Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-91/2021 02.03.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası İddiaçı QSC-nin «xxxx» MMC-yə qarşı iddiasına dair iş üzrə QƏRAR (Açar sözlər: broker müqaviləsi, vurulmuş zərərin əvəzinin ödənilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya kollegiyası hakimlər Hüseynov Azər Soltanhəmid oğlu (sədrlik edən və məruzəçi), Hüseynova Sevda Əziz qızı və Məmmədli Bəhram Məmməd oğlundan ibarət tərkibdə, Məmmədzadə Elvin Şahin oğlunun katibliyi, 3-cü şəxs Komitənin nümayəndəsi X3 və vəkili X2 iştirakı ilə, İddiaçı QSC-nin cavabdeh «xxxx» MMC-yə və 3-cü şəxs Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinə qarşı pul tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının xx xxxxxx 2xxxx2xxxx-ci il tarixli, 2-2(1xxxx3)3xxxx9/2xxxx2xxxx saylı qətnaməsindən iddiaçı QSC tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. İşin materiallarında olan, tərəflər arasında bağlanmış “Gömrük rəsmiləşdirilməsi xidmətinin təmin olunması barədə” xx xxxx 2xxxx17-ci il tarixli MSCS/AZB/xxxx21/2xxxx17 saylı müqaviləyə əsasən, icraçı - cavabdeh MMC sifarişçi – iddiaçı QSC-yə Azərbaycan Respublikası ərazisində idxal-ixrac gömrük rəsmiləşdirilməsinin həyata keçirilməsi, sifarişçinin tələbi əsasında gömrük məsələləri üzrə məsləhətləşmə xidməti göstərilməsi və yüklərin hava limanında, terminalda, dəmir yolu stansiyasında boşaldılması xidmətlə ri göstərilməsini, sifarişçi isə hər xidmətin göstərilməsi üzrə ödənişləri manatla və Əlavədə göstərilmiş qaydada və razılaşdırılmış qiymətlərlə həyata keçirməyi öhdələrinə götürmüşlər.
2. İşin materiallarında olan, xx.xx.2xxxx18-ci il tarixli ******* saylı, xx.xx.2xxxx18-ci il tarixli 43 saylı, xx.xx.2xxxx18-ci il tarixli ******* saylı, xx.xx.2xxxx18-ci il tarixli 38 saylı, xx.xx.2xxxx18-ci il tarixli 9xxxx9247 saylı və xx.xx.2xxxx18-ci il tarixli 72 saylı Ödəniş tapşırıqları”nın surətlərinə görə, iddiaçı QSC tərəfindən cavabdeh MMC-ninin hesabına müvafiq olaraq 5.xxxxxxxxxxxx manat, 5.xxxxxxxxxxxx manat, 5.xxxxxxxxxxxx manat, 5.248,48 manat, 16.578,7xxxx manat və 5.xxxx29,8xxxx manat, cəmi 41856,98 manat məbləğində pul ödənilmişdir.
3. İşin materiallarında olan, “xxxx”nin surətlərinə mü vafiq olaraq bu bəyannamələrdə “malın adı” ilkin formalarda xüsusi çəkisi xxxx,94-dən az olan “xətti polietilen”, “malın kodu” “**********” kimi» göstərilmişdir. Həmin “xxxx” iddiaçı QSC tərəfindən təsdiq edilmişdir.
4. İşin materiallarında olan, “Aerostar LP” firması tərəfindən verilmiş “İnvoys”ların surətlərinə uyğun olaraq göndərilən malın adı və kodu “X1”, “HS CODE: **********” kimi göstərilmişdir.
5. İşin materiallarında olan, “Mənşə sertifikatları”nın surətlərinə əsasən, malın adı və kodu “X1”, “HS CODE: **********” kimi göstərilmişdir.
6. İşin materiallarında olan, xx xxxx 2xxxx19-cu il tarixli xxxx24/19 saylı “xxxx”na görə, iddiaçı QSC ilə cavabdeh MMC arasında “Gömrük rəsmiləşdirilməsi xidmətinin təmin olunması barədə” xx.xx.2xxxx17-ci il tarixdə, MSCS/AZB/xxxx21/2xxxx17 saylı müq avilə bağlanmışdır. Cavabdeh MMC tərəfindən gömrük bəyannaməsi hazırlanarkən xx.xx.2xxxx18 tarixindən xx.xx.2xxxx18-ci il tarixinədək səhvən daxil edilmiş koda (**********) görə iddiaçı QSC-yə 86.487,46 manat ziyan dəymişdir. Sonradan iddiaçı QSC tərəfindən aşkar olunmuşdur ki, onun ünvanına idxal olunan mallar xxxx11xxxx9xxxxxxxxxxxx kodu ilə rəsmiləşdirilməli olduğu halda, idxal edilən mallar 15% gömrük rüsumundan azaddır. Hazırda iddiaçı QSC-yə idxal olunan həmin mallar ********** nömrəli malın kodu ilə 15% gömrük rüsumundan azad olaraq həyata keçirilir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ Birinci instansiya məhkəməsində icraat
7. İddiaçı QSC cavabdeh «xxxx» MMC-yə və 3-cü şəxs Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, tərəflər arasında bağlanmış “Gömrük rəsmiləşdirilməsi xidmətinin təmin olunması barədə” xx xxxx 2xxxx17-ci il tarixli MSCS/AZB/xxxx21/2xxxx17 saylı müqaviləyə əsasən 86.487,46 manat səhvən ödənilmiş idxal rüsumu və 43.456,xxxx7 manat qüsurlu xidmətə görə ödənilmiş məbləğ olmaqla, cəmi 129.943,53 manat məbləğində pul vəsaitinin cavabdeh MMC-dən iddiaçı QSC-nin xeyrinə tutulması barədə qətnaəm qəbul edilməsini xahiş etmişdir.
8. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, tərəflər arasında imzalanmış “Gömrük rəsmiləşdirilməsinin təmin olunması barədə” xx.xx.2xxxx17-ci il tarixli müqaviləyə əsasən cavabdeh MMC iddiaçı QSC-nin idxal etdiyi malların Azərbaycan Respublikası ərazisində idxal-ixrac gömrük rəsmiləşdirilməsinin həyata keçirilməsini, sifarişçinin tələbi əsasında gömrük məsələləri üzrə məsl əhətləşmə xidməti göstərilməsini və yüklərin hava limanında, terminalda, dəmir yolu stansiyasında boşaldılması xidmətlərinin göstərilməsini öz üzərinə götürmüşdür. Bəyannaməçi cavabdeh MMC xx.xx.2xxxx18, xx.xx.2xxxx18, xx.xx.2xxxx18, xx.xx.2xxxx18, xx.xx.2xxxx18, xx.xx.2xxxx18, xx.xx.2xxxx18, xx.xx.2xxxx18, xx.xx.2xxxx18, xx.xx.2xxxx18, xx.xx.2xxxx18, xx.xx.2xxxx18, xx.xx.2xxxx18, xx.xx.2xxxx18, xx.xx.2xxxx18ci il tarixli bəyannamələrə əsasən “ilkin formalarda xüsusi çəkisi xxxx,94-dən az olan xətti polietilen” adlı malı - gömrük orqanlarına bəyan etmiş, lakin malın alındığı ölkə tərəfindən verilmiş fakturada (invoice) və həmin ölkə tərəfindən tərtib olunmuş gömrük rəsmiləşdirilməsində göstərilən malın adı ilə cavabdeh MMC-nin tərtib etdiyi xxxxndə malın adı və kodu səhv qeyd edilmişdir.
9. Belə ki, fakturda malın adı «POLY ETHY LENE GRANULAT ED RECYCLE, kod nömrəsi HS CODE: **********” kimi əks olunmuş, cavabdeh MMC tərəfindən tərtib olunmuş bəyannamələrdə isə malın adı “ilkin formalarda xüsusi çəkisi xxxx.94-dən az olan xətti polietilen, kod nömrəsi ********** kimi” əks olunmuşdur.
10. İddiaçı QSC-nin aldığı malın idxal gömrük rüsumu xxxx% olduğu halda, gömrük bəyannaməsində göstərilən mal adı və kodunun idxal gömrük rüsumu gömrük dəyərinin 15% nəzərdə tutulmuşdur. Bununla da malın adında və kodlaşırılmasında yalnışlığa yol verilməsi nəticəsində iddiaçı QSC idxal rüsumu olaraq 86.487,46 manat məbləğində pul vəsaiti köçürmüş, cavabdeh MMC-yə isə xidmət haqqı olaraq 43.456.xxxx7 manat köçürülmüşdür.
11. Tərəflər arasında bağlanmış müqavilənin 6.1-ci bəndində qeyd olunur ki, tərəflər hazırki Müqavilə üzrə götürdükləri öhdəliklərini tam, qüsursuz və yaxud lazimi şəkildə yerinə yetirmədikdə Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən tam maddi məsuliyyət daşıyacaqlar.
12. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2xxxx2xxxx-ci il tarixli qətnaməsi ilə (hakim Z.Pirverdiyev; iş No e-2-2(113)-137/2xxxx2xxxx) iddianın rədd edilməsi qət edilmişdir. 13. 1-ci instasniya məhkəməsinin qətnaməsində qeyd edilənlərə görə, tərəflər arasında bağlanmış “Gömrük rəsmiləşdirilməsi xidmətinin təmin olunması barədə” xx xxxx 2xxxx17-ci il tarixli MSCS/AZB/xxxx21/2xxxx17 nömrəli müqaviləyə əsasən cavabdeh MMC iddiaçı QSC-yə Azərbaycan Respublikası ərazisində idxal-ixrac gömrük rəsmiləşdirilməsinin həyata keçirilməsi, sifarişçinin tələbi əsasında gömrük məsələləri üzrə məsləhətləşm ə xidməti göstərilməsi və yüklərin hava limanında, terminalda, dəmir yolu stansiyasında yumşaldılması xidmətləri göstərilməsini, iddiaçı MMC isə hər xidmətin göstərilməsi üzrə ödənişləri manatla və Əlavədə göstərilmiş qaydada və razılaşdırılmış qiymətlərlə həyata keçirməyi öhdələrinə götürmüşlər.
14. Mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Mülki prosesdə sübutlar dedikdə, tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya (olmadığını təsdiq edən məlumatlar başa düşülür (MPM-nin 76.1-ci maddəsi). Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir (MPM-nin 76.2-ci maddəsi).
15. Bundan əlavə iddiaçı QSC-nin nümayəndəsi və vəkili gömrük rəsmiləşdirilməsi həyata keçirilmiş malların adının və kodunun cavabdeh MMC tərəfindən səhv yazılmasını bildirsə də, malların düzgün yazılışının əks olunduğuna istinad etdiyi malların alındığı ölkə tərəfindən verilmiş fakturanın (invoice) və həmin ölkə tərəfindən tərtib olunmuş gömrük rəsmiləşdirilməsinə dair sənədlərin cavabdehə təqdim olunması barədə hər hansı bir sübutu məhkəməyə təqdim etməmişdir.
16. Eyni zamanda işin materiallarında olan iddiaçı QSC-nin cavabdeh MMC tərəfindən səhv yazılmasına dair istinad etdiyi xxxxnin 5xxxx-ci q rafasından göründüyü kimi bəyannamələrdə göstərilən məlumatları iddiaçının özü təsdiq etmiş, habelə həmin mallara görə hesablanmış gömrük rüsumunu dövlət büdcəsinə ödəmişdir.
17. Bundan başqa, tərəflərin və üçüncü şəxs Komitənin nümayəndələrinin izahatları ilə müəyyən olunur ki, gömrük orqanı tərəfindən Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 162.1-ci maddəsinə müvafiq olaraq, bəyan olunan mallarla əlaqədar qanunvericiliklə qadağaların və məhdudiyyətlərin olmadığı müəyyən edilməklə, gömrük bəyannaməsindəki məlumatlar yoxlandıqdan dərhal sonra malların buraxılışı həyata keçirilmişdir. Göründüyü kimi, cavabdeh MMC-nin bəyan etdiyi xxxxndə gömrük orqanı tərəfindən hər-hansı bir düzgün olmayan məlumatların qeyd edilməsi halı aşkar edilmədiyindən gömrük orqanı tərəfindən malların buraxılışı həyata keçirilmişdir.
18. Bundan əlavə, gömrük ödənişlərinin hesablanmasında səhvə yol verildikdə artıq ödənilmiş məbləğin qaytarılması qanunvericilikdə nəzərdə tutulmuşdur. Belə ki, Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 267.1.2-ci, 269-cu və 27xxxx-ci maddələrinin tələblərindən göründüyü kimi gömrük ödənişlərinin hesablanmasında səhvə yol verildikdə artıq ödənilmiş məbləğ ödəyiciyə qaytarılır.
19. Belə olan halda hazırki iş üzrə iddiaçı QSC-nin iddia etdiyi səhvə yol verilməklə artıq ödənilmiş gömrük ödənişləri cavabdeh MMC-dən tutula bilməz.
20. Hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya ş ərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur.
21. Həmin qətnamədən narazı qalan iddiaçı QSC ondan apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini apellyasiya instansiyası məhkəməsindən xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsindəki icraat
22. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 13 avqust 2xxxx2xxxxci il tarixli nömrəli qətnaməsi ilə (sə drlik C.Yusifov; hakimlər R.Qurbanov və V.Baxışova; iş No 2-2(1xxxx3)-3xxxx9/2xxxx19) iddiaçı QSC-nin apellyasiya şikayətinin təmin edilməməsi; Bakı Kommersiya Məhkəməsinin xx.xx.2xxxx2xxxx-ci il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılması qət edilmişdir..
23. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsində qeyd edilənlərə görə, tərəflər arasında bağlanmış gömrük rəsmiləşdiriliməsi xidməti müqaviləsi onun şərtləri baxımından, podrat müqaviləsi haqqında normalara uyğun gəlir. Odur məhkəmə kollegiyası hazırkı mübahisəyə podrat müqaviləsi haqqında normaların tətbiqini zəruri sayır.
24. İddiaçı QSC-nin nın iddia ərizəsinə, habelə, onun apellyasiya şikayətinin dəlillərinə əsasən mübahisələndirdiyi hal ondan ibarətdir ki, cavabdeh MMC, gömrük rəsmiləşdirilməsini xx.xx.2xxxx17-ci il tar ixli müqaviləyə uyğun aparmamış, xxxxni düzgün doldurmamış, qüsurlu xidmət göstərmişdir.
25. Belə ki, idxal olunan malların kodu iddiaçı QSC-nin təqdim etdiyi sənədlərdə «**********» kimi əks olunduğu halda, cavabdeh MMC həmin kodu xxxxndə “xüsusi çəkisi xxxx,94-dən az olan xətti polietilen kimi «**********» kod nömrəsi” ilə göstərmiş, nəticədə onun tərəfindən 86.487.46 manat məbləğində idxal rüsumu ödənilmiş, ziyana düşmüşdür. Halbuki, onun sənədlərdə təsbit olunan «**********» kod nömrəsi göstərildiyi halda idxal rüsumu «xxxx» dərəcə təşkil edirdi.
26. Beləliklə də, cavabdeh MMC-nin göstərdiyi gömrük rəsmiləşdirməsi xidmətini qüsurlu olduğunu iddia edərək iddiaçı QSC hesab edir ki, ona dəymiş ziyanın əvəzi olaraq ödədiyi idxal rüsumu həddində zərər məbləği cavabdeh MMC-dən tutulmalıdır.
27. İşin materiallarına əsasən isə birincisi, müqavilədə nəzərdə tutulan bütün sənədlər toplusunun iddiaçı QSC tərəfindən cavabdeh MMC-yə təqldim olunduğu görünmür.
28. Digər tərəfdən, iddiaçı QSC-nin təqdim etdiyi və onun istinad etdiyi işə əlavə olunmuş xx.xx.2xxxx18, xx.xx.2xxxx18, xx.xx.2xxxx18, xx.xx.2xxxx18, xx.xx.2xxxx18, xx.xx.2xxxx18, xx.xx.2xxxx18, xx.xx.2xxxx18, xx.xx.2xxxx18, xx.xx.2xxxx18, xx.xx.2xxxx18, xx.xx.2xxxx18, xx.xx.2xxxx18, xx.xx.2xxxx18 və xx.xx.2xxxx18-ci il tarixli, xxxxnin doldurulmasına əsas olan, İran İslam Respublikasından idxal olunan mallara dair sənədlər – yalnız sertifakat və hesab-fakturalardan (invoyslar) ibarətdir.
29. Həmin sənədlər isə tədqiq olunduqda müəyyən olunur ki, malların kod göstəriciləri hesab-fakturalarda əks olunmamış, mənşə sertifikat larının hər birində isə malın kodu iddiaçı QSC-nin qeyd etdiyi kimi - «**********» rəqəmləri tamlığı ilə deyil, birinci altı rəqəm yalnız «39xxxx12xxxx» təsbit olunmuşdur.
30. Cavabdeh MMC-nin tərtib etdiyi bütün xxxx 3-cü şəxs gömrük orqanı tərəfindən qəbul edilib təsdiq olunmuş, səhvlər aşkar edilməmiş, bəyannaməçiyə qarşı iradları da mövcud olmamış və mallar ünvançıya çatdırılmışdır.
31. İddia ərizəsinə, eləcə də, işdə olan ödəniş tapşırıqlarına əsasən müəyyən olunur ki, iddiaçı QSC səhv doldurulduğu mübahisələndirdiyi bəyannamələr üzrə gömrük rəsmiləşdirilməsi başa çatdıqdan sonra onun tərəfindən cavabdeh MMC-dən qaytarılmasını tələb etdiyi 43.456.xxxx7 manat məbləğində xidmət haqqı ödənilmiş, bununla da faktiki olaraq, cavabdeh MMC-nin ona göstərdiyi xidməti bəyəndiyini nümayiş etdi rmişdir.
32. Sifarişçi olaraq iddiaçı QSC müqavilənin qeyd olunan tələbinə varmadan, cavabdeh MMC-dən təhvil-təslim aktını tələb etməmiş, göstərilən xidmətin güman etdiyi qüsurunun olubo-lmadığını yoxlamamış və mülki qanunvericildiklə müəyyən olunan hüquqlarından istifadə etmədən, birbaşa bəyannamələr üzrə rəsmiləşdirilməsi aparılmış mallara görə dövlət büdcəsinə 86.487.46 manat məbləğində idxal rusumunu, habelə, 43.456.xxxx7 manat məbləğində xidmət haqqını cavabdehə ödəmişdir.
33. Lakin, işin qeyd olunan faktiki hallarından isə göründüyü kimi, iddiaçı QSC mülki qanunvericilikdə nəzərədə tutulan həmin imkanlarından istifadə etməmiş, xidmətin təhviltəslimini müqavilə şərtlərinə uyğun həyata keçirməli olduğunu bildiyi, bununla da göstərilən xidmətin qüsurlu olduğunu bilməli olduğu halda, cavabdeh MMC-yə pretenziya vermədən onu (xidməti) qəbul edərək, cavabdeh MMC-nin ixidməti ilə razılaşmış və mübahisələndirilən xidmət haqqı məbəlğini ona ödəmişdir.
34. Həmçinin qeyd olunmalıdır ki, icraçı – cavabdeh MMC tərəfindən xx.xx.2xxxx17-ci il tarixli gömrük rəsmiləşdirilməsi xidməti müqaviləsi ilə bağlı sifarişçiyə qarşı məhkəmədə qaldırdığı 8.169,4xxxx manat əsas borc, 27.698,14 manat dəbbə pulu və 1.xxxxxxxxxxxx manat ziyan, cəmi 36.867,5xxxx manat pul tələbinə dair iddia ərizəsi 1 saylı Bakı İnzibatiİqtisadi Məhkəməsinin hazırda qüvvəsinə minmiş, xx xxxxxx 2xxxx219-cu il tarixli qətnaməsi ilə əsas borc hissəsində tam və dəbbə pulu hissəsində qismən təmin olunmuşdur
35. Həmin iş üzrə Ali Məhkəmənin qərarında göstərilmişdir ki, bütün hesab ödəniş tapşırıqlarında həmin iş üzrə cavabdeh olan QSC-nin qəbul etdiyi və razılaşdığı, hansı hesab fakturalara əsasən ödəniş həyata keçirildiyi göstərilmiş, bununla da cavabdeh QSC ödəniş həyata keçirdiyi hesab fakturalar üzrə xidmətin iddiaçı tərəfindən həqiqətən həyata keçirdiyini qəbul etmişdir.
36. Məhkəmənin qətnaməsi iddiaçı QSC-yə xx.xx.2xxxx2xxxx-ci il tarixdə təqdim edilmiş, cavabdeh MMC-yə isə xx.xx.2xxxx2xxxx-ci il tarixdə göndərilmişdir.
37. Həmin qətnamədən narazı qalan iddiaçı QSC ondan kassasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və işin yenidən baxılaması üçün Bakı Apellyasiya Məhkəməsinə qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a. İddiaçının kassasiya şikayətinin dəlilləri
38. İddiaçı QSC-nin kassasiya şikayətində qeyd edilənl ərə görə, iddia 2 hissədən ibarətdir: səhv yazılmış kod nəticəsində dövlət büdcəsinə ödənilmiş idxal rüsumu və cavabdeh MMC-yə ödənilmiş xidmət haqqı.
39. Apellyasiya instansiyası məhkəməsi qətnaməsini belə əsaslandırır ki, gömrük ödənişlərinin hesablanmasında səhvə yol verildikdə artıq ödənilmiş məbləğin qaytarılması qanunvericilikdə nəzərdə tutulmuşdur. Belə ki, Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 267.1.2-ci, 269-cu və 27xxxx-ci maddələrinə əsasən gömrük ödənişlərinin hesablanmasında səhvə yol verildikdə artıq ödənilmiş məbləğ ödəyiciyə qaytarılır. Belə olan halda hazırki iş üzrə iddiaçı QSC-nin iddia etdiyi səhvə yol verilməklə artıq ödənilmiş gömrük ödənişləri cavabdehdən tutula bilməz.
40. Bu halda hakim cavabdeh MMC-nin səhvə yol verməsini dolayısı ilə təsdiq edir, lakin iddi a ərizəsində qeyd edilmiş xidmət haqqına dair münasibət bildirmir. O zaman belə sual meydana gəlir ki, cavabdeh MMC tərəfindən səhvə yol verildiyini dolayısı ilə təsdiq edən hakim səhv icra edilmiş müqaviləyə görə cavabdeh MMC-yə ödənilmiş xidmət haqqının geri qaytarılmasını niyə təmin etmir?!
41. Qətnamənin 2-ci əsaslandırması ondan ibarətdir ki, “İddiaçının nümayəndəsi və vəkili gömrük rəsmiləşdirilməsi həyata keçirilmiş malların adının və kodunun cavabdeh MMC tərəfindən səhv yazılmasını bildirsə də, malların düzgün yazılışının əks olunduğuna istinad etdiyi malların alındığı ölkə tərəfindən verilmiş fakturanın (invoice) və həmin ölkə tərəfindən tərtib olunmuş gömrük rəsmiləşdirilməsinə dair sənədlərin cavabdeh MMC-yə təqdim olunması barədə hər hansı bir sübutu məhkəməyə təqdim etməmişdir."
42. Cavabdeh MMC öz ehtirazının son abzasında qeyd edir: "Cavabdeh iddiaçının təqdim etdiyi sənədlər əsasında xxxxni tərtib etmiş, sonda iddiaçı həmin bəyannamələri təsdiq etmişdir."
43. Bununla cavabdeh MMC sənədlərin iddiaçı tərəfindən onlara təqdim edilməsini etiraf etmişdir.
44. Verilən sual-cavab protokolda da öz əksini tapdığı halda və video-audio yazılan məhkəmə iclasında cavabdeh tərəfin sənədləri almasını etiraf etdiyi halda hakim necə qənaətə gələ bilər ki, iddiaçı sənədləri cavabdehə təqdim etməyib?! Bu çox bəsit bir məntiqdir ki, bəyannamə cavabdeh tərəfindən yazılırsa deməli bəyannamə təqdim edilmiş sənədlər əsasında yazılır. Hakim bu qədər bəsit əsaslandırma ilə iddianı rədd edə bilməzdi. Eyni zamanda, məhkəmə iclasında idxal olunan malın ölkəyə gətirilməsi və ölkə ərazisi ndə təhvil verilməsinə dair akt da məhkəməyə təqdim olunmuşdur ki, cavabdeh müqavilə bağlanarkən malı gömrük orqanlarından keçirməyi və ölkə ərazisində təhvil verməyi öz öhdəsinə götürmüşdür.
45. İddia ərizəsi xx.xx.2xxxx2xxxx-ci il tarixdə məhkəməyə daxil olsa da, məhkəmə icraatı xx.xx.2xxxx2xxxx-ci il tarixdə yekunlaşmışdır.
46. İş üzrə məhkəmə icraatı xx.xx.2xxxx2xxxx-ci il tarixdə bitsə də, xx.xx.2xxxx2xxxx-ci il tarixdə qətnamənin elektron kabinetə yerləşdirilməsi barədə bildiriş gəlir, lakin nəinki qətnamə hətta qətnamədən çıxarış da elektron kabinetə yerləşdirilməmişdir. 47. 26.xxxx2.2xxxx2xxxx-ci il tarixdə təyin edilmiş məhkəmə iclası zamanı hakim işin yekunlaşdığı elan edir və müşavirə otağına gedir, qayıdıb işin mürəkkəbliyin bildirərək işi xx.xx.2xxxx2xxxx-ci il tarixə saat 16: 2xxxx təyin edildiyini elan edir. 48. xx xxxxxx 2xxxx2xxxx-ci il tarixdə məhkəmə ilə əlaqə saxladığı zaman həm də protokolla tanış olduğu zaman xx xxxxxx 2xxxx2xxxx-ci il tarixdə hakimin ümumiyyətlə məhkəmə zalına gəlmədiyini iclası keçirmədiyini müəyyən etmişdir.
49. Yekunda göründüyü kimi, bu qətnamə üzrə tərəflər arasında bağlanmış müqavilə, tərəflər üçün öhdəliyə dair Mülki Məcəllənin normaları bir kənarda qalmışdır. Cavabdeh xidmət göstərilməsinə dair bağladığı müqaviləni səhv icra edir və bundan irəli gələrək iddiaçıya 129.xxxxxxxxxxxx manat ziyan dəyir və heç nə olmamış kimi vurduğu ziyanı ödəmir. Hətta qüsurlu gördüyü xidmətə görə 45.xxxxxxxxxxxx manat xidmət haqqı alır. Məhkəmə necə ədalətli araşdırma apanr ki, bunu müəyyən edə bilmir. b) Kassasiya şikayətlərinə qarşı etirazın d əlilləri
50. Kassasiya şikayətlərinə qarşı cavabdehlər etiraz təqdim etməmişlər. c) Məhkəmə icraatı iştirakçılarının izahatları 51. 3-cü şəxs Komitənin nümayəndəsi E.İsayev və vəkili H.Abuzərov kassasiya şikayətində göstərilən dəlilləri əsassız hesab edərək, şikayətin təmin edilməməsini xahiş etmişlər.
52. İşə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada məlumatlandırılmasına baxmayaraq iş üzrə tərəflərin nümayəndələri məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə işə onların iştirakı olmadan baxılmasını və qərar qəbul edilməsini mümkün hesab etmişdir. Belə ki, iş üzrə tərəflərə göndərilmiş məhkəmə bildirişlərində iclasa gəlmədiyi halda da işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur (Azərbaycan Respublikası MPM-in 415.3-cü maddəsi). TƏ TBİQ EDİLƏN HÜQUQ
53. Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 157.1-ci maddəsinə əsasən, gömrük orqanları təsdiq etdikləri gömrük bəyannaməsində göstərilən məlumatların, onunla birgə təqdim olunan sənədlərin düzgünlüyünü, müvafiq malları yoxlamaq, malların bəyan edildiyi gömrük prosedurunun tətbiqi üçün bu Məcəllənin 15xxxx.3-cü maddəsinə əsasən çatışmayan başqa sənədlərin təqdim olunmasını tələb etmək, malların gömrük ekspertizası üçün onlardan prob və nümunələr götürmək hüququna malikdirlər.
54. Həmin Məcəllənin 162.1-ci maddəsinə müvafiq olaraq bəyannaməçi, mallar barəsində səlahiyyəti olan digər şəxslər və ya onların nümayəndələri tərəfindən bu Məcəllənin 163-cü maddəsi ilə müəyyən edilmiş şərtlər yerinə yetirildikdən, bəyan olunan mallarla əlaqədar qanunvericiliklə qadağaların və məhdudiyyətlərin olmadığı müəyyən edildikdən, gömrük bəyannaməsindəki məlumatlar yoxlandıqdan dərhal sonra gömrük orqanları malların buraxılışını həyata keçirirlər.
55. Həmin Məcəllənin 162.1-ci madəsinə görə, gömrük bəyannaməsindəki məlumatların düzgün olmadığını müəyyənləşdirdikdə, gömrük orqanları bəyannaməçidən müvafiq düzəlişlərin aparılmasını tələb edirlər. Buraxılış, həmin tələb yerinə yetirildikdən və müvafiq gömrük ödənişləri ödənildikdən dərhal sonra həyata keçirilir.
56. Həmin Məcəllənin 267.1-ci maddəsinə uyğun olaraq Məcəllənin bu Fəslinin müddəaları nəzərə alınmaqla gömrük borcu üzrə ödənilmiş gömrük ödənişləri aşağıdakı hallarda qaytarılır: 267.1.1. mallar qüsurlu olduqda; 267.1.2. gömrük ödənişlərinin məbləği hesablanarkən səhvə yol verildikdə;
57. Həmin Məcəllənin 269-cu m addəsinə əsasən, gömrük ödənişlərinin hesablanmasında səhvə yol verilməsi şəxs tərəfindən əsaslandırıldıqda, yaxud gömrük orqanları tərəfindən aşkar edildikdə, artıq ödənilmiş məbləğ ödəyiciyə qaytarılır.
58. Həmin Məcəllənin 27xxxx.1-ci maddəsinə müvafiq olaraq gömrük ödənişlərinin bu Məcəllənin 267.1-ci maddəsində göstərilən hallar əsasında qaytarılmalı olduğunu hesab edən ödəyici və ya onun nümayəndəsi gömrük ödənişlərinin ödənildiyi tarixdən 1 (bir)il ərzində gömrük orqanına müvafiq ərizə ilə müraciət edə bilər.
59. Həmin Məcəllənin 27xxxx.2-ci maddəsinə görə, ödəyici və ya onun nümayəndəsi gömrük ödənişlərinin qaytarılması haqqında ərizənin gömrük orqanına verilməsinin forsmajor hallar nəticəsində gecikdirildiyini sübuta yetirdikdə, bu Məcəllənin 27xxxx.1-ci maddəsində göstərilən müd dət gömrük orqanları tərəfindən daha 1 (bir) ilədək uzadılır.
60. Həmin Məcəllənin 27xxxx.3-cü maddəsinə uyğun olaraq gömrük ödənişlərinin qaytarılması, yaxud bundan imtina edilməsi haqqında qərar, ərizə gömrük orqanına daxil olduğu tarixdən 15 (on beş) gün ərzində yazılı formada qəbul edilməli və dərhal icra olunmalıdır. Həmin qərardan bu Məcəllənin 1xxxx-cu fəslində müəyyən edilmiş qaydada şikayət verilə bilər.
61. Həmin məcəllənin 5xxxx-ci maddəsinə əsasən, 5xxxx.1. Şəxs konkret mallar və əməliyyatlarla əlaqədar malların təsnifatını, gömrük dəyərini, mənşə ölkəsini və gömrük ödənişlərinin məbləğini əvvəlcədən müəyyənləşdirmək məqsədilə gömrük orqanına yazılı, o cümlədən elektronformada müraciət edə bilər. Gömrük orqanları həmin müraciət əsasında bu mallar və əməliyyatlarla əlaqədar malların təsnifatının, gömrük dəyərinin, mənşə ölkəsinin və gömrük ödənişlərinin məbləğinin müəyyən edilməsi baxımından məcburi olan qərarlar qəbul edirlər. 5xxxx.2. Məcburi qərar, müvafiq bildirişin və qərarın surətinin barəsində qərar çıxarılmış şəxsə təqdim olunduğu tarixdən qüvvəyə minir. Həmin tarixdən bu qərarın icrası gömrük orqanları üçün məcburidir. 5xxxx.3. Bu Məcəllənin 5xxxx.1-ci maddəsində nəzərdə tutulan qərarlar yalnız həmin qərarlar qüvvəyə mindikdən sonra gömrük rəsmiləşdirilməsi tamamlanan mallara münasibətdə gömrük orqanları üçün məcburidir. 5xxxx.4. Bu Məcəllənin 5xxxx.5-ci maddəsinə əsasən ləğv edilən qərarlar istisna olmaqla, malların təsnifatına, mənşə ölkəsinə dair məcburi qərarlar qüvvəyə mindiyi tarixdən etibarən 3 (üç) il müddətində, malların gömrük dəyərinə və gömrük ödənişlərinin məbləğinə dair məcburi qərarlar isə qüvvəyə mindiyi tarixdən etibarən 1 (bir) il müddətində qüvvədə olur. 5xxxx.5. Məcburi qərarlar aşağıdakı hallarda ləğv edilir: 5xxxx.5.1. bu Məcəllənin 49.1-ci maddəsində nəzərdə tutulmuş halda; 5xxxx.5.2. qərar qəbul edildikdən sonra malların təsnifatı, gömrük dəyəri, mənşə ölkəsi və gömrük ödənişləri ilə bağlı məsələləri tənzimləyən gömrük qanunvericiliyində qərarla ziddiyyət yaradan dəyişiklik edildikdə.
62. Həmin Məcəllənin 321-ci maddəsinə əsasən, 321.1. Mallar bəyan edilərkən malların təsnifatı aparılır, yəni malların xarici iqtisadi fəaliyyətin mal nomenklaturasında kodu (kodları) müəyyən olunur. 321.2. Maraqlı şəxslərin müraciəti olduqda, gömrük orqanları bu Məcəllənin 5xxxx-ci maddəsinə əsasən malların təsnifatına dair ic rası məcburi qərarları əvvəlcədən qəbul edirlər. 321.3. Bəyan edilən malların xarici iqtisadi fəaliyyətin mal nomenklaturası üzrə kodu bəyannaməçi tərəfindən düzgün göstərilmədikdə, gömrük orqanları həmin malları sərbəst təsnifatlandırma hüququna malikdirlər. 321.4. Malların təsnifatını apararkən, gömrük orqanları xarici iqtisadi fəaliyyətin mal nomenklaturasına uyğun olan malların kodlarından istifadə edirlər. Malı müşayiət edən sənədlərdə göstərilən məlumatlar, habelə ekspertiza fəaliyyətini həyata keçirən müəssisələr tərəfindən verilən ekspertiza aktları, arayışlar, rəylər yardımçı informasiya xarakteri daşıyır və malların təsnifatı zamanı nəzərə alınır. 321.5. Gömrük orqanlarının malların təsnifatı haqqında qərarları məcburi xarakter daşıyır. Bəyannaməçi, mallar barədə səlahiyyəti olan digər şəxslər həmin qərardan bu Məcəllənin 1xxxx-cu fəslində müəyyən edilmiş qaydada şikayət verə bilər.
63. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.
64. Həmin Məcəllənin 21.2-ci maddəsinə müvafiq olaraq zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.
65. Həmin Məcəllənin 21.3- cü maddəsinə görə, zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır.[15]
66. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
67. Həmin Məcəllənin 81-ci maddəsinə əsasən qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz.
68. Həmin Məcəllənin 88-ci maddəsinə müvafiq olaraq məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
69. Həmin Məcəllənin 217.1-ci maddəsinə görə, məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.
70. Həmin Məcəllənin 217.3-cü maddəsinə uyğun olaraq qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
71. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
72. Həmin Məcəllənin 218.1-ci maddəsinə görə, qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir.
73. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə qətnaməsi haqqında” xx xxxxxx 2xxxxxxxx5-ci il tarixli 4 saylı Qərarının 2.2-ci bəndinə görə, məhkəmə qətnaməsi maddi və prosessual hüquq normalarına dəqiq əməl edilməklə qəbul edildikdə qanuni hesab edilir. Həmin Qərarın 2.4-cü bəndinə uyğun olaraq qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şəhr edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun.
74. Azərbaycan Respublikası MPM-nin 418.3-cü maddəsi nə uyğun olaraq prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. KASSASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
75. Kassasiya şikayəti vaxtında, yəni apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin təqdim olunduğu gündən 2 ay müddətində verilmiş (MPM-in 4xxxx5.xxxx.1-ci maddəsi), kassasiya şikayətinin məzmunu MPM-nin 4xxxx7-ci maddəsinin tələblərinə uyğundur. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
76. İş üzrə iddiaçı QSC apellyasiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır (MPM- in 4xxxx3 və 416-cı maddələri).
77. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib-etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
78. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edildiyindən, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunduğundan iş üzrə qəbul edilmiş qətnamə dəyişdirilmədən saxlanılmalıdır.
79. Hazırki iş üzrə müəyyən olunur ki, idxal olunmuş mallar haqqında özündə səhv məlumatları əks etdirməsi səbəbindən iddiaçı QSC-nin mübahisləndirdiyi gömrük bəyyananmələri cavabdeh MMC tərəfindən 2xxxx18-ci ilin mart-avqust aylarında gömrük orqanına təqdim edilərək rəsmiləşdirilmişdir.
80. İddiaçı QSC cavabdeh MMC-yə qarşı hazırki iddia ərizəsi ilə məhkəməyə xx.xx.2xxxx19-cu il tarixdə müraciət etmişdir.
81. Həmçinin, iş üzrə müəyyən olunur ki, iddiaçı QSC, cavabdeh MMC ilə bağladığı “Gömrük rəsmiləşdirilməsi xidmətinin təmin olunması barədə” xx xxxx 2xxxx17-ci il tarixli MSCS/AZB/xxxx21/2xxxx17 saylı müqavilədən irəli gələn öhdəliklərini pozduğu, yəni MMC tərəfindən ona göstərilən gömr ük rəsmiləşdirilməsi xidmət haqqı məbləğini MMC-yə ödəmədiyi üçün, sonuncu, QSC-yə qarşı məhkəmədə iddia qaldırmış və ödənilməmiş xidmət haqqının ödənilməsini QSC-dən tələb etmişdir.
82. Həmin iddia üzrə işə baxmış 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin hazırda qüvvədə olan xx xxxxxx 2xxxx219-cu il tarixli qətnaməsi ilə MMC-nin QSC-yə qarşı irəli sürülən iddia tələbi borc hissəsində tam və dəbbə pulu hissəsində qismən təmin olunmuşdur.
83. Yuxarıda qeyd edilənlərdən görünüdüyü kimi, hazırki iş üzrə iddiaçı QSC artıq ödədiyini iddia etdiyi gömrük rüsumu məbləğinin ona qaytarılmasını müvafiq gömrük orqanından deyil, cavabdeh MMC-dən tələb etmişdir. Halbuki, qanunla artıq ödənilmiş gömrük rüsumu məbləğinin gömrük orqanından tələb olunması, artıq ödəmə halı təsdiq olunduqda isə artıq ödə nilmiş məbləğin gömrük orqanı tərəfindən idxalçıya geri qaytarlıması halları nəzərdə tutulmuşdur (bax hazırki qərarın 53-6xxxx-ci bəndlərinə).
84. Lakin, iddiaçı QSC qanunla nəzərdə tutulmuş bu imkandan istifadə etməmiş, artıq ödənilməsini iddia etdiyi gömrük rüsumu məbləğini icraçı-cavabdeh MMC-dən tələb etmişdir. Bu zaman QSC hesab etmişdir ki, icraçı MMC gömrük rəsmiləşdirilməsinə QSCnin ona təqdim etdiyi və mətnində göndərilən malın adı və kodu kimi, X1, HS CODE: ********** göstərilmiş invoys sənədlərini deyil, başqa sənədləri təqdim etmişdir ki, bunlarda idxal olunan malın adı “ilkin formalarda xüsusi çəkisi xxxx.94-dən az olan xətti polietilen”, kod nömrəsi isə “**********” kimi qeyd olunmuşudur. Bununla da, cavabdeh MMC tərəfindən iddiaçı QSC-yə maddi zərər vurulmuşdu, çünki, əsli ndə, qanunla idxal zamanı gömrük rüsumunun ödənilməsi nəzərdə tutulmadığı halda, gömrük rəsmiləşdirilməsinin səhv aparılması nəticəsində iddiaçı MMC-dən 86.487,46 manat (artıq) gömrük rüsumu tutulmuşdur.
85. Lakin işin materiallarından görünür ki, cavabdeh MMC və 3-cü şəxs gömrük orqanı iddiaçı QSC-nin tələbinə etiraz edərək göstərmişlər ki, onlar, QSC-nin idxal etdiyi malların gömrük rəsmiləşdirilməsi zamanı həmin mallara aid müvafiq sənədlərdən istifadə etmiş, gömrük orqanı düzgün olaraq, təqdim olunan bəyannamələrdə qeyd olunan adda və kodu üzrə malların gömrük rəsmiləşdirilməsini müvafiq yoxlamalar əsasında aparmış, burada hər hansı səhvə yol verilməmişdir (bax hazırki qərarın 61-62-ci bəndlərinə). Bundan başqa, idxalçı-iddiaçı QSC bəyannamələrdə göstərilən məlumatları təsdiq etmiş və müvafiq gömrük rüsumlarını özü dövlət büdcəsinə ödəmişdir.
86. Yuxarıda qeyd edilənlərlə əlaqədar, məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, iddiaçı QSC istinad etdiyi invoys sənədlərinin həqiqətən də, 2xxxx18-ci ilin martavqust aylarında idaxl olunan malların gömrük rəsmiləşdirilməsi üçün cavabdeh QSC-yə və yaxud gömrük orqanına təqdim etdiyini sübut edə bilməmişdir (bax hazırki qərarın 66-73-cü bəndlərinə). Ona görə də, apellyasiya instansiyası məhkəməsinin hazırki iş üzrə gəldiyi nəticə ilə razılaşır.
87. Eyni zamanda məhkəmə kollegiyası iddiaçı QSC-nin kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılarkən prosessual hüquq pozuntularına yol verilməsi səbəbindən araşdırılan qətnamənin ləğv edilməsi barədə gətrdiyi dəlilləri ona görə qəbul etmir ki, iş apellyasiya instansiyası məhkəməsi tərəfindən mahiyyəti üzrə düzgün baxılıb həll olunmuşdur (bax hazırki qərarın 74-cü bəndinə).
88. Göstərilənlərə əsasən məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının pozulmasına dair iddiaçı QSC-nin kassasiya şikayətinin dəlillərini əsaslı hesab etmir.
89. Şərh olunanlara və MPM-in 417 və 419-cu maddələrinə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ İddiaçı QSC-nin kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının xx xxxxxx 2xxxx2xxxx-ci il tarixli, 2-2(1xxxx3)-3xxxx9/2xxxx2xxxx saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.