Məhkəmə qərarları › İş №2-2(102)-92/2022

Ali Məhkəmə Qərar — İş №2-2(102)-92/2022

11.05.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-92/2022 11.05.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası İddiaçı X1 cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı iş üzrə QƏRAR Açar sözlər: sığorta ödənişinin və dəbbə pulunun ödənilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası hakimlər X3 (sədrlik edən və məruzəçi) Həsənov Vüqar Təvəkgül oğlu və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, iddiaçı X1 (bundan sonra-“iddiaçı”) cavabdeh "xxxx" ASC-yə (bundan sonra“cavabdeh”) qarşı sığorta ödənişinin və dəbbə pulunun ödənilməsi tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2021-ci il 20 sentyabr tarixli 22(103)-830/2021 saylı qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə yazılı icraat qaydasında baxılmışdır. I. İŞİN HALLARİ

1. BA seriyalı, 792439 saylı daşınmaz əmlakın icbari sığortası şəhadətnaməsinin surətinə əsasən, ünvan 1 ünvanında yerləşən “Kəndimiz” kafesi (bundan sonra-“Kafe”) 29.274 manat məbləğində cavabdeh tərəfindən 2017-ci il 12 sentyabr tarixindən 2018-ci il 11 sentyabr tarixinə qədər sığortalanmışdır və 300 manat azadolma məbləği nəzərdə tutulmuşdur. 2. 2018-ci il 10 avqust tarixli «Yanğın haqqında akt»dan göründüyü kimi, Kafedə 2018-ci il 4 avqust tarixində yanğın baş vermiş və əmlak yanaraq məhv olmuşdur

3. Cavabdehin rəhbərliyinə ünvanlanmış 2018-ci il 20 avqust tarixli məktubda daşınmaz əmlaka sığorta hadisəsi nəticəsində dəymiş zərərin aradan qaldırılması üçün iddiaçıya 29.274 manat sığorta öd ənişinin edilməsi xahiş olunmuş, ödənişinin edilməyəcəyi təqdirdə sığorta ödənişi və hər gecikdirilən gün üçün sığorta ödənişi məbləğinin 0,1%-i həcmində dəbbə pulunun ödənilməsi barədə məhkəməyə müraciət ediləcəyi bildirilmişdir.

4. Yanğın hadisəsinin istintaqı zamanı əldə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 2019-cu il 9 yanvar tarixli 23641 nömrəli ekspert rəyinə əsasən yanğın nəticəsində yaranmış qüsurların aradan qaldırılması üçün görülməli təmir-bərpa işlərinin dəyəri təqribən 7.166 manat məbləğində müəyyən olunmuşdur.

5. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 2019-cu il 26 aprel tarixli 5000 nömrəli ekspert rəyinə əsasən, Bakı şəhəri Mərdəkan qəsəbəsi Q.İlkin küçəsində yerləşən “Kəndimiz kafesi” adlı qeyi- yaşayış sahəsinin yanması nəticəsində tikiliyə dəymiş ziyanın aradan qaldırılmasına sərf olunan (xidmət haqqı və istifadə ediləcək materiallar nəzərə alınmaqla) vəsaitin məbləği 31.475,60 manat olduğu müəyyən olunmuşdur.

6. Cavabdehin iddiaçıya qarşı müqavilənin etibarsız hesab edilməsi barədə iddiası Bakı şəhər Nəsimi rayon məhkəməsinin 2019-cu il 22 may tarixli 2(006)-2728/2019 saylı qətnaməsi ilə təmin edilmiş, tərəflər arasında bağlanmış 2017-ci il 11 sentyabr tarixli BA792439 saylı sığorta müqaviləsinin bağlandığı andan etibarsız hesab edilməsi qət olunmuşdur. Həmin qətnamə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2019cu il 8 oktyabr tarixli 2(103)-10801/2019 saylı qətnaməsi ilə ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilmiş və iddia tələbi rədd edilmişdir.

7. Azərbaycan R espublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2020-ci il 29 iyun tarixli 2(102)-2051/2020 saylı qərarı ilə cavabdehin kassasiya şikayəti təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2019-cu il 8 oktyabr tarixli 2(103)-10801/2019 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) Birinci instansiya məhkəməsində icraat

8. İddiaçı (VÖEN **********) 2018-ci il 9 oktyabr tarixində iddia ərizəsi ilə, daha sonra 2020-ci il 21 avqust tarixində iddia tələbinin dəyişdirilməsi barədə ərizə ilə Bakı Kommersiya Məhkəməsinə müraciət edərək, cavabdehdən 29.274 manat sığorta ödənişinin, hər gecikdirilmiş 718 gün üçün 0,1 faiz həcmində hesablanmış 21.018,70 manat məbləğində dəbbə pulunun və 30 manat dövlət rüsumu olmaqla ümumilikdə 50.322,70 manat pulun tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

9. İddia tələbi yuxarıda § 1-3-də göstərilən hallarla əsaslandırılmış və əlavə olaraq bildirilmişdir ki, sığorta hadisəsi barədə şirkətin əməkdaşlarına məlumat verilməsinə, bütün sənədlər təqdim edilməsinə baxmayaraq sığorta ödənişi həyata keçirilməmiş, ümumiyyətlə bununla bağlı müsbət və ya mənfi münasibət bildirilməmiş, cavabdehə görə iddiaçının sahibkarlıq fəaliyyəti iflic olmuşdur.

10. İddia tələbinin hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra-“MM”) 934.1, 934.2, “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 35.1-ci maddələrinə istinad edilmişdir.

11. Cavabdeh tərəfindən iddia tələbinə qarşı etiraz təqdim edilməmişdir.

12. Bakı Kommersiya Məhkəməsini n 2020-ci il 31 avqust tarixli 2-2(113)-49/2020 saylı qətnaməsi ilə iddia tələbi qismən təmin edilmiş, 28.974 manat məbləğində sığorta ödənişi, 2.500 manat məbləğində dəbbə pulu olmaqla ümumilikdə 31.474 manat məbləğində pulun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi, iddianın qalan hissədə rədd edilməsi, dövlət rüsumu kimi ödənilmiş vəsaitin əvəzi qismində 19 manat məbləğində pul vəsaitinin, ekspertizanın keçirilməsinə xərclənmiş 50 manat məbləğində pulun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi qət edilmişdir (hakim- F.Qasımov).

13. Birinci instansiya məhkəməsi işin yuxarıda qeyd olunan hallarına istinadən belə nəticəyə gəlmişdir ki, Kafe cavabdeh tərəfindən 2017-ci il 12 sentyabr tarixindən 2018-ci il 11 sentyabr tarixinə qədər 29.274 manat məbləğində sığortalanmış, müqavilənin qüvv ədə olduğu müddət ərzində sığorta hadisəsi baş vermiş, lakin cavabdeh tərəfindən üzərinə götürülmüş öhdəliklər yerinə yetirilməmiş, sığortalı tərəfinə ödənişlər edilməmişdir. Buna görə də sığorta şəhadətnaməsində qeyd olunan 300 manat azadolma məbləği 29.274 manat sığorta ödənişindən çıxılaraq 28.974 manat məbləğində pul vəsaiti cavabdehdən tutularaq iddiaçının xeyrinə ödənilməlidir.

14. İddia olunan dəbbə puluna münasibətdə həmin məhkəmə MM-nin 467-ci maddəsinə əsaslanaraq hesab etmişdir ki, 28.974 manat əsas borca 21.018,70 manat dəbbə pulunun hesablanması əsassızdır. Dəbbə pulunun miqdarı azaldılaraq 2.500 manat müəyyən edilməlidir.

15. Məhkəmə gəldiyi nəticəsini Azərbaycan Respublikası MM-nin 467, 883.1, 888.2, 889.1, 889.2, 898.1, 898.2, 899.1, 901.1, 903.1-903.6, 904.1, 904.2, 934.1, 934.2ci, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – “MPM”) 119.1-ci maddələrinə istinad etməklə əsaslandırmışdır.

16. İddiaçı 2020-ci il 30 sentyabr tarixində həmin qətnamədən apellyasiya şikayəti verərək qətnamənin qismən-iddianın təmin edilməyən hissəsində ləğv edilməsini, iddia tələbinin tam təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

17. Cavabdeh 2020-ci il 12 oktyabr tarixində həmin qətnamədən apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki birinci icraat

18. Bakı Apellyasiya Məhkəməsi Kommersiya Kollegiyasının 2021-ci il 10 fevral tarixli 2-2(103)-50/2021 saylı qətnaməsi ilə iddiaçının apellyasiya şik ayəti təmin edilməmiş, cavabdehin apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı Kommersiya Məhkəməsinin 2020-ci il 31 avqust tarixli e-2-2(113)-49/2020 saylı qətnaməsi iddianın təmin edildiyi hissədə ləğv edilmiş, həmin hissədə yeni qətnamə qəbul edilərək cavabdehdən iddiaçının xeyrinə sığorta ödənişi olaraq 18.125,8 manat pulun tutulması qət edilmiş, iddia qalan hissədə rədd edilmiş, qətnamə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılmışdır (sədrlik edən məruzəçi hakim-V.Baxışova, hakimlər-R.Qurbanov və C.Yusifov).

19. Apellyasiya instansiyası məhkəməsi göstərmişdir ki, qeyri-yaşayış sahəsinin bütün konstruktiv elementləri yanaraq sıradan çıxmış, yalnız mişar daşından ibarət olan arakəsmə divarlar qalmışdır. Təmir xərcləri ilə bağlı iddiaçının təqdim etdiyi lazımi qaydad a rəsmiləşdirilməmiş qaimələr və çeklər məhkəmə tərəfindən zərərin məbləğinin müəyyənləşdirilməsi üçün mötəbər sübut kimi qəbul edilməmişdir.

20. Həmin məhkəmə MM-nin 896.1, 896.2-ci maddələrinə əsaslanaraq cavabdehin apellyasiya şikayətinin bu dəlili ilə razılaşmışdır ki, birinci instansiya məhkəməsi cavabdehdən iddiaçının xeyrinə tutulmalı olan sığorta ödənişi məbləğini müəyyənləşdirərkən sığorta müqaviləsinin qismən sığorta şərti ilə bağlandığını nəzərə almamışdır. Hazırkı halda sığorta şəhadətnaməsi üzrə imzalanmış sazişdə 50.000 manat dəyərində olan qeyri-yaşayış sahəsi 29.274 manat dəyərində-əmlakın real bazar dəyərinin 58,54 %-i dəyərində qismən sığorta şərti ilə sığortalanmışdır. Əmlaka dəymiş ziyanın ekspert rəyinə əsasən, 31.475,60 manat olduğu nəzərə alınarsa, zərərin sığorta mə bləğinin sığorta dəyərinə olan nisbətinin, baxılan halda 58,54 %-nin 18.425,81 manat, iddiaçıya ödənilməli olan sığorta ödənişi məbləğinin isə 300 manat azadolma məbləği çıxıldıqdan sonra 18.125,81 manat olduğu müəyyən edilir.

21. Məhkəmə işin materiallarında olan fotoşəkillərdən yanğın nəticəsində obyektin tam yararsız vəziyyətə düşdüyünün aydın göründüyünü nəzərə alaraq obyektə dəymiş ziyanın ekspert rəyi ilə müəyyən edilmiş məbləğini ağlabatan hesab etmiş, bu səbəbdən işə apellyasiya qaydasında baxılarkən təkrar ekspertiza keçirilməsi barədə cavabdehin vəsatətini təmin etməmişdir. Məhkəmə qeyd etmişdir ki, cavabdeh sığorta hadisəsi baş verdikdən sonra 7 iş günü müddətində əmlaka dəymiş zərərin məbləğinin qiymətləndirilməsini təşkil etdiyinə dair məhkəməyə hər hansı sübut təqdim etmədiyi ndən ekspert rəyinin qəbul edilməməsi üçün əsaslar mövcud deyil.

22. Apellyasiya instansiyası məhkəməsi cavabdehin apellyasiya şikayətində istinad etdiyi yanğın hadisəsinin istintaqı zamanı əldə edilmiş ekspert rəyinin (obyektə dəymiş ziyanın 7.166 manat müəyyən edilməsi barədə) işdəki digər sübutlardan üstün qüvvəsi olmasını əsas götürmüş, həmin rəyi işdəki digər sübutlarla (yanğından sonra çəkilmiş fotoşəkillər və s.) yanaşı qiymətləndirərək hesab etmişdir ki, yanğın nəticəsində tam yararsız hala düşmüş obyektin təmir və bərpa xərcləri üçün cəmi 7.166 manat tələb olunması ağlabatan olmadığından qeyd edilən rəy ziyanın məbləğinin müəyyənləşdirilməsi zamanı mötəbər sübut kimi nəzərə alına bilməz.

23. Məhkəmə hesab etmişdir ki, iddia sığorta ödənişinin gecikdirilməsinə görə dəbbə pulu tutul ması hissəsində təmin edilə bilməz. Belə ki, qanunvericiliyin tələblərinə görə, sığortaçının sığorta ödənişini həyata keçirməsi üçün qanunla müəyyən edilmiş müddətin axımı qanunda nəzərdə tutulmuş bütün sənədlərin təqdim edildiyi tarixdən başlayır. Hazırkı halda işin materiallarına iddiaçı tərəfindən sığortalanmış əmlak üzərində mülkiyyət hüququnu təsdiq edən sənədin cavabdehə hansı tarixdə təqdim edilməsi barədə sübut əlavə edilməmişdir. İddiaçı tərəfindən cavabdehin rəhbərliyinə ünvanlanmış 2018-ci il 20 avqust tarixli məktuba qoşulmuş sənədlərin siyahısında da mülkiyyət hüququnu təsdiq edən sənədin olmadığı görünür. Cavabdehin apellyasiya şikayətində həmin sənədin hazıradək sığorta şirkətinə təqdim edilmədiyi göstərilmiş, iddiaçı isə cavabdehin bu mülahizəsinin əsassız olduğuna dair hər hansı sübut təqdim etməmişdir.

24. Apellyasiya instansiya məhkəməsi gəldiyi nəticəni “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 16.4, 17.1.3, 18.1, 18.2-ci maddələrinə istinad etməklə əsaslandırmışdır.

25. İddiaçı həmin qətnamədən 2021-ci il 1 may tarixində kassasiya şikayəti verərək qətnamənin ləğv edilməsini, iddia tələbinin tam təmin edilməsini və ya işə yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. c) Kassasiya məhkəməsindəki birinci icraat

26. Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının 2021-ci il 8 iyun tarixli 2-2(102)-261/2019 saylı qərarı ilə iddiaçının kassasiya şikayəti qismən təmin olunmuş, Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2021- ci il 1 0 fevral tarixli 2-2(103)-50/2021 saylı qətnaməsi iddiaçının kassasiya şikayətinə münasibətdə ləğv edilmiş, iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilmişdir. (sədrlik edən hakim Bəhram Məmmədli, hakimlər İlqar Dadaşov və Bəhman Qəribov).

27. Kassasiya instansiyası məhkəməsi, apellyasiya məhkəməsi tərəfindən hazırkı işdə MM-in 896-cı maddəsi tətbiq edilərkən maddi hüquq pozuntusuna yol verildiyinə dair dəlili ilə razılaşaraq göstərmişdir ki, MM-in 896, 897.1 və 897.4-cü maddələrinin, habelə “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 1.4, 39.4 və 41.1-ci maddələrinin qarşılıqlı təhlili onu deməyə əsas verir ki, MM-in əmlakın qismən sığortasını nəzərdə tutan 896-cı maddəsi mahiyyət etibarilə ümumi normadır. İcbari sığortanın həyata keçirilməsi icbari sığorta qanunl arı, yəni xüsusi normalar ilə müəyyən edilmiş qaydada həyata keçirilir. Ona görə də icbari sığortanın ayrı-ayrı növləri, o cümlədən daşınmaz əmlakın icbari sığortası sahəsində yaranan münasibətlər MM-in ümumi normalarından fərqli qaydalar nəzərdə tutan “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun müvafiq normaları ilə tənzimlənir. Həmin Qanunun tələblərinə görə, daşınmaz əmlakın icbari sığortası üzrə sığortalanmış əmlaka dəyən zərərə görə sığorta ödənişinin məbləğləri əmlakın bazar dəyərindən az olduğu hallarda sığorta hadisəsi nəticəsində dəyən zərər sığorta məbləğindən artıq olmamaq şərtilə tam həcmdə ödənilir. Göründüyü kimi, xüsusi normalar, yəni İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun müvafiq müddəaları daşınmaz əmlakın icbari sığortası üzrə sığ ortalanmış əmlaka dəyən zərərə görə sığorta ödənişinin məbləğləri ilə bağlı ümumi normadan, yəni MM-in əmlakın qismən sığortasını nəzərdə tutan 896-cı maddəsindən fərqli qayda nəzərdə tutur. Ona görə də, apellyasiya instansiyası məhkəməsi hazırkı mübahisəni həll edərkən MM-in 896-cı maddəsini deyil, «İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 39.4 və 41.1-ci maddələrini tətbiq etməli idi.

28. Hazırkı iş üzrə tərəflər arasında bağlanmış müqavilədə əmlakın qismən sığortasına dair müddəaların nəzərdə tutulmasına gəldikdə, kassasiya instansiyası məhkəməsi hesab etmişdir ki, həmin müddəalar qanunvericiliyin tələblərinə zidd olduğundan tətbiq oluna bilməz. Hazırkı işdə tərəflər arasında bağlanmış müqaviləyə əmlakın qismən sığortasına dair müddəaların daxil edilməsi «İcbari sığ ortalar haqqında” Azərbaycan Respublikası Qanununun 39.4 və 41.1-ci maddələrinə ziddir, ona görə də tətbiq edilə bilməz.

29. Kassatorun sığorta ödənişi ala bilmək üçün Qanunla tələb olunan bütün sənədləri, o cümlədən sığorta şəhadətnaməsində göstərilən əmlakla bağlı mülkiyyət hüququnu, yaxud ondan istifadə və ya ona sərəncam hüququnu təsdiqləyən sənədin surətinin cavabdehə təqdim edilməsinə, dəbbə pulunun hesablanmasına dair dəlilləri də əsaslı hesab edilmiş, qeyd edilmişdir ki, apellyasiya instansiyası məhkəməsinin mövqeyi bu məsələdə də qanunvericiliyin tələblərinə və işin hallarına uyğun olmamışdır. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, sığortaçının sığorta ödənişini həyata keçirməsi üçün qanunla müəyyən edilmiş müddətin axımı qanunda nəzərdə tutulmuş bütün sənədlərin tə qdim edildiyi tarixdən başlayır, hazırkı işi materiallarına iddiaçı tərəfindən sığortalanmış əmlak üzərində mülkiyyət hüququnu təsdiq edən sənədin cavabdehə hansı tarixdə təqdim edilməsi barədə sübut əlavə edilməmişdir. Buna görə də, iddiaçının sığorta ödənişinin gecikdirilməsinə görə dəbbə pulu tutulması barədə tələbi təmin edilə bilməz.

30. Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin həmin nəticəsi də razılaşmamış, göstərmişdir ki, cavabdehin iddiaçıya qarşı tərəflər arasında bağlanmış hazırda mübahisə predmeti olan 2017-ci il 11 sentyabr tarixli BA792439 saylı sığorta müqaviləsinin bağlandığı andan etibarsız hesab edilməsi tələbinə dair iddia ərizəsi Bakı şəhər Nəsimi rayon məhkəməsinin 2019-cu il 22 may tarixli 2(006)2728/2019 saylı qətnaməsi ilə təmin edilmi şdir. Lakin həmin qətnamə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2019-cu il 8 oktyabr tarixli 2(103)-10801/2019 saylı qətnaməsi ilə ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilmiş və iddia tələbi rədd edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2020-ci il 29 iyun tarixli 2(102)-2051/2020 saylı qərarı ilə ASC-nin kassasiya şikayəti təmin edilməmiş, Bakı Apellyasiya məhkəməsinin 2019-cu il 8 oktyabr tarixli 2(103)-10801/2019 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. 31. “Elektron Məhkəmə” informasiya sistemindən götürülmüş həmin məhkəmə aktlarından görünür ki, bu mülki iş üzrə cavabdehin iddia tələbi onunla əsaslandırılmışdır ki, məlum yanğın hadisəsi nəticəsində aparılmış araşdırma nəticəsində müvafiq sənədlər tələb edilsə də, mülkiyyət, sə rəncam və istifadə hüquqlarının müəyyən edilməsinə dair hər hansı sənəd təqdim olunmamışdır, sığorta müqaviləsi (şəhadətnamə) əmlaka dair sənədlər olmadan sığortalının qanunla və tərəflərin qarşılıqlı razılığı müəyyən edilmiş forma tələblərinə riayət etməməklə, müqavilə bağlamağa ixtiyarı olmayan şəxs tərəfindən bağlanmış, əmlakın mülkiyyətçisi məlum olmamışdır. Bu mülki iş üzrə MM-in 152.1, 240.1, 908.1.2-ci, «İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 5.2, 6.1, 6.2, 6.7-ci maddələrinə və digər hüquq normaların istinad edən Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2020-ci il 29 iyun tarixli 2(102)-2051/2020 saylı qərarında ifadə edilmiş mövqeyə görə, tikilinin yerləşdiyi torpaq sahəsi mülkiyyət hüququ ilə iddiaçıya məxsusdur. İddiaçının mülkiyyətind ə olan torpaq sahəsində kafe inşa etməsi və əmlak mənafelərini icbari sığorta etdirməsi işin mübahisəsiz halıdır. İcbari sığorta müqaviləsi bağlanan zaman tərəflər iradə ifadəsini bəyan edərək əqd bağlamışlar. İcbari sığorta müqaviləsinin bağlanması üçün sığortalının əmlakın mülkiyyətçisi olması tələbi şərt deyildir. Sığortaçı olan cavabdeh sığortalı kimi iddiaçı ilə əqd bağlayarkən onun əmlak mənafeyinin olmasını qəbul etmiş, kafenin yerləşdiyi torpaq sahəsinin onun mülkiyyətində olmasını nəzərə almışdır. iddiaçı sığortalanmış kafenin faktiki sahibidir, o, öz əmlak mənafelərini sığortalamış və onun həmin əmlakla bağlı müqavilə bağlamağa səlahiyyəti üçüncü şəxslər tərəfindən mübahisələndirilməmişdir.

32. Odur ki, qanuni qüvvəsini almış həmin məhkəmə aktlarına və MPM-in 82.3cü maddəsinə uyğ un olaraq, kafenin yerləşdiyi torpaq sahəsinin mülkiyyət hüququ ilə iddiaçıya məxsus olması və onun həmin sahədə kafe inşa etməsi, əmlak mənafelərini icbari sığorta etdirməsi, habelə icbari sığorta bağlanan zaman tərəflərin iradə ifadəsini bəyan edərək əqd bağlaması preyudisial faktlar kimi hazırkı kommersiya işində bir daha mübahisələndirilə və yenidən sübut edilə bilməz.

33. Sözügedən mülki mübahisə üzrə məhkəmə aktları artıq qanuni qüvvəyə mindiyindən hazırkı iş üzrə yeni apellyasiya baxışı zamanı məhkəmə «İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 18-ci maddəsinə uyğun olaraq sığorta ödənişinin ödənilməsindən imtina edildiyi gündən cavabdehin ödəməli olduğu dəbbə pulunun həcmi müəyyən edilməlidir.

34. Dəbbə pulu ilə əlaqədar apellyasiya instansiyası məhkəməsi MPM-in 88-ci maddəsinin tələblərini pozaraq işdə olan sübutları düzgün qiymətləndirməmiş, habelə MMin və «İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun müvafiq normalarının tələblərini nəzərə almamış, qətnaməni iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırmamışdır.

35. Kassasiya instansiya məhkəməsi gəldiyi nəticəni MM-in 6, 152, 240, 390, 467, 883, 888, 889, 896-899, 901-904, 933, 934-cü, «İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 1.4, 5.2, 6, 16.4, 17.1, 17.3, 18, 39.3, 39.4, 41.1-ci, MPM-in 82.3, 88, 119.1, 217.1, 217.3, 386, 418-ci maddələrinə istinad etməklə əsaslandırmışdır. ç) Apellyasiya instansiyası məhkəməsindəki ikinci icraat

36. Bakı Apellyasiya Məhkəməsi Kommersiya Kollegiyasının 2021-ci il 20 sentyab r tarixli 2-2(103)-830/2021 saylı qətnaməsi ilə iddiaçının apellyasiya şikayəti qismən təmin edilmiş, cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, Bakı Kommersiya Məhkəməsinin 2-(113)-49/2020 nömrəli iş üzrə 2020-ci il 31 avqust tarixli qətnaməsi qismən-2.500 manat dəbbə pulunun tutulması hissədə ləğv edilmiş, həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilmiş, cavabdehdən 20.803,30 manat məbləğdə dəbbə pulu tutularaq iddiaçıya ödənilməsi, qətnamənin qalan hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir (sədrlik edən məruzəçi hakim Vidadi Məmmədov, hakimlər-Aida Hüseyn və Həmid Həmidov).

37. İşin müəyyən edilmiş faktiki hallarına mübahisənin maddi hüquqi əsasları və Ali Məhkəmənin qərarının göstərişləri baxımından hüquqi qiymət verən məhkəmə cavabdehin apellyasiya şikayətinin dəlil ləri ilə razılaşmamış, göstərmişdir ki, müqavilənin qüvvədə olduğu müddətdə sığorta hadisəsinin baş verməsi işin mübahisəsiz halıdır. Daha sonra, cavabdeh sığorta hadisəsi baş verdikdən sonra 7 iş günü müddətdə əmlaka dəymiş zərərin məbləğinin qiymətləndirilməsini təşkil etdiyinə dair məhkəməyə hər hansı sübut təqdim etmədiyindən, məhkəmə hesab etmişdir ki, Məhkəmə Ekspertizası Mərkəzinin 2019-cu il 26 aprel tarixli ekspert rəyinin qəbul edilməməsi üçün əsaslar mövcud deyil. Cavabdehin apellyasiya şikayətində istinad etdiyi sığortalanmış obyektdə baş vermiş yanğın hadisəsinin istintaqı zamanı əldə edilmiş 2019-cu il 9 yanvar tarixli ekspert rəyinin isə işdəki digər sübutlardan üstün qüvvəsi olmadığından, həmin rəyi işdəki digər sübutlarla-yanğından sonra çəkilmiş fotoşəkillər və sairlə qiy mətləndirən məhkəmə kollegiyası hesab etmişdir ki, yanğın hadisəsi nəticəsində tam yararsız hala düşmüş obyektin təmir və bərpa xərcləri üçün cəmi 7.166 manat tələb olunması ağlabatan deyil və məhz bu səbəbdən qeyd edilən rəy sığorta hadisəsi nəticəsində vurulmuş ziyanın məbləğinin müəyyənləşdirilməsi zamanı mötəbər sübut kimi nəzərə alına bilməz.

38. Məhkəmə cavabdehin şikayətinin iddiaçı ilə sığorta müqaviləsi bağlanan zaman əmlaka dair mülkiyyət hüququnu və ya istifadə hüququnu təsdiq edən sənəd təqdim edilmədiyi üçün sığorta ödənişlərinin qismən sığorta şərtinə əsasən həyata keçirilməsi barədə dəlilini də əsaslı hesab etməmişdir. Belə ki, mübahisə predmeti olan sığorta müqaviləsi (şəhadətnamə) iddiaçı tərəfindən tam hüquqlu subyekt (kafenin faktiki sahibi) kimi imzalanmış və cavabdeh q arşı tərəf kimi həmin müqaviləni imzalayarkən bundan məlumatlı olmuşdur. Digər tərəfdən, MM-in 896, 897.1 və 897.4-cü maddələrinin, habelə «İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 1.4, 39.4 və 41.1-ci maddələrinin qarşılıqlı təhlilinə əsaslanan məhkəmə göstərmişdir ki, MM-in əmlakın qismən sığortasını nəzərdə tutan 896-cı maddəsi mahiyyət etibarilə ümumi normadır. İcbari sığortanın həyata keçirilməsi icbari sığorta qanunları, yəni xüsusi normalar ilə müəyyən edilmiş qaydada həyata keçirilir. Ona görə də icbari sığortanın ayrı-ayrı növləri, o cümlədən daşınmaz əmlakın icbari sığortası sahəsində yaranan münasibətlər MM-in ümumi normalarından fərqli qaydalar nəzərdə tutan «İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun müvafiq normaları ilə tənzimlənir. Hə min Qanunun tələblərinə əsasən, daşınmaz əmlakın icbari sığortası üzrə sığortalanmış əmlaka dəyən zərərə görə sığorta ödənişinin məbləğləri əmlakın bazar dəyərindən az olduğu hallarda sığorta hadisəsi nəticəsində dəyən zərər sığorta məbləğindən artıq olmamaq şərtilə tam həcmdə ödənilir. Göründüyü kimi, xüsusi normalar, yəni «İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun müvafiq müddəaları daşınmaz əmlakın icbari sığortası üzrə sığortalanmış əmlaka dəyən zərərə görə sığorta ödənişinin məbləğləri ilə bağlı ümumi normadan, yəni MM-in əmlakın qismən sığortasını nəzərdə tutan 896-cı maddəsindən fərqli qayda nəzərdə tutur. Odur ki, iddia 300 manat azadolma məbləği çıxılmaqla 28.974 manat sığorta ödənişinin verilməsi hissədə əsaslıdır.

39. İddiaçının apellyasiya şikayətinin dəlill ərinə münasibətdə məhkəmə göstərmişdir ki, qanunvericilik sığortaçıdan sığorta ödənişini sənədlər ona təqdim edildiyi və (və ya) alındığı tarixdən 7 iş günündən gec olmayaraq ödəmədikdə, hər gecikdirilmiş gün üçün sığorta ödənişi məbləğinin 0,1 faizi həcmində dəbbə pulu ödəməyi tələb edir. İşdən görünür ki, iddiaçı bununla bağlı 2018-ci il 20 avqust tarixində rəsmi müraciət etmişdir. Həmin müraciətdən iddiaçının iddia tələbini artırdığı 2020-ci il 21 avqust tarixədək əslində daha çox vaxt keçməsinə baxmayaraq, iddiaçı 718 günə görə dəbbə pulunu tələb etdiyindən, habelə, sonuncu 0,1%-i 300 manat azadolma məbləği çıxılmayan (29.274 manat) sığorta ödənişi məbləğindən hesabladığından, dəbbə pulu 28.974 manat x 718 gün x 0,1% = 20.803,30 manat təşkil edir.

40. Məhkəmə nəticəni MM-in 903.1-903.6, 933.1, 934, «İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 1.4, 16.4, 17.1.3, 17.3, 18, 39.1, 41.1-ci, MPM-in 14.2, 77.1, 392, 402, 405-ci maddələrinə istinad etməklə əsaslandırmışdır.

41. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsi 2021-ci il 6 oktyabr tarixində iddiaçının vəkilinə və mümayəndəsinə, cavabdehin nümayəndələrinə məxsus şəxsi elektron kabinetlərdə yerləşdirilmişdir.

42. Həmin qətnamədən cavabdeh 2021-ci il 19 noyabr tarixində kassasiya şikayəti verərək qətnamənin ləğv edlməklə, işin təkrar apellyasiya baxışına göndərilməsinə dair qərar qəbul olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a) Kassasiya şikayətinin dəlilləri

43. «İcbari sığortalar haqqında” Azərbaycan Respublik ası Qanununun 39.4-cü maddəsinin tələbi pozulmuşdur- apellyasiya məhkəməsinin istinad etdiyi «İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 39.4-cü maddəsi sığortalılara məxsus olan “fərdi yaşayış evləri”ndən danışır. Lakin mübahisəsi gedən sığorta predmeti “qeyri yaşayış sahəsi”dir. Sığortalı isə sığortaçı kimi fərdi sahibkardır və hər ikisi eyni mülki hüquqi statusa malik olmaqla 2017-ci il 12 sentyabr tarixli icbari sığorta müqaviləsinə qismən sığorta barədə razılıq əldə etmişlər. Həmçinin, məhkəmə proseslərində iddiaçı bu sazişin etibarsızlığı barədə hər hansı tələb irəli sürməmişdir. Cavabdeh iddiaçının təklifinə (sığorta haqqının məbləğinə görə) əsasən, qismən sığorta sazışini bağlamışdır. «İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 17.1.3-cü maddəs inə əsasən sığorta şəhadətnaməsində göstərilən əmlakla bağlı mülkiyyət hüququnu, yaxud ondan istifadə və ya ona sərəncam hüququnu təsdiqləyən sənədin surəti verildikdən sonra sığorta ödənişinin verilməsinin əsasları yaranır. Lakin mübahisə ilə bağlı toplanılmış işin materiallarına nəzər yetirdikdə görünür ki, iddiaçı sığorta şəhadətnaməsində göstərilən əmlakla bağlı mülkiyyət hüququnu, yaxud ondan istifadə və ya ona sərəncam hüququnu təsdiqləyən sənədin sığorta şirkətinə verilməsinə dair hər hansı sübut təqdim edə bilməmişdir. Ona görə də bu situasiyada dəbbə pulunun hesablanması müddətinin axımı başlamamışdır.

44. «İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 18.1-ci maddəsinin tələbi pozulmuşdur- mübahisə ilə bağlı toplanılmış işin materiallarına nəzərə yetirdikdə görünü r ki, iddiaçı sığorta şəhadətnaməsində göstərilən əmlakla bağlı mülkiyyət hüququnu, yaxud ondan istifadə və ya ona sərəncam hüququnu təsdiqləyən sənədin sığorta şirkətinə verilməsinə dair hər hansı sübut təqdim edə bilməmişdir. Ona görə də bu situasiyada dəbbə pulunun hesablanması müddətinin axımı başlamamışdır.

45. MPM-in 14.1-ci maddəsinin tələbi pozulmuşdur-iş üzrə 2 dəfə məhkəmə mühəndis-texniki ekspertizası keçirilmişdir. Birinci ekspertiza 2019-cu il 9 yanvar tarixindən keçirilmiş (ekspert Əliyev Amid) və ekspert rəyinə əsasən, ziyan məbləği 7166 manat müəyyən edilmişdir. 2019-cu il 26 aprel tarixində ikinci məhkəmə mühəndis-texniki ekspertizası keçirilmişdir (ekspert Şükür Hüseynov). Sonuncu ekspertizanın rəyinə əsasən, qeyri yaşayış sahəsinə 31475, 60 manat ziyan dəymişdir. Ekspert rəyində ziyanın hesablanma mexanizmi kimi qeyri-yaşayış sahəsini ümumi sahəsini 242.12 kvadrat metr nəzərə alaraq hər kvadrat metrə görə 130 manat hesablayaraq müəyyən edilmişdir. MPMin 102-ci maddəsinə əsasən, ekspertin rəyi kifayət qədər aydın və ya tam olmadıqda, məhkəmə əlavə ekspertiza təyin edə bilər və onun keçirilməsini həmin və ya başqa ekspertə tapşıra bilər. Məhkəmə, əsassızlığına görə ekspertin rəyi ilə razılaşmadıqda, habelə bir neçə ekspertin rəyləri arasında ziddiyyətlər olduqda, ekspertiza aparılmasını başqa ekspertə və ya ekspertlərə tapşırmaqla, təkrar ekspertiza təyin edə bilər. Beləliklə, məhkəmə 2019-cu il 9 yanvar tarixli 23 641 saylı ekspert rəyi ilə 2019-cu il 26 aprel tarixli 5000 saylı ekspert rəyləri arasında olan yuxarıda qeyd edilən uyğunsuzluqları nəzərə al mayaraq, təkrar ekspertiza keçirməmiş, sonuncu ekspert rəyini əsas götürmüşdür. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

46. II. HƏDLƏRİ Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. KASSASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN

47. Kassasiya şikayəti vaxtında, yəni apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin təqdim olunduğu gündən 2 ay müddətində verilmiş (MPM-in 405.0.1-ci maddəsi), kassasiya şikayətinin məzmunu MPM-nin 407-ci maddəsinin tələblərinə uyğundur. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

48. İş üzrə cavabdeh tərəfindən apellyasiya məhkəməsinin qətnaməsi tam mübahisələndirilsə də, hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı MPM-in 403 və 416-cı maddələri baxımından yoxlanılacaqdır.

49. Kassasiya instansiyası məhkə məsi tərəfindən işin faktiki halları yoxlanılmasa da apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib-etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir. III. TƏTBİQ EDİLƏN HÜQUQ

50. Azərbaycan Respublikası MM-in müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulmuşdur: “Maddə

386. Öhdəliklərin əmələ gəlməsi əsasları 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ g əlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır....” “Maddə

390. Müqavilə azadlığı 390.1. Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər....” “Maddə

405. Müqavilənin mühüm şərtləri barəsində razılaşma 405.1. Tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. Müqavilənin predmetinə dair şərtlər, bu Məcəllədə həmin növ müqavilələr üçün mühüm və ya zəruri adlandırılmış şərtlər, habelə tərəflərdən birinin müraciəti ilə barəsində razılaşma əldə edilməli olan bütün şərtlər mühüm sayılır....” “Maddə

427. Öhdəliyin icrası müddəti... 427.3. Əgər öhdəlik onun i crası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir.” “Maddə

430. Öhdəliyin icrasından imtina 430.1. Əgər bu Məcəllədə ayrı qayda nəzərdə tutulmayıbsa, öhdəliyin icrasından birtərəfli imtinaya və onun şərtlərini birtərəfli dəyişdirməyə yol verilmir. 430.2. Öhdəliyin tərəflərinin sahibkarlıq fəaliyyəti ilə məşğul olması ilə bağlı öhdəliyin icrasından birtərəfli imtinaya və ya belə öhdəliyin şərtlərinin birtərəfli dəyişdirilməsinə, əgər bu Məcəllədən və ya öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, müqavilədə nəzərdə tutulan hallarda da yol verilir....” “Maddə

442. Öhdəliyin icra edilməməsi anlayışı Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.” “Maddə

448. Öhdəliklərin icra edilməməsi üçün borclunun məsuliyyəti 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz....” “Maddə

903. Sığorta haqqı 903.1. Sığorta haqqı risklərin qəbul edilməsi və ya bölüşdürülməsi müqabilində sığorta müqaviləsində n əzərdə tutulan qaydada sığortalının sığortaçıya ödəməli olduğu pul məbləğidir. 903.2. Sığorta haqqının miqdarı və ya onun hesablanması və ödənilməsi qaydası könüllü sığortada sığorta müqaviləsi ilə, icbari sığortada isə icbari sığorta qanunları ilə müəyyən edilir. 903.3. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanununda başqa hal nəzərdə tutulmamışdırsa, sığorta müqaviləsində sığorta haqqının hissə-hissə ödənilməsi razılaşdırıla bilər. 903.4. Müqavilədə başqa cür nəzərdə tutulmamışdırsa, sığorta müqaviləsi sığorta haqqının ilk hissəsinin və ya tam ödənilməsindən sonra qüvvəyə minir. 903.5. Sığorta haqqı və ya onun hissəsi vaxtında ödənilmədikdə sığortaçı onun ödənilməsi üçün bu Məcəllənin 903.6-cı maddəsinin tələbini nəzərə alaraq yazılı surətdə 15 günədək müddət müəyyən ed ə bilər. 903.6. Hər bir halda sığorta haqqı və ya onun razılaşdırılmış ilk hissəsi sığorta müqaviləsi bağlandığı gündən 1 aydan gec olmayaraq ödənilməlidir....” “Maddə

933. Sığorta ödənişinin verilməsinin əsasları 933.1. Sığorta ödənişi aşağıdakılardan hər birinin mövcud olduğu halda həyata keçirilir: 933.1.1. sığorta hadisəsi baş verdikdə, sığortalının, sığorta olunanın və ya faydalanan şəxsin sığortaçıya ünvanladığı sığorta tələbi; 933.1.2. sığorta hadisəsi hesab edilə bilən hadisə ilə bağlı hər hansı dövlət orqanına məlumat verilməlidirsə, həmin orqanın hadisə barədə təqdim etdiyi müvafiq sənəd; 933.1.3. icbari sığorta qanunlarında və müvafiq sığorta qaydalarında nəzərdə tutulan, sığorta ödənişinin verilməsi üçün tələb olunan digər sənədlər....” “Maddə

934. Sığorta ödənişinin verilməs i 934.1. Bu Məcəllənin 933.1-ci maddəsində nəzərdə tutulan sənədlərdən sonuncusunun (bu Məcəllənin 933.3-cü maddəsi nəzərə alınmaqla) sığortaçıya daxil olduğu tarixdən 7 iş günündən gec olmayaraq sığortaçı sığorta ödənişini verməli, yaxud sığortalıya, sığorta olunana və ya faydalanan şəxsə sığorta ödənişinin verilməsindən imtina haqqında yazılı şəkildə əsaslandırılmış bildiriş təqdim etməlidir. 934.2. Sığortaçı sığorta ödənişini icbari sığorta qanunları və ya sığorta müqaviləsi ilə müəyyən olunmuş müddətdə ödəmədikdə, hər gecikdirilmiş gün üçün sığorta ödənişi məbləğinin 0,1 faizi həcmində dəbbə pulu ödəyir.”

51. Azərbaycan Respublikası “İcbari sığortalar haqqında” qanunun müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulmuşdur: “Maddə

1. Ümumi müddəalar... 1.4. Bu Qanunda nəzərdə tutul muş icbari sığorta növlərinin həyata keçirilməsindən irəli gələn münasibətlər bu Qanunla başqa cür müəyyən edilmiş hallar istisna olmaqla, Azərbaycan Respublikasının Mülki Məcəlləsi və “Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir.” “Maddə

16. Zərərin müəyyənləşdirilməsi... 16.4. Sığortaçı sığorta hadisəsinin baş verməsi barədə məlumatlandırıldığı tarixdən 7 iş günü müddətində əmlaka dəymiş zərərin məbləğinin qiymətləndirilməsini təşkil etmədikdə sığortalı və sığorta olunan, həmçinin zərər çəkmiş üçüncü şəxs təyin etdiyi qiymətləndirmə fəaliyyəti ilə məşğul olan müstəqil ekspert və ya mütəxəssis vasitəsilə əmlaka dəymiş zərərin ədalətli şəkildə qiymətləndirilməsinə və aradan qaldırılmasına başlaya bilər. Bu halda əgər sığortaçı əmlaka dəymiş zərərin vaxtı nda qiymətləndirilməməsini əmlak sahibinin ölümü və ya xəstəliyi, həmçinin sığortalının, sığorta olunanın və ya zərər çəkmiş üçüncü şəxsin əmlakın qiymətləndirilməsi üçün şərait yaratmaması nəticəsində baş verdiyini sübut edə bilməsə, o, zərər çəkmiş üçüncü şəxs tərəfindən bu maddədə nəzərdə tutulmuş qaydada həyata keçirilmiş qiymətləndirmənin nəticələrini qəbul etməlidir.” “Maddə

17. Sığorta ödənişinin verilməsi üçün tələb olunan sənədlər 17.1. İcbari sığorta ödənişi aşağıdakı sənədlər əsasında həyata keçirilir:... 17.1.3. sığorta şəhadətnaməsində göstərilən əmlakla bağlı mülkiyyət hüququnu, yaxud ondan istifadə və ya ona sərəncam hüququnu təsdiqləyən sənədin surəti;... 17.3. Sığorta tələbi barədə müraciət sığortaçı tərəfindən qeydiyyata alınır....” “Maddə

18. Sığorta ödənişinin verilm əsi və ya ödənişdən imtina edilməsi müddəti 18.1. Bu Qanunun 17.1-ci maddəsində göstərilən sənədlərdən sonuncusunun sığortaçıya təqdim edildiyi və (və ya) alındığı tarixdən 7 iş günündən gec olmayaraq sığortaçı sığorta ödənişini verməli, müvafiq hallarda zərərin qiymətləndirilməsi, əmlakın təmiri, bərpası və ya yenisi ilə əvəz edilməsi üçün yazılı qaydada təsdiqlənən tədbir görməli, yaxud sığortalıya, sığorta olunana və ya faydalanan şəxsə sığorta ödənişinin verilməsindən imtina haqqında yazılı şəkildə əsaslandırılmış bildiriş verməlidir. 18.2. Sığortaçı sığorta ödənişini bu Qanunun 18.1-ci maddəsi ilə müəyyən olunmuş müddətdə ödəmədikdə, hər gecikdirilmiş gün üçün sığorta ödənişi məbləğinin 0,1 faizi həcmində dəbbə pulu ödəyir.” “Maddə

35. Daşınmaz əmlakın icbari sığortasının məqsədi və t əyinatı 35.1. Daşınmaz əmlakın icbari sığortası daşınmaz əmlakın yanğın və ya digər hadisələr nəticəsində zədələnməsi, məhv olması, yaxud hər hansı formada itkisi ilə bağlı dəyən zərərin əvəzinin ödənilməsi məqsədi ilə tətbiq edilir.... 5.4. Yaşayış binalarının, yaşayış evlərinin və mənzillərin icbari sığortası onların konstruktiv elementlərinə, otaqlarına, o cümlədən şüşələr də daxil olmaqla qapı və pəncərə konstruksiyalarına, su, kanalizasiya və qaz təchizatına, habelə istilik sisteminə aid borulara, rabitə, elektrik və digər naqillərinə, bəzək elementlərinə, o cümlədən bütün növ xarici, yaxud daxili mala və suvaq işlərinə, divar, tavan və döşəməyə dəyən zərərlərə təminat verir....” “Maddə

36. Daşınmaz əmlakın icbari sığortası üzrə sığorta hadisəsi 36.1. Daşınmaz əmlakın aşağıdakı ha llar nəticəsində zədələnməsi, məhv olması, yaxud hər hansı digər formada itkisi sığorta hadisəsi hesab olunur: 36.1.1. yanğın, ildırım düşməsi;...” “Maddə

39. Daşınmaz əmlakın icbari sığortası üzrə sığorta məbləğləri və azadolma məbləğləri 39.1. Yaşayış evləri və mənzillər istisna olmaqla, digər daşınmaz əmlakın icbari sığortası üzrə sığorta məbləğləri aşağıdakı qaydada müəyyən olunur: 39.1.1. tikililər və binalar üzrə – sığorta predmeti olan əmlakın yerləşdiyi yerdə eyni cür tikilinin və binanın inşasının dəyəri – bərpa dəyəri məbləğində. Bərpa dəyəri müəyyən edilərkən materialların köhnəlmə əmsalı və sığorta predmeti olan əmlakın texniki vəziyyəti nəzərə alınır; 39.1.2. Qeyri-yaşayış sahələri üzrə – sığorta predmeti olan əmlakın yerləşdiyi yerdə eyni cür və həmin texniki vəziyyətdə olan əmlakın orta bazar dəyəri məbləğində.... 39.4. Bu Qanunun 39.3-cü maddəsində müəyyən edilən sığorta məbləğləri əmlakın bazar dəyərindən az olduğu hallarda da sığorta hadisəsi nəticəsində dəyən zərər sığorta məbləğindən artıq olmamaq şərtilə tam həcmdə ödənilir.” “Maddə

41. Daşınmaz əmlakın icbari sığortası üzrə sığorta ödənişi 41.1. Daşınmaz əmlakın icbari sığortası üzrə sığortalanmış əmlaka dəyən zərərə görə sığorta ödənişinin verilməsi bu Qanunun 39-cu maddəsində nəzərdə tutulmuş müvafiq sığorta məbləğləri həddində bu Qanunun Ümumi bölməsində müəyyən edilmiş ümumi əsaslarla həyata keçirilir....”

52. Azərbaycan Respublikası MPM-in müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulmuşdur: “Maddə

14. İş üzrə məhkəmə baxışının prinsipləri 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərə fli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir....” “Maddə

77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.... 77.3. İşdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər.” “Maddə

88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həm in sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. IV. Kassasiya instansiyası məhkəməsinin mövqeyi 53.Məhkəmə kollegiyası cavabdehin kassasiya şikayətinin dəlillərinə qiymət verərkən nəzərə alır ki, kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (MPM-nin 416.1-ci maddəsi) 54. “Kassasiya məhkəməsi sübut və faktlara yenidən qiymət vermədən işin hallarını müəyyən olunmuş kimi qəbul edərək, apellyasiya məhkəməsinin qərarının mahiyyəti üzrə düzgün olub-olmamasını yoxlamır, onu yalnız məhkəmə tərəfindən qanunun tə ləblərinə riayət olunub-olunmaması maraqlandırır, çünki həmin məhkəmənin fəaliyyətinin fundamental prinsipinə görə, “kassasiya məhkəməsi işi deyil, qərarı mühakimə edir”. Məhkəmə aktı o zaman qanuni hesab olunur ki, mübahisəyə prosessual qanunla müəyyən olunmuş qaydalara uyğun olaraq baxılmış və qərar qəbul olunmuş, mübahisələndirilən münasibətlər isə onlara dair maddi hüquq normaları ilə müəyyən edilmiş qaydalarla tənzimlənmişdir (Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinin şərh edilməsinə dair» 2012-ci il 28 fevral tarixli Qərarı).

55. Cavabdehin kassasiya şikayətinin § 43-də göstərilən dəlillərinə münasibətdə qeyd edilməlidir ki, apellyasiya instansiyası məhkəməsinin mübahisəyə MM-nin 896.1-ci maddəsinin deyil, xüsusi norma olaraq «İcbari sığortalar haqqında» Qanunun 39-cu maddəsinin tətbiq edilməli olması, başqa sözlə mübahisəli hüquq münasibətinə tətbiq edilməli maddi hüquq norması ilə bağlı qiymətləndirməsi, kassasiya instansiyası məhkəməsində birinci icraat zamanı qəbul edilmiş qərarda ifadə edilmiş hüquqi möövqeyə uyğun olmuşdur.

56. Kollegiya şikayətin dəlilinə qiymət verərkən həmçinin nəzərə alır ki, işin məhkəmələr tərəfindən müəyyən edilmiş faktiki hallarına görə iddiaçıya məxsus qeyri yaşayış sahəsinin bütün konstruktiv elementləri yanaraq sıradan çıxmış, yalnız mişar daşından ibarət olan arakəsmə divarlar qalmışdır. «İcbari sığortalar haqqında» Qanunun 39-cu maddəsinin tələbinə görə qeyri-yaşayış sahələri üzrə icbari sığorta məblğələri-sığorta predmeti olan əmlakın yerləşdiyi yerdə eyni cür və həmi n texniki vəziyyətdə olan əmlakın orta bazar dəyəri məbləğində müəyyən edilir. 57.Odur ki, məhkəmə kollegiyası hesab edir ki, 29.274 manat dəyərində sığortalanmış, dəyəri 50.000 manat olan qeyri yaşayış sahəsinə görə, müvafiq azadolma məbləği çıxılmaqla 28.974 manat sığorta ödənişinin verilməsi barədə gəlinən nəticə istinad olunan maddi hüquq normasının tələblərinə zidd olmamışdır (bax yuxarıda § 13, 38,51).

58. Məhkəmə kollegiyası kassasiya şikayətinin § 44-də göstərilən dəlillərinə münasibətdə apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq qeyd edilməsini zəruri hesab edir ki, işin məhkəmələr tərəfindən müəyyən edilmiş hallarına görə iddiaçı müvafiq sığorta ödənişinin verilməsi ilə bağlı cavabdehə 2018-ci ilin 20 avqust tarixində rəsmi müraciət etsə də, hər hansı öd əniş aparılmamışdır. Apellyasiya məhkəməsi həmin vaxtdan iddia tələbinin artırıldığı 2020-ci ilin 21 avqust tarixinədək olan dövr üçün (hər gün üçün 0,1% olmaqla) dəbbə pulunun tutulması qənaətinə gəlmişdir. Bu isə həm «İcbari sığortalar haqqında» Qanunun 18-ci maddəsinin, həm də MM-nin 934.2-ci maddəsinin tələblərinə uyğun olmuşdur (mətni üçün bax yuxarıda §50-51).

59. İddiaçının kassasiya şikayətinin prosessual hüquq normalarının pozulmasına dair dəlillərinə gəldikdə qeyd edilməlidir ki, prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün olmayan qətnamə qəbul edilməsi ilə nəticələnsin və ya nəticələnə bilsin (MPM-nin 418.3-cü maddəsi). Kollegiya hesab edir ki, baxılan iş üzrə apellyasiya insta nsiyası məhkəməsi tərəfindən MPM-nin 14, 77.1, 80, 88-ci maddələrinin tələblərinə əməl edilmiş, işdəki sübutlar ətraflı araşdırılmış, prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq qiymətləndirilmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır (bax yuxarıda §37). 60.Göstərilənlərə əsasən məhkəmə kollegiyası belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılarkən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq edilmiş, qətnamənin ləğvinə əsas olan prosessual hüquq normalarının pozuntusuna yol verilməmişdir. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas yoxdur. Odur ki, apellyasiya instansiyası məhkəməsinin iş üzrə qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti isə təmin edilməməlidir. 61.Məhkəmə kollegiyası MPM-in 416-419-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Kassasiya şikayəti təmin olunmasın. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2021-ci il 20 sentyabr tarixli, 2-2(103)-830/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir. Sədrlik edən: Hakimlər: K.N.Abiyeva V.T.Həsənov E.Y.Şamayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar