Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-2(103)-1007/2021 27.08.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apelyasiya Məhkəməsinin Kommersiya kollegiyası hakimlər Baxışova Vüsalə Ələkbər qızının sədrliyi və məruzəsi ilə, Yusifov Cahangir Afər oğlu və Məmmədov Vidadi Məmməd oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Qululu Elvin Mikayıl oğlunun katibliyi, iddiaçının nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, iddiaçı “X2" Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdeh “X1 və Maşınqayırma” Açıq Səhmdar Cəmiyyətinə qarşı əsas borc və əldən çıxmış fayda tələbinə dair iş üzrə Bakı Kommersiya Məhkəməsinin 22.07.2021-ci il tarixli e-2-2(113)-3637/2021 saylı qərardadından iddiaçı “X2" MMC tərəfindən verilmiş şikayətə sasən işə Bakı Apelyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh “X1 və Maşınqayırma” Açıq Səhmdar Cəmiyyətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 139666 manat, o cümlədən qaytarılmamış borc məbləği 23.000 manat və əldən çıxmış fayda şəklində 116666 manat məbləğində pulun, ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun və vəkilin xidmət haqqı olaraq ödənilmiş 220 manat məbləğində pulun alınması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra iddiaçı iddianın təmini tədbiri barədə ərizə ilə məhkəməyə müraciət edərək işin icraatı yekunlaşana qədər Cavabdeh “X1 və Maşınqayırma” Açıq Səhmdar Cəmiyyətinin hesabları üzərinə 139666 manat borc məbləği həddində həbs qoyulması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin 22.07.2021-ci il tarixli e-2-2(113)-3637/2021 nömrəli qərardadı ilə ərizə təmin edilməmişdir. İddiaçı MMC həmin qərardaddan şikayət verərək qərardadın ləğv edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, iddianı təmin tədbirlərinin görülməsi üçün məhkəməyə iddia ilə bağlı ilkin zəruri sübutların təqdim edilməsinə və ərizədə cavabdeh kimi qoyulmuş şəxslərə qarşı yönəldilmiş tələblərin ilkin əsaslandırılmasına və bununla bağlı iddianın uğurluluğuna dəlalət edən ilkin dəlillərin təqdim edilməsinə ehtiyac vardır, əks halda görülmüş belə tədbirlərin cavabdehlərin və ya üçüncü şəxslərin hüquqlarının pozulması halını yaratması mümkündür. Yuxarıda şərh olunanların hazırkı mübahisənin hallarına tətbiqi baxımından məhkəmə belə nəticəyə gəlir ki, hazırkı mərhələdə iddianı təmin tədbirlərinin görülməsi üçün məhkəməyə iddia ilə bağlı ilkin zəruri sübutlar təqdim edilmədiyindən, iddianı təmin etmə tədbiri barədə ərizə təmin olunmamalıdır. ”Məhkəmə öz qərardadında Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 157.1 və 157.2- ci maddələrinə istinad etsə də, həmin Məcəllənin “iddianı təmin etmək üçün tədbir görülməsi" barədə müddəalarının hüquqi mahiyyətindən kənara çıxmış, eləcə də məsələyə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 157 və 158-ci maddələrinin bəzi müddəalarına dair" 14 mart 2018-ci il tarixli qərarında formalaşan hüquqi mövqe baxımından düzgün qiymət verə bilməmiş və səhv qərardad çıxarmışdır. İddianın təmin edilməsi üçün tədbir görülməsi barədə ərizədən də görünür ki, məhkəmədən tətbiq edilməsi xahiş edilən təmin etmə tədbiri irəli sürülmüş iddia tələbi ilə bağlıdır və həmin tələbə büsbütün mütənasibdir. Bakı Kommersiya Məhkəməsinin 30.07.2021-ci il tarixli e-2-2 (113)-3637/2021 nömrəli qərardadı ilə şikayət təmin edilməmiş və işlə birlikdə baxılması üçün Bakı Apelyasiya Məhkəməsinə göndərilmişdir. Şikayətə apelyasiya qaydasında baxılması 27.08.2021-ci il tarixə təyin edilmiş, cavabdeh lazımı qaydada xəbərdar edilsə də məhkəmə iclasında iştirak etməmiş, məhkəmə MPM-nin 376.2-ci maddəsinə əsasən işə cavabdeh tərəfin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İddiaçının nümayəndəsi və vəkili Nümayəndə məhkəmə iclasında şikayəti müdafiə edərək təmin edilməsini xahiş etmişdir. Məhkəmə izahatı dinləyərək, şikayəti işin materialları ilə birlikdə araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, Bakı Kommersiya Məhkəməsinin 22.07.2021-ci il tarixli e- 2-2(113)-3637/2021 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 157.1-ci maddəsinə əsasən hakim işdə iştirak edən şəxsin ərizəsi ilə iddianı (bankın öhdəliklərinin könüllü restrukturizasiyası zamanı bank və (və ya) onun aktivləri ilə bağlı verilmiş iddia istisna olmaqla) təmin etmək üçün tədbirlər görə bilər. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən, qətnamənin gələcəkdə icrasını təmin etmək məqsədi ilə iddianı təmin etmək barədə hakimin qəbul etdiyi qərardad müvəqqəti xarakter daşıyır və işi qabaqcadan mahiyyəti üzrə həll etmir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 157 və 158-ci maddələrinin bəzi müddəalarına dair” 14 mart 2018-ci il tarixli qərarında qeyd olunmuşdur ki, iddianı təmin etmək üçün istənilən növ tədbir, tətbiq edildiyi şəxsə münasibətdə həmin şəxsin və digər şəxslərin hüquqlarını məhdudlaşdırır və bəzən onlara əsaslı dərəcədə zərər dəyməsinə səbəb olur. Buna görə Konstitusiyada təsbit olunmuş prosessual hüquq bərabərliyi prinsipindən çıxış edərək, işdə iştirak edən şəxs ərizədə iddianı təmin etmək üçün tədbirlərin görülməsi zərurətini kifayət qədər əsaslandırmalıdır.” Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinin İİ hissəsində qeyd edilir ki, hər kəsin hüquq və azadlıqları bu Konstitusiyada və qanunlarda müəyyən edilmiş əsaslarla, habelə digərlərinin hüquq və azadlıqları ilə məhdudlaşır. Hüquq və azadlıqların məhdudlaşdırılması dövlət tərəfindən gözlənilən nəticəyə mütənasib olmalıdır. Məhkəmə kollegiyası hazırda iddiaçı tərəfindən tələb olunan əsas borc məbləğinin 23.000 manat olduğunu, işdə 116666 manat əldən çıxmış fayda tələbi ilə bağlı ilkin sübutlar olmadığını, iş üzrə iddianı təmin etmə tədbiri görülərək cavabdehin bahk hesablarındakı pul vəsaiti üzərinə həbs qoyulmasının hansı zərurətdən irəli gəldiyinin ərizədə əsaslandırılmadığını nəzərə alaraq hesab edir ki, ərizənin təmin edilməməsi barədə birinci instansiya məhkəməsinin Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, şikayət təmin edilməməli, Bakı Kommersiya Məhkəməsinin 22.07.2021-ci il tarixli e-2-2(113)-3637/2021 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264, 398.0.1, 400 və 405-ci maddələrinin tələblərini rəhbər tutaraq, Q Ə R A R A A L D İ: İddiaçı “X2" Məhdud Məsuliyyətli Cəmiyyətinin şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin 22.07.2021-ci il tarixli e-2-2(113)-3637/2021 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad dərhal qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2-2(103)-1007/2021
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(103)-1007/2021
27.08.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver