Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-2(103)-101/2020 23.01.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Yusifov Cahangir Afər oğlu (sədrlik edən), X4 və X1 ibarət tərkibdə, məhkəmə iclas katibi X2, cavabdehin vəkili X3 iştirakı ilə, İddiaçı “İddiaçı” Məhdud Məsuliyyətli Cəmiyyəti («MMC») cavabdeh “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinə («MMC») qarşı «yük daşıma xidmətləri müqaviləsinə xitam verilməsi və pul məbləğinin ödənilməsi ilkin iddia tələbinə dair», eyni zamanda, “xxxx” MMC-nin cavabdeh “İddiaçı” Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı «təhvil verilməyən malların pulunun, cərimənin və əldən çıxmış faydanın ödənilməsi tələbinə dair» qarşılıqlı iddia ərizəsinin icraata qəbul olunmasından imtina edilməsi barədə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin e-2-2(82)-785/2019 saylı xx.xx.2019-cu il tarixli qərardadından qarşılıqlı iddiaçı tərəfindən verilmiş şikayətə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə), açıq məhkəmə iclasında baxaraq müəyyən e t d i: 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin e-2-2(82)-785/2019 saylı xx.xx.2019-cu il tarixli qərardadı ilə “xxxx” MMC-nin cavabdeh “İddiaçı” Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı «təhvil verilməyən malların pulunun, cərimənin və əldən çıxmış faydanın ödənilməsi tələbinə dair» qarşılıqlı iddia ərizəsinin icraata qəbul olunmasından imtina olunmuşdur. «xxxx» MMC həmin qərardaddan şikayət verərək ləğv edilməsini məhkəmədən xahiş etmişdir. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2019-cu il tarixli qərardadı ilə şikayət təmin olunmamış, baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, qarşılıqlı iddia ərizəsi məhkəməyə təqdim edilmiş, xx.xx.2019-cu il tarixdə iclas zamanı hakim tərəfindən icraata götürülsə də sonradan, xx.xx.2019-cu il tarixdə, hakim tərəfindən yerində müşavirə edilərək, iddia ərizəsinin icraata götürülməsindən imtana barədə qərardad qəbul olunmuş, proses davam etdirilmişdir. Daha sonra tərəflərin əlavə sübutlar təqdim etməsi üçün proses xx.xx.2019cu il tarixə təyin edilmişdir. Şikayətçi hesab edir ki, məhkəmənin qərardadı Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin («MPM») 151-ci və 155-ci maddələrinin tələblərinin pozulması ilə qəbul edilmiş, ona görə də ləğv edilməlidir. Məhkəmə kollegiyasının iclasında iştirak edən qarşılıqlı iddiaçının vəkili V.Kişiyev şikayəti dəlillərinə uyğun müdafiə edərək eyni zamanda, göstərmişdir ki, qarşılıqlı iddia ərizəsini həmin vaxt elektron kabinet vasitəsi ilə göndərmək üçün cəhd etməsinə baxmayaraq, buna nail ola bilməmiş, hər dəfə sistemdə xəta baş vermiş və yükləmənin həyata keçirilməsi mümkün olmamışdır. Bu hal elektron sistemindən etdiyi çıxarışlarla da təsdiq olunur (məhkəməyə təqdim edir). Ona görə də qarşılıqlı iddia ərizəsinin məhkəmə tərəfindən qəbul edilməsindən imtina əsassızdır. Bundan əlavə iddia ərizəsini təqdim etdiyi vaxtdan, 10 gündən qat-qat çox keçdiyi halda, məhkəmə MPM-in 151.3-cü maddəsinin tələblərini pozaraq icraata qəbul etməkdən imtina etmişdir. Odur ki, məhkəmədən şikayətin təmin olunmasını xahiş edir. Məhkəmə iclasının vaxtı və yeri barədə işdə olan ünvanı üzrə poçt vasitəsilə iddiaçıya göndərilmiş məhkəmə bildirişi geri qayıtmış, MPM-in 146 və 376.2-ci maddələrinə əsasən məhkəmə kollegiyası işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb, prosessual qanunvericiliyin tələblərini nəzərə alıb belə hesab edir ki, qarşılıqlı iddiaçının şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərardadı ləğv edilməli, iş baxılması üçün həmin məhkəməyə göndərilməlidir. Belə ki, məhkəmə iddia ərizəsinin icraata qəbul edilməsindən imtina edərkən aşağıdakılara əsaslanmışdır: « Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin: 10-1.1-ci maddəsinə əsasən elektron qaydada mülki işlər və iqtisadi mübahisələr üzrə məhkəmə icraatı bu Məcəllə ilə müəyyən edilmiş ümumi prosessual qaydalara uyğun olaraq “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə aparılır; 10-1.2-ci maddəsinə əsasən məhkəmə və proses iştirakçıları tərəfindən ərizə, şikayət və digər sənədlərin elektron formada tərtib edilməsi, göndərilməsi, qəbulu, sənədlərin elektron qeydiyyatı və elektron dövriyyəsi müvafiq icra hakimiyyəti orqanının Azərbaycan Respublikasının Ali Məhkəməsi ilə birlikdə müəyyən etdiyi “Elektron məhkəmə” informasiya sistemindən istifadə qaydalarına uyğun olaraq həyata keçirilir; 10-1.3-ci maddəsinə əsasən iqtisadi mübahisələr üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir; 10-1.4-cu maddəsinə əsasən “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə həyata keçirilə bilər; 10-1.5-ci maddəsinə əsasən bu Məcəllənin 10-1.3-cü və 10-1.4-cü maddələrində nəzərdə tutulmuş qaydada təqdim edilmiş sənədlərin digər qaydada verilməsi tələb oluna bilməz..» Bununla əlaqədar məhkəmə kollegiyası birincisi onun qeyd edir ki, birinci instansiya məhkəməsi tərəfindən prosessual qanunvericiliyin qeyd olunan tələblərinə istinad edilsə də, qarşılıqlı iddia ərizəsinin nədən qarşılıqlı iddiaçı tərəfindən elektron kabinet vasitəsilə göndərilməməsi və bunun səbəbələri onunla birgə müzakirə edilməmiş, həmin vaxt elektron sistemdə qarşılıqlı iddia ərizəsinin ümumiyyətlə, yerləşdirilməsinin mümkün olub-olmadığı araşdırılmamışdır. Halbuki, MPM-in 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işinhərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onları prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. Hazırkı məhkəmə araşdırması zamanı qarşılıqlı iddiaçının izahatına və onun məhkəməyə təqdim etdiyi elektron sistemdən çıxarışlara əsasən müəyyən olunur ki, qarşılıqlı iddia ərizəsinin elektron sistemə daxil edilməsi zamanı çətinliklər yaranmış, bununla bağlı qarşılıqlı iddiaçının dəfələrlə cəhdləri baş tutmamış, qarşılıqlı iddia ərizəsinin sistemə daxil edilməsinə nail ola bilməmişdir. Hazırkı mərhələdə həqiqətən də məhkəmə kollegiyası tərəfindən müəyyən olunmuşdur ki, 2019-cu ilin dekabr ayının axırlarına qədər qarşılıqlı iddia ərizəsinin ilkin iddia ilə birlikdə baxılması üçün elektron sistemə yerləşdirilməsi mümkünsüz olmuş və bu qüsur sistemdə yalnız yeni il ərəfəsində aradan qaldırılmışdır. Belə olan halda, qarşılıqlı iddiaçıya MPM-in 10-1-ci maddəsinin qeyd olunan normalarına riayət etmədiyini irad tutmaq, ən azından, MPM-in qeyd olunan 14.1-ci maddəsinin tələblərinə ziddir. Bundan əlavə iş materiallarından görünür ki, qarşılıqlı iddia ərizəsi məhkəməyə xx.xx.2019-cu il tarixdə təqdim edilmiş, hətta bundan sonra, xx.xx.2019-cu il tarixdə bir məhkəmə iclası da keçirilmiş, lakin mümkünlük məsələsinə yalnız xx.xx.2019-cu il tarixdə aydınlıq gətirilmiş, icraata qəbul olunmsından imtina olunmuşdur. Halbuki, MPM-in 151.3-cü maddəsinin tələbinə görə məhkəmə iddia ərizəsini (kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılan iddia ərizələri istisna olmaqla), daxil olmasından 10 gün müddətində qaytarılmayıbsa və ya onu qəbul etməkdən imtina etməyibsə, o, qəbul edilmiş sayılır. Göründüyü kimi, birinci instansiya məhkəməsi tərəfindən qarşılıqlı iddia ərizəsinin icraata qəbul edilməsi barədə qərardad qəbul olunarkən prosesual qanunvericiliyin tələbləri pozulmuşdur. Belə olan halda, MPM-in 398.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətə baxıb məhkəmə qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək hüququ vardır. Beləliklə, qeyd edilənləri nəzərə alan məhkəmə kollegiyası qarşılıqlı iddiaçının şikayətinin birinci instansiya məhkəməsinin qərardadının əsassız olduğunu mübahisələndirən dəlilləri ilə razılaşır və yekunda belə qənaətə gəlir ki, onun şikayəti təmin edilməli, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin e-2-2(82)-785/2019 saylı xx.xx.2019-cu il tarixli qərardadı ləğv edilməli, iş baxılması üçün həmin məhkəməyə göndərilməlidir. Göstərilənlərə əsasən və MPM-in 400, 402-406-cı maddələrinin qüvvədə olan müddəalarını rəhbər tutaraq, məhkəmə kollegiyası qərara a l d ı: Qarşılıqlı iddiaçı «xxxx» MMC şikayəti təmin edilsin. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin e-2-2(82)-785/2019 saylı xx.xx.2019-cu il tarixli qərardadı ləğv edilsin. İş baxılması üçün həmin məhkəməyə göndərilsin. Qərardad çıxarıldığı andan qüvvəyə minir və ondan kassasiya şikayəti verilə bilməz. Sədrlik edən: imza. Hakimlər: imzalar. Əsli ilə düzdür. Hakim: Cahangir Yusifov
Məhkəmə qərarları › İş №2-2(103)-101/2020
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(103)-101/2020
23.01.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver