Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-95/2023 04.04.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası İddiaçı x1nin cavabdeh X2 qarşı iş üzrə QƏRAR Açar sözlər: lizinq müqaviləsi üzrə yaranmış borcun tutulması Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının hakimi Abiyeva Kəmalə Nəbi qızının məruzəsi ilə, hakimlər Dadaşov İlqar Ağababaş oğlu və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, iddiaçı x1nin cavabdeh X2 qarşı lizinq müqaviləsi üzrə yaranmış borcun silinməsi tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2022-ci il 26 oktyabr tarixli, 2-2(103)-877/2022 saylı qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə yazılı icraat q aydasında baxılmışdır. İŞİN HALLARİ 1. “Lizinq verən» “Aqrolizinq» Açıq Səhmdar Cəmiyyəti ilə «lizinq alan» X3 arasında bağlınmış 2013-cü il 13 may tarixli, 479-L/13 nömrəli lizinq müqaviləsinə əsasən lizinq verən müvafiq texnikaların ümumi dəyərindən 3.760 manat əvvəlcədən, qalıq dəyəri tam ödənildikdən və müvafiq sənədləşmə aparıldıqdan sonra lizinq alanın mülkiyyətinə verilməsi nəzərdə tutulmuşdur.
2. Lizinq müqaviləsinə əlavə edilmiş ödəniş qrafikindən görünür ki, 3.760 manat ilkin ödəniş nəzərə alınmadan lizinq alan tərəfindən 2020-ci ilin ikinci rübünə kimi 33.840 manat lizinq ödənişi həyata keçirilməli idi. 2013-cü il 14 may tarixli akta əsasən, lizinqə verilmiş 3 ədəd texnika cavabdehə təhvil verilmişdir. 3. 2021-ci il 9 iyun tarixli maliyyə arayışında lizinq müqaviləsinin ümumi mə bləğinin 37.600, lizinq alan X1 gecikdirilmiş əsas borcunun 31.840 manat, hesablanmış cərimə borcunun 54.568,90 manat, cəmi 86.408,9 manat borcunun olması qeyd olunmuşdur.
4. Lizinq müqaviləsinin 4.2-ci bəndinə görə lizinq alan ödəniş qrafikinə uyğun olaraq bir dəfədən artıq ödənişləri yerinə yetirməzsə lizinq verən lizinq alandan borc məbləği və gecikdirilən hər bir günə görə gecikdirilmiş məbləğin 0,1 faizi həcmində cərimə tələb etmək hüququna malikdir; 8-ci bəndinə görə tərəflər razılığa gələ bilmədikdə müqaviləni yerinə yetirilə bilməməsi nəticəsində meydana çıxmış bütün mübahisə və fikir ayrılıqları lizinq verənin olduğu yer üzrə məhkəmə tərəfindən baxılmalı və həll edilməlidir.
5. Müqavilənin qeyd edilən bəndinə müvafiq olaraq E.Heybətova borcun ödənilməsi barədə 2021-ci il 23 iyul t arixdə pretenziya göndərilmişdir.. 6. 2021-ci il 27 dekabr tarixli ödəniş tapşırığına əsasən hüquqi xidmətə görə Xırdalan şəhər Vəkil Bürosunun hesabına 350 manat ödəniş edilmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) Birinci instansiya məhkəməsindəki icraat 7. x1 (bundan sonra-“iddiaçı”) cavabdeh X2 (bundan sonra-“cavabdeh”) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 2013-cü il 13 may tarixli, 479-L/13 nömrəli müqavilə üzrə 31.840 manat gecikdirilmiş əsas borc, 54.568,9 manat cərimə borcu, hüquqi yardımla bağlı ödənilmiş 350 manat olmaqla, ümumilikdə 86.758,90 manat məbləğində pul vəsaitinin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
8. İddia tələbi onunla əsaslandırılmışdır ki, "xxxx" ASC ("xxxx" ASC) ilə cavabdeh arasında bağlanmı ş 2013-cü il 13 may tarixli, 479-L/13 nömrəli müqaviləyə əsasən borclu (lizinq alan) satış dəyərinin bir hissəsini əvvəlcədən, qalan hissəsini isə ödəniş qrafikinə uyğun şəkildə ödəmək şərti ilə kənd təsərrüfatı texnikalarını lizinqə götürmüşdür. Cavabdeh müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməmiş və nəticədə maliyyə arayışının tərtib edildiyi 2021-ci il 9 iyun tarixinə 2013-cü il 13 may tarixli, 479-L/13 nömrəli müqavilə üzrə 31.840 manat gecikdirilmiş əsas borcu yaranmışdır.
9. İddiaçı tələbinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra-“MM”) 427.3, 445.2.1, 748-1.12.4, 465.2-ci maddələrinə, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.14-cü maddəsinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra-“MPM”) 40.1-ci maddəsinə istinad etmişdir.
10. Bakı Kommersiya Məhkəməsinin 2022-ci il 29 mart tarixli, e-2-2(113)-881/2022 nömrəli qərardadına əsasən cavabdehin lizinq müqaviləsi üzrə əsas və cərimə borcunun məbləğinin müəyyənləşdirilməsi məqsədilə iş üzrə məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmişdir (Hakim F.Qasımov).
11. Məhkəmə-mühasibatlıq ekspertizasının 2022-il il 13 may tarixli, 9/2533 №-li rəyində qeyd olunmuşdur ki, 2021-ci il 9 iyun tarixə 2013-cü il 13 may tarixli, 479-L/13 nömrəli lizinq müqaviləsi üzrə cavabdehin borcu əsas borc üzrə 31.840 manat, cərimə borcu üzrə 54.568,9 manat məbləğində müəyyən olunmuşdur.
12. Bakı Kommersiya Məhkəməsinin 2022-ci il 14 iyun tarixli, e-2-2(113)-881/2022 saylı qətnaməsi ilə iddia qismən təmin edilərək 2021-ci il 13 may tarixl i, 479-L/13 nömrəli müqavilə üzrə 31.840 manat gecikdirilmiş əsas borcun və 1.500 manat cərimə olmaqla, ümumilikdə 33.340 manat məbləğində pul vəsaitinin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi qət edilmişdir (Hakim F.Qasımov).
13. Birinci instansiya məhkəməsi işin § 1-6-da göstərilən hallarına istinad etmiş, iş üzrə verilmiş ekspert rəyini işdə olan digər sübutlarla yanaşı qiymətləndirərək belə qənaətə gəlmişdir ki, cavabdeh müqaviləyə əsasən üzərinə götüdüyü öhdəlikləri üzrə əsas borcu tam ödəməmişdir. 14.Məhkəmə 31.840 manat məbləğində əsas borca tənasübsüz olaraq hesablanmış 54.568,9 manat məbləğində dəbbə pulunun hesablanmasını əsaslı hesab etməmiş, MM-in 467-ci maddəsinə əsasən dəbbə pulu məbləğini azaltmaqla, 1.500 manat məbləğində müəyyən etmişdir.
15. Həmin qətnamədən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətində qətnamənin ləğv edilməsi və iddianın təmin edilməməsi xahiş edilmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
16. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2022-ci il 26 oktyabr tarixli, 2-2(103)-877/2022 saylı qətnaməsi ilə cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, Bakı Kommersiya Məhkəməsinin 2022-ci il 14 iyun tarixli, e-2-2(113)-881/2022 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır (sədrlik edən-məruzəçi hakim V.Baxışova, hakimlər R.Qurbanov və V.Məmmədov).
17. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmış və məhkəmə iclasında cavabdehin iştirakının təmin edilməməsinə dair apellyasiya şikayətinin dəlilinə münasibətdə göstərmişdir ki, məhkəmə araşdırması zama nı cavabdehin həm elektron kabinetinə, həm də yaşayış yeri üzrə qeydiyyatda olduğu Quba rayonu, 2-ci Nügədi kəndinə məhkəmə iclasları barədə kağız daşıyıcıda bildirişlərin göndərildiyi müəyyən edilmişdir. İşin materiallarının 7-ci, 13-cü, 20-ci, 55-ci vərəqlərinə əlavə edilmiş xəbərnamələrdən və AVİS sistemi vasitəsilə göndərilən sənəd barədə məlumatdan görünür ki, bildirişlər cavabdehə çatmış, hətta cavabdeh məhkəməyə vəsatət göndərərək iş üzrə ekspetiza təyin edilməsini xahiş etmişdir. Göstərilənlərə əsasən müəyyən olunur ki, apellyasiya şikayətində qeyd edilənlər həqiqətə uyğun deyil.
18. Apellyasiya şikayətinin mühasibalıq ekspertizasının yalnız iddiaçı tərəfindən təqdim edilmiş sübutlar əsasında həyata keçirilməsi, cavabdeh tərəfindən həyata keçirilmiş ödənişlərin nəzərə alınmaması də lili ilə bağlı məhkəmə qeyd etmişdir ki, iddiaçı tərəfindən təqdim edilmiş maliyyə arayışında qeyd edilir ki, cavabdeh qrafik üzrə cəmi 2000 manat ödəniş həyata keçirmişdir. MPM-nin 77.1-ci maddəsinin tələbinə görə iddiaya etirazının əsası kimi istinad etdiyi halı sübut etmək vəzifəsi cavabdehin üzərinə düşdüyündən və cavabdeh lizinq müqaviləsi üzrə ödənişlərin iddiaçının bildirdiyi məbləğdən çox olması barədə məhkəməyə hər hansı sübut təqdim etmədiyindən, eyni zamanda ödənişlərlə bağlı sənədlər apellyasiya şikayətinə də əlavə olunmadığından məhkəmə iş üzrə təkrar ekspertiza keçirilməsi üçün əsaslar müəyyən etməmiş, cavabdehin apellyasiya şikayətinin hər hansı sübuta əsaslanmayan formal mülahizələrdən ibarət olması nəticəsinə gəlmişdir.
19. Öhdəliyin icrası gecikdirildiyi üçün cavabdehdən lizinq müqaviləsinin 4.2-ci bəndinə əsasən cərimə tutulması hissəsində də qətnamə qanuni və əsaslı hesab olunmuş və göstərilmişdir ki, işə baxmış məhkəmə tərəfindən qətnamənin ləğv edilməsinə əsas ola biləcək maddi və prosessual pozuntuya yol verildiyi müəyyən edilmir.
20. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni MM-in 747.1, 748-1.12, 7481.12.4, 462.1, 463.1-ci maddələrinə, MPM-in 14.2, 77.1, 121.1, 217.3, 385.2-ci maddələrinə istinad etməklə əsaslandırmışdır.
21. Həmin qətnamədən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətində qətnamənin ləğv edilməsi və işin yenidən baxılması üçün apellyasiya instansiya məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) kassasiya şikayətinin dəlilləri
22. MPM-in 9.1, 9.2, 9.3, 387.2, 387.2.2-ci maddələrinin tələbləri pozulmuşdur-iş üzrə məhkəmə-mühasibatlıq ekspertizasının təyin edilməsinə baxmayaraq ekspert rəyində cavabdehin ödədiyi məbləğlər öz əksini tapmamış, ekspertizanın keçirilməsində cavabdehin iştirakı təmin edilməmiş, ödənilən məbləğlər düzgün hesablanmamışdır. Məhkəmə tərəfindən işin hallarına obyektiv qiymət verilməmiş, məhkəmənin gəldiyi nəticə işin hallarına uyğun olmamı və nəticədə maddi və prosessual hüquq normalarının kobud pozuntusuna yol verilmişdir. Bundan başqa məhkəmə iclaslarında cavabdehin iştirakı təmin edilməmiş, məhkəmə ekspertizası aparılarkən cavabdehdə olan sənədlər tələb olunmamışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
23. İddiaçının kassasiya şikayətinə qarşı etirazında göstərilmişdir ki, cavabdehin həm elektron kabinetinə, həm də yaşayış yeri üzrə qeydiyyatda olduğu Quba rayonu, 2-ci Nügədi kəndinə məhkəmə iclasları barədə kağız daşıyıcıda bildirişlər göndərilmiş, işin materiallarının 7-ci, 13-cü, 20-ci, 55-ci vərəqlərinə əlavə edilmiş xəbərnamələrdən və AVİS sistemi vasitəsilə göndərilən sənəd barədə məlumatdan görünür ki, bildirişlər cavabdehə çatmış, hətta cavabdeh məhkəməyə vəsatət göndərərək iş üzrə ekspetiza təyin edilməsini xahiş etmişdir. Göstərilənlərə əsasən müəyyən olunmuşdur ki, şikayətdə qeyd edilənlər həqiqətə uyğun deyil.
24. Kassasiya şikayətinin digər dəlili bundan ibarətdir ki, məhkəmə mühasibatlıq ekspertizası yalnız iddiaçı tərəfindən təqdim edilmiş sübutlar əsasında həyata keçirilmiş, cavabdeh tərəfindən həyata keçirilmiş ödənişlər nəzərə alınmamışdır. İddiaçı tə rəfindən təqdim edilmiş maliyyə arayışında qeyd edilmişdir ki, cavabdeh qrafik üzrə cəmi 2000 manat ödəniş həyata keçirmişdir
25. MPM-nin 77.1-ci maddəsinə əsasən iddiaya etirazının əsası kimi istinad etdiyi halı sübut etmək vəzifəsi cavabdehin üzərinə düşdüyündən və cavabdeh lizinq müqaviləsi üzrə ödənişlərin iddiaçının bildirdiyi məbləğdən çox olması barədə məhkəməyə hər hansı sübut təqdim etmədiyindən, eyni zamanda ödənişlərlə bağlı sənədlər apellyasiya şikayətinə də əlavə edilmədiyindən Bakı Apellyasiya Məhkəməsi iş üzrə təkrar ekspertiza təyin edilməsi üçün əsaslar müəyyən etməmiş və hesab etmişdir ki, cavabdehin apellyasiya şikayəti hər hansı sübuta əsaslanmayan formal mülahizələrdən ibarətdir. KASSASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
26. Kassasiya şikayəti vaxtı nda, yəni apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin təqdim olunduğu gündən 2 ay müddətində verilmiş (MPM-in 405.0.1-ci maddəsi), kassasiya şikayətinin məzmunu MPM-in 407-ci maddəsinin tələblərinə uyğundur. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
27. Cavabdeh kassasiya şikayətində formal olaraq apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin tam ləğvini xahiş etsə də, hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı MPM-in 403 və 416-cı maddələrinin tələblərinə əsasən iddianın təmin edildiyi hissədə yoxlanılacaqdır. TƏTBİQ EDİLƏN HÜQUQ
28. Azərbaycan Respublikası Mülki Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulmuşdur: “Maddə
462. Dəbbə pulu anlayışı 462.1. Dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edi lmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir....” “Maddə
463. Dəbbə pulu haqqında razılaşmanın forması 463.1. Dəbbə pulu haqqında razılaşma əsas öhdəliyin formasından asılı olmayaraq yazılı formada bağlanmalıdır....” Maddə
747. Lizinq müqaviləsi 747.1. Lizinq müqaviləsinə görə lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur....” “Maddə 748-1. Lizinq müqaviləsi iştirakçılarının hüquq və vəzifələri... 748-1.12. Lizinq verənin aşağıdakı hallarda pul məbləğlərini və lizinq obyektini mübahisəsiz geri almaq və bununla da lizinq müqaviləsini vaxtından əvvəl ləğv etmək hüququ vardır.... 748-1.12.4. lizinq alan lizinq obyektindən istifadə üçün haqqı müqavilə ilə nəzərdə tutulan ödəniş müddətləri üzrə ardıcıl olaraq iki dəfədən artıq ödəmirsə...”
29. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə
14. İş üzrə məhkəmə baxışının prinsipləri... 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir....” “Maddə
77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir....” “Maddə
121. Nümayəndəyə və vəkilə göstərdiyi yardıma görə xərclərin ödənilməsi 121.1. Məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır....” “Maddə
217. Qətnamənin qanuniliyi və əsaslılığı... 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır....” Kassasiya instansiyası möhkəməsinin mövqeyi 30.Məhkəmə kollegiyası cavabdehin kassasiya şikayətinin dəlillərinə qiymət verərkən nəzərə alır ki, kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (MPM-nin 416.1-ci maddəsi). 31.“Kassasiya məhkəməsi sübut və faktlara yenidən qiymət vermədən işin hallarını müəyyən olunmuş kimi qəbul edərək, apellyasiya məhkəməsinin qərarının mahiyyəti üzrə düzgün olub-olmamasını yoxlamır, onu yalnız məhkəmə tərəfindən qanunun tələblərinə riayət olunub-olunmaması maraqlandırır, çünki həmin məhkəmənin fəaliyyətinin fundamental prinsipinə görə, “kassasiya məhkəməsi işi deyil, qərarı mühakimə edir”. Məhkəmə aktı o zaman qanuni hesab olunur ki, mübahisəyə prosessual qanunla müəyyən olunmuş qaydalara uyğun olaraq baxılmış və qərar qəbul olunmuş, mübahisələndirilən münasibə tlər isə onlara dair maddi hüquq normaları ilə müəyyən edilmiş qaydalarla tənzimlənmişdir ( Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinin şərh edilməsinə dair» 2012-ci il 28 fevral tarixli Qərarı).
32. Cavabdehin kassasiya şikayətinin dəlilləri eyni zamanda, apellyasiya şikayətinin də dəlilləri olmuşdur. Kollegiya cavabdeh tərəfin həmin dəlillərinə münasibətdə apellyasiya instansiyası məhkəməsinin tam hüquqlu məhkəmə kimi mahiyyəti üzrə baxaraq verdiyi hüquqi qiymətləndirmə və maddi hüquq normalarının tətbiqi ilə bağlı gəldiyi nəticə ilə razılaşır (bax yuxarıda § 17-19).
33. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə MPM-nin 14.2, 77.1, 88 və 217-ci maddələrinin tələblərinə uyğun olmuş, işdəki sübutlar mülki prosessual qanunvericiliyin mümkünlük, aidlik və mötəbərlik tələbləri nəzərə alınmaqla qiymətləndirilmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır. 34.Göstərilənlərə əsasən məhkəmə kollegiyası belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılarkən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq edilmiş, qətnamənin ləğvinə əsas olan prosessual hüquq normalarının pozuntusuna yol verilməmişdir. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas yoxdur. Odur ki, apellyasiya instansiyası məhkəməsinin iş üzrə qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti isə təmin edilməməlidir. 35.Məhkəmə kollegiyası MPM-in 416-419-cu maddələrini rəhbər tutaraq QƏRAR A ALDİ: Kassasiya şikayəti təmin olunmasın. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2022-ci il 26 oktyabr tarixli, 2-2(103)-877/2022 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir. Sədrlik edən: Hakimlər: K.N.Abiyeva İ.A.Dadaşov E.Y.Şamayev