Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-101/2025 20.06.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası adından İddiaçı "xxxx" Firmasının cavabdehlər Cavabdeh3 və Cavabdeh2 qarşı “borcun tutulması və s.” tələblərinə dair kommersiya mübahisəsi üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası X3 Əliyevanın sədrliyi və məruzəsi ilə, X1 və Ziya Allahverdi oğlu Şirinovdan ibarət tərkibdə, məhkəmə iclas katibi Nofəl Rəhman oğlu Abdullayevin katibliyi ilə, iddiaçının nümayəndəsi və vəkili Vəkil1 iştirakı ilə, Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-90/2023 saylı kommersiya mübahisəsi üzrə qəbul etdiyi 20 sentyabr 2024-cü il tarixli qətnaməsindən Cavabdeh3 tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən kommersiya mübahisəsinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi İşin halları:
1. İddiaçı Firması ilə Cavabdeh3 arasında xx.xx.2021-ci il tarixli alqı-satqı müqaviləsi bağlanmışdır. Həmin müqavilənin: 1.1-ci bəndinə əsasən alıcı satıcıdan miqdarı, çeşidi və digər parametrləri tərəflərin qarşılıqlı razılaşması ilə müəyyən olunan malları əldə edərək dəyərini ödəməyi, satıcı isə həmin malları alıcıya lazımi keyfiyyətdə və razılaşdırılmış şərtlərlə çatdırmağı öz öhdəsinə götürür. 2.2-ci bəndinə əsasən satıcının anbarında olmayan malların çatdırılması vaxtı satıcının birtərəfli iradəsi əsasında təxirə salına bilər və ya sifarişin icrasının mümkünsüzlüyü bərədə alıcıya bildiriş verilə bilər. 3.1-ci bəndinə əsasən bu müqavilə imzalandığı gündən qüvvəyə minmiş hesab olunur və xx.xx.2023-cü il tarixinə qədər qüvvədə qalır.
2. İpoteka saxlayan İddiaçı Firması, borclu Cavabdeh3 və ipoteka qoyan Cavabdeh2 arasında Bakı şəhəri 5 saylı notariat ofisində xx.xx.2021-ci il tarixində, 3M532 reyestr nömrəli ipoteka müqaviləsi bağlanmışdır. Həmin müqavilənin: 2.2-ci bəndinə əsasən ipoteka qoyulan əmlak aşağıdakı hüquqmüəyyənedici sənəd əsasında "İpoteka qoyan"a məxsusdur: Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında ƏMDX-nin DƏDRX tərəfindən xx.xx.2021 tarixində Cavabdeh2 verilmiş **********38-10301 reyestr nömrəli. ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən tam mülkiyyət üzrə 0.06 ha torpaq sahəsi üzərində yerləşən tam mülkiyyət üzrə 274.40 kv/m ümumi sahəyə malik olan fərdi yaşayış evi və torpaq sahəsi. 2.3-cü bəndinə əsasən ipoteka predmetinin deyəri "ipoteka qoyan'ın və “ipoteka saxlayan"ın razılığına əsasən 100.000 (yüz min) manat məbləğində müəyyən edilir. 3.2-ci bəndinə əsasən öhdəliyin ölçüsü (məbləği): dəyəri 60.000 (altmış min) manata qədər olan nisyə verilmiş mallar.
3. xx.xx.2021-ci il tarixli təhvil-təslim aktına və hesab-fakturaya əsasən 41.567,03 manat, xx.xx.2022-ci il tarixli təhvil-təslim aktına və hesab-fakturaya əsasən 15.267,29 manat, xx.xx.2022-ci il tarixli təhvil-təslim aktına və hesab-fakturaya əsasən 2.501,50 manat olmaqla, cəmi 59.335,82 manat məbləğində mal İddiaçı Firması tərəfindən Cavabdeh3 təhvil verilmiş, Cavabdeh3 həmin aktları imzası ilə təsdiq etmişdir.
4. xx.xx.2023-cü il tarixli üzləşmə aktından da görünür ki, Cavabdeh3 xx.xx.2023cü il tarixinə İddiaçı Firmasına 59.335,82 manat məbləğində borcu olduğunu etiraf etmişdir.
5. Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 28 aprel 2025-ci il tarixli, 9/665 saylı ekspert rəyinə əsasən ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 274.4 kv.m. olan 2 mərtəbəli fərdi yaşayış evinin hazırki orta bazar qiymətlərinə uyğun ümumi dəyəri təqribən 274400 manat, likvid dəyəri isə 246960 manat məbləğində müəyyən edilmişdir. Ekspertiza tədqiqatının dəyəri 50 (yüz) manat təşkil edir.
Birinci instansiya məhkəməsindəki icraat:
6. İddiaçı "xxxx" Firması cavabdehlər Cavabdeh3 və Cavabdeh2 qarşı iddia və iddianın dəyişdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh3 İddiaçı Firmasının xeyrinə 59.335,82 manat əsas borcun, 9,394.83 manat dəbbə pulunun, 400 manat ilkin mediasiya sessiyasında iştiraka görə ödənilmiş haqqın, 300 manat hüquqi xidmətə görə haqqın, əmlakın qiymətləndirilməsinə görə "xxxx" MMC-yə ödənilmiş 480 manat haqqın, cəmi 69,910.65 manat pul vəsaitinin tutulması, tutmanın ipoteka predmetini təşkil edən Cavabdeh2 mülkiyyətində olan ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinə yönəldilməsi, yaşayış sahəsinin açıq hərracda satılması, satışdan əldə olunacaq pul vəsaiti hesabına hərracın xərclərinin və borcun ödənilməsi, borcun ödənişindən sonra artıq qala biləcək pul məbləğinin Cavabdeh2 qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
7. İddia onunla əsaslandırılmışdır ki, İddiaçı Firması ilə Cavabdeh3 arasında Bakı şəhəri 5 saylı notariat ofisində xx.xx.2021-ci il tarixində, 3M-531 reyestr nömrəsi ilə nisyə alqı-satqı müqaviləsi bağlanmışdır. Həmin Müqavilənin icrasının təmin edilməsi məqsədi ilə ipoteka saxlayan İddiaçı Firması, borclu Cavabdeh3 və ipoteka qoyan Cavabdeh2 arasında Bakı şəhəri 5 saylı notariat ofisində xx.xx.2021-ci il tarixində, 3M-532 reyestr nömrəli ipoteka müqaviləsi bağlanmışdır. Nisyə alqı-satqı müqaviləsinin 2.1-ci bəndinə əsasən təhvil-təslim aktı əsasında təhvil verilmiş malların dəyəri təhvil-təslim tarixindən etibarən ən geci 30 (otuz) gün ərzində Alıcı tərəfindən ödənilməlidir. Cavabdeh3 nisyə alqı-satqı müqaviləsi üzrə öhdəliklərini icra etməmiş, nəticədə sonuncunun iddiaçı qarşısında 59.335,82 manat borcu yaranmışdır. Nisyə alqı-satqı müqaviləsinə əsasən xx.xx.2021-ci il tarixində 41.567,03 manat qiymətində, xx.xx.2022-ci il tarixində 15267,29 manat qiymətində və xx.xx.2022-ci il tarixində 2501,50 manat qiymətində mallar təhviltəslim aktına əsasən Cavabdeh3 təhvil verilmiş, cəmi 59.335,82 manat məbləğində borc yaranmışdır. Buna baxmayaraq, alıcı yaranmış və gecikməyə düşmüş borcunu bu günə qədər ödəməmişdir.
8. Bakı Kommersiya Məhkəməsinin 20 sentyabr 2024-cü il tarixli, e-2-2(113)-90/2024 saylı qətnaməsi ilə iddia qismən təmin edilmiş, xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən əsas borc üzrə 59.335,82 manat, 82 qəpik, cərimə borcu üzrə 3.000 manat olmaqla, cəmi 62.335 manat, 82 qəpik məbləğində pulun Cavabdeh3 tutularaq "xxxx" Firmasına ödənilməsi, xx.xx.2021-ci il tarixli müqavilə üzrə tutmanın ilkin satış qiyməti 245.000 manat müəyyən edilməklə Cavabdeh2 mülkiyyətində olan ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinə yönəldilərək açıq hərracda satılması, əmlak satıldıqdan və borc ödənildikdən sonra artıq qalan məbləğin Cavabdeh2 qaytarılması qət edilmişdir. Mediasiya xərcinin əvəzi olaraq 400 manat məbləğində pulun, hüquqi yardımla əlaqədar vəkilə çəkilmiş xərcin əvəzi olaraq 300 manat məbləğində pulun, ekspertiza xərcinin əvəzi olaraq 480 manat məbləğində pulun Cavabdeh3 tutularaq "xxxx" Firmasına ödənilməsi müəyyən edilmiş,iddia qalan hissədə təmin edilməmişdir.
9. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçının borcun ödənilməsi ilə bağlı tələbi məhz müqavilə hüququ çərçivəsində dəyərləndirilməlidir. Belə ki, iddiaçının cavabdehə qarşı tələbi tərəflər arasında bağlanılmış alqı-satqı müqaviləsindən irəli gəlir. İş materiallarına tərəflərin imzaları və möhürləri ilə təsdiq olunmuş təhvil-təslim aktları, hesab-fakturalar, xx.xx.2023-cü il tarixli üzləşmə aktı əlavə edilmişdir. Ona görə də, məhkəmə hesab etmişdir ki, iddia əsas borcun tələb edilməsi hissəsində təmin edilməli, 59.335,82 manat məbləğində pul Cavabdeh3 tutularaq "xxxx" Firmasına ödənilməlidir. Məhkəmə 9,394.83 manat məbləğində dəbbə pulunun tələb edilməsi ilə bağlı qeyd etmişdir ki, cavabdehin əsas borcuna münasibətdə 3.000 manat məbləğində dəbbə pulu daha ağlabatan və ədalətlidir. Məhkəmə iddianın tutmanın ipoteka predmetinə tutmanın yönəldilməsi ilə bağlı qeyd etmişdir ki, işdə olan İddiaçı Firması ilə ipoteka qoyan Cavabdeh2 arasında bağlanmış xx.xx.2021-ci il tarixli, 3M-532 reyestr nömrəli ipoteka müqaviləsindən görünür ki, ipoteka predmetini ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evi və torpaq sahəsi təşkil edir (2.1-ci bənd). Həmin müqavilənin 2.3-cü bəndinə əsasən ipoteka predmetinin dəyəri ipoteka qoyanın və ipoteka saxlayanın razılığına əsasən 100.000 manat məbləğində müəyyən edilmişdir. Həmin müqavilənin 9.1-ci bəndinə əsasən əsas öhdəlik yaxud onun bir hissəsi vaxtında icra olunmadıqda, ipoteka ilə təmin edilmiş öhdəliyin vaxtından əvvəl icra edilməsi haqqında ipoteka saxlayanın tələbinin irəli sürülməsi haqqında yazılı bildirişin alındığı vaxtdan başlayaraq 30 təqvim günü ərzində icra olunmadıqda ipoteka saxlayan ipoteka predmetinə tutma yönətmək hüququna malikdir. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xx.xx.2024-cü il tarixli rəyinə əsasən ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinin bazar qiyməti 580.000 manat, likvid dəyəri 510.000 manat müəyyən edilmişdir. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xx.xx.2024-cü il tarixli rəyinə əsasən ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinin bazar qiyməti 272.000 manat, likvid dəyəri 245.000 manat müəyyən edilmişdir. Məhkəmə hesab etmişdir ki, ipoteka predmetinin ilkin satış qiyməti məhz "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli rəyə əsasən 245.000 manat müəyyən edilməlidir. Belə ki, qeyd edilmiş məbləğ daha ağlabatan olmaqla, eyni zamanda da, tərəflərin özlərinin ipoteka müqaviləsində razılaşdırmış olduğu qiymətə daha yaxındır. Ona görə də, məhkəmə hesab etmişdir ki, xx.xx.2021-ci il tarixli müqavilə üzrə tutma ilkin satış qiyməti 245.000 manat müəyyən edilməklə Cavabdeh2 mülkiyyətində olan ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinə yönəldilərək açıq hərracda satılmalı, əmlak satıldıqdan və borc ödənildikdən sonra artıq qalan məbləğ Cavabdeh2 qaytarılmalıdır. Məhkəmə hesab etmişdir ki, mediasiya xərcinin əvəzi olaraq 400 manat məbləğində pul Cavabdeh3 tutularaq "xxxx" Firmasına ödənməlidir. Belə ki, işə əlavə olunmuş xx.xx.2023cü il tarixli mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışdan görünür ki, iddiaçı tərəfindən mediasiya xidmət haqqının əvəzi olaraq 400 manat məbləğində pul Bakı 13 saylı Mediasiya Təşkilatına ödənmişdir. Bundan başqa, məhkəmə hesab etmişdir ki, hüquqi yardımla əlaqədar vəkilə çəkilmiş xərcin əvəzi olaraq 300 manat məbləğində pul da Cavabdeh3 tutularaq "xxxx" Firmasına ödənməlidir. Belə ki, işə əlavə olunmuş xx.xx.2023cü il tarixli ödəniş qəbzindən görünür ki, 400 manat məbləğində pul iddiaçı tərəfindən 18 saylı Vəkil Bürosunun hesabına ödənmişdir. Məhkəmə həmçinin hesab etmişdir ki, ekspertiza xərcinin əvəzi olaraq 480 manat məbləğində pul da Cavabdeh3 tutularaq "xxxx" Firmasına ödənilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş xx.xx.2024-cü il tarixli ödəniş qəbzinə əsasən 240 manat, xx.xx.2024-cü il tarixli ödəniş qəbzinə əsasən 250 manat olmaqla, cəmi 490 manat məbləğində pul "xxxx" Firması tərəfindən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin hesabına ödənmişdir.
10. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni 269.5, 317.1, 462.1, 467, 567, 600.4-cü maddələrinə, Mediasiya haqqında qanunun 36.5.-ci maddəsinə istinad eməklə əsaslandırmışdır.
11. Cavabdeh3 həmin qətnamədən apellyasiya şikayəti verərək qətnamənin qismən iddianın təmin edilmiş hissəsində ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
Apellyasiya şikayətinin dəlilləri:
12. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, tərəflər arasında bağlanmış 13 aprel 2021-ci il tarixli, 3M-531 nömrəli nisyə alqı-satqımüqaviləsində də verilmiş malın dəyərinin sonradan qiymət dəyişməsi səbəbindən yenidən hesablanması şərtləndirilməmişdir. Lakin iddiaçı tərəf 2021-ci ilin aprel ayında cavabdehə verilmiş 145 çeşiddə mala, qiymətlər artmış tələbi ilə xx.xx.2021-ci il tarixə dəyişilmiş qiymətlə yeni 41.567,03 məbləğ hesablanmış, təhvil-təslim aktı tərtib edilmiş və xx.xx.2021-ci il tarixdə həmin məbləğdə elektron qaimə vurulmuşdur. Eyni ilə xx.xx.2022-ci il tarixdə verilmiş 15.267,30 manat məbləğində mala, xx.xx.2022-ci il tarixə qiymətlərin yenidən artdığı fərqi üzrə yaranmış 2.501,50 manat hesablanmış və həmin məbləğə yenidən elektron qaimə vurulmuşdur. Göründüyü kimi nisyə müqavilə üzrə iddiaçının tələbi qeyd olunan maddi hüquq normasına ziddir. Lakin şikayət olunan qətnamə qəbul edilərkən, məhkəmə nisyə verilmiş malın təhvili, 4 ay sonra qiyməti dəyişməklə artırılması ilə bağlı tərəflər arasında mövcud olan faktiki münasibətləri nəzərə almış, qeyd olunan maddı hüquq normasının tələblərinə zidd qənaətli qətnamə qəbul etmişdir. . Tərəflər arasında malların nisyə satılacağı barədə, nisyə alqı-satqı müqaviləsi mövcuddur. Satıcı həmin müqavilədə müəyyən edilmiş qiymətlə malı alıcıya satacağı şərtləndirilmişdir. Tərəflər arasında bağlanmış 13 aprel 2021-ci il tarixli, 3M-531 nömrəli nisyə alqı-satqı müqaviləsi əsasdan 2021-ci ilin aprel ayında cavabdehə verilmiş 145 çeşiddə mala, qiymətlər artmış tələbi ilə xx.xx.2021-ci il tarixə dəyişilmiş qiymətlə yeni 41.567,03 məbləğ hesablanmış, təhvil-təslim aktı tərtib edilmiş və xx.xx.2021- ci il tarixdə həmin məbləğdə elektron qaimə vurulmuşdur. Bakı şəhərində hamıya bəlli olan, əmlak bazarında mövcud qiymətlərə nisbətdə, ipoteka predmetinə "xxxx" MMC-nin müəyyən etdiyi qiymətin uyğun olduğu, "xxxx" MMC-nin məyyən etdiyi qiymətin isə 2 dəfədən çox aşağı qeyd edildiyi aşkar halında, məhkəmə "xxxx" MMC-nin rəyinidəki qiymətin daha ağlabatan olduğunu qəbul etmişdir. Göründüyü kimi məhkəmə tərəflər arsında mövcud nisyə alqı-satqı və ipoteka müqaviləsi əsasdan yaranmış faktiki münasibətləri ilə bağlı iş üçün əhəmiyyətli olan halları diqqətə almamışdır. Şikayət olunan qətnamə ilə iddia nisyə müqavilə üzrə tələb edilən 59.335,82 manat və tutmanın ipoteka əmlakına yönəldilməsi hissəsində tam, digər cərimə və xərclər hissəsində isə qismən təmin edilmişdir. Tərəflər arasında malların nisyə verilməsi razılaşması əsasında nisyə alqı-satqı müqaviləsinin və veriləcək mallar üzrə yaranmış borcun təminatı üçün tərəflər arasında ipoteka müqaviləsinin bağlandığı, ipoteka müqaviləsində ipoteka əmlakının dəyərinin 100.000 manat qeyd edilməsinin, həmin məbləğdə malın nisyə veriləcəyi razılaşmasından irəli gəldiyi, eləcə də tərəflər arasında nisyə satın-alınmış malların dəyərinə görə ödənilməmiş müəyyən həcmdəborcun qaldığı işin mübahisəsiz hallarıdır. İşin mübahisəli halları isə ondan ibarətdir ki, həmin nisyə müqaviləsi əsasında vitrin üçün çeşidlər olmaqla,145 çeşiddə mal, müqavilə bağlanılandan dərhal sonra aprel ayında tam şəkildəverilmişdir. Verilmiş malın dəyəri 31.175,28 manat məbləğindəolmuşdur. İlkin şərtləndirilmiş qiymətlə verilmiş malın dəyərinin, sonradan qiymətin 25% artması səbəbi ilə faktura məbləğinin dəyişdirilərək, əlavə artırmış məbləğin tələb edilməsidir. Nəticədə tərəflər arasında mövcud nisyə müqaviləsi əsasında verilmiş 48.944,07 məbləğində malın dəyəri, sonradan qiymətin artması əsasdan yüksəldilərək 59.335,82 manat həcminə çatdırılmışdır. Nisyə satılmış əşyanın ödənilməsi təsbit olunmuş Azərbaycan Respublikası Mülki Məcəlləsinin 600.2-ci maddəsinə əsasən əşyaların nisyə satışı satış günü qüvvədə olmuş qiymətlər üzrə həyata keçirilir. Nisyə satılmış əşyaların qiymətinin sonradan dəyişməsi, əgər müqavilə də ayrı qayda nəzərdə tutulmayıbsa,yenidən hesablaşmaya səbəb olmur. Tərəflər arasında bağlanmış 13 aprel 2021-ci il tarixli,3M-531 nömrəli nisyə alqı-satqı müqaviləsində də verilmiş malın dəyərinin sonradan qiymət dəyişməsi səbəbindən yenidən hesablanması şərtləndirilməmişdir. Lakin 2021-ci ilin aprelayında cavabdehə ümumi məbləği 31.175,28 manat olan 145 çeşiddə verilmiş mala, qiymətlər artmış tələbi iləxx.xx.2021-ci il tarixə dəyişilmiş qiymətlə yeni 41.567,03 məbləğ hesablanmış, təhvil-təslim aktı tərtib edilmiş və xx.xx.2021-ci il tarixdə həmin məbləğdə EBBG seriyalı, 380583 saylı elektron qaimə vurulmuşdur. Nəticədə cavabdehinüzərinə cavab verməli olmayan 10.391,75 manat məbləğində əlavə öhdəlik qoyulmuşdur. 9. Daha sonra 2-ci dəfə satmaqüçün 14 çeşiddə 15.267,30 manat məbləğində mal verilmiş və xx.xx.2022-ci il tarixdə həmin məbləğə elektron qaimə verilmişdir. Bir həftə sonra eyni şəkildə, malın dəyərini 16-17% artdığı bildirilmiş, artıq 15.267,30 manata elektron qaimə vurulduğundan qiymətin dəyişməsi mümkün olmadığından, xx.xx.2022-ci il tarixə qiymətlərin yenidən artdığı fərqi üzrə yaranmış 2.501,50 manat hesablanmış və həmin məbləğə mal verildiyinə dair həmin tarixə təhvil-təslim aktı tərtib edilmişdir. Əslində isə mal 2 dəfə müqavilə bağlandığı aprel ayında və noyabr ayında verilmişdir. Sonradan qeyd edilən xx.xx.2021-ci və xx.xx.2022-ci il tarixlərdə hər hansı bir çeşiddə mal verilməmişdir. Birinci dəfə 2021-ci ilin aprel ayında verilmiş malın dəyəri sentyabr ayından başlayaraq hissə-hissə mal verənə nağd şəkildə ödənilmişdir və bir il müddətinə malın əsil dəyəri olan 31.175,28 manat tam şəkildə ödənilmişdir. Məhz birinci partiya üzrə nisyə verilmiş malın borcu ödənildiyindən, ikinci partiya mal verilmişdir. Əks təqdirdə yəni borc ola-ola və heç bir ödəniş edilmədən, mal verilməzdi. Mübahisə sonradanqiymət artması əsasdan mənə imza etdirdikləri akta yaranmış əlavə məbləğə görə olmuşdur. Əslində cavabdehin alınmış mala görə borcu 15.267,30 manatdır. Mübahisə olduğundan və cavabdehdən əlavə ödənişlər tələb edildiyindən ödəməmişdir. Haqsız tələblər yoluna qoyulan kimi həmin məbləği ödəyəcəyək. Şikayət olunan qətnamə qəbul ediləndə, qeyd olunan hal məhkəmə tərəfindən tam aydınlşadırılmamış və hüquqi qiymətdən kənarda saxlanılmışdır. Həmçinin iddianın veriləndən sonra elektron sistem vasitəsi ilə təqdim edilmiş ödəniş məbləği belə məhkəmə tərəfindən nəzərə alınmamışdır. Halbuki, iddiaçı tərəfindən təqdim edilmiş ərizənin özündə 1.000 manat məbləğin ödənildiyi qeyd olunur. Eyni qayda ilə məhkəmə ipoteka predmeti olan əmlak üçün müəyyən edilən qiymətlə bağlı qənaətində aşkar şəkildə yanılmışdır. İş üzrə təyin edilmiş qiymətləndirmə ilə bağlı ipoteka əmlakının, "xxxx" MMCnin xx.xx.2024-cü il tarixli rəyi ilə bazar qiyməti 580.000 manat, likvid dəyəri 510.000 manat, "xxxx" MMC-nin xx.xx.2024-cü il tarixli rəyinə əsasən bazarqiyməti 272.000 manat, likvid dəyəri 245.000 manat müəyyən edilmişdir. Məhkəmə "xxxx" MMC tərəfindən ipoteka əmlakına müəyyən edilmiş dəyərini daha ağlabatan hesab etmişdir. Lakin məhz "xxxx" MMC-nin məyyən etdiyi qiymətin ağlabatan olduğunun vəya "xxxx" MMC-nin müəyyən etdiyi qiymətinin ağlabatan olmadığının nədən irəli gəldiyini şərhetməmişdir. Halbuki, ipoteka predmetinin Bakı şəhərində yerləşdiyi, kütləsi 0,06 ha. Torpaq sahəsi və ümumi sahəsi 274.4 kv.m. olan fərdi yaşayış evi olduğundan "xxxx"MMC-nin qiymətləndirmə rəyi, hazırkı əmlak bazarında olan qiymətlərə daha uyğundur. Belə ki, Bakı şəhıri, Xəzər rayonu, Şağan qəsəbəsində 0,01 ha. torpaq sahələrinin hazırda bazar dəyəri 30-35 min manat civarındadır. Yəni ipoteka predmetinin həcminə daxil olan 0,06 ha. torpaq sahəsinin qiyməti elə 180-210 min manat civarındadır. Bakı şəhərin kənar rayon ərazilərində təmirsiz mənzillərin 1 kv.m. minimum qiyməti 1500-1800 manat civarındadır. Hazır binalarda bu qiymət son 2 ildə 2000 manat və ondan yuxarıdır. İpoteka predmetinin tikili hissəsi ümumi sahəsi 274,4 kv.m. olan, müasir stildə tikilmiş, təmirli yaşayış evidir. Minimum qiymətə nisbətdə belə yalnız tikilinin qiyməti 411.600 - 493.920 manat civarındadır. Biryerdə ipoteka predmeti ortalama dəyəri 550.260 (97.500+452.760) manat təşkil edir. Ona görə də "xxxx" MMC-nin rəyində müəyyən edildiyi qiymət nəinki ağlabatan deyildir, həm də bilərəkdən əmlakın dəyərinin qəsdən azaldılmasına yönəlmiş və aşkar şəkildə yanılşdır. Xatırladır ki, həmin rəyə etiraz edilmiş, ondan əvvəl də qiymətləndirməni həyata keçiriən "xxxx" MMC-nin işdə maraqlı olduğu və iddiaçı tərəflə əlaqəli və maraqlı olduğu məhkəməyə bildirilmişdir. Əslində həmin rəy nəzərə alına bilməzdi. Şikayət olunan qətnamənin məzmunundan da aşkar şəkildə görünür ki, yuxarıda qeyd edilən iş üzrə mövcud hallar ümumiyyətlə nəzərə alınmamış, mübahisə yalnız iddiaçı tərəfindən təqdim edilmiş dəlillər baxımından şərh və həll etmişdir. Əslində adıçəkilən nisyə verilmiş malları cavabdehə faktiki təhvili, qiyməti, eləcə də ipoteka predmetinin qiymətləndirilməsi ilə bağlı yuxarıda qeyd edilənlər, mübahisənin ədalətli, obyektiv həll və cavabdehin məhkəmə müdafiəsinin təmin edilməsi məqsədləri üçün nəzərə alınmalı və işin nəticəsi üçün mühün əhəmiyyətə malik hallardır. Lakin məhkəmə iş üçün mühüm əhəmiyyəti olan bu halları tam aydınlaşdırmamış, iddiaçının göstərdiklərini daha üstün tutmuş, bu da həm ödənişlə bağlı cavabdehin üzərinə yol verilməyən borca görə əlavə öhdəliklər qoyması və həmdə mülkiyyətində olan əmlakın dəyər-dəyməzinə əlindən çıxa biləcəyi ilə nəticələnən qətnamə qəbul edilməsinə səbəb olmuşdur.
Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri:
13. Apellyasiya şikayətinə qarşı etiraz təqdim olunmamışdır.
Məhkəmə icraatı iştirakçılarının izahatları:
14. İddiaçının nümayəndəsi və vəkili apellyasiya şikayətinin təmin edilməməsini xahiş etdi, məhkəmə iclasında verdiyi izahatda bildirdi ki, cavabdehin borcu 58000 manat təşkil edir.
15. Cavabdeh məhkəmənin vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilsə də, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə kollegiyası işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq:
16. Mülki Məcəllənin: -385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. -442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. -448.1-ci maddəsinə görə borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. -462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) qanun və ya müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. -467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. -567-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. -598.1-ci maddəsinə görə əgər alğı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, alıcı əşyanı satıcıdan bilavasitə təhvil almazdan əvvəl və ya təhvil aldıqdan sonra ödəməlidir.
17. -“İpoteka haqqında” Qanunun: -1.0.6-cı, 3.1-ci, 10.4-cü, 11.1-ci, 11.2-ci maddələrinə əsasən ipoteka ilə borc, alqısatqı, podrat və başqa mülki-hüquqi müqavilələrdən irəli gələn həqiqi tələblər təmin edilə bilər. İpoteka müqaviləsi dövlət qeydiyyatına alınmalıdır və dövlət qeydiyyatına alındığı andan qüvvəyə minir və ipoteka hüququ həmin andan əmələ gəlir. Daşınar əşyanın ipotekası haqqında müqavilə daşınar əmlakın rəsmi reyestrində qeydə alınmalıdır. İpoteka hüququ - bu Qanunun 34-cü maddəsində nəzərdə tutulmuş əsaslar olduğu hallarda ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququdur.
-34.1-ci maddəsinə görə ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranmasına əsas verən hallar aşağıdakılardır: -34.1.1. əsas öhdəliyin, yaxud onun bir hissəsinin icrasının 90 təqvim günü və daha çox müddətə gecikdirilməsi; -34.1.3. ipoteka müqaviləsində nəzərdə tutulmuş və ipoteka saxlayana ipotekaya tutma yönəltmək hüququ verən şərtinin baş verməsi; -34.1.4. bu Qanunda nəzərdə tutulmuş digər hallarda. -1.0.9-ci maddəsinə görə ilkin satış qiyməti - bu Qanunun tələblərinə uyğun olaraq ipoteka predmetinin bazar dəyərinin müəyyənləşdirilməsi üçün müvafiq marketinq keçirilməsi vaxtının məhdudluğu şəraitində ipoteka predmetinin satış (likvid) qiymətidir. -“İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi üzrə ipoteka predmeti olan əmlakın ilkin satış qiymətinin müəyyən edilməsi məsələsinə dair Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının 20 iyul 2020-ci il tarixli qərardadından görünür ki, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 39.3.3-cü maddəsinə əsasən məhkəmə qətnaməsində göstərilən ilkin satış qiyməti ipoteka predmeti olan əmlakın likvid qiyməti ilə müəyyən edilməlidir.
18. Mülki Prosessual Məcəllənin: -77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. -119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. -119.5-ci maddəsinə görə apellyasiya və kassasiya şikayətləri verilməsi ilə əlaqədar işdə iştirak edən şəxslərin çəkdikləri məhkəmə xərcləri də bu Məcəllənin 119.1- 119.4-cü maddələrində göstərilən qaydaya uyğun bölüşdürülür.
Apellyasiya baxışının hədləri
19. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
20. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.
21. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinin tələblərini, apellyasiya şikayətinin dəlillərini nəzərə alaraq kollegiya qeyd edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi ilə iddia qismən təmin edildiyindən, cavabdeh apellyasiya şikayətində qətnamənin iddianın təmin edilmiş hissəsində ləğv edilməsini və iddianın rədd edilməsini xahiş etsə də, apellyasiya şikayətinin dəlilləri qətnamənin qismən, alqı-satqı müqaviləsi üzrə 44.068,52 manat məbləğində borcun (15.267,30 manat məbləğində borcun olmasını cavabdeh apellyasiya şikayətində qəbul edir), dəbbə pulunun tutulması və ipoteka predmetinin ilkin satış dəyəri hissəsində ləğv edilməsinə yönəldiyindən qətnamənin əsaslılığı həmin hissələrdə yoxlanılmalıdır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi:
22. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, qətnamə alqı-satqı müqaviləsi üzrə borcun tutulması hissəsində dəyişdirilməli, cavabdehdən iddiaçının xeyrinə tutulacaq məbləğ 58.335,82 manat məbləğində müəyyən edilməli, qalan mübahisələndirilən hissədə qətnamə dəyişdirilmədən saxlanılmalıdır.
23. Belə ki, İddiaçı Firması ilə Cavabdeh3 arasında xx.xx.2021-ci il tarixli alqısatqı müqaviləsinə əsaslanan öhdəlik hüquq münasibətləri yaranmışdır. Həmin müqavilə üzrə cavabdehin öhdəliklərinin təminatı olaraq iddiaçı ilə cavabdehlər Cavabdeh3 və Cavabdeh2 arasında bağlanmış xx.xx.2021-ci il tarixli, 3M532 reyestr nömrəli ipoteka müqaviləsinə əsasən Cavabdeh2 məxsus ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evi və 0,06 ha torpaq sahəsi iddiaçı qarşısında ipoteka ilə yüklü edilmişdir.
24. Hazırda iddiaçı alqı-satqı müqaviləsı əsasında sifariş edilmiş malları Cavabdeh3 təqdim etməklə həmin müqavilə üzrə öz öhdəliklərini lazımi qaydada icra etdiyini, cavabdehin isə həmin malların dəyərini tam şəkildə ödəmədiyini əsas göstərərək alqı-satqı müqaviləsi üzrə 59.335,82 manat məbləğində borcun, eləcə də həmin borcun ödənilməsinin gecikdirilməsinə görə dəbbə pulunun tutulmasını və tələb üzrə tutmanın ipoteka predmetinə yönəldilməsini tələb edir.
25. İş üzrə məhkəmə tərəfindən araşdırılmalı olan birinci mübahisəli hal alqısatqı müqaviləsi üzrə iddiaçı tərəfindən cavabdehə təqdim edilmiş malların dəyəri və cavabdehin borcunun məbləği ilə bağlıdır.
26. Bununla bağlı kollegiya qeyd edir ki, alqı-satqı müqaviləsi üzrə iddiaçının cavabdehə 59.335,82 manat məbləğində malların təqdim edilməsi faktı iş materiallarında olan hər iki tərəfin imzası və möhürü ilə təsdiq edilmiş təhvil-təslim aktları, eləcə də qarşılıqlı borcların üzləşdirilməsi aktı ilə öz təsdiqini tapır.
27. Cavabdeh malların təhvil-təslim aktlarını imzalasa da, əslində həmin aktlarda göstərilən malların ona təqdim edilməməsi, həmin aktların malların qiymətində artımla bağlı tərtib edilməsini iddia etmiş, lakin həmin halları sübuta yetirə bilməmişdir.
28. Təqdim edilmiş mallara görə borcun məbləğinə münasibətdə kollegiya qeyd edir ki, cavabdeh həmin mallara görə iddiaçıya 1000 manat ödəniş edilməsini bildirmiş və iddiaçının nümayəndəsi həm birinci instansiya məhkəməsində, həm də apellyasiya instansiyası məhkəməsində verdiyi izahatlarda həmin faktı etiraf etmişdir. Lakin həmin hal birinci instansiya məhkəməsi tərəfindən nəzərə alınmamışdır. Belə olan halda kollegiya hesab edir ki, cavabdeh tərəfindən iddiaçıya ödənilməli olan alqı-satqı müqaviləsi üzrə borc 58.335,82 manat (59.335,82-1000) məbləğində müəyyən edilməli, həmin hissədə qətnamə dəyişdirilməlidir.
1. İddianın dəbbə pulu hissəsinə münasibətdə kollegiya tərəflər arasında bağlanmış müqavilənin 2.2-ci bəndində cavabdeh tərəfindən malın dəyərini ödəmək öhdəliyinin vaxtında icra edilməməsinə görə dəbbə pulunun ödənilməsinin razılaşdırıldığını, işin yuxarıda göstərilən halları ilə cavabdehin malın dəyərini ödəmək öhdəliyinin icrasının gecikdirilməsinin öz təsdiqini tapdığını, eləcə də məhkəmə tərəfindən müəyyənləşdirilmiş dəbbə pulu məbləğinin tənasübsüz surətdə yüksək olmadığını nəzərə alaraq belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsi 3000 manat məbləğində dəbbə pulunun tutulması hissəsində iddianı təmin etməklə də iş üzrə düzgün nəticəyə gəlmişdir.
2. Bununla yanaşı apellyasiya şikayətinin dəlillərindən biri də birinci instansiya məhkəməsinin qətnaməsində müəyyən edilmiş ipoteka predmeti olan ünvan 2 ünvanında 0,06 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evinin ilkin satış dəyərinin (245.000) ipoteka predmeti olan əmlakın real likvid dəyərindən əhəmiyyətli dərəcədə aşağı olmasından ibarət olmuşdur.
3. Həmin dəlillərin araşdırılması məqsədilə məhkəmə tərəfindən iş üzrə təkrar əmlakın qiymətləndirilməsi ekspertizası təyin edilmiş və həmin ekspertizanın rəyi ilə ipoteka predmeti olan evin torpaq sahəsi ilə birlikdə likvid qiyməti 246960 manat məbləğində müəyyən edilmişdir.
4. Belə olan halda kollegiya təkrar ekspertizanın rəyi ilə müəyyən edilmiş 246960 manat məbləğində likvid qiymətinin birinci instansiya məhkəməsinin qətnaməsində müəyyənləşdirilmiş ilkin satış dəyərindən cüzi fərqləndiyini (1%-dən də az) nəzərə alaraq hesab edir ki, birinci instansiya məhkəməsinin müəyyən etdiyi 245.000 manat ilkin satış qiymətinin real bazar qiymətlərinə uyğun olmaması öz təsdiqini tapmadığından həmin hissədə qətnamənin dəyişdirilməsi üçün əsas yoxdur.
5. Məhkəmə kollegiyası məhkəmə xərclərinə münasibətdə qeyd edir ki, apellyasiya şikayətinin cüzi hissəsi (iddianın qiymətləndirilən hissəsinin 2 faizdən az hissəsi təmin edildiyindən həmin şikayət verilərkən ödənilmiş dövlət rüsumu cavabdehə aid edilməlidir.
6. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 50 manat pul vəsaiti cavabdehdən tutularaq Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin bank hesabına (Büdcə təsnifatının kodu 142595, Büdcə səviyyəsinin kodu 3, X2, 210005, VÖEN **********, Müxbir Hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi, VÖEN **********, hesab: AZ34CTRE********************) ödənilməlidir.
7. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.3, 392, 393, 402.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
q ə t e t d i: Cavabdeh3 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(113)-90/2023 saylı qətnaməsi qismən-cavabdehdən tutulacaq əsas borc hissəsində dəyişdirilsin. Cavabdeh3 xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən tutulacaq əsas borc 58.335,82 (əlli səkkiz min üç yüz otuz beş manat səksən iki qəpik) manat məbləğində müəyyən edilsin. Qalan hissədə mübahisələndirilən qətnamə dəyişdirilmədən saxlanılsın. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 50 manat pul vəsaiti cavabdehdən tutularaq Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin bank hesabına (Büdcə təsnifatının kodu 142595, Büdcə səviyyəsinin kodu 3, X2, 210005, VÖEN **********, Müxbir Hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi, VÖEN **********, hesab: AZ34CTRE********************) ödənilsin. Apellyasiya şikayəti üçün ödənilmiş rüsum cavabdehin özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Cavabdeh3 tərəfindən Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Sədrlik edən: Leyla Əliyeva
Hakimlər: Təranə Mahmudova
Ziya Şirinov