Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-1029/2022 24.11.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ ərizəçi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Kiçik sahibkarlıqla iş üzrə baş idarəsinin Maraqlı şəxs ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması tələbinə dair kommersiya mübahisəsi üzrə (açar sözlər: ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması) Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası hakimlər Məmmədov Vidadi Məmməd oğlu (sədrlik edən və məruzəçi), Qurbanov Raqib Əliddin oğlu və Baxışova Vüsalə Ələkbər qızından ibarət tərkibdə, məhkəmə iclasının katibi Sadıqov Mehman Norəs oğlunun katibliyi ilə ərizəçi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Kiçik sahibkarlıqla iş üzrə baş idarəsinin Maraqlı şəxs ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması tələbinə dair ərizəsi ilə bağlı Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-4538/2022 nömrəli iş üzrə 16 avqust 2022-ci il tarixli qətnaməsindən maraqlı şəxsin apellyasiyasına əsasən kommersiya mübahisəsinə аçıq məhkəmə iclаsındа bаxаrаq, aşağıdakı qətnaməni qəbul etdi. İŞİN HALLARİ
1. Hüquqi şəxslər haqqında məlumatlara əsasən, "xxxx" MMC, "xxxx" MMC və "xxxx" MMC-nin icra orqanının rəhbəri maraqlı şəxsdir.
2. Şəxsi hesab vərəqələrinə görə: xx.xx.2022-ci il tarixə cəmi ödənilməli borclar: "xxxx" MMC-nin 17.789,32 manat; "xxxx" MMC-nin 14.669,18 manat, "xxxx" MMC-nin 2.408,25 manat təşkil edir.
3. Ərizəçi, "xxxx" MMC-yə Vergi borcunun ödənilməsinə dair xx.xx.2021-ci il tarixli **********0 nömrəli bildiriş göndərərək, həmin tarixə dövlət büdcəsinə ümumilikdə 8.302,36 manat (o cümlədən, vergilər üzrə 7.239,50 manat, faizlər üzrə 962,86 manat, maliyyə sanksiyaları üzrə 100 manat) borcunun 5 gün müddətdə ödənilməsini tələb etmiş, borc ödənilmədiyi təqdirdə məhkəməyə müraciət ediləcəyini bildirmişdir.
4. Ərizəçi, "xxxx" MMC-yə Muzdlu və qeyri-muzdlu işdən əldə edilən gəlirlər üzrə məcburi dövlət sosial sığorta haqqı üzrə borcun ödənilməsinə dair xx.xx.2021-ci il tarixli **********6 nömrəli bildiriş göndərərək, həmin tarixə dövlət büdcəsinə ümumilikdə 136,94 manat (o cümlədən, Muzdlu və qeyri-muzdlu işdən əldə edilən gəlirlər üzrə məcburi dövlət sosial sığorta haqqı üzrə borcun ödənilməsinə üzrə 125 manat, faizlər üzrə 11,94 manat, maliyyə sanksiyaları üzrə 0 manat) borcunun 5 gün müddətdə ödənilməsini tələb etmiş, borc ödənilmədiyi təqdirdə məhkəməyə müraciət ediləcəyini bildirmişdir.
5. Ərizəçi, "xxxx" MMC-yə Vergi borcunun ödənilməsinə dair xx.xx.2021-ci il tarixli **********0 nömrəli bildiriş göndərərək, həmin tarixə dövlət büdcəsinə ümumilikdə 1.498,01 manat (o cümlədən, vergilər üzrə 1.227,40 manat, faizlər üzrə 170,61 manat, maliyyə sanksiyaları üzrə 100 manat) borcunun 5 gün müddətdə ödənilməsini tələb etmiş, borc ödənilmədiyi təqdirdə məhkəməyə müraciət ediləcəyini bildirmişdir.
BİRİNCİ İNSTANSİYA MƏHKƏMƏSİNDƏ İCRAAT
6. Ərizəçi maraqlı şəxsə qarşı məhkəməyə müraciət edərək, "xxxx" MMC-nin dövlət büdcəsinə olan 8.692,42 manat, Dövlət Sosial Müdafiə Fonduna olan 150,07 manat, İşsizlikdən Sığorta Fonduna olan 6,01 manat, İcbari Tibbi Sığorta Fonduna olan 12,02 manat, "xxxx" MMC-nin dövlət büdcəsinə olan 7.181,26 manat, Dövlət Sosial Müdafiə Fonduna olan 150,07 manat, İşsizlikdən Sığorta Fonduna olan 6,01 manat, İcbari Tibbi Sığorta Fonduna olan 12,02 manat, "xxxx" MMC-nin dövlət büdcəsinə olan 1.549,89 manat, Dövlət Sosial Müdafiə Fonduna olan 150,07 manat, İşsizlikdən Sığorta Fonduna olan 6,01 manat, İcbari Tibbi Sığorta Fonduna olan 12,02 manat məbləğdə borcunun ödənilməsini təmin etmək üçün həmin hüquqi şəxslərin icra orqanının rəhbəri olan maraqlı şəxs (şəxsiyyəti təsdiq edən sənədin FİN nömrəsi – xxxxxxx, şəxsiyyət vəsiqəsinin seriya və nömrəsi – AZE ********) barəsində ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
7. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsi ilə ərizə təmin edilmiş, "xxxx" MMC-nin (VÖEN: **********) xx.xx.2022-ci il tarixə dövlət büdcəsinə olan 8.692,42 manatın, Dövlət Sosial Müdafiə Fonduna olan 150,07 manatın, İşsizlikdən Sığorta Fonduna olan 6,01 manatın, İcbari Tibbi Sığorta Fonduna olan 12,02 manatın, "xxxx" MMC-nin (VÖEN: **********) xx.xx.2022-ci il tarixə dövlət büdcəsinə olan 7.181,26 manatın, Dövlət Sosial Müdafiə Fonduna olan 150,07 manatın, İşsizlikdən Sığorta Fonduna olan 6,01 manatın, İcbari Tibbi Sığorta Fonduna olan 12,02 manatın, "xxxx" MMC-nin (VÖEN: **********) xx.xx.2022-ci il tarixə dövlət büdcəsinə olan 1.549,89 manatın, Dövlət Sosial Müdafiə Fonduna olan 150,07 manatın, İşsizlikdən Sığorta Fonduna olan 6,01 manatın, İcbari Tibbi Sığorta Fonduna olan 12,02 manat məbləğində borclarının ödənilməsini təmin etmək üçün xx.xx.1966-cı ildə Ağsu rayonunda anadan olmuş, ünvan 1 ünvanda qeydiyyatda olan maraqlı şəxsin (şəxsiyyəti təsdiq edən sənədin FİN nömrəsi – xxxxxxx, şəxsiyyət vəsiqəsinin seriya və nömrəsi – AZE ********) ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması, dövlət rüsumunun əvəzi olaraq 100 manat məbləğində pulun maraqlı şəxsdən tutularaq dövlət büdcəsinə ödənilməs qət edilmişdir.
8. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyasının 28, 71, 73-cü, Azərbaycan Respublikası Vergi Məcəlləsinin 16.1.1, 23.1.15-3, 24.0.2-1, 77.3, 78.1-ci maddələrinə istinadla əsaslandırmışdır.
APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ
a) Apellyasiya şikayətinin dəlilləri
9. Qətnamə ilə razılaşmayan maraqlı şəxs ondan apellyasiya şikayəti verərək, ləğv edilib, ərizənin baxılmamış saxlanılmasını xahiş etmişdir.
10. Apellyasiya şikayətinin dəlillərinə görə, hazırki işdə birinci instansiya məhkəməsi maraqlı şəxsin Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal gəlirlər baş idarəsinə qarşı vergi borclarına əsas olmuş qərarların ləğv edilməsi tələbinə dair iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etməsi faktını araşdırmamış, hüquqi qiymət verməmişdir.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
11. Apellyasiya şikayətinə qarşı etiraz təqdim olunmamışdır.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
12. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq ərizəçi (onun nümayəndəsi) və maraqlı şəxs məhkəmə iclasına gəlmədiyi üçün Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 376.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmışdır.
TƏTBİQ EDİLƏN HÜQUQ
13. Azərbaycan Respublikasının Konstitusiyası: Maddə 73. Qanunla müəyyən edilmiş vergiləri və başqa dövlət ödənişlərini tam həcmdə və vaxtında ödəmək hər bir kəsin borcudur.
14. Azərbaycan Respublikasının Vergi Məcəlləsi: Maddə 16.1.1. Qanunla müəyyən edilmiş vergiləri, habelə bu Məcəllə ilə müəyyən edilmiş qaydada hesablanmış faizləri, tətbiq edilmiş maliyyə sanksiyalarını və digər məcburi ödənişləri ödəmək vergi ödəyicisinin vəzifəsidir; Maddə 23.1.15-3. Vergi orqanlarının vergi ödəyicisi vergi öhdəliyini bu Məcəllə ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə, hesablanmış vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üsulu kimi vergi ödəyicisi olan fiziki şəxsin və ya hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması üçün məhkəməyə müraciət etmək hüquqları vardır; Maddə 24.0.2-1. Vergi orqanları vergi ödəyicisi olan fiziki şəxsin və ya hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına səbəb olmuş əsaslar aradan qalxdıqdan sonra dərhal həmin məhdudlaşdırmanın götürülməsi barədə qərar qəbul etməyə borcludur; Maddə 63.2. Vergi ödəyicisi ona hesablanmış verginin məbləği ilə razı olmadığı halda, verginin ödənilməsini dayandırmadan bilavasitə vergi nəzarətini həyata keçirən müvafiq icra hakimiyyəti orqanına və ya məhkəməyə şikayət verə bilər; Maddə 63.3. Vergi ödəyicisi və ya başqa borclu şəxs tərəfindən vergi orqanına (vəzifəli şəxsə) verilən şikayət, bu Məcəllənin 63.2-ci maddəsinin ikinci abzasında müəyyən edilən hallar istisna olunmaqla, şikayət edilən qərarın (aktın) və ya hərəkətin icrasını dayandırmır.
15. MPM: Maddə 355-5.1. Vergi ödəyicisi və ya sığortaedən vergi, məcburi dövlət sosial sığorta, icbari tibbi sığorta və işsizlikdən sığorta haqları üzrə öhdəliyini qanunla müəyyən edilmiş hallarda və müddətlərdə yerinə yetirmədikdə, hesablanmış vergilər, məcburi dövlət sosial sığorta, icbari tibbi sığorta və işsizlikdən sığorta haqları üzrə borcların və faizlərin, vergilər və məcburi dövlət sosial sığorta haqları üzrə tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə məhkəməyə müraciət etmək hüququna malikdir; Maddə 355-7.4. Vergi ödəyicisi və ya sığortaedən olan fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında qətnamə qəbul edildikdən dərhal sonra qüvvəyə minir və qətnamədən şikayətin verilməsi onun icrasını dayandırmır; Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır; Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır; Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: 384.0.1. qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
16. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu da “Azərbaycan Respublikası Vergi Məcəlləsinin 78.3, 85.4, 90.3 və 93.1.1-ci maddələrinin şərh edilməsinə dair” xx.xx.2011-ci il tarixli Qərarı: “Vergi hüquq münasibətləri bir tərəfin digər tərəfin hakimiyyəti tabeliyində olmasına əsaslanır. Bu münasibətlər dövlətin adından fəaliyyət göstərən bir tərəfin - vergi orqanının hakimiyyət səlahiyyətlərinə malik olmasına, digər tərəfin-vergi ödəyicisinin isə tabeçiliyinə əsaslanan tərəflərin subordinasiyasını nəzərdə tutur. Xüsusilə qeyd olunmalıdır ki, vergi orqanının tələbləri və vergi ödəyicisinin öhdəlikləri müqavilədən deyil, qanundan irəli gəlir. .... “Konstitusiyanın 73-cü maddəsində təsbit olunmuş vergi ödəmək vəzifəsi dövlətin şərtsiz tələbi kimi bütün vergi ödəyicilərinə şamil olunur. Vergi ödəyicisi qanunla nəzərdə tutulmuş qaydada müəyyən pul məbləği şəklində dövlətin xəzinəsinə ödənilməli olan əmlakının müəyyən hissəsinə dair öz mülahizəsinə uyğun sərəncam verə bilməz və bu məbləği mütəmadi olaraq dövlətin xeyrinə keçirməyə borcludur, əks təqdirdə dövlətin, həmçinin digər şəxslərin hüquqları və qanunla qorunan maraqları pozulmuş olur. Vergi ödəyicisinin bu vəzifəsində cəmiyyətin bütün üzvlərinin ictimai maraqları öz əksini tapmışdır. Buna görə də dövlət yalnız vergi ödəyicilərinin deyil, həmçinin cəmiyyətin digər üzvlərinin də hüquq və qanuni mənafelərinin qorunması məqsədilə vergi hüquq münasibətlərini tənzimləmək sahəsində qanuni tədbirlər görmək hüququna və vəzifələrinə malikdir.” APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ
17. Apellyasiya şikayəti ilə qətnamənin ləğvi tələb edildiyindən, məhkəmə aktı apellyasiya şikayətinin dəlilləri üzrə tam yoxlanılır.
APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
18. Birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması hallarına yol verilməmişdir, o cümlədən qətnamənin ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar müəyyən edilmir.
19. İlk olaraq, vergi ödəyicisi hüquqi şəxsin rəhbəri olan fiziki şəxsin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə məhkəməyə müraciət etmək üçün tələb olunan əsasın mövcudluğundan bəhs edə bilmək üçün vergi ödəyicisinin dövlət büdcəsinə borcunun olması müəyyən edilməlidir ki, bu şərtə iş üzrə əməl olunur, maraqlı şəxs də ödənilməsi tələb olunan borcun mövcud olduğunu mübahisə etmir.
20. Maraqlı şəxs dövlət büdcəsinə ödənilməsi rəhbəri olduğu hüquqi şəxslərdən tələb olunan borcları inzibati qaydada mübahisələndirdiyini bildirir.
21. Bununla bağlı qeyd edilməlidir ki, vergi borcunun mövcud olub-olmaması yaxud düzgün hesablanmaması ilə bağlı mübahisə hazırkı məhkəmə araşdırmasının predmetinə daxil deyil. Bundan əlavə, vergi borcu ilə əlaqədar məhkəmə yaxud inzibati qaydada şikayətin verilməsi də hazırkı ərizəyə hüquqi maneə deyil. Belə ki, Vergi Məcəlləsinin 63cü maddəsinə görə, vergi ödəyicisi ona hesablanmış verginin məbləği ilə razı olmadığı halda, verginin ödənilməsini dayandırmadan bilavasitə vergi nəzarətini həyata keçirən müvafiq icra hakimiyyəti orqanına və ya məhkəməyə şikayət verə bilər. Vergi ödəyicisi və ya başqa borclu şəxs tərəfindən vergi orqanına (vəzifəli şəxsə) verilən şikayət, şikayət edilən qərarın (aktın) və ya hərəkətin icrasını dayandırmır.
22. Digər tərəfdən, iddiaçı rəhbəri olduğu hüquqi şəxslərdən tələb olunan borcları inzibati məhkəmədə mübahisələndirdiyi üçün hazırkı işin baxılmamış saxlanılmasını xahiş etsə də, belə bir əsasla işin baxılmamış saxlanılması MPM-in 259-cu maddəsində nəzərdə tutulmamışdır.
23. Fərz olunsa ki, sözügedən əsasla hazırkı işin icraatı dayandırıla bilərdi, o halda iddiaçının istinad etdiyi Bakı İnzibati Məhkəməsinin icraatında olan 2-1(112)-11284/2022 nömrəli inzibati iş üzrə iddia mümkün sayılmamış, bu barədə sair sübutlar isə Məhkəməyə təqdim olunmamışdır.
24. Həmçinin, hazırkı iş üzrə icraatın dayandırılması ehtimalı da hüquqi baxımdan iddiaçıya münasibətdə əlverişli hüquqi şərait yaratmır. Belə ki, MPM-in 355-7.4-cü maddəsinə əsasən, vergi ödəyicisi hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında qətnamə qəbul edildikdən dərhal sonra qüvvəyə minir və qətnamədən şikayətin verilməsi onun icrasını dayandırmır.
25. Beləliklə, hazırkı kommersiya mübahisəsinə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin ərizənin təmin edilməsi ilə əlaqədar gəldiyi nəticə faktiki cəhətdən əsaslı, maddi və prosessual hüquq normalarının tətbiqi baxımından qanunidir, apellyasiya şikayətinin dəlilləri işin halları və qanunvericiliklə təkzib olunmaqla, qətnamənin ləğvinə əsas vermir. Bununla bağlı olaraq, qətnamə dəyişdirilmədən saxlanılmalı, şikayət təmin edilməməlidir.
26. Göstərilənlərə əsasən və MPM-in 392, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi:
Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-4538/2022 nömrəli iş üzrə 16 avqust 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Maraqlı şəxs apellyasiya şikayəti təmin edilməsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətdə Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
HAKİMLƏR Vidadi Məmmədov Raqib Qurbanov Vüsalə Baxışova