Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-94/2024 15.03.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının İddiaçı MMC-nin Cavabdeh qarşı iş üzrə QƏRARİ Açar sözlər: alqı-satqı müqaviləsi, öhdəliyin pozulması və ya lazımınca icra olunmaması Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının hakimi Məmmədli Bəhram Məmməd oğlunun məruzəsi ilə, hakimlər Dadaşov İlqar Ağababaş oğlu və Vəkil1 Əli oğlundan ibarət tərkibdə, İddiaçı MMC-nin Cavabdeh qarşı “müqavilə üzrə borcun tutulması” tələbinə dair iş üzrə Şəki Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 17 oktyabr tarixli 2-2(107)-87/2023 nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə yazılı i craat qaydasında baxılmışdır. İşin halları 1. “X1” (hazırkı adı İddiaçı) MMC ilə Cavabdeh arasında bağlanmış 2022-ci il 10 mart tarixli 011-S nömrəli soya paxlası istehsalı və alqı-satqısı barədə müqavilənin predmeti sifarişçinin sifarişi əsasında icraçı tərəfindən Oğuz rayonu Kərimli kəndi ərazisində 12,1 ha sahədə soya paxlası əkinlərinin həyata keçirilməsi və sifarişçiyə təhvil verilməsindən ibarətdir.
2. Müqavilə üzrə hər hektardan 3 ton olmaqla, cəmi 36,3 ton soya paxlası istehsal edilməsi və satışı nəzərdə tutulmuşdur. İcraçı tərəfindən istehsal olunacaq və sifarişçi tərəfindən təhvil alınacaq məhsul bu müqavilənin ayrılmaz tərkib hissəsi olan 1 saylı əlavədə razılaşdırılan “soya paxlasının keyfiyyətinə dair tələblərə cavab verməlidir. Keyfiyyət tələblərinə tam uyğun olan məhsulun hə r tonunun baza qiyməti 1.000 manat, müqavilənin ümumi dəyəri 36.300 manat təşkil edir. Məhsulun yekun təhvil təslim qiyməti bu müqavilənin 4-cü bəndində göstərilən şərtlər əsasında müəyyən ediləcəkdir.
3. Müqaviləyə 1 saylı əlavə ilə soya paxlasının keyfiyyətinə dair tələblər, 2 saylı əlavə ilə 1 hektarda soya paxlası becərilməsi üzrə gəlirlər və xərclər və 3 saylı əlavə ilə soya paxlasının becərilməsi üzrə texnoloji tədbirlərin yerinə yetirilməsi müddətləri və ardıcıllığı müəyyənləşdirilməklə tərəflərin imzaları və möhürlə təsdiq edilmişdir.
4. Müqavilənin icrası ilə əlaqədar GP seriyalı 04 nömrəli malların təhvil qəbul aktı ilə 1.850 manat dəyərində amafos, 1.250 manat dəyərində ammonium nitrat və 1.850 manat dəyərində nitra amafos, GP seriyalı 33 nömrəli malların təhvil qəbul aktı ilə 1.240 manat dəyərində karbomit, 850 manat dəyərində toxum təhvil verilmiş və 2022-ci il 10 mart tarixli ödəniş tapşırıqları ilə 5.490 manat və 1.830 manat məbləğində avans verilmişdir.
5. Müqavilə şərtlərinə əsasən cavabdeh götürdüyü avans vəsaitin və təhvil aldığı malların dəyərini ödəməli və borcunu bağladıqdan sonra təhvil verməli olduğu soya paxlasının qalan dəyərini müqavilədə göstərilən müddətdə almalı idi.
6. Cavabdehin avans götürməsi, ona yuxarıda qeyd olunan adlarda və məbləğdə mallar təhvil verilməsi malların təhvil qəbul aktları və ödəniş tapşırıqlarında əks olunmuşdur.
7. İddiaçı borcun ödənilməsi ilə bağlı cavabdehə müraciət etmiş və borcun ödənilməyəcəyi təqdirdə hazırkı iddia ilə məhkəməyə müraciət olunacağı barədə ona xəbərdarlıq etmişdir. Lakin tərəflər arasında mübahisə h əllini tapmamışdır. İş üzrə məhkəmə icraatı a) Birinci instansiya məhkəməsindəki icraat
8. İddiaçı MMC (bundan sonra – “iddiaçı”) Cavabdeh (bundan sonra – “cavabdeh”) qarşı iddiaçı ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehdən soya paxlası istehsalı və alqı-satqısı barədə 2022-ci il 10 mart tarixli 011-S nömrəli müqaviləyə əsasən 17.046,91 manat borc məbləğinin və 200 manat mediasiya xərcinin əvəzinin tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
9. İddia tələbi işin yuxarıda qeyd edilən faktiki halları ilə əsaslandırılmış, əlavə olaraq göstərilmişdir ki, cavabdeh müqavilə öhdəliyini yerinə yetirmədiyindən onun ödənilməmiş 17.046,91 manat borcu qalmışdır.
10. Cavabdehin nümayəndəsi izahatında bildirmişdir ki, iddiaçı cəmiyyətin verilmiş pul, toxum və gübrə ilə bağlı bildirdikləri doğrudur və onların 17.046,91 manat məbləğində borcları vardır. Lakin məhsul yetişmədiyindən, batdığından borclarını ödəyə bilməmişlər. Onlar üzərilərinə düşənləri etmiş və işləmişlər. Bu səbəbdən məhkəmədən iddianın rədd edilməsi xahiş olunmuşdur.
11. Şəki Kommersiyа Məhkəməsinin 2023-cü il 31 iyul tarixli e-2-2(117)-703/2023 nömrəli qətnaməsi ilə iddia tələbi təmin edilərək cavabdehdən 17.046,91 manat borc və 200 manat məbləğində mediasiya xərci tutularaq iddiaçıya ödənilməsi, ödənilməmiş 141,14 manat dövlət rüsumunun cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməsi qət edilmişdir (hakim – R.Məcidov).
12. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, təhvil verilmiş paxlanın dəyəri avans verilən borc və satılmış gübrə və toxumun dəyərini tam ödəmədiyindən, tərəflər arasında alqı-satqı olmamış, yalnız podrat müqaviləsindən irəli gələn münasibətlər mövcud olmuşdur.
13. İcraçının avans pul və aldığı gübrə və toxumun dəyəri olmaqla ümumilikdə 14.370 manat dəyərində borcunun olması iş materiallarında olan sübutlarla öz təsdiqini tapsa da, cavabdehin nümayəndəsi məhkəmə iclasında verdiyi izahatında iddiaçıya məhz iddia tələbi həddində, yəni 17.046,91 manat borcunun olduğunu etiraf etmişdir.
14. Gəldiyi nəticəni birinci instansiya məhkəməsi Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (bundan sonra – “MM”) 385.1, 386.1, 442, 445.2, 448.1, 448.2, 752.1, 752.2ci maddələrinə istinad etməklə əsaslandırmışdır.
15. Cavabdeh apellyasiya şikayəti verərək qətnamənin ləğv, iddia tələbinin rədd olunmasına dair yeni qətnamə qəbul olunmasını xahiş etmişdir. b ) Apellyasiya instansiyası məhkəməsindəki icraat
16. Apellyasiya şikayəti ilə birinci instansiya məhkəməsinin qətnaməsi bütövlükdə mübahisələndirildiyindən apellyasiya məhkəməsi tərəfindən həmin qətnamə tam yoxlanılmışdır.
17. Şəki Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 17 oktyabr tarixli 2-2(107)-87/2023 nömrəli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır (sədrlik edən – E.Hüseynov, hakimlər – G.Cavadova və V.Məlikov).
18. Apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin “cavabdehin müqavilə üzrə üzərinə düşənləri icra etməsi və məhsulun vaxtında yetişməməsi, iddiaçının təqsirindən məhsulun yığılmasının gecikdirilməsi, yetişmiş məhsulun sahədə qalaraq xarab olması və yığılmış məhsulun isə iddiaçının almaqdan imtina etməsi səbəbli verilmiş toxum, gübrə və avans məbləğini geri ödəyə bilməməsi” ilə bağlı dəlilinə münasibətdə qeyd etmişdir ki, cavabdeh həmin halları təsdiq edən sübutları işə baxan məhkəmələrə təqdim etməmişdir.
19. Eyni zamanda, apellyasiya şikayətinin “iddiaçının məhsulu biçdikdən təxminən bir ay sonra təhvil alaraq məhsulun orta keyfiyyət göstəricilərinin qəsdən aşağı düşməsinə səbəb olması və buna görə də məhsulu təhvil almaqdan imtina etməsi” dəlillərini təsdiq edən sübutlar da işə baxan məhkəmələrə təqdim edilməmişdir.
20. Tərəflər arasında bağlanmış müqavilədə məhsulun məhz iddiaçı tərəfindən biçilməsi ilə bağlı onun üzərinə öhdəlik qoyulmamış, sadəcə olaraq müqavilədə 3 nömrəli əlavədə məhsulun biçini ilə bağlı qiymət göstərilmiş, cavabdeh d ə həmin qiymətlə razılaşmışdır. Tərəflər arasında bağlanmış müqavilə şərtlərinə əsasən zərurət yarandığı halda cavabdehin müraciəti əsasında dəyəri ödənilmək şərtilə sifarişçi olan iddiaçı məhsulun biçinini həyata keçirə bilər.
21. Müqavilənin 4.1-ci bəndinə, əsasən sifarişçi məhsulu icraçıdan məhsul biçildikdən sonra əkin sahəsində təhvil almalıdır. Göründüyü kimi, məhsulun mütləq qaydada sifarişçi olan iddiaçı tərəfindən biçilməli olması ilə bağlı tərəflər arasında heç bir razılaşma mövcud olmamışdır. Cavabdeh (icraçı) yalnız məhsulun sifarişçi cəmiyyət tərəfindən vaxtında biçilməməsinə və təhvil alınmamasına istinad etmişdir ki, icraçı tərəfindən sifarişçi cəmiyyətə məhsulun biçini ilə bağlı müraciət edilməsini təsdiq edən sübutlar da məhkəməyə təqdim edilməmişdir.
22. Məhkəmə kollegiya sı apellyasiya şikayətinin iddiaçının cavabdehə soya məhsulunun istehsalı zamanı sonuncu tərəfindən əlavə çəkilmiş xərclər üçün 6.050 manat maddi zərər və 18.828,21 manat əldən çıxmış fayda olmaqla cəmi 24.878,81 manat məbləğlərdə maddi zərər vurması barədə dəlillərini də əsassız saymışdır. Belə ki, cavabdeh həmin xüsusatları təsdiq edən sübutlarını da təqdim etməmişdir.
23. Müqavilənin 6.5-ci bəndinə göstərilmişdir ki, sifarişçi əkinlərin sığorta haqqını ödəyir. Sığorta ödənişi ilə bağlı isə məhkəmə kollegiyası qeyd etmişdir ki, müqavilənin qeyd olunan bəndinə əsasən əkinlərin sığorta haqqını ödəmək sifarişçinin vəzifəsidir. Lakin icraçı əkin sahəsinin sığortalanması ilə bağlı heç bir sənəd təqdim etməmişdir ki, belə olan halda da iddiaçı tərəfindən sığorta haqqının ödənilməsindən söhbə t gedə bilməz. Cavabdeh sığorta şirkəti ilə sığorta müqaviləsini bağlamalı, iddiaçı isə onun dəyərini ödəməlidir.
24. İş materiallarında iddiaçı tərəfindən yerində monitorinq keçirilməsi barədə hesabatlar və fotoşəkillər olduğundan məhkəmə kollegiyası apellyasiya şikayətinin sifarişçi tərəfindən məhsulun istehsalı zamanı nəzarət funksiyasını yerinə yetirməməsi barədə dəlili ilə də razılaşmamışdır.
25. Məhkəmə kollegiyası cavabdehin nümayəndəsi və vəkilinin sifarişçinin icraçıya təqdim etdiyi toxumun keyfiyyətinin müəyyən edilməsi və sertifikatı (mənşəyi) barədə mütəxəssis rəyinin alınması, eyni zamanda toxumun məhsuldarlığı, toxumun böyüməsinin (inkişaf etməsinin) icraçının bitkiyə (toxuma) düzgün qulluq etməməsindən, yoxsa toxumun keyfiyyətindən, torpaq sahəsinin mineral tərkibindən, o cü mlədən iqlim şəraitindən asılı olub-olmamasının müəyyən edilməsi üçün məhkəmə bioloji ekspertizasının keçirilməsi barədə vəsatətinə münasibətdə soya paxlası bitkisinin birillik bitki olduğundan, tərəflər arasında mübahisənin 2022-ci ildə yarandığından, yəni soya paxlası məhsulu 2022-ci ildə əkilib becərildiyindən vəsatətdə qoyulmuş sualların cavablandırılmasının mümkün olmayacağının əvvəlcədən bəlli olması qənaətinə gəlmişdir.
26. Gəldiyi nəticəni apellyasiya instansiya məhkəməsi MM-in 14.2.1, 385.1, 386.1, 442, 445.2.1, 448.1, 448.2, 752.1, 752.2-ci, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – “MPM”) 14.2, 77.1, 88-ci maddələrinə istinad etməklə əsaslandırmışdır.
27. Cavabdeh kassasiya şikayəti verərək həmin qətnaməndən ləğv olunması, işin yenidən baxılması üçün apellyasiya məhkəməsinə qaytarılması barədə qərar qəbul olunmasını xahiş etmişdir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
28. MM-in 5.3 və 16.1-ci maddələri üzrə - Birinci instansiya məhkəməsi cavabdehin məhkəmədə verdiyi izahatında iddiaçı tərəfindən 17.046,91 manat məbləğində toxum və gübrənin verildiyini, lakin məhsul vaxtında yetişmədiyindən, iddiaçının təqsirindən yığılması gecikdirildiyindən və yetişmiş məhsul sahədə qalaraq xarab olduğundan, yığılmış məhsulu isə iddiaçı almaqdan imtina etdiyindən iddiaçı tərəfindən verilmiş toxum, gübrə və avans məbləğini geri ödəyə bilmədiyini, müqavilə üzrə üzərinə düşənləri etdiyini, borcun ödənilməməsində cavabdehin təqsirinin olmadığını bildirilsə də, məhkəmə bu xüsusatları araşdırmadan, bir ic las keçirməklə tələsik qətnamə qəbul etmişdir. Bu baxımdan, məhkəmənin apellyasiya şikayətinin təmin edilməməsi ilə əlaqədar gəldiyi nəticə faktiki cəhətdən əsassız, maddi və prosessual hüquq normalarının tətbiqi baxımından qanunsuzdur.
29. MM-in 448.2-ci maddəsi üzrə - Tərəflər arasında bağlanmış müqaviləyə 3 saylı əlavəyə əsasən məhsul biçini üçün son müddət 2022-ci il 1 oktyabr tarixi müəyyən edilmişdir. Həmin tarixdə iddiaçının nümayəndəsi sahəyə gələrək məhsulun biçininə nəzarət etməli və məhsulu yerində təhvil almalı idi. Lakin iddiaçı texnoloji tədbirlər müddətinə riayət etməmişdir. Apellyasiya məhkəməsinin qətnaməsindən görünür ki, məhkəmə MM-in 448.2-ci maddəsinin tələbini nəzərə almadan, yəni iddia ərizəsində tələb edilən borc məbləğinin iddiaçıya ödənilməməsində cavabdehin təq sirli olub-olmadığını araşdırmadan əsassız olaraq cavabdehin iddiaçı qarşısında borclu olması qənaətinə gələrək apellyasiya şikayətini təmin etməmişdir. Halbuki iddiaçı ilə cavabdeh arasında bağlanmış 2022-ci il 10 mart tarixli 011-S nömrəli müqavilənin müddəti 2022-ci il 1 oktyabr tarixində başa çatmasına və həmin Müqavilənin 4.1 və 6.6-cı bəndlərinə əsasən sifarişçi məhsulu icraçıdan məhsul biçildikdən sonra əkin sahəsində yerində təhvil almalı olmasına baxmayaraq, sifarişçi məhsulu biçdikdən təxminən bir ay sonra təhvil alaraq məhsulun orta keyfiyyət göstəricilərinin qəsdən aşağı düşməsinə səbəb olmuş və nəticədə məhsulu təhvil almaqdan imtina etmişdir. Bununla da, iddiaçı cavabdehə soya məhsulunun istehsalı zamanı cavabdeh tərəfindən əlavə çəkilmiş xərclər üçün 6.050 manat maddi zərər və 18.828,21 manat əldən çıxmış fayda olmaqla cəmi 24.878,81 manat məbləğlərdə maddi zərər vurmuşdur. Bundan başqa Müqavilənin 6.5-ci bəndinə əsasən əkinlərin sığorta haqqını ödəmək sifarişçinin vəzifəsidir. Müqavilənin bu bəndindən də görünür ki, əkinlərin sığortalanmasını təşkil etmək və sığorta haqlarını ödəmək vəzifəsi sifarişçinin üzərinə qoyulmuşdur. Ümumiyyətlə, sifarişçi müqaviləni bağlayarkən cavabdehin hüquqi savadsızlığından istifadə edərək Müqavilənin bu bəndini icra etməmişdir. Eyni zamanda, Müqavilənin 6.12-ci bəndində qeyd olunur ki, sifarişçinin nümayəndəsi ayda 1 dəfədən az olmamaq şərti ilə məhsul istehsalının yerinə yetirildiyi əraziyə səfər etməli və əkinlərin monitorinqi və qiymətləndirilməsini həyata keçirməli idi. Müqavilənin 6.13-cü bəndinə əsasən məhsul istehsalını n yerinə zamanı texnoloji xəritədən ciddi kənarlaşma və nöqsanlar aşkar edilərsə sifarişçi bu barədə icraçıya birinci dəfə şifahi xəbərdarlıq edir və nöqsanların aradan qaldırılmasını tələb edir, ikinci dəfə yazılı xəbərdarlıq məktubu göndərir və zərurət yaranarsa, nöqsanların aradan qaldırılması üçün öz heyəti, avadanlığı və vəsaitləri hesabına tədbirlər görür. Tədbirlərin dəyəri müqavilənin yekun dəyərindən çıxılır (Müqavilənin 6.13.3-cü bəndi). Üçüncü dəfə müqavilə şərtləri pozulduğu halda müqavilənin ləğv edilməsini və ödənilmiş vəsaitlərin geri qaytarılmasını tələb edir. Müqavilənin 6.12 və 6.13-cü bəndlərindən görünür ki, sifarişçi məhsul istehsalının yerinə yetirilməsi zamanı nümayəndəsini ayda bir dəfədən az olmayaraq göndərməli, nöqsanlar olduğu təqdirdə 6.13-cü bənddəki tədbirlər i görməli idi. Halbuki sifarişçi müqavilənin bu bəndlərinə riayət etməmiş, yəni məhsulun istehsalı zamanı nəzarət funksiyasını yerinə yetirməmiş, hər hansı nöqsan olduğu halda cavabdehə bu barədə heç bir xəbərdarlıq etməmişdir. Buradan görünür ki, Müqavilənin bəndlərinin pozulmasında sifarişçinin, yəni iddiaçının marağı olmuşdur.
30. MPM-in 9, 14.1, 66, 76, 88 və 217-ci maddələri üzrə - Apellyasiya məhkəməsinə sübutların əldə edilməsi və müvafiq mütəxəssis, o cümlədən ekspert rəyinin alınması ilə bağlı vəsatətlərlə müraciət olunsa da, məhkəmə heç bir əsaslandırma aparmadan vəsatətlərin təmin olunmaması barədə qərar qəbul etmişdir. b)Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
31. Kassasiya şikayətinə qarşı etiraz təqdim olunmamışdır. Kassasiya baxışının hədləri
32. Apellyasiya məhkəməsin in qətnaməsi bütövlükdə mübahisələndirildiyindən hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı MPM-in 403 və 416-cı maddələrinin tələblərinə uyğun olaraq tam yoxlanılacaqdır.
33. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da, apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib-etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir. Tətbiq edilən hüquq
34. Azərbaycan Respublikası Mülki Məcəlləsinin müvafiq müddəalarında nəzərdə tutu lmuşdur: “Maddə
14. Mülki hüquqların və vəzifələrin əmələ gəlməsi... 14.2. Mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsasları aşağıdakılardır: 14.2.1. Qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr (əmək müqavilələri istisna olmaqla) və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlər....” “Maddə
385. Öhdəlik anlayışı 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır....” “Maddə
386. Öhdəliklərin əmələ gəlməsi əsasları 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəz ərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır....” “Maddə
442. Öhdəliyin icra edilməməsi anlayışı Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.” “Maddə
445. Borclunun icranı gecikdirməsi... 445.2. Aşağıdakı hallar borclunun icranı gecikdirməsi sayılır: 445.2.1. öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi;...” “Maddə
448. Öhdəliklərin icra edilməməsi üçün borclunun məsuliyyəti 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz.” “Maddə
752. Podrat müqaviləsi 752.1. Podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. 752.2. Əgər podratda hər hansı məmulatın hazırlanması nəzərdə tutularsa və podratçı onu özünün əldə etdiyi materiallardan hazırlayarsa, hazırlanmış məmulata mülkiyyəti sifarişçiyə verir. Əgər əvəz edilən əşya hazırlanmışdırsa, alğı-satqı qaydaları tətbiq edilir....”
35. Azərbaycan Res publikası Mülki Prosessual Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə
14. İş üzrə məhkəmə baxışının prinsipləri... 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir....” “Maddə
77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir....” “Maddə
88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.” “Maddə
97. Məhkəmənin ekspertiza təyin etməsi 97.1. İşə baxılarkən xüsusi bilik tələb olunan sualları izah etmək üçün məhkəmə işdə iştirak edə n şəxsin yazılı qaydada verilən əsaslandırılmış vəsatəti və ya öz təşəbbüsü ilə ekspertiza təyin edə bilər. İşdə iştirak edən şəxsin vəsatəti rədd edildikdə məhkəmə bu barədə əsaslandırılmış qərardad qəbul etməlidir....” “Maddə
217. Qətnamənin qanuniliyi və əsaslılığı 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır....” “Maddə
416. Kassasiya instansiyasında işə baxmanın hədləri 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şik ayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.” Kassasiya instansiyası məhkəməsinin mövqeyi
36. Məhkəmə kollegiyası cavabdehin kassasiya şikayətinin dəlillərini aşağıdakı səbəblərdən əsassız hesab edir.
37. Kassasiya şikayətinin cavabdehin müqavilə ilə üzərinə düşənləri yerinə yetirdiyinə, məhsul yığılması iddiaçının təqsirindən gecikdirildiyindən, yetişmiş məhsul sahədə qalaraq xarab olduğundan, yığılmış məhsulu isə iddiaçı almaqdan imtina etdiyindən borcun ödənilməməsində cavabdehin təqsirinin olmadığına, həmçinin sifarişçi məhsulu biçdikdən təxminən bir ay sonra təhvil alaraq məhsulun orta keyfiyyət göstəricilərinin qəsdən aşağı düşməsinə səbəb olmasına və nəticədə məhsulu təhvil almaqdan imtina etməsinə, bununla da, iddiaçının cavabdehə soya məhsulunun istehsalı z amanı cavabdeh tərəfindən əlavə çəkilmiş xərclər üçün 6.050 manat maddi zərər və 18.828,21 manat əldən çıxmış fayda olmaqla cəmi 24.878,81 manat məbləğində maddi zərər vurmasına dair eyniməzmunlu dəlilləri aşağı məhkəmə instansiyalarında da bildirilmişdir.
38. Lakin bu halların həqiqiliyi işə baxan məhkəmələr tərəfindən müəyyən edilməmişdir. Belə ki, mübahisələndirilən qətnamədə də qeyd olunduğu kimi, cavabdeh həmin dəlillərlə bağlı məhkəməyə hər hansı sübut təqdim etməmişdir.
39. Eyni zamanda, kassator öz şikayətində bu məsələ ilə əlaqədar apellyasiya instansiyası məhkəməsinin mövqeyini əlavə tutarlı dəlillərlə də təkzib edə bilməmişdir.
40. Bundan başqa, məhkəmə kollegiyası hesab edir ki, əgər cavabdeh həqiqətən də iddiaçının təqsirli hərəkətləri nəticəsində ona 6.050 manat maddi zərər və 18.828,21 manat əldən çıxmış fayda olmaqla cəmi 24.878,81 manat məbləğində maddi zərər vurmasını hesab edirdisə, bununla əlaqədar, ən azından, iddiaçıya qarşı qarşılıqlı tələblər irəli sürə bilərdi. Lakin cavabdeh nəinki qarşılıqlı tələb irəli sürməmiş, hətta işdən görünür ki, MPM-in 77.1-ci maddəsinə (bax § 35) uyğun olaraq iddia etdiyi zərərlə bağlı hər hansı sübutu da məhkəməyə təqdim etməmişdir.
41. Daha sonra kassator bildirir ki, iddiaçı müqavilə öhdəliklərini pozaraq əkinlərin sığorta haqqını ödəmək vəzifəsini, habelə məhsulun istehsalı zamanı nəzarət funksiyasını yerinə yetirməmişdir.
42. Sığorta ödənişi ilə bağlı apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, müqavilənin qeyd olunan bəndinə əsasən əkinlərin sığorta haqqını ödəmək sifarişçinin vəzifəsidir. Lakin icraçı ək in sahəsinin sığortalanması ilə bağlı heç bir sənəd təqdim etməmişdir ki, belə olan halda da iddiaçı tərəfindən sığorta haqqının ödənilməsindən söhbət gedə bilməz. Cavabdeh sığorta şirkəti ilə sığorta müqaviləsini bağlamalı və iddiaçı isə onun dəyərini ödəməlidir.
43. Həmçinin mübahisələndirilən qətnamədən görünür ki, iş materiallarında iddiaçı tərəfindən yerində monitorinq keçirilməsi barədə hesabatlar və fotoşəkillər olduğundan apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin sifarişçi tərəfindən məhsulun istehsalı zamanı nəzarət funksiyasını yerinə yetirməməsi barədə dəlili ilə də razılaşmamışdır.
44. Kassator apellyasiya instansiyası məhkəməsinin həmin mövqeyini də tutarlı dəlillərlə təkzib edə bilməmişdir. Məhkəmə kollegiyası da onunla razılaşmamaq üçün hər hansı hüquqi əsas tapmır.
45. Kassasiya şikayətinin digər dəlili isə ondan ibarətdir ki, sübutların əldə edilməsi və müvafiq mütəxəssis, o cümlədən ekspert rəyinin alınması ilə bağlı cavabdehin vəsatətləri apellyasiya məhkəməsi tərəfindən heç bir əsaslandırma aparılmadan təmin olunmamışdır.
46. Halbuki iş materiallarında həmin vəsatətlərlə əlaqədar apellyasiya instansiyası məhkəməsi tərəfindən çıxarılmış ayrıca qərardad mövcuddur (i/v 132-134). Həmin qərardadda məhkəmə vəsatətlərin rədd olunması ilə bağlı mövqeyini lazımi qaydada əsaslandırmışdır.
47. Bundan başqa, apellyasiya instansiyası məhkəməsi öz qətnaməsində də vəsatətlərlə bağlı mövqeyini daha yığcam şəkildə ifadə etmişdir.
48. Cavabdeh isə vəsatətlərin təmin edilməməsi barədə məhkəmənin gəldiyi nəticəni tutarlı dəlillərlə təkzib edə bilməmişdir. 4
9. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi sözügedən qərardadı qəbul edərkən MPM-in 97.1-ci maddəsinin (bax § 35) tələblərinə əməl etmiş, həmçinin digər hüquq pozuntusuna yol verməmişdir.
50. Kassasiya şikayətində göstərilən digər dəlillər də apellyasiya icraatında bildirilmiş dəlillərlə eyniməzmunludur, apellyasiya instansiyası məhkəməsi həmin dəlilləri cavablandırmış, iş üzrə gəldiyi nəticəni ətraflı şəkildə əsaslandırmışdır.
51. Kassator özünün kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin sözügedən dəlillər üzrə gəldiyi nəticəni də əlavə tutarlı dəlillərlə təkzib edə bilməmişdir.
52. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin mövqeyi və əsaslandırması ilə razılaşdığından kassasiya şikayətinin dəlilləri üzrə təkrar maddi hüquqi dəyərləndirmə aparmağa prosessual qənaət prinsipi baxımından lüzum görmür və hesab edir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərində göstərilmiş hüquq pozuntularına yol verməmiş, tam hüquqlu məhkəmə kimi işdə olan sübutları qiymətləndirərkən MPM-in 88-ci maddəsinin (bax § 35) tələblərinə əməl etmiş, qanunu düzgün tətbiq etmiş, MPM-in 217.1-ci maddəsinə (bax § 35) uyğun olaraq qanuni və əsaslı qətnamə qəbul etmişdir.
53. Odur ki, kassasiya şikayəti təmin edilməməli, Şəki Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 17 oktyabr tarixli 2-2(107)-87/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
54. Göstərilənlərə əsasən və MPM-in 417-419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALİR: Cavabdeh kassasiya şikayəti təmin edilməsin. Şəki Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 17 oktyabr tarixli 2-2(107)-87/2023 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.