Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2-2(102)-915/2025 09.04.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının İddiaçı İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdeh Cavabdeh MTKya (mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs6 * saylı Bakı Ərazi İdarəsi, İmani Hassan, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs4 və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs3 Bəhram qızı, “İnter” MMC) qarşı iş üzrə QƏRARİ Açar sözlər: mülkiyyətçinin özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri almaq tələbi (vindikasiya tələbi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının hakimi Abiyeva Kəmalə Nəbi qızının məruzəsi ilə, hakimlər Qəribov Bəhman Fərhad oğlu və Babayev Zəki Baba oğlundan ibarət tərkibdə, iddiaçı İddiaçı MMC-nin Cavabdeh MTK-ya qarşı “mülkiyyət hüququnun tanınması, əmlakın təhvil verilməsi və ümumi yığıncağın qərarlarının verilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2025-ci il ## ####### tarixli *-*(***)-***/**** nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə yazılı icraat qaydasında baxılmışdır. İşin halları 1.Cavabdeh MTK (kooperativ) və İddiaçı MMC (payçı) arasında bağlanmış 2008-ci il ## #### tarixli *** saylı müqavilənin 1.1-ci bəndinə görə, Bakı şəhər İcra Hakimiyyətinin 2005-ci il ## ####### tarixli *** saylı sərəncamına əsasən Bakı şəhəri, Xocalı prospekti 32 ünvanında inşa edilən yüksək mərtəbəli bina MTK üzvlərinin (payçıların) vəsaiti və imkanları hesabına tikilir, binanın tikintisi başa çatdıqdan sonra binanın A1 blokunda 12ci mərtəbəsində yerləşən və ümumi sahəsi 136,1 m2 təşkil edən yaşayış sahəsini kooperativ payçıya (sahəsinin tam dəyərini müqavilədə müəyyən edilmiş həcmdə və qayda ilə ödədikdən sonra) verilməsini, payçı isə həmin yaşayış sahəsini qəbul etməyi öhdələrinə götürürlər. 2.Eyni tərəflər arasında bağlanmış 2008-ci il ## #### tarixli *** saylı müqavilənin 1.1-ci bəndinə görə, Bakı şəhər İcra Hakimiyyətinin 2005-ci il ## ####### tarixli *** saylı Sərəncamına əsasən Bakı şəhəri, Xocalı prospekti 32 ünvanında inşa edilən yüksək mərtəbəli bina MTK üzvlərinin (payçıların) vəsaiti və imkanları hesabına tikilir, binanın tikintisi başa çatdıqdan sonra həmin binanın A1 blokunda 13-cü mərtəbəsində yerləşən və ümumi sahəsi 123,4 m2 təşkil edən yaşayış sahəsini kooperativ payçıya (sahəsinin tam dəyərini müqavilədə müəyyən edilmiş həcmdə və qayda ilə ödədikdən sonra) verilməsini, payçı isə həmin yaşayış sahəsini qəbul etməyi öhdələrinə götürürlər. 3.Eyni tərəflər arasında bağlanmış 2008-ci il ## #### tarixli *** saylı müqavilənin 1.1-ci bəndinə görə, Bakı şəhər İcra Hakimiyyətinin 2005-ci il ## ####### tarixli *** saylı Sərəncamına əsasən Bakı şəhəri Xocalı prospekti 32 ünvanında inşa edilən yüksək mərtəbəli bina MTK üzvlərinin (payçıların) vəsaiti və imkanları hesabına tikilir, binanın tikintisi başa çatdıqdan sonra həmin binanın A1 blokunda 14-cü mərtəbəsində yerləşən və ümumi sahəsi 136,1 m2 təşkil edən yaşayış sahəsini kooperativ payçıya (sahəsinin tam dəyərini müqavilədə müəyyən edilmiş həcmdə və qayda ilə ödədikdən sonra) verilməsini, payçı isə həmin yaşayış sahəsini qəbul etməyi öhdələrinə götürürlər. 4.Eyni tərəflər arasında bağlanmış 2008-ci il ## #### tarixli *** saylı müqavilənin 1.1-ci bəndinə görə, Bakı şəhər İcra Hakimiyyətinin 2005-ci il ## ####### tarixli *** saylı Sərəncamına əsasən Bakı şəhəri Xocalı prospekti 32 ünvanında inşa edilən yüksək mərtəbəli bina MTK üzvlərinin (payçıların) vəsaiti və imkanları hesabına tikilir, binanın tikintisi başa çatdıqdan sonra həmin binanın A1 blokunda 14-cü mərtəbəsində yerləşən və ümumi sahəsi 124,7 m2 təşkil edən yaşayış sahəsini kooperativ payçıya (sahəsinin tam dəyərini müqavilədə müəyyən edilmiş həcmdə və qayda ilə ödədikdən sonra) verilməsini, payçı isə həmin yaşayış sahəsini qəbul etməyi öhdələrinə götürürlər. 5.Eyni tərəflər arasında bağlanmış 2008-ci il ## #### tarixli *** saylı müqavilənin 1.1-ci bəndinə görə, Bakı şəhər İcra Hakimiyyətinin 2005-ci il ## ####### tarixli *** saylı Sərəncamına əsasən Bakı şəhəri, Xocalı prospekti 32 ünvanında inşa edilən yüksək mərtəbəli bina MTK üzvlərinin (payçıların) vəsaiti və imkanları hesabına tikilir, binanın tikintisi başa çatdıqdan sonra həmin binanın A1 blokunda 14-cü mərtəbəsində yerləşən və ümumi sahəsi 123,4 m2 təşkil edən yaşayış sahəsini kooperativ payçıya (sahəsinin tam dəyərini müqavilədə müəyyən edilmiş həcmdə və qayda ilə ödədikdən sonra) verilməsini, payçı isə həmin yaşayış sahəsini qəbul etməyi öhdələrinə götürürlər. 6.Eyni tərəflər arasında bağlanmış 2008-ci il ## #### tarixli *** saylı müqavilənin 1.1-ci bəndinə görə, Bakı şəhər İcra Hakimiyyətinin ## ####### 2005-ci il tarixli *** saylı Sərəncamına əsasən Bakı şəhəri, Xocalı prospekti 32 ünvanında inşa edilən yüksək mərtəbəli bina MTK üzvlərinin (payçıların) vəsaiti və imkanları hesabına tikilir, binanın tikintisi başa çatdıqdan sonra həmin binanın A1 blokunda 16-cı mərtəbəsində yerləşən və ümumi sahəsi 123,4 m2 təşkil edən yaşayış sahəsini kooperativ payçıya (sahəsinin tam dəyərini müqavilədə müəyyən edilmiş həcmdə və qayda ilə ödədikdən sonra) verilməsini, payçı isə həmin yaşayış sahəsini qəbul etməyi öhdələrinə götürürlər. 7.X3 (payçı) ilə Cavabdeh MTK (kooperativ) arasında bağlanmış 2011-ci il ## ###### tarixli müqaviləyə görə, Bakı şəhəri, Xocalı prospekti 32 ünvanında yerləşən yüksək mərtəbəli binanın tikintisi başa çatdıqdan sonra həmin binanın A1 blokunda 13cü mərtəbəsində yerləşən və ümumi sahəsi 136,1 m2 təşkil edən yaşayış sahəsini kooperativ payçıya verilməsini, payçı isə həmin yaşayış sahəsini qəbul etməyi öz öhdələrinə götürürlər. 8.İmani Hassan (payçı) ilə Cavabdeh MTK (kooperativ) arasında bağlanmış 2016cı il ## #### tarixli müqaviləyə görə Bakı şəhəri, Xocalı prospekti 32 ünvanında yerləşən yüksək mərtəbəli binanın tikintisi başa çatdıqdan sonra həmin binanın A1 blokunda 17-ci mərtəbəsində yerləşən və ümumi sahəsi 123,4 m2 təşkil edən yaşayış sahəsini kooperativ payçıya verilməsini, payçı isə həmin yaşayış sahəsini qəbul etməyi öz öhdələrinə götürürlər. 9.X4 (payçı) ilə Cavabdeh MTK (kooperativ) arasında bağlanmış 2014-cü il # ##### tarixli müqaviləyə görə, Bakı şəhəri, Xocalı prospekti 32 ünvanında yerləşən yüksək mərtəbəli binanın tikintisi başa çatdıqdan sonra həmin binanın A1 blokunda 10-cu mərtəbəsində yerləşən və ümumi sahəsi 123,4 m2 təşkil edən yaşayış sahəsini kooperativ payçıya verilməsini, payçı isə həmin yaşayış sahəsini qəbul etməyi öz öhdələrinə götürürlər.
10. X1 (payçı) ilə Cavabdeh MTK (kooperativ) arasında bağlanmış 2010-cu il ## ###### tarixli müqaviləyə görə Bakı şəhəri, Xocalı prospekti 32 ünvanında yerləşən yüksək mərtəbəli binanın tikintisi başa çatdıqdan sonra həmin binanın A1 blokunda 15-ci mərtəbəsində yerləşən və ümumi sahəsi 124,7 m2 təşkil edən yaşayış sahəsini kooperativ payçıya verilməsini, payçı isə həmin yaşayış sahəsini qəbul etməyi öz öhdələrinə götürürlər.
11. mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs4 (alıcı) ilə “İnter” MMC (tikinti şirkəti) arasında bağlanmış 2023-cü il # ######## tarixli “Çoxmənzilli yaşayış binasında fərdi mənzil haqqında” müqaviləyə görə, Bakı şəhəri, Xocalı prospekti 32 ünvanında yerləşən A1 blokunda olan, 15-ci mərtəbədə yerləşən, 124,7 m2 sahəsi olan yaşayış sahəsi alıcıya məxsusdur.
12. Azərbaycan Respublikasinin İqtisadiyyat Nazirliyi Yanında Əmlak Məsələləri Dövlət Xidməti mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs6 * saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş 2025-ci il ## ###### tarixli məktuba görə, balans saxlayıcısı Cavabdeh MTK olan Bakı şəhəri, Xocalı prospekti, 32 ünvanında A1 girişi 41, 50, 51, 54, 55, ** saylı mənzillərin dövlət qeydiyyatına alınmasına dair məlumat aşkar edilməmişdir.
13. Bakı şəhəri Xətai rayon Məhkəməsinin 2022-ci il ## #### tarixli qətnaməsi ilə X2 Cavabdeh Mənzil Tikinti Kooperativinə qarşı iddia tələbi rədd edilmiş, həmin qətnamədən X2 verdiyi apellyasiya şikayəti Bakı Apellyasiya Məhkəməsinin 2023-cü il ## ######## tarixli qətnaməsi ilə qismən təmin edilmiş, qətnamə qismən-“X2 Cavabdeh MTK ilə bağladığı 2008-ci il ## ###### tarixli qeyri-yaşayış sahəsi haqqında müqaviləyə əsasən tam dəyərini təşkil edən 300.000 manat ödədiyi Bakı şəhəri, Xətai rayonu, Xocalı küçəsi 1181-ci məhəllədə yerləşən çoxmərtəbəli yaşayış binasının A1 girişi, 2 mərtəbə, ümumi sahəsi 300 kv.m. olan qaraj sahəsinin iddiaçının sahibliyinə və istifadəsinə verilməsi tələbinin təmin edilməməsi” hissəsində ləğv olunmuş, X2 ilə Cavabdeh MTK arasında bağlanmış 2008-ci il ## ###### tarixli qeyri-yaşayış sahəsi haqqında müqavilə üzrə Bakı şəhəri, Xətai rayonu, Xocalı küçəsi 1181-ci məhəllədə yerləşən Cavabdeh MTK tərəfindən inşa edilən çoxmərtəbəli yaşayış binasının A1 girişi, 2 mərtəbə, ümumi sahəsi 300 kv.m. olan qaraj sahəsi cavabdeh Cavabdeh MTK tərəfindən iddiaçı X2 və istifadəsinə verilməsi qət edilmişdir.
İş üzrə məhkəmə icraatı
a) Birinci instansiya məhkəməsindəki icraat
14. İddiaçı İddiaçı MMC (bundan sonra - “iddiaçı”) cavabdeh Cavabdeh MTK-ya (bundan sonra - “cavabdeh”) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ərizədə qeyd edilən mənzillərə iddiaçının mülkiyyət hüququnun tanınması, mənzillərin cavabdehdən alıınaraq iddiaçıya təhvil verilməsi və Bakı şəhəri Xocalı prospekti 32 ünvanında A1 girişi 41,50,51,54,55,** saylı mənzillərə dair MTK üzvlərinin ümumi yığıncağın qərarlarının cavabdehdən tələb edilərək iddiaçıya verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
15. İddia tələbi işin yuxarıda istinad olunan faktiki hallarına uyğun əsaslandırılmış və əlavə olaraq qeyd edilmişdir ki, mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarının ona təqdim edilməsi, mənzillərin təhvil verilməsi barədə dəfələrlə cavabdehə müraciət etmiş, lakin cavabdehin əməkdaşları tərəfindən ona bürokratik əngəllər yaradılmış, qanunsuz və əsassız olaraq cavabdeh tərəfindən imtina olunmuşdur.
16. Bakı Kommersiya Məhkəməsinin 2024-cü il # ###### tarixli e-*-*(***)-****/**** nömrəli qərardadı ilə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs6 * saylı Bakı Ərazi İdarəsi müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində məhkəmə icraatına cəlb olunmuşdur.
17. Bakı Kommersiya Məhkəməsinin 2025-ci il ## ###### tarixli, e-*-*(***)-***/**** saylı qərardadı ilə İmani Hassan, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs4 və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs3 Bəhram qızı, “İnter” MMC müstəqil tələb irəli sürməyən üçüncü şəxslər qismində məhkəmə icraatına cəlb olunmuşlar.
18. Bakı Kommersiya Məhkəməsinin 2025-ci il ## #### tarixli e-*-*(***)-***/**** nömrəli qətnaməsi ilə iddia tələbinin rədd edilməsi qət edilmişdir (hakim Ü.Həsənova).
19. İddiaçı Bakı şəhəri Xocalı prospekti 32 ünvanında A1 girişi 41,50,51,54,55,** saylı mənzillərlə bağlı cavabdeh MTK ilə iddiaçı arasında bağlanmış alqı-satqı müqavilələrinin etibarlı əqd olduğunu, mənzillərin dəyəri ödənilməklə alındığını iddia etmiş, cavabdeh MTK iddiaya etiraz edərək, həmin müqavilələrin yalnız görüntü məqsədi ilə bağlandığını, iddiaçı tərəfindən onların dəyərinin ödənilmədiyini, həmin mənzillərin iddiaçıya ümumiyyətlə MTK tərəfindən təhvil verilmədiyini bildirmişdir.
20. İddiaçı tərəfindən iddia ərizəsinə Bakı şəhəri Xocalı prospekti 32 ünvanında A1 girişi 41,50,51,54,55,** saylı mənzillərlə bağlı cavabdeh MTK ilə iddiaçı arasında bağlanmış alqı-satqı müqavilələri əlavə edilmişdir.
21. Məhkəmə iddiaçının hazırkı tələblərinin tərəflər arasında bağlanmış 2008-ci il ## #### tarixli müqavilələrdən irəli gəldiyini qeyd etmiş və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 340.2-ci maddəsinin şərh edilməsinə dair Konstitusiya Məhkəməsinin 2022-ci il ## #### tarixli qərarında əksini tapmış hüquqi mövqeyə uyğun həmin müqavilələrin etibarlılığı ilə bağlı qiymətləndirmə aparmışdır.
22. İddia ərizəsində göstərilən mənzillərin dəyərinin ödənilməsi ilə bağlı (2018-ci il ## #### tarixdə 39 mənzilə görə külli miqdarda vəsaitin nağd qaydada ödənilməsini təsdiq edən) zəruri xxxxların məhkəməyə təqdim edilməsi iddiaçıya bir neçə dəfə təklif edilmiş, iddiaçının nümayəndəsi və vəkili vəkil2 həmin mənzillərin dəyərinin ödənilməsi halını MTK tərəfindən verilmiş maliyyə arayışlarının təsdiq etdiyini göstərmişdir.
23. Məhkəmə araşdırması zamanı Bakı şəhəri Xocalı prospekti 32 ünvanında A1 girişi 41,50,51,54,55,** saylı mənzillərlə bağlı tərəflər arasında etibarlı alqı-satqı müqavilələrinin olmadığı, həmin mənzillərin dəyərinin iddiaçı tərəfindən MTK-ya ödənilmədiyi, ona uyğun hüquqi nəticələr yaratmaq niyyəti olmadan yalnız görünüş üçün bağlanmış əqdlər olduğu müəyyən edilmişdir.
24. Bu səbəbdən məhkəmə hesab etmişdir ki, ərizədə qeyd edilən mənzillərə iddiaçının mülkiyyət hüququnun tanınması, mənzillərin cavabdehdən alınaraq iddiaçıya təhvil verilməsi və Bakı şəhəri Xocalı prospekti 32 ünvanında A1 girişi 41,50,51,54,55,** saylı mənzillərə dair MTK üzvlərinin ümumi yığıncağın qərarlarının cavabdehdən tələb edilərək iddiaçıya verilməsi barədə iddia tələbləri əsassız olduğundan təmin edilməməlidir.
25. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (bundan sonra-“MM”) 337.1, 337.2, 337.3, 337.4, 337.5, 340.1, 351.1, 354.1, 567, 568.1, 600.1 və 601.1-ci maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 2022-ci il ## #### tarixli və 2021-ci il # ##### tarixli Qərarlarına və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra-“MPM”) 14.1, 14.2, 77.1, 217.1 və 218.3-cü maddələrinə istinadla əsaslandırmışdır.
26. İddiaçı tərəfindən həmin qətnamədən verilmiş apellyasiya şikayətində qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir.
b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
27. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2025-ci il ## ####### tarixli *-*(***)-***/**** nömrəli qətnaməsi ilə apellyasiya şikayəti qismən təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iş üzrə yeni qətnamə qəbul edilərək iddia tələbinin rədd edilməsi qət edilmişdir (sədrlik edən-məruzəçi hakim T.Mahmudova, hakimlər Z.Şirinov və L.Əliyeva).
28. Apellyasiya instansiyası məhkəməsi tərəflərin həqiqi iradələrini gizli tutaraq hər hansı bir mənfəət əldə etmək üçün üçüncü şəxslərdə buna dair fikir formalaşdırmaq və görüntü yaratmaq niyyətlərinin müəyyən olunmadığını, müqavilələrin onun bağlanması qaydalarını tənzimləyən normalara uyğun şəkildə rəsmiləşdirildiyini nəzərə almaqla hesab etmişdir ki, iddiaçının istinad etdiyi müqavilələri yalan və ya uydurma əqdlər hesab etmək mümkün deyildir.
29. Xüsusilə qeyd olunmuşdur ki, mənzillərin dəyərinin ödənilmədiyi iddiası müqavilələrin uydurma və ya yalan olduğu qənaətinə gəlməyə əsas verə bilməz və belə yanaşma oxşar mübahisələr üzrə formalaşmış məhkəmə təcrübəsinə də ziddir. Cavabdehlə ayrı-ayrılıqda həm iddiaçı, həm də üçüncü şəxslərlə eyni mənzillərə dair eyni məzmunlu müqavilələr bağlanmış və onların hamısına mənzillərin dəyərini tam ödədiklərinə dair müvafiq arayışlar verilmişdir.
30. Kollegiya qeyd etmişdir ki, həm iddiaçı, həm də digər şəxslərlə bağlanmış müqavilələr podrat müqaviləsi kimi qiymətləndirilməlidir. Hazırki işdə müəyyən olunan odur ki, cavabdehlə iddiaçı arasında bağlanmış müqavilələr tarix etibarilə daha əvvəl tərtib edilsə də, mənzillər üçüncü şəxslərə təhvil verilmiş və onlardan bəziləri mənzillərə mülkiyyət hüquqlarını qeydə aldırmışlar.
31. İddiaçının hazırkı apellyasiya baxışının predmeti olan iddia tələbləri təmin edilə bilməz-lakin bu hal onu, müvafiq müqavilələr üzrə öz öhdəliklərini icra etdiyini xxxxa yetirdiyi halda, ayrı icranı qəbul etmək və ya ona dəymiş zərərin əvəzinin ödənilməsini cavabdehdən tələb etmək imkanından məhrum etmir. İddiaçının istinad etdiyi müqavilələrin etibarsız olmadığı barədə hazırkı iş üzrə gəlinən qənaət, “ayrı icranı qəbul etmək və ya ona dəymiş zərərin əvəzinin ödənilməsini” tələb edəcəyi zaman onun, müvafiq müqavilələr üzrə öz öhdəliklərini icra etdiyini xxxxa yetirmək öhdəliyinə təsir göstərmir.
32. Apellyasiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikasının Konstitusiyasının 13.1, 29.1, 43, 152.1, 152.4, 152.5, 157.2, 157.4, 157.8, 158.1, 158.2, 164.1, 165.1, 165.2, 178.8, 324.1, 324.2, 324.4, 324.5, 337.1, 337.2, 337.4, 337.5, 339.1, 340.1, 340.2, 354.1, 354.2, 385.1, 386.1, 404, 435, 442, 447.1, 452.1, 452.2 və 752.2-ci maddələri, Konstitusiya Məhkəməsi Plenumunun 2010-cu il ## ####### tarixli və 2021ci il # ##### tarixli Qərarlarına, MPM-in 4.1, 14.2, 77.1, 81, 88 və 385.1-ci maddələrinə maddələrinə istinadla əsaslandırmışdır.
33. İddiaçı tərəfindən həmin qətnamədən verilmiş kassasiya şikayətində qətnamənin ləğv edilməsi və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsinə dair qərar qəbul edilməsi xahiş edilmişdir.
Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri
a) Kassasiya şikayətinin dəlilləri
34. Azərbaycan Respublikası Konstitusiyasının 29, 60, 127, 130, MM-in 6.1.1, 6.1.2, 6.1.3, 6.1.4, 6.1.5, 6.1.7, 6.1.8, 6.1.9, 6.2, 329.1, 390, 404-cü maddələri üzrəiddiaçı tərəfindən təqdim olunan və MTK-nın özünün tərtib edib verdiyi maliyyə arayışları məhkəmə tərəfindən xxxx qismində qəbul edilməmiş, lakin eyni məsələ üzrə mənzillərdə yaşayan şəxslərin təqdim etdiyi tam eyni mahiyyətdə olan maliyyə arayışları məhkəmə tərəfindən xxxx kimi, hətta bəzi hallarda yekun və üstün xxxx kimi qəbul edilmişdir.
35. Apellyasiya məhkəməsinin qərarında sakinlərin uzun illər ərzində iddiaçı tərəfindən heç bir şəkildə narahat edilməməsi, onlara hər hansı sorğu ünvanlanmaması və ümumiyyətlə iddiaçının bu mənzillərlə bağlı heç bir addım atmaması xüsusi vurğulanmış və qərarın əsaslandırıcı hissəsində sanki bu hal iddiaçı üçün mənfi hüquqi nəticə doğuran fakt kimi təqdim edilmişdir. Lakin belə bir yanaşma həm hüquqi baxımdan əsassızdır, həm də alıcı üzərinə qanunda nəzərdə tutulmayan və heç vaxt mövcud olmayan yeni öhdəliklər yükləmək deməkdir. İddiaçının mülkiyyət hüququnu əldə etdikdən sonra mütəmadi şəkildə mənzilləri “xxxx”, binaya baş çəkməsi, illər boyunca MTK-ya müraciət edib mənzilin kiməsə satılıb-satılmadığını araşdırması kimi bir öhdəliyi yoxdur və ola da bilməz.
36. Apellyasiya məhkəməsinin yerində baxış zamanı mənzillərdə yaşayan sakinlərin izahatlarını iş üzrə əsas və hətta yekun nəticələrə təsir edən xxxx kimi qəbul etməsi də hüquqi baxımdan əsassızdır, çünki onların bildirdiyi məlumatlar yalnız faktiki yaşamaq gerçəkliklərini əks etdirir və bu hal mülkiyyət hüququ yaratmır, müqavilələrin tarixini dəyişmir və öhdəlik münasibətlərinin mahiyyətini transformasiya edə bilməz. Həmin şəxslər özlərini alıcı kimi təqdim etsələr də, onların vəziyyəti birbaşa satıcı olan MTK ilə aralarındakı münasibətdən irəli gəlir və əgər onlar da eyni əmlakın təkrarən başqalarına satılması nəticəsində aldadılıblarsa, bu vəziyyət onların satıcı ilə həll etməli olduqları hüquqi münasibətdir və iddiaçının 2008-ci il müqavilələrindən doğan tələblərinə hüquqi təsir göstərməməlidir. Çünki hüquqi ardıcıllığa görə ilk öhdəlik əvvəlki tarixli müqavilədən yaranır və sonrakı alqı-satqıların mövcudluğu bu öhdəliyi aradan qaldırmır. Bu səbəbdən sakinlərin ifadələrinin iddiaçının tələbinin qiymətləndirilməsində həlledici meyar kimi götürülməsi yalnız xxxxların dəyərinin yanlış müəyyən edilməsinə deyil, həm də iddiaçı ilə satıcı arasında yaranmış ilkin öhdəliyin üzərinə sonradan formalaşmış faktiki situasiyaların yerləşdirilməsi ilə maddi hüquq normalarının pozulmasına gətirib çıxarmışdır. İddiaçının illər ərzində mənzilləri “yoxlamaması” və sakinlərlə əlaqə saxlamaması əsasında onun hüquqlarının zəiflədilməsi barədə Apellyasiya Məhkəməsinin nəticəsi Mülki Məcəllədə müəyyən edilmiş fundamental prinsiplərə, xüsusilə də MM-in 6.1.1-ci maddəsində təsbit olunan mülki hüquq subyektlərinin bərabərliyi prinsipinə, 6.1.2-ci maddədə nəzərdə tutulan iradə sərbəstliyinə, 6.1.3-cü maddədə təsbit edilən əmlak müstəqilliyinə, 6.1.4-cü maddədə göstərilən mülkiyyətin toxunulmazlığına, 6.1.5-ci maddədə təsbit olunan müqavilə azadlığına, 6.1.7-ci maddədə tələb olunan mülki hüquqların maneəsiz həyata keçirilməsinə, habelə 6.1.8 və 6.1.9-cu maddələrdə təsbit edilən pozulmuş hüquqların bərpası və mülki hüquqların məhkəmə müdafiəsi prinsiplərinə birbaşa ziddir. Çünki mülkiyyətçi əmlakını istəsə aktiv, istəsə passiv formada saxlayır və bu davranış onun hüquqi statusunu dəyişmir; iddiaçının MTKnın verdiyi rəsmi “tam ödənilib” arayışına güvənərək əmlakı investisiya məqsədilə alması və MM 158-ci maddəsində müəyyən olunan sahiblik-istifadə-sərəncam səlahiyyətlərini öz iradəsinə uyğun olaraq həyata keçirməsi MM-in 6.2-ci maddəsində nəzərdə tutulan iradə sərbəstliyi və mülki hüquqların öz mənafelərinə uyğun həyata keçirilməsi prinsipinə tam uyğundur. Halbuki MTK həmin əmlakı üçüncü şəxslərə satmaqla mülkiyyətçinin MM 157-ci maddə ilə qorunan mülkiyyət hüququna açıq və qanunsuz müdaxilə etmişdir.
37. Apellyasiya Məhkəməsinin müqavilələri heç bir obyektiv araşdırma aparmadan, yalnız cavabdehin birtərəfli izahına əsaslanaraq “yalan əqd” kimi qiymətləndirməsi həm Mülki Məcəllənin 340.1 və 340.2-ci maddələrinə, həm də müqavilələrin həqiqi iradə üzrə təfsir edilməsini tələb edən 404-cü maddəsinə ziddir, çünki Məcəlləyə görə uydurma və yalan əqd yalnız tərəflərin hər ikisinin hüquqi nəticə yaratmaq niyyəti olmaması halında mövcud sayılır və belə nəticəyə gəlmək üçün tərəflərin davranışları, ödəniş sənədləri, müqavilənin icrası və real öhdəlik dinamikası araşdırılmalıdır; bu işdə isə belə araşdırma aparılmamış, müqavilənin etibarlı sayılması barədə MM-in 390.1-ci maddəsində təsbit olunan presumpsiya nəzərə alınmadan cavabdehin müdafiə məqsədli bəyanatı yeganə “xxxx” kimi qəbul edilmişdir. Halbuki cavabdeh MTK rəhbərliyində olan şəxsin eyni dövrdə digər mənzillərin də bir neçə şəxsə satılması üzrə cinayət işi ilə bağlı araşdırmalarda adının keçməsi, müxtəlif zərərçəkənlərin ifadələri və açıq mənbələrdəki məlumatlar nəzərə alınmalı, belə şəraitdə cavabdehin “yalan əqd” iddiası daha ciddi şəkildə qiymətləndirilməli idi. Apellyasiya Məhkəməsinin rəsmi “tam ödənilib” arayışlarını, müqavilə şərtlərini, ödəniş sənədlərini və faktiki münasibətləri nəzərə almadan cavabdehin birtərəfli bəyanatlarını üstün tutması iddiaçının MM 157 və 158-ci maddələrlə qorunan müdafiə və sərəncam hüquqlarını zəiflətmiş, hüquqi müəyyənlik və hüquqi etimad prinsiplərini zədələmiş və nəticədə iddiaçı tərəfi heç bir hüquqi əsası olmayan şəkildə müdafiəsiz vəziyyətə salmışdır. Bu yanaşma hüquqi dövlət prinsipinə-yəni hüquqları qanunla qorunan şəxslərin dövlət tərəfindən verilmiş rəsmi sənədlərə etibar edə bilməli olması tələbinə ziddir və məhkəmələrin konstitusion funksiyası olan hüquqların müdafiəsinə xidmət etmir.
38. MM-in 425.1-ci maddəsi üzrə-uzun illər əvvəl bağlanmış və cavabdeh tərəfindən rəsmi sənədlərlə təsdiq olunmuş müqavilə münasibətlərinə bu gün tamamilə fərqli yanaşılmış, iddiaçının 2008-ci ildə həyata keçirdiyi ödənişlərə dair MTK-nın özünün tərtib edərək verdiyi maliyyə arayışlarının hüquqi qüvvəsi nəzərə alınmamış, həmin arayışlar Konstitusiya Məhkəməsinin 2010-cu il ## ####### tarixli qərarında göstərildiyi kimi kooperativ üzvü üçün mülkiyyət hüququ yaradan əsaslı sənədlər olduğu halda Apellyasiya Məhkəməsi tərəfindən sanki hüquqi mahiyyəti olmayan kağız parçaları kimi qiymətləndirilmiş, nəticədə iddiaçı tərəfin güvəndiyi rəsmi sənədlərin yaratdığı hüquqi etimad tamamilə pozulmuş və məhkəmə tərəfindən aparılmış birtərəfli araşdırma nəticəsində mənzillərə dair iddia tamamilə əsassız şəkildə rədd edilmişdir.
39. MPM-in 8, 9, 13.7, 14.1, 77.1, 88, 217.1, 217.3, 265.4, 265.5-ci maddələri üzrə- Bakı Apellyasiya Məhkəməsinin qəbul etdiyi qərarda nə üçün iddiaçıya məxsus rəsmi maliyyə arayışlarının xxxx kimi rədd edildiyi, nə üçün sakinlərin faktiki yaşama əsasında verdikləri ifadələrin həlledici xxxx qismində qəbul olunduğu, nə üçün Konstitusiya Məhkəməsinin 2010-cu il ## ####### tarixli məcburi hüquqi izahı və MM-in 178.8, 340, 447, 452 və digər müddəalarının tətbiq edilmədiyi, nə üçün eyni mənzillərin bir neçə şəxsə satılması kimi aydın dələduzluq əlamətləri olan hallara cinayət-hüquqi qiymət verilmədiyi izah olunmamış, qərarın nəticəsinə təsir edən hüquqi və faktoloji məsələlər barədə heç bir adekvat əsaslandırma təqdim edilməmişdir.
40. Bakı Apellyasiya Məhkəməsinin eyni kateqoriyaya aid, eyni hüquqi statusa malik rəsmi sənədlərə-MTK-nın iddiaçıya verdiyi maliyyə arayışlarına və daha sonrakı sakinlərə verilmiş maliyyə arayışlarına - diametral dərəcədə fərqli yanaşma sərgiləyərək birinciləri faktiki olaraq “etibarsız kağız parçası”, ikinciləri isə “əsas və həlledici xxxx” kimi qəbul etməsi, üstəlik iddiaçıdan 2008-ci ildə baş vermiş nağd ödənişi bugünkü bank dövriyyəsi standartlarına uyğun qəbzlərlə xxxx etməyi tələb etdiyi halda, cavabdeh və sakinlərin sonradan verilmiş, ziddiyyətli və xxxxsuz izahatlarını demək olar ki, heç bir əlavə xxxx tələb etmədən qəbul etməsi tərəflərə bərabər prosessual mövqe və bərabər xxxxetmə şərtləri təmin etmək əvəzinə, onları əsassız şəkildə müxtəlif hüquqi “çəkiyə” malik subyektlərə çevirmişdir.
b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
41. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir.
Kassasiya baxışının hədləri
42. Hazırkı icraat çərçivəsində apellyasiya məhkəməsinin qətnaməsi tam mübahisələndirildiyi üçün onun qanuniliyi və əsaslılığı MPM-in 403 və 416-cı maddələrinə uyğun olaraq bütövlükdə yoxlanılacaqdır.
43. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib-etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir.
Tətbiq edilən hüquq
44. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur:
“Maddə 14. Mülki hüquqların və vəzifələrin əmələ gəlməsi 14.1. Mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. ...”
“Maddə 157. Mülkiyyətin müdafiəsi 157.1. Mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır. 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. ... 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. ... 157.8. Mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. ...” “Maddə 164. Sahibliyin müdafiəsi
164.1. Sahibin iradəsi olmadan sahiblikdən məhrumetmə və onu pozma qadağan edilmiş özbaşınalıq sayılır. Hər bir sahibin qadağan edilmiş özbaşınalıqdan müdafiə üçün güc işlətmək ixtiyarı vardır. Bu zaman o, şəraiti nəzərə almaqla, əsassız güc hərəkətlərindən çəkinməlidir. ...” “Maddə 165. Sahibliyin pozulması
165.1. Sahiblik qadağan edilmiş özbaşınalıq yolu ilə pozulduqda sahib pozucudan pozuntulara son qoymağı tələb edə bilər. Pozuntuların davam edəcəyindən ehtiyat olunduqda sahib onlara son qoyulması üçün iddia verə bilər. Pozucu və ya onun hüquq sələfi üçün sahib qanunsuz olduqda və sahiblik məhrumetmədən əvvəlki ildə əldəedildikdə bu cür iddia istisna edilir. 165.2. Qadağan edilmiş özbaşınalıq üzrə iddiaya yalnız o halda yol verilir ki, sahib qəsdin və təqsirkarın ona məlum olmasından dərhal sonra əşyanın qaytarılmasını və ya pozuntunun aradan qaldırılmasını tələb etsin. İddia müddəti, hətta qəsd və təqsirkar sahibə sonralar da məlum olarsa, məhrumetmə və ya pozuntu anından başlayaraq bir il təşkil edir.”
“Maddə 178. Daşınmaz əmlaka mülkiyyət hüququnun əldə edilməsi ... 178.8. Tikintisi başa çatmayan binanın tərkib hissəsini əldə etmək istəyən şəxslə binanın yerləşdiyi torpaq sahəsinin mülkiyyətçisi (satıcı) arasında bu Məcəllənin 39-cu fəsli ilə nəzərdə tutulan podrat münasibətləri əmələ gəlir və belə münasibətlərdə torpaq sahəsinin mülkiyyətçisi (satıcı) podratçı, tikintisi başa çatmayan binanın tərkib hissəsini əldə etmək istəyən şəxs isə sifarişçi hesab edilir. Bu zaman digər öhdəliklərlə yanaşı, satıcı (podratçı) bu Məcəllənin 144-1.4-cü maddəsində nəzərdə tutulan müqavilədə müəyyənləşdirilən müddətdə binanın tikintisini başa çatdırmaq və istismarına icazə almaq, tərkib hissəni əldə etmək istəyən şəxs (sifarişçi) isə razılaşdırılmış məbləği hissəhissə vaxtında satıcıya ödəmək vəzifəsi daşıyır. Tikintisi başa çatmayan binanın yerləşdiyi torpaq sahəsinin mülkiyyətçisinin (satıcının, podratçının) və (və ya) həmin binanın tərkib hissəsini əldə etmək istəyən şəxsin dəyişməsi onlar arasında yaranan münasibətlərə bu Məcəllənin 39-cu fəslində nəzərdə tutulan podrat münasibətlərinin tətbiqini istisna etməməlidir.”
“Maddə 324. Əqd anlayışı və onun növləri
324.1. Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. 324.2. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. ... 324.4. Müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. 324.5. İradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir.”
“Maddə 337. Əqdlərin etibarsızlığı anlayışı və onun nəticələri. Mübahisə edilən və əhəmiyyətsiz əqdlər 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. 337.2. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. ... 337.4. etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. 337.5. Əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir.”
“Maddə 339. Hakimiyyətdən sui-istifadə nəticəsində, aldatma, zorakılıq, hədə təsiri altında, bir tərəfin nümayəndəsinin digər tərəflə pis niyyətlə razılığa gəlməsi və ya şəxsin ağır vəziyyətə düşməsi nəticəsində bağlanmış əqdin etibarsızlığı 339.1. Hakimiyyətdən sui-istifadə, bir tərəfin nümayəndəsinin digər tərəflə pis niyyətlə razılığa gəlməsi nəticəsində bağlanmış, yaxud bu Məcəllənin 49.4-cü maddəsində müəyyən edilmiş hallara səbəb olan əqd, habelə şəxsin ağır vəziyyətə düşməsi və digər tərəfin bundan istifadə etməsi nəticəsində həmin şəxsin özü üçün son dərəcə əlverişsiz şərtlərlə bağlamağa məcbur olduğu əqd (ağır şərtli əqd) zərərçəkən tərəfindən mübahisələndirilə bilər. ...”
“Maddə 340. Uydurma və yalan əqdlərin etibarsızlığı 340.1. Uydurma əqd ona uyğun hüquqi nəticələr yaratmaq niyyəti olmadan yalnız görünüş üçün bağlanmış əqddir. Uydurma əqd əhəmiyyətsizdir. 340.2. Yalan əqd başqa əqdi pərdələmək məqsədi ilə bağlanan əqddir. Yalan əqd əhəmiyyətsizdir. Yalan əqdə onun mahiyyəti nəzərə alınmaqla, tərəflərin həmin əqdi bağlayarkən əslində nəzərdə tutduqları əqdə aid olan qaydalar tətbiq edilir.”
“Maddə 447. İkitərəfli müqavilələrdə öhdəliklərin icra edilməməsi 447.1. Əgər ikitərəfli müqavilənin bir tərəfi müqavilədən irəli gələn öhdəlikləri icra etmirsə, müqavilənin digər tərəfi öhdəliklərin icrası üçün təyin etdiyi əlavə müddət nəticəsiz qurtardıqdan sonra müqavilədən imtina edə bilər. Əgər öhdəliyin pozulması xarakteri əsas götürülməklə əlavə müddət tətbiq edilmirsə, xəbərdarlıq edilməsi əlavə müddət təyin olunmasına bərabər tutulur. Əgər öhdəliyin yalnız bir hissəsi icra edilməmişsə, kreditor müqavilədən yalnız öhdəliyin qalan hissəsinin icrasına marağını itirdiyi halda imtina edə bilər. ...”
“Maddə 452. Fərdi-müəyyən əşyanı vermək öhdəliyinin icra edilməməsinin nəticələri
452.1. Fərdi-müəyyən əşyanı kreditorun mülkiyyətinə və ya əvəzli istifadəsinə vermək öhdəliyi icra edilmədikdə kreditor həmin əmlakın borclunun əlindən alınmasını və öhdəlikdə nəzərdə tutulan şərtlərlə ona verilməsini tələb edə bilər. Bu hüquq əmlakın üçüncü şəxsə mülkiyyət hüququ ilə verildiyi halda aradan qalxır. Əgər əmlak hələ verilməmişsə, öhdəlik hansı kreditorun xeyrinə daha əvvəl əmələ gəlmişsə, üstünlük o kreditorundur, bunu müəyyənləşdirmək mümkün olmadıqda isə daha əvvəl iddia irəli sürənindir. 452.2. Kreditor öhdəliyin predmeti olan əmlakın ona verilməsini tələb etmək əvəzinə zərərin əvəzinin ödənilməsini tələb edə bilər.”
“Maddə 752. Podrat müqaviləsi ... 752.2. Əgər podratda hər hansı məmulatın hazırlanması nəzərdə tutularsa və podratçı onu özünün əldə etdiyi materiallardan hazırlayarsa, hazırlanmış məmulata mülkiyyəti sifarişçiyə verir. Əgər əvəz edilən əşya hazırlanmışdırsa, alğı-satqı qaydaları tətbiq edilir.”
45. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur:
“Maddə 14. İş üzrə məhkəmə baxışının prinsipləri ... 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri xxxxları araşdırmalı və onlardan istifadə etməlidir. ...”
“Maddə 77. xxxx etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları xxxx etməlidir. ...”
“Maddə 88. xxxxların qiymətləndirilməsi Məhkəmə xxxxlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin xxxxlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir xxxxun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.”
“Maddə 217. Qətnamənin qanuniliyi və əsaslılığı 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. ... 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. ...”
Kassasiya instansiya məhkəməsinin mövqeyi
46.Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə qiymət verərkən nəzərə alır ki, kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (MPM-in 416.1-ci maddəsi). 47.Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərini apellyasiya instansiyası məhkəməsinin iş üzrə qətnaməsinin ləğv edilməsi üçün əsas hesab etmir və qeyd edilməsini zəruri hesab edir ki, şikayətin dəlillərində göstərilən hüquqi məsələlərə apellyasiya instansiyası məhkəməsi tərəfindən qiymət verilmiş, işdə olan xxxxlar mülki prosessual qanunvericiliyin mümkünlük, aidlik və mötəbərlik tələbləri nəzərə alınmaqla qiymətləndirilmiş, mübahisəli hüquq münasibətinə maddi hüquq normaları düzgün tətbiq edilmişdir. 48.Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas olmadığından apellyasiya instansiyası məhkəməsinin iş üzrə qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti isə təmin edilməməlidir. 49.MPM-in 417-419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
Qərara alır:
Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2025-ci il ## ####### tarixli *-*(***)-***/**** nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.