Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-2(102)-99/2019 08.02.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının QƏRARDADİ (Kassasiya şikayətinin icraata qəbulundan imtina barədə) Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimi Nəbizadə Rahib Sahib oğlu, cavabdeh “xxxx” ASC Cavabdeh verdiyi kassasiya şikayətini nəzərdən keçirərək müəyyən etdim: İddiaçı, fərdi sahibkar X2 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək cavabdeh “xxxx” ASC Cavabdeh ümumilikdə 5.741 manat tutulub ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-2(81)-625/2018 saylı, 12 iyul 2018-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilərək cavabdeh “xxxx” ASC Cavabdeh görülmüş işlərin dəyəri 2.500 manat alınıb iddiaçı X1 verilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasının 2-2(103)-667/2018 saylı, 23 oktyabr 2018-ci il tarixli qətnaməsi ilə cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 12 iyul 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Cavabdeh həmin qətnamədən kassasiya şikayəti vermişdir. Aşağıda göstərilənlərə əsasən sözügedən kassasiya şikayəti işlə birlikdə kassasiya icraatına qəbul edilmədən qaytarılmalıdır. Belə ki, 2017-ci il 31 oktyabr tarixdə “Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsində dəyişikliklər edilməsi haqqında” və “Azərbaycan Respublikası İnzibatiProsessual Məcəlləsində dəyişikliklər edilməsi h aqqında” Qanunlar qəbul edilmiş, onların 2018-ci il 1 yanvar tarixdən qüvvəyə minməsi müəyyən olunmuşdur. Sözügedən Qanunla Mülki Prosessual Məcəllənin 402-ci maddəsi yeni redaksiyada verilmişdir. 2018-ci il 1 yanvar tarixdən qüvvədə olan (sonrakı dəyişikliklərlə) həmin maddəyə görəapellyasiya məhkəmələrinin mülki və inzibati-iqtisadi kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və inzibati-iqtisadi kollegiyalarının qətnamələrindən, işin məhkəmə aidiyyəti üzrə göndərilməsi və ya məhkəmə aidiyyəti haqqında ərizənin rədd edilməsi, apellyasiyasının qeyri-mümkün hesab edilməsi və kassasiya şikayətinin qaytarılması, habelə iş üzrə icraata xitam verilməsi barədə qərardadlarından kassasiya şikayəti verilə bilər. MPM-in 404-1-ci maddəsinə görə apellyasiya instansiyası mə hkəməsində baxılan mülki işlər üzrə iddianın qiyməti iki min manatdan, iqtisadi mübahisələrə görə işlər üzrə iddianın qiyməti on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələrdən kassasiya şikayəti verilə bilməz. Bəhs olunan normaya görə apellyasiya instansiya məhkəmələrinin qiymətləndirilən iddialar üzrə 2018-ci il 1 yanvar tarixədək qəbul etdikləri qətnamələrindən kassasiya şikayəti vermək hüququ MPM-in 2018-ci il 1 yanvar tarixədək qüvvədə olan müddəaları ilə tənzimlənir. Həmin qətnamələrdən işdə iştirak edən şəxslər iddianın qiymətindən asılı olmayaraq kassasiya şikayəti verə bilərlər. Hazırkı iqtisadi mübahisə üzrə işdə iddianın qiyməti on min manatdan az olduğundan və apellyasiya instansiyası məhkəməsində qətnamə 2018-ci il 1 yanvar tarixdən sonra qəbul edildiyindən qətnamədən kassasiya şikayəti verilməsi istisna edilmişdir. Beləliklə, iqtisadi mübahisələrə görə işlər üzrə iddianın qiyməti on min manatdan az olan əmlak xarakterli iddialar üzrə apellyasiya məhkəməsinin qətnaməsindən 2018-ci il 1 yanvar tarixdən sonra kassasiya şikayəti verilməsi mümkün deyildir. Lakin buna baxmayaraq apellyasiya məhkəməsi düzgün olmayaraq özünün 23 oktyabr 2018-ci il tarixli qətnaməsində həmin məhkəmə aktından 2 ay müddətində kassasiya şikayətinin verilə biləcəyini göstərmişdir. Öz növbəsində cavabdeh belə hüquqa malik olmadığı halda kassasiya şikayəti vermişdir. Odur ki, hazırkı iş üzrə cavabdehin kassasiya şikayətinin icraata qəbulundan imtina edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 402 və 404-1-ci maddələrini rəh bər tutaraq qərar verdim: Cavabdeh “xxxx” ASC Cavabdeh verdiyi kassasiya şikayətinin icraata qəbul edilməsindən imtina edilsin. Kassasiya şikayəti qaytarılması üçün iqtisadi işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilsin.
Məhkəmə qərarları › İş №2-2(102)-99/2019
Ali Məhkəmə Qərardad — İş №2-2(102)-99/2019
08.02.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver