Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-1051/2021 29.09.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apelyasiya Məhkəməsinin Kommersiya Kollegiyası hakimlər Baxışova Vüsalə Ələkbər qızının sədrliyi və məruzəsi ilə, Qurbanov Raqib Əliddin oğlu və Məmmədov Vidadi Məmməd oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Vəliyev Elmar Valeh oğlunun katibliyi ilə, iddiaçının nümayəndəsi və vəkili Vəkil2, cavabdehin nümayəndəsi və vəkili Vəkil3 iştirakı ilə, İddiaçı QSC-nin Cavabdeh MMC-yə müqavilə üzrə borcun, ziyanın, cərimənin tutulması barədə iddiası üzrə Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-2139/2021 saylı, 09.07.2021-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən işə Bakı Apelyasiya Məhkəməsinin binasında məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, МÜƏYYƏN ETDİ: İddiaçı QSC Cavabdeh MMC-yə qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, daha sonra, iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, cavabdehdən iddiaçının xeyrinə icarə haqqı olaraq 600,000 ABŞ dolları, malların satışına və göstərilmiş xidmətlərə görə dollar hesabı üzrə 766.468 ABŞ dollarının ödəniş gününə AR Mərkəzi Bankının müəyyən etdiyi məzənnəyə uyğun olaraq manatla və manat hesabı üzrə 362.730 manat, göstərilmiş xidmətlərə görə 615.000 manat, 350,000 manat cərimə borcu, habelə ödənilmiş 30 manat dövlət rüsumunun əvəzinin tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, hazırki iş üzrə iddiaçı QSC, hüquqi şəxslərin reyestr məlumatlarında edilmiş dəyişikliklərə əsasən İddiaçı MMC-nin, İddiaçı MMC isə, öz növbəsində “X7 Company” MMC-nin, “X8 Company” MMC isə Azteco MMC-nin hüquqi varisidir. Qeyd olunan hüquqi varislik hüquqi şəxsin adının və təşkilatihüquqi formasının dəyişməsi ilə yenidən təşkil edilməsi ilə əlaqədardır. İlkin olaraq "xxxx" MMC olaraq qeydiyyatdan keçmiş müəssisə ilə Cavabdeh arasında imzalanmış 30.12.2015-ci il tarixli 125/15/SA saylı icarə müqaviləsinə əsasən "xxxx" MMC-yə (indiki QSC-yə) məxsus altı adda avadanlıq ƏDV daxil aylıq 29.500 ABŞ dolları məbləğində MMC-yə icarəyə verilmişdir. İstinad olunan müqavilənin 2.3-cü bəndinin tələbinə görə Cavabdeh MMC hesab-fakturaların tam məbləğini, yaxud onun mübahisə edilməyən hissəsini, onların təqdim edildiyi tarixdən 30 təqvim günündən gec olmayaraq ödəməlidir. Qeyd olunan müqavilə üzrə MMC mütəmadi olaraq vaxtı-vaxtında hər ay üzrə ödənişlər etməsə də və ödənişləri qarışıq şəkildə (bir neşə ayı birləşdirərək və ya ayların ardıcıllığına uyğun olmayaraq) etsə də, bir çox aylar üzrə ödənişləri həyata keçirmişdir. Lakin Cavabdehin 2018-ci il üzrə iyun, iyul, sentyabr, oktyabr, noyabr və dekabr aylarına görə, bütövlükdə 2019-cu il üzrə, 2020-ci ilin yanvar, fevral və mart ayları üzrə, 2021-ci ilin isə yanvar, fevral və mart ayları üzrə qalıq borcu vardır. Bunun nəticəsi olaraq MMC-nin 2018-ci ilin iyun ayından 2020-ci ilin mart ayı da daxil olmaqla bu dövr üzrə icarə haqqı olaraq 600.000 (altı yüz min) ABŞ dolları (ƏDV xaric) borcu yaranmışdır. Eləcə də, qeyd edilməlidir ki, avadanlıqlar MMC-nin istifadəsində olduğu üçün və təqdim edilmiş sifariş orderləri əsasında qeyd olunan müqavilə üzrə icarə münasibətləri hal-hazırda da, davam etməkdədir. Eyni zamanda, qeyd edilməlidir ki, MMC ilə “X7 Company” MMC (indiki QSC) arasında bağlanmış 06.06.2016-cı il tarixli, 89/16/SA saylı Alqı-satqı müqaviləsinə əsasən, “X7 Company” MMC, Cavabdehin şifarişinə əsasən malları təchiz etməyi (satmağı), Cavabdeh isə malların dəyərini müqavilə üzrə nəzərdə tutulmuş qaydada və müddətdə ödəməyi öz üzərinə götürmüşdür. Qeyd olunan müqaviləyə edilmiş 24.09.2019-cu il tarixli, 1 N°-li Əlavə razılaşmaya əsasən müqavilə tərəfi olaraq “X7 Company” MMC-nin yerinə onun ad dəyişməsi nəticəsində hüquqi varisi olaraq İddiaçı MMC qeyd edilmişdir və həmin razılaşma 24.09.2019- cu il tarixdə qüvvəyə minmişdir. Qeyd olunan müqaviləyə edilmiş eyni tarixli 1 N°-li Əlavə razılaşmaya əsasən müqavilə tərəfi olaraq İddiaçı MMC-nin yerinə onun ad dəyişməsi nəticəsində hüquqi varisi olaraq QSC qeyd edilmişdir və həmin razılaşma 24.09.2019-cu il tarixdə qüvvəyə minmişdir. Qeyd olunan müqavilə imzalan tarixdə Qiymətlərin razılaşdırılması protokoluna əsasən ümumilikdə 194.651 manat dəyərində mal sifariş olunsa da, sonradan malların sifarişi sifariş orderləri əsasında artırılmış və nəticə etibarı ilə İddiaçı tərəfindən faktiki sifariş əsasında Cavabdehə əlavə mallar satılmışdır. Yuxarıda istinad olunan Alqı-satqı müqaviləsinin 7.1- ci bəndinin 2-ci hissəsinin tələbinə görə, satıcı tərəfindən təchiz edilmiş malların haqqını vaxtında ödəmək MMC-nin öhdəliyi kimi müəyyən edilmişdir. Eyni zamanda, həmin müqavilənin 11.1-ci bəndinin tələbinə görə müqavilə imzalandığı andan qüvvəyə minir bə tərəflərin öhdəliklərini tam yerinə yetirdiyi tarixə qədər qüvvədə qalır. QSC tərəfindən təchiz edilmiş (satılmış) mallara və göstərilmiş xidmətlərə görə MMC-nin 766.458 ABŞ dolları və 977.730 manat məbləğində borcu yaranmışdır. Qeyd olunan borc QSC tərəfindən MMC-yə vergi qanunvericiliyinin tələblərinə əsasən göndərilmiş elektron qaimələr və təhvil-təslim aktları (delivery note) ilə öz təsdiqini tapmışdır. Eyni zamanda, qeyd edilməldir ki, QSC tərəfindən MMC-yə vergi qanunvericiliyinin tələblərinə əsasən göndərilmiş elektron qaimələr və elektron vergi hesab fakturaların bir çoxu üzrə MMC tərəfindən əsas və ƏDV məbləğindən qismən ödənişlər həyata keçirilmişdir. Həmin ödənişlər nəzərə alındıqdan sonra yerdə qalan borc yuxarıda qeyd olunduğu məbləğlərdə təşkil etmişdir. İddiaçı tərəfindən üzərinə düşən öhdəliklər yerinə yetirilməsinə baxmayaraq Cavabdeh üzərinə düşən öhdəliklərini icra etməyərək ödənişlərin həyata keçirilməsini təmin etməmişdir. 29.03.2021 tarixli, 01/21 saylı Pretenziya məktubu ilə MMC-yə müraciət edilməsinə baxmayaraq MMC tərəfindən həmin məktuba heç bir münasibət bildirilməmiş və ödənişin həyata keçirilməsi yenə təmin edilməmişdir. Bununla da, MMC öhdəliklərini yerinə yetirməyərək İddiaçının qanunvericiliklə qorunan hüquqlarını kobud şəkildə pozulmuşdur. Malların satışına və göstərilmiş xidmətlərə görə dollar hesabı üzrə 766.458 ABŞ dollarının ödəniş gününə Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi məzənnəyə uyğun olaraq manatla və manat hesabı üzrə 977.730 manat məbləğində pul vəsaiti tələb olunsa da, həmin pul vəsaitinin 615.000 manatlıq hissəsi İddiaçı tərəfindən Cavabdehə göstərilmiş xidmətlərə görə formalaşmışdır. 615.000 manatlıq xidmət isə cavabdehin sifarişi əsasında həyata keçirilmişdir. Cavabdeh tərəfindən təqdim olunan ********** saylı Daşıma Xidməti Orderi əsasında iddiaçı təərfindən 2017-ci ilin dekabr ayı ərzində İpək yolu terminalından cavabdehə məxsus yüklərin daşınması xidmətləri göstərilmişdir. Göstərilmiş xidmətin məbləği 345.000 manat (ƏDV xaric) təşkil etmişdir. Qeyd olunan xidmətlərin göstərilməsinə dair tərəflər arasında 29.12.2017-ci il tarixdə Xidmət Aktı imzalanmışdır. İddiaçı tərəfindən cavabdehə göstərilmiş digər xidmət isə cavabdeh tərəfindən təqdim olunan ********** saylı Daşınma Xidmət Orderi əsasında həyata keçirilmiş və Bulla bazasında olan yüklər Ümid bazasına daşınmışdır. Göstərilmiş xidmətin məbləği 270.000 manat təşkil etmişdir. Qeyd olunan xidmətin göstərilməsinə dair tərəflər arasında 01.02.2018-ci il tarixdə Xidmət Aktı imzalanmışdır. İddiaçı tərəfindən cavabdehə göstərilmiş xidmətlərə görə 615.000 manatlıq yuxarıda qeyd olunan hallara əsasən formalaşdığından iddia ərizəsində tələb olunan digər borc məbləğləri icarə haqqından və malların satışından formalaşır. İcarə haqqı və malların satışına dair borcların hansı qaydada formalaşması iddia ərizəsinə əlavə olunan sənədlərdə öz əksini tapmışdır. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-2139/2021 saylı, 09.07.2021-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, cavabdeh "xxxx" MMC-dən 525.000 ABŞ dolları icarə haqqı, malların satılmasına görə 766.458 ABŞ dollarının ödəniş gününə Azərbaycan Respublikası Mərkəzi Bankının müəyən etdiyi məzənnəyə uyğun olaraq manatla və 362.730 manat, göstərilmiş xidmətlərə görə 615.000 manat, 1.000 manat cərimə borcunun və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 manatın tutularaq İddiaçı QSC-yə ödənilməsi, qalan hissədə iddianın təmin edilməməsi qət edilmişdir. Həmin qətnamədən cavabdeh apelyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi, iddianın rədd edilməsini xahiş etmişdir. Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, tərəflər arasında bağlanmış icarə müqaviləsinin müddəti 30.12.2018-ci il tarixdə bitmişdir. Həmin tarixdən sonra heç bir müqavilə bağlanmamışdır. İcarə münasibətlərinin davam etdirilməsinə qarşı tərəfin sübut olaraq təqdim etdiyi sifariş orderləri ingilis dilində tərtib edilmişdir. Həmin sənədlərin tərcümə olunmuş nüsxəsi təqdim edilməmişdir. Malların alqı-satqısı üzrə müqavilə 06.06.2016-cı il tarixdə bağlanmışdır. Həmin müqavilə üzrə alınan malların dəyəri ödənilmişdir. İddia tələbinin 3-cü hissəsi üzrə “göstərilmiş xidmətlərə” görə isə tərəflər arasında ümumiyyətlə müqavilə olmamışdır. Məhkəmə yalnız tərəflər arasında bağlanmış, möhürlə təsdiq edilmiş təhvil-təslim aktına əsaslanraq belə bir müqavilənin olması barədə nəticəyə gəlmişdir. Aktlar əvvəlki rəhbərliklər şişirdilmiş qiymətlərlə bağlanmışdır. 19.11.2017 və 01.02.2018-ci il tarixdə göstərilmiş xidmətlərə görə 3 illik iddia müddəti keçmişdir. Cavabdehin nümayəndəsi və vəkili Vəkil3 məhkəmə iclasında apelyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etmişdir. İddiaçının nümayəndəsi və vəkili Vəkil2 məhkəmə iclasında apelyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etmişdir. Məhkəmə izahatları dinləyib, apelyasiya şikayətinin dəlillərini və işin materiallarını araşdıraraq hesab edir ki, apelyasiya şikayəti təmin edilməməli, Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-2139/2021 saylı, 09.07.2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Cavabdeh apelyasiya şikayətində qətnamənin tam ləğv edilməsini istəsə də, apelyasiya şikayətinin dəlillərindən görünür ki, iş üzrə qəbul edilmiş qətnamə iddianın təmin edildiyi hissədə mübahisələndirilir. Məhkəmə hesab edir ki, qətnamənin iddianın təmin edildiyi hissədə dəyişdirilməsi və ya ləğv edilməsi üçün əsaslar mövcud deyil. İş materiallarından görünür ki, iddiaçı tərəflər arasında icarə, alqı-satqı və daşıma müqavilələrindən əmələ gəlmiş öhdəlik münasibətləri üzrə tələblər irəli sürür və tələblər aşağıdakı hissələrdən barətdir: - Cavabdehdən 600.000 ABŞ dolları məbləğində icarə haqqının tutulması; - Cavabdehdən satılmış mallara görə 766.468 ABŞ dollarının ödəniş gününə Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi məzənnəyə uyğun olaraq manatla və manat hesabı üzrə 362.730 manat məbləğindən pulun tutulması; - Cavabdehdən göstərilmiş daşıma xidmətlərinə görə 615.000 manat məbləğində pulun tutulması; -Cavabdehdən 350.000 manat məbləğində cərimə borcunun tutulması. Birinci instansiya məhkəməsi hər bir tələbə ayrı-ayrı hüquqi qiymət verərək iş üzrə qəbul etdiyi qətnaməni aşağıdakı kimi əsaslandırmışdır. Cavabdehdən iddiaçının xeyrinə 600.000 ABŞ dolları məbləğində icarə haqqının tutulması hissəsində məhkəmənin qiymətləndirməsi: İşdə olan "xxxx" MMC və Cavabdeh MMC arasında 30 dekabr 2015-ci il tarixdə bağlanmış 125/15/SA nömrəli icarə müqaviləsinə əsasən, icarəyə verən ”Azteco” MMC mülkiyyətində olan avadanlıqları bu müqavilənin ayrılmaz tərkib hissəsini təşkil edən əlavələr əsasında icarəçiyə və MMC-yə icarəyə verməyi, icarəçi isə əlavələrdə nəzərdə tutulmuş icarə haqqını müqavilənin şərtlərinə əsasən ödəməyi öhdəsinə götürmüşdür. İcarəyə verilən avadanlıqlar və icarə haqqı barədə 30 dekabr 2015-ci il tarixli razılaşmaya əsasən, tərəflər aylıq icarə haqqı 12500 ABŞ dolları təşkilı edən 1 ədəd TH5- 3-BM Test Bench 1450 Bar, aylıq icarə haqqı 5000 ABŞ dolları təşkil edən 1 ədəd 83 C- 001 Parkimp İİ Tischversion, aylıq icarə haqqı 2000 ABŞ dollarə təşkil edən 1 ədəd TH6-6 Schlauch-reinigungsgerat S, aylıq icarə haqqı 1.500 ABŞ dolları təşkil edən 1 ədəd 339 X4 S3PH, aylıq icarə haqqı 1.000 ABŞ dolları təşkil edən 2 ədəd 85 CE- 061L Karrykrimp 2, aylıq icarə haqqı 1.000 ABŞ dolları təşkil edən 2 ədəd TH3-13- 3PH Bench mount, 3 phase power X1maqla, ümumilikdə aylıq icarə haqqı ƏDV daxil cəmi 29.500 ABŞ dolları təşkil edən 6 adda avadanlığın icarəyə verilməsi barədə razılığa gəlmişlər. İddiaçı tərəflər arasında bağlanmış icarə müqaviləsi və həmin müqavilədən sonra davam edən icarə münasibətləri üzrə 2018-ci ilin iyun-dekabr, 2019-cu il ilin yanvar-dekabr və 2021-ci ilin fevral-mart, aprel ayları üçün ödənilməmiş icarə haqqının cavabdehdən tutulmasını tələb edir. Tərəflər arasında bağlanmış İcarə müqaviləsinin müddəti 3 illik, yəni 30 dekabr 2018-ci il tarixədək müəyyən edilmiş olsa da, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, həmin müddət bitdikdən sonra da tərəflər arasında nicarə münasibətləri davam etmiş və cavabdeh tərəfindən avadanlıqların icarəyə verilməsi ilə bağlı iddiaçıya sifariş orderləri təqdim edilmişdir. Cavabdeh apelyasiya şikayətində sifariş orderlərinin öhdəlik hüquq münasibətləri yaratmadığını, icarə münasibətlərinə 30.12.2018-ci il tarixdən xitam verildiyini bildirsə də, məhkəmə kollegiyası cavabdehin bu dəlilinin əsassız olduğuna dair birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.1-ci maddəsinə görə, mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir”. İddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş sənədlər 2018-ci ilin iyun, iyul, sentyabr, oktyabr, noyabr dekabr ayları, 2019-cu ilin bütün ayları və 2020-ci ilin yanvarfevral-mart ayları üzrə Cavabdeh tərəfindən avadanlıqların sifarişi ilə bağlı müvafiq sifariş orderlərinin verilməsini və həmin orderlər əsasında icarə münasibətlərinin davam etməsini təsdiqləyir. Belə ki, işdə olan sənədlərdən məlum olur ki, aylıq icarə haqqı ƏDV 4.500 ABŞ dolları olmaqla ümumilikdə 29500 ABŞ dolları məbləğində müəyyən edilmiş, Cavabdeh tərəfindən bütün aylar üzrə ƏDV ödənişləri həyata keçirilmiş, mübahisələndirilən dövrlər üzrə icarə haqlarının ödənildiyi sübut edilməmişdir. Buna görə məhkəmə hesab etmişdir ki, cavabdehdən 2018-ci ilin iyun, iyul, sentyabr, oktyabr, noyabr dekabr ayları, 2019-cu ilin bütün ayları və 2020-ci ilin yanvar- fevral-mart ayları üzrə hər bir ayı 25.000 ABŞ dolları olmaqla, ümumilikdə 525.000 ABŞ dolları məbləğində icarə haqqı borcu tutularaq iddiaçıya ödənilməlidir. Məhkəmə, iddia tələbini 2021-ci ilin yanvar-fevral-mart ayları üzrə icarə haqqı borcunun ödənilməsi hissəsində əsassız hesab etmiş, qətnamə həmin hissədə iddiaçı tərəfindən mübahisələndirilməmişdir. Cavabdehdən İddiaçının xeyrinə satılmış mallara görə 766.458 ABŞ dollarının ödəniş gününə Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi manatla və 362.730 manat məbləğində pulun tutulması hissəsində məhkəmənin qiymətləndirməsi İş materiallarından görünür ki, tərəflər arasında 06 iyun 2016-cı il tarixdə 89/16/SA saylı alqı-satqı müqaviləsi bağlanmış, həmin müqaviləyə əsasən İddiaçı ümumi məbləği müqavilənin ayrılmaz hissəsini təşkil edən 1 nömrəli Əlavəyə əsasən 194.651.60 manat təşkil edən malların MMC-yə satılması öhdəliyini öz üzərinə götürmüşdür. Lakin daha sonra, tərəflər arasında olan münasibətlər cavabdeh MMC tərəfindən İddiaçıya təqdim edilmiş sifariş orderləri əsasında davam etmişdir. - 17.06.2020-ci il tarixli, ********** nömrəli Sifariş orderinə (Purchase Order) əsasən, MMC tərəfindən 40 ədəd Oil X2 X6 adlı məhsul sifariş olunmuşdur. Həmin Sifariş üzrə QSC tərəfindən 26.08.2020-ci il tarixli, 16/20 saylı hesab təqdim edilmiş və həmin məhsullara görə ümumi borc ƏDV daxil 17.888.80 ABŞ dolları müəyyən edilmişdir. QSC tərəfindən sifariş olunan məhsul tam sayda deyil, 20 ədəd təhvil verilmiş, həmin hesab üzrə borc ƏDV daxil ümumilikdə 8.944.40 ABŞ dolları məbləğində formalaşmışdır. 20 ədəd adıçəkilən məhsul 26.08.2020- ci il tarixli, 011/26082020 saylı təhvil-təslim aktı (delivery note), 26.08.2020-ci il tarixli, 013078 saylı Anbara mədaxil orderi əsasında MMC-yə təhvil verilmişdir. Malların satılması ilə bağlı 26.08.2020-ci il tarixli 178259 saylı E-qaimə tərtib olunmuşdur. Həmin borcdan MMC tərəfindən 1.364.40 ABŞ dolları məbləğində ƏDV ödənişi həyata keçirilmişdir. 7580 ABŞ dolları təşkil edən əsas borc ödənilməmişdir. - MMC tərəfindən 28.03.2019-cu il tarixli, ********** nömrəli Sifariş orderi (Purchase Order) əsasında 1194 ədəd Yay kombinizonu sifariş olunmuşdur. Həmin sifariş üzrə QSC tərəfindən 25.04.2019-cu il tarixli, 22/19 saylı hesab təqdim edilmiş və həmin məhsullara görə ümumi borc ƏDV daxil 183159.60 ABŞ dolları müəyyən edilmişdir. 1194 ədəd adıçəkilən məhsul 15.04.2019-cu il tarixli, 22/15042019 saylı təhvil-təslim aktı (delivery note) əsasında MMC-yə təhvil verilmişdir. Məhsulların satılması ilə bağlı 21.12.2019-cu il tarixli, EBAE 151915 saylı e-qaimə tərtib edilmişdir. Həmin borcdan MMC tərəfindən 27.939.60 ABŞ dolları məbləğində ƏDV ödənişi həyata keçirilmişdir. 22/19 saylı hesab üzrə 155220 ABŞ dolları təşkil edən əsas borc məbləği ödənilməmişdir. - MMC tərəfindən 25.04.2019-cu il tarixli, ********** nömrəli Sifaris orderi (Purchase Order) əsasında 502 ədəd Yay kombinizonu sifariş olunmuşdur. Həmin Sifariş üzrə QSC tərəfindən 26.04.2019-cu il tarixli, 21/19 saylı hesab təqdim edilmiş və həmin məhsullara görə ümumi borc ƏDV daxil 77006.80 ABŞ dolları müəyyən edilmişdir. 502 ədəd adıçəkilən məhsul 15.04.2019-cu il tarixli 22/15042019 saylı təhviltəslim aktı (delivery note) əsasında MMC-yə təhvil verilmişdir. Məhsulların satılması ilə bağlı 21.12.2019-cu il tarixli, EBAE 149743 saylı E-qaimə tərtib olunmuşdur. Həmin borcdan MMC tərəfindən 11.746.80 ABŞ dolları məbləğində ƏDV ödənişi həyata keçirilmiş, 65260 ABŞ dolları təşkil edən əsas borc məbləği ödənilməmişdir. - MMC tərəfindən 23.09.2019-cıı il tarixli, ********** nömrəli Sifariş orderi (Purchase Order) əsasında 45 ədəd Kopr Kote yağı sifariş olunmuşdur. Həmin Sifariş üzrə QSC tərəfindən 23.09.2019-cu il tarixli, 38/19 saylı hesab təqdim edilmiş və həmin məhsullara görə ümumi borc ƏDV daxil 25753.50 ABŞ dolları müəyyən edilmişdir. 45 ədəd adıçəkilən məhsul 07.11.2019-cu il tarixli, 046/07112019 saylı təhvil-təslim aktı (delivery note) və eyni tarixli 011917 saylı Anbara mədaxil orderi əsasında MMC-yə təhvil verilmişdir. Məhsulların satılması ilə bağlı 21.12.2019-cu il tarixli, EBAE 114300 saylı E qaimə tərtib edilmişdir. Həmin borcdan, MMC tərəfindən 03.10.2019-cu il tarixdə 7275 ABŞ dolları əsas borc, 3928.50 ABŞ dolları məbləğində ƏDV borcundan ödəniş həyata keçirilmiş, 14.550 ABŞ dolları təşkil edən borc ödənilməmişdir. - MMC tərəfindən 14.01.2019-cıı il tarixli, ********** nömrəli Sifariş orderi (Purchase Order) əsasında 409 ədəd Qış kombinizonu sifariş olunmuşdur Həmin Sifariş üzrə QSC tərəfindən 15.11.2019-cu il tarixli, 39/19 saylı hesab təqdim edilmiş və təhvil verilmiş 240 ədəd məhsullara görə ümumi borc ƏDV daxil 57348 ABŞ dolları müəyyən edilmişdir. 240 ədəd adıçəkilən məhsul 12.12.2019-cu il tarixli, 010923 saylı Anbara mədaxil orderi əsasında MMC-yə təhvil verilmişdir. Eyni zamanda, məhsulun təhvil verilinəsi 21.12.2019-cu il tarixli, EBAE 115229 saylı E-qaimə ilə də təsdiqlənmişdir. Həmin borcdan MMC tərəfindən 8.748 ABŞ dolları məbləğində ƏDV ödənişi həyata keçirilmişdir. 48.600 ABŞ dolları təşkil edən əsas borc ödənilməmiş qalmışdır. - MMC tərəfindən 20.05.2019-cu il tarixli, ********** nömrəli Sifariş orderi (Purchase Order) əsasında 500 ədəd Qış kombinizonu sifariş olunmuşdur, Həmin Sifariş üzrə QSC tərəfindən 15.11.2019-cu il tarixli, 41/19 saylı hesab təqdim edilmiş və təhvil verilmiş 399 ədəd məhsullara görə ümumi borc ƏDV daxil 95.341.05 ABŞ dolları müəyyən edilmişdir. 399 ədəd adıçəkilən məhsul 12.12.2019-cu il tarixli, 010923 saylı Anbara mədaxil orderi əsasında “SOCAR-AQŞ" MMC-yə təhvil verilmişdir. Məhsulların satılması ilə bağlı 21.12.2019-cu il tarixli, EBAE 145609 saylı E-qaimə tərtib edilmişdir. Həmin borcdan MMC tərəfindən 14.543.55 ABŞ dolları məbləğində ƏDV ödənişi həyata keçirilmiş, 80797.50 ABŞ dolları təşkil edən əsas borc ödənilməmişdir. - MMC tərəfindən 20.05.2019-cu il tarixli, ********** nömrəli Sifariş orderi (Purchase Order) əsasında 500 ədəd Qış gödəkçəsi silariş olunmuşdur. Həmin Sifariş üzrə QSC tərəfindən 23.05.2019-cu il tarixli, 29/19 saylı hesab təqdim edilmiş və həmin məhsullara görə ümumi borc ƏDV daxil 128030 ABŞ dolları müəyyən edilmişdir. 500 ədəd adıçəkilən məhsul 15.04.2019-cu il tarixli, 23/ 15042019 saylı Təhvil-təslim aktı (delivery note) əsasında MMC-yə təhvil verilmişdir. Məhsulların satılması ilə bağlı 21.12.2019-cu il tarixli, EBAE 154053 saylı E-qaimə tərtib olunmuşdur. Həmin borcdan MMC tərəfindən 19.530 ABŞ dolları məbləğində ƏDV ödənişi həyata keçirilmiş, 108500 ABŞ dolları təşkil edən əsas borc ödənilməmiş qalmışdır. -MMC tərəfindən 20.05.2019-cu il tarixli, ********** nömrəli Sifariş orderi (Purchase Order) əsasında 500 ədəd Qış kombinizonu sifariş olunmuşdur Həmin Sifariş üzrə QSC tərəfindən 30.05.2019-cu il tarixli, 30/19 saylı hesab təqdim edilmiş və təhvil verilmiş 101 ədəd məhsullara görə ümumi borc ƏDV daxil 24.133.95 ABŞ dolları müəyyən edilmişdir. 101 ədəd adıçəkilən məhsul 15.04.2019-cu il tarixli, 23/15042019 saylı təhvil-təslim aktı (delivery note) əsasında MMC-yə təhvil verilmişdir. Məhsulların satılması ilə bağlı 21.12.2019-cu il tarixli, EBAE 154279 saylı E-qaimə tərtib edilmişdir. Həmin borcdan MMC tərəfindən 3.681.45 ABŞ dolları məbləğində ƏDV ödənişi həyata keçirilmiş, 20452.50 ABŞ dolları təşkil edən borc məbləği ödənilməmişdir. MMC tərəfindən 14.01.2019-cu il tarixli, ********** nömrəli Sifariş orderi (Purchase Order) əsasında 409 ədəd Qış kombinizonu sifariş olunmuşdur. Həmin Sifariş üzrə QSC tərəfindən 30.05.2019-cu il tarixli, 32/19 saylı hesab təqdim edilmiş və təhvil verilmiş 169 ədəd məhsullara görə ümumi borc ƏDV daxil 40.382.55 ABŞ dolları müəyyən edilmişdir. 169 ədəd adıçəkilən məhsul 15.04.2019-cu il tarixli, 23/15042019 saylı təhvil- təslim aktı (delivery note əsasında) MMC-yə təhvil verilmişdir. Məhsulların satılması ilə bağlı 21.12.2019-cu il tarixli. EBAE 154902 saylı Eqaimə tərtib olunmuşdur. Həmin borcdan MMC tərəfindən 6.160.05 ABŞ dolları məbləğində ƏDV ödənişi həyata keçirilmiş, 34222.50 ABŞ dolları təşkil edən borc məbləği ödənilməmişdir. - MMC tərəfindən 29.11.2019-cu il tarixli, ********** nömrəli Sifariş orderi (Purchase Order) əsasında 61 ədəd Qış kombinizonu sifariş olunmuşdur. Həmin sifariş üzrə QSC tərəfindən 29.11.2019-cu il tarixli, 43/19 saylı hesab təqdim edilmiş və həmin məhsullara görə ümumi borc ƏDV daxil 14575.95 ABŞ dolları müəyyən edilmişdir. 61 ədəd adıçəkilən məhsul 15.01.2019-cu il tarixli, 23/15042019 saylı Təhvil-təslim aktı (delivery note) əsasında Cavabdeh MMC-yə təhvil verilmişdir. Məhsulların satışı ilə bağlı 21.12.2019-cu il tarixli, EBAE 147241 saylı E-qaimə tərtib edilmişdir. Həmin borcdan MMC tərəfindən 2.223,45 ABŞ dolları məbləğində ƏDV ödənişi həyata keçirilmiş, 12.352.50 ABŞ dolları təşkil edən əsas borc ödənilməmişdir. - MMC tərəfindən 05.03.2019-cu il tarixli, ********** nömrəli Sifariş orderi (Purchase Order) əsasında 15 ədəd Oil Kopr-Kote adlı məhsul sifariş olunmuşdur. Həmin Sifariş üzrə QSC tərəfindən 01.05.2019- cu il tarixl, 26/19 saylı hesab təqdim edilmiş və həmin məhsullara görə ümumi borc 7275 ABŞ dolları müəyyən edilmişdir. 15 ədəd adıçəkilən məhsul 10.05.2019-cu il tarixli, 030/10052019 saylı Təhvil-təslim aktı (delivery note) əsasında "xxxx" MMC-yə təhvil verilmişdir. Məhsulların satışı ilə bağlı 21.12.2019-cu il tarixli, EBAE 153205 saylı Eqaimə tərtib edilmişdir. Həmin hesab 0 faizlə ƏDV cəlb edildiyindən ƏDV ödənişi həyata keçirilməmiş, 7.275 ABŞ dolları təşkil edən borc məbləği ödənilməmişdir. - MMC tərəfindən 05.03.2019-cu il tarixli. ********** nömrəli Sifariş orderi (Purchase order) əsasında 60 ədəd Oil Kopr-Kote adlı məhsul sifariş olunmuşdur. HəminSifariş üzrə QSC tərəfindən təhvil verilmiş 35 ədəd məhsula görə 01.05.2019-cu il tarixli, 25/19 saylı hesab təqdim edilmiş və həmin məhsullara görə ümumi borc ƏDV daxil 20030.50 ABŞ dolları müəyyən edilmişdir. 35 ədəd adıçəkilən məhsul 10.05.2019-cu il tarixli, 030/10052019 saylı Təhvil-təslim aktı (delivery note) əsasında MMC-yə təhvil verilmişdir. Məhsulların satışı ilə bağlı 21.12.2019-cu il tarixli, EBAE152870 saylı E-qaimə ilə tərtib edilmişdir. Həmin borcdan MMC tərəfindən 3.055,50 ABŞ dolları ödəniş edilmiş, 16975 ABŞ dolları məbləğində borc ödənilməmiş qalmışdır. - MMC tərəfindən 05.03.2019-cu il tarixli, ********** nömrəli Sifariş orderi (Purchase Order) əsasında 60 ədəd Oil Kopr-Kote adlı məhsul sifariş olunmuşdur. Həmin Sifariş üzrə QSC tərəfindən təhvil verilmiş 25 ədəd məhsula görə 24.04.2019-cu il tarixli, 19/19 saylı hesab təqdim edilmiş və həmin məhsullara görə ümumi borc ƏDV daxil 14307.50 ABŞ dolları müəyyən edilmişdir, 25 ədəd adıçəkilən məhsul 22.04.2019cu il tarixli, 026/22042010 saylı Təhvil-təslim aktı (delivery note) və eyni tarixli 010989 saylı Anbara mədaxil orderi əsasında MMC-yə təhvil verilmişdir. Məhsulların satışı ilə bağlı 21.12.2019-cu il tarixli, EBAE 147805 saylı E-qaimə tərtib edilmişdir. Həmin borcdan "xxxx" MMC tərəfindən 2.182.50 ABŞ dolları ödəniş edilmiş, 12125 ABŞ dolları təşkil edən borc məbləği ödənilməmiş qalmışdır. - MMC tərəfindən 20.12.2018-ci il tarixli, ********** nömrəli Sifariş orderi (Purchase Order) əsasında 653 ədəd Safety Boots (işçi ayaqqabısı) adlı məhsul sifariş olunmuşdur. Həmin Sifariş üzrə QSC tərəfindən təhvil verilmiş 110 ədəd məhsula görə 04.01.2019-cu il tarixli, 01/19 saylı hesab təqdim edilmiş və həmin məhsullara görə ümumi borc ƏDV daxil 18431.60 ABŞ dolları müəyyən edilmişdir. 110 ədəd adıçəkilən məhsul 20.12.2018-ci il tarixli, 069/20122018 saylı Təhvil-təslim aktı (delivery note) əsasında MMC-yə təlvil verilmişdir. Məhsulların satışı ilə bağlı 04.01.2019-cu il tarixli EAAO 895502 saylı E-qaimə tərtib edilmişdir. Həmin borcdan MMC tərəfindən 2811.60 ABŞ dolları ödəniş həyata keçirilmiş, 15620 ABŞ dolları məbləğində borc ödənilməmiş qalmışdır. - MMC tərəfindən 20.12.2018-ci il tarixli, ********** nömrəli Sifariş orderi (Purchase Order) əsasında 653 ədəd Safety Boots (işçi ayaqqabısı) adlı məhsul sifariş olunmuşdur. Həmin Sifariş üzrə QSC tərəfindən təhvil verilmiş 543 ədəd məhsula görə 18.01.2019-ctı il tarixli, 02/19 saylı hesab təqdim edilmiş və həmin məhsullara görə ümumi borc ƏDV daxil 90985.08 ABŞ dolları müəyyən edilmişdir. Məhsullar 15.01.2019- cu il tarixli, 003/ 15012019 sayh Təhvil-təslim aktı (delivery note) əsasında MMC-yə təhvil verilmişdir. Məhsulların satışı ilə bağlı 21.01.2019-cu il tarixli, EAAP 386478 saylı E- qaimə tərtib edilmişdir. Həmin borcdan MMC tərəfindən 13879.08 ABŞ dolları ödəniş həyata keçirilmiş, 77106 ABŞ dolları məbləğində borc ödənilməmişdir. - MMC tərəfindən 22.11.2018-ci il tarixli, ********** nömrəli Sifariş orderi (Purchase Order) əsasında 100 ədəd Safety Boots (işçi ayaqqabısı) adlı məhsul sifariş olunmuşdur. Həmin Sifariş üzrə QSC tərəfindən təhvil verilmiş 100 ədəd məhsula görə 18.01.2019-cu il tarixli, 03/19 saylı hesab təqdim edilmiş və həmin məhsullara görə ümumi borc (ƏDV 0%) 14200 ABŞ dolları müəyyən edilmişdir. 100 ədəd adıçəkilən məhsul 15.01.2019-cu il tarixli, 003/15012019 saylı Təhvil-təslim aktı (delivery note) əsasında MMC-yə təhvil verilmişdir. Məhsulların satışı ilə bağlı 21.01.2019-cu il tarixli, EAAP 387352 saylı E-qaimə tərtib edilmişdir. Həmin hesab üzrə 14200 ABŞ dolları məbləğində borc ödənilməmiş qalmışdır. - MMC tərəfindən 27.12.2018-ci il tarixli, ********** nömrəli Sifariş orderi (Purchase Order) əsasında 20 ədəd Safety Boots (işçi ayaqqabısı) adlı məhsul sifariş olunmuşdur. Həmin Sifariş üzrə QSC tərəfindən təhvil verilmiş 20 ədəd məhsula görə 21.01.2019-cu il tarixli, 05/19 saylı hesab təqdim edilmiş və həmin məhsullara görə ümumi borc ƏDV daxil 3351.20 ABŞ dolları müəyyən edilmişdir. 20 ədəd adıçəkilən məhsul 15.01.2019-cu il tarixli, 003/15012019 saylı Təhvil-təslim aktı (delivery note) əsasında MMC-yə təhvil verilmişdir. Məhsulların satılması ilə bağlı 21.01.2019-cu il tarixli, EAAP 389772 saylı E-qaimə tərtib edilmişdir. Həmin borcdan MMC tərəfindən 511.20 ABŞ dolları ödəniş həyata keçirilmiş, 2840 ABŞ dolları ödənilməmiş qalmışdır. - MMC tərəfindən 04.01.2019-cu il tarixli, ********** nömrəli Sifariş orderi (Purchase Order) əsasında 10 ədəd Safety Boots (işçi ayaqqabısı) adlı məhsul sifariş olunmuşdur. Həmin sifariş üzrə QSC tərəfindən təhvil verilmiş 10 ədəd məhsula görə 21.01.2019-cu il tarixli, 06/19 saylı hesab təqdim edilmiş və həmin məhsullara görə ümumi borc ƏDV daxil 1675.60 ABŞ dolları müəyyən edilmişdir. 10 ədəd adıçəkilən məhsul 15.01.2019-cu il tarixli, 003/15012019 saylı Təhvil-təslim aktı (delivery note) əsasında MMC-yə təhvil verilmişdir. Məhsulların satılması ilə bağlı 21.01.2019-cu il tarixli, EAAP 390449 saylı E-qaimə tərtib edilmişdir. Həmin borcdan MMC tərəfindən 255.60 ABŞ dolları ödəniş həyata keçirilmiş, 1420 ABŞ dolları məbləğində borc ödənilməmiş qalmışdır. - MMC tərəfindən 31.08.2018-ci il tarixli, ********** nömrəli Sifariş orderi (Purchase Order) əsasında 189 ədəd Bag Safety (işçi çantası) adlı məhsul sifariş olunmuşdur. Həmin Sifariş üzrə QSC tərəfindən təhvil verilmiş 189 ədəd məhsula görə 06.09.2018-ci il tarixli, 64/18 saylı hesab təqdim edilmiş və həmin məhsullara görə ümumi borc ƏDV daxil 7805.70 ABŞ dolları müəyyən edilmişdir. 189 ədəd adıçəkilən məhsul 05.09.2018-ci il tarixli, 047/05092018 saylı Təhvil-təslim aktı (delivery note) əsasında MMC-yə təhvil verilmişdir. Məhsulların satışı ilə bağlı 28.09.2018-ci il tarixli, EAAM 427488 saylı E-qaimə tərtib edilmişdir. Həmin borcdan MMC tərəfindən 1190.70 ABŞ dolları ödəniş həyata keçirilmiş, 6615 ABŞ dolları məbləğində borc ödənilməmiş qalmışdır. - MMC tərəfindən 17.07.2018-ci il tarixli, ********** nömrəli sifariş orderi (Purchase Order) əsasında 100 ədəd Coverall disposable (birdəfəlik kombinizion) adlı məhsul sifariş olunmuşdur. Həmin Sifariş üzrə QSC tərəfindən təhvil verilmiş 100 ədəd məhsula görə 18.07.2018-ci il tarixli, 59/18 savlı hesab təqdim edilmiş və həmin məhsullara görə ümumi borc ƏDV daxil 1652 ABŞ dolları müəyyən edilmişdir. 100 ədəd adıçəkilən məhsul 11.07.2018-ci il tarixli, 043/11072018 saylı Təhvil-təslim aktı (delivery note) əsasında MMC-yə təhvil verilmişdir. Məhsulların satışı ilə bağlı 27.07.2018-ci il tarixli, EAAK 906069 saylı E-qaimə tərtib edilmişdir. Həmin borcdan MMC tərəfindən 252 ABŞ dolları ödəniş həyata keçirilmiş 1400 ABŞ dolları məbləğində borc ödənilməmişdir. - MMC tərəfindən 17.07.2018-ci il tarixli, ********** nömrəli Sifariş orderi (Purchase Order) əsasında 60 ədəd Kopr Kote yiv yağı adlı məhsul sifariş olunmuşdur. Həmin Sifariş üzrə QSC tərəfindən təhvil verilmiş 60 ədəd məhsula görə 18.07.2018-ci il tarixli, 58/18 saylı hesab təqdim edilmiş və həmin məhsullara görə ümumi borc ƏDV daxil 36674.40 ABŞ dolları müəyyən edilmişdir. 60 ədəd adıçəkilən məhsul 29.06.2018ci il tarixli, 041/26062018 saylı fəlıvil-təslim aktı (delivery note) əsasında MMC-yə təhvil verilmişdir Məhsulların satışı ilə bağlı 27.07.2018-ci il tarixli, EAAK 904739 saylı Eqaimə tərtib edilmişdir. Həmin borcdan MMC tərəfindən 5594.40 ABŞ dolları ödəniş həyata keçirilmiş, 31080 ABŞ dolları məbləğində borc ödənilməmiş qalmışdır. - MMC tərəfindən 12.07.2018-ci il tarixli. ********** nömrəli Sifariş orderi (Purchase Order) əsasında 200 ədəd Gloves Chemical-Resistanr Blue (kimyəvi əlcək), 100 Bag Safety (işçi çantası) və 200 ədəd Coverall Disposable (birdəfəlik kombinizon) adlı məhsullar sifariş olunmuşdur. Həmin Sifariş üzrə QSC tərəfindən təhvil verilmiş məhsullara görə 16.07.2018-ci il tarixli. 57/18 saylı hesab təqdim edilmiş və həmin məhsullara görə ümumi borc ƏDV daxil 9558 ABŞ dolları müəyyən edilmişdir. Adıçəkilən məhsullar 11.07.2018-ci il tarixli 042/11072018 saylı Təhvil-təslim aktı (delivery note) əsasında MMC-yə təhvil verilmişdir. Məhsulların satışı ilə bağlı 27.07.2018-ci il tarixli, EAAK 903398 saylı E-qaimə tərtib edilmişdir. Həmin borcdan MMC tərəfindən 1458 ABŞ dolları ödəniş həyata keçirilmiş, 8100 ABŞ dolları məbləğində borc ödənilməmiş qalmışdır. - MMC tərəfindən 22.11.2018-ci il tarixli. ********** nömrəli Sifariş orderi (Purchase Order) əsasında 680 ədəd Boots Safety (işçi ayaqqabısı) adlı məhsul sifariş olunmuşdur. Həmin Sifariş üzrə QSC tərəfindən təhvil verilmiş 27 ədəd məhsula görə 05.12.2018-ci il tarixli, 75/18 saylı hesab təqdim edilmiş və həmin məhsullara görə ümumi borc ƏDV daxil 3855.06 ABŞ dolları müəyyən edilmişdir. 27 ədəd adıçəkilən məhsul 05.12.2018-ci il tarixli, 067/05122018 saylı Təhvil-təslim aktı (delivery note) əsasında MMC-yə təhvil verilmişdir. Məhsulun satışı ilə bağlı 04.01.2019-cıı il tarixli, EAAO 894403 saylı E-qaimə tərtib edilmişdir. Həmin borcdan MMC tərəfindən 588.06 ABŞ dolları ödəniş həyata keçirilmiş, 3267 ABŞ dolları ödənilməmiş qalmışdır. - MMC tərəfindən 31.10.2018-ci il tarixli, ********** nömrəli Sifariş orderi (Purchase Order) əsasında 350 ədəd və 05.02.2018-ci il tarixli. ********** nömrəli Sifariş orderi (Purchase Order) əsasında 500 ədəd X5 (təhlükəsizlik eynəyi) adlı məhsul sifariş olunmuşdur. Həmin Sifariş üzrə QSC tərəfindən təhvil verilmiş 850 ədəd məhsula görə 02.11.2018-ci il tarixli. 72/18 saylı hesab təqdim edilmiş və həmin məhsullara görə ümumi borc ƏDV daxil 22066 ABŞ dolları müəyyən edilmişdir. 850 ədəd adıçəkilən məhsul 22.11.2018-ci il tarixli, 010043 saylı Anbara mədaxil orderi əsasında MMC-yə təhvil verilmişdir. Məhsulların satışı ilə bağlı 13.11.2018-ci il tarixli, EAAN 588844 saylı E-qaimə tərtib edilmişdir. Həmin borcdan MMC tərəfindən 3366 ABŞ dolları ödəniş həyata keçirilmiş, 18700 ABŞ dolları təşkil edən borc məbləği ödənilməmiş qalmışdır. - MMC tərəfindən 01.11,2018-ci il tarixli, ********** nömrəli Sifariş orderi (Purchase Order) əsasında 100 ədəd X5 (təhlükəsizlik eynəyi) adlı məhsul sifariş olunmuşdur. Həmin Sifariş üzrə QSC tərəfindən təhvil verilmiş 100 ədəd məhsula görə 02.11.2018-ci il tarixli, 71/18 saylı hesab təqdim edilmiş və həmin məhsullara görə ümumi borc (ƏDV 0%) 2200 ABŞ dolları müəyyən edilmişdir. 100 ədəd adıçəkilən məhsul 22.11.2018-ci il tarixli, 010043 saylı Anbara mədaxil orderi əsasında MMC-yə təhvil verilmişdir. Məhsulların satışı ilə bağlı 26.11.2018-ci il tarixli, EAAN 588479 saylı E-qaimə tərtib edilmişdir. Bu hesab üzrə ödəniş həyata keçirilməmiş və 2200 ABŞ dolları təşkil edən borc məbləği ödənilməmişdir. - MMC tərəfindən “X7 Company” LLC-yə kombinizonlar üçün loqo sifarişi ilə bağlı 30.03.2018-ci il tarixli, ********** saylı satınalma orderi ( Purchase Order) təqdim olunmuşdur. Həmin sifariş əsasında iddiaçı tərəfindən satılan malların ümumi dəyərini əks etdirən ( ƏDV 4050 manat, malın qiyməti 22500 manat) 11.05.2018-ci il tarixli, 37/18 saylı hesab təqdim edilmişdir. MMC tərəfindən 01 dekabr 2018-ci il tarixdə 010225 nömrəli malların anbara mədaxil orderi və 506/18 saylı Yük daşıma qaiməsi tərtib olunmuş, 1500 ədəd loqonun MMC-yə təhvil verilməsi, hüquqi şəxsin nümayəndəsi tərəfindən təsdiq edilmişdir. “X7 Company” LLC tərəfindən MMC-yə 1500 ədəd loqonun satılması ilə bağlı 30.11.2018- ci il tarixli, EAAN seriyalı 091631 nömrəli electron qaimə təqdim edilmişdir. 11.05.2018-ci il tarixli. 37/18 saylı hesab üzrə MMC tərəfindən 4050 manat təşkil edən ƏDV hissəsi ödənilmişdir. 22 500 manat təşkil edən məhsulları dəyəri ödənilməmişdir. - MMC tərəfindən yağ məhsullarının sifarişi ilə bağlı 23.05.2018-ci il tarixli, ********** saylı Satınalma Orderi (Purchase Order) təqdim edilmişdir. Həmin sifariş əsasənda “X7 Company” LLC tərəfindən malların dəyərini əks etdirən ( ƏDV 14891.39, ümumi məbləğ 97621.31) 24.05.2018-ci il tarixli, 41/18 saylı hesab təqdim edilmişdir. "xxxx" MMC tərəfindən tərtib edilmiş 21.05.2018-ci tarixli, 009164 saylı anbara mədaxil orderi əsasında 4992 litr X10 15W40 markalı. 2080 litr Oil Hydraulic ZS 46 markalı və 624 litr X12 80W90 markalı yağlar MMC-yə təhvil verilmişdir. Ümumi dəyəri ƏDV daxil 97621.31 manat təşkil edən malların MMC-yə satılması ilə bağlı 29.06.2018ci il tarixli, EAAK seriyalı, 204384 nömrəli elektron qaimə də təqdim edilmişdir. 24.05.2018-ci il tarixli. 41/18 savlı hesab üzrə MMC tərəfindən həmin hesabın ƏDV hissəsi, yəni, 14891 manat ödənilmiş, 82729.92 manat təşkil edən malların dəyərinin ödənişi həyata keçirilməmişdir. - MMC-nin 06.06.2018-ci il tarixli, ********** saylı Satınalma Orderi (Purchase Order) əsasında Rigger Golves (əlcək) satışı sifariş olunmuşdur. Həmin sifariş əsasında “X7 Company” LLC tərəfindən malların dəyərini ( 1800 ƏDV, 11800 ümumi məbləğ) əks etdirən 08.06.2018-ci il tarixli, 46/18 saylı hesab təqdim edilmişdir. 08.06.2018-ci tarixli, 034 08062018 saylı təhvil-təslim aktı (delivery note) əsasında 500 ədəd əlcək MMC-yə təhvil verilmişdir. “X7 Company” LLC tərəfindən malların MMC-yə satılması ilə bağlı 06.07.2018-ci il tarixli, EAAK seriyalı 402389 nömrəli elektron qaimə təqdim edilmişdir. MMC tərəfindən həmin hesabın 1800 manat təşkil edən ƏDV borcu tam şəkildə ödənilmiş, 10000 manat məbləğində borc ödənilməmiş qalmışdır. - MMC tərəfindən 18.06.2018-ci il tarixli, ********** saylı Satınalma Orderi (Purchase order) əsasında yağ məhsullarının satışı sifariş olunmuşdur. Həmin sifariş əsasında “X7 Company” LLC tərəfindən satılan malların dəyərini ( ƏDV- 35642.13 manat, malın dəyəri 198011.84 manat) əks etdirən 20.06.2018-ci il tarixli, 47/18 saylı hesab təqdim edilmişdir. MMC tərəfindən 4992 litr X11 15W40 markalı. 6656 litr Oil Transmission EP 320 markalı və 2912 litr Oil Hydraulic ZS 46 markalı yağların təhvil alınması ilə bağlı 14.06.2018-ci tarixli 037/14062018 saylı təhvil-təslim aktı (delivery note) və 14.06.2018-ci il tarixli 009261 anbara mədaxil orderi tərtib olunmuşdur. “X7 Company” LLC tərəfindən ümumi dəyəri 233653.97 manat təşkil edən malların MMCyə satılması ilə bağlı 29.06.2018-ci il tarixli, EAAK seriyalı 204604 nömrəli elektron qaimə təqdim edilmişdir. MMC tərəfindən həmin hesabın 35642.13 manat təşkil edən ƏDV borcu tam olaraq ödənilmiş, malların dəyəri olan 198011.84 manat ödənilməmişdir. - MMC tərəfindən “X7 Company” LLC-yə Tissue lens cleaning UVEX ( eynək silmək üçün salfet) sifarişi ilə bağlı 18.06.2018-ci il tarixli, ********** saylı Satınalma Orderi (Purchase order ) təqdim olunmuşdur. Həmin sifariş əsasında “X7 Company” LLC tərəfindən satılan malların dəyərini (ƏDV 675 manat, malların dəyəri 3750 manat) əks etdirən 27.06.2018-ci il tarixli, 50/18 saylı hesab təqdim edilmişdir. 27.06.2018-ci tarixdə 039/27062018 saylı təhvil-təslim aktından (delivery note) görünür ki, əsasında 150 ədəd Uvex markalı eynək silmək üçün salfet MMC-yə təhvil verilmişdir. Dəyəri ümumilikdə 4425 manat təşkil edən malların MMC-yə satılması ilə bağlı 06.07.2018-ci il tarixli EAAK seriyalı 402959 nömrəli elektron qaimə də təqdim edilmişdir. 27.06.2018-ci il tarixli. 50 İX saylı hesab üzrə MMC tərəfindən həmin hesabın ƏDV borcu olan 675 manat tam ödənilmiş, 3750 manat məbləğində pul ödənilməmiş qalmışdır. - MMC tərəfindən Rigger Golves (əlcək) sifariş olunması ilə bağlı “General Oil Supply Company” LLC-yə 06.07.2018-ci il tarixli, ********** saylı Satınalma Orderi (Purchase Order) təqdim olunmuşdur. Həmin sifariş əsasında “X7 Company” LLC tərəfindən satılan malların dəyərini (ƏDV 2304 manat, malların dəyəri 12800 manat) əks etdirən 06.07.2018-ci il tarixli, 54/18 saylı hesab təqdim edilmişdir. MMC tərəfindən 640 ədəd işçi əlcəyinin təhvil alınması ilə bağlı 06.07.2018-ci tarixli, 043/07072018 saylı təhvil-təslim aktı (delivery note) və 06.07.2018-ci il tarixli, 009373 saylı anbara mədaxil orderi tərtib olunmuşdur. “X7 Company” LLC tərəfindən MMC-yə ümumi dəyəri ƏDV daxil 15104.09 manat təşkil edən malların satılması ilə bağlı 27.07.2018-ci il tarixli, EAAK seriyalı 901417 nömrəli elektron qaimə də təqdim edilmişdir. 06.07.2018-ci il tarixli. 54/18 savlı hesab üzrə MMC tərəfindən həmin 2304 ƏDV borcu ödənilmiş, 12800 manat məbləğində malların dəyəri ödənilməmiş qalmışdır. - MMC tərəfindən “X7 Company” LLC-yə Sulfata davamlı sement (Chemical sement) satılması ilə bağlı 18.07.2017-ci il tarixli, ********** saylı Satınalma Orderi (Purchase Order) təqdim olunmuşdur. Həmin sifariş əsasında “General Oil Supply Company” LLC tərəfindən satılan malların dəyərini (ƏDV 2624.20, malların dəyəri 14578.90 manat) əks etdirən 13.09.2018-ci il tarixli, 66/18 saylı hesab təqdim edilmişdir. 13.09.2018-ci tarixli, 050/13092018 saylı təhvil-təslim aktından (delivery note)görünür ki, 49.42 ton sement MMC-yə təhvil verilmişdir. “X7 Company” LLC tərəfindən MMC-yə ümumi dəyəri ƏDV daxil 17203.10 manat təşkil edən malların satılması ilə bağlı 28.09.2018-ci il tarixli, EAAM seriyalı 425588 nömrəli elektron qaimə də təqdim edilmişdir.13.09.2018-ci il tarixli, 66/18 saylı hesab üzrə MMC tərəfindən həmin hesabın 2624.20 manat olan ƏDV hissəsi tam olaraq ödənilmiş, 14578. 90 manat təşkil edən malların dəyəri ödənilməmiş qalmışdır. - 25.04.2019-cu il tarixli, ********** saylı Satınalma Orderindən (Purchase Order) görünür ki, MMC tərəfindən yay kombizonarı üçün loqo satışı sifariş olunmuşdur. Həmin sifariş əsasında “X7 Company” LLC tərəfindən satılan malların dəyərini ( ƏDV 5108.40 manat, malların dəyəri 28380 manat) əks etdirən 25.04.2019-cu il tarixli, 20/18 saylı hesab təqdim edilmişdir. MMC tərəfindən tərtib edilmiş 25.04.2019-cu tarixli, 011018 nömrəli anbara mədaxil orderi və 0144/19 saylı Yük daşıma qaiməsinə əsasən malların 288 ədədi, 16 may 2019-cu il tarixli, 011107 saylı Anbara mədaxil orderi əsasında isə 936 ədəd, ümumilikdə 1224 ədəd loqo MMC- yə təhvil verilmişdir. “X7 Company” LLC tərəfindən ümumi dəyəri 33488.40 manat məbləğində malların satılması ilə bağlı 21.12.2019-cu il tarixli, EBAE seriyalı 148645 nömrəli elektron qaimə də təqdim edilmişdir. Lakin QSC’ tərəfindən malların cəmi 1224 ədədi təhvil verilmiş, 20/18 saylı hesab üzrə MMC-nin İddiaçıya borcu ƏDV daxil 21664.80 məbləğində müəyyən edilmiş, həmin hesab üzrə cavabdeh 3304.80 manat məbləğində ödəniş həyata keçirmiş 18360 manat təşkil edən malların dəyəri ödənilməmiş qalmışdır. Birinci instansiya düzgün olaraq hesab etmişdir ki, iddiaçı tərəfindən təqdim edilmiş sənədlər, cavabdehin iddiaçıya satınalma orderləri təqdim edərək müxtəlif malları sifariş etməsi və həmin malları təhvil alması faktını təsdiq edir. İş materiallarında cavabdeh tərəfindən malların anbara təhvil alınmasını təsdiq edən təhvil-təslim aktları əlavə edilməsi, cavabdeh tərəfindən elektro qaimələr üzrə ƏDV ödənişlərinin həyata keçirilməsi təsdiq edir ki, tərəflər arasında alqı-satqı münasibətləri davam etmiş, dəyəri tələb edilən mallar alıcıya təqdim edilmiş, lakin satın alınmış malların dəyərini təşkil edən 766.458 ABŞ dolları və 362.730 manat məbləğində pul ödənilməmişdir. Göstərilənlərə əsasən birinci instansiya məhkəməsi MM-in 567-ci, 598.1-ci, 598.3-cü maddələrinə istinad edərək iddianı satılmış malların dəyəri kimi 766.458 ABŞ dolları və 362.730 manat məbləğində pul vəsaitinin tutulması hissəsində təmin etmişdir. Cavabdehdən iddiaçının xeyrinə göstərilmiş daşıma xidmətlərinə görə 615.000 manat məbləğində pulun tutulması hissəsində məhkəmənin qiymətləndirməsi: İddianın qeyd edilən hissəsi ilə bağlı məhkəmə araşdırması nəticəsində müəyyən olunmuşdur ki, ikin olaraq MMC tərəfindən 12.12.2017-ci il tarixdə ********** nömrəli daşıma xidməti orderi (Transportation Service Order) ilə QSC-dən (əvvəlki adı - X7 Company LLC), dəyəri 345.000 manat ƏDV isə 621000 manat olmaqla ümumilikdə 407.100 manat məbləğində İpək yolu terminalından olan yüklərin daşınması xidmətinin göstərilməsi sifariş olunmuşdur. Həmin sifariş əsasında X7 Company LLC tərəfindən göstəriləcək xidmətlərin dəyərini əks etdirən 29.12.2017-ci il tarixli, 98/17 a nömrəli hesab təqdim edilmişdir. 29.12.2017-ci il tarixdə “X7 Company” MMC-nin nümayəndəsi qismində O.Abbasov və Cavabdehin nümayəndəsi qismində E.Yaradanquliyeva tərəfindən imzalanmaqla və hüquqi şəxslərin möhürü vurulmaqla təsdiq edilmiş akt əsasında tərəflər 2017-ci ilin dekabr ayı ərzində İpək Yolu terminalından olan yüklərin daşınması xidmətinin olmasını və bu işlərə görə aylıq xidmət haqqının ƏDV xaric olmaqla 345,000 manat təşkil etməsini təsdiq etmişlər. EAAO seriyalı 151581 nömrəli 05.12.2018-ci il tarixli elektron qaimədən görünür ki, “X7 Company” MMC tərəfindən Cavabdehə ümumi dəyəri 407.100 manat təşkil edən İpək Yolu terminalından yüklərin daşınması xidməti göstərilmişdir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən təqdim edilmiş, MMC-nin ƏDV deposit hesabı üzrə çıxarışdan görünür ki, MMC tərəfindən 11.05.2018, 15.05.2018 və 25.05.2018-ci il tarixlərdə 29.12.2017-ci il tarixli 97/17 A hesablara əsasən ƏDV ödənişi tam şəkildə həyata keçirilmişdir. Növbəti dəfə 13.01.2018-ci il tarixdə MMC tərəfindən ********** nömrəli Daşıma Xidməti Orderi (Transportation Service Order) ilə QSC-dən (əvvəlki adı - X7 Company LLC), dəyəri 270.000 manat, ƏDV isə 48.600 manat olmaqla ümumilikdə 318.600 manat məbləğində Bulla Bazada olan yüklərin Ümid Bazaya daşınması xidmətinin göstərilməsi sifariş olunmuşdur. Həmin sifariş əsasında X7 Company LLC tərəfindən göstəriləcək xidmətlərin dəyərini əks etdirən 01.02.2018-ci il tarixli, 08/18 a nömrəli hesab təqdim edilmişdir. 01.02.2018-ci il tarixdə “X7 Company” MMC-nin nümayəndəsi qismində O.Abbasov və Cavabdehin nümayəndəsi qismində E.Yaradanquliyeva tərəfindən imzalanmaqla və hüquqi şəxslərin möhürü vurulmaqla təsdiq edilmiş akt əsasında tərəflər 2018-ci ilin yanvar ayı ərzində Bulla bazada olan yüklərin Ümid Bazaya daşınması xidmətinin olmasını və bu işlərə görə aylıq xidmət haqqının ƏDV xaric olmaqla 270.000 manat təşkil etməsini təsdiq etmişlər. “X7 Company” LLC tərəfindən təqdim edilmiş 01.02.2018-ci il tarixli 08/18 a nömrəli hesab üzrə 48600 manat təşkil edən ƏDV ödənişi MMC tərəfindən 25 may 2018-ci il tarixdə 30014.19 manat, qalan hissəsi isə 20 iyul 2018-ci il tarixdə olmaqla tam olaraq ödənilmişdir. Hazırda iddiaçı 29.12.2017-ci il tarixli, 98/17a nömrəli və 01.02.2018-ci il tarixli 08/18a nömrəli hesablar üzrə göstərilmiş daşıma xidmətlərinin müqabilində ümumilikdə 615.000 manat məbləğində pulun ödənilməsini tələb edir. Cavabdeh iddiaya etirazında və apelyasiya şikayətində iddiaçı tərəfindən göstərilmiş xidmətin əvəzinin tələb edilməsi ilə bağlı iddia müddətinin ötürülməsi əsası ilə həmin hissədə iddia tələbinin rədd edilməsini tələb edir. Cavabdeh iddia edir ki, tələb olunan xidmət haqqı 19.12.2017 və 01.02.2018-ci il tarixdə göstərilən xidmətə aid olduğundan və həmin vaxtdan da müqavilələr üzrə nəzərdə tutulmuş 3 illik müddət keçdikdən sonra İddiaçı məhkəməyə müraciət etdiyindən iddia müddəti ötürülmüşdür. Birinci instansiya məhkəməsi cavabdehin bu mövqeyini aşağıdakılara əsasən əsassız hesab etmişdir. Azərbaycan Respublikası MM-in 380.1-ci maddəsinə görə, müəyyənləşdirilmiş qaydada iddia irəli sürüldükdə, habelə borclu şəxs borcu etiraf etməsini göstərən hərəkətlər etdikdə iddia müddətinin axımı kəsilir. MM-nin 380.2-ci maddəsinə əsasən fasilədən sonra iddia müddəti yenidən başlanır. Fasiləyə qədər keçmiş vaxt yeni müddətə daxil edilmir. İş üzrə məhkəməyə təqdim edilmiş sənədlərdən görünür ki, iddiaçı tərəfindən təqdim edilmiş İpək Yolu terminalından yüklərin daşınması ilə bağlı 29.12.2017- ci il tarxli, 98/17 a nömrəli hesab üzrə MMC tərəfindən 11.05.2018, 15.05.2018-ci il və 25.05.2018-ci il tarixlərdə, Bulla bazasında olan yüklərin Ümid bazasına daşınması ilə bağlı olan 01.02.2018-ci il tarixli, 08/18 A nömrəli hesab üzrə isə 25.05.2018 və 20.07.2018-ci il tarixdə ƏDV ödənişləri həyata keçirilmişdir. Bununla da iddiaçı tərəfindən təqdim edilmiş hesablar üzrə iddia müddəti həmin tarixlərdə kəsilərək yenidən hesablanmağa başlanmışdır. Birinci instansiya məhkəməsi MM-nin 850.1-ci maddəsinə istinad edərək düzgün olaraq hesab etmişdir ki, işdə olan sübutlarla iddiaçı tərəfindən cavabdehə daşıma xidməti göstərməsi faktı təsdiq edildiyi halda cavabdeh daşıma xidməti müqaviləsinə əsasən xidmətin dəyərini tam ödəmədiyindən cavabdehdən göstərilmiş xidmətlərə görə ümumilikdə hər iki hesab üzrə 615.000 manat tutularaq iddiaçıya ödənilməlidir. Cavabdehdən iddiaçının xeyrinə 350.000 manat məbləğində cərimənin ödənilməsi hissəsində məhkəmə MM-in 467-ci maddəsini tətbiq etməklə iddianı qismən təmin etmiş, pul öhdəliyinin icrasının gecikdirilməsinə görə cavabdehdən iddiaçının xeyrinə 1.000 manat məbləğində dəbbə pulu tutmuşdur. Məhkəmə kollegiyası hesab edir ki, qeyd edilən hissədə də qətnamənin ləğv edilməsi üçün əsaslar müəyyən edilmir. Qeyd edilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, apelyasiya şikayəti təmin edilməməli, Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-2139/2021 saylı, 09.07.2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382-385, 392, 393, 402-406-cı maddələrinin tələblərini rəhbər tutaraq, QƏT ETDİ: Cavabdeh MMC-nin apelyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-2139/2021 saylı, 09.07.2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi təqdim edildiyi (elektron kabinetə yerləşdirildiyi) gündən 2 (iki) ay müddətində elektron kabinet vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-2(103)-1051/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-1051/2021
29.09.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver