Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-10/2025 10.01.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası adından İddiaçı MMC-nin Cavabdeh qarşı “X8 etibarsız ləğv edilməsi, pulun tutulması” tələbinə dair kommersiya mübahisəsi üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası X14 Əliyevanın sədrliyi və məruzəsi ilə, X2 və Ziya Allahverdi oğlu Şirinovdan ibarət tərkibdə, məhkəmə iclas katibi Nofəl Rəhman oğlu Abdullayevin katibliyi ilə, iddiaçının nümayəndəsi X9 iştirakı ilə, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(113)-2406/2023 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən kommersiya mübahisəsinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyən etdi İşin halları:
1. İddiaçı ilə Cavabdeh arasında bağlanmış 20 oktyabr 2021-ci il tarixli MAS- 4542 saylı X7 görünür ki, İddiaçı Cavabdeh sifariş etdiyi və bu Lizinq Müqaviləsinin ayrılmaz tərkib hissəsi olan 1 saylı Əlavədə göstərilən əmlakı (“Khazar LX” minik markalı, **-PF-*** dövlət qeydiyyat nişanlı, NVABA1HHFMF802804 ban nömrəli, ağ rəngli avtomobil) muzdlu lizinq alanın müvəqqəti sahibliyinə və istifadəsinə verməyi, Cavabdeh isə bu Müqavilə ilə müəyyən edilmiş lizinq ödənişlərini ödəməyi öhdələrinə götürmüşlər. Müqavilənin: -1.3-cü bəndinə əsasən bu lizinq müqaviləsinin əsas məbləğini 14.950 manat təşkil edir. Lizinq alan, bu müqavilə imzalandığı gün 3100 manat məbləğində lizinq ödənişini lizinq verənə ödəməyi öhdəsinə götürür. -5.3-cü maddəsinə əsasən lizinq alan tərəfindən lizinq obyekti kasko sığorta etdirilmədikdə, daxili lizinq müqaviləi imzalandıqdan sonra 1 il ərzində lizinq obyekti olan avtomobbil yalnız lizinq alanın təqsiri nəticəsində zədələndikdə, avtomobilin oğurlanması, tam məhv olması və bərpa edilməsi üçün çəkiləın xərc avtomobilin dəyərinin 70%-dən çox olması halı istisna olmaqla, dəymiş zərərin 800 manat məbləği lizinq alan tərəfindən lizinq verənə ödənilməklə lizinq verən tərəfindən öz vəsaiti hesabına lizinq verənin partnyoru olan Servis Mərkəməzində bərpa edilir. Aşağıdakı hallarda müqavilənin bu bəndi öz qüvvəsini itirir və lizinq obyektini lizinq alan öz vəsaiti hesabına dərhal bərpa etməli və normal iş rejimində saxlamalıdır: - ç) lizinq alan tərəfindən avtomobilin bərpa edilməsi üçün ödənilməli olan 800 manat yol nəqliyyat hadisəsində sonra 1 ay müddətində ödənilməzsə. - ə) lizinq obyekti olan avtomobil lizinq alanın deyil, üçüncü şəxsin (şəxslərin təqsiri) nəticəsində zədələndikdə.
2. xx.xx.2021-ci il tarixli təhvil-təslim aktından görünür ki, İddiaçı MMC tərəfindən “Khazar LX” minik markalı, **-PF-*** dövlət qeydiyyat nişanlı, NVABA1HHFMF802804 ban nömrəli, ağ rəngli avtomobil Cavabdeh təhvil verilmişdir.
3. xx.xx.2022-ci il tarixli Qüsur aktından görünür ki, “Khazar LX” minik markalı, 77-PF478 dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərər 12330 manat təşkil edir.
4. 30.11.2021-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında Qərardan müəyyən olunur ki, baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində X4 xəsarət alması ilə yanaşı “Kia-Rio” markalı **-UH-*** dövlət qeydiyyat nişanlı və “Opel-Astra” markalı **-HE-*** dövlət qeydiyyat nişanlı avtomobillərin əzilmələri, “Khazar” markalı **-PF- *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü X1 "Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 69-cu maddəsinin 7-ci hissəsinin 1-ci bəndinin tələblərini pozması nəticəsində baş vermişdir.
5. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli 9/9257 saylı ekspert rəyindən görünür ki, İddiaçı MMCnin xx.xx.2022-ci il tarixli qüsur aktındakı məlumatlara əsasən avtohissələrin qiymətləri nəzərə alınmaqla 2021-ci il buraxılışlı “Khazar LX” markalı, ** PF *** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci avtoehtiyat hissələrinə köhnəlmə faizi tətbiq edilməklə təxminən 11478,0 manat müəyyən edilmişdir.
6. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli 9/920-8/375 saylı ekspert rəyindən görünür ki, İddiaçı MMC-nin xx.xx.2022-ci il tarixli qüsur aktındakı məlumatlara əsasən avtohissələrin qiymətləri nəzərə alınmaqla 2021-ci il buraxılışlı “Khazar LX” markalı, **-PF-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci avtoehtiyat hissələrinə köhnəlmə faizi tətbiq edilməklə təxminən 11478,0 manat müəyyən edilir.
Birinci instansiya məhkəməsindəki icraat
7. İddiaçı MMC (bundan sonra iddiaçı) Cavabdeh (bundan sonra cavabdeh) qarşı iddiaçı ilə cavabdeh arasında bağlanmış 20 oktyabr 2021- ci il tarixli MAS- 4542 saylı “Daxili lizinq” müqaviləsinin ləğv edilməsi, cavabdehdən lizinq obyekti olan “Khazar LX” markalı, **-PF-*** dövlət qeydiyyat nişanlı avtomobilin bərpa olunması üçün tələb olunan 12330 manat məbləğində pulun və ödənilmiş 127,40 manat dövlət rüsumunun iddiaçının xeyrinə tutulması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
8. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı ilə cavabdeh arasında bağlanmış 20 oktyabr 2021-ci il tarixli MAS-4542 saylı “Daxili Lizinq” müqaviləsinə əsasən cavabdehin sifarişi ilə 2021-ci il buraxılışlı, “Khazar LX” minik markalı, **-PF-*** dövlət qeydiyyat nişanlı, NVABA1HHFMF802804 ban, 147H0591996 mühərrik nömrəli, ağ rəngli avtomobil 14950 manat məbləğinə İddiaçı MMC-nin mülkiyyətinə alınmış və sifarişçinin müvəqqəti sahiblik və istifadəsinə verilmişdir. “X13”nin ayrılmaz tərkib hissəsi olan lizinq ödənişləri cədvəlinə (Əlavə N23) əsasən cavabdeh illik 24.5 % hesablanmaqla 48 aylıq müddətə hər ay sabit məbləğ olmaqla 389.61 manat, ümumilikdə isə 21802 manat məbləğində pulu iddiaçının hesabına ödəməyi öhdəsinə götürmüşdür. Ödənilməli olan ümumilikdə 21802 manatın 14950 manatı əsas məbləğ təşkil edir. Cavabdehin müvəqqəti istifadəsinə verilmiş iddiaçının mülkiyyətində olan “Khazar LX” minik markalı, **-PF-*** dövlət qeydiyyat nişanlı avtomobil 28 oktyabr 2021-ci il tarixdə yol-nəqliyyat hadisəsi törətmiş və servis mərkəzi tərəfindən tərtib olunmuş qüsur aktına əsasən avtomobilə 12330 manat dəyərində ziyan dəymişdir. Cavabdeh tərəfindən lizinq şirkətinə sonuncu ödəniş 22 dekabr 2021-ci il tarixdə 405 manat məbləğində olmuşdur. İddia tələbinin maddi hüquqi əsası kimi Mülki Məcəllənin 747.1, 748-1.8, 748-1.9, 748.1-12-ci maddələri göstərilmişdir.
9. Cavabdeh iddia ərizəsinə etirazla məhkəməyə müraciət edərək, etirazını onunla əsaslandırmışdır ki, iddiaçı ilə cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli “Daxili lizinq” müqaviləsinə əsasən iddiaçının mülkiyyətində olan 15000 manat dəyərində 1 ədəd “Khazar LX” markalı, **-PF-*** dövlət qeydiyyat nişanlı avtomobil cavabdehin istifadəsinə verilmişdir. Sonradan həmin avtomobil taksi fəaliyyəti ilə məşğul olmaq üçün iddiaçının etibarnaməsi əsasında X3 idarəetməyə verilmişdir. xx.xx.2021-ci il tarixdə Mirtofıq Rəzizadə sözügedən avtomobili idarə etdiyi zaman yol-nəqliyyat hadisəsi baş vermiş və baş vermiş hadisə nəticəsində M.Rəzizadənin idarə etdiyi avtomobilə ziyan dəymişdir. Dəymiş ziyanın müəyyən edilməsi üçün iddiaçının sifarişi əsasında Servis Mərkəzi tərəfindən xx.xx.2021-ci il tarixdə Qüsur aktı tərtib olunmuşdur. Həmin akta əsasən avtomobilə dəymiş ziyan 12066 manat müəyyən edilmişdir. Bu akt tərtib olunarkən cavabdehin iştirakı təmin olunmadığı üçün ərizə yazmışdır ki, bu aktla razı deyildir və avtomobilə dəymiş ziyanın müəyyən edilməsi onun iştirakı ilə aparılsın. Bundan sonra sözügedən Servis Mərkəzi MMC-nin sifarişi əsasında yenə də cavabdehin məlumatı və iştirakı olmadan xx.xx.2022-ci il tarixdə avtomobilə dəymiş ziyanın müəyyən edilməsi ilə bağlı Qüsur aktı tərtib etdi və bu dəfə avtomobilə dəymiş ziyan əvvəlkindən bir qədər çox, yəni 12648,0 manat məbləğində müəyyən edildi. İddiaçının cavabdehə qarşı qərəzli hərəkətinə etiraz etsə də, heç bir nəticə olmamışdır. Avtomobilə dəymiş zərərərin müəyyən edilməsi üçün cəlb edilmiş müstəqil qiymətləndirici "xxxx" MMC-nin xx.xx.2022-ci il tarixli “X6 dair Akt”ına əsasən ziyan məbləği Servis Mərkəzinin tərtib etdiyi qüsur aktlarından xeyli aşağı - 8114,50 manat təşkil etmişdir. "xxxx" MMC 8114,50 manat məbləği ona ödəməklə avtomobili tam təmir edilməsinə zəmanət versə də, iddiaçı buna razılıq vermir. Buradan da göründüyü kimi iddiaçı daha iri məbləğdə ziyanın ödənilməsində maraqlıdır. Bundan başqa, iddiaçı ilə bağladığı xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən “Daxili Lizinq” müqaviləsi imzalandıqdan sonra l il ərzində lizinq obyekti olan avtomobil yalnız lizinq alanın təqsiri nəticəsində zədələndikdə, avtomobilin oğurlanması, tam məhv olması və bərpa edilməsi üçün çəkilən xərc avtomobilin dəyərinin 70%-indən çox olması halı istisna olmaqla, dəymiş zərərin 800,0 manat məbləği lizinq alan tərəfindən lizinq verənə ödənilməklə, lizinq verən tərəfindən öz vəsaiti hesabına lizinq verənin partnyoru olan Servis Mərkəzində bərpa edilir. Avtomobilə dəymiş ziyanla bağlı Servis mərkəzinin tərtib etdiyi 2 ədəd Qüsur aktındakı dəymiş zərərin məbləği ilə razı deyildir. Hesab edir ki, dəymiş zərərin məbləği xeyli şişirdilmiş və bu məbləğ avtomobilin dəyərinin 70%-dən azdır. Bundan başqa qəzadan sonra sözügedən avtomobilin 8 aydan çox bir müddət açıq havada hərəkətsiz vəziyyətdə saxlanması avtomobilin texniki vəziyyətinin pisləşməsinə və aşınmasına səbəb olmuşdur. Baxmayaraq ki, həmin avtomobilin təmir üçün verilməsini dəfələrlə iddiaçıdan xahiş etmişdir. Buradan da göründüyü kimi lizinq verən qismində iddiaçı lizinq müqaviləsinin şərtlərinə bilərəkdən əməl etməməklə, avtomobilə dəymiş ziyan məbləğini qərəzli olaraq şişirməklə, qarşılıqlı müqavilə öhdəçiliyindən yayınır. İddiaçı cavabdehlə bağladığı lizinq müqaviləsinin şərtlərinə əməl etməyərək avtomobilə vurulmuş ziyanın məbləğini qərəzli olaraq şişirtməklə hüquqlarını pozur.
10. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-2(113)-2406/2023 saylı qətnaməsi ilə iddia qismən təmin edilmiş, İddiaçı ilə Cavabdeh arasında bağlanmış 20 oktyabr 2021-ci il tarixli MAS-4542 saylı “Daxili lizinq” müqaviləsinin ləğv edilməsi, Cavabdeh lizinq obyekti olan “Khazar LX” markalı, **-PF-*** dövlət qeydiyyat nişanlı avtomobilin bərpa olunması üçün 11478 manat tutularaq İddiaçınə ödənilməsi qət edilmişdir.
11. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçı ilə cavabdeh arasında 20 oktyabr 2021-ci il tarixli MAS-4542 saylı X13 bağlanmış və müqaviləyə əsasən iddiaçı cavabdehin sifariş etdiyi və bu lizinq müqaviləsinin ayrılmaz tərkib hissəsi olan 1 saylı əlavədə göstərilən əmlakı (“Khazar LX” minik markalı, **-PF-*** dövlət qeydiyyat nişanlı, NVABA1HHFMF802804 ban nömrəli, ağ rəngli avtomobil) muzdlu lizinq alanın müvəqqəti sahibliyinə və istifadəsinə verməyi, cavabdeh isə bu müqavilə ilə müəyyən edilmiş lizinq ödənişlərini ödəməyi öhdələrinə götürmüşlər. İddiaçı tərəfindən avtomobil xx.xx.2021-ci il tarixli təhvil-təslim aktı ilə cavabdehə təhvil verilmiş və cavabdeh tərəfindən həmin avtomobil təhvil alınmışdır. Avtomobillə yol nəqliyyat hadisəsi törədilmiş, nəticədə avtomobilə ziyan dəymişdir. Məhkəmə qeyd etmişdir ki, tərəflər arasında bağlanmış 20 oktyabr 2021-ci il tarixli MAS-4542 saylı X8 4.4.1-ci bəndinə əsasən lizinq alan müvafik standartlara, texniki şərtlərə, texniki istismar qaydalarına və istehsalçının təlimatlarına riayət etməklə lizinq obyektini yalnız onun təyinatı üzrə istifadə etməlidir. Həmin müqavilənin 4.4.2-ci bəndinə əsasən lizinq alan lizinq obyektini saz vəziyyətdə saxlamalı, lizinq obyektinin təmiri ilə bağlı bütün xərcləri ödəməlidir. Həmin Müqavilənin 5.1-ci bəndinə əsasən təhvil-təslim aktı imzalandığı andan müqaviənin bütün müddəti ərzində Lizinq Obyektinin zərərin bütün növlərindən qorunması, həmçinin onun təsadüfən məhv edilməsi və zədələnməsi riski Lizinq alana keçir. Göründüyü kimi cavabdeh X10 əsasən lizinq obyektini saz vəziyyətdə saxlamağı və lizinq obyektinin təmiri ilə bağlı bütün xərcləri ödəməyi öhdəliyinə götürmüşdür. Lakin iş materiallarından müəyyən olunur ki, cavabdeh tərəfindən lizinq obyekti saz vəziyyətdə saxlanılmamış və nəticədə mülkiyyətçiyə ziyan dəymişdir ki, bu halda məhkəmə hesab edir ki, iddiaçı avtomobilə dəymiş ziyanı tələb etməkdə haqlıdır. Məhkəmə qeyd etmişdir ki, tərəflər avtomobilə ziyan dəyməsini mübahisələndirmir. Tərəflərin arasındakı mübahisə yalnız ziyanın məbləği barədədir. Mübahisənin mahiyyətini avtomobilin təmir xərcinə dair fikir ayrılığı təşkil edir. Belə ki, cavabdeh bu qiymətin 8114,50 manat, iddiaçı isə 12330 manat təşkil etdiyini bildirir. Ona görə də mübahisənin düzgün həll edilməsi üçün sığorta hadisəsinin baş verməsi nəticəsində avtomobilə dəymiş zərərin aradan qaldırılması üçün tələb olunan xərcin nə qədər təşkil etdiyinin müəyyən edilməsi üçün məhkəmə tərəfindən ekspertiza təyin edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli 9/9257 saylı rəyi ilə, iddiaçıya məxsus avtomobilin təmirbərpa xərci 11478,0 manat müəyyən edilmişdir. Məhkəmə, Məhkəmə Ekspertizası Mərkəzinin ekspert rəyi ilə razılaşaraq qeyd etmişdir ki, ekspert rəyinin məzmunundan və ekspertiza tədqiqatının aparıldığı sənədlərdən görünür ki, ekspertin gəldiyi nəticə, ona ekspertiza tədqiqatının aparılması üçün mənbəyi bəlli məlumatlar tədqiq olunmaqla əldə olunmuş və kifayət qədər əsaslandırılmışdır. Qeyd edilənləri nəzərə alan məhkəmə hesab etmişdir ki, yuxarıda tədqiq edilən məhkəmə ekspertiza mərkəzinin ekspert rəyi ilə müəyyən edilən hallar və gəlinən nəticə, inandırıcı sübut kimi qəbul edilməli və düzgün nəticə kimi qiymətləndirilməlidir. Qeyd olunanlara əsasən məhkəmə hesab etmişdir ki, iddia yol-nəqliyyat hadisəsi nəticəsində dəymiş zərərin əvəzini təşkil edən 11478 manat iddiaçının xeyrinə tutulmaqla iddia qismən təmin edilməlidir. Məhkəmə iddia tələbinin müqavilənin ləğv edilməsi hissəsinə münasibətdə qeyd etmişdir ki, sadalanmış normaların tələbləri və tərəflər arasında bağlanılmış müqavilə şərtləri nəzərə alındığında müəyyən olunur ki, cavabdeh öhdəliyini yerinə yetirməmiş və bu hal, lizinq müqaviləsinə xitam verilməsi üçün əsasdır. Başqa sözlə, iddia tələbi X16 Müqaviləsinə ləğv edilməsi hissəsində təmin olunmalıdır. Şərh olunan xüsusatlara və istinad edilən hüquq normalarına əsasən məhkəmə hesab etmişdir ki, iddia qismən təmin edilməli, iddiaçı ilə cavabdeh arasında bağlanmış 20 oktyabr 2021-ci il tarixli MAS-4542 saylı “Daxili lizinq” müqaviləsi ləğv edilməli, cavabdehdən lizinq obyekti olan “Khazar LX” markalı, **-PF-*** dövlət qeydiyyat nişanlı avtomobilin bərpa olunması üçün 11478 manat tutularaq iddiaçıya ödənilməli və iddia qalan hissədə rədd edilməlidir.
12. Cavabdeh həmin qətnamədən apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini, iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
Apellyasiya şikayətinin dəlilləri:
13. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçı lizinq şirkəti qüsur aktında məbləğləri şişirtməklə yanaşı, təmirə ehtiyacı olmayan və avtomobilə lazım olmayan detalları göstərməklə məbləğin 70 %-dən çox olmasına nail olmuşdur. Belə ki, avtomobilin bəzi detalları vardır ki, ümumiyyətlə həmin detalların dəyişdirilməsinə zərurət yoxdur. Lakin lizinq şirkəti həmin ehtiyac olmayan detalları göstərməklə məbləği şişirtmişdir. Ekspert isə iddiaçının göstərdikləri detalları hesablamaqla böyük məbləği, yəni 70 % dən yuxarı olan məbləği göstərmişdir. İddiaçı ilə cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli “Daxili lizinq” müqaviləsinə əsasən iddiaçının mülkiyyətində olan 15000,0 manat dəyərində 1 ədəd “Khazar LX” markalı, **-PF-*** dövlət qeydiyyat nişanlı avtomobil cavabdehin istifadəsinə verilmişdir. Sonradan həmin avtomobil taksi fəaliyyəti ilə məşğul olmaq üçün iddiaçının etibarnaməsi əsasında X3 idarəetməyə verilmişdir. xx.xx.2021-ci il tarixdə Mirtofıq Rəzizadə sözügedən avtomobili idarə etdiyi zaman yol-nəqliyyat hadisəsi baş vermiş və baş vermiş hadisə nəticəsində M.Rəzizadənin idarə etdiyi avtomobilə ziyan dəymişdir. Dəymiş ziyanın müəyyən edilməsi üçün iddiaçının sifarişi əsasında Servis Mərkəzi tərəfindən xx.xx.2021-ci il tarixdə qüsur aktı tərtib olunmuşdur. Həmin akta əsasən avtomobilə dəymiş ziyan 12066,0 manat müəyyən edilmişdir. Bu akt tərtib olunarkən cavabdehin iştirakı təmin olunmadığı üçün ərizə yazmışdır ki, bu aktla razı deyildir və avtomobilə dəymiş ziyanın müəyyən edilməsi onun iştirakı ilə aparılsın. Bundan sonra sözügedən Servis Mərkəzi MMC-nin sifarişi əsasında yenə də cavabdehin məlumatı və iştirakı olmadan xx.xx.2022-ci il tarixdə avtomobilə dəymiş ziyanın müəyyən edilməsi ilə bağlı Qüsur aktı tərtib etdi və bu dəfə avtomobilə dəymiş ziyan əvvəlkindən bir qədər çox, yəni 12648,0 manat məbləğində müəyyən edildi. İddiaçının cavabdehə qarşı qərəzli hərəkətinə etiraz etsə də, heç bir nəticə olmamışdır. Avtomobilə dəymiş zərərərin müəyyən edilməsi üçün cəlb edilmiş müstəqil qiymətləndirici "xxxx" MMC-nin xx.xx.2022-ci il tarixli “X6 dair Akt”ına əsasən ziyan məbləği Servis Mərkəzinin tərtib etdiyi qüsur aktlarından xeyli aşağı-8114,50 manat təşkil etmişdir. "xxxx" MMC 8114,50 manat məbləği ona ödəməklə avtomobili tam təmir edilməsinə zəmanət versə də, iddiaçı buna razılıq vermir. Buradan da göründüyü kimi iddiaçı daha iri məbləğdə ziyanın ödənilməsində maraqlıdır. Bundan başqa, iddiaçı ilə bağladığı xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən “Daxili Lizinq” müqaviləsi imzalandıqdan sonra l il ərzində lizinq obyekti olan avtomobil yalnız lizinq alanın təqsiri nəticəsində zədələndikdə, avtomobilin oğurlanması, tam məhv olması və bərpa edilməsi üçün çəkilən xərc avtomobilin dəyərinin 70%-indən çox olması halı istisna olmaqla, dəymiş zərərin 800,0 manat məbləği lizinq alan tərəfindən lizinq verənə ödənilməklə, lizinq verən tərəfindən öz vəsaiti hesabına lizinq verənin partnyoru olan Servis Mərkəzində bərpa edilir. Avtomobilə dəymiş ziyanla bağlı Servis mərkəzinin tərtib etdiyi 2 ədəd Qüsur aktındakı dəymiş zərərin məbləği ilə razı deyildir. Hesab edir ki, dəymiş zərərin məbləği xeyli şişirdilmiş və bu məbləğ avtomobilin dəyərinin 70%-dən azdır. Bundan başqa qəzadan sonra sözügedən avtomobilin 8 aydan çox bir müddət açıq havada hərəkətsiz vəziyyətdə saxlanması avtomobilin texniki vəziyyətinin pisləşməsinə və aşınmasına səbəb olmuşdur. Baxmayaraq ki, həmin avtomobilin təmir üçün verilməsini dəfələrlə iddiaçıdan xahiş etmişdir. Buradan da göründüyü kimi lizinq verən qismində iddiaçı lizinq müqaviləsinin şərtlərinə bilərəkdən əməl etməməklə, avtomobilə dəymiş ziyan məbləğini qərəzli olaraq şişirməklə, qarşılıqlı müqavilə öhdəçiliyindən yayınır. İddiaçı cavabdehlə bağladığı lizinq müqaviləsinin şərtlərinə əməl etməyərək avtomobilə vurulmuş ziyanın məbləğini qərəzli olaraq şişirməklə hüquqlarını pozur. Qətnamədə məhkəmənin əsaslandırdığı sübutlar, bu və ya digər sübutları rədd və ya qəbul etmək üçün istinad etdiyi dəlillər, rəhbər tutduğu qanunlar və ya digər normativ aktlar dəqiq göstərilməmişdir. Məhkəmə yalnız öz fərziyyələrinə, iddiaçının yalan məlumatlarına əsaslanmaqla qərar qəbul etmişdir. Qətnamədə işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilməmiş, nəticədə qətnamədə göstərilən hallar işin materiallarına uyğun deyildir. Məhkəmə iş üzrə bütün halları araşdırmadan, zəruri sübutlara düzgün hüquqi qiymət vermədən qərar qəbul etmişdir. Məhkəmə yalnız iddiaçının göstərdiyi məlumatları sadalamaqla kifayətlənmiş, hər bir sübutu qətnamədə şərh etməmiş, sübutlar əlaqələndirilməmiş və sübutun işə hansı aidiyyətinin olmasını müəyyən etməmişdir. Ekspert rəyi qərəzli olaraq iddiaçının verdiyi məlumatlar əsasında tərtib edilmişdir. Belə ki, avtomobilin kapot adlanan hissədini, onun rənglənməsini və zamok hissəsini ayrı-ayrılıqda göstərməklə qiymət şişirdilmişdir. Halbuki kapot hissəsinin bəzi detallarına, məsələn zamok hissəsinə ehtiyac yoxdur. Digər tərəfdən avtomobilin qabaq sağ qapısının üzlüyünü, şüşəsini, rezinini, iç zamoku, zamoku, reysi, rezinini ayrı-ayrı göstərməklə 1 qapını 695 manata qiymətləndirilmişdir. Beləliklə avtomobilin 4 qapısının hərəsinə 695 manat məbləğində qiymətləndirilmişdir. Halbuki, bir qapının qiyməti 300 manatdır. Həmin qapınin üzərinə bütün detallar vardır. Lakin iddiaçı bütün bunları ayrı-ayrı göstərməklə qiyməti şişirtmişdir. Avtomobilin şitini 600 manat, hava yastığını 200 manat, şitin hava yastığını 200 manat qiymtələndirib. Halbuki şitin qiyməti 450 manat, sükanın hava yastığı 80 manatdır. Avtomobilin qabab pərilərini özü qiriılb, lakin mator hissəsi sağlamdır. Yalnız pərin dəyişdirilməli olduğu halda bütöv hissəni qiymətlədirərək 106 manat qiymətləndirməklə 2 pərə 212 manat hesablamışlar. Halbuki, pərin birinin qiyməti 15 manat olmaqla, ikisi birlikdə 30 manatdır. Avtomobilin sol farası sağlamdır, lakin onunda məhv edildiyi döstərilməklə qiyməti şişirtmişlər. Halbuki şəkildən görünür ki, sol fara sağlamdır. Ekspert rəyində 10 cu detalla 60 cı detal arasında kəskin ziddiyyət vardır. Belə ki, hər ikisi eyni formalı qabaq şüşələrdir. Ekspert şüşənin birinin qiymətini 50 manat, digərini isə 100 manat qiymətləndirmişdir. Təhlükəsizlik kəməri 160 manat göstərilib, halbuki o kəmərin qiyməti heç 20 manat deyildir. Rulevoy kolonka 320 manat yazılıb, halbuki 160 manatdır. Avtomobildəki maqintafonu 80 manat yazıblar, halbuki qiyməti 25 manatdır. Dəmirçi işi 700 manat yazılıb, halbuki detal olaraq dəmirçiyə aid olan bir detal göstərilməmişdir. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri:
14. Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.
Məhkəmə icraatı iştirakçılarının izahatları:
15. Məhkəmə iclasında iddiaçının nümayəndəsi X9 apellyasiya şikayətinə etiraz edərək şikayətin təmin edilməməsini, qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etdi.
16. Cavabdeh məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsini rəhbər tutaraq onun iştirakı olmadan şikayətə baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq:
17. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 21-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. - 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası - 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya həmin Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. - 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. - 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. - 747.1-ci maddəsinə əsasən lizinq müqaviləsinə görə, lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur. - 748-1.8-ci maddəsinə görə lizinq müqaviləsinə xitam verildikdən sonra lizinq alan lizinq obyektini normal köhnəlmə (amortizasiya) və ya lizinq müqaviləsi ilə şərtlənən köhnəlmə nəzərə alınmaqla, lizinq verənə ondan aldığı vəziyyətdə (halda) qaytarmalıdır. - 748-7.1-ci maddəsinə əsasən lizinq obyekti olan əmlakın zərərin bütün növlərindən qorunması, həmçinin onun məhv edilməsi, itirilməsi, korlanması, talanması, vaxtından əvvəl sıradan çıxması, quraşdırılması və ya istifadəsi zamanı buraxılan səhvlərdən və istismarı zamanı yol verilən risklərdən qorunması ilə bağlı məsuliyyəti, lizinq müqaviləsi ilə ayrı qayda nəzərdə tutulmayıbsa, lizinq obyektinin faktiki qəbulu anından lizinq alan daşıyır. - 748-10.1-ci maddəsinə əsasən lizinq müqaviləsinin qüvvədə olduğu müddət ərzində həmin müqavilə üzrə ödənişlərin ümumi məbləği lizinq ödənişləri hesab edilir. Lizinq ödənişləri lizinq müqaviləsi üzrə lizinq alana verilmiş lizinq obyektindən istifadəyə görə onun tərəfindən lizinq verənin xeyrinə həyata keçirilən ödənişlərdir. -750-ci maddəsinə əsasən lizinq alanın təqsiri üzündən müqaviləyə vaxtından əvvəl xitam verildikdə lizinq verən icra ilə bağlı öz mənafelərinə aid olmayan tələbləri irəli sürə bilməz. Tələblər müəyyənləşdirilərkən lizinq əmlakının qalıq dəyəri, lizinq muzdu üzrə faizlərin qalığı və qənaət edilmiş digər xərclər nəzərə alınır. - Mülki Prosessual Məcəllənin: -77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. -119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. -119.5-ci maddəsinə görə apellyasiya və kassasiya şikayətləri verilməsi ilə əlaqədar işdə iştirak edən şəxslərin çəkdikləri məhkəmə xərcləri də bu Məcəllənin 119.1- 119.4-cü maddələrində göstərilən qaydaya uyğun bölüşdürülür. -206.1-ci maddəsinə əsasən, ekspertin rəyi məhkəmə iclasında tədqiq edilir və digər sübutlarla birgə qiymətləndirilir və onun məhkəmə üçün qabaqcadan heç bir qüvvəsi yoxdur. Ekspertin rəyi ilə məhkəmənin razılaşmaması iş üzrə qətnamədə, yaxud əlavə və ya təkrar ekspertiza təyini haqqında qərardadda əsaslandırılmalıdır.
Apellyasiya baxışının hədləri:
18. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
19. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.
20. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi tərəfindən iddia qismən təmin edilmiş, qətnamədən cavabdeh tərəfindən apellyasiya şikayəti vermişdir. Cavabdeh şikayətində qətnamənin ləğv edilməsini, iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etsə də, apellyasiya şikayətinin dəlilləri qətnamənin yalnız avtomobilə dəymiş zərərin tutulması hissəsində ləğv edilməsinə yönəldilmişdir. Odur ki, kollegiya hesab edir ki, qətnamənin əsaslılığı avtomobilə dəymiş zərərin əvəzinin tutulması tələbinə dair iddianın təmin edilmiş hissəsində yoxlanılmalıdır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
21. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, qətnamə mübahisələndirilən hissədə, yəni avtomobilə dəymiş zərərin əvəzinin tutulması tələbinə dair iddianın təmin edilmiş hissəsində- dəyişdirilməlidir.
22. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, İddiaçı ilə Cavabdeh arasında 20 oktyabr 2021-ci il tarixli MAS-4542 saylı X10 əsaslanan öhdəlik hüquq münasibətləri yaranmışdır. Həmin müqaviləyə əsasən İddiaçı MMC “Khazar LX” minik markalı, **-PF-*** dövlət qeydiyyat nişanlı, NVABA1HHFMF802804 ban nömrəli, ağ rəngli avtomobili Cavabdeh müvəqqəti sahibliyinə və istifadəsinə vermişdir. xx.xx.2021-ci il tarixdə həmin avtomobilin sürücüsü X1 təqsiri ilə baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində avtomobilə maddi zərər dəymişdir.
23. Hazırda İddiaçı MMC lizinq müqaviləsinin ləğv edilməsini və avtomobilə dəymiş zərərin Cavabdeh tutulmasını tələb edir.
24. Məhkəmə kollegiyası maddi zərərin tutulması tələbinin əsaslılığı ilə bağlı qeyd edir ki, lizinq obyekti olan avtomobil lizinq alan tərəfindən təhvil alındıqdan sonra baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində həmin avtomobilə maddi zərər vurulması işin mübahisəsiz halıdır.
25. Mülki Məcəllənin 748-1.8-ci və 748-7.1-ci maddələrinin tələblərinə əsasən isə lizinq obyektinin faktiki qəbulu anından həmin obyektin zərərin bütün növlərindən qorunması, həmçinin onun məhv edilməsi, korlanması, istismarı zamanı yol verilən risklərdən qorunması ilə bağlı məsuliyyəti lizinq alan daşıyır. Bundan əlavə lizinq müqaviləsi xitam verildiyi halda lizinq obyektini normal köhnəlmə (amortizasiya) nəzərə alınmaqla, lizinq verənə ondan aldığı vəziyyətdə (halda) qaytarmaq da lizinq alanın öhdəliklərinə aid edilmişdir.
26. Bundan əlavə mübahisəli lizinq müqaviləsinin 5.1-ci bəndinə əsasən də təhvil-təslim aktı imzalandığı andan müqavilənin bütün müddəti ərzində lizinq obyektinin zərərin bütün növlərindən qorunması, həmçinin onun təsadüfən məhv edilməsi və zədələnməsi riski lizinq alana keçir.
27. Digər tərəfdən o da qeyd edilməlidir ki, mübahisəli lizinq müqaviləsinin 5.3-cü bəndində tərəflər 5.1-ci bənddə müəyyən edilmiş ümumi qaydadan istisna halı müəyyən etmişlər. Belə ki, həmin bəndə əsasən lizinq verən lizinq müqaviləsi imzalandıqdan sonra 1 il ərzində avtomobil lizinq alanın təqsiri üzündən zədələndikdə zədələnmənin avtomobilin dəyərinin 70%-dən artıq olduğu hallar istisna olmaqla və bərpa xərclərinin 800 manat hissəsinin 1 ay ərzində lizinq alan tərəfindən ödənilməsi şərti ilə avtomobili bərpa etməyi öz öhdəsinə götürmüşdür.
28. Bununla bağlı kollegiya qeyd edir ki, lizinq obyekti olan avtomobilə dəymiş zərərin məbləğinin müəyyən edilməsi məqsədilə məhkəmələr tərəfindən üç dəfə ekspert rəyi alınmış və həmin rəylərə əsasən avtomobilə dəymiş zərərin köhnəlmə faizi nəzərə alınmaqla 11.478 manat təşkil etməsi öz təsdiqini tapmışdır. Məhkəmə kollegiyası hesab edir ki, ekspert rəyləri razılaşmaması üçün əsas olmadığından həmin rəylər sübut qismində qəbul edilməlidir.
29. Odur ki, hazırkı halda birincisi, ekspert rəyləri ilə müəyyən edilmiş dəymiş zərər məbləği avtomobilin dəyərinin 70%-dən artıqdır. İkincisi, cavabdeh tərəfindən avtomobilin bərpa edilməsi üçün 800 manat məbləğində pul vəsaiti iddiaçıya 1 ay ərzində ödənilməmişdir və üçüncüsü, lizinq obyektinə zərər vurulması lizinq alanın deyil, üçüncü şəxsin (avtomobilin sürücüsü Rəsizadə) təqsiri üzündən baş vermişdir. Belə olan halda isə müqavilənin 5.3-cü bəndinin hazırkı mübahisəyə tətbiqi istisna olunur. Yuxarıda göstərilənlərə əsasən kollegiya belə qənaətə gəlir ki, İddiaçı MMC Mülki Məcəllənin 748- 1.8-ci və 748-7.1-ci maddələrinin tələblərinə əsasən lizinq obyekti olan avtomobilə dəymiş zərərin cavabdehdən tutulmasını tələb etməkdə haqlıdır.
30. Digər tərəfdən Mülki Məcəllənin 750-ci maddəsində lizinq alanın təqsiri üzündən müqaviləyə vaxtından əvvəl xitam verildikdə lizinq verənin tələbləri müəyyən edilərkən lizinq əmlakının qalıq dəyəri, lizinq muzdu üzrə faizlərin qalığı və qənaət edilmiş digər xərclərin nəzərə alınmalı olması göstərilmişdir.
31. Bununla bağlı kollegiya ilk növbədə onu qeyd edir ki, hazırkı iddia tələbi maddi zərərin ödənilməsinə dair müqavilədənkənar tələb olmamaqla məhz lizinq verənin lizinq alanın təqsiri üzündən müqaviləyə vaxtından əvvəl xitam verilməsi ilə əlaqədar lizinq müqaviləsinə əsaslanaraq irəli sürdüyü tələbdir. Odur ki, həmin tələbin irəli sürülməsi zamanı Mülki Məcəllənin 750-ci maddəsinin tələbləri nəzərə alınmalıdır.
32. Hazırda işin mübahisəsiz halları isə ondan ibarətdir ki, cavabdeh lizinq müqaviləsi bağladığı gün 3100 manat məbləğində lizinq ödənişini iddiaçıya ödəmiş, yolnəqliyyat hadisəsi həmin müqavilə bağlandıqdan 8 gün sonra baş vermiş və hadisə baş verdikdən sonra avtomobil əvvəlcə iddiaçı şirkətinin partnyoru olan servis şirkətinə və sonradan iddiaçıya məxsus duracağa yerləşdirilmiş, yəni hadisə baş verdikdən sonra lizinq obyekti lizinq verənin sahibliyinə qaytarılmaqla lizinq müqaviləsi üzrə münasibətlərə faktiki xitam verilmişdir.
33. Bu zaman müqavilə bağlanarkən cavabdeh tərəfindən ödənilmiş lizinq ödənişinin mahiyyəti ilə bağlı qeyd edilməlidir ki, həmin ödənişin adı ilkin ödəniş kimi müqavilədə qeyd edilməsə də, ödənişin müqavilənin bağlandığı gün, yəni lizinq obyektinin lizinq alanın istifadəsinə verilməmişdən əvvəl ödənilməsini nəzərə aldıqda belə qənatə gəlmək olar ki, həmin məbləğ mahiyyət etibarilə avtomobilin lizinq müddəti müddətində lizinq alanın istifadəsinə və son nəticədə (lizinq müqaviləsi üzrə ödənişlər tam icra edildikdən sonra) mülkiyyətinə verilməsinə görə qabaqcadan ödənişdir (avansdır).
34. Beləliklə, işin yuxarıda göstərilən hallarından göründüyü kimi hazırkı halda lizinq alan Cavabdeh lizinq müqaviləsi bağlanarkən lizinq obyekti olan avtomobilin əldə edilməsinə görə 3100 manat məbləğində avans (ilkin ödəniş) ödəmiş, lakin lizinq müqaviləsi ləğv edildiyindən dəyərinin bir hissəsini ödədiyi lizinq obyektini əldə etmək hüququnu itirmişdir. Lizinq verən isə lizinq müqaviləsinin ləğv edilməsi nəticəsində lizinq obyektinə mülkiyyət hüququnu özündə saxlamışdır. Halbuki həmin lizinq obyektinin dəyərinin 3.100 manat hissəsi lizinq alanın ilkin ödənişi hesabına ödənilmişdir.
35. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, müqavilə vaxtından əvvəl ləğv edildiyi halda lizinq verənin lizinq alana qarşı tələbləri müəyyənləşdirilərkən avans ödənişi lizinq verənin qənaət etdiyi xərc qismində nəzərə alınmalıdır. Əks yanaşma Mülki Məcəllənin 750-ci maddəsinin tələblərinə zidd olmaqla yanaşı lizinq verənin lizinq müqavilə bağlayarkən ümid etməyə haqqı çatanlardan daha artıq məbləğdə əmlak əldə etməklə əsassız varlanmasına səbəb olacaqdır.
36. Yuxarıda göstərilənlərə əsasən kollegiya belə qənaətə gəlir ki, mübahisəli hüquq münasibətində lizinq verən olan iddiaçının müqavilə ləğv edilməsi ilə bağlı lizinq alana qarşı irəli sürdüyü lizinq obyektinə dəymiş zərərin əvəzi olaraq 11.478 manat məbləğində pulu tələbindən lizinq müqaviləsinin vaxtından əvvəl ləğv edilməsi nəticəsində lizinq verənin qənaət etdiyi xərclər, yəni lizinq alan tərəfindən edilmiş 3.100 manat ilkin ödəniş çıxılmalı və lizinq alandan tutulmalı olan dəymiş zərərin məbləği 8.378 manat (11.478 manat- 3.100 manat) məbləğində müəyyən edilməlidir.
37. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə, yəni avtomobilə dəymiş zərərin ödənilməsinə dair maddi zərərin tutulması hissəsində dəyişdirilməli, Cavabdeh İddiaçı MMC-nin xeyrinə maddi zərərin əvəzi olaraq tutulacaq pul vəsaiti 8.378 manat məbləğində müəyyən edilməlidir.
38. Məhkəmə xərclərinə münasibətdə kollegiya qeyd edir ki, apellyasiya şikayəti qismən təmin edildiyindən həmin şikayət verilərkən ödənilmiş 65 manat məbləğində dövlət rüsumunun 20 manat hissəsi iddiaçıdan tutularaq cavabdehə ödənilməli, iddia rüsumunun qalan hissəsi cavabdehə aid edilməlidir.
39. İş üzrə keçirilmiş ekspertiza tədqiqatlarının dəyəri olan 100 manat məbləğidndə pul vəsaiti cavabdehdən alınaraq Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin bank hesabına (Büdcə təsnifatının kodu 142319, Büdcə səviyyəsinin kodu 3, X5, 210005, VÖEN **********, Müxbir Hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi, VÖEN **********, hesab: AZ34CTRE********************) ödənilməlidir.
40. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.3, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə t e t d i: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-2406/2023 saylı kommersiya mübahisəsi üzrə qəbul etdiyi xx.xx.2023-cü il tarixli qətnaməsi mübahisələndirilən hissədə - avtomobilə dəymiş zərərin əvəzinin tutulması tələbinə dair iddianın təmin edilmiş hissəsində dəyişdirilsin, Cavabdeh İddiaçı MMC-nin xeyrinə maddi zərərin əvəzi olaraq tutulacaq pul vəsaiti 8.378 manat məbləğində müəyyən edilsin. İş üzrə keçirilmiş ekspertiza tədqiqatlarının dəyəri olan 100 manat məbləğində pul vəsaiti cavabdehdən alınaraq Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin bank hesabına (Büdcə təsnifatının kodu 142319, Büdcə səviyyəsinin kodu 3, X5, 210005, VÖEN **********, Müxbir Hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi, VÖEN **********, hesab: AZ34CTRE********************) ödənilsin. Apellyasiya şikayəti verilərkən ödənilmiş 65 manat məbləğində dövlət rüsumunun 20 manat hissəsi iddiaçıdan tutularaq cavabdehə ödənilsin, iddia rüsumunun qalan hissəsi cavabdehə aid edilsin. Qətnamədən kassasiya şikayəti verilə bilməz.
Sədrlik edən: Leyla Əliyeva
Hakimlər: Təranə Mahmudova
Ziya Şirinov