Məhkəmə qərarları › İş №2-2(102)-92/2021

Ali Məhkəmə Qərar — İş №2-2(102)-92/2021

17.03.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sai
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-92/2021 17.03.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası İddiaçı MMC-in Cavabdeh MMC-ə qarşı borcun tutulması və əmlakın geri qaytarılması tələbinə dair iş üzrə QƏRAR Açar sözlər: borcun hissə-hissə ödənilməsi barədə razılaşma, qaimə-faktura, sübut Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası hakim Qəribov Bəhman Fərhad oğlunun sədrliyi ilə, hakimlər Dadaşov İlqar Ağababaş oğlundan, Məmmədli Bəhram Məmməd oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi Hüseynli Cavid Əli oğlunun, Cavabdehin vəkili və nümayəndəsi Vəkil1 iştirakı ilə, İddiaçı və cavabdeh “Cavabdeh tərəfindən Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2020-ci il 9 sentyabr tarixli 2-2(103)-367/2020 saylı qətnaməsindən verilmiş kassasiya şikayətlərinə açıq məhkəmə iclasında baxılmışdır. İ. İŞİN HALLARİ

1. Cavabdeh MMC (sifarişçi) ilə İddiaçı MMC (icraçı) arasında 2018-ci il 30 oktyabr tarixli, xxx saylı “Anbarda saxlama” müqaviləsi bağlanmışdır.

2. Həmin müqaviləyə əsasən anbar sahibi mal sahibinin təqdim etdiyi xurma meyvələrinin (bundan sonra "Xurma" adlanacaq) saxlanılmasını öhdəsində götürür, mal sahibi isə həmin xidmətlərin dəyərinin bu müqavilədə göstərilən şərtlərə uyğun olaraq vaxtında və tam ödənilməsini yerinə yetirir. Müqavilə hər iki tərəfin imzası və möhürü ilə təsdiq olunmuşdur. 3. “Borcun hissə-hissə ödənilməsi barədə” 2019-cu il 3 aprel tarixində tərəflər arasında razılaşma imzalanmış, razılaşmaya əsasən borcun 73.000 ma nat – 2019-cu il 1 may tarixinədək; 73.000 manat - 2019-cu il 1 iyun tarixinədək; 73.000 manat – 2019-cu il 1 iyul tarixinədək; 73.000 manat -2019-cu il 1 avqust tarixinədək; 73.000 manat – 2019-cu il 1 sentyabr tarixədək; 74.000,01 manat- 2019-cu il 1 oktyabr tarixinədək ödənilməsi nəzərdə tutulmuşdur. Razılaşma hər iki tərəfin imzası və möhürü ilə təsdiq edilmişdir.

4. İddiaçı MMC 2019-cu il 18 oktyabr tarixində pretenziya qaydasında məktubla Cavabdeh MMC-ə müraciət edərək, müqavilə üzrə yaranmış 369.000,01 manat borcun və cərimənin 3 gün müddətində ödənilməsi tələb olunmuş, borc ödənilmədiyi təqdirdə məhkəməyə müraciət etmək zərurətinin yaranacağını bildirmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

5. İddiaçı MMC Cavabdeh MMC-ə qarşı 369.000,0 1 manat məbləğində qalıq borc və ödənişin gecikdirildiyinə görə hesablanmış 16.236 manat cərimə məbləğinin tutulması, İddiaçı MMC-ə məxsus əmlakların qaytarılması, bu mümkün olmadıqda onların 51.396,08 manat məbləğində olan dəyərinin kompensasiya edilməsi, İddiaçı MMC-ə dəymiş 50.000 manat məbləğində zərərin, ödənilmiş 30 manat dövlət rüsumunun, ümumilikdə 486.662 manat məbləğində pulun tutulması barədə iddia ərizəsi ilə Bakı Kommersiya Məhkəməsinə müraciət etmişdir.

6. Daha sonra iddiaçının nümayəndəsi iddia tələbinin həcminin artırılmasına dair ərizə təqdim edərək Cavabdeh MMC-dən İddiaçı MMC-in xeyrinə 369.000,01 manat məbləğində qalıq borc və ödənişin gecikdirildiyinə görə hesablanmış 16.236 manat cərimə məbləğinin tutulması, İddiaçı MMC-ə məxsus əmlakların qaytarılması, bu mümkün olma dıqda onların 53.650,17 manat məbləğində olan dəyərinin kompensasiya edilməsi, İddiaçı MMC-ə dəymiş 50.000 manat məbləğində zərərin, ödənilmiş 30 manat dövlət rüsumunun, ümumilikdə 488.916,18 manat məbləğində pulun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

7. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh ”Cavabdeh” MMC-in 2018-ci il 30 oktyabr tarixli, xxx saylı “Anbarda saxlama” müqaviləsinə əsasən və onun ayrılmaz tərkib hissəsi olan müvafiq əlavələrinə uyğun olaraq göstərilmiş xidmətlərə görə İddiaçı MMC-ə 444.923,12 manat borcu yaranmışdır. Cavabdeh borcdan yalnız 5.923,11 manat ödəmiş, qalan 439.000,01 manat borcun isə tərəflərin 2019-cu il 3 aprel tarixində imzaladığı borcun hissə-hissə ödənilməsi barədə razılaşmasına əsasən 73.000 manat - 2019 -cu il 1 may ta rixinədək; 73.000 manat - 2019-cu il 1 iyun tarixinədək; 73.000 manat - 2019-cu il 1 iyul tarixinədək; 73.000 manat - 2019-cu il 1 avqust tarixinədək; 73.000 manat - 2019-cu il 1 sentyabr tarixinədək; 74.000,01 manatın - 2019-cu il 1 oktyabr tarixinədək ödənilməsi nəzərdə tutulmuşdur. Lakin cavabdeh razılaşmanın şərtlərini pozaraq borclarının hissə-hissə ödənilməsi qrafikinə riayət etməmiş, qrafik üzrə nəzərdə tutulmuş borc məbləğindən yalnız 2019-cu il 12 iyul tarixində 70.000 manat ödəmiş, qalan 369.000,01 manat borcun ödənilməsini isə bu günə qədər təmin etməmişdir. Göründüyü kimi, cavabdeh öz öhdəliklərini pozub, təsdiqlənmiş borclarının qrafik üzrə ödənilməsini təmin etməmişdir. 2019-cu il 18 oktyabr tarixli, 132/2019 saylı məktubla cavabdehə borclarının ödənilməsi barədə pretenziya g öndərilsə də, cavabdeh pretenziya məktubunu qəbul etməsinə baxmayaraq, yenə də öz öhdəliklərini bu günə qədər icra etməmişdir. 2019-cu il 1 oktyabr tarixindən 2019-cu il 13 noyabr tarixinədək, yəni 44 gün olan müddətdə borcun ödənilmədiyi hər gün üçün cavabdehə 0,1 % cərimə hesablanmışdır. Belə ki, 44 gecikdirilmiş gün üçün cavabdehə 16.236 manat cərimə hesablanmışdır. Bundan başqa, Cavabdeh MMC İddiaçı MMC-dən müvəqqəti təhvil aldığı Benoplast istehsalı olan 60x40x15 ölçüdə 3151 ədəd, Sarı Metak istehsalı 60x40x14 ölçüdə olan 3602 ədəd, Gürtan istehsalı 60x40x15 ölçüdə olan 1813 ədəd, İran istehsalı 120x100x90 ölçüdə olan 4 ədəd, ümumilikdə 8570 ədəd plastik yeşikləri və 390 ədəd 1,20x1,00 ölçüdə olan taxta padonlarını bu günə qədər geri qaytarmamışdır. Cavabdeh MMC 2018-ci ilin oktyabr a yından etibarən özgəsinin əmlakından istifadə edərkən bilməli idi ki, bu əmlak başqasının mülkiyyətindədir. Buna görə də o, ya həmin əmlakı mülkiyyətçiyə geri qaytarmalı, ya da mülkiyyətçiyə əmlakdan istifadə haqlarını ödəməlidir. Lakin Cavabdeh MMC bunu etməyib və vicdansızcasına başqasının əmlakından istifadə edərək ondan fayda götürüb. Göründüyü kimi, cavabdeh başqasının əmlakından istifadə edərək əsassız olaraq varlanmışdır. Cavabdeh MMC qanunsuz əldə etdiyi əmlakları İddiaçı MMC-ə geri qaytarmalı və ya onların 51.396,08 manat məbləğində olan dəyərini ödəməlidir. Cavabdeh MMC-in qanunsuz hərəkətləri nəticəsində İddiaçı MMC-ə zərər dəymişdir. Zərər əmlakdan məhrum olması ilə bağlıdır və cavabdeh öz əmlakından məhrum olmasaydı, bu günə qədər 50.000 manat gəlir əldə edərdi. Yuxarıdakılara əsasən, Cavabdeh MMC qanunsuz əldə etdiyi əmlakları İddiaçı MMC-ə geri qaytarmalı, bu mümkün olmadıqda, onların dəyərini kompensasiya etməli və əlavə olaraq İddiaçı MMC-ə vurduğu 50.000 manat zərəri ödəməlidir. Cavabdeh öz öhdəliklərini pozduğuna görə məsuliyyət daşımalıdır.

8. Bakı Kommersiya Məhkəməsinin 2020-ci il 11 mart tarixli, 2-2(113)-260/2020 saylı qətnaməsi ilə iddia tələbi qismən təmin edilmiş, Cavabdeh MMC-dən 369.000,01 manat məbləğində əsas borc, 2.000 manat məbləğində cərimə və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 22,80 manat olmaqla, cəmi 371.022,81 manat məbləğində pul tutularaq İddiaçı MMC-ə ödənilmişdir (hakim-Zeynəb Axundova).

9. Məhkəmə hesab etmişdir ki, müqavilə azadlığı prinsipinə uyğun olaraq tərəflər arasında saxlama müqaviləsi bağlanmış, müqaviləyə əsasən idd iaçı üzərinə düşən öhdəlikləri tam icra edərək müqavilədə nəzərdə tutulmuş xidmətləri göstərsə də, cavabdeh göstərilmiş xidmətin dəyərini tam ödəməmiş, bununla da müqavilə öhdəliklərini pozmuşdur. Bundan başqa, məhkəmə 2019-cu il 3 aprel tarixində tərəflər arasında imzalanmış “borcun hissə-hissə ödənilməsi barədə” razılaşmanı əsas borcun etirafı kimi qəbul edir. Belə ki, tərəflər arasında razılaşma imzalanmış, razılaşmaya əsasən borcun 73.000 manat- 2019 -cu il 1 may tarixinədək; 73.000 manat -2019-cu il 1 iyun tarixinədək; 73.000 manat -2019-cu il 1 iyul tarixinədək; 73.000 manat -2019-cu il 1 avqust tarixinədək; 73.000 manat -2019-cu il 1 sentyabr tarixinədək; 74.000,01 manat -2019-cu il 1 oktyabr tarixinədək ödənilməsi nəzərdə tutulmuşdur. Həmin borcdan qismən ödəniş olunmuş, 369.000, 01 manat hissə ödənilməmiş qalmışdır.

10. Məhkəmə daha sonra borcun tutulması və borcun gecikdirilməsinə görə 16.236 manat cərimənin cavabdehdən tutulması tələbinə münasibətdə vurğulamışdır ki, cavabdeh «Cavabdeh” MMC-in öhdəliklərini vaxtında icra etməməsi müəyyən olunduğundan və tərəflər arasında bağlanmış müqavilədə öhdəliklərin icra edilməsinin gecikdirilməsinə görə dəbbə pulu ödənilməsi nəzərdə tutulduğundan iddiaçı cavabdehdən dəbbə pulunun ödənilməsini tələb etməkdə haqlıdır. Belə olan halda məhkəmə tələb olunan dəbbə pulunun əsas borc məbləğinə nisbətini, eləcə də həm kreditorun, həm də borclunun əsaslı mənafelərini nəzərə alaraq hesab edir ki, həmin məbləğ azaldılaraq cavabdehdən tutulacaq dəbbə pulu 2.000 manat məbləğində müəyyən olunmalıdır.

11. Məhkəmə iddia tələbinin İddiaçı M MC-ə məxsus əmlakların qaytarılması, bu mümkün olmadıqda onların 53.650,17 manat məbləğində olan dəyərinin kompensasiyanın verilməsi hissəsinə münasibətdə isə qeyd edir ki, iddiaçı yeşik və taraların dəyərini təsdiq edən gömrük bəyannamələri və vergi hesab fakturaları məhkəməyə təqdim etsə də, həmin əmlakların Cavabdeh MMC-ə təhvil verilməsinə dair hər hansı bir sübutu məhkəməyə təqdim edə bilməmişdir. Cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş yeşik və taraların təhviltəslimi aktlarında həmin əmlakların Cavabdeh MMC-in nümayəndəsinə təhvil verildiyinin qeyd edilməsinə baxmayaraq qeyd olunan aktları imzalamış şəxslərin həqiqətən Cavabdeh MMC-in səlahiyyətli nümayəndəsi olmasını təsdiq edən hər hansı bir sübut mövcud deyildir. Bundan başqa, tərəflərin sonradan bağladığı xx.xx.2019-cu il t arixli “Borcun hissə-hissə ödənilməsi barədə” razılaşmada da bununla bağlı hər hansı göstəriş yoxdur. Həmçinin, İddiaçı MMC-yə məxsus yeşik və taraların Cavabdeh MMC tərəfindən qəbul edilməsi öz təsdiqini tapmamışdır.

12. Məhkəmə bu qənaətini Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllə) 157.2, 385.1, 386.1, 442, 448.1, 462.1, 467, 822, 882.1, 882.2-ci maddələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 14.2, 77.1, 119.1-ci maddəsinə istinad etməklə əsaslandırmışdır.

13. Cavabdeh 2020-ci il 27 aprel tarixində həmin qətnamədən apellyasiya şikayəti verərək, qətnamənin iddianın qismən təmin olunması hissəsində ləğv olunması və iddianın tam rədd olunması barədə yeni qətnamə qəbul olunmasını xahiş etmişdir.

14. İddiaçı 2020-ci il 16 may tarixində həmin qətnamədən apellyasiya şikayəti verərək, qətnamənin rədd olunmuş hissəsinin ləğv edilməsini və iddia üzrə tələbin tam təmin olunması barədə yeni qətnamə qəbul olunmasını xahiş etmişdir. b) apellyasiya instansiya məhkəməsində icraat

15. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2020-ci il 9 sentyabr tarixli e-2-2(107)-367/2020 saylı qətnaməsi ilə İddiaçı MMC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Bakı Kommersiya Məhkəməsinin 2020-ci il 11 mart tarixli, 2-2(113)260/2020 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılması qət olunmuşdur (sədrlik edən – V.Baxışova, hakimlər – R.Qurbanov və C.Yusifov).

16. Apellyasiya instansiyası məhkəməsi öz qətnaməsini birinci instansiya məhkəməsinin istinad etdiyi qanunvericilik aktlarına istinadla əsasland ırmış, onun gəldiyi nəticələrlə razılaşmışdır (bax yuxarıda §§ 9-12).

17. Bu məhkəmə kollegiyası bundan əlavə olaraq cavabdehin apellyasiya şikayətinin iddiaçıya 248.958.84 manat borcu olduğunu təsdiq etdiyi, qalan borc məbləği ilə bağlı müqavilənin 6.5-ci bəndinə əsasən qaimə-faktura verilmədiyi üçün həmin borcun ödənilməsinin mümkün olmadığını göstərdiyi dəlili ilə əlaqədar hissəsinə münasibət bildirərək qeyd etmişdir ki, işə apellyasiya qaydasında baxılarkən həqiqətən iddiaçının tələb etdiyi 120.041,20 manat borc məbləği ilə bağlı 298622 saylı elektron qaimənin cavabdehə 2020-ci il 22 may tarixində, hazırki iş üzrə qətnamə qəbul edildikdən sonra göndərilməsi müəyyən olunmamışdır və cavabdeh tərəfindən 2019-cu il 3 aprel tarixli razılaşma ilə təsdiq olunmuş 369.000,01 manat qalıq borc üz rə ödənişin müqavilə şərtlərinə uyğun qaimə-faktura əsasında həyata keçirilməsinə hazırda heç bir maneə qalmamışdır.

18. Məhkəmənin qətnaməsi tərəflərə 2020-ci il 15 sentyabr tarixində göndərilmiş, İddiaçı MMC-in kassasiya şikayəti x xxxxxx 2020-ci il tarixində Cavabdeh MMC-in kassasiya şikayəti 2020-ci il 10 noyabr tarixində Bakı Apellyasiya Məhkəməsinə daxil olmuşdur.

19. İddiaçı həmin qətnamədən kassasiya şikayəti verərək, qətnamənin iddia tələbinin təmin edilməmiş hissəsinin ləğv edilməsi və sübutlar əsasında iddia tələbinin tamamilə təmin edilməsi barədə yeni qərar qəbul olunmasını, cavabdeh isə həmin qətnamədən kassasiya şikayəti verərək qətnamənin ləğv olunması və işə yenidən baxılması üçün Bakı Apelyasiya Məhkəməsinə geri qaytarılması barədə yeni qərar çıxarılmasını xahiş etmişdir. Kassasiya şikayətlərinin və ona qarşı etirazların dəlilləri a) iddiaçının kassasiya şikayətinin dəlilləri 20. "Cavabdeh" MMC "İddiaçı" MMC-dən müvəqqəti təhvil aldığı ƏDV daxil 53.650,17 manat dəyərində xurma məhsullarının daşınması üçün nəzərdə tutulmuş yeşik və paddonları bu günə qədər geri qaytarmamışdır.

21. Həmin yeşiklərin iddiaçıya məxsus olmasını təsdiq edən sənədlər və cavabdehin nümayəndəsinə təhvil verilməsi ilə bağlı aktlar məhkəməyə təqdim edilmişdir. Lakin, məhkəmə həmin yeşiklərin həqiqətən "Cavabdeh" MMC-in səlahiyyətli nümayəndəsinə təhvil verilməsi ilə razılaşmayaraq, təqdim edilən təhvil-təslim aktlarını sübut kimi qəbul etməmişdir.

22. Saxlama müqaviləsinin 02 saylı 2018-ci il 30 oktyabr tarixli və 06 saylı 2018-ci il 27 noyabr tarixli əlavələrinə əsasən cavabdehin sax ladığı xurma məhsullarının həcmi 174000 yeşik təşkil etmişdir. Xurma məhsullarının böyük həcmində olmasını nəzərə alaraq tərəflərin etibarlılıq əsasında şifahi razılaşmasına əsasən köməklik məqsədi ilə müqaviləsiz müvəqqəti cavabdehin istifadəsinə vermişdir. Çünki cavabdehin mülkiyyətində həmin həcmdə xurma məhsullarının saxlanılması üçün yeşiklər heç vaxt olmamışdır. 23. "İddiaçı" MMC həmin yeşikləri cavabdehə ümumiyyətlə satmaq və ya hədiyyə məqsədilə verməmişdir ki, hər hansı bir sənəd və ya müqavilə imzalasın. Nəzərə almaq lazımdır ki, İddiaçı MMC həmin yeşikləri tərəflərin şifahi razılaşmasına əsasən etibarlılıq əsasında cavabdehin mallarının yığılması və "İddiaçı" MMC-in soyuducu anbarlarında saxlanılması üçün cavabdehin müvəqqəti istifadəsinə vermişdir. İstifadəyə verilməsi isə günd əlik böyük həcmdə əməliyyatların aparılmasını (yeşiklərin girişi-çıxışı) nəzərə alaraq sadə aktla cavabdehin təyin etdiyi nümayəndəsinə (sürücülərə) imza atmaqla rəsmiləşdirilmişdir.

24. Məhkəmə işi araşdırarkən nəzərə almalıydı ki, cavabdeh boş yeşikləri iddiaçıdan təhvil alarkən həmin aktlarda nəqliyyat vasitələrinin nömrələri qeyd olunmuşdur və sonradan dolu yeşiklər eyni nəqliyyat vasitəsində aqroparka gətirilmişdir. Bütün bunlar qeydiyyat kitabçasında mövcuddur. Cəmi 157382 yeşik təhvil verilmişdir, onlardan cəmi 147750 yeşik geri qaytarılmışdır, qalanı isə qaytarılmamışdır.

25. Məhkəmə həmin aktları qəbul etmədiyi təqdirdə saxlama müqaviləsi üzrə cavabdehin öz mallarını hansı yeşiklərdə saxlaması qeyri-müəyyəndir. Buna görə də hesab etmək olar ki, yeşiklərin təhvil-təslim aktları s übut kimi qəbul olunmalıdır və iddiaçının göstərdiyi hallarla əlaqədardır. b) cavabdehin kassasiya şikayətinin dəlilləri

26. Məhkəmə qətnaməsində tərəflər arasında bağlanılmış "Borcun hissə-hissə ödənilməsi barədə” 2019-cu il 3 aprel tarixli razılaşmaya borcun etirafı kimi yanaşmaqla səhv nəticəyə gəlmişdir.

27. Belə ki, həmin razılaşmaya əsasən borcun 73.000 manat - 2019-cu il 1 may tarixinədək; 73.000 manat -2019-cu il 1 iyun tarixinədək; 73.000 manat- 2019-cu il 1 iyul tarixinədək: 73.000 manat - 2019-cu il 1 avqust tarixinədək: 73.000 manat - 2019-cu il 1 sentyabr tarixinədək; 74.000.01 manat - 2019-cu il 1 oktyabr tarixinədək ödənilməsi nəzərdə tutulmuşdur. Həmin borcdan qismən ödəniş olunmuş, 369.000,01 manat hissə ödənilməmiş qalmışdır.

28. Həmin razılaşmanın 1-ci bəndindən görünür ki, qeyd olunan borc məbləği tərəflər arasında imzalanmış 2018-ci il 30 oktyabr tarixli xxx saylı Anbarda saxlama müqaviləsinə əsasən yaranmışdır ki, bu razılaşmanın icrasıda həmin Anbarda saxlama müqaviləsinin müddəalarına uyğun həyata keçirilməlidir.

29. Anbarda saxlama müqaviləsinin 6.5-ci maddəsinə əsasən saxlama xidmətlərinin dəyəri anbar sahibinin təqdim etdiyi qaimə-faktura əsasında nağd qaydada anbar sahibinin kassasına ödəmək yolu ilə və ya nağdsız qaydada bank köçürmə yolu ilə mal sahibi tərəfindən ödənilir.

30. Göründüyü kimi ödənişin edilmə əsası yalnız anbar sahibinin təqdim etdiyi qaiməfaktura əsasında həyata keçirilir.

31. İşin materiallarında görünür ki, cavabdehin iddiaçıya qeyd edilən müqavilə üzrə borcu cəmi 324.881.95 manat təşkil etmiş və bu məbləğə qaimə-faktura veril mişdir. Qeyd olunan borcdan 75.923.11 manat ödənilmişdir. Hazırda cavabdehin iddiaçıya ümumilikdə bu müqavilə üzrə 248.958.84 manat borcu qalmışdır.

32. Məhkəmə qətnaməsindən görünür ki, işə apellyasiya qaydasında baxılarkən müəyyən olunur ki, həqiqətən iddiaçının tələb etdiyi 120.041,20 manat borc məbləği ilə bağlı 298622 saylı elektron qaimə cavabdehə 2020-ci il 22 may tarixində, hazırkı iş üzrə qətnamə qəbul edildikdən sonra göndərilmişdir.

33. Məhkəmə isə bunları nəzərə almadan yalnız tərəflər arasında imzalanmış Razılaşmaya istinad edərək əsassız olaraq cavabdehdən müqavilə üzrə 369.000.01 manat məbləğində əsas borcun tutulmasını qət etmişdir. Bu məbləği də qət edərkən borcun necə yaranmasını və onun əsasını araşdırmamışdır. c) kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya ş ikayətinə qarşı tərəflər etiraz təqdim etməmişdir. Tərəflərin izahatları

34. Cavabdehin nümayəndə və vəkili Vəkil1 məhkəmə kollegiyasının iclasında kassasiya şikayətinin dəlillərini müdafiə edərək, Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2020-ci il 9 sentyabr tarixli, 2-2(103)-367/20 saylı qətnaməsinin ləğv olunması və işə yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə geri qaytarılması barədə qərar qəbul olunmasını xahiş etmişdir.

35. İddiaçı MMC məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilsə də, heç bir üzrlü səbəb olmadan məhkəmə kollegiyasının iclasında iştirak etməmişdir.

36. Azərbaycan Respublikası MPM-in 415.3-cü maddəsinə əsasən iclasın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş işdə iştirak edən şəxslərdən hər hansı birinin üzürlü səbəb olmadan məhkəmə iclasına gəlməməsi işə baxılmasına mane olmur.

37. Məhkəmə kollegiyası iddiaçının məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edildiyini nəzərə alaraq işə kassasiya şikayətlərinin dəlilləri əsasında onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İİ. KASSASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

38. Kassasiya şikayəti vaxtında, yəni apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin təqdim olunduğu gündən 2 ay müddətində verilmiş (MPM-in 405.0.1-ci maddəsi), kassasiya şikayətinin məzmunu MPM-in 407-ci maddəsinin tələblərinə uyğundur. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

39. Cavabdeh tərəf apellyasiya instansiyası məhkəməsinin qətnaməsini bütövlükdə mübahisələndirdiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır (MPM-in 403 və 416-cı maddələri).

40. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib- etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir. İİİ. TƏTBİQ EDİLƏN HÜQUQ Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə

157. Mülkiyyətin müdafiəsi “... 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər....”. M addə

385. Öhdəlik anlayışı 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır....”. Maddə

386. Öhdəliklərin əmələ gəlməsi əsasları 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır....”. Maddə

442. Öhdəliyin icra edilməməsi anlayışı Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüs urlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə

448. Öhdəliklərin icra edilməməsi üçün borclunun məsuliyyəti 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir....”. Maddə

462. Dəbbə pulu anlayışı 462.1. Dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə b orclu deyildir....”. Maddə

467. Məhkəmə tərəfindən dəbbə pulunun azaldılması Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Maddə

822. Saxlama müqaviləsi Saxlama müqaviləsinə görə bir şəxs (yük götürən, saxlayıcı) başqa şəxsin (yük verənin, tapşıranın) ona verdiyi daşınar əşyanı saxlamağı və müqavilənin qüvvəsi sona çatdıqda qaytarmağı öhdəsinə götürür. Maddə

882. Mövcud borcun etirafı haqqında mücərrəd müqavilə 882.1. Borcun etiraf edilməsini, həm də öhdəliyə əsas verən şəkildə etiraf edilməsini nəzərdə tutan hər hansı müqavilənin (mövcud borcun etirafı haqqında mücə rrəd müqavilənin) yalnız o halda qüvvəsi vardır ki, borc öhdəliyi yazılı şəkildə və mövcudluğu etiraf edilən borcun əsaslandırılması üçün müəyyənləşdirilmiş forma üzrə verilsin. Əgər mövcudluğu etiraf edilmiş öhdəlik münasibətlərinin yaranması üçün ayrı forma nəzərdə tutulubsa, etiraf üçün də belə forma tələb edilir. 882.2. Bu Məcəllədə nəzərdə tutulan başqa göstərişlər olmadıqda, mövcud borcun etirafı haqqında mücərrəd müqaviləyə əsaslanan iddiaya qarşı başlıca əqddən irəli gələn heç bir etiraz irəli sürülə bilməz....”. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə

14. İş üzrə məhkəmə baxışının prinsipləri “... 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir....”. Maddə

77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz t ələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir....”. Maddə

119. Məhkəmə xərclərinin tərəflər arasında bölüşdürülməsi 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir....”. İV. Ali MƏHKƏMƏNİN MÖVQEYİ

41. Azərbaycan Respublikası MPM-in 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunmasını yoxlayır.

42. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir.

43. İş materiallarını hərtərəfli, tam və obyektiv surətdə araşdıraraq, məruzəçini, izahatlarını dinləyərək, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayətləri təmin olunmamalıdır.

44. Məhkəmə kollegiyası iddiaçının kassasiya şikayətində “yeşiklərin Cavabdeh MMCin səlahiyyətli nümayəndəsinə təhvil verilməsi və təhvil-təslim aktlarının sübut kimi qəbul olunması” dəlili ilə bağlı vurğulayır ki, MPM-in 77-ci maddəsinə müvafiq olaraq, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi hallar ı sübut etməlidir. İşdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır (MPM-in 88, 217.1 və 217.4-cü maddələri).

45. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qərarlarında demokratik cəmiyyətdə ədalətli məhkəmə araşdırması hüququnun əhəmiyyətini vurğulayaraq “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndində təsb it edilən təminatlara məhkəmələrin öz qərarlarını yetərli dərəcədə əsaslandırmaq öhdəliyini də daxil etmişdir (Airey İrlandiyaya qarşı iş üzrə 1979-cu il 9 oktyabr, Hirvisaari Finlandiyaya qarşı iş üzrə 2001-ci il 27 sentyabr, Suominen Finlandiyaya qarşı iş üzrə 2003-cü il 1 iyul tarixli Qərarlar).

46. İş materiallarından görünür ki, iddiaçı yeşik və taraların dəyərini təsdiq edən gömrük bəyannamələri və vergi hesab fakturalarını məhkəməyə təqdim etsə də, həmin əmlakların Cavabdeh MMC-ə təhvil verilməsinə dair hər hansı mötəbər sübutu məhkəməyə təqdim edə bilməmişdir. Cavabdeh tərəfindən məhkəməyə təqdim olunmuş yeşik və taraların təhviltəslimi aktlarında həmin əmlakların Cavabdeh MMC-in nümayəndəsinə təhvil verildiyinin qeyd edilməsinə baxmayaraq qeyd olunan aktları imzalamış şəxslərin həqiqətən Cavabdeh MMC-in səlahiyyətli nümayəndəsi olmasını təsdiq edən hər hansı bir sübut mövcud deyildir. Bundan başqa, tərəflərin sonradan bağladığı 2019-cu il 3 aprel tarixli “Borcun hissə-hissə ödənilməsi barədə” razılaşmada da bununla bağlı hər hansı göstəriş yoxdur.

47. Buradan belə nəticəyə gəlmək olar ki, qeyd olunan dəlil apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması üçün əsas ola bilməz.

48. Məhkəmə kollegiyası cavabdehin kassasiya şikayətində “cavabdehin iddiaçıya ümumilikdə bu müqavilə üzrə 248.958.84 manat borcunun qalması, iddiaçının tələb etdiyi 120.041,20 manat borc məbləği ilə bağlı 298622 saylı elektron qaimə cavabdehə 2020-ci il 22 may tarixində, hazırki iş üzrə qətnamə qəbul edildikdən sonra göndərilməsi” dəlili ilə bağlı vurğulayır ki, mülki münasi bətlərdə hüquq və vəzifələrin əmələ gəlməsi, bir qayda olaraq, müqavilələrlə (əqdlərlə) bağlıdır. Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Müqavilənin bağlanması üçün tərəflərin razılaşdırılmış iradə ifadəsi olmalıdır.

49. Mülki Məcəllənin 386.1-ci maddəsi bəzi istisnalarla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilənin bağlanmalı olduğunu müəyyən edir. Həmin maddədə nəzərdə tutulmuşdur ki, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları ar asında müqavilə olmalıdır. Hər kəs müqavilə bağlamaqda müstəqildir və müqavilə azadlığı mülki qanunvericiliyin əsas prinsiplərindən biridir (Mülki Məcəllənin 6-cı maddəsi). Həmin prinsip mülki hüquq subyektlərinə müstəqil olaraq, heç kəsin iradəsindən asılı olmadan öz mülahizə və istəklərinə görə mənafelərini nəzərə almaqla müqavilə bağlamaq imkanı verir.

50. Mülki Məcəllənin 390.1-ci maddəsinin məzmununa görə, fiziki və hüquqi şəxslər müqavilə əsasında öz hüquq və vəzifələrinin, həmçinin müqavilənin qanuna zidd olmayan istənilən şərtinin müəyyən edilməsində sərbəstdirlər.

51. İş materiallarından görünür ki, tərəflər arasında 2019-cu il 3 aprel tarixli “Borcun hissə-hissə ödənilməsi barədə” razılaşmaya əsasən ümumi 369.000,01 manat məbləğin 73.000 manat xx.xx.2019 -cu il tarixinədək; 73.00 0 manat - xx.xx.2019-cu il tarixinədək; 73.000 manat - xx.xx.2019-cu il tarixinədək; 73.000 manat - xx.xx.2019-cu il tarixinədək; 73.000 manat - xx.xx.2019-cu il tarixinədək; 74.000,01 manatın - xx.xx.2019-cu il tarixinədək ödənilməsi nəzərdə tutulmuşdur. Bu razılaşma isə hüquqi məzmun baxımından faktiki olaraq tərəflər arasında mövcud 369.000,01 manat borcun etirafı haqqında mücərrəd müqavilə kimi qiymətləndirilməlidir.

52. Tərəflər arasında bağlanmış 2018-ci il 30 oktyabr tarixli müqavilənin 6.5-ci bəndində isə nəzərdə tutulmuşdur ki, saxlama xidmətlərinin dəyəri anbar sahibinin təqdim etdiyi qaiməfaktura əsasında nağd qaydada anbar sahibinin kassasına ödəmək yolu ilə və ya nağdsız qaydada bank köçürmə yolu ilə mal sahibi tərəfindən ödənilir. Tərəflər arasında bağlanmış bu müqavilədə bel ə müddəa olmasına baxmayaraq borcun etirafı haqqında mücərrəd müqavilənin mövcudluğu hətta başlıca əqdin müddəalarına söykənən hər hansı etirazın irəli sürülməsini istisna edir. Belə ki, Mülki Məcəllənin 882.2-ci maddəsinə əsasən bu Məcəllədə nəzərdə tutulan başqa göstərişlər olmadıqda, mövcud borcun etirafı haqqında mücərrəd müqaviləyə əsaslanan iddiaya qarşı başlıca əqddən irəli gələn heç bir etiraz irəli sürülə bilməz. Bu baxımdan 120.041,20 manat borc məbləği ilə bağlı elektron qaimə birinci instansiya məhkəməsinin qətnaməsi qəbul olunduqdan sonra təqdim edilsə də belə Mülki Məcəllənin 882.2-ci maddəsinə əsasən heç bir əhəmiyyətə malik deyildir.

53. Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə əsasən, məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaə tini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun, o cümlədən şahid ifadələrinin məzmununu qətnamədə şərh etməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilib-edilməməsinin səbəbləri aydın göstərilməlidir (“N.Hacıyevin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2019-cu il 19 iyun tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2020-ci il 14 iyul tarixli Qərarı).

54. Beləliklə, məhkəmə kollegiyası hazırki iş üzrə apellyasiya instansiyası məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, cavabdeh və iddiaçı tərəfindən verilmiş kassasiya şikayətlərində göstərilən digər dəlillər Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2020-ci il 9 sentyabr tarixli, 2-2(103)-367/2020 saylı qətnaməsinin ləğv olunması üçün əsas ola bilməz.

55. MPM-in 418.1-ci maddəsinə əsasən maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır.

56. Şərh olunanlara və MPM-in 417-419-cu maddələrinə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 417, 419-cu maddələrini rəhbər t utaraq, məhkəmə kollegiyası qərara aldı: Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2020-ci il 9 sentyabr tarixli, 2-2(103)-367/2020 saylı dəyişdirilmədən saxlanılsın. Kassasiya şikayətləri təmin olunmasın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar