Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-1/2025 04.12.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X2 Şirinovun sədrliyi və məruzəsi ilə, Həsənov Elnur Məmmədsaat oğlu və X1 ibarət tərkibdə, İsmayılova Elnarə Məyiş qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, İddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin Cavabdeh qarşı müqavilə üzrə gecikdirilmiş əsas borcun və cərimə borcunun tutulması tələbinə dair kommersiya işi üzrə Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, e-2-2(113)-697/2022 nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən kommersiya mübahisəsinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxdı. İşin halları
1. Lizinq verən "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə lizinq alan Cavabdeh arasında bağlanmış xx.xx.2009-cu il tarixli, 24-LD nömrəli lizinq müqaviləsinə əsasən lizinq verən 6 baş Simmental cinsli damazlıq heyvanların güzəştli satış dəyərini lizinq ödəniş qrafikinə uyğun tam ödənildikdən və müvafiq sənədləşmə aparıldıqdan sonra lizinq alanın mülkiyyətinə verilməsi şərti ilə 3 ilə lizinqə vermişdir.
2. Müqavilənin 1.2-ci bəndinə əsasən lizinq alan damazlıq heyvanların güzəştli satış dəyərindən 7.202,86 manat məbləği əvvəlcədən lizinq verənə ödəyir, qalan 6.602,86 manat məbləği isə 2009-cu ilin 2-ci rübündən 2010-cu ilin 2-ci rübünə qədər hər rüb 600 manat, 2010-cu ilin 3-cü rübündə 602,86 manat, 2010-cu ilin 4-cü rübündən 2011-ci ilin 4cü rübünə qədər hər rüb 600 manat məbləğində ödəniş qrafikində göstərilən qaydada və müddətdə ödəməyi öhdəsinə götürür. Damazlıq heyvanlar lizinq alan tərəfindən qəbul edildikdən sonra ödənilmiş məbləğ heç bir halda ona geri qaytarılmır.
3. Müqavilənin 1.4-cü bəndinə əsasən tam ödəniş aparılana qədər damazlıq heyvanlara mülkiyyət hüququ lizinq verənə məxsusdur. Həmin müqavilənin 4.2-ci bəndinə görə lizinq alan ödəniş qrafikinə uyğun olaraq iki dəfədən artıq ödənişi yerinə yetirməzsə, lizinq verən lizinq alandan borc məbləği və gecikdirilən hər bir günə görə gecikdirilmiş məbləğin 2 faizi həcmində cərimə tələb etmək hüququna malikdir. Müqavilə tərəflərin imzası və lizinq verənin möhürü ilə təsdiq edilmişdir.
4. Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli maliyyə arayışından görünür ki, xx.xx.2009-cu il tarixli 24-LD/09 saylı lizinq müqaviləsi üzrə lizinq alan Cavabdeh gecikdirilmiş borcu 1.501 manat, cərimə borcu 5.268,51 manat təşkil edir.
5. Lizinq verən "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə lizinq alan Cavabdeh arasında bağlanmış xx.xx.2009-cu il tarixli, 62-LD nömrəli lizinq müqaviləsinə əsasən lizinq verən 24 baş Holştin-friz cinsli damazlıq heyvanların güzəştli satış dəyərini lizinq ödəniş qrafikinə uyğun tam ödənildikdən və müvafiq sənədləşmə aparıldıqdan sonra lizinq alanın mülkiyyətinə verilməsi şərti ilə 3 ilə lizinqə vemişdir.
6. Müqavilənin 1.4-cü bəndinə əsasən tam ödəniş aparılana qədər damazlıq heyvanlara mülkiyyət hüququ lizinq verənə məxsusdur. Həmin müqavilənin 4.2-ci bəndinə görə lizinq alan ödəniş qrafikinə uyğun olaraq iki dəfədən artıq ödənişi yerinə yetirməzsə, lizinq verən lizinq alandan borc məbləği və gecikdirilən hər bir günə görə gecikdirilmiş məbləğin 2 faizi həcmində cərimə tələb etmək hüququna malikdir. Müqavilə tərəflərin imzası və lizinq verənin möhürü ilə təsdiq edilmişdir.
7. Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli maliyyə arayışından görünür ki, xx.xx.2009-cu il tarixli 62-LD/09 saylı lizinq müqaviləsi üzrə lizinq alan Cavabdeh gecikdirilmiş borcu 5.073,61 manat, cərimə borcu 16.720,55 manat təşkil edir.
8. Lizinq verən "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə lizinq alan Cavabdeh arasında bağlanmış xx.xx.2010-cu il tarixli, 07-LD/10 nömrəli lizinq müqaviləsinə əsasən lizinq verən 6 baş Simmental və 2 baş Şvis (cəmi 8 baş) cinsli damazlıq heyvanların güzəştli satış dəyərini lizinq ödəniş qrafikinə uyğun tam ödənildikdən və müvafiq sənədləşmə aparıldıqdan sonra lizinq alanın mülkiyyətinə verilməsi şərti ilə 3 ilə lizinqə vemişdir.
9. Müqavilənin 1.2-ci bəndinə əsasən lizinq alan damazlıq heyvanların güzəştli satış dəyərindən 6.500 manat ilkin ödəniş məbləğini əvvəlcədən lizinq verənə ödəyir, qalan 8.108,44 manat məbləği isə ödəniş qrafikinə müvafiq olaraq ödəməyi öhdəsinə götürür. Damazlıq heyvanlar lizinq alan tərəfindən qəbul edildikdən sonra ödənilmiş məbləğ heç bir halda ona geri qaytarılmır.
10. Müqavilənin 1.4-cü bəndinə əsasən tam ödəniş aparılana qədər damazlıq heyvanlara mülkiyyət hüququ lizinq verənə məxsusdur. Həmin müqavilənin 4.2-ci bəndinə görə lizinq alan ödəniş qrafikinə uyğun olaraq iki dəfədən artıq ödənişi yerinə yetirməzsə, lizinq verən lizinq alandan borc məbləği və gecikdirilən hər bir günə görə gecikdirilmiş məbləğin 2 faizi həcmində cərimə tələb etmək hüququna malikdir. Müqavilə tərəflərin imzası və lizinq verənin möhürü ilə təsdiq edilmişdir.
11. Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli maliyyə arayışından görünür ki, xx.xx.2010-cu il tarixli 07-LD/10 saylı lizinq müqaviləsi üzrə lizinq alan Cavabdeh gecikdirilmiş borcu 7.084,44 manat, cərimə borcu 21.317,70 manat təşkil edir.
12. Lizinq verən "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə lizinq alan X4 arasında bağlanmış xx.xx.2011-ci il tarixli, 06-LA/11 nömrəli lizinq müqaviləsinə əsasən lizinq verən bu müqavilənin tərkib hissəsi sayılan 1-2 nömrəli əlavələrində göstərilən dəyəri 1.173.900 manat, tutumu 2000 ton olan soyuducu kamera və dəyəri 504.000 manat, tutumu 500 ton olan soyuducu kamera avadanlıqları dəyəri lizinq ödəniş qrafikində göstərilən müddətdə və həcmdə ödənildikdən və müvafiq sənədləşmə aparıldıqdan sonra lizinq alanın mülkiyyətinə verilməsi şərti ilə 9 il müddətinə lizinqə vemişdir. Avadanlıq Quba rayonu, Nügədi kəndi ərazisində quraşdırılıb. Müqavilənin 1.2-ci bəndinə əsasən lizinq alan avadanlığın dəyərindən 168.000 manat məbləği əvvəlcədən lizinq verənə ödəyir, qalan məbləği isə ödəniş qrafikində göstərilən verən tərəfindən heç bir halda geri qaytarılmır.
13. Müqavilənin 1.3-cü bəndinə əsasən lizinq alan tərəfindən tam ödəniş aparılana qədər texnoloji avadanlığa mülkiyyət hüququ lizinq verənə məxsusdur. Həmin müqavilənin 4.2-ci bəndinə görə lizinq alan ödəniş qrafikinə uyğun olaraq iki dəfədən artıq ödənişi yerinə yetirməzsə, lizinq verən lizinq alandan borc məbləği və gecikdirilən hər bir günə görə gecikdirilmiş məbləğin 0,1 faizi həcmində cərimə tələb etmək hüququna malikdir. Müqavilə tərəflərin imzası və lizinq verənin möhürü ilə təsdiq edilmişdir.
14. Lizinq verən "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə lizinq alan X4 arasında bağlanmış xx.xx.2011-ci il tarixli, 11-LA/11 nömrəli lizinq müqaviləsinə əsasən lizinq verən dəyəri 1.406.100 manat və dəyəri 725.550 manat olan 2 dəst soyuducu kamera üçün avadanlıqların quraşdırılması ilə birlikdə dəyəri lizinq ödəniş qrafikində göstərilən müddətdə və həcmdə ödənildikdən və müvafiq sənədləşmə aparıldıqdan sonra lizinq alanın mülkiyyətinə verilməsi şərti ilə 9 il müddətinə lizinqə vemişdir. Avadanlıq Quba rayonu ərazisində quraşdırılıb. Müqavilənin 1.2-ci bəndinə əsasən lizinq alan avadanlığın dəyərindən 213.165 manat məbləği əvvəlcədən lizinq verənə ödəyir, qalan məbləği isə ödəniş qrafikində göstərilən müddətdən gec olmayaraq ödəməyi öhdəsinə götürür. Əvvəlcədən ödənilmiş məbləğ lizinq verən tərəfindən heç bir halda geri qaytarılmır.
15. Müqavilənin 1.3-cü bəndinə əsasən lizinq alan tərəfindən tam ödəniş aparılana qədər texnoloji avadanlığa mülkiyyət hüququ lizinq verənə məxsusdur. Həmin müqavilənin 4.2-ci bəndinə görə lizinq alan ödəniş qrafikinə uyğun olaraq iki dəfədən artıq ödənişi yerinə yetirməzsə, lizinq verən lizinq alandan borc məbləği və gecikdirilən hər bir günə görə gecikdirilmiş məbləğin 0,1 faizi həcmində cərimə tələb etmək hüququna malikdir. Müqavilə tərəflərin imzası və lizinq verənin möhürü ilə təsdiq edilmişdir.
16. "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə borclu X4 və öhdəliyi qəbul edən Cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli, 01-ÖV nömrəli öhdəliyin verilməsi barədə müqaviləyə əsasən Cəmiyyətlə Borclu arasında bağlanmış 18 fevral 2011-ci il tarixli 11- LA/11 nömrəli və 02 may 2011-ci il tarixli 06-LA/11 nömrəli lizinq müqavilələrinin predmeti olan ümumi dəyəri 3.809.550 manat olan soyuducu kamera avadanlıqlarının lizinq ödəniş qrafiki üzrə qalan 3.077.985 manat üzrə bütün öhdəlikləri, o cümlədən 2.631.400 manat məbləğində gecikdirilmiş borcun ödənilməsi öhdəliyini öhdəliyi qəbul edən (Cavabdeh) öz üzərinə götürür.
17. Müqavilənin: 2.2.1-ci bəndinə əsasən öhdəliyi qəbul edən cəmiyyətlə borclu arasında bağlanmış 18 fevral 2011-ci il tarixli 11-LA/11 nömrəli və 02 may 2011-ci il tarixli 06-LA/11 nömrəli lizinq müqavilələri ilə müəyyən edilmiş ödəniş qrafiki üzrə müəyyən olunmuş məbləği, o cümlədən gecikdirilmiş borcunu tam şəkildə ödəməyi öz öhdəsinə götürür.
18. 4.3-cü bəndinə əsasən bu müqavilə qüvvəyə mindiyi tarixdən, borclu 18 fevral 2011- ci il tarixli 11-LA/11 nömrəli və 02 may 2011-ci il tarixli 06-LA/11 nömrəli lizinq müqavilələri üzrə öhdəliklərin yerinə yetirilməsi və digər şərtlər üzrə heç bir məsuliyyət daşımır. Müqavilə tərəflərin imzası və "xxxx" Açıq Səhmdar Cəmiyyətinin möhürü ilə təsdiq edilmişdir.
19. 25.04.2019-cu il tarixli akta əsasən "xxxx" Açıq Səhmdar Cəmiyyətinə məxsus (18 fevral 2011-ci il tarixli 11-LA/11 nömrəli və 02 may 2011-ci il tarixli 06-LA/11 nömrəli) lizinq müqavilələri əsasında X3 lizinqə verilmiş, tutumu 5000 ton (şərti olaraq), qalıq borcu 3.077.985 manat, 2 ədəd dəhliz və 36 ədəd soyutma kamerasından ibarət olan 4 dəst soyuducu anbarı (öhdəliklərlə birlikdə) tam, saz və işlək vəziyyətdə Cavabdeh təhvil-təslim edilmişdir.
20. Aktın doğruluğu təhvil verənin (N.Əliyeva), təhvil alanın (Cavabdeh) və "xxxx" Açıq Səhmdar Cəmiyyətinin imzası (və möhürü) ilə təsdiq edilmişdir.
21. Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli maliyyə arayışından görünür ki, xx.xx.2011-ci il tarixli 06-LA/11 saylı lizinq müqaviləsi üzrə lizinq alan Cavabdeh gecikdirilmiş borcu 1.301,900 manat, cərimə borcu 2.133.634,10 manat təşkil edir.
22. Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli maliyyə arayışından görünür ki, 02 may 2011-ci il tarixli 11-LA/11 saylı lizinq müqaviləsi üzrə lizinq alan Cavabdeh gecikdirilmiş borcu 1.754,085 manat, cərimə borcu 2.932.128,32 manat təşkil edir.
23. Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi tərəfindən verilmiş məlumat xarakterli arayışdan (hesabdan çıxarış) görünür ki, lizinq alan Cavabdeh 62-LD/09 nömrəli; 24-LD/09 nömrəli və 07-LD/10 lizinq müqavilələri üzrə sonuncu dəfə xx.xx.2019-cu ildə olmaqla müxtəlif vaxtlarda ödənişlər etmişdir.
24. Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin pretenziya məktubu ilə təsdiq edilir ki, cavabdehə lizinq müqavilələri üzrə borcun ödənilmədiyi təqdirdə məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq edilmişdir.
25. "xxxx" Açıq Səhmdar Cəmiyyətinin fəaliyyətinin tənzimlənməsi ilə bağlı bəzi tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin 17 avqust 2020-ci il tarixli Fərmanına əsasən "xxxx" ASC-nin adı dəyişdirilərək "xxxx" ASC adlandırılmış və "xxxx" Açıq Səhmdar Cəmiyyətinin kənd təsərrüfatı texnikasının, texnoloji avadanlığın, suvarma sistemləri dəsti və avadanlığının, damazlıq heyvanların kənd təsərrüfatı istehsalçılarına lizinq yolu ilə satılmasına dair qüvvədə olan lizinq müqavilələri üzrə hüquq və öhdəlikləri Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinə keçmişdir.
Birinci instansiya məhkəməsindəki icraat
26. İddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2011-ci il tarixli, 06-LA/11 nömrəli müqavilə üzrə 1.301.900 manat gecikdirilmiş əsas borc və 2.133.634,10 manat cərimə borcunun, xx.xx.2011-ci il tarixli, 11-LA/11 nömrəli müqavilə üzrə 1.754.085 manat gecikdirilmiş əsas borc və 2.932.128,32 manat cərimə borcunun, xx.xx.2009-ci il tarixli, 62-LD/09 nömrəli müqavilə üzrə 5.073,61 manat gecikdirilmiş əsas borc və 16.720,55 manat cərimə borcunun, xx.xx.2009-cu il tarixli, 24- LD/09 nömrəli müqavilə üzrə 1.501 manat gecikdirilmiş əsas borc və 5.268,51 manat cərimə borcunun və xx.xx.2010-cu il tarixli, 07- LD/10 nömrəli müqavilə üzrə 7.084,44 manat gecikdirilmiş əsas borc və 21.317,70 manat cərimə borcunun, ilkin mediasiya sessiyası üçün ödənilmiş 400 manatın, hüquqi yardımla bağlı ödənilmiş 350 manat, cəmi: 8.579.063,23 manat pul vəsaitinin cavabeh Cavabdeh tutularaq Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
27. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, "xxxx" ASC ("xxxx" ASC) ilə Cavabdeh arasında bağlanmış xx.xx.2009-ci il tarixli, 62-LD/09 nömrəli, xx.xx.2009-cu il tarixli, 24-LD/09 nömrəli, xx.xx.2010-cu il tarixli, 07-LD/10 nömrəli və "xxxx" ASC ("xxxx" ASC) ilə X4 arasında bağlanmış xx.xx.2011-ci il tarixli, 06-LA/11 nömrəli, xx.xx.2011-ci il tarixli, 11-LA/11 nömrəli müqavilələrə əsasən borclu (lizinq alan) satış dəyərinin bir hissəsini əvvəlcədən, qalan hissəsini isə ödəniş qrafikinə uyğun şəkildə ödəmək şərti ilə texnoloji avadanlıqları və cins damazlıq heyvanları lizinqə götürmüşdür. Öhdəliyin verilməsi barədə 15 aprel 2019-cu il tarixli müqaviləyə əsasən, "xxxx" ASC ("xxxx" ASC) ilə X4 və xx.xx.2011-ci il tarixli, 06-LA/11 nömrəli, xx.xx.2011-ci il tarixli, 11-LA/11 nömrəli müqavilələr üzrə bütün öhdəlikləri, o cümlədən gecikdirilmiş borcun ödənilməsi öhdəliyini Cavabdeh öz üzərinə götürmüşdür. Cavabdeh müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməmişdir. Cavabdehə müvafiq pretenziya məktubu göndərilmiş, öhdəliyinin yerinə yetirilməsi barədə dəfələrlə edilmiş xəbərdarlıqlara baxmayaraq borclu tərəfindən ödənişlər yerinə yetirilməmişdir.
28. Bakı Kommersiya Məhkəməsinin 13.04..2022-ci il tarixli, e-2-2(113)-697/2022 saylı qətnaməsi ilə iddia qismən təmin edilərək, Cavabdeh xx.xx.2011-ci il tarixli, 06-LA/11 saylı müqavilə üzrə 1.301.900 (bir milyon üç yüz bir min doqquz yüz) manat məbləğində gecikdirilmiş əsas borc, 65.000 (altmış beş min) manat məbləğində dəbbə pulu; xx.xx.2011-ci il tarixli, 11-LA/11 saylı müqavilə üzrə 1.754.085 (bir milyon yeddi yüz əlli dörd min səksən beş ) manat məbləğində gecikdirilmiş əsas borc, 90.000 (doxsan min) manat məbləğində dəbbə pulu; xx.xx.2009-cu il tarixli, 62-LD saylı müqavilə üzrə 5.073,61 manat (beş min yetmiş üç manat altmış bir qəpik) məbləğində gecikdirilmiş əsas borc, 250 (iki yüz əlli) manat məbləğində dəbbə pulu; xx.xx.2009-cu il tarixli, 24-LD saylı müqavilə üzrə 1501 (bir min beş yüz bir) manat məbləğində gecikdirilmiş əsas borc, 75 (yetmiş beş) manat məbləğində dəbbə pulu; xx.xx.2010-ci il tarixli, 07-LD/10 saylı müqavilə üzrə 7.084,44 manat (yeddi min səksən dörd manat qırx dörd qəpik) məbləğində gecikdirilmiş əsas borc, 350 (üç yüz əlli) manat məbləğində dəbbə pulu, cəmi 3.225.319,05 manat (üç milyon iki yüz iyirmi beş min üç yüz on doqquz manat beş qəpik) məbləğində pul vəsaiti, vəkil xidmətlərinə çəkilmiş xərclərin əvəzi olaraq 200 (iki yüz) manat və mediasiya xərclərinin əvəzi olaraq 200 (iki yüz) manat məbləğində pul vəsaiti tutularaq iddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinə ödənilməsi, cavabdehdən 1705 manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilməsi, qalan hissədə iddianın rədd edilməsi qət edilmişdir.
29. Cavabdeh qətnamədən apellyasiya şikayəti verərək, iş üzrə təkrar məhkəməmühasibatlıq ekspertizası keçirilməklə, Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Kollegiyasının 26 aprel 2019-cıı il tarixli qərarı nəzərə alınmaqla Bakı Kommersiya Məhkəməsinin 13 aprel 2022-ci il tarixli, e-2-2(l 13)-697/2022 saylı qətnaməsinin ləğv edilərək iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
30. APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ
a) Apellyasiya şikayətinin dəlilləri
31. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə tərəfindən işin hallarına obyektiv qiymət verilməmiş, məhkəmənin gəldiyi nəticə işin hallarına uyğun olmamış və nəticədə maddi və prosessual hüquq normalarının kobud pozuntusuna yol verilmişdir. Belə ki, həmin meyvə soyutma avadanlığı məndən əvvəl 3 sahibkara verilmiş, onlardan müxtəlif vaxtlarda müəyyən məbləğ pullar alınmışdır. Lakin işə baxan birinci instansiya məhkəməsi bunları nəzərə almamış və ədalətsiz qətnamə çıxarmışdır. Bundan başqa Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Kollegiyasının 26 aprel 2019-cu il tarixli qərarı ilə “Kənd təsərrüfatına dövlət dəstəyinin və aqrar sahədə lizinq fəaliyyətinin təkmilləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 19 dekabr tarixli 413 nömrəli Fərmanının 7.1-ci bəndinin icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 20 aprel tarixli 226 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi haqqında Əsasnamə”nin 12.2-ci bəndinə əsasən aqrar sahədə güzəşt tətbiq ediləcək texnikaların siyahısı təsdiq edilmişdir. Həmin siyahıda soyuducu avadanlıq da yer almışdır. İş üzrə məhkəmə-mühasibatlıq ekspertizasının təyin edilməsinə dair məhkəməyə vəsatət təqdim etməyinə baxmayaraq, məhkəmə tərəfindən ekspertiza təyin edilməmiş, onun ödədiyi məbləğlər öz əksini tapmamış, məhkəmə iclasında onun iştirakı təmin edilməmiş, ödənilən məbləğlər düzgün hesablanmamışdır. Axı iddiaçının izahatı isə özü özlüyündə iddianın əsaslı olması üçün yeterli sübut kimi qəbul edilə bilməz. Çünki MPM-nin 106.1-ci maddəsinin tələbinə görə işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir.
Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
32. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
b) Məhkəmə icraatı iştirakçılarının izahatları
33. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Nümayəndə apellyasiya şikayətini müdafiə edərək təmin olunmasını xahiş etdi.
34. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, məhkəməyə gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə onun iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir.
TƏTBİQ EDİLƏN HÜQUQ
Azərbaycan Respublikasının Mülki Məcəlləsi
35. Maddə 14.2.1. Mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir.
36. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
37. Maddə 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir.
38. Maddə 747.1. Lizinq müqaviləsinə görə lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur.
39. Maddə 748-1.12. Lizinq verənin aşağıdakı hallarda pul məbləğlərini və lizinq obyektini mübahisəsiz geri almaq və bununla da lizinq müqaviləsini vaxtından əvvəl ləğv etmək hüququ vardır: 748-1.12.1. lizinq alanın lizinq obyektindən istifadə şəraiti lizinq müqaviləsinin şərtlərinə və ya lizinq obyektinin təyinatına uyğun deyilsə; 748-1.12.2. lizinq alan lizinq verənin icazəsi olmadan sublizinq həyata keçirirsə; 748-1.12.3. lizinq alan lizinq obyektini işlək halda saxlamırsa və bu da onun istehlak keyfiyyətlərini pisləşdirirsə; 748- 1.12.4. lizinq alan lizinq obyektindən istifadə üçün haqqı müqavilə ilə nəzərdə tutulan ödəniş müddətləri üzrə ardıcıl olaraq iki dəfədən artıq ödəmirsə.
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
40. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
41. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
42. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
43. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
44. Maddə 385. Məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; 385.1.2. məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; 385.1.3. birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi; 385.1.4. birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi.
45. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ
46. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.
47. Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəasını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırki halda apellyasiya baxışının hədlərini qətnamənin iddianın edilən hissəsində yoxlanılması təşkil edir.
APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
48. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin dəlilləri əsassız olduğundan şikayət təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır
49. Mülki dövriyyənin sabitliyini, davamlılığını təmin edən ən vacib prinsiplərdən biri “müqavilələr icra olunmalıdır” (pacta sunt servanda) prinsipidir. Mülki Məcəllənin “Öhdəliklərin icrası zamanı vicdanlılıq” adlanan 425-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər.
50. Məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, "xxxx" ASC (hazırkı adı "xxxx" ASC) ilə Cavabdeh arasında xx.xx.2009-cu il tarixli, 24-LD saylı, xx.xx.2009-cu il tarixli, 62-LD saylı, xx.xx.2010-cu il tarixli, 07-LD/10 saylı, xx.xx.2011-ci il tarixli, 06-LA/11 saylı və xx.xx.2011-ci il tarixli, 11-LA/11 saylı lizinq müqavilələrinə əsaslanan öhdəlik hüquq münasibətləri yaranmışdır. "xxxx" ASC həmin müqavilələrə əsasən üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada icra etsə də, Cavabdeh lizinq ödənişlərini ödəniş qrafikinə uyğun olaraq həyata keçirməməklə lizinq müqavilələri üzrə öhdəliklərini lazımi qaydada icra etməmiş, nəticədə Cavabdeh beş lizinq müqaviləsi üzrə cəmi 3.069.644,05 (1.301.900+1.754.085+5.073,61+1501+7.084,44) manat məbləğində gecikdirilmiş borcu yaranmışdır.
51. Apellyasiya icraatı zamanı cavabdehin vəsatəti təmin olunaraq, Bakı Appellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərardadına əsasən, Bakı İnzibati Məhkəməsinin icraatında olan iddiaçı Cavabdeh Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinə qarşı "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə xx.xx.2011-ci il tarixli, 06- LA/ll saylı, xx.xx.2011-ci il tarixli, 11-LA/ll saylı, xx.xx.2009-cu il tarixli, 62-LD sayı xx.xx.2009-cu il tarixli, 24-LD saylı, xx.xx.2010-ci il tarixli, 07-LD/10 saylı lizinq müqavilələrinə güzəştin tətbiq edilməsinin Azərbaycan Respublikası Kənd Təsərrüfatı nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinə həvalə edilməsi tələbinə dair inzibati iş (İş No e-2-1(112)-11342/2022) həll edilənədək, yəni həmin iş üzrə çıxarılacaq yekun məhkəmə qərarı qanuni qüvvəyə minənədək hazırkı işin icraatı dayandırılması qərara alınmışdır.(sədrlik edən hakim R.Qurbanov)
52. Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-1532/2023 saylı xx.xx.2023-cü il tarixli qərardadına əsasən, iddianın geri ötürülmüş hesab edilməsi və iş üzrə icraata xitam verilməsi qərara alınmışdır.
53. Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-1532/2023 saylı xx.xx.2024-cü il tarixli qərardadına əsasən, iddianın geri ötürülmüş hesab edilməsi və iş üzrə icraata xitam verilməsi qərara alınmışdır. Qərardaddan şikayət verilməsi nəzərdə tutulmamışdır
54. Bakı Appellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərardadına əsasən məhkəmə icraatının təzələnməsi qərara alınmışdır.
55. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinin araşdırlması məqsədi ilə iş üzrə məhkəmə mühasibatlıq eksepertizaları təyin edilmiş, lakin məhkəmə tərərfindən tələb olunsada müvafiq sənədlər (hesabdan çıxarışlar, ödəniş qəbzləri və.s) təqdim olunmadığından ekspertizanın aparılmasından imtina olunmuşdur.
56. Apellyator apellyaisya şikayətinin dəlillərində mübahisləndirilən lizinq müqavilələri üzrə ödənişlər etdiyini, məhkəmə tərəfindən nəzərə alınmadığını bildirsədə ödənişlərin edilməsi ilə bağlı sübut (ödəniş qəbzi, ödəniş tapşırığı və.s) təqdim etməmişdir.
57. Kollegiya qeyd edir ki, hər bir dəlilin söykəndiyi sübutun mötəbərliyi şübhə yaratmamalıdır. Sübutetmə üzrə vəzifələrin müəyyən edilməsi həm də iş üçün əhəmiyyət kəsb edən halların mötəbər şəkildə aşkarlanmasının mümkünsüzlüyü halında hüquqi münasibətlərdə yaranan qeyri-müəyyənliyin aradan qaldırılması məqsədini daşıyır. Bununla belə, sübutların çatışmazlığı ilə bağlı işin halları barədə etibarlı qənaətlər mümkün olmadıqda, məhkəmə sübutların kifayətedici olmamasına və işin faktiki hallarının müəyyən edilməməsinə istinadən qərarın çıxarılmasından yayına bilməz. Bu mənada, bir tərəfdən, qeyri-müəyyənliyin aradan qaldırılmasına, digər tərəfdən, müvafiq faktların mövcud olub-olmamasında məhkəmə mülahizəsinin məhdudlaşdırılmasına xidmət edən mexanizm qismində sübutetmə yükünün bölüşdürülməsi institutu çıxış edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər.
58. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsində icraat zamanı iştiraklarının təmin olunmamasına dair apellyasiya şikayətinin dəlillərinə münasibətdə qeyd edir ki, elektron qaydada mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatı bu Məcəllə ilə müəyyən edilmiş ümumi prosessual qaydalara uyğun olaraq “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə aparılır. İş matereriallarına əsasən, məhkəmə iclaslarının vaxtı və yeri barədə bildiriş cavabdehə məxsus elektron kabinetə əlavə edilmiş, bu halı cavabdeh apellasiya şikayətinin dəlillərində də təsdiq etmişdir.
59. Belə ki, məhkəmə və proses iştirakçıları tərəfindən ərizə, şikayət və digər sənədlərin elektron formada tərtib edilməsi, göndərilməsi, qəbulu, sənədlərin elektron qeydiyyatı və elektron dövriyyəsi Məhkəmə-Hüquq Şurasının Azərbaycan Respublikasının Ali Məhkəməsi ilə birlikdə müəyyən etdiyi “Elektron məhkəmə” informasiya sistemindən istifadə qaydalarına uyğun olaraq həyata keçirilir.https://eqanun.az/framework/46945
60. 10-1.3. Kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir.
61. Məhkəmə kolelgiyası cərimə borcunun məbləğinin yüksək olması dəliliə ilə bağlı qeyd etmək istəyir ki, iddiaçı xx.xx.2011-ci il tarixli, 06-LA/11 nömrəli müqavilə üzrə 2.133.634,10 manat cərimə borcunun, xx.xx.2011-ci il tarixli, 11-LA/11 nömrəli müqavilə üzrə 2.932.128,32 manat cərimə borcunun, xx.xx.2009-ci il tarixli, 62-LD/09 nömrəli müqavilə üzrə 16.720,55 manat cərimə borcunun, xx.xx.2009-cu il tarixli, 24-LD/09 nömrəli müqavilə üzrə 5.268,51 manat cərimə borcunun və xx.xx.2010-cu il tarixli, 07- LD/10 nömrəli müqavilə üzrə 21.317,70 manat dəbbə pulunun cavabdehdən tutulması tələbini də irəli sürsədə birinci instansiya məhkəməsi haqlı olaraq, cərimə məbləği tənasübsüz surətdə yüksək olduğundan həmin məbləğlər azaldılaraq cavabdehdən tutulacaq xx.xx.2011-ci il tarixli, 06-LA/11 saylı müqavilə üzrə 65.000 (altmış beş min) manat məbləğində dəbbə pulu; xx.xx.2011-ci il tarixli, 11-LA/11 saylı müqavilə üzrə 90.000 (doxsan min) manat məbləğində dəbbə pulu; xx.xx.2009-cu il tarixli, 62-LD saylı müqavilə üzrə 250 (iki yüz əlli) manat məbləğində dəbbə pulu; xx.xx.2009-cu il tarixli, 24-LD saylı müqavilə üzrə 75 (yetmiş beş) manat məbləğində dəbbə pulu; xx.xx.2010-ci il tarixli, 07- LD/10 saylı müqavilə üzrə 350 (üç yüz əlli) manat məbləğində dəbbə pulu müəyyən etmişdir. Hazırki halda cərimə borcunun daha da azaldılması üçün yeni əsaslar müəyyən edilmədiyindən apellyasiya şikayətinin dəlili əsaasız olduğundan təmin edilə bilməz.
62. Belə ki, Mülki Məcəllənin 462.1 və 467-ci maddələrinin mənasına görə dəbbə pulu müqavilə ilə müəyyənləşdirilən və öhdəliyin icrasının təmin edilməsi üsulu kimi öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyinə görə borclunun kreditora cərimə və ya penya formasında ödəməli olduğu pul məbləğidir. Dəbbə pulunun hüquqi təyinatı əsas öhdəliyin müqavilənin şərtlərinə və qanunvericiliyin tələblərinə müvafiq olaraq lazımınca, vaxtında, tam həcmdə ödənilməsini təmin etməkdir. Dəbbə pulu mülki qanunvericiliyin prinsipləri olan mülki hüquq subyektlərinin bərabərliyi və müqavilə azadlığına uyğun, yəni tərəflər arasında sərbəst şəklində bağlanmış müqavilə ilə müəyyənləşdirilir. Bununla yanaşı Mülki Məcəllənin 467-ci maddəsi tərəflər arasında müəyyənləşdirilmiş dəbbə pulunun məhkəmə tərəfindən azaldılmasını nəzərdə tutmuşdur. Həmin normada istənilən dəbbə pulun deyil, yalnız tənasübsüz surətdə yüksək olan dəbbə pulun azaldılması göstərilmişdir. Qeyd olunan maddənin dispozitiv şərtlərinə görə məhkəmə işin hallarını və tənasüb müəyyənləşdirilərkən kreditorun əmlak və bütün əsaslı mənafelərini nəzərə almalıdır
63. Konstitusiya Məhkəməsi qeyd etmişdir ki, Mülki Məcəllənin 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Qeyd olunan maddənin mənasına görə, dəbbə pulunun məbləği öhdəliyin pozulmasının əmələ gətirdiyi nəticələrə açıq-aşkar uyğun gəlmədiyi, yəni dəbbə pulunun məbləği kreditorun reallıqda məruz qaldığı zərərdən əhəmiyyətli dərəcədə çox olduğu hallarda məhkəmə dəbbə pulunu tənasübsüz surətdə yüksək müəyyənləşdirilmiş hesab edərək azalda bilər. Bu halda məhkəmə öhdəliyin borclu tərəfindən pozulması dərəcəsini, öhdəlikdə iştirak edənlərin əmlak vəziyyətini, kreditorun həm əmlak, həm də bütün diqqətəlayiq mənafelərini nəzərə almaqla razılaşdırılmış dəbbə pulunun azaldılması haqqında qərar qəbul etməlidir ("xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 21 yanvar 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 28 iyul 2021-ci il tarixli Qərar).
64. Beləliklə, kollegiya hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi (mübahisələndirilən hissədə) qanuni və əsaslı olmaqla işin hallarına uyğundur, apellyasiya şikayətində irəli sürülən dəlillər isə yuxarıda göstərilənlərə görə əsassızdır və mahiyyətcə düzgün olan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas ola bilməz.
65. Kollegiya həmçinin qeyd edir ki, apellyasiya şikayəti təmin edilmədiyindən cavabdeh tərəfindən apellyasiya şikayətinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu özünə aid edilməlidir.
66. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.1, 392, 393-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
qət etdi:
Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, e-2-2(113)-697/2022 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.