdehin pozulmuş hüquqlarını bərpa edən ziyan vurmayan həqiqəti əks edən, qərəzsiz, qanuni, əsaslı, ədalətli qətnamə qəbul edilməsi üçün iş materialları təkrar araşdırılması üçün apellyasiya instansiya məhkəməsinə göndərilməlidir.
27. MPM-in 1.3, 9, 14.1, 60, 88, 97.1, 103.1, 217, 372, 385.1, 389, 414, 416, 417.1, 418ci maddələrinin tələbləri pozulmuşdur – Məhkəmə cavabehə münasibətdə qərəzlidir. Ona görə birinci instansiya məhkəməsinin qətnaməsində göstərilmiş nəticələri işin hallarına uyğun gəlmədiyindən və etibarsızlığa dair maddi hüquq normaları səhv tətbiq edildiyindən məhkəmə müəyyən edilmiş faktlardan əlavə qeyd ed ilməyən səhv nəticəyə gəlib. Ona görə məhkəmə qətnaməsi ləğv edilməlidir, iş materialları təkrar araşdırılması üçün apellyasiya məhkəməsinə göndərilməlidir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
28. Kassasiya şikayətinə qarşı iddiaçı tərəf 2023-cü il 9 fevral tarixində etiraz təqdim edərək bildirmişdir ki, cavabdehin da qeyd etdiyi kimi, avadanlıqların təhvil verilməsi ilə baglı 2017-ci il 24 dekabr tarixində Akt tərtib edilib. Akta əsasən avadanlıqlar saz vəziyyətdə təhvil verilib. Həmçinin, "xxxx" ASC ilə Cavabdeh arasında bağlanmış 2017-ci il 20 dekabr tarixli 08-LA/17 nömrəli müqavilənin 2.2.9-cu bəndinə əsasən avadanlığın itirilməsi və ya öz funksiyalarının itilməsi Lizinq alanı bu müqavilə üzrə öhdəliklərindən azad etmir.
29. Bundan başqa, məhkəmə digər hallara da münasibə t bildirmiş və apellyasiya şikayətinin dəlilləri ilə razılaşmayaraq haqlı olaraq qeyd etmişdir ki, 2017-ci il 20 dekabr tarixli müqavilə imzalandığı andan onun tərəflərinə münasibətdə qüvvəyə minərək, məcburilik ifadə etmiş və hüquqi nəticələr doğurmuşdur. Müqavilənin cavabdeh barəsində yaratdığı hüquqi nəticələrə görə cavabdeh iddiaçı ilə razılaşdırdığı cədvələ uyğun qaydada sabit dövri olaraq haqq ödəməli olsa da, bu öhdəliyini yerinə yetirməmişdir. Odur ki, şikayətdə lizinqə verilmiş avadanlığın ondan əvvəl başqa şəxslərə verilməsi, həmin avadanlığın real olaraq 10 il müddətində nasazlıq olmadan istehsalat dayanmadan potensial olaraq mütəmadi işlək vəziyyətdə istifadə oluna bilinməsi məsələsinə aydınlıq gətirilməməsi sonuncunu müqavilə ilə üzərinə götürdüyü məsuliyyətdən azad etmir. 3
0. Qeyd olunanları nəzərə alaraq iddiaçı tərəf apellyasiya instansiyası məhkəməsinin qətnaməsini dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlanılmasını xahiş etmişdir. İİ. KASSASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
31. Kassasiya şikayəti vaxtında, yəni apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin təqdim olunduğu gündən 2 ay müddətində verilmiş (MPM-in 405.0.2-ci maddəsi), kassasiya şikayətinin məzmunu MPM-in 407-ci maddəsinin tələblərinə uyğundur. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
32. Cavabdeh apellyasiya məhkəməsinin qətnaməsini bütövlükdə mübahisələndirdiyi üçün, hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam yoxlanılacaqdır (MPM-in 403.1 və 416-cı maddələri).
33. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib-etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir. İİİ. TƏTBİQ EDİLƏN HÜQUQ
34. Azərbaycan Respublikası Mülki Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə
385. Öhdəlik anlayışı 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəki nməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır....” “Maddə
386. Öhdəliklərin əmələ gəlməsi əsasları 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır....” “Maddə
427. Öhdəliyin icrası müddəti... 427.2. Əgər öhdəliyin icrası müddəti təyin edilməyibsə və ya şəraitə görə onu təyin etmək mümkün deyildirsə, kreditor öhdəliyin dərhal icrasını tələb edə bilər, borclu isə onu ağlabatan müddətdə icra etməyə borcludur....” “Maddə
442. Öhdəliyin icra edilməməsi anlayışı Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, i şlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.” “Maddə
460. Öhdəliklərin icrasının təmin edilməsi üsulları 460.1. Öhdəliklərin icrası girov, dəbbə pulu, borclunun əmlakının saxlanması, zaminlik, qarantiya, beh ilə və bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər üsullarla təmin edilə bilər....” “Maddə
462. Dəbbə pulu anlayışı 462.1. Dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona z ərər vurulduğunu sübuta yetirməyə borclu deyildir.... 462.3. Müqavilənin tərəfləri dəbbə pulunun miqdarını sərbəst müəyyənləşdirə bilərlər və bu, mümkün zərərdən çox ola bilər....” “Maddə
467. Məhkəmə tərəfindən dəbbə pulunun azaldılması Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir.” “Maddə
747. Lizinq müqaviləsi 747.1. Lizinq müqaviləsinə görə lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. L izinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur....” “Maddə 748-7. Lizinq müqaviləsinin tərəfləri arasında risklərin bölüşdürülməsi 748-7.1. Lizinq obyekti olan əmlakın zərərin bütün növlərindən qorunması, həmçinin onun məhv edilməsi, itirilməsi, korlanması, talanması, vaxtından əvvəl sıradan çıxması, quraşdırılması və ya istifadəsi zamanı buraxılan səhvlərdən və istismarı zamanı yol verilən risklərdən qorunması ilə bağlı məsuliyyəti, lizinq müqaviləsi ilə ayrı qayda nəzərdə tutulmayıbsa, lizinq obyektinin faktiki qəbulu anından lizinq alan daşıyır....” “Maddə 748-10. Lizinq ödənişləri 748-10.1. Lizinq müqaviləsinin qüvvədə olduğu müddət ərzində həmin müqavilə üzrə ödənişlərin ümumi məbləği lizinq ödənişləri hesab edilir. Lizinq ödənişləri lizinq müqaviləsi üzrə lizinq al ana verilmiş lizinq obyektindən istifadəyə görə onun tərəfindən lizinq verənin xeyrinə həyata keçirilən ödənişlərdir....”
35. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə
14. İş üzrə məhkəmə baxışının prinsipləri... 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir....” “Maddə
77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir....” “Maddə
119. Məhkəmə xərclərinin tərəflər arasında bölüşdürülməsi 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir....” “Maddə
416. Kassasiya instansiyasında işə baxmanın hədləri 416.1. Kassasiya instan siyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.” İV. ALİ MƏHKƏMƏNİN MÖVQEYİ
36. Məhkəmə kollegiyası cavabdehin kassasiya şikayətinin dəlillərinə qiymət verərkən nəzərə alır ki, kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq e dilməsini yoxlayır (MPM-in 416.1-ci maddəsi).
37. Cavabdehin kassasiya şikayətinin dəlilləri əsasən apellyasiya instansiyası məhkəməsi tərəfindən sübutların düzgün qiymətləndirilməməsi ilə bağlı olmaqla, şikayətdə lizinq müqaviləsi əsasında cavabdehə yeni avadanlıq qiymətinə köhnə avadanlıqların verildiyi göstərilmişdir.
38. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlilləri ilə aşağıda göstərilənlərə əsasən razılaşmadığını bildirir.
39. İşin aşağı instansiya məhkəmələri tərəfindən müəyyən olunmuş hallarına görə tərəflər arasında lizinq müqaviləsi bağlanmış, lizinq obyektlərinin lizinq ödəniş qrafiki ilə müəyyən olunmuş həcmdə ödənişlər edildikdən sonra cavabdehin mülkiyyətinə verilməsi şərti ilə onun istifadəsinə verilmişdir.
40. MM-in tələblərinə əsasən, mülki hüquqlar və vəzifələr mülk i qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. Qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr (əmək müqavilələri istisna olmaqla) və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlər mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarındandır (MM-in 14.1, 14.2.1-ci maddələri).
41. Həmçinin, MM-in 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər.
42. Hazırkı halda da, işdən göründüyü kimi tərəflər öz iradə ifadələri əsasında lizinq müqaviləsi bağlamış, cavabdeh lizinq oby ekti olan avadanlıqları istifadəsinə götürərkən və avadanlıqlarının dəyərinin bir hissəsini ödəyərkən onların köhnə avadanlıq olması əsası ilə müqavilənin şərtlərinə etiraz etməmişdir. Habelə, tərəflər arasında avadanlıqların lizinq alana təhvil verilməsinə dair 2017-ci il 24 dekabr tarixli akt rəsmiləşdirilərkən həmin aktda avadanlığın X1 vəziyyətdə təhvil alınaraq lizinq alan cavabdehə təhvil verilməsi öz əksini tapmış həmin akt iddiaçı və cavabdeh, həmçinin A.Abdullayev tərəfindən də imzalası ilə təsdiq olunmuşdur.
43. MM-in 748-7.1-ci maddəsində isə göstərilmişdir ki, lizinq obyekti olan əmlakın zərərin bütün növlərindən qorunması, həmçinin onun məhv edilməsi, itirilməsi, korlanması, talanması, vaxtından əvvəl sıradan çıxması, quraşdırılması və ya istifadəsi zamanı buraxılan səhvlərdən və istismarı zamanı yol verilən risklərdən qorunması ilə bağlı məsuliyyəti, lizinq müqaviləsi ilə ayrı qayda nəzərdə tutulmayıbsa, lizinq obyektinin faktiki qəbulu anından lizinq alan daşıyır.
44. İş materiallarından göründüyü kimi cavabdeh iddiaçıya qarşı müqavilənin etibarsızlığı tələbi ilə məhkəmə qarşısında iddia qaldırmış, lakin Bakı Kommersiya Məhkəməsinin 2022-ci il 16 sentyabr tarixli, e-2-2(113)-5369/2022 saylı qərardadı ilə iddia ərizəsi və ona əlavə olunmuş sənədlər Cavabdeh geri qaytarılmış, həmin qərardaddan şikayət verilməsi və ya təkrar olaraq məhkəməyə iddia ərizəsi ilə müraciət olunması iş materialları ilə müəyyən edilməmişdir. Məhkəmə kollegiyası vurğulayır ki, apellyasiya instansiyası məhkəməsinin müqavilənin etibarsızlığı üzrə kəsici müddətlə bağlı qeyd etdikləri isə i ddia tələbinin təmin olunmasının maddi hüquqi əsasını təşkil etməmiş, yalnız cavabdehin verdiyi izahatlara bildirilmiş münasibətdən ibarət olmuşdur. Bu səbəbdən, kassasiya şikayətinin apellyasiya məhkəməsi tərəfindən müqavilənin etibarsızlığı üzrə iddia müddətinin ilə bağlı maddi hüquq normalarının tətbiqində yanlışlığa yol verilməsinə dair dəlilili əsaslı olmamışdır.
45. Bundan əlavə, MPM-ə əsasən cavabdehin ona qarşı irəli sürülmüş iddiadan müdafiə olunması üçün prosessual müdafiə üsulu da nəzərdə tutulmuşdur. Belə ki, MPM-in 155-ci maddəsində birbaşa göstərilmişdir ki, cavabdeh ilk iddia ilə birlikdə baxılması üçün iddiaya qarşı məhkəməyə qarşılıqlı iddia verməyə haqlıdır. Qarşılıqlı iddianın verilməsi iddia verilməsinin ümumi qaydaları əsasında həyata keçirilir (MPM-in 155.3-cü maddə si). Lakin, iş materiallarından görünür ki, cavabdeh onun barəsində irəli sürülmüş tələbə qarşı birinci instansiya məhkəməsində göstərilən hüquqi müdafiə vasitəsindən istifadə imkanının mövcud olmasına baxmayaraq, onu reallaşdırmamış, yalnız sonradan apellyasiya və kassasiya şikayətlərində müqavilə predmeti olan avadanlıqların köhnə olmasına istinad etmiş, lakin bununla bağlı sübutlarını da aşağı instansiya məhkəmələrinə təqdim etməmişdir.
46. MPM-in 76-cı maddəsinin tələblərinə əsasən, tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sü butlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir (MPM-in 76.1, 76.2-ci maddələri).
47. Həmçinin, kommersiya mübahisələri üzrə məhkəmə icraatı tərəflərin bərabərlik prinsipini əks etdirməklə, hər bir tərəfin üzərinə onun irəli sürdüyü dəlillərinin özü tərəfindən sübut edilməsini ehtiva edir.
48. MPM-nin sübutetmə yükü ilə bağlı müddəalarında aşağıdakılar müəyyən edilmişdir: məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəfl ərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır; qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz (MPM-in 14.2, 77.1, 80, 81-ci maddələri).
49. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi iş materiallarında olan sübutlar və əldə olunmuş məhkəmə ekspertiza rəyləri əsasında düzgün hüquqi qiymətləndirmə aparmış, cavabdeh isə istinad etdiyi dəlilləri təsdiq edən sübutlarını aşağı instansiya məhkəmələrinə təqdim edə bilməmişdir.
50. Cavabdehin kassasiya şikayətinin prosessual hüquq normalarının pozulmasına dair dəlillərinə gəldikdə qeyd edilməlidir ki, prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin ləğv edilməsi üçü n o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün olmayan qətnamə qəbul edilməsi ilə nəticələnsin və ya nəticələnə bilsin (MPM-nin 418.3-cü maddəsi). Kollegiya hesab edir ki, baxılan iş üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən MPM-nin 14, 77.1, 80, 88, 217-ci maddələrinin tələblərinə əməl edilmiş, işdəki sübutlar ətraflı araşdırılmış, prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq qiymətləndirilmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır.
51. Beləliklə, məhkəmə kollegiyası belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılarkən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq edilmiş, qətnamənin ləğvinə əsas olan prosessual hüquq normalarının pozuntusuna yol verilməmişdir. Apellyasiya instansiyası məhkəməsinin qət naməsinin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas yoxdur. Odur ki, apellyasiya instansiyası məhkəməsinin iş üzrə qətnaməsi dəyişdirilmədən saxlanmalı, kassasiya şikayəti isə əsassız olduğundan təmin edilməməlidir.
52. Şərh olunanlara və MPM-in 416-419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin olunmasın. Sumqayıt Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2022-ci il 12 oktyabr tarixli, 2-2(105)-100/2022 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.