Məhkəmə qərarları › İş №2-2(103)-1006/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-1006/2023

06.12.2023 · Xususi icraat - Vergi ödəyicisi olan fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında işlər üzrə icraat (xüsusi icraat)
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-1006/2023 06.12.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Ərizəçi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin Maraqlı şəxs ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması tələbinə dair Açar söz: ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması Bakı Apelyasiya Məhkəməsinin Kommersiya Kollegiyası hakimlər Baxışova Vüsalə Ələkbər qızının sədrliyi və məruzəsi ilə, hakimlər Qurbanov Raqib Əliddin oğlu və Hüseyn Aida Əli qızından ibarət tərkibdə, məhkəmə iclas katibi Həşimli Nigar Vahid qızının katibliyi, Maraqlı şəxs, nümayəndəsi və vəkili Nümayəndə2 iştirakı ilə, ərizəçi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin Maraqlı şəxs ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə kommersiya mübahisəsi üzrə Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(113)-4823/2023 nömrəli qətnaməsindən maraqlı şəxs tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxdı. İşin halları

1. "xxxx" MMC (VÖEN: **********) şəxsi hesab vərəqəsindən görünür ki, xx.xx.2023cü il tarixə dövlət büdcəsinə 350.847,89 manat borcu mövcuddur.

2. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi xx.xx.2023-cü il tarixli, **********7 nömrəli vergilər üzrə borcun ödənilməsinə dair bildirişlə "xxxx" MMC-yə müraciət edərək ümumilikdə 334059,38 manat (o cümlədən, vergilər üzrə 266605 manat, faizlər üzrə 67214,38 manat, maliyyə sanksiyası üzrə 240 manat) borcunun 5 gün müddətində dövlət büdcəsinə ödənilməsini tələb etmiş, eyni zamanda borc ödənilmədiyi təqdirdə məhkəməyə müraciət ediləcəyini bildirmişdir.

3. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi xx.xx.2023-cü il tarixli, **********0 nömrəli muzdlu və qeyri-muzdlu işdən əldə edilən gəlirlər üzrə məcburi dövlət sosial sığorta haqqı üzrə borcun ödənilməsinə dair bildirişlə "xxxx" MMC-yə müraciət edərək ümumilikdə 906,02 manat (o cümlədən, muzdlu və qeyri-muzdlu işdən əldə edilən gəlirlər üzrə 879,56 manat, faizlər üzrə 26,46 manat) borcunun 5 gün müddətində dövlət büdcəsinə ödənilməsini tələb etmiş, eyni zamanda borc ödənilmədiyi təqdirdə məhkəməyə müraciət ediləcəyini bildirmişdir.

4. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi xx.xx.2023-cü il tarixli, **********8 nömrəli icbari tibbi sığorta haqqı üzrə borcun ödənilməsinə dair bildirişlə "xxxx" MMC-yə müraciət edərək ümumilikdə 87,60 manat (o cümlədən, icbari tibbi sığorta haqqı üzrə 85,44 manat, faizlər üzrə 2,16 manat, maliyyə sanksiyası üzrə 0 manat) borcunun 5 gün müddətində dövlət büdcəsinə ödənilməsini tələb etmiş, eyni zamanda borc ödənilmədiyi təqdirdə məhkəməyə müraciət ediləcəyini bildirmişdir.

5. Kommersiya qurumlarının dövlət reyestri məlumatlarına xx.xx.2023-cü il tarixdə edilmiş son dəyişikliyə əsasən "xxxx" MMC-nin qanuni təmsilçisi X1r.

6. xx.xx.2023-cü il tarixli əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişinə əsasən 01.0.2023-cü il tarixdə "xxxx" MMC ilə Maraqlı şəxs arasında əmək müqaviləsinə xitam verilmişdir.

7. xx.xx.2023-cü il tarixli əmək müqaviləsinin bağlanması ilə bağlı əmək müqaviləsi bildirişinə əsasən xx.xx.2023-cü il tarixdə "xxxx" MMC ilə X2 arasında əmək müqaviləsi bağlanmışdır.

Birinci instansiya məhkəməsində icraat

8. Ərizəçi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi ərizə ilə məhkəməyə müraciət edərək, vergi ödəyicisi olan “Kainat-İnşaat" Məhdud Məsuliyyətli Cəmiyyətinin (VÖEN: **********) İcbari Tibbi Sığorta Fonduna 1,11 manat, dövlət büdcəsinə 333096,33 manat, Dövlət Sosial Müdafiə Fonduna 9,67 manat məbləğində borcunun ödənilməsini təmin etmək üçün onun icra orqanının rəhbəri olan Maraqlı şəxs barəsində ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

9. Ərizə onunla əsaslandırılmışdır ki, vergi öhdəliklərini Azərbaycan Respublikası Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədiyi üçün xx.xx.2023-cü il tarixə vergi ödəyicisi olan “Kainat-İnşaat" Məhdud Məsuliyyətli Cəmiyyətinin (VÖEN: **********) İcbari Tibbi Sığorta Fonduna 1,11 manat, dövlət büdcəsinə 333096,33 manat məbləğində (o cümlədən, vergilər üzrə 262504,6 manat, faizlər üzrə 70351,73 manat, maliyyə sanksiyası üzrə 240 manat) , Dövlət Sosial Müdafiə Fonduna 9,67 manat məbləğində olmaqla borcu vardır. Yaranmış borc məbləğinin 5 gün ərzində dövlət büdcəsinə ödənilməsi məqsədi ilə vergi ödəyicisinə Vergi Məcəlləsinin 65-ci maddəsinə əsasən xx.xx.2023-cü il tarixli **********911200, xx.xx.2023-cü il tarixli **********965400, xx.xx.2023-cü il tarixli **********911800 nömrəli bildirişlər göndərilmiş, lakin vergi ödəyicisi yaranmış borc məbləğini ödəməmişdir. Reyestr məlumatlarına əsasən Maraqlı şəxs ünvan 1 ünvanında yaşayır.

10. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(113)-4823/2023 nömrəli qətnaməsi ilə (hakim Ülkər Həsənova) ərizə təmin edilmişdir.

11. Məhkəmə qeyd etmişdir ki, hüquqi şəxs haqqında məlumata əsasən əsas fəaliyyət növü yaşayış və qeyri-yaşayış binalarının tikintisi üzrə layihələrin işlənməsi olan "xxxx" MMC-nin icra orqanının rəhbəri Maraqlı şəxsdur və "xxxx" MMC (VÖEN: **********) şəxsi hesab vərəqəsindən görünür ki, xx.xx.2023-cü il tarixə dövlət büdcəsinə 350847,89 manat borcu mövcud olduğundan Kainat-İnşaat" Məhdud Məsuliyyətli Cəmiyyətinin İcbari Tibbi Sığorta Fonduna 1,11 manat, dövlət büdcəsinə 333096,33 manat, Dövlət Sosial Müdafiə Fonduna 9,67 manat məbləğində borcunun ödənilməsini təmin etmək üçün onun icra orqanının rəhbəri Maraqlı şəxs ölkədən getmək hüququ vergi öhdəlikləri tam yerinə yetirilənədək müvəqqəti məhdudlaşdırılmalıdır.

Apellyasiya instansiyasi məhkəməsindəki icraat

a) Apellyasiya şikayətinin dəlilləri

12. Maraqlı şəxs Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2- 2(113)-4823/2023 nömrəli qətnaməsinin ləğv edilərək ərizənin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

13. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Maraqlı şəxs "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətin, yəni işəgötürənin xx.xx.2016-cı il tarixli əmri ilə həmin MMC-nin rəhbəri təyin edilmişdir. Əmək müqaviləsinə işəgötürən tərəfindən 01/23 nömrəli, xx.xx.2023 tarixli əmrlə xitam verilmişdir. Həmin müddətə qədər "xxxx" MMC-nin dövlət büdcəsinə 333096,33 manat vergi borcu yaranmışdır. "xxxx" MMC-nin təsisçisi səhlənkarlıq edərək maraqlı şəxslə əmək müqaviləsinə xitam verdiyi xx.xx.2023-cü ildən sonra xx.xx.2023-cü il tarixə kimi MMC-nin icra orqanına rəhbər təyin etməmişdir. xx.xx.2023-cü il tarixdə X2 "xxxx" MMC-yə direktor, yəni icra orqanının rəhbəri təyin edilmişdir. Ona görə də vergi orqanı özü Maraqlı şəxs hüquqi şəxs olan "xxxx" MMC-nin icra orqanının rəhbərliyindən azad etməli idi. Həm də vergi borcunun ödənilməsini yeni rəhbərdən tələb etməlidir.

b) Məhkəmə icraatı iştirakçılarının izahatları

14. Maraqlı şəxs və maraqlı şəxsin nümayəndəsi və vəkili Nümayəndə2 məhkəmə iclasında tərəfindən verilmiş apellyasiya şikayətini müdaifə edərək təmin edilməsini xahiş etmişdirlər. 15.Ərizəçiyə məhkəmə iclasını yeri və vaxtı barədə lazımi məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmişdir.

16. Tətbiq edilən hüquq

“Avropa İnsan hüquqları Konvensiyası” 4 saylı Protokolunun 2-ci maddəsi- hər kəs öz ölkəsi də daxil olmaqla hər hansı ölkəni tərk etməkdə azaddır. Bu hüquqların həyata keçirilməsinə milli təhlükəsizlik və ictimai asayiş maraqları naminə, ictimai qaydanı qorumaq üçün, cinayətlərin qarşısını almaq üçün, sağlamlığın və mənəviyyatın qorunması üçün və ya digər şəxslərin hüquq və azadlıqlarının müdafiəsi üçün qanunla nəzərdə tutulmuş və demokratik cəmiyyətdə zəruri olanlardan başqa heç bir məhdudiyyət qoyula bilməz. Birinci bənddə təsbit edilmiş hüquqlar müəyyən ərazilərdə qanuna müvafiq olaraq tətbiq edilən və demokratik cəmiyyətdə ictimai maraqlara əsaslandırılan məhdudiyyətlərə məruz qala bilər. Azərbaycan Respublikası Konstitusiyası 73-cü maddəsinin İ bəndi- qanunla müəyyən edilmiş vergiləri və başqa dövlət ödənişlərini tam həcmdə və vaxtında ödəmək hər bir kəsin borcudur. 28-ci maddənin 3-cü bəndi- əsasən qanuni surətdə Azərbaycan Respublikasının ərazisində olan hər kəs sərbəst hərəkət edə bilər, özünə yaşayış yeri seçə bilər və Azərbaycan Respublikasının ərazisindən kənara gedə bilər. 71-ci maddənin 2-ci hissəsi- insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz. Hər kəsin hüquq və azadlıqları bu Konstitusiyada və qanunlarda müəyyən edilmiş əsaslarla, habelə digərlərinin hüquq və azadlıqları ilə məhdudlaşır. Hüquq və azadlıqların məhdudlaşdırılması dövlət tərəfindən gözlənilən nəticəyə mütənasib olmalıdır. Azərbaycan Respublikası Vergi Məcəlləsi 16.1.1-ci maddə- qanunla müəyyən edilmiş vergilərə, habelə bu Məcəllə ilə müəyyən edilmiş qaydada hesablanmış faizləri, tətbiq edilmiş maliyyə sanksiyalarını və digər məcburi ödənişləri ödəmək vergi ödəyicisinin vəzifəsidir. 23.1.15-3-cü maddə- vergi ödəyicisi vergi öhdəliklərini bu Məcəllə ilə müəyyən edilmiş müddətdə yerinə yetirilmədikdə, hesablanmış vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üsulu kimi vergi ödəyicisi olan fiziki şəxsin və ya hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması üçün məhkəməyə müraciət etmək vergi orqanının hüququdur. 24.0.2-1-ci maddə - vergi ödəyicisi olan fiziki şəxsin və ya hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına səbəb olmuş əsaslar aradan qalxdıqdan sonra dərhal həmin məhdudlaşdırmanın götürülməsi barədə qərar qəbul etmək vergi orqanının vəzifəsidir. 77.3-cü maddə - vergi ödəyicisi vergi qanunvericiliyinin tələblərinə uyğun olaraq verginin ödənilməsini nəzərdə tutan şəraitin yarandığı andan vergi öhdəliklərinin yerinə yetirilməsi üçün cavabdehdir. 78.1-ci maddə - vergi öhdəliklərinin yerinə yetirilməsi ödənilməli olan vergi məbləğinin müəyyən edilmiş müddətlərdə və qaydada ödənilməsidir. Vergi ödəyicisinin hesablarında və ya kassasında vəsaitin, habelə onun əmlakının olub-olmamasından asılı olmayaraq vergi öhdəliklərinin yerinə yetirilməsi məcburidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi 355-5.1-ci maddə - vergi ödəyicisi və ya sığortaedən vergi, məcburi dövlət sosial sığorta, icbari tibbi sığorta və işsizlikdən sığorta haqları üzrə öhdəliyini qanunla müəyyən edilmiş hallarda və müddətlərdə yerinə yetirmədikdə, hesablanmış vergilər, məcburi dövlət sosial sığorta, icbari tibbi sığorta və işsizlikdən sığorta haqları üzrə borcların və faizlərin, vergilər və məcburi dövlət sosial sığorta haqları üzrə tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə məhkəməyə müraciət etmək hüququna malikdir.

Əsaslandırıcı hissə

Apellyasiya baxışının hədləri

17. Qətnamə maraqlı şəxs tərəfindən tam mübahisələndirildiyindən tam yoxlanılır.

Apellyasiya instansiya məhkəməsinin mövqeyi

18. Məhkəmə izahatı dinləyib, apelyasiya şikayətinin dəlillərini və işin materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(113)-4823/2023 nömrəli qətnaməsi ləğv edilməli, yeni qətnamə qəbul edilərək ərizə rədd edilməlidir.

19. Apellyasiya şikayəti üzrə məhkəmə araşdırması zamanı iş materiallarına əlavə edilmiş xx.xx.2023-cü il tarixli hüquqi şəxs haqqında məlumata, əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişinə və əmək müqaviləsinin bağlanması ilə bağlı əmək müqaviləsi bildirişinə əsasən müəyyən edilmişdir ki, Maraqlı şəxs xx.xx.2023-cü il tarixdən "xxxx" MMC-nin direktoru vəzifəsindən azad edilmiş, qanuni təmsilçi xx.xx.2023cü il tarixdən həmin vəzifəyə X2 təyin edilmiş, xx.xx.2023-cü il tarixdə kommersiya qurumlarının dövlət reyestri məlumatlarında bu barədə müvafiq dəyişiklik edilmişdir.

20. Məhkəmə kollegiyası qeyd edilənlərə əsasən hesab edir ki, Maraqlı şəxs hazırda "xxxx" MMC-nin qanuni təmsilçisi olmadığından həmin hüquqi şəxsin dövlət büdcəsinə olan borcları ilə əlaqədar onun ölkədən getmək hüququ məhdudlaşdırılması qanunun məqsədinə zidd olmaqla Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddənin 2-ci hissəsinin və “Avropa İnsan hüquqları Konvensiyası” nın 4 saylı Protokolunun 2-ci maddəsinin pozuntusu olduğundan qətnamə ləğv edilməklə ərizə rədd edilməlidir.

21. Qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməli, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(113)- 4823/2023 nömrəli qətnaməsi ləğv edilməli, yeni qətnamə qəbul edilərək ərizə rədd edilməlidir.

22. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382-385, 392, 393, 402-406-cı maddələrinin tələblərini rəhbər tutaraq, QƏT ETDİ:

Maraqlı şəxs apellyasiya şikayəti təmin edilsin. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(113)-4823/2023 nömrəli qətnaməsi ləğv edilsin. Yeni qətnamə qəbul edilsin. Ərizə rədd edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi (elektron kabinetə yerləşdirildiyi) gündən 2 (iki) ay müddətində elektron kabinet vasitəsi ilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar