Məhkəmə qərarları › İş №2-2(103)-105/2020

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-105/2020

10.06.2020 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-105/2020 10.06.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyası hakimlər Baxışova Vüsalə Ələkbər qızının sədrliyi və məruzəsi ilə, X10 və X2 ibarət tərkibdə, məhkəmə iclas katibi X1, İddiaçı MMC-nin, müstəqil tələb irəli sürən üçüncü şəxslər Vəkilov İsa Teymur oğlunun, Vəkilova Briliant Əhməd qızının nümayəndəsi və vəkili Vəkil1 iştirakı ilə, İddiaçı MMC-nin cavabdehlər ləğv prosesində olan Cavabdeh1 ASC- yə və 13 saylı Dövlət Notariat Kontoruna qarşı (“X6 və İnşaat” MMC, “xxxx” LTD MMC, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi idarəsi və xüsusi notarius X8 müstəqil tələb irəli sürməyən üçüncü şəxs kimi cəlb edilməklə) “ipoteka müqavilələrinin etibarsız hesab edilməsi və ipoteka qeydlərinin ləğv edilməsi”barədə iddiası, müstəqil tələb irəli sürən üçüncü şəxs Vəkilova Briliant Əhməd qızının cavabdehlər ləğv prosesində olan Cavabdeh1 ASC-yə və 13 saylı Dövlət Notariat Kontoruna qarşı “ipoteka müqavilələrinin etibarsız hesab edilməsi və ipoteka qeydlərinin ləğv edilməsi” barədə iddiası, müstəqil tələb irəli sürən üçüncüşəxs Vəkilov İsa Teymur oğlunun cavabdehlər ləğv prosesində olan Cavabdeh1 ASC-yə, Cavabdeh3, 13 saylı Dövlət Notariat Kontoruna və X3 qarşı “İpoteka müqavilələrinin bağlandığı andan etibarsız hesab olunması və ipoteka qeydlərinin ləğv edilməsi”nə dair iddiasına dair iş üzrə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-2(81)-470/2019 saylı xx.xx.2019-cu il tarixli qətnaməsindən (hakim Aytən Oruczadə) ləğv prosesində olan Cavabdeh1 ASC və Vəkilova Briliant Əhməd qızı tərəfindən verilmiş apellyasiya şikayətləri üzrə işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: İddiaçı MMC cavabdeh ləğv prosesində olan Cavabdeh1 ASC-yə qarşı Azərbaycan Respublikası 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək, sonradan iddia tələbinə əlavə və dəqiqləşdirilmə təqdim edərək, cavabdehlər qismində Cavabdeh1 ASC və 13 saylı Dövlət Notariat Kontoru göstərilməklə, İddiaçı MMC ilə Cavabdeh1 ASC arasında bağlanmış xx xxxx 2016-cı il tarixli 3M/244 nömrəli və xx xxxx 2016-cı il tarixli 3M/245 nömrəli ipoteka müqavilələrinin bağlandığı andan etibarsız hesab edilməsi və yüklülüyün qeydə alınması ilə bağlı DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsində aparılmış ipoteka qeydlərinin ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli 2-2(81)- 470/2019 saylı qərardadı ilə İddiaçı MMC-nin irəli sürdüyü iddia ərizəsi üzrə “X7 və İnşaat” MMC müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilmişdir. Daha sonra Vəkilova Briliant Əhməd qızı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, sonradan müstəqil tələb irəli sürən üçüncü şəxs qismində iddia ərizəsinə dəqiqləşdirmə təqdim edərək, cavabdehlər qismində ləğv prosesində olan Cavabdeh1 ASC və 13 saylı Dövlət Notariat Kontoru göstərilməklə, İddiaçı MMC ilə Cavabdeh1 ASC arasında bağlanmış xx xxxx 2016-cı il tarixli 3M/244 nömrəli və xx xxxx 2016-cı il tarixli 3M/245 nömrəli ipoteka müqavilələrinin bağlandığı andan etibarsız hesab edilməsi və yüklülüyün qeydə alınması ilə bağlı DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsində aparılmış ipoteka qeydlərinin ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxx 2019-cu il tarixli qərardadı ilə Vəkilova Briliant Əhməd qızı müstəqil tələb irəli sürən üçüncüşəxs qismində işə cəlb edilməklə, iddia ərizəsi icraata qəbul edilmişdir xx xxxx 2019-cu il tarixli məhkəmə baxış iclasında İddiaçı MMC-nin irəli sürdüyü iddia ərizəsi üzrə notarius X8 və “xxxx Klub LTD” MMC məhkəmə icraatına müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilmişdir. Daha sonra Vəkilov İsa Teymur oğlu iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, sonradan müstəqil tələb irəli sürən üçüncüşəxs qismində iddia ərizəsinə dəqiqləşdirmə təqdim edərək, cavabdehlər qismində ləğv prosesində olan Cavabdeh1 ASC, 13 saylı Dövlət Notariat Kontoru, Cavabdeh3 və xüsusi notarius X4 göstərilməklə, İddiaçı MMC ilə Cavabdeh1 ASC arasında bağlanmış xx xxxx 2016-cı il tarixli 3M/244 nömrəli və xx xxxx 2016-cı il tarixli 3M/245 nömrəli ipoteka müqavilələrinin bağlandığı andan etibarsız hesab edilməsi və yüklülüyün qeydə alınması ilə bağlı DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsində aparılmış ipoteka qeydlərinin ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qərardadı ilə iş üzrə məhkəmə icraatına Vəkilov İsa Teymur oğlu müstəqil tələb irəli sürən üçüncü şəxs qismində cəlb edilməklə, onun iddia ərizəsi icraata qəbul edilmişdir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-2(81)-470/2019 saylı xx.xx.2019-cu il tarixli qətnaməsi ilə iddiaçı "İddiaçı"MMC-nin və müstəqil tələb irəli sürən üçüncü şəxs Vəkilov İsa Teymur oğlunun iddia tələblərinin təmin edilməsi, ipoteka saxlayan İddiaçı MMC, ipoteka qoyan Cavabdeh1 ASC və borc alan “X7 və İnşaat” MMC arasında bağlanmış xx xxxx 2016-cı il tarixli, reyestrdə 3M/244 nömrə ilə qeydiyyata alınmış və ipoteka saxlayan İddiaçı MMC ipoteka qoyan Cavabdeh1 ASC və borc alan “xxxx Klub LTD” MMC arasında bağlanmış xx xxxx 2016-cı il tarixli, reyestrdə 3M/245 nömrə ilə qeydiyyata alınmış ipoteka müqavilələrinin bağlandığı andan etibarsız hesab edilməsi, yüklülüyün qeydə alınması ilə bağlı DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsində aparılmış ipoteka qeydlərinin ləğv edilməsi, müstəqil tələb irəli sürən üçüncüşəxs Vəkilova Briliant Əhməd qızının iddiasının təmin edilməməsi qət edilmişdir. Həmin qətnamədən ləğv prosesində olan Cavabdeh1 ASC və Vəkilova Briliant Əhməd qızı tərəfindən apellyasiya şikayəti verilmişdir. Ləğv prosesində olan Cavabdeh1 ASC-nin apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Vəkilov İsa Teymur oğlu ilə Cavabdeh3 ailə üzvləridir. Buna görə də Vəkilov İsa Teymur oğlunun iddia ərizəsində və Cavabdeh3 ifadəsində göstərilənlər inandırıcı hesab edilə bilməz. xx.xx.2011-ci il tarixli etibarnamə ilə Vəkilov İsa Teymur oğlu bütün əmlakı üzərində sərəncam hüququnu Cavabdeh3 həvalə etmişdir. İddiaçı MMC-nin xx.xx.2004-cü il tarixli nizamnaməsinin 10.2-ci bəndinə əsasən Cəmiyyətin əmlakı Cəmiyyətin istifadəsindədir və onun üzərində sərəncam hüququ mövcud qanunvericiliyə və nizamnaməyə uyğun olaraq təsisçilərə və müəyyən çərçivədə direktora məxsusdur. Göründüyü kimi təsisçi dolayısı ilə İddiaçı MMC-nin əmlakları üzərində sərəncam vermək hüququnu oğlu Cavabdeh3 həvalə etmişdir. Məhkəmə mübahisə üzrə qanunla nəzərdə tutulmuş iddia müddətinin ötürülməsinə də düzgün hüquqi qiymət verməmişdir. İsa Vəkilovun müqavilənin bağlanmasından xx.xx.2018-ci il tarixdə xəbər tutması Cavabdeh3la ailə bağları olması səbəbindən inandırıcı deyil. Cavabdeh qeyd edilənlərə əsasən qətnamənin qismən iddianın təmin edildiyi hissədə ləğv edilməsini, həmin hissədə iddianın rədd edilməsini xahiş etmişdir. Vəkilova Briliant Əhməd qızının apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Vəkilov İsa Teymur oğlu həyat yoldaşıdır və birgə nikah dövründə əldə edildiyinə görə İddiaçı MMC-nin əmlakının 50 %-i ona məxsusdur. MMC-nin əmlakının tanımadıqları şəxslərin kredit borcuna görə ipoteka ilə yüklü edilməsi onun hüquqlarını pozur. Oğlu Cavabdeh3 İddiaçı MMC-nin əmlakının ipoteka qoyulmasına razılıq ərizəsi versə də onun buna razılığı olmamışdır. Məhkəmə onun iddiasının təmin edilməməsi barədə nəticəyə gələrkən maddi hüquq normalarının tələblərini pozmuşdur. İddiaçı MMC-ni Vəkilov İsa Teymur oğlu birgə nikah dövründə təsis etmişdir. Təsis payı olan nizamnamə kapitalı da birgə nikah dövründə formalaşıb. İpoteka ilə yüklü edilmiş qeyri-yaşayış sahəsi birgə nikah dövründə alınmış əmlak olduğundan ipoteka iləyüklü edilərkən onun da razılığı alınmalı idi. B.Vəkilova qeyd edilənlərə əsasən qətnamənin onun iddiasının rədd edildiyi hissədə ləğv edilməsini, iddiasının təmin edilməsini xahiş etmişdir. İşə apellyasiya qaydasında baxılması sonuncu dəfəxx.xx.2020-ci il tarixə təyin edilmiş, tərəflər məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilsələr də cavabdeh ləğv prosesində olan Cavabdeh1 ASC və üçüncü şəxslərin nümayəndələri məhkəmə iclasında iştirak etməmiş, məhkəmə Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsini rəhbər tutaraq işə baxılmasını mümkün hesab etmişdir. B.Vəkilovanın nümayəndəsi və vəkili Vəkil1 məhkəmə iclasında tərəflərindən verilmiş apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini, cavabdehin apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etmişdir. Ləğv prosesində olan Cavabdeh1 ASC-nin nümayəndəsi əvvəlki məhkəmə iclaslarında tərəflərindən verilmiş apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini, üçüncü şəxsin apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etmişdir. Məhkəmə izahatları dinləyib, apellyasiya şikayətinin dəlillərini və işin materiallarını araşdıraraq hesab edir ki, üçüncü şəxs Vəkilova Briliant Əhməd qızının apellyasiya şikayəti təmin edilməməli, cavabdeh ləğv prosesində olan Cavabdeh1 ASC-nin apellyasiya şikayəti təmin edilməli, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-2(81)-470/2019 saylı xx.xx.2019-cu il tarixli qətnaməsi qismən- İddiaçı MMC-nin və üçüncü şəxs Vəkilov İsa Teymur oğlunun iddia tələblərinin təmin edildiyi hissədə ləğv edilməli, həmin hissədə yeni qətnamə qəbul edilərək İddiaçı MMC-nin və üçüncü şəxs Vəkilov İsa Teymur oğlunun iddia tələbləri rədd edilməli, qətnamə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Vergilər Nazirliyi Kommersiya qurumunun Dövlət Reyestrindən xx xxxxxx 2016-cı il tarixli çıxarışdan görünür ki, İddiaçı MMC xx xxxxxx 2004 qeydiyyata alınmış, VÖEN **********1 nömrəsi verilmiş və qanuni təmsilçi X5 qeyd edilmişdir. xx xxxx 2016-cı il tarixdə Cavabdeh1 ASC ilə “xxxx” MMC arasında 03/7 nömrəli kredit müqaviləsi bağlanmışdır. Həmin müqavilənin 2.2-ci bəndinə əsasən borc verən “xxxx” MMC-yə xammal və avadanlığın alınması məqsədilə borc alana 12.900.000 AZN məbləğində kredit verməsini öhdəsinə götürmüşdür. İpoteka saxlayan Cavabdeh1 ASC, ipoteka qoyan İddiaçı MMC və borc alan “xxxx” MMC arasında bağlanmış xx xxxx 2016-cı il tarixli ipoteka müqaviləsinin notarial təsdiq edilmiş surətindən görünür ki, ipoteka predmeti olan İddiaçı MMC-yə xüsusi mülkiyyət hüquqi ilə məxsus Bakı şəhəri, Səbail rayonu, X18 küçəsi, 7 ünvanında 0,17474 ha torpaq sahəsində yerləşən 9461,3 kv.m ümumi sahədən ibarət qeyri-yaşayış binasının 1747,5 kv.m (2-ci zirzəmi və 2- ci mərtəbə) hissəsi xx xxxx 2016-cı il tarixli, 03/7 saylı kredit müqaviləsindən irəli gələn öhdəliklərin təminatı kimi ipoteka ilə yüklü edilməsi barədə razılığa gəlmişlər. Müqavilənin 3-cü bəndinə əsasən ipoteka ilə yüklü edilmiş əmlakın ümumi dəyəri 18.500.000 manat məbləğində qiymətləndirilmişdir. Həmin müqaviləni Cavabdeh1 ASC-nin adından X13, İddiaçı MMC-nin adından Vəkilov İsa Teymur oğlunun əvəzinə Bakı şəhəri 29 saylı dövlət notariat kontorunda 23.08.201-ci il tarixdə verilmiş 9237 reyestr nömrəli etibarnamə əsasında nümayəndəsi Cavabdeh3 və “xxxx” MMC-nin adından Demir Barış müqavilənin şərtləri və vəzifələri ilə tanış olduqdan sonra imzaları ilə təsdiq etmişlər. Müqavilə Bakı şəhəri 13 saylı dövlət notariat kontorunun dövlət notariusu X8 tərəfindən təsdiq edilmiş və 3M-244 saylı reyestr nömrəsi ilə qeyd edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-i Hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən RX seriyalı, ******* saylı çıxarışdan görünür ki, Bakı şəhəri Səbail rayonu, X18 küçəsi 7 ünvanında yerləşən xüsusi mülkiyyətli, 7 mərtəbədən ibarət, ümumi sahəsi 9461,3 m2 qeyri-yaşayış binası tam payla İddiaçı MMC-yə məxsusdur, bu barədə xx.xx.2012-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində 46 nömrəli reyestr kitabının 4283 nömrəli vərəqində qeydiyyata alınmışdır. İşdə olan xx xxxx 2016-cı il tarixli ipoteka saxlayan Cavabdeh1 ASC, ipoteka qoyan İddiaçı MMC və borc alan “xxxx Klub LTD” MMC arasında bağlanmış ipoteka müqaviləsindən görünür ki, ipoteka predmeti olan İddiaçı MMC-yə xüsusi mülkiyyət hüquqi ilə məxsus Bakı şəhəri, Səbail rayonu, X18 küçəsi, 7 ünvanında 0,17474 ha torpaq sahəsində yerləşən 9461,3 kv.m ümumi sahədən ibarət qeyri-yaşayış binasının 1157,9 kv.m (üçüncümərtəbə və 6-ci mərtəbə restoran) hissəsi (Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin xx xxxxxxx 2012-ci il tarixli Çıxarışı, seriya RX № 0062447, reyestr № **********25-06301, qeydiyyat №**********) xx xxxx 2016-cı il tarixli kredit müqaviləsinə əsasən 2.500.000 AZN və xx xxxx 2016-cı il tarixli kredit müqaviləsinə əsasən 6.000.000AZN məbləğində verilən kreditlərin və onlara hesablanmış faizlərin qaytarılmasının təminatı kimi tərəflər bu müqavilə ilə müəyyən edilmiş əmlakın girov qoyulması barədə razılığa gəlmişlər. Müqavilənin 3-cü bəndinə əsasən ipoteka ilə yüklü edilmiş əmlakın ümumi dəyəri 12.500.000 manat məbləğində qiymətləndirilmişdir. Həmin müqaviləni Cavabdeh1 ASC-nin adından X13, İddiaçı MMC-nin adından Vəkilov İsa Teymur oğlunun əvəzinə Bakı şəhəri 29 saylı dövlət notariat kontorunda xx.xx.2011-ci il tarixdə verilmiş 9237 reyestr nömrəli etibarnamə əsasında nümayəndəsi Cavabdeh3 və “xxxx Klub LTD” MMC-nin adından X11 müqavilənin şərtləri və vəzifələri ilə tanış olduqdan sonra imzaları ilə təsdiq etmişlər. Müqavilə Bakı şəhəri 13 saylı dövlət notariat kontorunun dövlət notariusu X8 tərəfindən təsdiq edilmiş və 3M-245 saylı reyestr nömrəsi ilə qeyd edilmişdir. İş materiallarına ləğv prosesində olan Cavabdeh1 ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən “X7 və İnşaat” MMC-yə, Tağıyev Məmmədhəsən Böyükağa oğluna və İddiaçı MMC-nin təsisçisi Vəkilov İsa Teymur oğluna ünvanlanmış xx xxxxxx 2018-ci il tarixli **********627 saylı və ləğv prosesində olan Cavabdeh1 ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən “xxxx Klub LTD” MMC-yə, “xxxx Klub LTD” MMC-nin direktoru X9 və İddiaçı MMC-nin təsisçisi Vəkilov İsa Teymur oğluna xx xxxxxx 2018-ci il tarixli **********626 saylı xəbərdarlıq məktubları əlavə edilmişdir. Məhkəmə kollegiyası üçüncü şəxs Vəkilova Briliant Əhməd qızının iddia tələbinin rədd edilməsi barədə birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticəni qanuni və əsaslı hesab edir. Birinci instansiya məhkəməsi düzgün olaraq hesab etmişdir ki, Vəkilova Brilliant Əhməd qızının hazırki iddianı qaldırmağa subyektiv hüququ yoxdur. Mübaahisələndirilən ipoteka müqaviləsi ilə yüklü edilmiş Bakı şəhəri, Səbail rayonu, X18 küçəsi, 7 ünvanında 0,17474 ha torpaq sahəsində yerləşən 9461,3 kv.m ümumi sahədən ibarət qeyri-yaşayış binası Vəkilov İsa Teymur oğlunun deyil, hüquqi şəxs İddiaçı MMC-nin xüsusi mülkiyyətində olan əmlak olduğundan Vəkilova Brilliant Əhməd qızı həmin əmlak üzərində hər hansı paya malik deyil. İpoteka müqavilələri bağlanarkən Vəkilova Brilliant Əhməd qızının razılığı tələb olunmadığından məhkəmə B.Vəkilovanın iddia tələbinə hüquqi qiymət verilməsi üçün müqavilələrin rəsmiləşdirilməsi zamanı Vəkilova Brilliant Əhməd qızının adından verilmiş razılıq ərizəsindəki imzanın kim tərəfindən icra edilməsinin araşdırılmasını zəruri hesab etmir. İddiaçı MMC-nin və üçüncü şəxs Vəkilov İsa Teymur oğlunun iddia tələblərinin təmin edilməsi hissəsində isə birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə qanunsuz və əsassız olduğundan məhkəmə kollegiyası hesab edir ki, mübahisələndirilən qətnamə həmin hissədə ləğv edilməlidir. Əqdlərin etibarsız hesab edilməsi əsasları MM-nin 14-cü fəslində nəzərdə tutulmuşdur. İddiaçı və üçüncü şəxs tərəfindən iddia tələbinin hüquqi əsası kimi MM-nin 339.1-ci maddəsinə istinad edilmişdir. Həmin normaya əsasən hakimiyyətdən sui-istifadə, bir tərəfin nümayəndəsinin digər tərəflə pis niyyətlə razılığa gəlməsi nəticəsində bağlanmış, yaxud bu Məcəllənin 49.4-cü maddəsində müəyyən edilmiş hallara səbəb olan əqd, habelə şəxsin ağır vəziyyətə düşməsi və digər tərəfin bundan istifadə etməsi nəticəsində həmin şəxsin özü üçün son dərəcə əlverişsiz şərtlərlə bağlamağa məcbur olduğu əqd (ağır şərtli əqd) zərərçəkən tərəfindən mübahisələndirilə bilər. İşə baxmış məhkəmə iddia tələblərinin əsaslı olduğuna dair nəticəyə gəlsə də, məhkəmə araşdırması zamanı MM-nin 339.1-ci maddəsində nəzərdə tutulmuş əsasların mövcudluğu müəyyən edilməmiş, qətnamədə mübahisələndirilən ipoteka müqavilələrinin hansı əsasla etibarsız hesab edildiyi məhkəmə tərəfindən əsaslandırılmamışdır. İşin hallarından görünür ki, xx xxxx 2016-cı il tarixli 3M/244 nömrəli və xx xxxx 2016-cı il tarixli 3M/245 nömrəli ipoteka müqavilələrini imzalamış Cavabdeh3 Vəkilov İsa Teymur oğlunun oğludur. Vəkilov İsa Teymur oğlu İddiaçı MMC-nin təsisçisidir. Eyni zamanda Vəkilov İsa Teymur oğlu və Cavabdeh3 Cavabdeh1 ASC-nin səhmdarlarıdır. İddiaçı MMCnin nizamnaməsinin 10.2-ci bəndinə əsasən hüquqi şəxsin əmlakı üzərində sərəncam vermək hüququ təsisçiyə və müəyyən çərçivədə direktora məxsus olmuşdur. Təsisçi İ.Vəkilov özünə məxsus bu hüququn həyata keçirilməsini etibarnamə əsasında istənilən şəxsə həvalə edə bilərdi. Bu zaman Vəkilov İsa Teymur oğlu tərəfindən verilən etibarnamədə İddiaçı MMC-nin mülkiyyətində olan əmlaklar üzərində sərəncam vermək hüququnun etibar edildiyi qeyd edilməli idi. Məhkəmə iş materiallarındakı İddiaçı MMC-nin təsisçisinin xx.xx.2004-cü il tarixli qərarı ilə bağlı hesab edir ki, həmin qərarla hüquqi şəxsin əmlakları üzərində sərəncam vermək səlahiyyəti və hüququ direktora həvalə edilsə də, bu qərardan sonra nizamnamənin 10.2ci bəndinə dəyişiklik edilmədiyindən xx.xx.2004-cü il tarixli qərarın qəbul edilməsi təsisçinin hüquqi şəxsin əmlakları üzərində sərəncam vermək hüququna xitam verməmişdir. Lakin hazırkı halda mübahisələndirilən ipoteka müqavilələrini İ.Vəkilovun adından imzamış Cavabdeh3 verilmiş xx.xx.2011-ci il tarixli etibarnamədə İddiaçı MMC-yə deyil, İ.Vəkilovun özünə məxsus olmuş əmlaklar üzərində sərəncam vermək və bununla bağlı əqdlər bağlamaq hüquqlarının etibar edildiyi qeyd edildiyindən Cavabdeh3 həmin etibarnamə əsasında İddiaçı MMC-yə məxsus əmlakı ipoteka ilə yüklü etməyə haqlı olmamış, ona etibar edilmiş səlahiyyətlərdən kənara çıxmışdır. Mülki Məcəllənin 350-ci maddəsinə əsasən əgər şəxsin əqd bağlamaq səlahiyyətləri müqavilə ilə və ya hüquqi şəxsin orqanının səlahiyyətləri onun nizamnaməsi ilə etibarnamədə, bu Məcəllədə müəyyənləşdirilənə və ya əqdin bağlandığı şəraitə görə aşkar sayıla bilənə nisbətən məhdudlaşdırılarsa və əqd bağlanarkən həmin şəxs və ya orqan bu məhdudiyyətlərdən kənara çıxarsa, əqd yalnız onda iştirak edən digər tərəfin göstərilən məhdudiyyətləri bildiyinin və ya bilməli olduğunun sübuta yetirildiyi hallarda, mənafeləri üçün məhdudiyyətlər qoyulmuş şəxs tərəfindən mübahisələndirilə bilər. Məhkəmə hesab edir ki, iddiaçının və üçüncü şəxs İ.Vəkilovun xx xxxx 2016-cı il tarixli 3M/244 nömrəli və xx xxxx 2016-cı il tarixli 3M/245 nömrəli ipoteka müqavilələrini mübahisələndirməyə subyektiv hüquqları olsa da həmin müqavilələrin məhkəmə qaydasında etibarsız hesab edilməsi üçün 2019-cu ildə iddia qaldırmaqla qanunla nəzərdə tutulmuş müddəti ötürmüşlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 354.1-ci maddəsinə əsasən əhəmiyyətsiz əqdin etibarsızlığı nəticələrinin tətbiqi haqqında iddia onun icrasına başlanıldığı gündən bir il ərzində irəli sürülə bilər. Həmin Məcəllənin 354.2-ci maddəsinə əsasən bu Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. “B.Mürsəlovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx xxx 2019-cu il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Konstitusiya Məhkəməsinin Plenumunun xx.xx.2020-ci il tarixli qərarında ifadə olunmuş hüquqi mövqeyə görə, Mülki Məcəllənin 354-cü maddəsi yalnız etibarsız əqdlərin məhkəmədə mübahisələndirilməsi müddətini özündə ehtiva etdiyindən, həmin müddət iddia müddəti kimi qiymətləndirilə bilməz və belə olan halda həmin Məcəllənin 375.2-ci maddəsinin tələbinə müvafiq olaraqiddia müddətinin tətbiqi barədə ərizənin verilib-verilməməsi qanunun həmin normasınınhazırkı işə tətbiqi üçün əhəmiyyət kəsb etmir.Mülki Məcəllənin 354-cü maddəsinin əqdlərin etibarsızlığını müəyyən edən 14-cü fəsildə, iddia müddətinin isə həmin Məcəllənin 18-ci fəslində nəzərdə tutulması Məcəllənin 354-cü maddəsinin xüsusi norma olaraq iddia müddətinin tətbiqi ilə bağlı olmadığına dəlalət edir. Qanunvericiliyin bu norması onu nəzərdə tutur ki, maraqlı şəxs əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi gündən bir il ərzində həmin əqdin etibarsızlığına dair mübahisə açmaq hüququna malikdir. Həmin müddət keçdikdən sonra isə maraqlı şəxs bu hüququnu itirir. Qanunun mənasına görə, qeyd olunan müddət, hüququn itirilməsi ilə bağlı olmaqla iddia müddətinə deyil, kəsici müddətlərə aiddir. Birinci instansiya məhkəməsinin qənaətinə görə İddiaçı MMC-nin və təsisçi Vəkilov İsa Teymur oğlunun xx xxxx 2016-cı il tarixli 3M/244 nömrəli və xx xxxx 2016-cı il tarixli 3M/245 nömrəli ipoteka müqavilələrinin mövcudluğu barədə xx.xx.2018-ci il tarixdə bank tərəfindən kredit müqavilələri üzrə yaranmış borcun ipoteka predmetlərinə yönəldiləcəyi barədə xəbərdarlıq məktubunu aldıqdan sonra məlumatı olmuşdur. Məhkəmə kollegiyası hesab edir ki, məhkəmənin gəldiyi bu nəticə işin hallarına uyğun deyil. Belə ki, Cavabdeh3 imzaladığı ipoteka müqavilələri həqiqətən Vəkilov İsa Teymur oğlunun məlumatı və iradə ifadəsi olmadan bağlanmış olsaydı İ.Vəkilov bu barədə xəbər tutduqdan sonra etibardan süi-istifadə etdiyinə və etibar edilmiş səlahiyyətlərdən kənara çıxmaqla təsisçisi olduğu hüquqi şəxsin mənafeyinə uyğun olmayan əqd bağladığına görə oğlu Cavabdeh3 verdiyi xx.xx.2011-ci il tarixli (xx.xx.2031-ci il tarixədək müddəti olan) etibarnaməni ləğv etməli idi. Halbuki hazırkı halda məhkəməyə nümayəndə qismində Cavabdeh3 verilən etibarnamənin ləğv edilməsi barədə hər hansı sübut əlavə edilməmişdir. Cavabdeh3 ilə Vəkilov İsa Teymur oğlu arasında ailə münasibətlərinin olması, hər ikisinin Cavabdeh1 ASC-nin səhmdarları sırasında olması, Cavabdeh3 ifadəsinə əsasən ata və anasının tez-tez xaricdə olması ilə əlaqədar ona əmlaklar bağlı sərəncam verilməsi üçün etibarnamələr verilməsi təsdiq edir ki, Cavabdeh3 İ.Vəkilovun adından bağladığı əqdlər iradəsinə uyğun olmuşdur. İpoteka müqavilələrinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı nəzərə alınarsa İddiaçı MMC-nin 3 il ərzində öz əmlakının ipoteka ilə yüklü edilməsi barədə məlumatının olmaması inandırıcı hesab edilmir. Məhkəmə kollegiyası göstırilənlərə əsasən hesab edir ki, MM-nin 354.2-ci maddəsində nəzərdə tutulmuş müddət keçdiyi üçün İddiaçı MMC-nin və üçüncü şəxs Vəkilov İsa Teymur oğlunun iddia tələbləri rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.1.4-cü maddəsinə əsasən birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, üçüncü şəxs Vəkilova Briliant Əhməd qızının apellyasiya şikayəti təmin edilməməli, cavabdeh ləğv prosesində olan Cavabdeh1 ASC-nin apellyasiya şikayəti təmin edilməli, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2- 2(81)-470/2019 saylı xx.xx.2019-cu il tarixli qətnaməsi qismən- İddiaçı MMC-nin və üçüncü şəxs Vəkilov İsa Teymur oğlunun iddia tələblərinin təmin edildiyi hissədə ləğv edilməli, həmin hissədə yeni qətnamə qəbul edilərək İddiaçı MMC-nin və üçüncü şəxs Vəkilov İsa Teymur oğlunun iddia tələbləri rədd edilməli, qətnamə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382-385, 392, 393, 402-406-cı maddələrinin tələblərini rəhbər tutaraq, QƏT ETDİ: Üçüncü şəxs Vəkilova Briliant Əhməd qızının apellyasiya şikayəti təmin edilməsin. Cavabdeh ləğv prosesində olan Cavabdeh1 ASC-nin apellyasiya şikayəti təmin edilsin. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-2(81)-470/2019 saylı xx.xx.2019-cu il tarixli qətnaməsi qismən- İddiaçı MMC-nin və üçüncü şəxs Vəkilov İsa Teymur oğlunun iddia tələblərinin təmin edildiyi hissədə ləğv edilsin. Həmin hissədə yeni qətnamə qəbul edilərək İddiaçı MMC-nin və üçüncü şəxs Vəkilov İsa Teymur oğlunun iddia tələbləri rədd edilsin. Qətnamə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılsın. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olaraq 138 manat ekspertiza xərci İddiaçı MMC-dən, müstəqil tələbi irəli sürən üçüncü şəxslər Vəkilov İsa Teymur oğlundan və Vəkilova Briliant Əhməd qızından müştərək qaydada Məhkəmə Ekspertiza Mərkəzinin hesabına tutulsun. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi təqdim edildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasına ( ünvan: Bakı şəhəri, Yusif Səfərov küçəsi, 14) kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar