Məhkəmə qərarları › İş №2-2(102)-97/2024

Ali Məhkəmə Qərar — İş №2-2(102)-97/2024

15.03.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-97/2024 15.03.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası İlk iddiaçı “Arkoz X21” Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdehnə və qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh qarşılıqlı iddia üzrə cavabdeh “Arkoz X21” Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı iş üzrə QƏRAR Açar sözlər: alqı-satqı müqaviləsi, sübutetmə vəzifəsi, yazılı və maddi sübutların qiymətləndirilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının hakimləri Dadaşov İlqar Ağababaş oğlu (məruzəçi), Hüseynov Abiddin Qabil oğlu və Vəliyeva Elşanə Rafiq qızından ibarət tərkibdə, İlk iddiaçı “Arkoz X21” Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdehnə və qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh qarşılıqlı iddia üzrə cavabdeh “Arkoz X21” Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı pul tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 25 oktyabr tarixli 2-2(103)-604/2023 nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə yazılı icraat qaydasında baxılmışdır. İ. İŞİN HALLARİ

1. Satıcı "xxxx" MMC (sonrakı adı: İddiaçı MMC, indiki adı: “Arkoz X21” MMC) ilə alıcı - “X23” MMC (indiki adı: Cavabdeh MMC) arasında bağlanmış 2017-ci il 1 fevral tarixli HGC SB 001/0217 saylı beton alqı-satqısı müqaviləsinin 2.1-ci bəndinə əsasən, alıcı bu müqaviləyə və bu müqavilənin ayrılmaz tərkib hissəsi olan və müqaviləyə əlavə edilən spesifikasiya(lar)da göstərilən tərkibdə, texniki göstəricilərə uyğun olan vəziyyətdə betonu satıcıdan alır və malın müqabilində satıcıya bu müqavilə ilə nəzərdə tutulmuş qiyməti (haqqı) ödəyir.

2. İstehsalçı "xxxx" MMC ilə distribüter “X23” MMC arasında bağlanmış 2018-ci il 3 yanvar tarixli HGC GD 001/2018 saylı malların satışı üzrə “Distribüter” hüquqlarının verilməsinə dair müqavilənin şərtlərinə görə: - İstehsalçı özünün istehsal etdiyi və bu müqavilənin ayrılmaz tərkib hissəsi olan əlavə 1-də göstərilən sement məhsullarını satmaq hüququnu distribüterə verir (1.1-ci bəndi); - İstehsalçı istehsal etdiyi malların satışını bu müqavilənin ayrılmaz tərkib hissəsi olan əlavələrdə göstərilən həcmdə və şərtlərlə distribüterə verir (2.1-ci bənd); - İstehsalçı tərəfindən təchiz edilən mallara bu müqavilənin əlavə 2-də göstərilən aylar üzrə satış həcmləri müəyyən olunur (5.1-ci bənd).

3. Cavabdeh MMC tərəfindən təqdim edilmiş 2018-ci il 3 yanvar tarixli Distribüter müqaviləsinin 6A saylı əlavəsində qeyd olunur ki, müqavilənin 5-ci bəndinə aşağıdakı 5.5 yarımbəndinin əlavə edilməsi razılaşdırılır: “Distrubüter il ərzində 1 milyon manatdan artıq satış reallaşdırarsa, satılmış məhsulların dəyərinin 5% məbləği bonus kimi istehsalçı tərəfindən hesablanaraq növbəti ilin birinci ayında distribüterə geri ödənilir. Bu əlavə İddiaçı MMC tərəfindən X15 Fariz İbrahimli tərəfindən imzalanmış, möhürlə təsdiq edilmişdir.

4. Satıcı "xxxx" MMC ilə alıcı “X23” MMC arasında bağlanmış 2018-ci il 4 yanvar tarixli HGC GS 030/0118 saylı alqı-satqı müqaviləsinin şərtlərinə görə: - Satıcı hazırkı müqavilənin 2-ci maddəsində göstərilən və gələcəkdə mal adlandırılacaq Klinker məhsulunu alıcıya satır. Alıcı isə m alı alır və dəyərini ödəyir (1.1-ci bənd); - Malın qiyməti satıcı və alıcı ilə razılaşdırılmış formada müqaviləyə əlavədə müəyyən olunur (2.1-ci bənd); - Mal alıcı tərəfindən sifariş verildikdən sonra 3 iş günü ərzində (bu müqavilənin 4-cü maddəsi daxilində) alıcıya təhvil verilir. Ödəniş alıcı tərəfindən alınacaq hər malın dəyərini vergilər daxil olmaqla razılaşdırılmış qaydada satıcının bank hesabına köçürmə yolu ilə və ya nəğd olaraq həyata keçirilir. Satıcı ödənişin gecikdirildiyi hər günə görə, müqavilə üzrə satılmış mallara nisbətdə ödənilməyən məbləğin 0,1 %-i miqdarında alıcıya cərimə tətbiq edir (3.1-ci bənd).

5. Tərəflər arasında imzalanmış və təsdiq edilmiş 2018-ci il 5 yanvar tarixli İP/HGC/3116-16 saylı üzləşmə aktına əsasən, 2017-ci il 31 dekabr tarixinə sement, beton, qum-çı nqıl satışı üzrə qalıq borc 3.691.344,80 (ƏDV ilə) manat təşkil etmişdir.

6. İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə 3.880.888,89 manat məbləğində malın təqdim edilməsi ilə bağlı 2018-ci il 30 yanvar tarixli EAAG seriyalı 617676 saylı elektron qaimə göndərilmişdir.

7. İddiaçı MMC-nin yazılı izahatında (İİİ cild, i/v 39) qeyd edilmişdir ki, Cavabdeh MMC-yə ümumilikdə müqavilələr üzrə 31.510.351,98 manat dəyərində mal təqdim edilmiş, 28.073.616,4 manat ödəniş həyata keçirilmiş, 3.436.735,58 manat borc ödənilməmişdir.

8. İddiaçı MMC-nin apellyasiya instansiyası məhkəməsinə təqdim etdiyi 2021-ci il 24 sentyabr tarixli maliyyə arayışlarına əsasən, Cavabdeh MMC-yə 2018-ci il 3 yanvar tarixli alqı-satqı müqaviləsi üzrə satılmış malların (sement və klinker materialı) ümumi dəyəri ƏDV daxil 26.316.182,88 manat, 2018-ci il 1 fevral tarixli müqavilə üzrə satılmış beton materialının ümumi dəyəri 6.233.795,75 manat olmuşdur. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) Birinci instansiya məhkəməsindəki icraat 9. “Arkoz X21” MMC (bundan sonra – “iddiaçı) Cavabdeh MMC-yə (bundan sonra – “cavabdeh”) qarşı iddia ərizəsi ilə Bakı Kommersiya Məhkəməsinə müraciət edərək, cavabdehdən 3.089.073,42 manat qalıq borcun (3.081.151,71 əsas borc + 7.921,71 ƏDV borcu), gecikdirilmiş müddət üçün 308.907,34 manat cərimənin və ödənilmiş 30 manat dövlət rüsumunun əvəzinin, cəmi 3.398.010,76 manat məbləğində pulun tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.

10. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı ilə cavabdeh arasında 2017-ci il 1 fevral tarixli HGC-SB 001/0217 saylı beton alqı-satqısı müqaviləsi, 2018-cı il 3 yanvar tarixli HGC GD 001/2018 saylı malların satışı üzrə “Distribüter” hüquqlarının verilməsinə dair müqavilə və 2018-ci il 4 yanvar tarixli HGC GS 030/0118 saylı alqı-satqı müqaviləsi (klinker satışı üzrə) bağlanmışdır. İddiaçı cavabdeh qarşısında hər üç müqavilə üzrə üzərinə götürdüyü öhdəliklərini lazımınca icra edərək, öz istehsalı olan müvafiq həcmdə sement məhsullarını (sement, beton və klinker) cavabdehə təhvil vermişdir. Lakin cavabdeh müqavilələr üzrə üzərinə götürdüyü öhdəliyini pozmuşdur. Belə ki, cavabdeh iddiaçıdan aldığı malların dəyərini qismən ödəmiş, cari tarixə iddiaçıya ümumilikdə 3.089.073,42 manat (3.081.151,71 əsas + 7.921,71 ƏDV) ödənilməyən borcu qalmışdır. Müqavilələr üzrə öhdəliyin yerinə yetirilməsi, yəni iddiaç ıya olan qalıq borcunun tam şəkildə ödənilməsi məqsədilə cavabdehə pretenziya məktubu göndərilsə də, cavabdeh borcunun ödənilməsini təmin etməmişdir.

11. Daha sonra iddiaçı məhkəməyə iddia tələbinin həcminin artırılmasına dair ərizə verərək, cavabdehdən 3.436.735,58 manat qalıq borcun, gecikdirilmiş müddət üçün 343.673,55 manat cərimənin və ödənilmiş 30 manat dövlət rüsumunun əvəzinin, cəmi 3.780.439,13 manat məbləğində pulun tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.

12. Cavabdeh iddia ərizəsinə qarşı təqdim etdiyi etirazını onunla əsaslandırmışdır ki, işə əlavə edilmiş pretenziya 2020-ci il 22 iyul tarixində həqiqətən cavabdehə göndərilmiş və cavabdeh tərəf də cavab olaraq bildirmişdir ki, onun iddiaçıya hər hansı borcu yoxdur. Eyni zamanda, cavabdeh i lə iddiaçı arasında 20-dən çox müqavilə və 30-dan artıq əlavələr olmuşdur. Konkret olaraq hansı müqavilə üzrə iddia irəli sürüldüyünə dair qeyd pretenziyada göstərilməmişdir. Ümumiyyətlə, cavabdehin iddiaçıya hər hansı borcu mövcud deyil, əksinə iddiaçının cavabdehə 4,6 milyon manat civarında borcu mövcuddur. İddia ərizəsində qeyd olunmuşdur ki, guya 2018-ci ildə cavabdeh zavoddan klinker almışdır. Lakin cavabdeh zavoddan hər hansı bir klinker almamışdır. Əgər elə bir qaimə mövcuddursa, iddia ərizəsinə iddiaçı tərəfindən əlavə edilməlidir. Əlavə olaraq, hansı qaimə üzrə ödənişin edilməməsi barədə konkret faktlar göstərilməlidir.

13. Cavabdeh iddiaçıya qarşı qarşılıqlı iddia ərizəsi ilə Bakı Kommersiya Məhkəməsinə müraciət edərək, iddiaçı ilə cavabdeh arasında bağlanmış 2017-ci il 1 fevral tarixli HGCSB 001/0217 saylı beton alqı-satqısı müqaviləsi və malların satışı üzrə “Distribüter hüquqlarının verilməsinə dair" 2018-ci il 3 yanvar tarixli HGC GD 001/2018 saylı müqavilə üzrə avans olaraq iddiaçıya ödənilmiş 2.206.509,00 manat əsas və 397.171,62 manat ƏDV məbləği olmaqla, cəmi 2.603.680,62 manat məbləğin, 2018-ci il 3 yanvar tarixli HGC GD 001/2018 saylı müqavilənin 2018-ci il 31 iyul tarixli 6A saylı Əlavəsinə əsasən 1.271.632,66 manat məbləğin uduş kartları üzrə realizə edilmiş kisə sementlərindən çıxan uduş kartları üzrə 110.000 manat məbləğin, istehsalçının günahından keyfiyyətsiz məhsulun yararsız hala düşərək daşlaşmasına görə zavoda geri qaytarılmış sement üzrə 158.000 manat məbləğin, iddiaçı tərəfindən cavabdehə qaimə vurulmasına baxmayaraq, müştəriyə çatdırılmaya n 369.000 manat məbləğin, 2019-2020-ci illər üçün iddiaçının əsassız olaraq özündə saxlamaqla istifadə etdiyi məbləğə Mərkəzi Bankın orta uçot dərəcəsi 8%-lə hesablanmaqla 721.970,12 manat dəbbə pulunun, ümumilikdə 5.234.283,4 manat məbləğində pulun iddiaçıdan tutularaq cavabdehə ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.

14. Qarşılıqlı iddia tələbi onunla əsaslandırılmışdır ki, müqavilələr üzrə cavabdehin iddiaçıya 21.553.096 manat əsas və 3.879.557,28 manat ƏDV olmaqla, ümumilikdə 25.432.653,28 manatlıq qaimə faktura qarşılığında iddiaçıya ödədiyi məbləğ 23.759.605 manat əsas və 4.276.728,9 manat ƏDV, ümumilikdə 28.036.333,9 manat təşkil edir. Faktiki əlavə avans olaraq 2.206.509 manat əsas və 397.171,62 manat ƏDV məbləğində qarşı tərəfə vəsait ödənilməsinə baxmayaraq, id diaçı öz öhdəliklərini yerinə yetirməmişdir. Cavabdehin qərb bölgəsindəki layihələri davam edən zaman iddiaçıdan məhsulların alınması mümkün olmamışdır. Ümumiyyətlə, 2016-cı ildən başlayaraq iddiaçı və cavabdeh arasında imzalanmış müqavilələrə əsasən iddiaçı daim öncədən cavabdehin adına hesab fakturalar kəsmiş və cavabdeh də öz növbəsində avans ödənişlər həyata keçirmişdir. 2018-ci il 30 may tarixinə “PwC” audit şirkətinin debitor-kreditorların analizi hesabatından da görünür ki, cavabdehin iddiaçıya nəinki borcu yoxdur, əksinə olaraq bütün müqavilələr üzrə ödənişləri öncədən həyata keçirmişdir. Bununla yanaşı, debitor-kreditor borcların vəziyyətinə dair iddiaçının keçirdiyi toplantının nəticəsi olaraq tərtib edilmiş 2018-ci il 2 iyul tarixli iclas protokoluna əsasən, bütün debitorların s iyahısı əks etdirilmiş və zavod rəhbərliyi, mühasibatlıq, maliyyə, satış və digər bölmələr sözügedən protokola imza atmışdır. Əgər cavabdehin iddiaçıya hər hansı borcu mövcud olsaydı, sözügedən protokolda əksini taparaq borcun hansı dövrə təsadüf etməsi də göstərilərdi. Bundan əlavə, tərəflər arasında imzalanmış 2018-ci il 3 yanvar tarixli HGC GD 001/2018 saylı müqavilənin 2018-ci il 31 iyul tarixli 6A saylı Əlavəsində “Distribüter il ərzində 1.000.000 manatdan artıq satış reallaşdırarsa, satılmış məhsulların dəyərinin 5 faiz məbləği bonus kimi istehsalçı tərəfindən hesablanaraq növbəti ilin birinci ayında “Distribüter”ə geri ödənilir” müddəası vardır. Müqavilənin bu müddəası iddiaçı tərəfindən kobud şəkildə pozularaq cavabdehə çatası 1.271.632,66 manat vəsait bugünə kimi ödənilməmişdir. D igər tərəfdən, zavod tərəfindən istehsal olunmuş kisə sementlərinin daxilinə yerləşdirilmiş uduş kartları üzrə realizə edilmiş kisə sementlərindən 110.000 manat məbləğində ödəniş də bu günə qədər ödənilməyib. 2018-ci il 3 yanvar tarixli HGC GD 001/2018 saylı müqavilə üzrə istehsalçı tərəfindən təqdim olunmuş sement məhsulunun daşlaşması nəticəsində yararsız vəziyyətdə olan və satılması mümkün olmayan mallar üzrə 158.000 manat dəyərində məhsul zavod nümayəndələri ilə birgə aktlaşdırılsa da, əvəzində nə yeni sement verilmiş, nə də vəsait bu günə kimi geri ödənilmişdir. Cavabdehin adına iddiaçı tərəfindən bir sıra qaimələr vurulmasına baxmayaraq, cavabdehin müştərilərinə 369.000 manat dəyərində sement çatdırılmamışdır. Zavodun satış menecerləri Rəmzi Nəbiyev, Elnur Orucov, Natiq Qocayev və Ra miz Mustafayev cavabdehin distribüter şəbəkəsinə qaimələri yazsa da, həmin qaimələr üzrə mal çatdırılmamışdır.

15. Bakı Kommersiya Məhkəməsinin 2021-ci il 16 iyun tarixli e-2-2(113)-780/2021 nömrəli qətnaməsi ilə hər iki iddia rədd edilmiş, ilkin iddia verilərkən ödənilmiş 30 manat dövlət rüsumu ilkin iddia üzrə iddiaçıya, qarşılıqlı iddia verilərkən ödənilmiş 30 manat dövlət rüsumu qarşılıqlı iddia üzrə iddiaçıya aid edilmişdir (hakim – Z.Axundova).

16. Birinci instansiya məhkəməsi gəldiyi nəticə ilə bağlı göstərmişdir ki, məhkəmə araşdırması nəticəsində müəyyən olunanlara əsasən, iddiaçı ilə cavabdeh arasında 2017ci il 1 fevral tarixində HGC-SB 001/0217 saylı beton alqı-satqısı müqaviləsi bağlanmışdır. Bundan sonra tərəflər arasında 2018-ci il 3 yanvar tarixində distribüter hüquqlarının verilməsinə dair müqavilə bağlanmış, həmçinin iddiaçı ilə cavabdeh arasında klinker məhsulunun satışı ilə bağlı 2018-ci il 4 yanvar tarixli HGC GS 030/0118 saylı alqı-satqı müqaviləsi bağlanmışdır. İddiaçı başqa sübutlarla yanaşı, 2018-ci il 30 yanvar tarixli EAAG seriyalı 617676 saylı elektron qaimə və 2018-ci il 5 yanvar tarixli üzləşmə aktını iddia tələbinin təsdiq edən sübut qismində məhkəməyə təqdim etmişdir.

17. Cavabdehin nümayəndələri digər elektron qaimələri mübahisələndirməmiş, lakin 2018-ci il 30 yanvar tarixli EAAG seriyalı 617676 saylı elektron qaiməni qəbul etmədiklərini, qaimənin qanunla müəyyən olunmuş formada tərtib olunmadığını və həmin qaimə üzrə malların cavabdehə göndərilmədiyini bildirmişlər. Eyni zamanda, 2018-ci il 5 yanvar tarixli üzləşmə aktının əslinin deyil, k serosurətinin məhkəməyə təqdim edildiyini bildirərək, cavabdehin nümayəndəsi tərəfindən göstərilən üzləşmə aktının imzalanmadığını, belə bir üzləşmə aktının olmadığını və qanunvericiliyə əsasən həmin aktın əslinin məhkəməyə təqdim edilməli olduğunu qeyd etmişdir. İddiaçıya üzləşmə aktının əslinin məhkəməyə təqdim olunması təklif edilmişdir. Vaxt verilsə də, iddiaçının nümayəndəsi həmin aktın əsli və ya lazımi qaydada təsdiq olunmuş surətlərini məhkəməyə təqdim etməmişdir. Qeyd olunanlara əsasən məhkəmə belə qənaətə gəlmişdir ki, ilk iddia tələbini təsdiq edən mötəbər sübutlar məhkəməyə təqdim olunmamışdır.

18. Cavabdeh 2018-ci il 30 yanvar tarixli EAAG seriyalı 617676 saylı elektron qaimə üzrə malların təhvil verilmədiyini bildirmişdir. İddiaçının nümayəndəsi mallar göndərilərkən tərəflər arasında təhvil-təslim aktının tərtib edilmədiyini bildirmiş və bu hal cavabdehin nümayəndəsi tərəfindən də təsdiq edilmişdir. Cavabdeh təqdim olunan qaimələrdən yalnız 2018-ci il 30 yanvar tarixli EAAG seriyalı 617676 saylı elektron qaiməni mübahisələndirmiş, həmin elektron qaimə üzrə onlara hər hansı mal göndərilmədiyini bildirmişdir. İddiaçı malların cavabdehə göndərilməsi ilə bağlı hər hansı sübut təqdim edə bilməmişdir. Eyni zamanda, 2021-ci il 16 iyun tarixli məhkəmə iclasında şahid qismində dindirilən X12 izahatında bildirmişdir ki, tərəflər arasında təhvil-təslim aktı tərtib olunmurdu. Yol nəqliyyat qaiməsi ilə mallar göndərilir və qəbul edilirdi. Lakin sözügedən elektron qaimə üzrə malların göndərilməsi və qəbul edilməsini təsdiq edən yol nəqliyyat qaiməsi və hər hansı digər sübut məhkəməyə təqdim edilməmişdir.

19. İlkin iddia tələbinin digər hissəsini gecikdirilmiş müddət üçün 343.673,55 manat cərimənin cavabdehdən tutulması təşkil etmişdir. Tələb olunan məbləğlərin bilavasitə bağlı olduğu hal iddiaçı tərəfindən sübuta yetirilə bilmədiyindən ilkin iddia tələbi təmin edilməməlidir.

20. Eyni zamanda, cavabdeh tərəfindən verilmiş iddia müddətinin tətbiqi barədə ərizəyə münasibətdə qeyd edilmişdir ki, iddia müddəti ötürülmədən məhkəməyə müraciət olunmuşdur.

21. Qarşılıqlı iddia tələbinin bir hissəsi avans olaraq iddiaçıya ödənilmiş 2.206.509,00 manat əsas və 397.171,62 manat ƏDV məbləği olmaqla, cəmi 2.603.680,62 manat məbləğin ödənilməsindən ibarət olmuşdur. Bununla bağlı məhkəmə qeyd etmişdir ki, iş materiallarına əlavə edilmiş hesabdan çıxarışda həmin məbləğin avan s olaraq ödənilməsi ilə bağlı hər hansı qeyd olunmamışdır. Həmçinin cavabdeh də həmin ödənişlərin avans olaraq ödənilməsi barədə digər hər hansı sübutu məhkəməyə təqdim edə bilməmişdir. İddiaçının nümayəndəsi müqavilədə avans şəklində ödənişin edilməsi ilə bağlı razılaşmanın olmadığını, alıcı tərəfindən mallar qəbul olunduqdan sonra ödənişlərin edildiyini, belə olan halda satıcı tərəfin deyil, alıcı tərəfin borclu qala biləcəyini və edilmiş ödənişlərin hamısının satılmış malların dəyərinin ödənilməsi üçün edildiyini bildirmişdir. Ona görə də məhkəmə həmin hissədə iddianı əsassız hesab etmişdir.

22. Qarşılıqlı iddia tələbinin digər hissəsini 2018-ci il 3 yanvar tarixli HGC GD 001/2018 saylı müqavilənin 2018-ci il 31 iyul tarixli müqaviləyə 6A saylı əlavəsinə əsasən, 1.271.632,66 manat məblə ğin iddiaçıdan tutulması təşkil etmişdir. 2018-ci il 31 iyul tarixli müqaviləyə 6A saylı əlavənin əsli və ya qanunvericilikdə müəyyən olunmuş qaydada təsdiq olunmuş surəti məhkəməyə təqdim edilməmiş, iddiaçının nümayəndəsi isə tərəflər arasında 6A saylı əlavə formasında razılaşmanın mövcud olmadığını bildirmişdir.

23. Cavabdeh uduş kartları üzrə realizə edilmiş kisə sementlərindən çıxan uduş kartları üzrə 110.000 manat məbləğin iddiaçıdan tutularaq ödənilməsini xahiş etmişdir. Məhkəmə hesab etmişdir ki, şahid qismində dindirilən X12 da uduş kartlarının mövcud olmasını təsdiqləsə də, iddiaçının uduş kartları üzrə 110.000 manat məbləğində pulun cavabdehə ödəməli olması sübuta yetirilməmişdir. Odur ki, qarşılıqlı iddia tələbi qeyd olunan hissələrdə rədd olunmalıdır.

24. Məhkəmə qarşılıqlı i ddia tələbinin istehsalçının günahından keyfiyyətsiz məhsulun yararsız hala düşərək daşlaşmasına görə zavoda geri qaytarılmış sement üzrə 158.000 manat məbləğin ödənilməsi hissəsinə münasibətdə qeyd etmişdir ki, həmin hissədə də qarşılıqlı iddianı təsdiq edən sübutlar məhkəməyə təqdim edilməmişdir. Eyni zamanda, cavabdeh müştəriyə çatdırılmayan 369.000 manat məbləğin 2019-2020-ci illər üçün iddiaçının əsassız olaraq özündə saxlamaqla istifadə etdiyi məbləğə Mərkəzi Bankın orta uçot dərəcəsi 8%-lə hesablanmaqla 721.970,12 manat dəbbə pulunun ödənilməsini də xahiş etmişdir. Məhkəmə qarşılıqlı iddia tələbinin bu hissəsinə münasibətdə qeyd etmişdir ki, tələb olunan məbləğlərin bilavasitə bağlı olduğu hal cavabdeh tərəfindən sübuta yetirilə bilmədiyindən qarşılıqlı iddia tələbi bu hissədə əsass ız olduğundan təmin edilməməlidir.

25. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – “MPM”) 14.2, 76.1, 76.2, 77.1, 89.3, 119.1-ci maddələrinə istinad etməklə əsaslandırmışdır.

26. Cavabdeh apellyasiya şikayəti verərək, həmin qətnamənin qismən ləğv edilərək qarşılıqlı iddianın təmin olunmasını, ilk iddianın rədd edilməsi barədə qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.

27. İddiaçı isə apellyasiya şikayəti verərək qətnamənin qismən ləğv edilərək, ilk iddianın təmin olunmasını, qarşılıqlı iddianın rədd edilməsi hissəsində qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. b) Apellyasiya instansiya məhkəməsindəki birinci icraat

28. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2022-ci il 16 may tarixli 2-2(103)-50/2022 nömrəli qərardadı ilə kompleks ekspertiza - sənədlərin məhkəmə texniki ekspertizası və məhkəmə xətşünaslıq ekspertizası təyin edilmişdir.

29. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 2022-ci il 19 sentyabr tarixli 4/815-5/617 saylı rəyinin nəticə hissəsində aşağıdakılar göstərilmişdir: - “Malların satışı üzrə distributor hüquqlarının verilməsinə dair 2018-ci il 3 yanvar tarixli HGC GD 001/18 saylı müqaviləyə 2018-ci il 31 iyul tarixli 6A saylı Əlavədə “İstehsalçı” hissəsində “X15 Fariz İbrahimli” yazılarından aşağıdakı imza – X3 tərəfindən yox, başqa şəxs tərəfindən icra olunmuşdur. - 6A saylı Əlavənin üzərində olan İddiaçı-na aid möhür əksi relyef klişedən sənədin üzərinə birbaşa vurulmuşdur. - 6A saylı Əlavəni n üzərində olan “Azərbaycan Respublikası Məhdud Məsuliyyətli Cəmiyyəti İddiaçı məzmunlu möhür əksi təqdim edilmiş sərbəst (cild 4, iş v. 69) və eksperimental (cild 4, iş v. 145) əks nümunələri ilə eynilik təşkil etmir.

30. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2022-ci il 26 oktyabr tarixli 2-2(103)-50/2022 nömrəli qətnaməsi ilə cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, iddiaçının apellyasiya şikayəti təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi qismən - ilk iddianın rədd edildiyi hissədə ləğv edilmiş, ilk iddia təmin edilərək cavabdehdən 3.436.735,58 manat qalıq borc, gecikdirilmiş müddət üçün 343.673,55 manat faiz və ödənilmiş 30 manat dövlət rüsumunun əvəzi, cəmi 3.780.439,13 manat məbləğində pulun tutularaq iddiaçıya ödənilməsi, 162 manat ekspertiza xərcinin cavabdehdən Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xeyrinə tutulması, qətnamənin mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir (sədrlik edən – V.Baxışova, hakimlər – V.Məmmədov və R.Qurbanov).

31. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, tərəflər arasında 2017-ci il 1 fevral tarixli SB 001/0217 saylı betonun alqı-satqısı müqaviləsi, 2018-ci il 3 yanvar tarixli HGC GD 001/2018 saylı malların (əlavə 1-də qeyd edilmiş sement və klinker məhsullarının) satışı üzrə “Distribüter” hüquqlarının verilməsinə dair müqavilə, 2018-ci il 4 yanvar tarixli HGC GS 030/0118 saylı klinker məhsulunun satışı ilə bağlı alqı-satqı müqaviləsi bağlanmış, həmin müqavilələr üzrə iddiaçı tərəfindən cavabdehə müxtəlif məhsullar satıl mışdır. Cavabdeh qarşılıqlı iddia ərizəsində satılmış məhsullar üzrə cəmi 28.036.333,9 manat ödənildiyini qeyd etsə də, iddiaçının nümayəndəsinin yazılı izahatında cavabdeh tərəfindən həyata keçirilmiş ödənişin ümumi məbləğinin bu məbləğdən daha artıq – 28.073.616,4 manat olduğu qeyd olunur. Belə olan halda müəyyən olunur ki, cavabdeh tərəfindən ümumi alınmış mallar üzrə 28.036.333,9 manat ödəniş həyata keçirildiyini iddiaçı qəbul edir.

32. İddiaçı cavabdehə təqdim edilmiş mallar üzrə qalıq borcun 3.436.735,58 manat olduğunu göstərsə də, qarşı tərəf həyata keçirdiyi ödənişlərdə təyinat göstərilmədiyindən və ödənişlər ümumi borc üzrə silindiyindən qalıq borcun hansı müqavilə üzrə və hansı tarixdə təqdim edilmiş qaimə üzrə yarandığını göstərə bilməmişdir.

33. Apellyasiya instansiyası məhkəmə si tərəfindən cavabdehə satılmış ümumi malların dəyərinin və qarşı tərəfə borcu olub-olmadığının müəyyənləşdirilməsi üçün iş üzrə məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 2022-ci il 18 mart tarixli məktubu ilə ekspertizanın aparılmasından imtina edilmiş, ekspertizanın həyata keçirilməsi üçün tərəflər arasında aparılmış maliyyə təsərrüfat nəticələrinə dair audit hesabatının təqdim olunmasının zəruri olduğu qeyd edilmişdir.

34. Cavabdehin apellyasiya instansiyası məhkəməsinə təqdim etdiyi 2022-ci il 18 aprel tarixli “X10” MMC-nin audit rəyində qeyd edilmişdir ki, tərəflər arasında müqavilələr bağlandıqdan sonra cavabdeh tərəfindən iddiaçıya 24.103.861,69 manat ödənilmiş, 2020ci il 25 dekabr tarixinə iddiaçının cavabdehə 4.776.776,81 manat borcu yaranmışdır. Qeyd edilən audit rəyinin hansı sənədlər əsasında tərtib olunduğu rəydə qeyd edilmədiyindən, o cümlədən 2018-ci il 30 yanvar tarixli EAAG seriyalı 617676 saylı elektron qaimə əsasında malın təhvil verilib-verilməməsi ilə bağlı məsələyə auditor tərəfindən deyil, tərəflərin təqdim etdiyi sübutlar əsasında məhkəmə tərəfindən hüquqi qiymət verilməli olduğundan məhkəmə həmin audit rəyini mötəbər sübut kimi qəbul etməmişdir.

35. İşə apellyasiya qaydasında baxılarkən hər iki tərəfin apellyasiya şikayətinin dəlilləri hərtərəfli araşdırılaraq müəyyən olunmuşdur ki, cavabdehin iddiaçıya borcu 2018-ci il 3 yanvar tarixli müqavilə əsasında sement məhsulunun təqdim edilməsi ilə bağlı göndərilmiş 2018-ci il 30 yanvar tarixli EAAG seriyalı 617676 saylı elek tron qaimə üzrə yaranmışdır. Cavabdeh qarşılıqlı iddia ərizəsində də göstərmişdir ki, 2018-ci il 30 yanvar tarixli EAAG seriyalı 617676 saylı elektron qaimə üzrə 3.880.888,89 manat məbləğində mal (sement) onlara təqdim edilməmişdir. Belə olan halda həyata keçirilmiş ödənişin məbləği ilə bağlı tərəflər arasında mübahisə olmadığını nəzərə alaraq məhkəmə hesab etmişdir ki, ilk iddia tələbinə hüquqi qiymət verilməsi üçün xüsusi bilik tələb olunan hesablama aparılmasına və audit yoxlaması təyin edilməsinə zərurət yoxdur. Məhkəmə ilk iddia üzrə iddiaçının 2018-ci il 3 yanvar tarixli müqavilə əsasında 2018-ci il 30 yanvar tarixli 617676 saylı elektron qaimə üzrə 3.880.888,89 manat məbləğində malın cavabdehə təqdim edildiyinə dair dəlili ilə razılaşarsa, ilk iddia tələbinin əsaslı olduğu sübut edi lmiş olur. 2018-ci il 3 yanvar tarixli müqavilədə mallar təhvil verilərkən təhvil-təslim aktı tərtib edilməsi nəzərdə tutulmamışdır. Müqavilənin 7.2, 7.3 və 4.4-cü bəndlərinə əsasən, mal barədə sifariş daxil olur və malların daşınması istehsalçı tərəfindən təşkil olunur, sifarişlər yazılı surətdə tərtib edilir və hər iki tərəfin möhürü və imzası ilə təsdiqlənir. Tərəflərin izahatları və şahid X5 ifadəsi əsasında məhkəmə tərəfindən müəyyən edilmişdir ki, mallar cavabdehə təqdim olunarkən tərəflər arasında təhvil-təslim aktı tərtib edilməmiş, yol nəqliyyat qaimələri ilə mallar göndərilmiş, malların təqdim edilməsi elektron qaimələr və elektron hesab fakturaların göndərilməsi ilə rəsmiləşdirilmiş və həmin qaimələr əsasında ödənişlər həyata keçirilmişdir. Malların göndərilməsi ilə bağlı müqavi lə şərtlərinə uyğun yazılı sifarişlər tərtib edilməmişdir.

36. Hazırkı qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edilənədək 2018-ci il 30 yanvar tarixli EAAG seriyalı 617676 saylı elektron qaimə ilə bağlı qarşı tərəfə hər hansı pretenziya göndərilməmiş, həmin qaimə üzrə malların təhvil verilməsi tələb edilməmiş, eyni zamanda qeyd olunan qaimənin ləğv edilməsi ilə bağlı nə iddiaçıya, nə də vergi orqanlarına müraciət olunmuşdur. Qarşılıqlı iddia ərizəsində cavabdeh qaimə vurulmasına baxmayaraq onlara çatdırılmayan malın dəyərinin cəmi 369.000 manat olduğunu qeyd etmişdir. Məhkəmə qeyd edilənləri və tərəflər arasında təşəkkül tapan işgüzar adətə görə malların təqdim edilməsinin yalnız elektron qaimə ilə rəsmiləşdirildiyini nəzərə alaraq hesab etmişdir ki, cavabdeh tərəfindən 2018-ci i l 30 yanvar tarixli EAAG seriyalı 617676 saylı elektron qaimə üzrə malların təhvil alındığı müəyyən edilərək həmin qaimə üzrə ödənilməmiş 3.436.735,58 manat qalıq borc cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.

37. İddiaçı qarşı tərəfdən pul öhdəliyinin icrasının gecikdirilməsinə görə borcun 10% həcmində 343.673,55 manat pul tutulmasını xahiş etmiş, həmin məbləği iddia ərizəsinə əlavədə cərimə məbləği olaraq göstərmişdir. Məhkəmə MM-nin 445.2-ci maddəsinin tələbini nəzərə alaraq hesab etmişdir ki, iddiaçının tələb etdiyi vəsait cərimə deyil, pul öhdəliyinin icrasının gecikdirilməsinə görə əldən çıxmış fayda kimi qəbul edilməli, öhdəliyin icrasının gecikdirilməsinə görə iki il üçün illik 5% olmaqla cavabdehdən 343.673,55 manat pul tutulmalıdır.

38. Cavabdeh tərəfindən birinci instansiya m əhkəməsinə kserosurəti təqdim edilmiş iddiaçının sifarişi ilə hazırlanmış, “PwC Eastern Europe B.V” şirkətinin Azərbaycan filialının audit rəyi məhkəmə tərəfindən MPM-in 89.3-cü maddəsinə (sənədin əsli təqdim edilmədiyi üçün), 76.3-cü maddəsinə (qanunsuz olaraq əldə edildiyi üçün) işin hər hansı halını təsdiq edən mötəbər sübut kimi qəbul edilməmişdir. Qeyd olunan audit rəyində qeyd edilmişdir ki, bu hesabatın ünvanlanmadığı şəxslər hesabatla tanış ola bilməz və audit şirkətinin yazılı razılığı olmadan üçüncü tərəflər bu məlumatdan istifadə edə bilməz. Cavabdeh həmin sənədi qanuni yolla əldə etdiyinə dair sübut təqdim edə bilməmişdir. Cavabdehin bağladığı alqı-satqı müqavilələri üzrə yaranmış məhkəmə mübahisələri ilə bağlı qəbul olunmuş qətnamələr də hazırkı mübahisəyə aidiyyəti olmadığınd an sübut kimi qəbul edilməmişdir.

39. İddia müddətinin tətbiqi ilə bağlı ərizədə cavabdeh iddiaçı tərəfindən 2018-ci il 5 yanvar tarixində tərtib olunmuş üzləşmə aktı əsasında yaranmış borcla bağlı iddia müddətinin ötürüldüyü qeyd edilmişdir. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşmış və qeyd etmişdir ki, iddiaçı tərəfindən iddia müddəti ötürülməmişdir. Məhkəmə araşdırması zamanı ilk iddia üzrə tələb edilən əsas borcun 2018-ci il 30 yanvar tarixli EAAG seriyalı 617676 saylı elektron qaimə üzrə yarandığı müəyyən edildiyindən iddiaçı həmin qaimə əsasında təqdim olunmuş malların dəyərinin ödənilməsi üçün 2020-ci ilin dekabr ayında iddia qaldırmaqla MM-in 373.2-ci maddəsində nəzərdə tutulmuş üç illik iddia müddətini ötürməmişdir.

40. Qarşılıqlı id dia ilə bağlı apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, iddiaçının ilk iddia tələbi əsaslı hesab edilərək cavabdehin təhvil aldığı mallara görə 3.436.735,58 manat qalıq borcu olduğu müəyyən edildiyindən qarşı tərəfə avans olaraq ödənildiyi bildirilən 2.603.680,62 manat pulun cavabdehə qaytarılması barədə iddianın təmin edilməsi üçün əsaslar müəyyən olunmamışdır.

41. Qarşılıqlı iddia tələblərindən biri 2018-ci il 3 yanvar tarixli HGC GD 001/2018 saylı müqavilənin 2018-ci il 31 iyul tarixli 6A saylı əlavəsinə əsasən 1.271.632,66 manat məbləğində pulun ödənilməsi ilə bağlıdır. Birinci instansiya məhkəməsinə qeyd edilən əlavənin əsli təqdim olunmadığı, qarşı tərəf həmin əlavənin mövcudluğunu mübahisələndirdiyi üçün məhkəmə tərəfindən bu tələb təmin edilməmişdir. Cavabdeh tərəfindən 6A saylı əlavənin əsli işə apellyasiya qaydasında baxılarkən təqdim edilmiş, Bakı Kommersiya Məhkəməsinin 2022-ci il 16 may tarixli 2-2(103)-50/2022 saylı qərardadı ilə sənəddəki imzanın və möhürün yoxlanılması üçün iş üzrə kompleks ekspertizasənədlərin məhkəmə texniki ekspertizası və məhkəmə xətşünaslıq ekspertizası təyin edilmişdir. Ekspert rəyi məhkəməyə daxil olduqdan sonra cavabdeh tərəfindən məhkəməyə 6A saylı Əlavəni iddiaçının adından imzalamış X2 2022-ci il 29 iyul tarixində notarial qaydada təsdiq edilmiş ərizəsi daxil olmuş, həmin ərizədə F.İbrahimli 6A saylı əlavənin onun tərəfindən imzalandığını göstərmişdir. Qeyd edilən ərizə əsasında 6A saylı Əlavənin iddiaçının X15 olmuş F.İbrahimli tərəfindən imzalandığı müəyyən olunduğundan məhkəmə xətşünaslıq ekspertizasının rəyi əsassız hesab edilmişdir. 42. 2018-ci il 3 yanvar tarixli müqavilənin 19.2-ci bəndində qeyd olunmuşdur ki, bu müqaviləyə edilən bütün əlavə və dəyişikliklər yalnız yazılı formada olduqda, tərəflərin səlahiyyətli şəxsləri ilə imzalandıqda və möhürləndikdə hüquqi qüvvəyə malikdir. Məhkəmə texniki ekspertizasının rəyi əsasında 6A saylı əlavəyə vurulmuş möhürün iddiaçıya məxsus möhür olmadığı müəyyən olunduğundan məhkəmə qeyd edilən əlavə X15 olmuş F.İbrahimli tərəfindən imzalansa da, üzərindəki möhür hüquqi şəxsin möhürü olmadığı üçün həmin əqdi iddiaçının iradə ifadəsini əks etdirən və hüquqi qüvvəsi olan etibarlı əqd kimi qəbul etməmişdir. Bu səbəbdən 6A saylı əlavə əsasında tələb olunan 1.271.632,66 manat pulun tutulması hissəsində də qarşılıqlı iddia əsassız hesab edilmişdir. 43. 6A saylı əlav ə ilə eyni tarixdə tərəflər arasında 2018-ci il 3 yanvar tarixli müqaviləyə 6 saylı əlavə təsdiq edilmiş, həmin 6 saylı əlavə F.İbrahimli tərəfindən deyil, iddiaçının İdarə Heyətinin üzvü Elçin Axundov tərəfindən imzalanmış və fərqli möhürlə təsdiq edilmişdir. Bu fakt və 6A saylı əlavədə cavabdehin möhürünün mürəkkəbinin 6 saylı əlavəyə vurulmuş möhürün mürəkkəbi ilə eyni rəngdə olmaması belə qənaətə gəlməyə əsas vermişdir ki, bu sənədlər eyni tarixdə tərtib edilməmişdir.

44. Digər qarşılıqlı iddia tələbləri ilə bağlı cavabdeh tərəfindən məhkəməyə mötəbər sübutlar təqdim edilməmişdir. Belə ki, realizə edilmiş sement kisələrindən müştərilərin əldə etdiyi uduş kartlarına görə tələb olunan 110.000 manat tələblə bağlı cavabdeh tərəfindən həmin vəsaitin müştərilərə ödənilməsi, bu kompaniyanın h ansı müddətləri əhatə etməsi, qarşı tərəfin həmin uduş kartlarına görə ödəniş etməklə bağlı üzərinə hansı şərtlərlə öhdəlik götürməsi barədə məhkəməyə sübutlar təqdim etməmişdir. İddiaçının nümayəndəsi işə apellyasiya qaydasında baxılarkən 2021-ci il 13 oktyabr tarixli məhkəmə iclasında izahat verərkən göstərmişdir ki, uduş kartları ilə bağlı kompaniya müddətli olmuşdur. Müddət bitəndən sonra təqdim edilən kartlar qəbul oluna bilməzdi.

45. Yararsız mallara görə tələb edilən 158.000 manat və qaimə vurulmasına baxmayaraq təqdim olunmamış 369.000 manat məbləğlərlə bağlı tərtib edilmiş aktlar iddiaçının möhürü ilə təsdiq edilmədiyindən məhkəmə hesab etmişdir ki, həmin aktlar hüquqi şəxs üçün hər hansı öhdəlik yaratmır. Cavabdehin yararsız olduğu iddia edilən mallarla bağlı MM-in 587-ci maddəsi ndə nəzərdə tutulmuş hüquqlardan istifadə etməmiş, bu barədə hər hansı tədbir görülməsi üçün qarşı tərəfə müraciət etməmişdir.

46. Cavabdehin nümayəndəsinin izahatından və elektron qaimələrdən görünür ki, mallar cavabdehə 2018-ci ilin noyabr ayınadək təhvil verilmişdir. Qarşılıqlı iddianın 2020-ci il 29 dekabr tarixində məhkəməyə təqdim edildiyi nəzərə alınarsa müəyyən olunur ki, satılan məhsulun keyfiyyətsiz olması ilə bağlı tələb irəli sürülməsi üçün qanunla nəzərdə tutulmuş iki illik müddət ötmüş və alıcının bu hüququ xitam olunmuşdur. Qarşılıqlı iddia üzrə iddiaçının qeyd edilən tələbləri əsassız hesab olunduğundan tələb edilən 4.512.313,28 manat məbləğə 8 faizlə hesablanmış 721.970,12 manat pul tələbinin rədd edildiyi hissədə də məhkəmənin iş üzrə gəldiyi nəticə qanuni və əsaslı hesab edilmişdir.

47. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni MM-in 385.1, 386.1, 425.1, 445.7, 567, 587.1, 589.2-ci maddələrinə, MPM-in 14.2, 76, 77.1, 89.3-cü maddələrinə istinad etməklə əsaslandırmışdır.

48. Cavabdeh 2022-ci il 28 dekabr tarixində kassasiya şikayəti verərək həmin qətnamənin qismən ləğv edilməsi, qarşılıqlı iddianın təmin olunması və ilk iddianın rədd edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. c) Kassasiya instansiyası məhkəməsindəki birinci icraat

49. Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 11 may tarixli 2-2(102)-244/2023 nömrəli qərarı ilə ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçının kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2022-ci il 26 oktyab r tarixli 2-2(103)-50/2022 saylı qətnaməsi qismən – qarşılıqlı iddianın 2018-ci il 3 yanvar tarixli HGC GD 001/2018 saylı müqavilənin 2018-ci il 31 iyul tarixli 6A saylı Əlavəsinə əsaslanan 1.271.632,66 manat pulun tutulmasına dair hissəsində ləğv edilmiş, iş həmin hissədə yenidən baxılmaq üçün Bakı Apellyasiya Məhkəməsinə qaytarılmış, qətnamə mübahisələndirilən qalan hissələrdə dəyişdirilmədən saxlanılmışdır (sədrlik edən – B.Məmmədli, hakimlər – B.Qəribov və Z.Babayev).

50. Kassasiya instansiyası məhkəməsi gəldiyi nəticə ilə bağlı göstərmişdir ki, apellyasiya instansiyası məhkəməsinin 2018-ci il 3 yanvar tarixli müqavilənin 2018-ci il 31 iyul tarixli 6A saylı Əlavəsi əsasında qarşılıqlı iddia ilə tələb edilən 1.271.632,66 manat pulun tutulması hissəsində gəldiyi nəticə tam əsaslı olmam ışdır. Belə ki, apellyasiya instansiyası məhkəməsi cavabdehin X15 olmuş X1 məhkəməyə daxil olmuş notarial qaydada təsdiq edilmiş ərizəsinə istinadən, ekspert rəyinin əksinə olaraq, 6 A saylı əlavənin F.İbrahimli tərəfindən imzalanmasını müəyyən etmiş, lakin elə həmin ərizədə möhürlə bağlı F.İbrahimlinin göstərdiklərini nəzərə almamış və onlara ümumiyyətlə hüquqi qiymət verməmişdir. Halbuki sözügedən ərizədən (V cild, i/v 37) məlum olur ki, iddiaçının "X21" MMC adı ilə 3 möhürü olmuşdur. Biri Bakı ofisində, biri onun köməkçisində (hansı ki, gömrük və digər dövlət müəssisələrinə getdikdə istifadə olunurdu), biri də iddiaçının idarə heyətinin üzvündə qalırdı. Sözügedən sənədlərə şəxsən F.İbrahimli səlahiyyətli şəxs olaraq imzasını atmış və o, idarə heyətinin üzvü olmuş cənab Pulmanda olan möh ürlə təsdiq olunmuşdur. İkincisi, İdarə Heyətinin üzvü Elçin Axundov tərəfindən imzalanmış və fərqli möhürlə təsdiq edilmiş 2018-ci il 3 yanvar tarixli müqaviləyə 6 saylı əlavənin və onun üzərindəki möhürün apellyasiya instansiyası məhkəməsi tərəfindən faktiki olaraq 6 A saylı əlavəyə və onun üzərindəki möhürə münasibətdə daha mötəbər sübut kimi qiymətləndirilməsinin səbəbi anlaşılan deyildir. Belə ki, ən azından, iddiaçının idarə heyətində tutduqları vəzifə baxımından F.İbrahimli (X15) E.Axundovdan (idarə heyətinin üzvü) daha yüksək mövqe tutmuşdur. Üçüncüsü, 6 saylı Əlavə ilə 6 A saylı əlavənin fərqli günlərdə imzalanması həmin sənədlərin hüquqi qüvvəsinə təsir etmir. Belə ki, MM-in 399.2-ci maddəsinə görə, tərəflər bağladıqları müqavilənin şərtlərini onların müqavilə bağlanana qədər yar anmış münasibətlərinə də tətbiq edə bilərlər. Dördüncüsü və ən əsası, iş materiallarından görünür ki, 6A saylı əlavə ilə bağlı aparılan ekspertizaya möhürün nümunələri təqdim edilməmişdir. Kserosurət möhürlər üzərindən müayinənin aparılması isə qanunaziddir. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu “N.Əbilovun şikayəti üzrə” olan 2008-ci il 13 iyun tarixli qərarında konkret iş üzrə belə qənaətə gəlmişdir ki, MPM-in 89.3-cü maddəsinə əsasən lazımi sübutların əsli və ya lazımi qaydada təsdiq olunmuş surəti təqdim edilməlidir. Lakin mülki işə baxılarkən qanunun həmin tələbinə riayət edilməmiş, işə əlavə edilmiş yazılı sənədin surəti lazımi qaydada təsdiq olunmamışdır. Bu isə həmin sənədə sübut kimi istinad edilməsini istisna edir. Məhkəmə kollegiyası Konstitusiya Məhkəm əsi Plenumunun həmin mövqeyini nəzərə alaraq hesab etmişdir ki, iddiaçı sözügedən möhürlərin əslinin əks olunduğu sənədləri məhkəməyə təqdim etmədiyi, cavabdehin isə həmin sənədin surətini mübahisələndirdiyi halda apellyasiya instansiyası məhkəməsinin bu sənədin surəti əsasında aparılmış ekspert rəyinə istinad etməsi MPM-in 89.3-cü maddəsinin tələbləri baxımından qanunsuz olmuşdur. ç) Apellyasiya instansiya məhkəməsindəki ikinci icraat

51. Apellyasiya instansiyası məhkəməsi tərəflərə ekspert tədqiqatının aparılması üçün zəruri olan və üzərində orijinal möhür əksləri olan sənədlərin təqdim olunmasını təklif etmişdir. Qarşılıqlı iddiaçı üzərində orijinal möhür əksi olan iki sənəd təqdim etmişdir "X21" MMC-nin X11 2018-ci il 2 avqust tarixli, 004-18 saylı protokolu və həmin protokola istinadə n 2018-ci il 2 avqust tarixli razılaşma (i.v.77-82, Vİ cild). Qarşılıqlı iddia üzrə cavabdeh isə cəmiyyətin adının "X21" MMC olduğu dövrdə tərtib olunmuş 5 sənəd – "X21" MMC ilə “X24” MMC arasında bağlanmış 2018-ci il 13 noyabr tarixli alqı-satqı müqaviləsi, "X21" MMC ilə sahibkar X7 arasında bağlanmış 2019-cu il 14 yanvar tarixli xidmət müqaviləsi, "X21" MMC ilə "xxxx" MMC arasında bağlanmış 2020-ci il 6 oktyabr tarixli müqavilə, "X21" MMC ilə fiziki şəxs X4 arasında bağlanmış 2021-ci il 17 may tarixli alqı- satqı müqaviləsi, "X21" MMC ilə X8 arasında bağlanmış 2022-ci il 14 yanvar tarixli xidmət müqaviləsi (i.v.83-103, Vİ cild). İddiaçı MMC-nin 2019-cu il 19 aprel tarixli Nizamnaməsi də qarşılıqlı iddia üzrə cavabdeh tərəfindən təqdim olunmuşdur (i.v.142-151, Vİ cild).

52. Bakı Apellya siya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 19 iyul tarixli 2-2(103)-604/2023 nömrəli qərardadı ilə iş üzrə sənədlərin əlavə məhkəmə texniki ekspertizası təyin edilmiş və ekspertlər qarşısında aşağıdakı suallar qoyulmuşdur: 1) İşin 4-cü cild 70-ci vərəqinə əlavə edilmiş “Malların satışı üzrə distribüter hüquqlarının verilməsinə dair” 2018-ci il 3 yanvar tarixli müqaviləyə 2018-ci il 31 iyul tarixdə edilmiş “6 A” saylı Əlavədəki “İstehsalçı: X21” qrafasına vurulmuş möhür əksi, işin 6-cı cild 77-82-ci vərəqlərində olan protokol və razılaşmada, 6-cı cild 83-103-cü vərəqlərində olan alqı-satqı müqavilələrində və İddiaçı MMC-nin 2019-cu il 19 aprel tarixli Nizamnaməsinin titul səhifəsində (6-cı cild) İddiaçı MMC-nin adından vurulmuş möhür əksləri ilə eynilik təşkil edirmi? 2) 2018-ci il 31 iyul tarixdə edilmiş “6 A” saylı Əlavədəki “İstehsalçı: X21” qrafasına vurulmuş möhür əksi möhürün həkk edilmə tarixi və mürəkkəbinə görə sənədin tərtib olunduğu tarixdə vurulmuşdurmu?

53. Məhkəmə Ekspertizası Mərkəzinin 2023-cü il 24 avqust tarixli 5/1102-5/1104 nömrəli rəyi ilə müəyyən edilmişdir ki, “Malların satışı üzrə distribüter hüquqlarının verilməsinə dair” 2018-ci il 3 yanvar tarixli müqaviləyə 2018-ci il 31 iyul tarixdə edilmiş “6 A” saylı Əlavədəki “İstehsalçı” sütununda olan möhür əksi ekspertizaya təqdim edilmiş İddiaçı MMC-nin 2018-ci il 2 avqust tarixli 004-18 nömrəli Protokolunda və 2018-ci il 2 avqust tarixli Razılaşmada, yəni qarşılıqlı iddia üzrə iddiaçı tərəfindən təqdim olunmuş iki sənəddə olan möhür əksləri ilə eynilik təşkil edir. 2018-ci il 31 iyul tarixli “ 6 A” saylı Əlavədəki “İstehsalçı” sütununda olan möhür əksi ekspertizaya təqdim edilmiş “2018-ci il 13 noyabr tarixli QSZA230/1118 nömrəli alqı-satqı müqaviləsində, 2019-cu il 14 yanvar tarixli QSZX22/0219 nömrəli xidmət müqaviləsində, 2020-ci il 6 oktyabr tarixli 990/S-2020 nömrəli müqavilədə, 2021-ci il 17 may tarixli QSZA058/0521 nömrəli alqı-satqı müqaviləsində, 2022-ci il 14 yanvar tarixli QSZX13/0222 nömrəli xidmət müqaviləsində, İddiaçı MMC-nin Nizamnaməsinin titul səhifəsinin surətində, yəni qarşılıqlı iddia üzrə cavabdehin təqdim etdiyi sənədlərdə olan möhür əksləri ilə eynilik təşkil etmir. Qərardadın üçüncü sualı üzrə tədqiqat aparılmamışdır.

54. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 25 oktyabr tarixli 2-2(103)-604/2023 saylı qətnaməsi ilə qarşılıqlı iddia üzrə iddiaçının apellyasiya şikayəti qismən təmin olunmuş, Bakı Kommersiya Məhkəməsinin 2-2(113)-780/2021 saylı kommersiya mübahisəsi üzrə qəbul etdiyi 2021-ci il 16 iyun tarixli qətnaməsi apellyasiya baxışının predmeti olan hissədə, yəni qarşılıqlı iddianın 2018-ci il 3 yanvar tarixli HGC GD 001/2018 saylı müqavilənin 2018-ci il 31 iyul tarixli 6A saylı Əlavəsinə əsaslanan 1.271.632,66 manat pul tələbinə aid hissədə ləğv edilərək, həmin hissədə yeni qətnamə çıxarılmaqla qarşılıqlı iddia bu hissədə rədd olunmuşdur (sədrlik edən – A.İsgəndərov, hakimlər – M.Rüstəmli və V.Sadıqov).

55. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticə ilə bağlı göstərmişdir ki, işdən göründüyü kimi, qarşılıqlı iddia üzrə iddiaçı 2018-ci il 3 yanvar tarixli müqavilənin 2018-ci il 31 iyul tarixli 6A say lı Əlavəsi üzrə ilkin iddiaçıdan pul tələb edir. Qarşılıqlı iddia üzrə cavabdeh isə 6 A saylı Əlavənin mövcudluğunu qəbul etmir və həmin sənəd üzərinə vurulmuş möhürün ona aid olmadığını bildirir.

56. Qarşılıqlı iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı tərəfindən təqdim olunmuş “6 A” saylı Əlavənin və eləcə də 2018-ci il 2 avqust tarixli 004-18 nömrəli Protokolun və 2018-ci il 2 avqust tarixli Razılaşmanın mövcudluğunu qəbul etməmiş, həmin sənədlərin saxtalaşdırıldığını, sənədlər üzərində olan möhür əksinin İddiaçı MMCyə aid olmadığını bildirmişdir. Məhkəmə kollegiyası işə baxarkən 2018-ci il 2 avqust tarixli Protokolun və Razılaşmanın həqiqiliyi qəbul olunduğu təqdirdə aid olduğu İddiaçı MMC-də saxlanılmalı olmasına baxmayaraq hansı səbəbdən qarşılıqlı iddia üzrə iddiaçıda olduğu və təqdim olunduğunu sonuncunun nümayəndəsindən soruşsa da, nümayəndə bununla bağlı hər hansı izah verə bilməmişdir.

57. Qarşılıqlı iddia üzrə cavabdehin nümayəndəsi və eləcə də apellyasiya baxışı zamanı dindirilmiş şahidlər (İddiaçı MMC-də X15nin köməkçisi olmuş Elman Musayev və İdarə Heyətinin üzvü olmuş Hikmət Əliyev) bildirmişlər ki, möhürlər üzərində olan yazılardan da onların fərqli olduğu görünür, belə ki, “6 A” saylı Əlavənin və eləcə də 2018ci il 2 avqust tarixli 004-18 nömrəli Protokolun və 2018-ci il 2 avqust tarixli Razılaşmanın üzərindəki möhürdə Cəmiyyətin adı ingilis dilində “Compan”, İddiaçı MMC-yə aid bütün sənədlərdəki möhür əkslərində isə “Company” yazılmışdır. Eləcə də, möhürdə ölkənin adı “Republic of Azerbaijan” kimi deyil, “Azerbaijan Republic” kimi qeyd olunmuşdu r.

58. Məhkəmə kollegiyası İddiaçı MMC-nin adının “Arkoz X21” MMC-yə dəyişdirilməsi ilə əlaqədar olaraq müəssisəyə məxsus üç möhürün məhv olunduğunu nəzərə alaraq onların məhv edilməsi ilə bağlı sənədlərin işə baxan məhkəməyə təqdim olunmasını qarşılıqlı iddia üzrə cavabdehə təklif etmişdir. Qarşılıqlı iddia üzrə cavabdeh tərəfindən bir möhürün Dövlət Vergi Xidmətinə təhvil verilməsi və iki möhürün daxili əmr əsasında məhv edilməsi ilə bağlı aktlar məhkəməyə təqdim olunmuşdur. Həmin aktların üzərində MMC-yə məxsus hər üç möhürün əksi mövcuddur. Adi gözlə nəzərdən keçirilməklə də aydın şəkildə görünür ki, həmin möhür əkslərində olan yazılar eyni olmaqla Cəmiyyətin adı ingilis dilində “Limited Liability Company” və ölkənin adı “Republic of Azerbaijan” kimi qeyd olunmuşdur. 6A saylı Əlavənin və eləcə də qarşılıqlı iddiaçının ekspert tədqiqatı üçün təqdim etdiyi 2018-ci il 2 avqust tarixli 004-18 nömrəli Protokolun və 2018-ci il 2 avqust tarixli Razılaşmanın üzərindəki möhürdə isə Cəmiyyətin adı ingilis dilində “Limited Liability Compan” və ölkənin adı “Azerbaijan Republic” kimi yazılmışdır.

59. Möhür əkslərində olan bu ciddi fərqlər adi gözlə də kifayət qədər aydın göründüyündən və bu baxımdan 6A saylı Əlavənin üzərindəki möhür əksinin İddiaçı MMCyə məxsus olmaması ilə bağlı 2022-ci il 19 sentyabr və 2023-cü il 24 avqust tarixli ekspert rəyləri arasında hər hansı uyğunsuzluq, ziddiyyət müəyyən edilmədiyindən məhkəmə kollegiyası möhürlə bağlı əlavə ekspertiza təyin olunmasına lüzum görməmiş və 6A saylı Əlavənin üzərində olan möhürün İddiaçı MMC-yə məxsus olmadığı qənaətinə gəlm işdir.

60. Yuxarıda qeyd olunduğu kimi, 2018-ci il 31 iyul tarixdə İddiaçı MMC-nin adından 6 saylı Əlavə tərtib olunmuşdur. Məhkəmə kollegiyası qeyd etmişdir ki, eyni gündə tərtib olunduğu iddia edilən digər “Əlavə”yə nəyə görə ardıcıllıq gözlənilməklə “7” nömrəsi deyil, “6A” nömrəsinin verildiyi də anlaşılan deyil. Qarşılıqlı iddia üzrə cavabdehin nümayəndəsinin verdiyi izahata əsasən həmin müəssisədə tərtib olunmuş müqavilələrin nömrələnməsində bir qayda olaraq hərflərdən deyil, yalnız rəqəmlərdən istifadə olunur, təcrübədə müqavilələrin, yaxud onlara əlavələrin hərflərdən istifadə olunmaqla və eyni rəqəmlərlə nömrələnməsi tətbiq edilmir. Məhkəmə kollegiyasının qənaətinə görə sənədlərin xronoloji rəqəm ardıcıllığı ilə nömrələndiyi bir müəssisədə fərqləndirici hərfdən istifadə etməklə eyn i nömrədən istifadə olunması həmin sənədin həqiqi olmadığından, köhnə tarixlə tərtib olunduğundan və saxtalaşdırıldığından xəbər verir.

61. Məhkəmə kollegiyası iş materiallarına əsasən onu da qeyd etmişdir ki, işdə 2018-ci il 3 yanvar tarixli müqaviləyə sonradan edilmiş cəmi 8 əlavə vardır və bu əlavələrdən yalnız birində - “6 A” saylı Əlavədə onun X15 Fariz İbrahimli tərəfindən imzalandığı qeyd edilmişdir. Fariz İbrahimli 2018-ci il 18 sentyabr tarixində, yəni 6 A saylı Əlavənin tarixindən bir ay 17 gün sonra X15 vəzifəsindən azad edilmişdir və iddiaçının nümayəndəsinin verdiyi izahata görə işdən azad olunduqdan sonra o, qarşılıqlı iddia üzrə iddiaçının rəhbərliyi ilə yaxın münasibətdə olduğundan rəsmi olmasa belə onlarla birlikdə çalışmışdır. Ekspert rəyi ilə 6 A saylı Əlavənin üzərindək i imzanın Fariz İbrahimliyə məxsus olmadığı müəyyən edilsə də, Fariz İbrahimli müqavilənin onun tərəfindən imzalandığını bildirmişdir. Məhkəmə kollegiyası 6A saylı Əlavənin üzərində olan möhürün İddiaçı MMC-yə məxsus olmadığı qənaətinə gəldiyindən bununla bağlı əlavə araşdırma aparılmasına və qiymətləndirməyə ehtiyac görməmişdir. Məhkəmə kollegiyasının qənaətinə görə 6A saylı Əlavə İddiaçı MMC-nin iradə ifadəsini əks etdirmədiyindən və məhkəmə tərəfindən əhəmiyyətsiz sayılıb-sayılmamasından asılı olmayaraq öz-özlüyündə heç bir hüquqi nəticə doğurmadığından etibarlı əqd kimi qəbul edilə bilməz.

62. Məhkəmə kollegiyası “6 A” saylı Əlavədəki “İstehsalçı” sütununda olan möhür əksinin İddiaçı MMC-nin Nizamnaməsində və təqdim olunmuş alqı-satqı və xidmət müqavilələrində olan möhür əksləri ilə eynilik təşkil etmədiyini nəzərə alaraq, həmin Əlavəni mötəbər sübut kimi qəbul etməmiş və tərəflər arasında belə bir müqavilənin (Əlavənin) bağlanmadığı qənaətinə gəlmişdir. Məhkəmə kollegiyası hesab etmişdir ki, belə olan halda mövcud olmayan müqavilə üzrə qarşılıqlı iddia üzrə iddiaçının qarşılıqlı iddia üzrə cavabdehdən pul tələb etməsinin nə faktiki, nə də hüquqi əsası yoxdur.

63. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq hesab etmişdir ki, birinci instansiya məhkəməsinin qətnaməsi apellyasiya baxışının predmeti olan hissədə ləğv edilməli və yeni qətnamə çıxarılmaqla qarşılıqlı iddia qeyd olunan hissədə əsassız olduğundan yenə də rədd edilməlidir. Bu baxımdan Məhkəmə kollegiyası apellyasiya şikayətini yalnız qətnamənin apellyasiya baxışının predmeti olan hissədə ləğv edilməsi hissəsində əsaslı saymışdır.

64. Apellyasiya instansiyası məhkəməsi öz mövqeyini MPM-in 14.2, 77.1, 81, 88-ci maddələrinə istinad etməklə əsaslandırmışdır.

65. Qarşılıqlı iddia üzrə iddiaçı kassasiya şikayəti verərək apellyasiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və qarşılıqlı iddianın 2018-ci il 3 yanvar tarixli HGC GD 001/2018 saylı müqavilənin 2018-ci il 31 iyul tarixli 6A saylı Əlavəsinə əsaslanan 1.271.632,66 manat pul tələbinə aid hissəsində təmin edilməsinə dair yeni qərar qəbul olunmasını xahiş etmişdir.

66. Qarşılıqlı iddia üzrə iddiaçı tərəfindən kassasiya şikayətinə əlavə də təqdim edilmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri:

67. MM-in 385.1-ci maddəsinin tələbi pozulmuşdur. Tərəflər arasında imzalanmış HGC GD 001/2 018 saylı 2018-ci il 3 yanvar tarixli müqavilənin 2018-ci il 31 iyul tarixli 6A saylı Əlavəsində “Distribüter” il ərzində 1 (bir) milyon manatdan artıq satış reallaşdırarsa, satılmış məhsulların dəyərinin 5 % məbləği bonus kimi “İstehsalçı” tərəfindən hesablanaraq növbəti ilin birinci ayında “Distribüter”ə geri ödənilir” müddəası vardır. Müqavilənin bu müddəası İddiaçı MMC tərəfindən kobud şəkildə pozularaq qarşılıqlı iddia üzrə iddiaçıya çatası 1.271.632,66 manat vəsait bu günə kimi ödənilməmişdir. Qeyd edilməlidir ki, tərəflər HGCGD 001/2018 saylı 2018-ci il 3 yanvar tarixli müqavilənin 2018ci il 31 iyul tarixli 6A saylı Əlavəsinin bağlanmış hesab edilməsi üçün əqdin formasının uyğun gəlməli olduğu əlavə tələblər müəyyən etməmişlər. MM-də isə hüquqi şəxslərin bağladıqları yazılı əqdlərə möhürün vurulmalı olması barədə imperativ norma yer almamışdır. Belə olan halda sözügedən razılaşmanın bağlanması üçün ona İddiaçı MMCnin möhürünün vurulub-vurulmaması ümumiyyətlə əhəmiyyət kəsb etmir.

68. İş materiallarından açıq-aşkar görünür ki, müqavilə üzrə imza Fariz İbrahimliyə məxsus olmuşdur. X20 özü notarial ərizə ilə təsdiqləmişdir. Buna baxmayaraq imzanın həqiqiliyinin araşdırılması üçün təyin olunan ekspert imzanın Fariz İbrahimliyə aid olmadığını göstərmişdir. 2018-ci il 3 yanvar tarixli müqaviləyə 2018-ci il 31 iyul tarixli “6 A” saylı Əlavənin İddiaçı MMC-nin X15 olmuş F.İbrahimli tərəfindən imzalandığı müəyyən olunsa da, məhkəmə möhürün İddiaçı MMC-yə aid olmadığını əsas gətirərək iddianı təmin etməmişdir. b) Kassasiya şikayətinə əlavənin dəlilləri:

69. Qarşılıqlı iddia üz rə iddiaçı dəfələrlə birinci instansiya və apellyasiya instansiyası məhkəmələrində ilkin iddia üzrə iddia ərizəsinə imza atmaq hüququ olan şəxsin imzasının saxtalaşdırılaraq məhkəməyə müraciət edilməsi barədə vəsatətlər vermiş, sənədləri imzalamış Sebastian Hermannın məhkəməyə dəvət olunmasını tələb etmiş, məhkəmələr bu vəsatətləri təmin etməmiş və nəticədə mühüm əhəmiyyət kəsb edən hallara qiymət verilməmişdir.

70. İddiaçı MMC-nin adından iddia ərizələrinin və iddia ərizələrinə əlavələrin qanunvericiliyə əsasən hüququ olan şəxs tərəfindən imzalanmadığı Sebastian Hermannın qarşılıqlı iddia üzrə iddiaçıya cavab məktubu ilə təsdiq edilir və həmin cavab məktubu kassasiya şikayətinə əlavə edilir. Cavab məktubu qanunvericiliyə uyğun olaraq Almaniyada notariusda imzalanaraq Azərbaycanın Almani yadakı Konsulluq İdarəsində apostil edilmişdir. c) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

71. Qarşılıqlı iddia üzrə cavabdeh kassasiya şikayətinə qarşı etiraz təqdim etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı MMC adlandırıldıqdan sonra 3 ədəd möhürdən istifadə olunmuşdur. Cəmiyyətin İdarə Heyəti 3 nəfərdən (sədr/üzv: Fariz İbrahimli; digər üzvlər: Elçin Axundov və Joachim Pohlmann) təşkil olunduğuna görə hər üzvdə 1 ədəd möhür olmuşdur. İdarə Heyətinin həm sədri, həm də üzvləri Cəmiyyətin adından müvafiq sənədləri (müqavilə və s.) imzalamaq səlahiyyətinə malik olmuşlar (hüquqi şəxslərin dövlət reyestrindən çıxarış işə əlavə olunub). Fariz İbrahimli və Elçin Axundov vəzifələrindən azad olunarkən (bu zaman X14 Heyətinin üzvü kimi saxlanılmışd ır), Fariz İbrahimli özünün, habelə Elçin Axundovun istifadəsində olmuş cəmi 2 ədəd möhürü İdarə Heyətinin yeni seçilmiş üzvünə - X6 təhvil vermişdir (2018-ci il 19 sentyabr tarixli təhvil-təslim aktı iş materiallarına əlavə olunub). Üçüncü dairəvi möhürün isə Joachim Pohlmanna təhvil verildiyi təhvil-təslim aktında öz əksini tapmışdır. Nəticə etibarilə, İddiaçı MMC-də hər birinin eskizi eynilik təşkil edən cəmi 3 ədəd möhür olmuşdur. İddiaçı MMC-nin təsisçisinin müvafiq qərarı ilə Cəmiyyətin adı dəyişdirilərək “Arkoz X21” MMC adlandırıldığına görə, Cəmiyyətə məxsus 3 ədəd möhürdən 1 ədədi 2022-ci il 24 iyun tarixdə vergi orqanına təhvil verilmiş, qalan 2 ədədi isə Cəmiyyətin direktorunun iştirakı ilə eyni tarixdə məhv edilmiş və bu barədə akt tərtib edilmişdir (müvafiq sənədlər işə əlavə olunub). Həmin məsələlər hazırkı iş üzrə də araşdırılmış və iddiaçı tərəfindən apellyasiya icraatı zamanı bütün lazımi sənədlər (müqavilələr, əmrlər və s.) məhkəməyə təqdim olunmuşdur. Əlavə olaraq, məhkəmə iclasında şahidlər də ifadə vermişlər. Təqdim edilmiş sənədlərin heç birində 6A saylı əlavədə olan möhür nümunəsinə rast gəlinməmişdir. Digər tərəfdən, Cəmiyyətin müqavilə reyestrində müqavilələrin nömrələnməsi hərflərdən istifadə edilmədən rəqəmlərin ardıcıllığı üzrə aparılmışdır. Eyni zamanda, məhkəmə iclasında ifadə vermiş şahidlər Cəmiyyətdə 6A saylı əlavədə olan möhürdən istifadə edilmədiyini, belə bir möhür nümunəsinə rast gəlmədiklərini məhkəməyə bildirmişlər. Bundan başqa, tərəflər arasında bağlanmış “Malların satışı üzrə “Distribüter” hüquqlarının verilməsinə dair” HGC GD 001/2 018 saylı 2018-ci il 3 yanvar tarixli müqavilənin 19.2-ci bəndinə görə, müqaviləyə edilən bütün əlavə və dəyişikliklər yalnız yazılı formada olduqda və tərəflərin səlahiyyətli şəxsləri ilə imzalandıqda və möhürləndikdə hüquqi qüvvəyə malikdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 331.2-ci maddəsinə görə, qanunda, digər hüquqi aktlarda və ya tərəflərin razılaşmasında əqdin formasının uyğun gəlməli olduğu əlavə tələblər (müəyyən formalı blankda tərtib etmə, möhürlə təsdiqləmə və i.a.) müəyyənləşdirilə bilər və bu tələblərə riayət edilməməsinin nəticələri nəzərdə tutula bilər. Buradan belə nəticəyə gəlinir ki, tərəflərin razılaşmasında 2018-ci il 3 yanvar tarixli müqaviləyə edilən bütün əlavə və dəyişikliklərin hüquqi qüvvəyə minməsi üçün əlavə tələb müəyyənləşdirilmişdir. Yəni həmin əq də edilən hər hansı əlavə və dəyişikliyin qüvvəyə minməsi üçün əqdin imzalanması kifayət deyil, əqd həm də tərəflərin möhürü ilə təsdiq olunmalıdır. Cavabdehin təqdim etdiyi kassasiya şikayətinə əlavəyə gəldikdə isə iddiaçının cavabdehə qarşı 3.436.735,58 manat qalıq borcun, gecikdirilmiş müddət üçün 343.673,55 manat cərimənin və ödənilmiş 30 manat dövlət rüsumunun əvəzinin, cəmi 3.780.439,13 manat məbləğində pulun tutularaq iddiaçıya ödənilməsi barədə ilkin iddiasına artıq baxılmış və bu barədə yekun məhkəmə aktı qəbul edilmişdir. Bu baxımdan iddiaçının ilkin iddia tələbi hazırkı kassasiya baxışının predmeti deyildir. İİ. KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

72. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsi bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuni liyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır (MPM-in 403 və 416-cı maddələri).

73. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da apelyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir. İİİ. TƏTBİQ EDİLƏN HÜQUQ

74. Azərbaycan Respublikası Mülki Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə

331. Yazılı əqd... 331.2. Tərəflərin razılaşmasında əqdin formasının uyğun gəlməli olduğu ə lavə tələblər (müəyyən formalı blankda tərtibetmə, möhürlə təsdiqləmə və i.a.) müəyyənləşdirilə bilər və bu tələblərə riayət edilməməsinin nəticələri nəzərdə tutula bilər....” “Maddə

385. Öhdəlik anlayışı 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır....” “Maddə

386. Öhdəliklərin əmələ gəlməsi əsasları 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır....” “Maddə

567. Al ğı-satqı müqaviləsi Alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.”

75. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə

14. İş üzrə məhkəmə baxışının prinsipləri... 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir....” “Maddə

77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir....” “Maddə

416. Kassasiya instansiyasında işə baxmanın hədləri 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apell yasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır....” Kassasiya instansiyası məhkəməsinin mövqeyi

76. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunduğundan, habelə qətnamənin ləğvinə əsas olan prosessual hüquq normalarının pozuntusuna yol verilmədiyindən, kassasiya şikayətinin dəlilləri isə əsassız olduğundan iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 25 oktyabr tarixli 2-2(103)-604/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin edilməməlidir.

77. Qarşılıqlı iddia üzrə iddiaçının kassasiya şikayətinin əsas dəlili bundan ibarətdi r ki, tərəflər arasında bağlanmış 2018-ci il 3 yanvar tarixli müqavilənin 6 A saylı əlavəsinə möhür vurulub-vurulmaması əhəmiyyət kəsb etməmiş, müqavilə qarşılıqlı iddia üzrə cavabdehin X15 Fariz İbrahimli tərəfindən imzalanmışdır.

78. Məhkəmə kollegiyası kassatorun bu dəlilini apellyasiya instansiyası məhkəməsinin qəynaməsinin ləğvi üçün əsas hesab etmir. Belə ki, mübahisəli 6 A saylı Əlavə tərəflər arasında bağlanmış 2018-ci il 3 yanvar tarixli müqavilə üzrə tərtib olunmuş, həmin müqavilənin 19.2-ci bəndində isə nəzərdə tutulmuşdur ki, müqaviləyə edilən bütün əlavə və dəyişikliklər yalnız yazılı formada olduqda, tərəflərin səlahiyyətli şəxsləri ilə imzalandıqda və möhürləndikdə hüquqi qüvvəyə malikdir.

79. Apelyasiya Məhkəməsi iş materiallarını hərtərəfli araşdıraraq müəyyən etmişdir ki, işdə 2018-ci il 3 yanvar tarixli müqaviləyə sonradan edilmiş cəmi 8 əlavə vardır və bu əlavələrdən yalnız birində - “6 A” saylı Əlavədə onun X15 Fariz İbrahimli tərəfindən imzalandığı qeyd edilmişdir. Fariz İbrahimli 2018-ci il 18 sentyabr tarixində, yəni 6 A saylı Əlavənin tarixindən bir ay 17 gün sonra X15 vəzifəsindən azad edilmişdir və iddiaçının nümayəndəsinin verdiyi izahata görə işdən azad olunduqdan sonra o, qarşılıqlı iddia üzrə iddiaçının rəhbərliyi ilə yaxın münasibətdə olduğundan rəsmi olmasa belə onlarla birlikdə çalışmışdır. Məhkəmə kollegiyası 6A saylı Əlavənin üzərində olan möhürün İddiaçı MMCyə məxsus olmadığını müəyyən edərək o nəticəyə gəlmişdir ki, 6A saylı Əlavə İddiaçı MMC-nin iradə ifadəsini əks etdirmir və məhkəmə tərəfindən əhəmiyyətsiz sayılıbsayılmamasından asıl ı olmayaraq öz-özlüyündə heç bir hüquqi nəticə doğurmadığından etibarlı əqd kimi qəbul edilə bilməz.

80. Kassasiya instansiyası məhkəməsinin göstərişləri əsasında yenidən araşdırma aparan apellyasiya məhkəməsi tərəflərə ekspert tədqiqatının aparılması üçün zəruri olan və üzərində orijinal möhür əksləri olan sənədlərin təqdim olunmasını təklif etmiş, iş üzrə keçirilmiş məhkəmə texniki ekspertizasının rəyi ilə isə müəyyən edilmişdir ki, mübahisəli “6 A” saylı Əlavədəki möhür əksi qarşılıqlı iddia üzrə iddiaçı tərəfindən təqdim olunmuş iki sənəddə olan möhür əksləri ilə eynilik təşkil etsə də, qarşılıqlı iddia üzrə cavabdehin təqdim etdiyi sənədlərdə olan möhür əksləri ilə eynilik təşkil etmir.

81. Eyni zamanda, İddiaçı MMC-nin adının “Arkoz X21” MMC-yə dəyişdirilməsi ilə əlaqədar olaraq, ape llyasiya instansiyası məhkəməsi tərəfindən qarşılıqlı iddia üzrə cavabdeh müəssisəyə məxsus hər üç möhürün məhv edilməsi ilə bağlı sənədlərin təqdim olunması təklif edilmişdir. Qarşılıqlı iddia üzrə cavabdeh tərəfindən bir möhürün Dövlət Vergi Xidmətinə təhvil verilməsi və iki möhürün daxili əmr əsasında məhv edilməsi ilə bağlı aktlar məhkəməyə təqdim olunmuşdur. Həmin aktların üzərində MMC-yə məxsus hər üç möhürün əksi mövcud olmuş, möhür əkslərinə baxış keçirən apellyasiya instansiyası məhkəməsi müəyyən etmişdir ki, həmin möhür əkslərində olan yazılar eyni olmaqla Cəmiyyətin adı ingilis dilində “Limited Liability Company” və ölkənin adı “Republic of Azerbaijan” kimi qeyd olunmuşdur. 6A saylı Əlavənin və eləcə də qarşılıqlı iddiaçının ekspert tədqiqatı üçün təqdim etdiyi sənədlərin üzər indəki möhürdə isə Cəmiyyətin adı ingilis dilində “Limited Liability Compan” və ölkənin adı “Azerbaijan Republic” kimi yazılmışdır.

82. Möhür əkslərində adi gözlə də aydın görünən ciddi fərqlərin olduğunu nəzərə alan apellyasiya instansiyası məhkəməsi “6 A” saylı Əlavəni mötəbər sübut kimi qəbul etməmiş və tərəflər arasında belə bir müqavilənin (Əlavənin) bağlanmadığı qənaətinə gəlmişdir.

83. Apellyasiya instansiyası məhkəməsi tərəfindən kassasiya qaydasında daha əvvəl işə baxmış məhkəmə tərkibinin göstərişləri yerinə yetirilməklə gəlinmiş bu nəticə ilə razılaşan məhkəmə kollegiyası həmçinin qeyd edir ki, mübahisəli Əlavənin üzərində olan möhürün qarşılıqlı iddia üzrə cavabdehə məxsus olması təsdiqini tapmadığından, müqavilədə isə bütün əlavə və dəyişikliklərin yalnız səlahiyyətli şəxslər tərəfindən imzalandıqda və möhürləndikdə hüquqi qüvvəyə malik olması müəyyənləşdirildiyindən, apellyasiya məhkəməsi haqlı olaraq 6 A saylı Əlavənin qarşılıqlı iddia üzrə cavabdehin X15 Fariz İbrahimli tərəfindən imzalanması ilə bağlı əlavə araşdırma aparılmasına zərurət görməmişdir. Məhkəmə kollegiyası bu zaman onu da nəzərə alır ki, eyni gündə tərtib olunduğu iddia edilən digər “Əlavə”yə nəyə görə ardıcıllıq gözlənilməklə “7” nömrəsi deyil, “6A” nömrəsinin verildiyi də anlaşılan deyil, apellyasiya instansiyası məhkəməsində verdiyi izahatda qarşılıqlı iddia üzrə cavabdehin nümayəndəsi isə həmin müəssisədə tərtib olunmuş müqavilələrin nömrələnməsində bir qayda olaraq hərflərdən deyil, yalnız rəqəmlərdən istifadə olunduğunu, təcrübədə müqavilələrin, yaxud onlara əlavələrin hərflərdən istifad ə olunmaqla və eyni rəqəmlərlə nömrələnməsinin tətbiq edilmədiyini bildirmiş, bundan başqa, təkrar apellyasiya baxışı zamanı qarşılıqlı iddia üzrə iddiaçı tərəfindən təqdim edilmiş sənədlər ("X21" MMC-nin Müşahidə Şurasının iclasının 2018-ci il 2 avqust tarixli 004-18 saylı protokolu və 2018-ci il 2 avqust tarixli razılaşma) mahiyyətinə görə qarşılıqlı iddia üzrə cavabdehdə saxlanılmalı sənədlər olmasına baxmayaraq, həmin sənədlərin hansı səbəbdən qarşılıqlı iddia üzrə iddiaçıda olması ilə bağlı sonuncu tərəfindən hər hansı izah verilməmişdir.

84. Kassasiya instansiyası məhkəməsinin qərarı ilə apellyasiya məhkəməsinin qətnaməsi qismən – qarşılıqlı iddianın 2018-ci il 3 yanvar tarixli HGC GD 001/2018 saylı müqavilənin 2018-ci il 31 iyul tarixli 6A saylı Əlavəsinə əsaslanan 1.271.632,66 mana t pulun tutulmasına dair hissəsində ləğv edilərək, iş həmin hissədə yenidən baxılmaq üçün apellyasiya məhkəməsinə qaytarıldığından, məhkəmə kollegiyası kassasiya şikayətinin “ilkin iddia üzrə iddia ərizəsinə imza atmaq hüququ olan şəxsin imzasının saxtalaşdırılması” barədə dəlilləri üzrə hüquqi dəyərləndirmə aparmır.

85. Beləliklə, işə kassasiya qaydasında baxan məhkəmə hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işə baxılarkən maddi və prosessual hüquq normalarının pozuntusuna yol verilməmiş, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar mövcud olmamışdır. Kassasiya şikayətinin dəlilləri əsassız olduğundan təmin edilməməli, Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 25 oktyabr tarixli 2-2(103)-604/2023 nömrəl i qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

86. Yuxarıda göstərilənlərə və MPM-in 416, 417, 419-cu maddələrinə əsasən, məhkəmə kollegiyası Qərara aldı: Qarşılıqlı iddia üzrə iddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin olunmasın. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 25 oktyabr tarixli 2-2(103)-604/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar