Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-1/2023 01.09.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası adından İddiaçı Cavabdeh MMC-yə qarşı “torpaq sahəsinin zəbt edilməsinin qanunsuz hesab edilməsi, həmin hissənin boşaldılaraq əvvəlki vəziyyətə gətirilməsi, torpaq sahəsi üzrə qonşu sərhədlərinin ara məsafələri nəzərə alınmaqla həmin sahələrdə tikinti işlərinin aparılmasının qadağan olunması və pulun tutulması” tələblərinə dair kommersiya mübahisəsi üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası X3 Qurbanovun sədrliyi ilə, Vüsalə Ələkbər qızı Baxışovadan və X2 ibarət tərkibdə, məhkəmə iclas katibi Nofəl Rəhman oğlu Abdullayevin katibliyi ilə, cavabdehin nümayəndəsi və vəkili Nümayəndə3 iştirakı ilə, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-2(81)-65/2018 saylı kommersiya mübahisəsi üzrə qəbul etdiyi 12 oktyabr 2018-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən kommersiya mübahisəsinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, İŞİN HALLARİ, İŞ ÜZRƏ MƏHKƏMƏ İCRAATİ
1. ünvan 1 ünvanında yerləşən 0,013 ha torpaq sahəsi xüsusi mülkiyyət hüququ ilə İddiaçına məxsusdur.
2. Bakı şəhəri Nəsimi rayon İcra Hakimiyyəti başçısının “yaşayış və qeyri-yaşayış binalarının layihələndirilməsi haqqında” 30 sentyabr 2016-cı il tarixli, 182 saylı sərəncama əsasən Bakı şəhərinin bir sıra rayonlarının, o cümlədən Nəsimi rayonunun sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 fevral 2016-cı il tarixli, 86 saylı qərarının icrası üzrə Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsindən ünvanlanmış 02 iyun 2016-cı il tarixli 02/05-806 №li Şəhərsalma Əsaslandırılması barədə məktuba əsaslanaraq, Ak.Mirəsədulla Mirqasımov, Süleyman Rüstəm, İmran Qasımov və Xan Şuşinski küçələrinin kəsişməsindəki məhəllədə yerləşən ərazinin 0,65 ha sahəsində mövcud yaşayış və qeyri-yaşayış bina və qurğularının sökülərək, yerində çoxmərtəbəli yaşayış binalarının və qeyriyaşayış obyektlərinin tikintisinin layihələndirilməsi üçün torpaq sahəsi icarə əsasında Cavabdeh MMC-yə verilmiş, ərazidə yerləşən yaşayış və qeyri yaşayış tikililərinin sökülməsi, qanunvericiliyin tələblərinə uyğun olaraq qəzalı vəziyyətdə olan binaların sökülməsindən sonra yeni yaşayış binası tikilənədək bu binalardan köçürülən sakinlərin müvəqqəti olaraq kirayə edilmiş mənzillərdə yerləşdirilməsi üçün lazımi maliyyə vəsaitinin ödənilməsi və həmin sakinlərə sökülmüş tikililərin yerində yeni tikiləcək yaşayış binasında müvafiq qaydada mənzillərin ayrılması Cavabdeh MMCyə həvalə edilmişdir.
Birinci instansiya məhkəməsindəki icraat
3. İddiaçı Cavabdeh MMC-yə qarşı iddia ərizəsi ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək, İddiaçı xüsusi mülkiyyətindəki 130 kv.m (0,013 ha) torpaq sahəsinin Cavabdeh MMC tərəfindən zəbt etməsinin qanunsuz hesab edilməsi, həmin hissənin boşaldılaraq əvvəlki vəziyyətə gətirilməsinin cavabdehə həvalə edilməsi, torpaq sahəsi üzrə qonşu sərhədlərinin ara məsafələri nəzərə alınmaqla həmin sahələrdə tikinti işlərinin aparılmasının cavabdehə qadağan olunması, cavabdehdən kəsilmiş 3 ağaca görə 45.000 manatın alınaraq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
4. İddiaçı bildirir ki, mülkiyyətində olan torpaq sahəsi cavabdeh tərəfindən qanunsuz zəbt edilərək orada tikinti işləri aparılır. Cavabdeh iddiaçının torpaq sahəsindəki 3 çoxillik ağacı kəsərək ərazidə traktor vasitəsi ilə qazıntı, söküntü və hasarlama işlərinə başlayıb, iddiaçının torpaq sahəsinin bir hissəsinin də hasara alınması üçün dirəklər basdırıb. Hər bir ağacın qiyməti 15000 manat təşkil edir. İddiaçı mülkiyyətində olan torpaq sahəsini qanunsuz zəbt edilməsinə irad bildirərək, torpaq sahəsinin boşaldılaraq əvvəlki vəziyyətə gətirilməsini, həmin ərazidə heç bir iş aparılmamasını cavabdehdən tələb etsə də, cavabdeh zəbt etdiyi torpaq sahəsinin Nəsimi Rayon İcra Hakimiyyəti tərəfindən ona verildiyini və bu barədə onda sənədlərin olmasını bildirib, lakin həmin sənədləri iddiaçıya göstərməyib.
5. Cavabdeh iddiaya etiraz edir və bildirir ki, Cavabdeh MMC onun üçün səlahiyyətli orqan tərəfindən müvafiq sərəncam əsasında ayrılmış torpaq sahəsində icazəli tikinti aparmış, iddiaçıya məxsus torpaq sahəsində isə heç bir tikinti aparılmayıb və aparılmır. İddiaçının torpaq sahəsinə tərəflərindən müdaxilə olunması halı və ağac kəsilməsi, habelə ziyan vurulması həqiqətə uyğun deyil və iddiaçı tərəfindən həmin hallara dair hər hansı bir sübut məhkəməyə təqdim edilməmişdir.
6. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 12 oktyabr 2018-ci il tarixli 2-2(81)- 65/2018 saylı qətnaməsi ilə iddia təmin edilməmişdir.
7. İddiaçı həmin qətnamədən apellyasiya şikayəti vermişdir. APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a) Apellyasiya şikayətinin dəlilləri
8. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, İddiaçı nümayəndəsinin məhkəmə baxışında iştirak edə bilməməsi səbəbindən öz tələblərinin əsaslandırdığı dəlilləri, sübutları və hüquqi nəticələri barədə məlumat vermək, təqdim etmək imkanından məhrum olub. Həmçinin, məhkəmə qətnamə qəbul edərkən iddiaçının iddia tələbi üzrə qonşu sərhədlərinin ara məsafələri nəzərə alınmaqla həmin sahələrdə tikinti işlərinin aparılmasının cavabdehə qadağan olunması tələbinə ümumiyyətlə münasibət bildirməyib. Bundan başqa, məhkəmə İddiaçı xüsusi mülkiyyətində olan 0,013 ha torpaq sahəsinin sərhədləri ilə Cavabdeh MMC tərəfindən inşa edilən yüksək mərtəbəli binanın koordinatlarını naturada müqayisə edib. Lakin məhkəmə nəzərə almayıb ki, iddiaçı ona məxsus və zəbt edilmiş torpaq sahəsi ilə cavabdehin inşa etdiyi binanın sütununun yerləşdiyi yerin qanunsuz zəbt edilməsi və onun boşaldılaraq əvvəlki vəziyyətə gətirilməsinin yox, cavabdeh ümumilikdə inşa etdiyi bina üzrə ona rəsmi sənədlər əsasında ayrılmış torpaq sahəsi üzrə iddiaçının mülkiyyətində olan torpaq sahəsinin zəbt edilməsini mübahisələndirib. Məhkəmə isə Cavabdeh MMC-yə ayrılmış torpaq sahəsinin sənədləri tələb olunaraq araşdırılmayıb. İş üzrə halları tam obyektiv və hərtərəfli araşdırılması üçün iddiaçı məhkəməyə tikinti-texniki ekspertizası və məhkəmə əmtəşünaslıq ekspertizaları keçirilməsi barədə vəsatət təqdim edərək, onda göstərilən sualların ekspertiza qarşısında qoyulmasını xahiş edib. Məhkəmə vəsatəti qismən təmin etsə də, iddiaçı tərəfindən qoyulmuş sualları təhrif edərək, ekspert qarşısında başqa suallar qoyub. 20 iyul 2018-ci il tarixli ekspert rəyindən görünür ki, rəydə olan qeydlər Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastr və Ünvan Reyestr Xidməti tərəfindən məhkəməyə 17 iyul 2018-ci il tarixli **********79 irəli məktubla təqdim edilən mütəxəssis rəyindən olduğu kimi köçürülüb. Lakin Hüquq və Torpaq Məsələləri MMC tərəfindən verilmiş mütəxəssis arayışı ilə müəyyən edilib ki, Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX tərəfindən verilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Seriya RX N0821499 nömrəli çıxarışa əlavə edilmiş xx.xx.2016-cı il tarixli **********20 reyestr nömrəli Torpaq sahəsinin plan və ölçüsü sənədində qeyd edilmiş koordinatlar kameral şəraitdə Google Yer proqramının ortofoto görüntüləri üzərində dəqiqləşdirildi, dəqiqləşdirilmiş koordinatların yeri naturada müəyyən edilərkən məlum oldu ki, koordinatlar naturaya uyğundur, əvvəlki illərin ortofoto görüntülərində həmin ərazidə bir neçə ağacın olduğu aydın görünür, İddiaçı mülkiyyətində olan ünvan 2 ünvanında yerləşən 0,013 ha torpaq sahəsində olan ağaclar hal-hazırda yoxdur. Həmçinin 0,013 ha torpaq sahəsində və ona bitişik olan ara məsafəsində faktiki olaraq yeni yüksəkmərtəbəli bina tikintisi üçün bünövrə tökülməsi məqsədi ilə qazılmış və ora beton tökülməsinə hazırlıq işləri aparılır.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
9. Cavabdeh tərəfindən apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmuşdur. Etiraz iddiaya etirazla eyni qaydada əsaslandırılmışdır.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
10. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili X1 apellyasiya şikayətini müdafiə etdi, cavabdehin nümayəndəsi və vəkili Nümayəndə3 və cavabdehin nümayəndəsi Nümayəndə1 apellyasiya şikayətinə etiraz etdi.
TƏTBİQ EDİLƏN HÜQUQ
11. Mülki Məcəllənin 21.2-ci maddəsinə görə zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.
12. Həmin Məcəllənin 157.2-ci maddəsinin tələblərinə görə mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.
13. Həmin Məcəllənin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir).
14. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər.
15. Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ
16. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinin tələblərini və apellyasiya şikayətinin dəlillərini nəzərə alaraq kollegiya qeyd edir ki, qətnamənin əsaslığı tam yoxlanılır.
APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
17. Məhkəmə kollegiyası hesab edir ki, iddia rədd edilməlidir.
18. Belə ki, iddiaçının mülkiyyətində olan və cavabdeh tərəfindən zəbt edilmiş torpaq sahəsinin boşaldılaraq əvvəlki vəziyyətə gətirilməsi və tikinti işlərinin aparılmasının cavabdehə qadağan olunması barədə iddia tələbinin qanuni əsasını Mülki Məcəllənin 157.2-ci maddəsi təşkil edir. Həmin maddənin tələblərinə görə mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.
19. Qeyd olunan maddənin dispozitiv şərtlərinə görə tələb olunan əmlak iddia irəli sürən şəxsin (iddiaçının) mülkiyyətində və ya qanuni istifadəsində olmalı, həmin əmlak iddia irəli sürülmüş şəxsin (cavabdehin) sahibliyində olmalı və həmin sahiblik qanunsuz olmalıdır.
20. Məhkəmə kollegiyası qeyd edir ki, yalnız bu üç şərtin mövcudluğu halında bu növ iddialar təmin edilə bilər.
21. Hazırkı işdə isə bu şərtlərin mövcud olması təsdiq olunmur.
22. Belə ki, birinci instansiya məhkəməsi tərəfindən iş üzrə məhkəmə tikintitorpaqşünaslıq ekspertizası təyin edilmiş və Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən 20 iyul 2018-ci il tarixli, 8869 saylı ekspert rəyi verilmişdir.
23. Həmin rəyə əsasən Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin mütəxəssisləri tərəfindən tərtib edilmiş 17 iyul 2018-ci il tarixli, **********79 saylı mütəxəssis rəyinin məlumatlarına əsasən, Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla (Torpaq sahəsinin planı və ölçüsü sənədində göstərilmiş koordinantlara əsasən; reyestr nömrəsi **********20) İddiaçı xüsusi mülkiyyətində olan 0,013 hektar torpaq sahəsinin sərhədləri və Cavabdeh MMC tərəfindən inşa edilən yüksək mərtəbəli binanın koordinantları naturada (yüksək mərtəbəli bina ilə İddiaçı xüsusi mülkiyyətində olan 0,013 hektar torpaq sahəsinin ara məsafəsi şimaldan 1,65 metr, cənubdan 2,7 metr olmaqla, Cavabdeh MMC tərəfindən inşa edilmiş yüksək mərtəbəli binanın koordinantlarının İddiaçı xüsusi mülkiyyətində olan 0,013 hektar torpaq sahəsinin koordinantları ilə üst-üstə düşmədiyi müəyyən olunmuşdur.
24. Kollegiya hesab edir ki, həmin ekspert rəyi kifayət qədər aydın və tam deyildir.
25. Belə ki, həmin rəyə mübahisəli sahələrin sxemləri və ortofoto xəritə görüntüləri əlavə edilməyib və nəticədə ekspert rəyinin qiymətləndirilməsi qeyri-mümkündür.
26. Məhkəmə kollegiyası hesab edir ki, bu hal iş üzrə keçirilmiş məhkəmə ekspertizası rəyinin kifayət qədər tam olmaması qənaətinə gəlmək üçün əsas verir.
27. Qeyd olunanlar və iddiaçının vəsatəti nəzərə alınaraq hazırki apellyasiya baxışı zamanı iş üzrə əlavə mühəndis-texniki ekspertizası təyin edilmiş və Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən 01 iyun 2023-cü il tarixli, 10/135 saylı ekspert rəyi verilmişdir.
28. Həmin rəyə əsasən, İddiaçı mülkiyyətində olan ünvan 3 ünvanında yerləşən 0,013 hektar torpaq sahəsi sərhədləri daxilində Cavabdeh MMC tərəfindən tikinti işləri aparılmadığı müəyyən olunur. Cavabdeh MMC tərəfindən inşa edilmiş yüksək mərtəbəli bina 30 sentyabr 2016-cı il tarixli 182 saylı sərəncamla Cavabdeh MMC-yə kommersiya məqsədilə çoxmərtəbəli və çox mənzilli yaşayış binasının layihələndirilməsi üçün ayrılan və koordinatları 16 avqust 2021-ci il tarixli 1/3 saylı ayrıc aktı ilə müəyyən edilən torpaq sahəsinin sərhədləri daxilində yerləşir. 30 sentyabr 2016-cı il tarixli 182 saylı sərəncamla Cavabdeh MMC-yə kommersiya məqsədilə çoxmərtəbəli və çoxmənzilli yaşayış binasının layihələndirilməsi üçün 16 avqust 2021-ci il tarixli 1/3 saylı ayrıc aktı ilə ayrılan torpaq sahəsi koordinatları ilə İddiaçı mülkiyyətində olan torpaq sahəsinin koordinatları üst-üstə düşür. Lakin Cavabdeh MMC tərəfindən aparılmış tikinti işləri “Toğrul-B" Firmasının xüsusi mülkiyyətində olan 0,013 hektar torpaq sahəsinin koordinatlarından kənarda aparıldığı müəyyən olunmuşdur.
29. Göründüyü kimi cavabdehin özbaşına olaraq iddiaçının mülkiyyətində olan torpaq sahəsini zəbt etməsi, həmin torpaq sahəsi üzərində sahibliyinin qanunsuz olması və cavabdeh tərəfindən iddiaçının mülkiyyətində olan torpaq sahəsində tikinti işlərinin aparılması müəyyən edilmir.
30. Ona görə də kollegiya hesab edir ki, həmin iddia tələbləri əsassız olduğundan rədd edilməlidir.
31. Həmçinin məhkəmə kollegiyası hesab edir ki, zərərin əvəzinin tutulması hissəsində də iddia rədd edilməlidir.
32. Belə ki, Mülki Məcəllənin 21.2, 1096, 1097-ci maddələrinin mənasına görə zərərin ödənilməsi üçün aşağıdakı hüquqi əsaslar müəyyən edilməlidir: zərərin mövcud olması, zərərin qanunsuz hərəkət və yaxud hərəkətsizlik nəticəsində vurulması, zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin olması, zərər vuran şəxsin təqsirli olması.
33. Yalnız yuxarıda qeyd olunan əsaslar müəyyən olunduqda cavabdehin üzərinə zərərin ödənilməsi öhdəliyi qoyula bilər. Lakin hazırkı işdə də bu əsaslar müəyyən edilmir.
34. Çünki iddiaçı tərəfindən ümumiyyətlə zərərin mövcud olması və ona maddi zərər vurulmasına səbəb olan cavabdehin qanunsuz hərəkətlərinin təsdiqi barədə sübutlar təqdim edilməmiş və Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi ilə üzərinə düşən sübut etmə vəzifəsini yerinə yetirə bilməmişdir.
35. Apellyasiya şikayətinin dəlilləri isə məhkəmənin yuxarıdakı mövqeyinə görə əsassızdır. İddiaçının direktorunun vəfat etməsinə görə nümayəndənin məhkəmədə iştirak etməməsi və sübutları təqdim etmək imkanından məhrum olması ilə bağlı dəlillər də əsassızdır. Belə ki, iş materiallarına əsasən 05 sentyabr 2018-ci il tarixli məhkəmə iclası məhz iddiaçının nümayəndəsinin iştirakının təmin edilməsi üçün 10 oktyabr 2018-ci il tarixə təxirə salınmışdır. Bundan əlavə, iddia ərizəsi 28 aprel 2017ci ildə birinci instansiya məhkəməsinə daxil olmuş, iddiaçı başqa nümayəndə ilə də təmsil olunmuş və iddiaçının sübutlarını məhkəməyə təqdim etməsi üçün kifayət qədər zamanı olmuşdur. Həmçinin işdən görünür ki, İddiaçı cavabdeh Bakı şəhəri Nəsimi Rayon İcra Hakimiyyətinə (üçüncü şəxs Cavabdeh MMC) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Bakı şəhəri Nəsimi Rayon İcra Hakimiyyətinin 182 saylı, 30 sentyabr 2016-cı il tarixli sərəncamının qanunsuz hesab edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 10 fevral 2022-ci il tarixli, 2-1(112)-159/2022 nömrəli qərarı ilə iddia təmin edilməmişdir. İddiaçı həmin qərardan apelyasiya şikayəti vermiş və Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2022-ci il tarixli 2-1(103)-1695/2022 saylı qərarı ilə İddiaçı apelyasiya şikayəti təmin edilməmiş və Bakı İnzibati Məhkəməsinin 10 fevral 2022-ci il tarixli, 2-1(112)-159/2022 nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır. İddiaçı həmin qərardan kassasiya şikayəti vermiş və Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati kollegiyasının 06 oktyabr 2022-ci il tarixli, 2- 1(102)-1770/2022 nömrəli qərarı ilə kassasiya şikayəti təmin edilməmiş və Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2022-ci il tarixli 2-1(103)- 1695/2022 saylı qərarı dəyişdirilmədən saxlanılmışdır. Göründüyü kimi, cavabdehin istifdəsinə torpq sahəsini verilməsi ilə bağlı Bakı şəhəri Nəsimi Rayon İcra Hakimiyyətinin 182 saylı, 30 sentyabr 2016-cı il tarixli sərəncamının qanunsuz olması və bununla bağlı araşdırmanın aparılmamasına dair dəlillər də əsassızdır.
36. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslı olmaqla işin hallarına uyğundur, cavabdehin apellyasiya şikayətində irəli sürülən dəlillər isə əsassızdır və mahiyyətcə düzgün olan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas ola bilməz. Həmçinin Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri iddiaçıya aid edilməlidir.
37. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.1, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə t e t d i: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-2(81)-65/2018 saylı kommersiya mübahisəsi üzrə qəbul etdiyi 12 oktyabr 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. İş üzrə keçirilmiş məhkəmə ekspertizası tədqiqatının dəyəri olan cəmi 100 manat məbləğində pul vəsaiti İddiaçından tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Raqib Qurbanov
Hakimlər: Vüsalə Baxışova
Fuad Abdıyev