Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2-2(102)-937/2025 03.04.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının Iddiaçı Firma “xxxx” Qapalı Səhmdar Cəmiyyətinin cavabdeh “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı iş üzrə QƏRARİ Açar sözlər: müqavilə münasibətlərindən irəli gələn mübahisələr Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya kollegiyası, hakim Qurbanov Raqib Əliddin oğlunun məruzəsi ilə, hakimlər Babayev Zəki Baba oğlu və Qəribov Bəhman Fərhad oğlundan ibarət tərkibdə, Iddiaçı Firma “xxxx” Qapalı Səhmdar Cəmiyyətinin cavabdeh “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı pulun tutulması tələbinə dair kommersiya mübahisəsi üzrə Şəki Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasının 2025-ci il # ####### tarixli *- *(***)-***/**** nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə yazılı icraat qaydasında baxılmışdır. Işin halları
1. Satıcı “xxxx” ASC ilə alıcı “xxxx” MMC arasında 2020-ci il # #### tarixli, *****-**** saylı, 2020-ci il ## ######## tarixli *****-**** saylı, 2021-ci il ## ###### tarixli *****-**** saylı və 2021-ci il ## #### tarixli *****-**** saylı müqavilələr bağlanmışdır. Müqavilələrə əsasən satıcı müqavilənin əlavəsində sadalanan kimyəvi bitki mühafizə vasitələrini alıcıya satmağı, alıcı isə onun müqavilə ilə müəyyən edilmiş qiymətini ödəməyi üzərinə götürmüşdür.
2. Qeyd edilən müqavilələr üzrə müvafiq bitki mühafizə vasitələri razılaşdırılmış ölçüdə və ya çəkidə alıcıya təhvil verilmiş, beynəlxalq yükdaşıma və yükün qəbuluna dair sənədlər (CMR) alıcı tərəfindən imzalanaraq qəbul edilmişdir.
3. Tərəflər arasında imzalanmış *****-**** saylı müqavilənin ** nömrəli əlavə razılaşmasına əsasən əsas borc 77.362 ABŞ dolları, *****-**** saylı müqavilənin ** nömrəli əlavəsinə əsasən əsas borc 138.696 ABŞ dolları, *****-**** saylı müqavilənin * nömrəli əlavəsinə əsasən əsas borc 89.610,50 ABŞ dolları, *****-**** saylı müqavilənin * nömrəli əlavəsinə əsasən əsas borc 234.220 ABŞ dolları alıcının satıcıya borcu vardır.
Iş üzrə məhkəmə icraatı
a) Birinci instansiya məhkəməsindəki icraat
4. Iddiaçı Firma “xxxx” Qapalı Səhmdar Cəmiyyəti (bundan sonra – “iddiaçı”) cavabdeh “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinə (bundan sonra – “cavabdeh”) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən müqavilələr üzrə ödənilməyən 539.888 ABŞ dolları əsas borcun və 1313 manat dövlət rüsumunun tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
5. Iddia onunla əsaslandırılmışdır ki, 4 müqavilə üzrə nəzərdə tutulan bütün mallar cavabdehə təhvil verilmiş, lakin sonuncu həmin müqavilələr üzrə üzərinə düşən öhdəliyi icra etməmiş və ödənişləri həyata keçirməmişdir. Cavabdehin müqavilələr üzrə ödənilməyən cəmi borcu 539.888 ABŞ dolları təşkil edir.
6. Cavabdeh iddiaya etiraz etmiş və bildirmişdir ki, tərəflər arasında bağlanmış 4 ədəd müqavilə bitki mühafizə vasitələrinin satılması barədə olmuş, hər 4 müqavilə üzrə malları qəbul etmiş və onun nəticəsində borc yaranmışdır. Lakin tərəflər arasında olan münasibətlər alqı-satqı münasibətlərindən deyil, distributorluq münasibətlərindən yaranmışdır. Belə ki, qeyd edilən müqavilələr üzrə alınmış mallar satılmadığı təqdirdə ödəniş olmazsa və ya yararlılıq müddəti ötərsə iddiaçı tərəfindən geri qaytarılmalı və bu hal cavabdehin borcunun yaranmasına əsas olmamalıdır. Cavabdehin nümayəndəsi bununla bağlı iddiaçının cavabdehin onun Azərbaycan Respublikası ərazisində rəsmi distributoru olmasına dair 2020-ci il ## #### tarixli arayış təqdim edərək bildirmişdir ki, xaricdən gətirilən bütün mallar istisnasız olaraq alqı-satqı müqaviləsi ilə rəsmiləşdirilməklə ölkə ərazisinə daxil olur. Bu gömrük qanunvericiliyinin tələbidir. Buna baxmayaraq, iddiaçı hüquqi şəxs onun təmsil etdiyi hüquqi şəxsə münasibətdə vicdanlı davranış nümayiş etdirməmiş, ona malları verdikdən sonra yeni göndərdiyi malları Azərbaycan şirkəti olan “xxxx” MMC-yə göndərmiş, sonuncu şəxs iddiaçının bütün mallarını Azərbaycanda satışını daha aşağı qiymətlə aparmış, bu səbəbdən onda olan mallar satılmamış qalmış və yararlılıq müddəti ötürülmüşdür. Beynəlxalq ticarət qaydalarına uyğun olaraq qeyd edilən dərman vasitələri satılmamışdırsa və ya yararlılıq müddəti ötürülmüşdürsə, bununla bağlı xüsusi tənzimləmələr mövcuddur ki, həmin mallar məhv edilməlidir. Iddiaçının bununla bağlı vəzifələri vardır, hətta o qeyd edilən dərmanların məhv edilməsi ilə bağlı vəsait də ayırmalıdır. Qeyd edilən dərman vasitələri üçün yaranmış borc cavabdeh tərəfindən ödənilməli deyil, həmin dərman vasitələri iddiaçı tərəfindən geri qaytarılmalıdır.
7. Şəki Kommersiya Məhkəməsinin 2025-ci il ## #### tаrixli, e-*-*(***)-***/**** nömrəli qətnaməsi ilə iddia təmin edilmişdir (hakim M.Hüseynov).
8. Məhkəmə qeyd etmişdir ki, tərəflər arasında bağlanmış # #### 2020-ci il tarixli *****- **** saylı Müqavilənin 1.1-ci bəndinə əsasən “xxxx” ASC (Satıcı olaraq) Müqavilənin əlavəsində sadalanan kimyəvi bitki mühafizə vasitələrini (bundan sonra “Məhsul” adlandırılacaq) “xxxx” MMC-yə (Alıcı olaraq) satmağı, təhvil verməyi həmin Müqavilənin 1.3-cü bənddə müəyyən edilmiş 227 362,00 ABŞ dolları məbləğində onların qiymətini ödəməyi üzərinə götürmüşdür. Müqavilənin 2.1-ci bəndinə əsasən məhsulun keyfiyyəti istehsalçısının standart keyfiyyətinə uyğun olmalıdır. Müqavilənin 5.1-ci bəndinə əsasən təchizat müddəti ən geci ##.##.2020-ci il müəyyən edilmişdir. Müqavilənin 5.2-ci bəndinə əsasən yükün çatdırılma yeri Balakən rayonu, Gərəkli kəndi, yük alan “xxxx”xxxx“xxxx Firma” ASC, yük göndərmə yeri Rusiya Federasiyası Çuvaşiya Respublikası, Vurnar qəsəbəsi, Zavodskaya küçəsi. Müqavilənin 6.1-ci bəndinə əsasən ödəniş ABŞ dolları ilə həyata keçirilir. Alıcı məhsul göndərilmədən əvvəl 10000 ABŞ dolları, məhsulun alıcıya təhvil verildiyi andan 14 gün ərzində 20000 ABŞ dolları, məhsulun UTD (universal təqdimat) tarixindən 30 gün ərzində 126680 ABŞ dolları, 70682 ABŞ dolları ##.##.2020-ci il tarixinədək Satıcıya ödəməlidir. Müqavilənin 7.1-ci bəndinə əsasən Məhsulun təyinat məntəqəsinə çatdırldıqdan sonra keyfiyyət yoxlaması zamanı məhsulun keyfiyyətinin müqaviləyə uyğun olmaması aşkar edilərsə, satıcı (alıcının seçiminə uyğun olaraq) ya qiymətə tərəflər arasında razılaşdırılmış endirim etməli, ya da keyfiyyətsiz məhsulu müqavildə nəzərədə tutulmuş keyfiyyətli məhsulla əvəz etməlidir. Müqavilənin 8.1-ci bəndinə əsasən tərəflər bu müqavilənin şərtlərinin pozulmasına görə Rusiya federasiyasının qanunvericiliyinə uyğun olaraq məsuliyyət daşıyır. Müqavilənin 10-cu bəndinə əsasən tərəflər iddiaçının seçiminə əsasən alternative yurisdiksiya müəyyən etmişdir. Bu müqavilədədən (sazişdən) irəli gələn və onunla əlaqəli olan, o cümlədən onun qüvvəyə minməsi, bağlanması, dəyişdirilməsi, icrası, pozulması, ləğvi və ya etibarlığı ilə bağlı bütün mübahisələr, fikir ayrılıqları və ya tələblər aşağıdakı yollarla həll edilir: a) ya cavabdehin yerləşdiyi yerdəki dövlət məhkəməsində, tətbiq olunan müvafiq qanunvericiliyə uyğun olaraq: b) ya da Rusiya Federasiyasının Ticarət-Sənaye Palatası nəzdindəki Beynəlxalq Ticarət Arbitraj Məhkəməsində, tətbiq edilən qaydalar və tənzimləmələr əsasında. Dövlət məhkəməsinə arbitraj məhkəməsinin səlahiyyətlərinin olmadığı barədə qərar çıxarılması üçün müraciət edilməsi, əgər arbitraj məhkəməsi öz səlahiyyətinin mövcudluğu haqqında ayrıca qərar qəbul edibsə, istisna edilir. Müqavilənin 10.3-cü bəndinə əsasən Bu müqavilə Rusiya Federasiyasının maddi hüquq normaları ilə tənzimlənir. Müqavilənin 12.1-ci bəndinə əsasən müqavilənin ##.##.2020-ci il tarixədək qüvvədə olduğu qeyd edilir.
9. Tərəflər arasında imzalanmış *****-**** saylı Müqaviləyə ## #### 2023-cü il tarixli ** saylı əlavə razılaşmaya əsasən cavabdehin əsas borcu 77 362 (yetmiş yeddi min üç yüz altmış iki) ABŞ dolları təşkil edir və son ödəmə müddəti ## ####### 2023-cü il tarixi müəyyən edilmiş, müqavilənin ##.##.2023-cü il tarixədək qüvvədə olduğu qeyd edilir.
10. Tərəflər arasında bağlanmış ## ######## 2020-ci il tarixli, *****-**** saylı Müqavilənin 1.1-ci bəndinə əsasən “xxxx” ASC (Satıcı olaraq) Müqavilənin * nömrəli Əlavəsində sadalanan kimyəvi bitki mühafizə vasitələrini (bundan sonra “Məhsul” adlandırılacaq) “xxxx” MMC-yə (Alıcı olaraq) satmağı və təhvil verməyi və cavabdeh həmin müqavilənin 1.3-cü bəndində müəyyən edilmiş 198 696,00 ABŞ dolları məbləğində onların qiymətini ödəməyi üzərinə götürmüşdür. Müqavilənin 2.1-ci bəndinə əsasən məhsulun keyfiyyəti istehsalçısının standart keyfiyyətinə uyğun olmalıdır. Müqavilənin 5.1-ci bəndinə əsasən təchizat müddəti ən geci ##.##.2020-ci il müəyyən edilmişdir. Müqavilənin 5.2-ci bəndinə əsasən yükün çatdırılma yeri Balakən rayonu, Gərəkli kəndi, yük alan “xxxx”xxxx“xxxx Firma” ASC, yük göndərmə yeri Rusiya Federasiyası Çuvaşiya Respublikası, Vurnar qəsəbəsi, Zavodskaya küçəsi. Müqavilənin 6.1-ci bəndinə əsasən ödəniş ABŞ dolları ilə həyata keçirilir. Alıcı, məhsul göndərilmədən əvvəl 20000 ABŞ dolları, ##.##.2020-ci il tarixədək 40000 ABŞ dolları, ##.##.2020-ci il tarixədək 138696 ABŞ dolları Satıcıya ödəməlidir. Müqavilənin 7.1-ci bəndinə əsasən Məhsulun təyinat məntəqəsinə çatdırıldıqdan sonra keyfiyyət yoxlaması zamanı məhsulun keyfiyyətinin müqaviləyə uyğun olmaması aşkar edilərsə, satıcı (alıcının seçiminə uyğun olaraq) ya qiymətə tərəflər arasında razılaşdırılmış endirim etməli, ya da keyfiyyətsiz məhsulu müqavilədə nəzərdə tutulmuş keyfiyyətli məhsulla əvəz etməlidir. Müqavilənin 8.1-ci bəndinə əsasən tərəflər bu müqavilənin şərtlərinin pozulmasına görə Rusiya federasiyasının qanunvericiliyinə uyğun olaraq məsuliyyət daşıyır. Müqavilənin 10-cu bəndinə əsasən bu Müqavilənin icrası və ya izahı zamanı, eləcə də onun pozulması, ləğv edilməsi və ya etibarsızlığı ilə bağlı mübahisələr yarandıqda, tərəflər ilk növbədə onları danışıqlar yolu ilə həll etməyə çalışmalıdırlar. Bu müqavilədən irəli gələn və ya onunla bağlı olan, o cümlədən onun icrası, pozulması, dayaandırılması və ya etibarsızlığı, müqavilənin izahı və təminat tədbirlərinin tətbiqi ilə bağlı bütün mübahisələr, fikir ayrılıqları və ya iddialar Azərbaycan Respublikasının müvafiq məhkəməsində həll edilir. Mübahisənin həlli zamanı tətbiq edilən hüquq Azərbaycan Respublikasının hüququdur. Müqavilənin 12.1-ci bəndinə əsasən müqavilənin ##.##.2020-ci il tarixədək qüvvədə olduğu qeyd edilir.
11. Tərəflərin *****-**** saylı Müqavilə üzrə imzaladıqları ## #### 2023-cü il tarixli ** saylı Əlavə razılaşmasına əsasən cavabdehin əsas borcu 138 696 (yüz otuz səkkiz min altı yüz doxsan altı) ABŞ dolları təşkil edir və son ödəmə müddəti ## ####### 2023-cü il tarixi müəyyən edilmiş, müqavilənin müddəti ##.##.2023-cü il tarixədək müəyyən edilmişdir.
12. Tərəflər arasında bağlanmış ## ###### 2021-ci il tarixli *****-**** saylı Müqavilənin 1.1-ci bəndinə əsasən “xxxx” ASC (Satıcı olaraq) Müqavilənin * nömrəli Əlavəsində sadalanan kimyəvi bitki mühafizə vasitələrini (bundan sonra “Məhsul” adlandırılacaq) “xxxx” MMC-yə (Alıcı olaraq) satmağı və təhvil verməyi və cavabdeh Həmin Müqavilənin 1.3-cü bəndində müəyyən edilmiş 128.000 ABŞ Dolları məbləğində onların qiymətini ödəməyi üzərinə götürmüşdür. Müqavilənin 2.1-ci bəndinə əsasən məhsulun keyfiyyəti istehsalçısının standart keyfiyyətinə uyğun olmalıdır. Müqavilənin 5.1-ci bəndinə əsasən təchizat müddəti ən geci ##.##.2021-ci il müəyyən edilmişdir. Müqavilənin 5.2-ci bəndinə əsasən yükün çatdırılma yeri Balakən rayonu, Gərəkli kəndi, yük alan “xxxx”xxxx“xxxx Firma” ASC, yük göndərmə yeri Rusiya Federasiyası Çuvaşiya Respublikası, Vurnar qəsəbəsi, Zavodskaya küçəsi. Müqavilənin 6.1-ci bəndinə əsasən ödəniş ABŞ dolları ilə həyata keçirilir. Alıcı məhsul göndərilmədən əvvəl 38000 ABŞ dolları, 90015 ABŞ dollarını ##.##.2021-ci il tarixinədək Satıcıya ödəməlidir. Müqavilənin 7.1-ci bəndinə əsaəsn Məhsulun təyinat məntəqəsinə çatdırldıqdan sonra keyfiyyət yoxlaması zamanı məhsulun keyfiyyətinin müqaviləyə uyğun olmaması aşkar edilərsə, satıcı (alıcının seçiminə uyğun olaraq) ya qiymətə tərəflər arasında razılaşdırılmış endirim etməli, ya da keyfiyyətsiz məhsulu müqavildə nəzərədə tutulmuş keyfiyyətli məhsulla əvəz etməlidir. Müqavilənin 8.1ci bəndinə əsasən tərəflər bu müqavilənin şərtlərinin pozulmasına görə Rusiya Federasiyasının qanunvericiliyinə uyğun olaraq məsuliyyət daşıyır. Müqavilənin 10-cu bəndinə əsasən tərəflər iddiaçının seçiminə əsasən alternativ yurisdiksiya müəyyən etmişdir. Bu müqavilədən irəli gələn və onunla əlaqəli olan, o cümlədən onun qüvvəyə minməsi, bağlanması, dəyişdirilməsi, icrası, pozulması, ləğvi və ya etibarlığı ilə bağlı bütün mübahisələr, fikir ayrılıqları və ya tələblər aşağıdakı yollarla həll edilir: a) ya cavabdehin yerləşdiyi yerdəki dövlət məhkəməsində, tətbiq olunan müvafiq qanunvericiliyə uyğun olaraq: b) ya da Rusiya Federasiyasının Ticarət-Sənaye Palatası nəzdindəki Beynəlxalq Ticarət Arbitraj Məhkəməsində, tətbiq edilən qaydalar və tənzimləmələr əsasında. Dövlət məhkəməsinə arbitraj məhkəməsinin səlahiyyətlərinin olmadığı barədə qərar çıxarılması üçün müraciət edilməsi, əgər arbitraj məhkəməsi öz səlahiyyətinin mövcudluğu haqqında ayrıca qərar qəbul edibsə, istisna edilir. Müqavilənin 10.3-cü bəndinə əsasən Bu müqavilə Rusiya Federasiyasının maddi hüquq normaları ilə tənzimlənir. Müqavilənin 12.1-ci bəndinə əsasən müqavilənin ##.##.2021-ci il tarixədək qüvvədə olduğu qeyd edilir.
13. Tərəflər arasında bağlanmış *****-**** saylı Müqavilə üzrə ## #### 2023-cü il tarixli * saylı Müqaviləyə əlavə razılaşmadan görünür ki, cavabdehin əsas borcu 89610,50 (səksən doqquz min altı yüz on tam onda beş) ABŞ dolları təşkil edir və son ödəmə müddəti # ####### 2023-cü il tarixi müəyyən edilmişdir. Müqavilənin müddəti ##.##.2023-cü il tarixədək müəyyən edilmişdir.
14. Tərəflər arasında bağlanmış ## #### 2021-ci il tarixli *****-**** saylı Müqavilənin 1.1-ci bəndinə əsasən “xxxx” ASC (Satıcı olaraq) Müqavilənin * nömrəli Əlavəsində sadalanan kimyəvi bitki mühafizə vasitələrini (bundan sonra “Məhsul” adlandırılacaq) “xxxx” MMC-yə (Alıcı olaraq) satmağı və təhvil verməyi və Alıcı həmin Müqavilənin 1.3-cü bəndində müəyyən edilmiş 356.200,00 ABŞ Dolları məbləğində onların qiymətini ödəməyi üzərinə götürmüşdür. Müqavilənin 2.1-ci bəndinə əsasən məhsulun keyfiyyəti istehsalçısının standart keyfiyyətinə uyğun olmalıdır. Müqavilənin 5.1-ci bəndinə əsasən təchizat müddəti ən geci ##.##.2021-ci il müəyyən edilmişdir. Müqavilənin 5.2-ci bəndinə əsasən yükün çatdırılma yeri Balakən rayonu, Gərəkli kəndi, yük alan “xxxx”xxxx“xxxx Firma” ASC, yük göndərmə yeri Rusiya Federasiyası Çuvaşiya Respublikası, Vurnar qəsəbəsi, Zavodskaya küçəsi. Müqavilənin 6.1-ci bəndinə əsasən ödəniş ABŞ dolları ilə həyata keçirilir. Alıcı məhsul göndərilmədən əvvəl hesab təqdim edildikdən 10 bank günü ərzində 21600 ABŞ dolları, 100380 ABŞ dollarını məhsul göndərmədən əvvəl, qalan 234220 ABŞ dollarını ##.##.2021-ci il tarixinədək Satıcıya ödəməlidir. Müqavilənin 7.1-ci bəndinə əsasən Məhsulun təyinat məntəqəsinə çatdırldıqdan sonra keyfiyyət yoxlaması zamanı məhsulun keyfiyyətinin müqaviləyə uyğun olmaması aşkar edilərsə, satıcı (alıcının seçiminə uyğun olaraq) ya qiymətə tərəflər arasında razılaşdırılmış endirim etməli, ya da keyfiyyətsiz məhsulu müqavildə nəzərədə tutulmuş keyfiyyətli məhsulla əvəz etməlidir. Müqavilənin 8.1-ci bəndinə əsasən tərəflər bu müqavilənin şərtlərinin pozulmasına görə Rusiya Federasiyasının qanunvericiliyinə uyğun olaraq məsuliyyət daşıyır. Müqavilənin 10cu bəndinə əsasən tərəflər iddiaçının seçiminə əsasən alternativ yurisdiksiya müəyyən etmişdir. Bu müqavilədən irəli gələn və onunla əlaqəli olan, o cümlədən onun qüvvəyə minməsi, bağlanması, dəyişdirilməsi, icrası, pozulması, ləğvi və ya etibarlığı ilə bağlı bütün mübahisələr, fikir ayrılıqları və ya tələblər aşağıdakı yollarla həll edilir: a) ya cavabdehin yerləşdiyi yerdəki dövlət məhkəməsində, tətbiq olunan müvafiq qanunvericiliyə uyğun olaraq: b) ya da Rusiya Federasiyasının Ticarət-Sənaye Palatası nəzdindəki Beynəlxalq Ticarət Arbitraj Məhkəməsində, tətbiq edilən qaydalar və tənzimləmələr əsasında. Dövlət məhkəməsinə arbitraj məhkəməsinin səlahiyyətlərinin olmadığı barədə qərar çıxarılması üçün müraciət edilməsi, əgər arbitraj məhkəməsi öz səlahiyyətinin mövcudluğu haqqında ayrıca qərar qəbul edibsə, istisna edilir. Müqavilənin 10.3-cü bəndinə əsasən Bu müqavilə Rusiya Federasiyasının maddi hüquq normaları ilə tənzimlənir. Müqavilənin 12.1-ci bəndinə əsasən müqavilənin ##.##.2021-ci il tarixədək qüvvədə olduğu qeyd edilir.
15. Tərəflər arasında bağlanmış *****-**** saylı Müqaviləyə ## #### 2023-cü il tarixli * saylı əlavə razılaşmaya əsasən cavabdehin əsas borcu 234 220 ABŞ (iki yüz otuz dörd min iki yüz iyirmi) dolları təşkil edir və son ödəmə müddəti ## ####### 2023-cü il tarixi müəyyən edilmişdir. Müqavilənin qüvvədə olma müddəti ##.##.2023-cü il tarixədək müəyyən edilir.
16. Iddiaçı tərəfindən təqdim edilmiş CMR (beynəlxalq nümunəli əmtəə-nəqliyyat qaiməsinin (CMR) rəsmiləşdirilməsi) sənədləri ilə müəyyən edilir ki, # #### 2020-ci il tarixli *****-**** saylı Müqavilə üzrə 227 362,00 ABŞ dolları məbləğində məhsullar ## ######## 2020-ci il tarixində, ## ###### 2021-ci il tarixli *****-**** saylı Müqavilə üzrə 128.015,00 ABŞ dolları məbləğində olan məhsullar ## #### 2021-ci il tarixində, ## #### 2021-ci il tarixli, *****-**** nömrəli müqavilə üzrə 356.200,00 ABŞ dolları məbləğində məhsullar # #### 2021-ci il tarixində təyinat yerinə çatdırılmış və Cavabdehə təhvil verilmişdir. CMR sənədi, eləcə də müşayiətedici sənədlərlə təsdiqlənmiş, beynəlxalq daşımalarda standart olan CMR sənədlərini imzalamış və bununla da Malların və orada göstərilən müşayiət sənədlərinin qəbulunu təsdiq etmişdir.
17. Məhkəmə Ekspertizası Mərkəzinin ##.##.2025-ci il tarixli */****-*/**** nömrəli məhkəmə-əmtəəşünaslıq eskpertizasının rəyindən müəyyən edilir ki, tədqiqat təqdim edilmiş məhsulların üzərinə baxış keçirən zaman həmin bitki dərman vasitələrinin yararlılıq müddəti 2-5 il aralığında olmuş, istehsal tarixi 2017-2020-ci illər aralığında olmuş, 16 adda məhsulların yararlılıq müddəti keçmişdir. Yararlılıq müddəti bitməyən 300 litr Rusiya istehsalı olan “xxxx” firmasına məxsus “Reqqi” markalı bitki mühafizə vasitəsi və 22 kq Rusiya istehsalı olan “xxxx” firmasına məxsus”Maqnum” markalı bitki mühafizə vasitəsi olduğu müəyyən olunmuşdur. Qeyd edilən məhsullardan Rusiya istehsalı olan “xxxx” firmasına məxsus “Ordan” markalı bitki mühafizə vasitələrinin 1 kq olduğu və həmin məhsulun üzərinə istehsal və yararlılıq müddətinin olmadığı müəyyən olunmuşdur. Qiymətləndirmə fəaliyyəti elmin hər hansı sahəsində xüsusi bilik olmamaqla məhkəmə ekspertizası fəaliyyətinə aid olmadığından və qiymətləndirmə fəaliyyəti qanunvericiliyə əsasən müstəqil fəaliyyət növü olaraq müəyyən edildiyindən materialların və xidmətlərin dəyərinin müəyyən edilməsi mümkün olmamışdır.
18. Cavabdeh tərəfindən təqdim edilən “xxxx” MMC-nin ##.##.2025-ci il tarixli ƏQ- ***/**** nömrəli “Bitki mühafizə vasitələrinin qiymətləndirilməsi” barədə mütəxəssis rəyindən müəyyən edilir ki, “xxxx” MMC-nin rəhbəri nümayəndə2 təqdim etdiyi sənədlərə əsasən 24 adda bitki mühafizə vasitəsinin ##.##.2025-ci il tarixə real bazar dəyəri 922538,70 maant təşkil edir.
19. Məhkəmə ilk olaraq qeyd etmişdir ki, tərəflər arasında bağlanmış # #### 2020-ci il tarixli *****-**** saylı Müqavilənin, ## ###### 2021-ci il tarixli *****-**** saylı Müqavilənin və ## #### 2021-ci il tarixli *****-**** saylı Müqavilənin 10-cu bəndinə əsasən tərəflər iddiaçının seçiminə əsasən alternativ yurisdiksiya müəyyən etmişdir. Bu müqavilədən irəli gələn və onunla əlaqəli olan, o cümlədən onun qüvvəyə minməsi, bağlanması, dəyişdirilməsi, icrası, pozulması, ləğvi və ya etibarlığı ilə bağlı bütün mübahisələr, fikir ayrılıqları və ya tələblər aşağıdakı yollarla həll edilir: a) ya cavabdehin yerləşdiyi yerdəki dövlət məhkəməsində, tətbiq olunan müvafiq qanunvericiliyə uyğun olaraq: b) ya da Rusiya Federasiyasının Ticarət-Sənaye Palatası nəzdindəki Beynəlxalq Ticarət Arbitraj Məhkəməsində, tətbiq edilən qaydalar və tənzimləmələr əsasında. Dövlət məhkəməsinə arbitraj məhkəməsinin səlahiyyətlərinin olmadığı barədə qərar çıxarılması üçün müraciət edilməsi, əgər arbitraj məhkəməsi öz səlahiyyətinin mövcudluğu haqqında ayrıca qərar qəbul edibsə, istisna edilir. Müqavilənin 10.3-cü bəndinə əsasən Bu müqavilə Rusiya Federasiyasının maddi hüquq normaları ilə tənzimənir.
20. Tərəflər arasında bağlanmış ## ######## 2020-ci il tarixli, *****-**** saylı Müqavilənin 10-cu bəndinə əsasən bu Müqavilənin icrası və ya izahı zamanı, eləcə də onun pozulması, ləğv edilməsi və ya etibarsızlığı ilə bağlı mübahisələr yarandıqda, tərəflər ilk növbədə onları danışıqlar yolu ilə həll etməyə çalışmalıdırlar. Bu müqavilədən irəli gələn və ya onunla bağlı olan, o cümlədən onun icrası, pozulması, dayandırılması və ya etibarsızlığı, müqavilənin izahı və təminat tədbirlərinin tətbiqi ilə bağlı bütün mübahisələr, fikir ayrılıqları və ya iddialar Azərbaycan Respublikasının müvafiq məhkəməsində həll edilir. Mübahisənin həlli zamanı tətbiq edilən hüquq Azərbaycan Respublikasının hüququdur.
21. Yuxarıda qeyd edilən bütün müqavilələrin 10.3-cü bəndinə əsasən Bu müqavilə Rusiya Federasiyasının maddi hüquq normaları ilə tənzimənir. Bu hal ## ######## 2020ci il tarixli, *****-**** saylı Müqaviləsində mübahisənin həlli zamanı tətbiq edilən hüquq Azərbaycan Respublikasının hüququdur.
22. Məhkəmə hesab etmişdir ki, tərəflər müqavilədə alternativ məhkəmə aidiyyəti seçdiklərindən, yəni həm dövlət məhkəməsində, eyni zamanda müvafiq Arbitrajda mübahisələrə baxılması ilə bağlı tərəflərin seçim imkanları müəyyən edildiyindən, həmçinin iddiaçı hazırkı iddia üzrə cavabdehin yerləşdiyi yerin, yəni Azərbaycan Respublikasının məhkəməsinə müraciət etdiyindən hazırkı məhkəmə tərəfindən işə baxılması qanunidir. Bundan əlavə məhkəmədə prosessual qanun olaraq hazırkı mübahisə üzrə Azərbaycan Respublikasının qanunları, maddi qanun olaraq 1 müqavilə üzrə Azərbaycan Respublikasının qanununun, eyni zamanda Rusiya Federasiyasının qanunlarının tətbiq edilməsini tərəflər müqavilədə nəzərdə tutmuşlar.
23. Beləliklə, hazırkı mübahisə üzrə tərəflərin razılaşmasında və müvafiq qanunvericilikdə Azərbaycan Respublikası məhkəməsi tərəfindən hazırkı mübahisəyə baxılması razılaşma və hüquq baxımından qanuna uyğundur.
24. Məhkəmədə cavabdeh tərəfin israrlı tələbinə əsasən iddiaçıdan alınmış malların onun anbarında saxlanması və yararlılıq müddətinin ötürülməsi ilə bağlı arqumentlərinin yoxlanılması, həmçinin tərəflər arasında digər müqavilə münasibətlərinin mövcud olmasının yoxlanılması, cavabdehə bununla bağlı hüquqlarının məhkəmədə müdafiəsinə şərait yaratmaq üçün dəlilləri yoxlanması üçün ekspertiza təyin edilmiş, ekspert rəyi cavabdeh tərəfin arqumentlərinin müvafiq məhsullara aid hissəsini təsdiq etmişdir. Buna baxmayaraq məhkəməyə tərəflər arasında Azərbaycan və Rusiya qanunvericiliyində və ya digər beynəlxalq ticarət qaydalarında nəzərdə tutulan təmsilçilik, agent, kommersiya konsesiyası və digər məzmunlu müqavilələrin bağlanması faktları ilə bağlı hər hansı sənəd təqdim edilməmişdir. Məhkəmə tərəfindən tərəflər arasında bağlanmış müqavilələrin məzmununa və müvafiq maddi hüquq normalarına əsasən mübahisəyə alqı-satqı münasibətlərindən yaranan mübahisə olaraq hüquqi qiymət verilmişdir. Həm Azərbaycan Respublikası, eyni zamanda Rusiya Federasiyasının mülki qanunvericiliyində müqavilənin təfsiri ilə bağlı normalar mövcuddur.
25. Məhkəmə, bu nəticəyə gəlmişdir ki, tərəflər arasında bağlanmış müqavilələrin xarakteri, şərtləri, məhsulun çatdırılması, dəyərinin ödənilməsi, öhdəliyin icra edilməməsinə görə müəyyən edilən məsuliyyət, digər hüquq və vəzifələr baxımından hüququn tələbləri baxımından tərəflər arasında alqı-satqı müqavilələri bağlanmışdır. Cavabdehin qeyd etdiyi kimi, tərəflər arasında ticarət agenti, kommersiya konsesiyası, komissiya və digər məzmunlu müqavilənin bağlanması ilə bağlı hər hansı bir razılaşma olmamış, təqdim edilən müqavilələrin məzmunu və öhdəliyin xarakteri baxımından müqavilələr alqı-satqı müqaviləsi olmuşdur.
26. Məhkəmə, maddi hüquq olaraq həm Azərbaycan Respublikası, həm də Rusiya Federasiyanın qanunvericiliyində alqı-satqı müqaviləsindən yaranmış öhdəliklər zamanı malların tərəflər arasında razılaşdırılmış şərtlər daxilində satıcı tərəfindən alıcıya təhvil verilmədən əvvəl və təhvil verildikdən sonra həmin malların dəyərinin ödənilməsi vəzifəsi müəyyənləşdirilir. Bu hallar tərəflər arasında bağlanmış müqavilələrdə, həmçinin həmin müqaviləyə edilən Əlavələrdə razılaşdırılmış, borcla bağlı üzləşmə aktlarında konkret ifadə olunmuş və cavabdeh tərəf bu faktları məhkəmədə təsdiq etmişdir.
27. Məhkəmə tərəfindən tərəflər arasında bağlanmış müqavilələr və həmin müqavilələrə imzalanmış əlavələr əsasında müəyyən edilmişdir ki, cavabdehin iddiaçıya 539.888 ABŞ dolları borcu yaranmışdır.
28. Gəldiyi nəticəni məhkəmə Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – “MM”) 385.1, 386.1, 389.1, 397.1, 398.1, 448.1, 448.2, 567, 571.1, 581.1, 586.1, 586.2, 598.1, 598.2, 600.1, 600.2, 600.3, 600.4, 601.1-ci, Rusiya Federasiyası Mülki Məcəlləsinin 454, 483, 486-cı və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – “MPM”) 14.1, 14.2, 77.1, 119.1, 121.1 və 218.3-cü maddələrinə istinad etməklə əsaslandırmışdır.
29. Cavabdeh apellyasiya şikayəti verərək, həmin qətnamənin ləğv edilməsi və iddianın rədd edilməsini xahiş etmişdir.
b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
30. Şəki Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasının 2025-ci il # ####### tarixli *-*(***)-***/**** nömrəli qətnaməsi ilə cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır (sədrlik edən – Z.Sadiqov, hakimlər E.Hüseynov və Ə.Kərimov).
31. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin əsaslandırması və gəldiyi nəticə ilə razılaşmışdır.
32. Məhkəmə kollegiyasının istinad etdiyi maddi hüquq normaları birinci instansiya məhkəməsinin istinad etdiyi normalarla eynilik təşkil edir.
33. Cavabdeh kassasiya şikayəti verərək həmin qətnamənin ləğv edilməsi və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri
a) Kassasiya şikayətinin dəlilləri
34. MM-in 425.1-ci maddəsi üzrə - tərəflər arasında müqavilə bağlanmış və həmin müqavilə üzrə yaranan mübahisələrə Rusiya Federasiyasının arbitraj məhkəmələrində baxılacağı nəzərdə tutulmuşdur.
35. MPM-in 9.3-cü maddəsi üzrə - məhkəmə həmin maddədəki vəzifələri yalnız iddiaçının mövqeyinə münasibətdə icra etmişdir. Qətnamədən göründüyü kimi məhkəmə qətnaməni əsaslandırmamış, sadəcə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə kifayətlənmişdir. Məhkəmənin qeyd olunan mövqeyi tam əsassızdır. Belə ki, apellyasiya şikayətində qeyd edildiyi və məhkəmədə vermiş olduğu izahatlarla da müəyyən olunmuşdur ki, cavabdeh distributor olaraq fəaliyyət göstərmişdir. Bu məhkəməyə təqdim edilən sənədlərdə də öz əksini tapır. Iddia tələbinin təmini üçün iş materiallarına kifayət qədər sənəd əlavə olunsa da məhkəmə cavabdehin şikayətinə münasibət bildirməməklə qərəzli mövqe nümayiş etdirmişdir.
36. MPM-in 218.1-ci maddəsi üzrə - həmin maddənin tələbləri də məhkəmənin üzərinə kifayət qədər vəzifələr qoyur ki, hazırki işdə bu tələblərə əməl olunmamışdır. Məhkəmə hazırkı işdə qərəzli mövqe nümayiş etdirməklə prosessual hüquq normalarının tələblərini pozmuşdur. Məhkəmə iş üzrə ekspert və mütəxəssis rəylərinin də olmasına baxmayaraq düzgün qərar qəbul etməmişdir. Belə ki, rəylər nəzərə alınmamışdır. Beləliklə, məhkəmə tərəfindən çəkişmə prinsipi pozulmuşdur. Buradan görünür ki, məhkəmə ədalətli araşdırma aparmamış, sübutlara düzgün hüquqi qiymət verməmişdir.
37. Kassasiya şikayətinin digər məsələlər hissəsində qeyd olunmuşdur ki, cavabdeh müqavilə imzalandığı tarixdən müqavilənin şərti pozulanadək müqavilənin şərtinə əməl etmişdir və müqavilədə göstərildiyi kimi distributer olaraq fəaliyyət göstərmişdir. Məhkəmə qərar qəbul edərkən cavabdehin göstərdiyi halları nəzərə almamışdır. Cavabdeh məhkəməyə təqdim etdiyi vəsatətlərində 2019-cu ildən cavabdehin iddiaçının rəsmi distributeri olduğunu bildirsə də Şəki Apellyasiya Məhkəməsi tərəfindən bu nəzərə alınmamışdır. Bununla bağlı iş materiallarına iddiaçının rəsmi arayışı təqdim edilmişdir. Lakin apellyasiya məhkəməsi qeyd olunan arayışı ümumiyyətlə nəzərə almamışdır. Bundan başqa Ümumdünya Ticarət Palatasının distributerlik müqavilələrinin tərtib olunma qaydasında qeyd olunub ki, hər bir məhsulun satılmamasında distributerin həmin məhsulu qaytarmaq hüququ vardır. Həmçinin qaytarıldığı zaman həmin məhsulun qaytarıldığı qiymət alındığı qiymətdən çox olmamalıdır. Buna baxmayaraq iddiaçı tərəfindən cavabdehə göndərilmiş 922.000 manat məbləğində məhsulun istifadə müddəti keçdiyi üçün cavabdehin anbarındadır. Bu məhsulların 700.000 manat məbləğində olan hissəsi iddiaçı tərəfindən başqa firmalar üçün satışı nəzərdə tutulan məhsullardır və rəsmi distributer kimi cavabdehin anbarına rəsmiləşdirilərək göndərilmişdir. Bir sonrakı mərhələlərdə həmin alıcılar məhsulları almadığı üçün məhsulların istifadə müddəti bitmiş və satışı mümkün olmamışdır. Iddiaçı ilə həmin alıcılar arasında olan rəsmi yazışmaların bir hissəsi Şəki Kommersiya Məhkəməsinə təqdim olunmuşdur. Əlavə olaraq bu proseslərin gedişatının şahidi olan şəxslər məhkəmə iclasına vaxtı keçmiş məhsulların bu şirkətlər tərəfindən satınalınması ilə bağlı danışıqların aparıldığını və digər həmin dərmanların cavabdehə distributer kimi göndərildiyini sübut etmək üçün şahid qismində çağırılması zərurətinin olduğunu bildirilsə də cavabdehin tələbi təmin olunmamışdır. Eyni zamanda apellyasiya məhkəməsi də buna münasibət bildirməmişdir. “Azərbaycan Respublikası Dərman Vasitələri” haqqında qanunda göstərilmişdir ki, vaxtı keçmiş dərman məhsulları heç bir distriburetlərin həmin dərmanların məhv edilməsi imkanları olmadığı üçün (xüsusi paliqonlar) istehsalçı həmin dərmanların geri çağırılmasını təmin etməlidir. Lakin qarşı tərəf göstərilən halların heç birini təmin etməmişdir. Tərəflər arasında bağlanmış müqavilələrin 10-cu maddəsində mübahisənin həlli qaydası göstərilmişdir. Burada mübahisələrin həll olunma yeri və qaydası göstərilmişdir. Amma Şəki Apellyasiya Məhkəməsi qeyd olunan halların heç birini nəzərə almamışdır. Çünki Azərbaycan Respublikası məhkəmələrinə müraciət edildiyi üçün tərəflər arasında olan müqavilənin tələbləri pozulmuşdur. Eyni zamanda cavabdehin hüquqları kobud şəkildə pozulmuşdur. Aralarında olan razılaşmaya əsasən mübahisə yaranarsa həmin mübahisəyə Rusiya Federasiyanının arbitraj məhkəmələrində baxılmalı idi. Bundan başqa Rusiya Federasiyasının qanunvericiliyi tətbiq olunmalı idi. Həmçinin cavabdeh tərəfindən “xxxx” MMC dəvət olunmuşdur və cavabdehə məxsus anbara baxış keçirilərək rəy verilmişdir. Mütəxəssis rəyində qeyd olunmuşdur ki, 2025-ci il # ##### tarixə 24 sayda bitki mühafizəsi üçün nəzərdə tutulmuş dərman vasitələrinin real bazar dəyəri 922.538,70 manat təşkil edir. Buradan görünür ki, iddiaçının iddia etdiyi məbləğ dəyərində dərman məhsulları cavabdehə məxsus anbardadır. Daha sonra ekspert rəyindən göründüyü kimi məhsulların yararlıq müddəti keçdiyinə görə ümumi məbləğin nə qədər olduğunu müəyyən etmək mümkün olmayıb. Cavabdehin məhkəmə iclasında təqdim etdiyi vəsatətləri, ekspert və mütəxəssis rəyləri nəzərə alınmadığından hazırki iş üzrə cavabdehin hüquqları pozulmuşdur. Məhkəmə ümumiyyətlə qeyd olunan hissələrə ədalətli yanaşmamışdır.
b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
38. Iddiaçı tərəfindən kassasiya şikayətinə qarşı etiraz verilmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, kassasiya şikayətinin maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsinə dair dəlillər hissəsində cavabdehin konkret heç bir dəlili və arqumentləri mövcud deyil. Demək olar ki, burada cavabdeh özü istinad etdiyi qanunvericilik aktlarını sadəcə daha geniş formada yazmış və ya izah etməyə çalışmışdır. Kassasiya şikayətinin qeyd olunan hissəsi qanunun bu tələbinə cavab vermir. Bu səbəbdən həmin hissə işin həllində istifadə edilə və Ali Məhkəmə tərəfindən arqument kimi nəzərdən keçirilə bilməz. Kassasiya şikayətinin mətnindən görünür ki, cavabdeh arqumentlərini şikayətin “Digər məsələlər” hissəsində yazmışdır. Apellyasiya şikayətində olduğu kimi kassasiya şikayətində də cavabdeh iddiaçının distribütoru olduğu barədə arqumentləri irəli sürmüşdür. Bu arqumentin tərəflər arasında bağlanmış müqavilələrin şərtlərinə uyğun gəlməməsi ilə yanaşı, onun əhəmiyyətinin nədən ibarət olduğu da aydın deyil. Cavabdeh bu barədə heç bir əsaslı dəlil və ya arqument irəli sürməmişdir. Distribütorluq arqumentinin cavabdehin xeyrinə hər hansı bir nəticəsi ola bilərdisə, bu maddi hüquq normalarından irəli gəlməli idi. Nə Azərbaycan Respublikasının qanunvericiliyindən, nə də Rusiya Federasiyasının qanunvericiliyindən belə bir hal irəli gəlmir və cavabdeh maddi hüquq normalarına əsaslanan arqument irəli sürməmişdir. Tərəflər arasında yalnız alğı-satqı müqavilələri mövcuddur. Iddiaçının iddiası distribütor müqaviləsinə deyil, adi alğı-satqı müqavilələrinə əsaslanır. Şahidlərin çağırılması ilə bağlı arqumentlər əsassızdır və həqiqətə uyğun deyil. Belə ki, ilk növbədə, cavabdehin özü də etiraf etmiş olur ki, o, şahidlərin çağırılması və ya dindirilməsi barədə konkret əsaslandırılmış vəsatət təqdim etməmişdir. Şahidlərin çağırılması barədə MPM-də prosedur nəzərdə tutulmuşdur və cavabdeh buna riayət etməmişdir. Cavabdeh, ilk növbədə, şahidlərin siyahısını (həmçinin onlara dair konkret məlumatları) etirazında təqdim etməli idi (MPM-in 154.1-ci və 154.2.2-ci maddələrindən irəli gələrək). Bütün sübutlar məhkəməyə hazırlıq mərhələsi bitməzdən əvvəl təqdim edilməlidir (MPM-in 78.1-ci maddəsi). Cavabdeh istər bu, istərsə də digər sübutların təqdim edilməsinə dair prosessual normalara riayət etməmişdir. Əlavə olaraq, sübutların təqdim edilməsi, o cümlədən şahidlərin çağırılması tərəfin öhdəliyidir, məhkəmənin öhdəliyi deyildir. Əgər cavabdeh şahidin məhkəməyə gəlməsini təmin edə bilmədikdə, müvafiq tədbirin görülməsi üçün məhkəməyə müraciət etməlidir. Cavabdeh isə bunların heç birini etməmişdir. Buna baxmayaraq Şəki Kommersiya Məhkəməsi cavabdehə sübutları təqdim etməyə kifayət qədər şərait yaratmışdır. Cavabdehin şahidlər və onların təqdim edə biləcəyi məlumatlar barədə şikayətinin açıqca yanlış olmuşdur. Belə ki, yalnız iclasların birində cavabdehin nümayəndəsi nümayəndə2 şahid qismində bir nəfərin - “xxxx” MMC-nin direktoru Arzu Şahnəzərovun dindirilməsini şifahi olaraq məhkəmədən xahiş etmişdir. nümayəndə2 həmin şəxsi məhkəmə iclasına da dəvət etmişdir (onunla birlikdə məhkəməyə gəlmişdir). Lakin nümayəndə2 bu şəxsin şahid qismində dindirilməsinin zəruriliyini əsaslandırmamışdır. X1 Məhkəməsi Arzu Şahnəzərovu şahid qismində deyil, mütəxəssis qismində dindirmişdir. Həmçinin cavabdeh “Dərman vasitələri haqqında” Qanuna istinad edərək iddiaçının yararlıq müddəti ötmüş malların geri çağırmağa, yaxud onları cavabdehdən geri almaq öhdəliyinin olduğunu bildirmişdir. Cavabdehin bu arqumentləri əsassızdır. Cavabdeh iddia etdiyi qaydanın Qanunun hansı müddəasında irəli gəldiyini göstərmir – kassasiya şikayətində heç bir konkret maddəyə istinad yoxdur. Bunun səbəbi də aydındır, çünki adı çəkilən Qanunda belə bir tələb və ya müddəa yoxdur. “Dərman vasitələri haqqında” Qanun onun bitki mühafizə vasitələrinə tətbiqini nəzərdə tutmur. Xüsusən, bu mühafizə vasitələr həmin Qanunun 1.0.1-ci maddəsində “dərman vasitələri” anlayışı ilə əhatə olunmur. Nə bu Qanunda, nə də ona uyğun olaraq qəbul edilmiş normativ hüquqi aktlarda cavabdehin qeyd etdiyi mənanı daşıyan heç bir müddəa mövcud deyildir. Ümumən dərmanların geri çağırılması qüsurlu dərmanlara aiddir. Iddiaçının satdığı bitki mühafizə vasitələri cavabdeh tərəfindən alındığı zaman qüsursuz olub və cavabdehin səriştəsizliyi nəticəsində həmin məhsullar onun anbarında qalıb, yararlılıq müddəti ötüb. Bundan əlavə cavabdeh dəfələrlə Şəki Kommersiya Məhkəməsində keçirilən iclaslar zamanı bu mübahisə üzrə Azərbaycan məhkəmələrinin səlahiyyətini (yurisdiksiyanı) mübahisələndirmişdir. Lakin onun bu arqumentləri müqavilələrə ziddir və cavabdeh bilərəkdən ərizələrində bunu gizlədir. Şəki Kommersiya Məhkəməsi düzgün olaraq işi icraata götürmüş, bu barədə ayrıca qərardad qəbul etmiş və cavabdeh bu qərardaddan şikayət verməmişdir. Cavabdeh kassasiya şikayətində yalnız bir cümlə ilə qeyd edir ki, müqavilələrdən irəli gələn mübahisələrə Rusiya Federasiyasının hüququ tətbiq edilməlidir (“Bundan başqa Rusiya Federasiyasının qanunvericiliyi tətbiq olunmalı idi”). Cavabdehin bu arqumentinin məqsədi bəlli deyildir, çünki o, Rusiya Federasiyasının qanunvericiliyində onun mövqeyini müdafiə edəcək heç bir əsas və ya arqument irəli sürməmişdir. Əvəzində, iddiaçı Rusiya Federasiyasının qanunvericiliyi barədə Şəki Kommersiya Məhkəməsinə arayış təqdim etmişdir. Bu arayışda cavabdehin bir sıra müəyyən qədər anlaşılan (nə qədər anlamaq mümkün idisə) arqumentləri təkzib olunur. Şəki Kommersiya Məhkəməsi də qətnaməsində Rusiya Federasiyasının qanunvericiliyinə istinad etmişdir.
Kassasiya baxışının hədləri
39. Hazırkı icraat çərçivəsində apellyasiya məhkəməsinin qətnaməsi bütövlükdə mübahisələndirildiyi üçün onun qanuniliyi və əsaslılığı MPM-in 416.1-ci maddəsinə uyğun olaraq kassasiya şikayətində ifadə olunmuş dəlillər üzrə tam yoxlanılacaqdır.
Tətbiq edilən hüquq
40. Azərbaycan Respublikası Mülki Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur:
“Maddə 386. Öhdəliklərin əmələ gəlməsi əsasları 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.”
“Maddə 399. Müqavilənin qüvvəsi 399.1. Müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur.”
“Maddə 425. Öhdəliklərin icrası zamanı vicdanlılıq 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 425.2. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər.”
“Maddə 442. Öhdəliyin icra edilməməsi anlayışı
442. Öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.”
“Maddə 567. Alğı-satqı müqaviləsi
567. Alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.”
“Maddə 600. Nisyə satılmış əşyanın ödənilməsi 600.1. Alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda, alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. 600.4. Əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə, satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər.”
41. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur:
“Maddə 14. Iş üzrə məhkəmə baxışının prinsipləri 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.”
“Maddə 217. Qətnamənin qanuniliyi və əsaslılığı 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.”
“Maddə 218. Qətnamə çıxarıldıqda həll edilən məsələlər 218.1. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir.”
“Maddə 392. Apellyasiya instansiyası məhkəməsi qətnaməsinin məzmunu 392.2. Apellyasiya şikayəti təmin edilmədikdə və ya məhkəmənin qətnaməsi dəyişdirildikdə, apellyasiya instansiyası məhkəməsi hansı dəlillərə əsasən şikayətin təmin edilmədiyini və yaxud qətnamənin dəyişdirildiyini göstərməyə borcludur.”
“Maddə 407. Kassasiya şikayətinin forması, məzmunu və əlavə edilən sənədlər 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.”
“Maddə 416. Kassasiya instansiyasında işə baxmanın hədləri 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.”
Kassasiya instansiyası məhkəməsinin mövqeyi
42. Məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayətinin təmin edilməsi üçün əsaslar mövcud deyildir.
43. Belə ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən MPM-in 418.4-cü maddəsində göstərilən prosessual hüquq normalarının kobud şəkildə pozulmasına yol verilməmişdir.
44. Kassasiya şikayətinin dəlilləri isə əsaslı hesab edilə bilməz. Belə ki, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərini apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas hesab etmir və bildirir ki, apellyasiya instansiyası məhkəməsinin müəyyən etdiyi hallar üzrə hüquqi dəyərləndirməsi şikayətin dəlillərində göstərilən hüquqi məsələlərə tam cavab verir. Kollegiya həmin hüquqi dəyərləndirmə ilə razılaşır və təkrarlanmasına zərurət görmür.
45. Əlavə olaraq kollegiya qeyd edir ki, tərəflər arasında bağlanmış müqavilələrdə alternativ yurisdiksiya nəzərdə tutulmuş, yəni mübahisələrin həm dövlət məhkəmələrində, həm də arbitrajda baxılması tərəflərin seçiminə buraxılmışdır. Iddiaçı bu seçim hüququndan istifadə edərək cavabdehin yerləşdiyi yer üzrə Azərbaycan Respublikası məhkəməsinə müraciət etmişdir. Bu səbəbdən məhkəmənin yurisdiksiya ilə bağlı nəticə qanuni və əsaslıdır.
46. Tərəflər arasında distribütorluq münasibətlərinin olması ilə bağlı kollegiya qeyd edir ki, aşağı instansiya məhkəmələrinin müəyyən etdiyi hallara görə tərəflər arasında distributorluq müqaviləsinin bağlanması halı müəyyən edilməyib, tərəflər arasında bağlanmış müqavilələrin məzmunu, malların təhvil verilməsi, onların qəbulunun təsdiqi və ödəniş öhdəliyinin mövcudluğu həmin münasibətlərin məhz alqı-satqı müqaviləsi olduğunu təsdiq edir.
47. Məhkəmələr də müəyyən etdiyi hallar üzrə Azərbaycan Respublikasının Mülki Məcəlləsinin və Rusiya Federasiyasının Mülki Məcəlləsinin alqı-satqıya dair müvafiq müddəalarını tətbiq etmişlər.
48. Kassasiya şikayətində qeyd edilən prosessual prosessual hüquq normalarının pozulması ilə bağlı qeyd edilir ki, məhkəmələr tərəfindən təqdim edilmiş sübutlara MPM-in tələblərinə uyğun olaraq qiymət verilmiş, cavabdehə sübutlarını təqdim etmək üçün kifayət qədər imkan yaradılmışdır. Ekspert rəyi də daxil olmaqla bütün sübutlar məhkəmə tərəfindən araşdırılmış, lakin həmin sübutlar cavabdehin borc öhdəliyini aradan qaldıran hal kimi qiymətləndirilməmişdir.
49. Şahidlərin dindirilməməsi ilə bağlı dəlilə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, şahidlərin çağırılması və təqdim edilməsi tərəfin vəzifəsidir və bunun üçün prosessual qanunvericilikdə müəyyən edilmiş qaydalara əməl olunmalıdır. Cavabdeh tərəfindən bu qaydalara riayət edilmədiyi üçün məhkəmənin həmin vəsatətləri təmin etməməsi prosessual pozuntu kimi qiymətləndirilə bilməz.
50. Kassasiya şikayətində qeyd edilən maddi və prosessual hüquq normalarının pozulmasının işdə olan sübutların və işin hallarının düzgün qiymətləndirilməməsi ilə əlaqələndirilməsi isə əsassızdır.
51. Belə ki, MPM-in 407.2 və 416.1-ci maddələrinin birgə təfsirinə görə kassasiya şikayətində işin hallarının sübut olunmaması, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmaması və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmaması ilə bağlı dəlillərə istinad edilə, kassasiya instansiyası məhkəməsi isə belə dəlilləri yoxlaya bilməz.
52. Məhkəmə kollegiyası qeyd edir ki, işin faktiki hallarının və sübutların qiymətləndirilməsi ilə bağlı məsələ işə mahiyyəti üzrə baxan birinci və apellyasiya instansiyaları məhkəmələrinin səlahiyyətinə aiddir. Kassasiya instansiyası məhkəməsi isə işin faktiki hallarının, habelə sübutların düzgün və səhv qiymətləndirilməsini deyil, sübutların prosessual qanunvericiliyə uyğun qaydada təqdim edilməsi və toplanması, onların tədqiq edilməsi, təqdim edilmiş sübutlara qiymət verilib-verilməməsi və s. bununla bağlı prosessual qaydalara riayət edilib-edilməməsini yoxlayır.
53. Kassasiya şikayətində qeyd olunan prosessual hüquq normalarının pozulması barədə dəlillər o vaxt əsaslı hesab edilə bilərdi ki, aşağı instansiya məhkəmələri tərəfindən MPM-in 14.1, 217.3, 218.1-ci maddələrinin tələbləri pozularaq işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradılmasın, cavabdehin istinad etdiyi dəlillərə və təqdim edilmiş sübutlara qiymət verilməsin, habelə məhkəmə qətnaməsi əsaslandırılmasın. Lakin hazırkı işdə həmin pozuntulara yol verilməmiş, habelə MPM-in 392.2-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi hansı dəlillərə əsasən şikayətin təmin edilmədiyini qətnamədə göstərmişdir.
54. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Ona görə də, iş üzrə qəbul edilmiş qətnamə dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti isə təmin edilməməlidir.
55. Göstərilənlərə əsasən və MPM-in 417-419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDI: Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Şəki Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasının 2025-ci il # ####### tarixli *-*(***)-***/**** nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.