Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-89/2024 06.03.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının İddiaçı Cavabdehnə qarşı iş üzrə QƏRARİ Açar sözlər: alğı-satqı müqaviləsi, malların göndərilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası, hakim Qəribov Bəhman Fərhad oğlunun məruzəsi ilə, hakimlər Məmmədli Bəhram Məmməd oğlu və Elşad Şamayev Yaquboviçdən ibarət tərkibdə, İddiaçı Cavabdehnə qarşı “pul tələbi”nə dair iş üzrə Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 13 sentyabr tarixli 2-2(104)199/2023 nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə yazılı icraat qaydasında baxılmışdır. İşin halları 1. "xxxx" Məhdud M əsuliyyətli Cəmiyyəti ilə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında 2018-ci il 13 mart tarixində bağlanmış 0015-HGC-GM/18 nömrəli “Ehtiyat hissələrinin satışı” müqaviləsinə əsasən, satıcı "xxxx" MMC müqavilənin ayrılmaz tərkib hissəsi olan əlavədə (Əlavə 1, Əlavə 2 və s.) göstərilmiş malları alıcı "xxxx" MMC-yə satmağı, alıcı isə bu mallar üçün razılaşdırılmış qiyməti ödəməyi öhdəsinə götürür. Həmin müqavilənin 6.1-ci bəndinə əsasən bu müqavilə hər iki tərəfdən imzalandığı gündən 1 il müddətində etibarlıdır. 2. 2018-ci il 16 noyabr tarixli üzləşmə aktından görünür ki, qarşılıqlı yoxlamaya əsasən “X1” Məhdud Məsuliyyətli Cəmiyyətinin 2018-ci il 15 noyabr tarixə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə əsas borc üzrə 90.320,60 manat, ƏDV üzrə 10.038,21 manat olmaqla, cəmi 100.358,81 manat borcunun olması faktı hər iki tərəfin imzası ilə təsdiq olunmuşdur. 3. “X1” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə göndərilmiş 2020-ci il 15 iyul tarixli üzləşmə aktından görünür ki, qarşılıqlı yoxlamaya əsasən 2020-ci il 30 iyun tarixə əsas məbləğ üzrə 1.120 manat, ƏDV üzrə 201,60 manat olmaqla, cəmi 1.321,60 manat məbləğində borcun olması qeyd edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsindəki icraat
4. İddiaçı (bundan sonra – “iddiaçı”) Cavabdehnə (bundan sonra – “cavabdeh”) qarşı 2023-cü il 1 mart tarixində iddia ərizəsi ilə Gəncə Kommersiya Məhkəməsinə müraciət edərək, iddiaçı ilə cavabdeh arasında 2018-ci il 13 mart tarixində bağlanmış 0015-HGC-GM/18 nömrəli müqaviləyə əsasən 30.315,16 manat borcun və ödənil miş 200 manat mediasiya xərci olmaqla, cəmi 30.515,16 manat məbləğində pulun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
5. İddia tələbi onunla əsaslandırılmışdır ki, müqaviləyə və onun əlavələrinə əsasən cavabdehə iddiaçı tərəfindən ümumi dəyəri 78.451,06 manat olan mal satılmışdır. Bu müqavilənin 2.5-ci maddəsinə əsasən, alıcı əlavədə göstərilmiş malların dəyərinin 100 faiz hissəsini təhvil-təslimdən sonra satıcıya köçürmə yolu ilə 40 iş günü ərzində ödəməlidir. Lakin cavabdeh qeyd olunan məbləğin 48.135,90 manat hissəsini ödəmiş, 30.315.16 manat hissəsini isə ödəməmişdir.
6. İddiaçı tələbinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (bundan sonra – “MM”) 425.1, 427.3, 441.1, 441.4, 448.2-ci maddələrinə, Azərbayc an Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – “MPM”) 150.1.6, 150.2-ci maddələrinə istinad etmişdir.
7. Cavabdeh məhkəməyə ərizə verərək, iddia müddətinin tətbiq edilərək, iş üzrə iddianın rədd olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Eyni zamanda cavabdeh iddiaya etiraz edir və bildirir ki, tərəflər arasında olan üzləşmə aktı 2018-ci il 16 noyabr tarixində imzalanmış, iddiaçı tərəfindən sonuncu elektron qaimə 2018-ci il 13 sentyabr tarixdə göndərilmiş və sonuncu ödəniş barədə sənəd təqdim edilməmişdir. Sonradan əlavə olunan 2020-ci il 15 iyun tarixli üzləşmə aktını cavabdeh tərəfə göndərsələr də, həmin üzləşmə aktında kimin kimə nə qədər borcunun olması müəyyən olunmamışdır. Ola bilər ki, cavabdeh tərəfindən artıq ödəniş edilmiş və iddiaçının cavabdehə borcu qalmışdır. İddiaçı həmin ödənişi 2020-ci il 15 iyun tarixli aktla müəyyən edə bilməmişdir. İddiaçı tərəfindən sonuncu elektron qaimə 2018-ci il 13 sentyabr tarixində göndərilmişdir. İddiaçı sonuncu ödəniş barədə sənədə sənəd təqdim etməmişdir. İddia müddəti ötürüldükdən sonra iddiaçı məhkəməyə müraciət etmiş və bununla bağlı cavabdeh iddia müddəti tətbiq olunmaqla iddia tələbinin rədd edilməsini bildirmişdir.
8. Gəncə Kommersiya Məhkəməsinin 2023-cü il 5 iyun tarixli e-2-2(115)452/2023 nömrəli qətnaməsi ilə iddia tələbi təmin olunmuşdur (hakim – G.Quliyeva).
9. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, tərəflər arasında müqavilə 2018-ci il 13 mart tarixində bağlanmış, iddiaçı müqavilənin ayrılmaz tərkib hissəsi olan əlavədə göstərilmiş malları cavabdehə satmağı, cavabdeh isə mallar üçün razılaşdırılmış qiyməti ödəməyi öhdəsinə götürmüşdür. İddiaçı müqavilə üzrə üzərinə götürmüş olduğu öhdəliyi yerinə yetirmiş, malları cavabdehə vermiş, lakin sonuncu müqavilə üzrə üzərinə götürdüyü öhdəliyi tam olaraq yerinə yetirməmiş və malların dəyərini tam olaraq iddiaçıya ödəməmiş və cavabdehin ona 30.315,16 manat borcu yaranmışdır. İddiaçının təqdim etmiş olduğu sübutlar borcun ödənilməsi barədə tələbin əsaslı olduğunu təsdiq etmişdir. Belə ki, sonuncu qaimə 2018-ci il 13 sentyabr tarixində qarşı tərəfə göndərilmiş, tərəflər arasında 2018-ci il 16 noyabr tarixdə üzləşmə aktı imzalanaraq cəmi 100.358,81 manat borcun olması faktı hər iki tərəfin imzası ilə təsdiq olunmuşdur. Cavabdeh 2020-ci il 15 iyul tarixdə üzləşmə aktına imza edərək borcunun bir hissəsini etiraf etmiş və həmin aktı təsdiq olunması üçün qarşı tərəfə göndərmiş, lakin üzləşmə aktı iddiaçı tərəfindən təsdiq edilməmişdir. İddiaçı tərəfindən 2023-cü il 12 yanvar tarixində mediasiya prosesinin tətbiqi ilə bağlı təklif göndərilmiş, mediator tərəfindən 2023cü il 21 fevral tarixində ilkin mediasiya sessiyasında iştirak edilməməsi ilə bağlı arayış verilmişdir. İddiaçı iddia ərizəsi ilə məhkəməyə 2023-cü il 1 mart tarixdə müraciət etmişdir ki, qanunla müəyyən edilmiş 3 illik müddəti ötürməmişdir.
10. Məhkəmə öz mövqeyini MM-in 372.1, 373.2, 373.3, 377.1, 377.2, 379.4, 379.4-1, 375.2, 380.1, 380.2, 385.1, 386.1, 442, 445.1, 445.2, 448.1, 448.2, 567, 600.1-ci maddələrinə, MPM-in 10-1.3, 14.2, 77.1, 88, 217.3, 218.1-ci maddələrinə istinad etməklə əsaslandırmışdır.
11. Cavabdeh həmin qətnamədən apellyasiya şik ayəti verərək, qətnamənin ləğv edilməsini, iddia tələbinin təmin olunmaması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
12. Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 13 sentyabr tarixli 2-2(104)-199/2023 nömrəli qətnaməsi ilə apellyasiya şikayəti təmin olunmamış, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır (sədrlik edən hakim – Ş.Rzaquliyev, hakimlər – L.Süleymanov və A.Hüseynzadə).
13. Apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi mövqeyi ilə razılaşaraq qeyd etmişdir ki, cavabdehin alğı-satqı müqaviləsinə əsasən iddiaçıdan haqqını sonradan ödəmək şərti ilə almış olduğu malların 30.315,16 manat əsas borc təşkil edən hissəsinin dəyərini sonradan ödəmədiyi məhkəmə iclasında müəyyən edildiyinə görə birinci instansiya məhkəməsi iddia tələbini təmin etməkdə və müqavilə tələbləri üzrə iddia müddəti üç il olduğundan və iddia müddətinin başlanğıcı cavabdeh 2020-ci il 15 iyul tarixdə üzləşmə aktına imza edərək borcunun bir hissəsini etiraf etdiyi tarixdən hesablandığından və iddiaçı müddəti ötürmədən birinci instansiya məhkəməsinə müraciət etdiyindən həmin məhkəmə iddia müddətinin tətbiq edilməsi ilə bağlı ərizəni təmin etməməkdə haqlı olmuşdur. Belə ki, cavabdeh MMC-nin möhürü və səlahiyyətli şəxslərin imzası ilə təsdiq edilmiş üzləşmə aktını 2020-ci il 15 iyul tarixdə iddiaçıya göndərməklə iddiaçıya borcunun olduğunu etiraf etmişdir. Cavabdeh iddiaçı tərəfindən müvafiq iddia ilə məhkəməyə müraciət edilməsi üçün iddia müddətinin buraxıldığını mü bahisələndirmişdir. Halbuki, məhkəmə iclasında araşdırılmış sübutlarla iddiaçının müvafiq iddia ilə məhkəməyə iddia müddəti başa çatmamış müraciət etdiyi təsdiq olunmuşdur. Alğı-satqı müqaviləsindən və müqaviləyə Əlavədən tərəflər arasında bağlanmış müqavilə və müqavilənin məbləği aşkardır. İddiaçının təqdim etmiş olduğu elektron qaimələrdən göründüyü kimi iddiaçı 78.451,06 manat dəyərində malları cavabdehə göndərilməsi ilə bağlı elektron qaimələri sonuncuya ötürmüşdür. İddia ərizəsindən isə göründüyü kimi, cavabdeh 2018-ci il 13 mart tarixli 0015-HGC-GM/18 nömrəli müqavilə üzrə aldığı malların dəyərindən 48.135,90 manat hissəsini ödəmiş, 30.315,16 manat hissəsini isə ödəməmişdir. Cavabdeh tərəf isə öhdəliyini tam icra etməsi ilə bağlı məhkəməyə sübut təqdim etməmişdir.
14. Apellyasiya ins tansiya məhkəməsinin istinad etdiyi maddi və prosessual hüquq normaları birinci instansiya məhkəməsinin istinad etmiş olduğu hüquq normaları ilə eynilik təşkil etmiş və əlavə olaraq MM-in 598.1, 443.1, 600.4-cü maddələrinə, “C.Əzimovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2 aprel 2018-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumun 2018-ci il 28 noyabr tarixli Qərarına istinad etməklə əsaslandırmışdır.
15. Cavabdeh kassasiya şikayəti verərək, həmin qətnamənin ləğv edilməsini, iddia tələbinin təmin olunmaması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətin in dəlilləri
16. MM-in 372, 373.2, 375.2-ci maddələrinin tələbləri pozulmuşdur. Belə ki, iddiaçı ilə cavabdeh arasında 2018-ci il 13 mart tarixində bağlanmış 0015-HGCGM/18 nömrəli alğı – satqı müqaviləsi ilə əlaqədar müvafiq üzləşmə aktı 2018-ci il 16 noyabr tarixində imzalanmış, cavabdeh isə 2019-cu il 4 oktyabr tarixdə iddiaçıya son ödənişi həyata keçirmişdir. İddiaçı 2023-cü il 12 yanvar tarixdə ilkin mediasiya sessiyasında iştirak etmək üçün cavabdehə təklif göndərmişdir. Göründüyü kimi iddiaçı son ödəniş tarixindən 3 il müddət keçdikdən sonra cavabdehə müvafiq təklif göndərmişdir ki, bu da iddiaçının hazırkı tələbi üzrə iddia müddətinin keçməsinə dəlalət etmişdir. 2020-ci il 15 iyul tarixli üzləşmə aktında iddiaçının və ya cavabdehin bir – birlərinə olan debitor/kredit borcu müəyyən o lunmamış, yəni akt düzgün tərtib edilməmişdir. Apellyasiya məhkəməsi iddia müddətinin tətbiqi barədə cavabdehin ərizəsini nəzərə almamış, tətbiq etməli olduğu maddi hüquq normasını tətbiq etməyərək hüquq normasının pozuntusuna yol vermişdir.
17. MPM-in 88, 417.1, 417.1.4-cü maddələrinin tələbləri pozulmuşdur. Məhkəmə iş üzrə təqdim olunmuş sübutlara tam və ətraflı baxaraq həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verməli olduğu halda, yalnız özünün subyektiv mülahizəsinə əsaslanaraq qiymətləndirmə aparmışdır. Lakin iddiaçı cavabdehin borcu ilə bağlı məhkəməyə mötəbər sübut təqdim edə bilməmişdir. Apellyasiya məhkəməsi maddi hüquq normasından əlavə, həmçinin prosessual hüquq normasının pozuntusuna yol verməklə iş üzrə düzgün olmayan məhkəmə aktı qəbul etmiş və məhkəmə qətnaməsinin kassasiya qaydasında ləğv olunmasına hüquqi əsas yaranmışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
18. İddiaçı kassasiya şikayətinə qarşı etiraz təqdim edərək bildirmişdir ki, cavabdeh sonuncu ödənişin 2019-cu il 4 oktyabr tarixində olduğuna əsaslanaraq, hazırkı iddia üzrə iddia müddətinin ötürülməsini qeyd etmişdir. Lakin cavabdehin bu iddiası üzrə iddiaçı tərəfindən məhkəməyə 2020-ci il 15 iyul tarixli üzləşmə aktı sübut kimi təqdim edilmiş və tərəflər arasında faktiki borc münasibəti, cavabdehin etirafı iddia müddətinin tətbiqi barədə ərizənin əsassızlığı sübut olunmuşdur. İddiaçı tərəfindən məhkəməyə həm elektron qaimələr, həm müvafiq hesabdan çıxarışlar təqdim edilərək, cavabdehin bütün ödənişləri tam ətraflı təqdim olunmuşdur. Cavabdeh öz qalıq borc unun ödənilməsini əsaslandırmaq üçün heç bir ödənişə dair sənəd təqdim etməmişdir. Kassasiya baxışının hədləri
19. Apellyasiya məhkəməsinin qətnaməsi bütövlükdə mübahisələndirildiyi üçün, hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır (MPM-in 403 və 416-cı maddələri).
20. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib-etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətlən dirilməməlidir. Tətbiq edilən hüquq
21. Azərbaycan Respublikası aşağıdakılar nəzərdə tutulur: Mülki Məcəlləsinin müvafiq müddəalarında “Maddə
372. İddia müddəti anlayışı 372.1. Başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir....” “Maddə
373. İddia müddətləri... 373.2. Müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. 373.3. Vaxtaşırı icra edilməli öhdəliklərdən irəli gələn tələblər üzrə iddia müddəti üç ildir....” “Maddə
375. İddia müddətinin tətbiqi... 375.2. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır.” “Maddə
377. İddia müddətinin başlanması 377.1. İddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Bu qaydadan istisnalar bu Məcəllə ilə müəyyənləşdirilir. 377.2. İcra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlanır....” “Maddə
379. İddia müddəti axımının dayandırılması... 379.4. Müddətin dayandırılmasına əsas vermiş halın sona çatdığı gündən müddətin axımı davam edir. Müddətin qalan hissəsi altı aya qədər uzadılır, iddia müddəti altı aya bərabər və ya altı aydan az olduqda isə iddia müddətinə qədər uzadılır. 379.4-1. Mediasiya prosesinin tətbiqi ilə əlaqədar dayandırılmış iddia müddətinin axımı “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş tarixdən davam edir....” “Maddə
380. İddia müddəti axımının kəsilməsi... 380.1.Müəyyənləşdirilmiş qaydada iddia irəli sürüldükdə, habelə borclu şəxs borcu etiraf etməsini göstərən hərəkətlər etdikdə iddia müddətinin axımı kəsilir....” “Maddə
385. Öhdəlik anlayışı 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır....” “Maddə
386. Öhdəliklərin əmələ gəlməsi əsasları 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nətic əsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır....” “Maddə
442. Öhdəliyin icra edilməməsi anlayışı Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.” “Maddə
443. Öhdəliyin icra edilməməsi ilə vurulan zərərin əvəzinin ödənilməsi 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur....” “Maddə
445. Borclunun icranı gecikdirməsi 445.1. İcranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır....” “Maddə
448. Öhdəliklərin icra edilməməsi üçün borclunun məsuliyyəti 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir....”
22. Azərbaycan Respublikası Mülki-Prosessual müddəalarında aşağıdakılar nəzərdə tutulur: Məcəlləsinin müvafiq “Maddə
14. İş üzrə məhkəmə baxışının prinsipləri... 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir....” “Maddə
77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir....” “Ma ddə
88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.” “Maddə
217. Qətnamənin qanuniliyi və əsaslılığı... 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır....” “Maddə
218. Qətnamə çıxarıldıqda həll edilən məsələlər 218.1. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir....” “Maddə
416. Kassasiya instansiyasında işə baxmanın hədləri. 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.” 23. “Mediasiya haqqında” Azərbaycan müddəalarında aşağıdakılar nəzərdə tutulur: Respublikası Qanununun müvafiq “Maddə
35. İddia müddətlərinin axımının dayandırılması 35.1. Mediasiya prosesinin tətbiqi tərəflər arasında mübahisə üzrə qanunla nə zərdə tutulan iddia müddətinin axımının dayandırılmasına səbəb olur. 35.2. Mediasiya prosesi nəticəsində tərəflər arasında barışıq sazişi imzalanmazsa, mübahisə üzrə iddia müddətinin axımı bu Qanunun 32.4.2-ci maddəsində nəzərdə tutulan tarixdən bərpa olunmuş hesab olunur”. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
24. MPM-in 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunmasını yoxlayır.
25. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir.
26. İş materiallarını hərtərəfli, tam və obyektiv surətdə araşdıraraq məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilməli və iş təkrar baxılması üçün həmin məhkəməyə qaytarılmalıdır.
27. Belə ki, iş materiallarında olan 2018-ci il 05 iyun tarixli 639683 nömrəli elekrton qaiməyə əsasən 40769,30 manat, 2018-ci il 17 avqust tarixli 428360 nömrəli elekrton qaiməyə əsasən 19801,57 manat, 2018-ci il 13 sentyabr tarixli 070748 nömrəli elektron qaiməyə əsasən isə 17880,19 manat olmaqla, cəmi 78451,06 manat dəyərində mallar iddiaçı tərəfindən cavabdehə göndərilmişdir. 28. 2018-ci il 16 noyabr tarixli üzləşmə aktından görünür ki, qarşılıqlı yoxlamaya əsasən cavabdehin 2018-ci il 15 noyabr tarixə iddiaçıya əsas borc üzrə 90.320,60 manat, ƏDV üzrə 10.038,21 manat olmaqla, cəmi 100.358,81 manat borcunun olması faktı hər iki tərəfin imzası ilə təsdiq olunmuşdur.
29. Cavabdeh 2019-cu il 4 oktyabr tarixdə iddiaçıya son ödənişi həyata keçirmişdir. 30. 2020-ci il 15 iyul tarixli üzləşmə aktında qarşılıqlı yoxlamaya əsasən 2020-ci il 30 iyun tarixə əsas məbləğ üzrə 1.120 manat, ƏDV üzrə 201,60 manat olmaqla, cəmi 1.321,60 manat məbləğində qalıq olması qeyd edilmişdir. Həmin akt yalnız cavabdehin möhürü və səlahiyyətli şəxslərinin imzası ilə təsdiq edilmişdir.
31. İddiaçı bildirir ki, cavabdeh 2018-ci il 13 mart tarixli 0015-HGC-GM/18 nömrəli müqa vilə üzrə aldığı malların dəyərindən 48.135,90 manat hissəsini ödəmiş, 30.315,16 manat hissəsini isə ödəməmişdir.
32. Cavabdeh isə iddia müddətinin tətbiq edilməsi barədə ərizə verərək, bildirir ki, tərəflər arasında olan üzləşmə aktı 2018-ci il 16 noyabr tarixdə imzalanmış, iddiaçı tərəfindən sonuncu elektron qaimə 2018-ci il 13 sentyabr tarixdə göndərilmişdir, sonuncu ödəniş barədə sənəd təqdim edilməmişdir. Sonradan əlavə edilən 2020-ci il 15 iyul tarixli üzləşmə aktını onlar qarşı tərəfə göndərsələr də, həmin aktda kimin kimə nə qədər borcunun olması bilinmir. Ola bilər ki, onun tərəfindən artıq ödəniş edilmiş və iddiaçının ona borcu qalmışdır. Onlar bunu həmin aktla müəyyən edə bilmir. Ona görə də iddia müddəti tətbiq olunmaqla iddia rədd edilməlidir.
33. İşdən görünür ki, iddiaçı 202 3-cü il 12 yanvar tarixdə ilkin mediasiya sessiyasında iştirak etmək üçün cavabdehə təklif göndərmişdir.
34. İddiaçı iddia ərizəsi ilə xx.xx.2023-cü il tarixdə məhkəməyə müraciət etmişdir.
35. Apellyasiya instansiya məhkəməsi cavabdehin möhürü və səlahiyyətli şəxslərin imzası ilə təsdiq edilmiş 2020-ci il 15 iyul tarixli üzləşmə aktına istinad edərək, həmin aktla sonuncunun 1.321,60 manat qalıq borcunun olmasını etiraf etməsini, ümumilikdə 30.315,16 manat tələb üzrə iddia müddətinin axımının kəsilməsi kimi qiymətləndirmiş və bununla da iddiaçı tərəfindən 3 illik iddia müddətinin ötürülməməsi qənaətinə gəlmişdir.
36. İddia müddətinə münasibətdə məhkəmə kollegiyasının mövqeyi aşağıdakılardan ibarətdir.
37. Belə ki, MM-in 372.1 və 372.2-ci maddələrinin tələblərinə görə başqa şəxsdən hər han sı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır.
38. MM-in 373.2-ci maddəsinə əsasən müqavilə tələbləri üzrə iddia müddəti üç ildir.
39. MM-in 375.2-ci maddəsinə görə məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır.
40. MM-in 380.1-ci maddəsinə görə müəyyənləşdirilmiş qaydada iddia irəli sürüldükdə, habelə borclu şəxs borcu etiraf etməsini göstərən hərəkətlər etdikdə iddia müddətinin axımı kəsilir. 41. “C.Əzimovun şikayəti üzr ə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2 aprel 2018-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 28 noyabr 2018-ci il tarixli qərarında göstərilmişdir ki, mülki qanunvericilik iddia müddətinin axımının kəsilməsinin iki əsasını nəzərdə tutur: müəyyənləşdirilmiş qaydada iddia irəli sürülməsi; borclunun borcu etiraf etməsini göstərən hərəkətlər etməsi. Borclu şəxsin borcu etiraf etməsini göstərən və təsdiqləyən hərəkətləri müxtəlif formada ifadə oluna bilər. Borcun etiraf olunması hallarına: borcun qismən ödənilməsi, əsas borc üzrə faizin köçürülməsi, kreditora borcun etirafını nəzərdə tutan məktub, teleqram göndərilməsi, öhdəliyin icrası ü çün möhlət istənməsi və digər mühüm hallar aid edilə bilər.
42. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Stanyo Belçikaya qarşı” iş üzrə 2009-cu il 7 iyul tarixli Qərarında göstərilmişdir ki, qanunvericilikdə müəyyən olunan iddia müddətinin məqsədi hüquqi müəyyənlikdir. Belə ki, potensial cavabdehləri vaxtı ötmüş tələblərdən qoruyur və məhkəmələri müəyyən zaman keçdikdən sonra qeyri-müəyyən və natamam sübutlara əsaslanmaqla qərar çıxarmaq zərurətindən azad edir.
43. Əvvəla məhkəmə kollegiyası qeyd edir ki, tərəflər arasında qarşılıqlı surətdə tərtib olunmuş əvvəlki 2018-ci il 16 noyabr tarixli üzləşmə aktından fərqli olaraq, sonuncu üzləşmə aktında iddiaçı və cavabdehin biri-birilərinə olan kreditor/debitor borcları aydın qeyd olunmamışdır. Həmin halı cavabdeh də mübahisələndirmişdir. Göründ üyü kimi həmin akt əsasında qalıq kimi göstərilmiş 1321,60 manatın birmənalı şəkildə məhz cavabdehin iddiaçıya borcunun olması qənaətinə gəlmək qeyri-mümkündür.
44. Həmçinin kollegiya qeyd edir ki, işə baxan apellyasiya instansiyası məhkəməsi bu aktda qeyd edilən 1321,60 manatın hazırda tələb olunan 30.315,16 manatı əhatə edib-etmədiyini araşdırmamışdır.
45. Göründüyü kimi apellyasiya instansiyası məhkəməsi 2020-ci il 15 iyul tarixli üzləşmə aktını iddia müddətinin axımının kəsilməsinə səbəb olan mötəbər sübut kimi qəbul etmiş, lakin nəzərə almamışdır ki, etiraf kimi sayılsa belə cavabdeh həmin aktla bütün tələb olunan borcu deyil, yalnız 1321,60 manatı göstərmişdir.
46. Belə olan halda məhkəmə həmin aktda qeyd olunan 1321,60 manatın hazırda tələb olunan 30.315,16 manatı əhatə edib-etməməs ini araşdırmalı, iddiaçının 2020-ci il 15 iyul tarixli üzləşmə aktını qəbul edib-etməməsini, aktı qəbul etdiyi halda ona qarşı hər hansı etiraz verib-verməməsini, aktın məhkəmə tərəfindən etiraf kimi qəbul edildiyi təqdirdə, onunla əlaqədar 3 illik iddia müddətinin iddia tələbini (30.315,16 manatı) tam həcmdə əhatə edib-etməməsi məsələsini mülki qanunvericiliyin iddia müddətləri ilə bağlı tənzimlədiyi qaydalara uyğun olaraq müzakirə edərək, qiymətləndirməklə həll etməli idi.
47. Göründüyü kimi apellyasiya məhkəməsi həqiqətə nail olmaq üçün tam, hərtərəfli və obyektiv araşdırma aparmamış, sübutların qiymətləndirilməsi ilə bağlı qanunvericiliklə məhkəmələrə verilmiş səlahiyyətlərindən lazımi həcmdə istifadə etməmişdir.
48. Halbuki, MPM-nin 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, q ərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
49. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun A.Şoşanovun şikayəti üzrə 2015-ci il 11 fevral tarixli və F.Şirinovun şikayəti üzrə 2016-cı il 16 noyabr tarixli Qərarlarında göstərilmişdir ki, məhkəmə tərəfindən həqiqətə nail olunması üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şəraitin yaradılmaması, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hüquq normalarına müvafiq olaraq qiymətləndirilməməsi və bununla da qəbul edilən məhkəmə aktlarının qanunilik və əsaslılıq meyarlarına cavab verməməsi bu aktların əsaslı olmasını şübhə altına alır.
50. Azərbaycan R espublikası Konstitusiya Məhkəməsi Plenumunun 31 may 2006-cı il tarixli, 11 iyun 2018-ci il tarixli qərarlarında sübutların qiymətləndirilməsi ilə bağlı məsələyə qiymət verilərkən göstərilmişdir ki, “məhkəmə özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır.
51. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun məzmunu qətnamədə şərh edilməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilib-edilməməsinin səbəbləri aydın göstərilməlidir. 52. “Məhkəmə, sübutların qiymətləndirilməsinin nəticələrini öz qərarlarında ətraflı və aydın şəkildə əks etdirməlidir. Məhkəmə prosesinin işt irakçıları tərəfindən təqdim edilmiş bütün sübutların qəbul edilməsinin və ya edilməməsinin motivləri, o cümlədən qərarın əsaslandırılması üçün hər hansı sübutların əsas götürülməsi və digər sübutların rədd olunmasının əsasları, həmçinin bir sübuta münasibətdə digər sübuta üstünlük verilməsinin əsasları aydın göstərilməlidir.”
53. MPM-in 76.1-ci maddəsinə əsasən, tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə işti rak edən şəxslərin izahatları ilə müəyyən edilir (76.2-ci maddə).
54. MPM-in 77.3-cü maddəsinə görə, işdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər.
55. MPM-nin 217.3-cü maddəsinin tələbinə görə, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
56. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli Qərarında göstərilmişdir ki, qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şər h edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun.
57. Buradan göründüyü kimi, məhkəmənin qətnaməsi o halda əsaslı sayılır ki, məhkəmənin iş üzrə gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki hallar aydınlaşdırılsın, məhkəmə tərəfindən müəyyən edilmiş və iş üçün əhəmiyyətli olan hallar sübut olunsun, qətnamədə göstərilən nəticələr işin faktiki hallarına uyğun gəlsin.
58. Məhkəmə kollegiyası hesab edir ki, sübutların lazımi qiymətləndirilməsi, iş üzrə bütün faktiki halların araşdırılması əsaslı qətnamə çıxarılması baxımından mühüm əhəmiyyət kəsb edir. Məhkəmə qərarlarında sübutların qiymətləndirilməsinin nəticələri geniş şəkildə əks olunmalı, sübutların qəbul edilməsinin və ya rədd olunmasının səbəbləri və əsasları göstərilməli, əldə edilən nəticə bilavasi təlik prinsipinin tələblərinə cavab verməlidir. Məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların araşdırılmaması məhkəmə qətnaməsinin ləğv olunması üçün əsasdır.
59. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə yenidən baxarkən: 1. 2020-ci il 15 iyul tarixli üzləşmə aktında qeyd olunan 1321,60 manatın hazırda tələb olunan 30.315,16 manatı əhatə edib-etməməsini araşdırmalı, 2. iddiaçının 2020-ci il 15 iyul tarixli üzləşmə aktını qəbul edib-etməməsini, aktı qəbul etdiyi halda ona qarşı hər hansı etiraz verib-verməməsini, 3. aktın məhkəmə tərəfindən etiraf kimi qəbul edildiyi təqdirdə, onunla əlaqədar 3 illik iddia müddətinin iddia tələbini (30.315,16 manatı) tam həcmdə əhatə edib-etməməsi məsələsini mülki qanunvericiliyin iddia müddətlə ri ilə bağlı tənzimlədiyi qaydalara uyğun olaraq müzakirə edərək, qiymətləndirməklə həll etməlidir.
60. MPM-in 418.1-ci maddəsinə əsasən maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır.
61. MPM-nin 417.1.3-cü maddəsinə görə kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərə bilər.
62. Məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti təmin edilməli, Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 13 sentyabr tarixli 2-2(104)-199/2023 nömrəli qətnaməsi ləğv edilməli, iş yenidən baxılması üçün apellyas iya instansiyası məhkəməsinə qaytarılmalıdır.
63. Göstərilənlərə əsasən və MPM-in 417-419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilsin. Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 13 sentyabr tarixli 2-2(104)-199/2023 nömrəli qətnaməsi ləğv edilsin. İş yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə qaytarılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.