Məhkəmə qərarları › İş №2-2(102)-97/2021

Ali Məhkəmə Qərar — İş №2-2(102)-97/2021

29.01.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-97/2021 29.01.2021 ALİ MƏHKƏMƏ  Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki, Kommersiya və İnzibati Kollegiyalarına daxil olan hakimlərin qarışıq tərkibi İddiaçının cavabdehə qarşı iş üzrə QƏRAR Açar sözlər: müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr, alqı-satğı müqaviləsi üzrə mübahisələr Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının hakimi Məmmədli Bəhram Məmməd oğlu (sədrlik edən) Mülki Kollegiyasının hakimi hakimi Hüseynov Abiddin Qabil oğlu və İnzibati Kollegiyasının hakimi Rəsulbəyova Nigar İmran qızından ibarət qarışıq tərkibdə, İddiaçının cavabdehə qarşı “23.485,90 manat əsas borc, 57.114,10 manat cərimə və 30 manat ödənilmiş dövlət rüsumu olm aqla cəmi 80.630 manat pulun cavabdehdən tutularaq ödənilməsi” haqqında iddia tələbinə dair Şəki Apellyasiya Məhkəməsinin 2020-ci il 12 noyabr tarixli 2-2(107)-44/2020 nömrəli iş üzrə qərardadından cavabdehin verdiyi kassasiya şikayətinə Ali Məhkəmənin binasında məhkəmə baxışı keçirilmədən və tərəflər dəvət olunmadan baxaraq aşağıdakı qərarı qəbul etdi İ. İŞİN HALLARİ İddiaçı və X1 şəxslə (təsərrüfat) arasında 2016-cı il 19 aprel tarixində 2016-cı il mövsümü üzrə xam pambığın istehsalı və alqı-satqısı barədə 16 *** **** nömrəli müqavilə imzalanmışdır.

1. Müqaviləyə əsasən, Təsərrüfat (X1) 500 ha sahədə pambıq əkməyi, hər kektardan 20 sentnerdən az olmamaqla istehsal etdiyi xam pambığı bütünlüklə müvafiq standart, tələb və etalonlara uyğun olaraq müqavilədə qeyd olunmuş qiymətlərdə (1 tonu n satınalma qiyməti: birinci növ 510 manat, ikinci növ 470 manat, üçüncü növ 440 manat, dördüncü növ 400 manat, qəbul edilən xam pambığın kondisiya kütləsinin hər kq üçün 13 qəpik yığım pulu) Alıcının mülkiyyətinə verməyi, Tədarükçü gətirilən xam pambığı mövcud standartlara uyğun olmaqla vaxtında qəbul etməyi və onun kondisiya kütləsinin dəyərini Alıcı tərəfindən müqavilədə müəyyən edilmiş qaydada Təsərrüfata ödənilməsini təmin etməyi və Alıcı Tədarükçü vasitəsilə götürülən öhdəliklərin yerinə yetirilməsi üçün lazım olan mal-materialın, pul vəsaitinin Tədarükçünün iştirakı ilə Təsərrüfata verilməsini öhdəsinə götürmüşdür.

3. Müqavilə İddiaçının baş direktoru vəzifəsini icra edən şəxs, filialın direktoru və X 1 tərəfindən imzalarla və möhürlərlə təsdiq edilmişdir.

2. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat İddiaçı (bundan sonra – “iddiaçı”) 2020-ci il 4 avqust tarixində cavabdehə (bundan sonra – “cavabdeh”) qarşı iddia ərizəsi ilə Şəki Kommersiya Məhkəməsinə müraciət etmişdir.

5. İddia tələbi onunla əsaslandırılmışdır ki, tərəflər arasında bağlanmış 2016-cı il 19 aprel tarixli müqavilənin icrası olaraq cavabdeh tərəfindən iddiaçıdan pambıq əkini üçün 270.252,40 manat avans vəsait götürülmüş, əvəzində 213.511,20 manat məbləğində 428.859,2 kq xam pambıq təhvil verilmiş və 33.255 manat vəsait iddiaçıya qaytarılmışdır. Nəticədə cavabdehin ödənilməmiş 23.485,90 manat borcu qalmış və müqavilənin 4.2-ci bəndinə uyğun olaraq 20 % həcmində 57.114 manat məbləğində cərimə hesablanmış, borcun ödənilməsi cavabdeh tərəfindən təmin edilməmişdir.

6. Məhkəmə iddiaçının nümayəndəsinə cavabdehin əsl cavabdeh (X1) ilə əvəz edilməsini təklif etmişdir. Lakin iddiaçının nümayəndəsi müqavilənin cavabdehin möhürü ilə 4. təsdiq edilməsi səbəbindən cavabdehin əsl cavabdehlə əvəz edilməsindən imtina etmiş və bu barədə ərizəni məhkəməyə təqdim etmişdir.

7. Şəki Kommersiya Məhkəməsinin 2020-ci il 8 sentyabr tarixli e-2-2(117)-302/2020 saylı qətnaməsi ilə iddia rədd edilmişdir (hakim – R.Məcidov).

8. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, mübahisə predmeti olan 2016-cı il 19 aprel tarixli 16 245 2020 nömrəli müqavilə Alıcı qismində iddiaçı, Tədarükçü qismində MKT filialı və Təsərrüfat yəni, xam pambığın istehsalçısı qismində cavabdehlə deyil, Tanrıöver Canla bağlanmış və imzalanmışdır. Yəni alqı-satqı müqaviləsi X 1 tərəfindən cavabdehin a dından deyil, öz adından bağlanaraq imzalanmışdır.

9. Belə olan halda məhkəmə hesab etmişdir ki, həmin müqavilə əsasında cavabdehin heç bir öhdəliyi yaranmamışdır və həmin müqavilə əsasında da iddia olunan pul məbləğinin cavabdehdən tutulmasına dair qanuni əsas olmadığından iddia tələbi rədd edilməlidir. Belə ki, iddiaçı ilə hazırkı cavabdeh arasında müqavilədən irəli gələn hüquq münasibətləri yaranmamış və öhdəlik münasibətləri formalaşmamışdır.

10. Bundan başqa iddiaçı tərəfindən sübut kimi məhkəməyə təqdim edilmiş maliyyə sənədində də fermerin adı cavabdeh deyil, X 1 göstərilmişdir.

11. Eyni zamanda məhkəmə qeyd etmişdir ki, əvvəla möhür aid olduğu idarə, müəssisə və təşkilatın adından hazırlanmış sənədlərdə həmin idarə müəssisə və təşkilatın səlahiyyətli şəxsinin imzasının təsdiq edilm əsi məqsədilə istifadə edilir. Hazırki iş üzrə mübahisə predmeti olan müqavilə X 1 tərəfindən cavabdehin adından bağlanmadığı üçün müqaviləyə cəmiyyətin möhürünün vurulması müqavilə üzrə yaranmış öhdəliklərin cəmiyyət tərəfindən icra edilməli olması anlamına gəlmir. Bu səbəbdən məhkəmə iddiaçının möhürlə bağlı dəlilini də əsassız hesab etmişdir.

12. Sonda məhkəmə onu da qeyd etmişdir ki, məhkəmə iclasında cavabdehin iddia tələbinə cavab verməli olan əsl cavabdeh X 1 əvəz edilməsi iddiaçının nümayəndəsinə təklif edilsə də, sonuncu ərizə ilə məhkəməyə müraciət edərək cavabdehin əsl cavabdehlə əvəz edilməsindən imtina etdiyini bildirmişdir. Bu səbəbdən də məhkəmə cavabdehə qarşı irəli sürülmüş iddia tələbinə münasibətdə işə baxmışdır.

13. Məhkəmə bu qənaətini Azərbaycan Respublikası Mülki Məc əlləsinin (bundan sonra – “MM”) 329.2, 385.1, 386.1, 406.1, 442, 445.2, 448.1, 448.2, 449.1-ci, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – “MPM”) 119-cu maddələrinə, istinad etməklə əsaslandırmışdır.

14. İddiaçı 2020-ci il 8 oktyabr tarixində həmin qətnamədən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsi xahiş etmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

15. Şəki Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2020-ci il 12 noyabr tarixli 2-2(107)-44/2020 saylı qərardadı ilə iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş, Şəki Kommersiya Məhkəməsinin 2020-ci il 8 sentyabr tarixli 2-2(117)302/2020 nörməli qətnaməsi ləğv edilmiş, işin mülki icraat q aydasında baxılması üçün Ağdaş Rayon Məhkəməsinə göndərilməsi qərara alınmışdır (sədrlik edən – G.Abbasov, hakimlər – E.Hüseynov və M.Hüseynov).

16. Məhkəmə kollegiyasının qənaətinə görə, fərdi sahibkar statusuna malik olmayan, yəni vergi uçotuna alınmamış fiziki şəxsin qanunsuz sahibkarlıq fəaliyyətindən irəli gələn mübahisələrə, iddianın həmin şəxs və yaxud ona qarşı (iddianı qaldıran digər şəxsin fəaliyyəti qanuni olsa da) qaldırılmasından asılı olmayaraq ümumi (rayon, şəhər) məhkəmələr baxır. 2016-cı il 19 aprel tarixli 16 *** **** nömrəli müqavilədə Təsərrüfat, yəni xam pambığın istehsalçısı qismində göstərilən tərəf olan X 1 fərdi sahibkar statusuna malik olmayan, yəni vergi uçotuna alınmamış fiziki şəxsdir.

17. Beləliklə, birinci instansiya məhkəməsi düzgün olaraq mübahisə predme ti olan müqavilənin təsərrüfat, yəni xam pambığın istehsalçısı qismində cavabdeh ilə deyil, fiziki şəxs olan X 1-lə bağlanması və X 1 tərəfindən imzalanması qənaətinə gəlmişdir.

18. Lakin belə olduğu təqdirdə birinci instansiya məhkəməsi işə mülki icraat qaydasında ümumi məhkəmədə baxılmalı olması qənaətinə gələrək məhkəmə aidiyyəti üzrə ümumi (rayon) məhkəməsinə göndərmək əvəzinə kommersiya icraatı qaydasında mahiyyəti üzrə baxıb qətnamə qəbul etmişdir. Bununla da, birinci instansiya məhkəməsi tərəfindən işə baxılarkən məhkəmə aidiyyəti qaydaları pozulmuşdur.

19. Məhkəmə bu qənaətini Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – “MPM”) 31.1, 32.3, 32.4, 32.5, 385.1.1, 387.2.1-ci maddələrinə, “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edil məsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2020-ci il 18 sentyabr tarixli 10 nömrəli qərarının (bundan sonra – “AMP-nin 2020-ci il 18 sentyabr tarixli 10 nömrəli qərarı”) 3, 8, 26, 27-ci bəndlərinə, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin (bundan sonra-“İHAM”) Vasilesku Ruminiyaya qarşı iş üzrə 1998-ci il 22 may tarixli qərarına istinad etməklə əsaslandırmışdır.

20. Qərardad 2020-ci il 17 noyabr tarixində tərəflərə göndərilmişdir.

21. Cavabdeh 2020-ci il 7 dekabr tarixində həmin qərardaddan kassasiya şikayəti vermiş, qərardadın ləğv edilməsini və apelyasiya şikayətinə baxılması üçün işin Şəki Apellyasiya məhkəməsinə göndərilməsi barədə qərar qəbul edi lməsini xahiş etmişdir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

22. İddiaçı iddiasını iddiaya cavab verməli olmayan şəxsə, yəni cavabdehə qarşı kommersiya icraatı qaydasında vermiş, həmin məhkəmədə işə baxılan zaman nə cavabdehin əsl cavabdehlə əvəz edilməsi barədə ərizə verməmiş, nə də müqavilə bağladığı X 1 adlı fiziki şəxsin cavabdeh kimi əlavə edilməsinə razı olmamışdır. Belə olan təqdirdə birinci instansiya məhkəməsi müqavilə tərəfi olan X 1 adlı fiziki şəxsi işə cavabdeh kimi cəlb etmək hüququ və vəzifəsi olmamışdır. Cavabdehin müraciətinin olmaması səbəbindən işə müqavilə tərəfi olan fiziki şəxsin cəlb edilməsinin mümkün olmadığı üçün Şəki Kommersiya Məhkəməsinin aidiyyət qaydalarına münasibət bildirməyə dair səlahiyyəti olmamışdır. Bu zaman məhkəmə qanunun tələblərinə əsasən işə irəli sürülmüş tələb üzrə baxmağa davam etməkdə haqlı olmuşdur. İddiaçının prosessual qanunvericiliklə özünə məxsus olan hüquqlardan istifadə etməməsi nəticəsində yaranmış hüquqi nəticələrlə razılaşmaması birinci instansiya məhkəməsinin qətnaməsinin qanunsuzluğu və əsassızlığı ilə əlaqələndirilə bilməz.

23. Apellyasiya məhkəməsi qərardadda istinad etdiyi aidiyyət qaydalarının tətbiqi barədə hüquq normalarını düzgün tətbiq etməmişdir. Apellyasiya kollegiyası nəzərə almamışdır ki, tərəf olaraq X 1 adlı fiziki şəxsin işə cəlb edilməsi barədə cavabdehin etirazı olduğu halda birinci instansiya məhkəməsinin işin aidiyyət qaydasını müəyyən etməsi və ümumi məhkəməyə göndərməsi qanuna zidd olardı. Məhkəmə aidiyyəti qaydaları işdə fiziki şəxsin cav abdeh kimi iştirakı olduğu halda tətbiq edilə bilərdi.

24. İddiaçı kassasiya şikayətini MPM-nin 26.1, 30, 32.1-32.5, 35.1, 35.2, 51.3, 54.1, 54.2, 418.1, 418.4, 418.4.6, 418.5-ci maddələrinə istinad etməklə əsaslandırmışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə qarşı tərəf etiraz təqdim etməmişdir. İİ. KASSASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

25. Kassasiya şikayəti vaxtında, yəni apellyasiya instansiyası məhkəməsinin qərardadı təqdim olunduğu gündən 10 gün müddətində verilmiş (MPM-nin 405.0.2-ci maddəsi), kassasiya şikayətinin məzmunu MPM-nin 407-ci maddəsinin tələblərinə uyğundur. Ona görə də, şikayət mümkün hesab edilmişdir. İİİ. TƏTBİQ EDİLƏN HÜQUQ

26. MM-in müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə

329. Əqdlərin formaları... 329.2. Əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır....” “Maddə

385. Öhdəlik anlayışı 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır....” “Maddə

386. Öhdəliklərin əmələ gəlməsi əsasları 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır....” “Maddə

406. Müqavilənin forması 406.1. Müqavilə əqdlərin bağlanması üçün nəzərdə tutulan hər han sı formada bağlana bilər, bu şərtlə ki, bu Məcəllədə həmin növ müqavilə üçün müəyyən forma təyin edilməsin....” “Maddə

442. Öhdəliyin icra edilməməsi anlayışı Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.” “Maddə

445. Borclunun icranı gecikdirməsi... 445.2. Aşağıdakı hallar borclunun icranı gecikdirməsi sayılır: 445.2.1. öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi; 445.2.2. icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi....” “Maddə

448. Öhdəliklərin icra edilməməsi üçün borclunun məsuliyyəti 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz....” “Maddə

449. Pul öhdəliyinin icra edilməməsi üçün məsuliyyət 449.1. Özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra ed ildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər....”

27. MPM-nin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə

31. Aidiyyətin dəyişdirilməsinə yol verilməməsi 31.1. Aidiyyət qaydalarının pozulmasına yol verilmir....” “Maddə

32. Aidiyyət məsələlərindən şikayət verilməsi... 32.2. İşdə iştirak edən şəxs məhkəmə aidiyyəti ilə razılaşmamasını əsaslandırmalı və bu barədə işə mahiyyəti üzrə baxılmağa başlanana qədər bildirməlidir. 32.3. Hakimin özü də mübahisənin məhkəməyə aidiyyəti olmamasını aşkara çıxara bilər. 32.4. Aidiyyət haqqında məsələ qalxdıqda, hakim işin aidiyyəti üzrə göndərilməsi və ya aidiyyət haqqında ərizənin rədd edilməsi barədə əsaslandırılmış qərardad çıxarır. 32.5. Aidiyyət haqqında qərardaddan işdə iştirak edən şəxslər, qərardad onlara təqdim olunduğu (onlar tərəfindən alındığı) gündən 10 gün müddətində bu Məcəllənin 21-ci fəsli ilə müəyyən edilmiş qaydada şikayət verə bilərlər....” “Maddə

54. Əsl olmayan tərəfin əvəz edilməsi 54.1. İddia tələb hüququ olmayan şəxs tərəfindən verildikdə və ya iddiaya cavab verməli olmayan şəxsə verildikdə məhkəmə iddiaçının razılığı ilə ilk iddiaçını və ya cavabdehi əsl iddiaçı və ya cavabdeh ilə əvəz edə bilər. 54.2. İddiaçı özünün əsl iddiaçı ilə və ya cavabdehin əsl cavabdehlə əvəz edilməsinə razı olmadıqda, məhkəmə işə irəli sürülmüş tələblər üzrə baxır....” “Maddə

88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam b axdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.” “Maddə

119. Məhkəmə xərclərinin tərəflər arasında bölüşdürülməsi 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir....” “Maddə

385. Məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv olunması üçün əsaslar 385.1. Məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi;...” “Maddə

387. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi.... 387.2. Şikayətin dəlillərindən asılı olmayaraq birinci instansiya məhk əməsinin qətnaməsi aşağıdakı hallarda ləğv edilməlidir: 387.2.1. işə, buna baxmağa hüququ olmayan hakim tərəfindən baxılmışdırsa...”

28. AMP-nin 2020-ci il 18 sentyabr tarixli 10 nömrəli qərarınının müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “...

3. Məhkəmələr nəzərə almalıdır ki, iddia ərizəsinin məhkəmə aidiyyəti üzrə (ümumi və ya kommersiya məhkəməsi üzrə) düzgün verilməməsi əsası, ərazi aidiyyətindən fərqli olaraq iddia ərizəsinin geri qaytarılması üçün əsas ola bilməz. Belə ki, MPM-in 152.1.3cü maddəsinə əsasən əgər iş məhz ərazi aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə, hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Həmin Məcəllənin 32.4-cü maddəsinə əsasən aidiyyət haqqında məsələ qalxdıqda, hakim işin aidiyyəti üzrə göndərilməsi barədə əsaslandırılmış qərardad çıxarır. Qeyd olunan prosessual hüquq normalarının tələblərinə uyğun olaraq məhkəmələrə izah edilir ki, iddia ərizəsinin məhkəmə aidiyyəti üzrə düzgün verilməməsi zamanı iddia ərizəsinin geri qaytarılması deyil, onun məhkəmə aidiyyəti üzrə göndərilməsi barədə qərardad qəbul edilməlidir. Bununla yanaşı nəzərə alınmalıdır ki, MPM-in 32.7-ci maddəsi ilə bir məhkəmədən digərinə göndərilmiş işin onun göndərildiyi məhkəmə tərəfindən baxılmağa qəbul edilməli olması ilə bağlı müddəa, məhkəmənin həmin işin aidiyyəti üzrə göndərilməsinə dair qərardadla razılaşmayaraq, işin göndərən məhkəməyə geri qaytarılmasını qadağan edən norma kimi qəbul edilməlidir. Yəni, bu norma heç də aidiyyəti üzrə göndərilmiş işin onu qəbul edən məhkəmə tərəfindən iddia ərizəsinin MPM-in 149, 150-ci maddələrinin tələblərinə cavab verməməsi əsası ilə MPM-in 152-ci maddəsinə istinad etməklə tərəfə geri qaytarılmasının qarşısını almır. Məhkəmələr tərəfindən işlərin aidiyyəti üzrə göndərilməsi zamanı MPM-in 10-1-ci maddəsinin tələblərinə riayət edilməsi baxımından kağız daşıyıcılarında olan iş materiallarının elektron sənədə çevrilməsi ilə bağlı “Elektron məhkəmə” informasiya sisteminin imkanlarından istifadənin zəruriliyi də diqqətdən kənarda qalmamalıdır....

8. Nəzərə alınmalıdır ki, MPM-in 418.4.9 və 418.5-ci maddələri ilə işin məhkəmə aidiyyəti üzrə düzgün baxılmaması kobud prosessual pozuntu kimi apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi əsası kimi nəzərdə tutulduğundan, apelyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılarkən MPM-in 384 və 387-ci maddəsində məhkəm ə aidiyyətinin pozulması əsası ilə qətnamənin ləğv edilərək aidiyyəti üzrə göndərilməsi ilə bağlı konkret müddəaların nəzərdə tutulmadığına istinad etməklə, məhkəmə aidiyyəti məsələsinə qiymətin verilməməsi mümkünsüzdür. Bununla bağlı apelyasiya instansiyası məhkəmələrinə izah edilir ki, işin birinci instanisyası məhkəməsi tərəfindən məhkəmə aidiyyəti üzrə səhvən baxıldığının müəyyən edildiyi halda, apelyasiya məhkəməsi MPM-in 387.2.1-ci maddəsinə istinad etməklə qətnaməni ləğv etməli və MPM-in 365-ci maddəsindən çıxış etməklə MPM-in 32.4-cü maddəsini rəhbər tutub işin məhkəmə aidiyyəti üzrə göndərilməsi barədə qərardad qəbul etməlidir. MPM-in 32.5-ci maddəsinə əsasən həmin qərardadlardan şikayətin verilməsi nəzərdə tutulduğundan, apelyasiya instansiyası məhkəmələri işin məhkəmə aidiyyəti üzrə göndərilməsi barədə qəbul etdikləri qərardadlardan tərəflərin kassasiya instansiyası məhkəməsinə şikayəti vermək hüquqlarının olduğunu da nəzərdən qaçırmamalıdırlar....

26. Nəzərə alınmalıdır ki, fərdi sahibkar statusuna malik olmayan fiziki şəxslərin iştirakı ilə olan işlərin kommersiya məhkəməsində baxılması imkanını qanunvericilik iki halla məhdudlaşdırmışdır. Birinci hala, mübahisənin xarakterinin sahibkarlıq subyektinin özünün fəaliyyətinin həyata keçirilməsindən irəli gəldiyi (bu Qərarın 13-cü bəndi) kommersiya hüquqi şəxslərinin korporativ mübahisələrini, ikinci hala isə MPM-in 30-cu maddəsinin tələbləri baxımından onların iştirakı ilə olan mülki mübahisənin digər kommersiya mübahisəsi ilə birgə baxıldığı halı aid etmək olar.

27. Fərdi sahibkar statusuna malik olmayan fiziki ş əxslərin iştirakı ilə olan, onların qanunsuz sahibkarlıq fəaliyyətindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinin müəyyən edilməsi ilə bağlı məhkəmələr nəzərə almalıdır ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 13-cü maddəsinə əsasən həyata keçirilən fəaliyyətin sahibkarlıq fəaliyyəti hesab olunması üçün üç şərtin mövcudluğu tələb edilir: müstəqillik, mənfəət götürmək məqsədi və fəaliyyətin iqtisadi xarakterli olması. Mülki Məcəllənin istinad edilən maddəsində qanunilik şərti nəzərdə tutulmasa da, “Sahibkarlıq fəaliyyəti haqqında” Qanunun 10-cu maddəsi sahibkarlıq fəaliyyətinin dövlət qeydiyyatının məcburiliyini müəyyən edir. Eyni zamanda, həmin Qanunun 12.1-ci maddəsinə əsasən mülkiyyət və təşkilati-hüquqi formalarından asılı olmayaraq öz fəaliyyətini Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun surətdə həyata keçirən sahibkarın hüquqlarının və qanuni mənafelərinin müdafiəsini dövlət təmin edir. Digər tərəfdən, qanunsuz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsinə görə İnzibati Xətalar Məcəlləsinin 398-ci maddəsi ilə inzibati, habelə Cinayət Məcəlləsinin 192-ci maddəsi ilə cinayət məsuliyyəti nəzərdə tutulmuşdur. Odur ki, fərdi sahibkar statusuna malik olmayan fiziki şəxslərin həyata keçirdiyi qanunsuz sahibkarlıq fəaliyyəti aidiyyəti üzrə inzibati və cinayət məsuliyyəti yaratdığından, habelə həmin fəaliyyətdən irəli gələn hüquq və qanuni mənafelərin müdafiəsinə dövlət təminat vermədiyindən bu fəaliyyətindən irəli gələn mübahisələrə onların sahibkarlıq xarakteri nəzərə alınmadan, ümumi məhkəmələrdə baxılmalıdır. Beləliklə, fərdi sahibkar statusuna malik olmayan fiziki şəxslərin iştirakı ilə olan mübahisələrin kommersiya məhkəmələrində baxılması imkanı yalnız bu Qərarın 26cı bəndində qeyd edilən iki halla məhdudlaşacaqdır.”

29. İHAM-nın Vasilesku Rumıniyaya qarşı iş üzrə 1998-ci il 22 may tarixli qərarında ifadə etdiyi hüquqi mövqeyə əsasən: “... yalnız işə baxmaq üçün tam həcmdə səlahiyyətə malik olan məhkəmə Konvensiyanın 6-cı maddəsində əks olunan “məhkəmə” anlayışının tələblərinə cavab vermiş olsun....” İV. ALİ MƏHKƏMƏNİN MÖVQEYİ

30. Kassasiya şikayətinin dəlillərini hərtərəfli, tam və obyektiv surətdə araşdıraraq, məhkəmə kollegiyası hesab edir ki, Şəki Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2020-ci il 12 noyabr tarixli e-2-2(107)-44/2020 saylı qərardadı ləğv edilərək iş mahiyyəti üzrə baxılması üçün həmin məhkəməyə g öndərilməlidir.

31. Məhkəmə kollegiyası bu məsələ ilə bağlı aşağıdakı səbəblərdən cavabdehin kassasiya şikayətinin dəlillərini (bax yuxarıda §§ 22-23) əsaslı hesab edərək apellyasiya instansiyası məhkəməsinin mövqeyi ilə razılaşmır.

32. Beləki iddia Şəki Kommersiya Məhkəməsində MMC-yə qarşı verilsə də, həmin MMC-nin iddiaçı qarşısında MM-in 385.1 və 386.1-ci maddələrinə uyğun (bax yuxarıda § 26) hər hansı öhdəliyinin yaranması, onun hüquqlarını hər hansı şəkildə pozması, müqavilə predmeti olan pambığın əkildiyi torpağın qeyd olunan MMC-nin mülkiyyətində, istifadəsində və ya icarəsində olması, yaxud müqavilənin tərəfi olan X 1 adlı fiziki şəxsin bu MMC-yə hər hansı aidiyyəti işin materialları ilə müəyyən olunmur.

33. Bununla əlaqədar müqaviləyə cavabdehin möhürünün vurulması müqavilə üzrə y aranmış öhdəliklərin həmin MMC-yə məxsus olması anlamına gəlmir. Yalnız bu möhürün müqavilədə mövcudluğuna istinad edərək iddianın əsaslı hesab olunması işin digər hallarına (bax yuxarıda § 31) uyğun deyildir. MPM-nin 88-ci maddəsinin (bax yuxarıda § 27) tələblərinə görə, heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

34. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, hazırkı iddia tələbi əsl olmayan tərəfə, daha doğrusu, iddiaya cavab verməli olmayan şəxsə qarşı irəli sürülmüşdür (MPM-in 54.1-ci maddəsi - bax yuxarıda § 27).

35. İşin materiallarından görünür ki, iddia kommersiya icraatı qaydasında verilmiş, iddiaçı məhkəmədə işə baxılan zaman cavabdehin əsl cavabdehlə əvəz edilməsi barədə ərizə verməmiş, habelə mübahisə predmeti olan müqavilənin bağlandığı X 1 adlı fiziki şəxsin cavabdeh kimi əlavə edilməsinə dair məhkəmənin təklifinə razı olmamışdır.

36. Belə olan təqdirdə Şəki Kommersiya Məhkəməsinin işə irəli sürülmüş tələb üzrə baxmağa davam etməklə iddianın təmin edilməməsi barədə qətnamə çıxarması, məhkəmə kollegiyasının qənaətinə görə, MPM-nin 54.2-cü maddəsinin tələblərinə uyğun olmuşdur.

37. Şərh olunanlara və MPM-in 417-419-cu maddələrinə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdehin kassasiya şikayəti təmin edilsin. Şəki Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2020-ci il 12 noyabr tarixli e-2-2(107)-44/2020 saylı qərardadı ləğv edilsin. İş mahiyyəti üzrə baxılması üçün Şəki Apellyasiya məhkəməsinə göndərilsin.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar