Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-9/2020 09.01.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi İnzibati-İqtisadi Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-iqtisadi X1 Hüseynov (sədrlik edən, məruzəçi), hakimlər Rahib Sahib oğlu Nəbizadə və Xəqani Səyyad oğlu Məmmədov ibarət tərkibdə, Vahid Süleyman oğlu Rizvanovun katibliyi ilə, iddiaçı MMC-nin vəkili Nümayəndə və cavabdeh İdarənin vəkili X7 iştirakları ilə, İddiaçı “X8” MMC-nin cavabdeh Azərbaycan Respublikası Nazirlər Kabineti yanında X2rşı podart müqaviləsindən irəli gələn borcun ödənilməsi haqqında iddia tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx.xx.2019-cu il tarixli qətnaməsindən iddiaçı MMC tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə baxaraq MÜƏYYƏN ETDİ 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxx 2019-cu il tarixli qətnaməsi ilə (hakim S.Nuriyeva; iş No 2-2(81)-24/2019) iddia ərizəsinin təmin edilməməsi qət edilmişdir Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx.xx.2019-cu il tarixli qətnaməsi ilə (sədrlik edən A.Nuriyeva, hakimlər V.Ağayev və C.Yusifov, iş № 2-2(103)560/2019) iddiaçı MMC-nin apellyasiya şikayətinin təmin edilməməsi; 1 saylı Bakı İnzibatiİqtisadi Məhkəməsinin xx xxxx 2019-cu il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılması qət edilmişdir. Həmin qətnamədən iddiaçı MMC kassasiya şikayət vermişdir. İŞİN HALLARİ İddiaçı “X8” MMC cavabdeh Azərbaycan Respublikası Nazirlər Kabineti yanında X2rşı iddia ərizəsi ilə məhkəməyə m üraciət edərək, xx xxxx 2014-cü il tarixli, Jn-14/07-Y nömrəli müqavilə üzrə ƏDV daxil 212.400 manat və həmin müqavilə üzrə öhdəliklərin yerinə yetirilməməsinə görə 19.793,88 manat cərimənin, şifahi razılaşma üzrə görülmüş işlər müqabilində ƏDV daxil olmaqla 76.700 manat, vəkilə ödənilmiş 500 manat pulun və 30 manat ödənilmiş dövlət rüsumunun cavabdeh İdarədən və Cavabdeh1 müştərək qaydada alınaraq iddiaçı MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Hazırkı iş üzrə yuxarıda qeyd olunan məhkəmə aktları qəbul edilmişdir. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ İddiaçı MMC Bakı xx.xx.2019-cu il tarixli Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının qətnaməsindən kassasiya şikayəti verərək, məhkəmə kollegiyasından həmin qətnaməni ləğv edərək iddianın təmin olunması barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, işə baxan apellyasiya instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə və işin faktiki halları araşdırılmadan qəbul edilmişdir. KASSASİYA ŞİKAYƏTİNƏ YAZİLİ ETİRAZİN DƏLİLLƏRİ Cavabdeh İdarə kassasiya şikayətinə dair yazılı etiraz ərizəsi ilə məhkəmə kollegiyasına müraciət edərək, kassasiya şikayəti əsassız olduğundan, onun təmin edilməməsi; Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx.xx.2019-cu il tarixli qətnaməsinin dəyişiklik edilmədən saxlanılması barədə qərar qəbul edilməsini xahiş etmişdir etmişdir. TƏRƏFLƏRİN İZAHATLARİ Məhkəmə kollegiyası iclasında çıxış edən iddiaçı vəkili Nümayəndə kassasiya şikayətinin dəlillərini müdafiə edərək, məhkəmə kollegiyasından kassasiya şikayətinin təmin edilməsi, Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx.xx.2019cu il tarixli qətnaməsini ləğv edərək, iddianın təmin olunması barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası iclasında çıxış edən cavabdehin vəkili M.Abbasov kassasiya şikayətinin dəlillərini əsassız hesab edərək, məhkəmə kollegiyasından kassasiya şikayətinin təmin edilməməsi, Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx.xx.2019-cu il tarixli qətnaməsinin dəyişiklik edilmədən saxlanılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Hazırki iş üzrə apellyasiya instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş hallardan məlum olur ki, işin materiallarında olan, Sifarişçi - Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Dövlət X6 İdarəsi və İcraçı - “X8” MMC arasında bağlanmış Jn14/07-Y nömrəli, xx xxxx 2014-cü il tarixli “Satınalma müqaviləsi”nə görə, Sifarişçi öz tələbatlarına uyğun texniki tapşırıq əsasında müəyyən edilmiş ərazidə ölçmə-tədqiqat, quraşdırma və üçölçülü modelləşdirilmə işlərinin tədqiqatı və icrasının satın alınması üçün İcraçının ƏDV ilə birlikdə 659.799,36 manat məbləğində təklifini qəbul etmişdir. İcraçı müqavildə nəzərdə tutulmuş şərtlər əsasında sifarişçiyə tədqiqat işlərinin nəticələrinin təhvil verilməsini öhdəsinə götürmüşdür. İşin materia llarında olan, xx xxxxx 2015-ci il tarixli Akta əsasən, xx xxxx 2014-cü il tarixli Jn-14/07-Y nömrəli müqaviləyə əsasən, İcraçı - “X8” MMC Dövlət Bayrağı Meydanın ərazisində ölçmə-tədqiqat, quraşdırma və üçölçülü modelləşdirilmə işlərini yerinə yetirmiş və Sifarişçi - Dövlət X6 İdarəsi işləri təhvil almışdır. Akta əsasən, İcraçıya görülmüş işlərə görə ƏDV ilə birlikdə cəmi 213.180,41 manat ödənilmişdir. Hazırki iş üzrə tərəflər arasında yaranmış digər mübahisəyə baxan 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin hazırda qanüni qüvvəyə minmiş 2-2(81)-431/2018 saylı xx.xx.2018-ci il tarixli qətnaməsi ilə iddiaçı Azərbaycan Respublikası Nazirlər Kabineti yanında X3 cavabdeh “X8” MMC-yə qarşı “xx xxxx 2014-cü il tarixli JN-14/07 nömrəli “Satınalma müqaviləsi”nin və ona əlavə olunmuş xüsusi şərt lərin etibarsız hesab edilməsi barədə iddia tələbinin təmin edilməsi qərara alınmışdır. İşin materiallarında olan, xx.xx.2016-cı il tarixli 719813 nömrəli mədaxil qəbzinə görə, iddiaçı MMC vəkil xidməti üçün 500 manat məbləğində ödəniş etmişdir. İşin materiallarında olan, xx.xx.2016-cı il tarixli ödəniş qəbzinə uyğun olaraq iddiaçı MMC tərəfindən məhkəməyə müraciət etmək üçün 30 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Araşdırılan qətnamədən göründüyü kimi, apellyasiya instansiya məhkəməsi iş üzrə müəyyən edilmiş hallara hüquqi qiymət verərək, haqlı olaraq belə hesab etmişdir ki, mülki hüquq məsuliyyətin yaranma əsaslarından biri də müqavilədir. İddiaçı MMC cavabdeh İdarədən pul tələb edilməsində aralarında mülki hüquq münasibətlərinin yaranmasına əsas olan Jn-14/07-Y nömrəli, xx xxx x 2014-cü il tarixli satınalma müqaviləsinə istinad edir. Lakin, yuxarda qeyd edilən, qanuni qüvvəyə minmiş məhkəmə qərarı ilə həmin müqavilə və ona əlavə olunmuş xüsusi şərtlər etibarsız hesab edilmişdir. Qanuni qüvvəyə minmiş məhkəmə aktı özündə mübahisələndirilən maddi hüququn, yaxud belə hüquqa əsaslanan faktın mövcud olub-olmamasını qəti surətdə müəyyənləşdirir və səlahiyyətli şəxsin tələbi ilə hər hansı qeyd-şərt qoyulmadan onların həyata keçirilməsini ehtiva edir. Məhz bu baxımdan prosessual qanunvericiliklə nəzərdə tutulmuş bütün müdafiə vasitələri istifadə edildikdən sonra qanuni qüvvəyə minmiş məhkəmə aktı təkzibolunmazlıq, müstəsnalıq və məcburilik kimi hüquqi xassələrə malikdir (Cavid İsmayılzadənin şikayəti ilə bağlı Konstitusiya Məhkəməsi Plenumunun xx xxxxxx 2007- ci il tari xli qərarı). Mülki işin icraatı zamanı preyudisial faktlar sübut olunmur. Başqa iş üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi ilə müəyyən olunan faktlar preyudisial faktlar adlanır. Subutetmə predmetinə daxil olan tədqiq olunan və məhkəmənin yekun aktında əks edilən faktlar, bu akt qanunla müəyyən edilən qaydada ləğv edilənə və ya dəyişdirilənə qədər həqiqilik və qətilik keyfiyyəti əldə edir. Məcburiliyi baxımından bütün digər orqanlar, vəzifəli şəxslər, təşkilatlar bu aktın məzmunu ilə razılaşmalıdır. Eyni zamanda Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.4-cü maddəsinə əsasən etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Hazırki iş üzrə tərəflər arasında mübahisənin predmeti olan Jn -14/07-Y nömrəli, xx xxxx 2014-cü il tarixli satınalma müqaviləsi və ona əlavə olunmuş xüsusi şərtlər qanuni qüvvəyə minmiş məhkəmə qərarı ilə etibarsız hesab edildiyindən, habelə sözügedən məhkəmə qərarı ilə müəyyən edilmiş faktlar hazırki iş üzrə preyudisial əhəmiyyət kəsb etdiyindən və etibarsız hesab edilmiş əqd etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hər hansı hüquqi nəticəyə səbəb olmadığından, hazırki iş üzrə cavabdeh İdarənin Jn14/07-Y nömrəli, xx xxxx 2014-cü il tarixli satınalma müqaviləsi üzrə iddiaçı MMC qarşısında hər hansı öhdəliyi yoxdur. Ona görə, 1-ci instansiya məhkəməsi düzgün olaraq iddia tələbinin xx xxxx 2014-cü il tarixli, Jn-14/07-Y nömrəli müqavilə üzrə ƏDV daxil 212.400 manat və həmin müqavilə üzrə öhdəliklərin yerinə yetirilməməsinə görə 19.793,98 mana t cərimənin cavabdeh İdarədən iddiaçı MMC-nin xeyrinə tutulması hissəsində təmin etməmişdir. Azərbaycan Respublikası MPM-nin 89.1-ci maddəsinə əsasən yazılı sübutlar - iş üçün əhəmiyyətli hallar barədə məlumat verən, notariat qaydasında təsdiq olunmuş sənədlər, aktlar, müqavilələr, arayışlar, işgüzar yazışmalar və sair sənəd və materiallardır. Həmçinin, 1-ci instansiya məhkəməsi iddiaçı MMC-nin şifahi razılaşma üzrə görülmüş işlər müqabilində ƏDV daxil olmaqla 76.700 manat pulun cavabdeh İdarədən tutulması tələbinə dair hissəsinə qiymət verərək, haqlı olaraq hesab etmişdir ki, iddiaçı MMC məhkəməyə bununla bağlı hər hansı sübut təqdim etmədiyindən iddia tələbi qeyd edilən hissədə də rədd edilməlidir. Bundan əlavə, 1-ci instansiya məhkəməsi iddia tələbinin hüquqi xidmət üçün ödənilmiş 500 m anat və məhkəməyə müraciət üçün ödənilən dövlət rüsumunun əvəzi olaraq 30 manat məbləğində vəsaitin cavabdeh İdarədən tutulması ilə bağı düzgün olaraq hesab etmişdir ki, iddia tələbi təmin edilmədiyindən, iddiaçı MMC-nin məhkəmə məsrəfləri onun özünə aid edilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 82.3-cü maddəsinə əsasən, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Həmin Məcəllənin 119.1-ci maddəsinə müvafiq olaraq məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiya məhkəməsinin hazırki iş üzrə gəldiyi nəticə düzgündü r, iddiaçı MMC-nin kassasiya şikayətində göstərilən dəlillər əsassız olduğu üçün qəbul edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsin görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 217 maddəsinə uyğun olaraq məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır; qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmalıdır. Ona görə də, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən hazırkı işə baxılarkən iş üzrə müəyyən edilmiş hallara maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuş, qətnamənin ləğvi üçün əsas olan qanun pozuntularına yol verilməmişdir. Kassasiya şikayətinin dəlilləri apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsaslı hesab edilmir. Odur ki, kassasiya şikayəti təmin edilməməli, Bakı Apellyasiya Məhkəməsinin İnzibatiİqtisadi Kollegiyasının xx.xx.2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALİR İddiaçı “X8” MMC-nin kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx.xx.2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №2-2(102)-9/2020
Ali Məhkəmə Qərar — İş №2-2(102)-9/2020
09.01.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver