Məhkəmə qərarları › İş №2-2(103)-1023/2022

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(103)-1023/2022

27.10.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-2(103)-1023/2022 27.10.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı MMC-nin Cavabdeh QSC-yə qarşı müqaviləyə əlavənin etibarsız hesab edilməsi və sair tələblərə dair ilk, cavabdehin iddiaçıya və Maraqlı şəxs qarşı müqaviləyə əlavənin ləğv edilməsi və sair tələblərə dair qarşılıqlı iddia ərizələri ilə bağlı kommersiya mübahisəsi üzrə Açar sözlər: barışıq sazişinin təsdiq edilməsi Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası hakimlər Məmmədov Vidadi Məmməd oğlu (sədrlik edən və məruzəçi), Qurbanov Raqib Əliddin oğlu və Baxışova Vüsalə Ələkbər qızından ibarət tərkibdə, məhkəmə iclasının katibi Sadıqov Mehman Norəs oğlunun katibliyi, İddiaçı MMC-nin (bundan sonra - iddiaçı) vəkili və nümayəndəsi Vəkil, Cavabdeh QSC-nin (bundan sonra - cavabdeh) nümayəndəsi Nümayəndə2 iştirakı ilə iddiaçının cavabdehə qarşı ilk, cavabdehin iddiaçıya və iddiaçının tərəfində mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs Maraqlı şəxs (bundan sonra - üçüncü şəxs) qarşı qarşılıqlı iddia ərizələri ilə bağlı Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-689/2022 nömrəli iş üzrə 29 mart 2022-ci il tarixli qətnaməsindən iddiaçının, 12 may 2022-ci il tarixli əlavə qətnaməsindən cavabdehin apellyasiyalarına əsasən kommersiya mübahisəsinə açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərardadı qəbul etdi. BİRİNCİ İNSTANSİYA MƏHKƏMƏSİNDƏ İCRAAT

1. İddiaçı cavabdehə qarşı (üçüncü şəxs iddiaçının tərəfində cəlb olunmaqla) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2015-ci il tarixdə öhdəliyin ötürülməsi müqaviləsinə əlavə olaraq bağlanmış xx.xx.2015-ci il tarixli müqaviləyə əlavənin etibarsız hesab edilməsini, xx.xx.2012-ci il tarixli 5xx/xx/2012 nömrəli lizinq müqaviləsi və xx.xx.2015-ci il tarixdə öhdəliyin ötürülməsinə dair müqavilə üzrə öhdəliklərinin yerinə yetirildiyini nəzərə alaraq həmin müqavilələrə xitam verilməsini, onun tərəfindən cavabdehə artıq ödənilmiş 141.301 manat məbləğdə pul vəsaiti cavabdehdən tutularaq ona ödənilməsini, 2018, 2019 və 2020-ci illər üzrə müəssisənin pul vəsaitindən cavabdeh faydalandığı üçün Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449.1-ci maddəsinin tələblərinə müvafiq olaraq illik 5% uçot dərəcəsi həcmində pul vəsaiti 21.195 manat cavabdehdən tutularaq ona ödənilməsini, lizinq müqaviləsinin predmeti olan Hitachi ZX 470 LC markalı ekskavator üzərində onun mülkiyyət hüquqlarının tanınmasını və həmin əmlakın cavabdeh və üçüncü şəxslərdən alınaraq ona təhvil verilməsini, Sumqayıt şəhəri Bakı-Sumqayıt yolunun kənarında ümumi sahəsi 803,3 kv.m, torpaq sahəsi 0,16 ha olan əmlak kompleksi kimi müəssisənin Bakı şəhəri Əzizbəyov rayonu Buzovna qəsəbəsi 355 nömrəli bağ evi ünvanda yerləşən ümumi sahəsi 12 ha olan torpaq sahəsi və həmin ərazidə yerləşən yaşayış sahəsi 98,24 kv.m, yardımçı sahəsi 27,71 kv.m olan 3 otaqlı bağ evinin, ünvan 2 ünvanda yerləşən, yaşayış sahəsi 27,4 kv.m, yardımçı sahəsi 72,1 kv.m. olan 2 otaqlı fərdi yaşayış evinin üzərindən ipoteka yüklülüyünün götürülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. Cavabdeh də iddiaçıya və üçüncü şəxsə qarşı məhkəməyə qarşılıqlı iddia ərizəsi təqdim edərək, səhmdarı Azərbaycan Respublikası Maliyyə Nazirliyi olan Beynəlxalq Bank ASC-nin törəmə müəssisəsi cavabdeh (əvvəlki adı “X4” QSC) ilə iddiaçı arasında bağlanmış xx.xx.2012-ci il tarixli 5xx/xx/2012 nömrəli X3 müqaviləsi üzrə öhdəliklərin verilməsi haqqında xx.xx.2015-ci il tarixli müqavilə və ona xx.xx.2015-ci il tarixli əlavənin ləğv edilməsi, iddiaçı və üçüncü şəxsdən müştərək qaydada xx.xx.2012-ci il tarixli 5xx/xx/2012 nömrəli X3 müqaviləsi üzrə əsas borc 73.078,21 manat, faiz borcu 33.275,76 manat, dəbbə pulu 85.722,06 manat, borc pul məbləğinin ödənilməsinin gecikdirməsinə görə gecikdirilmiş 2 il 10 ay 16 gün üçün illik 5% dərəcəsi ilə borc məbləğinə hesablanmış faiz 10.515,12 manat, Mülki Məcəllənin 449.1, 449.2-ci maddələrinə əsasən özgəsinin pul vəsaitini qanunsuz 2 il 10 ay 16 gün gecikdirməklə ondan faydalanmağa görə Azərbaycan Respublikası Mərkəzi Bankının uçot dərəcəsi olan illik 6,25% dərəcəsi ilə borc məbləğinə hesablanmış faiz 13.144,02 manat olmaqla cəmi borc 215.735,17 manat pul vəsaitinin onun xeyrinə tutulması, tutmanın ipoteka predmeti olan üçüncü şəxsə məxsus Sumqayıt şəhəri Bakı-Sumqayıt yolunun kənarında yerləşən ümumi sahəsi 803,3 kv.m, torpaq sahəsi 0.16 ha olan əmlak kompleksinə (reyestr nömrəsi **********49-12301), ünvan 2 ünvanda yerləşən 2 otaqlı (y/s 27,4 m2, k/s 72,1 m2) fərdi yaşayış evinə (reyestr nömrəsi **********33-10301) yönəldilməsi, ipoteka predmetlərinin açıq hərrac yolu ilə satılaraq əldə olunan vəsaitin borcun ödənilməsinə köçürülməsi, satışdan əldə olunan məbləğ borcun ödənilməsinə kifayət etmədikdə ödənilməmiş borcun iddiaçı və üçüncü şəxsdən tutulması, ipoteka predmetləri satıldıqda üçüncü şəxs və orada qeydiyyatda olan, həmçinin, qeydiyyatsız yaşayan digər şəxslərin oradan çıxarılması, dövlət büdcəsinin vəsaiti hesabına alınmış onun mülkiyyətindəki lizinq obyekti olan 1 ədəd HİTACHİ ZX470LC-5G markalı tırtıllı ekskavatorun tam işlək vəziyyətdə iddiaçı və üçüncü şəxsdən geri alınaraq cavabdehə qaytarılması, onunla (əvvəlki adı “X4” QSC) iddiaçı arasında bağlanmış xx.xx.2015-ci il tarixli 01/15 nömrəli X1nin ləğv edilməsi, iddiaçı və üçüncü şəxsdən müştərək qaydada həmin müqavilə üzrə əsas borc 108.719,86 ABŞ dolları, faiz borcu 40.858,12 ABŞ dolları, dəbbə pulu 12.949,52 ABŞ dolları, pul məbləğinin ödənilməsinin gecikdirməsinə görə, gecikdirilmiş 2 il 11 ay 04 gün üçün illik 5% dərəcəsi ilə borc məbləğinə hesablanmış faiz 15.615,38 ABŞ dolları, Mülki Məcəllənin 449.1, 449.2-ci maddələrinə əsasən özgəsinin pul vəsaitini qanunsuz 2 il 11 ay 04 gün gecikdirməklə faydalanmağa görə Azərbaycan Respublikası Mərkəzi Bankının uçot dərəcəsi olan illik 6,25% dərəcəsi ilə borc məbləğinə hesablanmış faiz 19.894,25 ABŞ dolları olmaqla, cəmi borc 198.337,13 ABŞ dolları pul vəsaitinin onun xeyrinə tutulması, tutmanın üçüncü şəxsə məxsus Sumqayıt şəhəri Bakı-Sumqayıt yolunun kənarında ümumi sahəsi 803,3 kv.m., torpaq sahəsi 0.16 ha olan əmlak kompleksinə (reyestr nömrəsi **********49-12301), Bakı şəhəri Xəzər rayonu Buzovna qəsəbəsi 355 nömrəli bağ evi və 0.12 ha torpaq sahəsinə (reyestr nömrəsi **********19-11301) yönəldilməsi, ipoteka predmetlərinin açıq hərracdan satılaraq əldə olunan vəsaitin borcun ödənilməsinə köçürülməsi, satışdan əldə olunan məbləğ borcun ödənilməsinə kifayət etmədikdə ödənilməmiş borcun iddiaçı və üçüncü şəxsdən tutulması, ipoteka predmeti satıldıqda üçüncü şəxs və orada qeydiyyatda olan, həmçinin qeydiyyatsız yaşayan digər şəxslərin oradan çıxarılması, onun tərəfindən ipoteka bildirişlərinin qeydiyyata alınması üçün ödənilmiş 40 manat dövlət rüsumu, 101.60 manat xidmət haqqının, qarşılıqlı iddia üçün ödənilmiş 30 manat məbləğdə dövlət rüsumunun iddiaçı və üçüncü şəxsdən tutulub onun xeyrinə köçürülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

3. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsi ilə ilk iddia, xx.xx.2022-ci il tarixli əlavə qətnaməsi ilə qarşılıqlı iddia rədd edilmişdir.

4. Qətnamə ilə razılaşmayan iddiaçı, əlavə qətnamə ilə razılaşmayan cavabdeh onlardan apellyasiya şikayətləri verərək, iddiaçı qətnamənin ləğv edilib, ilk iddianın təmin edilməsini, cavabdeh əlavə qətnamənin ləğv edilib, qarşılıqlı iddianın təmin edilməsini xahiş etmişdir.

APELLYASİYA İNSTANSİYA MƏHKƏMƏSİNDƏ İCRAAT

5. İşə apellyasiya qaydasında baxılarkən tərəflər Məhkəməyə İddiaçı MMC, Cavabdeh QSC və Maraqlı şəxs arasında bağlanmış xx.xx.2022-ci il tarixli barışıq sazişini təqdim edərək, təsdiq edilməsini xahiş etmişlər.

6. Barışıq sazişi aşağıdakı şərtlərlə bağlanmışdır: “- 1. X6 tərəflər arasında yaranmış mübahisənin aradan qaldırılması və sülh yolu ilə həll edilməsi (tənzimlənməsi) məqsədi ilə tərəflərin qarşılıqlı razılığı əsasında bağlanmışdır; - 2. X6 Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 52.3-cü maddəsinin (Maddə 52. İddiadan imtina edilməsi, iddianın etiraf edilməsi, barışıq sazişi) tələblərinə uyğun olaraq bağlanmışdır; - 3. a) Tərəflər razılaşdılar ki, Lizinq alan İddiaçı MMC-nin 5xx/xx/2012 nömrəli xx.xx.2012-ci il tarixli X3 Müqaviləsi üzrə öhdəliklərin verilməsi haqqında 24 aprel 2015-ci il tarixli Müqavilə və ona xx.xx.2015-ci il tarixli Əlavə üzrə Cavabdeh Qapalı Səhmdar Cəmiyyətinə qalıq borcu 89.716 manat təşkil edir və Zamin Maraqlı şəxs ilkin olaraq Beynəlxalq Lizinq QSC-ə 19.716 manat avans ödəyir. Razılaşdırılmış məbləğdən qalıq borc olan 70.000 manat məbləğ isə Zamin Maraqlı şəxs tərəfindən 90 təqvim günü ərzində ödənilməlidir; - 4. b) Tərəflər razılaşdılar ki, Lizinq alan İddiaçı MMC-nin xx.xx.2015-ci il tarixli 01/15 nömrəli X1 üzrə Cavabdeh Qapalı Səhmdar Cəmiyyətinə qalıq borcu 146.025 manat təşkil edir və Zamin Maraqlı şəxs ilkin olaraq Beynəlxalq Lizinq QSC-ə 16.025 manat avans ödəyir. Razılaşdırılmış məbləğdən qalıq borc olan 130.000 manat məbləğ isə Zamin Maraqlı şəxs tərəfindən 90 təqvim günü ərzində ödənilməlidir; - 5. Tərəflər arasında hər iki Müqavilə üzrə yaranmış borcla bağlı razılaşdırılmış ümumi 235.741 manat borc məbləği Zamin Maraqlı şəxs tərəfindən Cavabdeh QSC-nin hesabına tam ödənildikdən sonra Müqavilələrin təminatı olaraq Zamin Maraqlı şəxs tərəfindən ipoteka ilə yüklü edilən Maraqlı şəxs məxsus Sumqayıt şəhəri, Bakı-Sumqayıt yolunun kənarında ümumi sahəsi 803,3 m2., torpaq sahəsi 0,16 ha olan əmlak kompleksinin, ünvan 3 ünvanda yerləşən, 2 otaqlı (y/s 27,4 m2, k/s 72,1 m2) fərdi yaşayış evinin, Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, 355 nömrəli bağ evi və 0.12 ha torpaq sahəsinin yüklülükdən azad edilməsi üçün zəruri sənədlərin aidiyyəti qurumlara təqdim edilməsi Cavabdeh QSC tərəfindən təmin ediləcək; - 6. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 122.3-cü maddəsinin (Maddə 122. İddiaçı iddiadan imtina etdikdə və barışıq sazişi bağladıqda məhkəmə xərclərinin bölüşdürülməsi) tələblərinə uyğun olaraq məhkəmə xərclərini, yardım göstərməyə görə tərəflərin nümayəndələrinə (vəkillərə) ödənilən xərcləri, mülki işlə bağlı digər bütün xərcləri hər bir tərəf özü daşıyır, həmin xərcləri tərəflər bir-birinə ödəmir; - 7. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 191.1-ci maddəsinin (Maddə 191. İddiaçının iddiadan imtina etməsi, cavabdehin iddianı etiraf etməsi və tərəflərin barışıq sazişi) tələblərinə uyğun olaraq X6nin şərtləri məhkəmə iclasının protokoluna yazılmalıdır və tərəflər həmin protokolu imzalamalıdırlar; - 8. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.0.5 və 262.4-cü maddələri (Maddə 261. İcraata xitam verilmə əsasları; Maddə 262. İcraata xitam verilmə qaydası və nəticələri) ilə nəzərdə tutulmuş barışıq sazişinin bağlanması ilə iş üzrə icraata xitam verilməsinin nəticələri tərəflərə izah olunub və aydındır; - 9. Tərəflər bəyan edirlər ki, X6nin şərtləri onların könüllü iradələrini əks etdirir. - 10. X6 heç bir halda ləğv edilə və ya dəyişdirilə bilməz; - 11. Biz həm X6nin bağlanması, həm də onun nəticələri ilə tam razıyıq; - 12. Tərəflər Bakı Apellyasiya Məhkəməsinə müraciət edərək xahiş edirlər ki, X6 təsdiq edilsin və iş üzrə icraata xitam verilsin.”

PROSES İŞTİRAKÇİLARİNİN İZAHATLARİ

7. Məhkəmə kollegiyasının iclasında iddiaçının vəkili və cavabdehin nümayəndəsi barışıq sazişinin təsdiq edilməsini xahiş etmişlər.

TƏTBİQ EDİLƏN HÜQUQ

8. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi (MPM): Maddə 52.3. Tərəflər məhkəmə işini bilavasitə özləri, yaxud mediasiya vasitəsilə barışıq sazişi bağlamaqla qurtara bilərlər; Maddə 261.0.5. Tərəflər barışıq sazişi bağlamışlarsa və bu saziş məhkəmə tərəfindən təsdiq edilmişsə, hakim iş üzrə icraata xitam verir; Maddə 262.4. İşin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir; Maddə 115.0. İşə baxılması ilə əlaqədar məsrəflərə aşağıdakılar daxildir: 115.0.1. şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər; Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: 384.0.5. Birinci instansiya məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə, qətnamə və ya qərardadı tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 259.0.1- 259.0.5-ci və 259.0.8-259.0.12-ci maddələrinə müvafiq olaraq iddianı tamamilə, yaxud qismən baxılmamış saxlaya, qətnamə və ya qərardadı tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 261-ci maddələrinə müvafiq olaraq iş üzrə icraata xitam verə bilər.

APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

9. Məhkəmə kollegiyası barışıq sazişini iş materialları ilə birlikdə nəzərdən keçirərək hesab edir ki, saziş qanunauyğun olduğu və hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmadığı üçün təsdiq edilməli, qətnamə və əlavə qətnamə ləğv edilməli, iş üzrə icraata xitam verilməli, iş üzrə təyin edilmiş xx.xx.2021-ci il tarixli 9/8999 nömrəli ekspertiza tədqiqatının dəyəri 150 manat tərəflər arasında bərabər bölüşdürülməlidir.

10. Göstərilənlərə əsasən və MPM-in 263, 264 və 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı:

İddiaçı MMC, Cavabdeh QSC və Maraqlı şəxs arasında bağlanmış 29 sentyabr 2022-ci il tarixli barışıq sazişi təsdiq edilsin. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-689/2022 nömrəli iş üzrə 29 mart 2022-ci il tarixli qətnaməsi və 12 may 2022-ci il tarixli əlavə qətnaməsi ləğv edilsin. İş üzrə icraata xitam verilsin. Ekspertiza tədqiqatının dəyəri 150 (yüz əlli) manatın 50 (əlli) manatı İddiaçı MMCdən, 50 (əlli) manatı Cavabdeh QSC-dən və 50 (əlli) manatı Maraqlı şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. Qərardaddan, iş üzrə icraata xitam verilməsi hissədə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətdə Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verilə bilər.

HAKİMLƏR Vidadi Məmmədov Raqib Qurbanov Vüsalə Baxışova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar