Məhkəmə qərarları › İş №2-2(103)-1019/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(103)-1019/2021

06.12.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-2(103)-1019/2021 06.12.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər Məmmədov Vidadi Məmməd oğlu (sədrlik edən və məruzəçi), Qurbanov Raqib Əliddin oğlu və Baxışova Vüsalə Ələkbər qızından ibarət tərkibdə, məhkəmə iclasının katibi Abdullayev Nofəl Rəhman oğlunun katibliyi, İddiaçı-nin nümayəndəsi Nümayəndə3, Cavabdeh2 MMC-nin nümayəndəsi Nümayəndə4 iştirakı ilə kredit borcu və tutmanın ipoteka predmetinə yönəldilməsi tələblərinə dair iddia ərizəsi ilə bağlı Bakı Kommersiya Məhkəməsinin 2-2(113)-5/2021 nömrəli iş üzrə 24 iyun 2021-ci il tarixli qətnaməsindən Cavabdeh2 MMC-nin apellyasiyasına əsasən kommersiya mübahisəsinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh2 MMC-yə və "xxxx" MMC-yə qarşı məhkəməyə müraciət edərək, Cavabdeh2 MMC-dən 04.02.2011-ci il tarixli 03-720-11 nömrəli Kredit xətti müqaviləsi üzrə 1.702.000 manat faiz borcu, 1.968.000 manat cərimə borcu, ümumilikdə 3.670.000 manat məbləğdə kredit borcunun, 24.12.2014-cü il tarixli 120-720- 14 nömrəli Kredit xətti müqaviləsi üzrə 650.729,72 manat məbləğdə faiz borcu, 704.648,25 manat cərimə borcu, ümumilikdə 1.355.377,97 manat məbləğdə kredit borcunun, ipoteka predmetinə tutmanın yönəldilməsinə dair bildirişin daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması üçün ödənilmiş 30 manat rüsum məbləğinin tutulub iddiaçının xeyrinə ödənilməsi, 24.12.2014-cü il tarixli 120-720-14 nömrəli Kredit xətti müqaviləsi üzrə ödəmənin 04.02.2011-ci il tarixli 03-720-11 nömrəli Kredit xətti müqaviləsinin təminatı qismində cavabdeh "xxxx" MMC-yə DƏDRX-in 16.12.2014-cü il tarixli RX ******* nömrəli çıxarışına əsasən tam xüsusi mülkiyyət hüququ əsasında məxsus olan Quba şəhəri ünvanda 14,198557 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə yönəldilməsi, həmin ipoteka predmetinin açıq hərracdan satılması, satışdan əldə edilən pul vəsaitinin yuxarıda göstərilən pul tələblərinin təmin edilməsi üçün iddiaçıya ödənilməsi və ipoteka predmeti satıldıqdan sonra 1 ay müddətinə boşaldılması, 14.05.2014-cü il tarixli 054-360-14 nömrəli Kredit müqaviləsi üzrə 1.648.501,43 manat məbləğdə faiz borcu, 1.906.222,19 manat cərimə borcu, ümumilikdə 3.554.723,62 manat məbləğdə kredit borcunun, 30.12.2013-cü il tarixli 175-360-13 nömrəli Kredit xətti müqaviləsi üzrə 425.500 manat məbləğdə faiz borcu, 492.000 manat cərimə borcu, ümumilikdə 917.500 manat məbləğdə kredit borcunun, 27.05.2013-cü il tarixli 43-604-13 nömrəli Kredit müqaviləsi üzrə 3.404.000 manat məbləğdə faiz borcu, 3.936.000 manat cərimə borcu, ümumilikdə 7.340.000 manat məbləğdə kredit borcunun, 14.05.2014-cü il tarixli 053-225-14 nömrəli Kredit müqaviləsi üzrə 848.872,50 manat məbləğdə faiz borcu, 981.540 manat cərimə borcu, ümumilikdə 1.830.412,50 manat məbləğdə kredit borcunun, iddiaçı tərəfindən mübahisənin məhkəmə vasitəsi ilə həll edilməsi üçün ödənilmiş 30 manat məbləğdə dövlət rüsumunun tutulub iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin 24.06.2021-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, Cavabdeh2 MMC-dən 04.02.2011-ci il tarixli 03-720-11 nömrəli kredit xətti müqaviləsi üzrə 1.702.000 manat faiz borcu, 60.000 manat cərimə borcu, 24.12.2014-cü il tarixli 120-720-14 nömrəli Kredit xətti müqaviləsi üzrə 650.729,72 manat məbləğdə faiz borcu, 50.000 manat cərimə borcu, ipoteka predmetinə tutmanın yönəldilməsinə dair bildirişin daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması üçün ödənilmiş 30 manat rüsum məbləğinin tutulub İddiaçı-nin xeyrinə ödənilməsi, 24.12.2014-cü il tarixli 120-720- 14 nömrəli Kredit xətti müqaviləsi üzrə ödəmə, ilkin likvid qiyməti 100.000 manat müəyyən edilməklə 04.02.2011-ci il tarixli 03-720-11 nömrəli Kredit xətti müqaviləsinin təminatı qismində cavabdeh "xxxx" MMC-yə DƏDRX-in 16.12.2014-cü il tarixli RX ******* nömrəli çıxarışına əsasən tam xüsusi mülkiyyət hüququ əsasında məxsus olan Quba şəhəri ünvanda 14,198557 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə yönəldilməsi, həmin ipoteka predmetinin açıq hərracdan satılması, satışdan əldə edilən pul vəsaitinin yuxarıda göstərilən pul tələblərinin təmin edilməsi üçün LPO "X1" ASC-yə ödənilməsi və ipoteka predmeti satıldıqdan sonra 1 ay müddətinə boşaldılması, Cavabdeh2 MMC-dən 14.05.2014-cü il tarixli 054-360-14 nömrəli “Kredit müqaviləsi” üzrə 1.648.501,43 manat məbləğdə faiz borcu, 50.000 manat cərimə borcu, 30.12.2013-cü il tarixli 175-360-13 nömrəli “Kredit xətti müqaviləsi” üzrə 425.500 manat məbləğində faiz borcu, 50.000 manat cərimə borcu, 27.05.2013-cü il tarixli, 43-604-13 nömrəli “Kredit müqaviləsi” üzrə ******* manat məbləğində faiz borcu, 50.000 manat cərimə borcu, 14.05.2014-cü il tarixli, 053- 225-14 nömrəli “Kredit müqaviləsi” üzrə 848872,50 manat məbləğdə faiz borcu, 50.000 manat tutulub LPO "X1" ASC-yə ödənilməsi, iddianın qalan hissədə rədd edilməsi, ödənilmiş 30 manat məbləğdə dövlət rüsumunun 14,44 manat məbləğinin Cavabdeh2 MMC-dən alınaraq LPO "X1" ASC-yə ödənilməsi, qalan 15,56 manat məbləğin LPO "X1" ASC-yə aid edilməsi, iş üzrə təyin edilmiş ekspertiza tədqiqatlarının dəyəri 150 manat məbləğində ekspertiza xərclərinin 72,22 manat məbləğinin Cavabdeh2 MMC-dən, qalan 77,78 manat məbləğinin LPO "X1" ASC-dən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməsi qət edilmişdir. Qətnamə ilə razılaşmayan iddiaçı ondan apellyasiya şikayəti verərək, qismən ləğv edilib, iddianın təmin edilməyən hissədə tam təmin olunmasını xahiş etmişdir. Cavabdeh2 MMC-nin 24.06.2021-ci il tarixli qətnamədən apellyasiyası məhkəmə kollegiyasının 18.08.2021-ci il tarixli qərardadı ilə mümkün hesab edilməmişdir. Məhkəmə kollegiyasının 17.09.2021-ci il tarixli qərardadı ilə iddiaçının apellyasiyası mümkün sayılmışdır. Kommersiya mübahisəsi Bakı Apellyasiya Məhkəməsinin icraatına daxil olduqdan sonra Bakı Kommersiya Məhkəməsinin hakimi Z.Pirverdiyev məktubla müraciət edib, iddiaçı tərəfindən buraxılmış prosessual müddətin bərpası barədə ərizə və 24.06.2021-ci il tarixli qətnamədən apellyasiya verildiyini nəzərə alaraq, ərizəyə baxılması və şikayətin mülki prosessual qanunvericiliyə uyğunluğunun yoxlanılması üçün işin həmin məhkəməyə göndərilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) tələblərini nəzərə alaraq, hesab edir ki, apellyasiyanın mümkün sayılması haqqında qərardad ləğv edilib, iş apellyasiya baxışından çıxarmaqla birinci instansiya məhkəməsinə qaytarılmalıdır. Belə ki, MPM-in 384.0.6-cı maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması, yaxud da icraata qəbul olunduqdan sonra digər şəxslərin apellyasiya şikayəti ilə birinci instansiya məhkəməsinə müraciət etməsi müəyyən edilərsə, icraata qəbul qərardadını ləğv edərək işi apellyasiya baxışından çıxarmaqla birinci instansiyası məhkəməsinə qaytara bilər. Göstərilənlərə əsasən və MPM-in 263, 264, 384, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Bakı Apellyasiya Məhkəməsi Kommersiya Kollegiyasının İddiaçı-nin apellyasiyasının mümkün sayılması haqqında 17 sentyabr 2021-ci il tarixli qərardadı ləğv edilsin. İş apellyasiya baxışından çıxarılmaqla birinci instansiya məhkəməsinə qaytarılsın. HAKİMLƏR Vidadi Məmmədov Raqib Qurbanov Vüsalə Baxışova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar