Məhkəmə qərarları › İş №2-2(103)-1052/2024

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-1052/2024

21.11.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-1052/2024 21.11.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X2 Şirinovun sədrliyi və məruzəsi ilə, Vahid Nəriman oğlu Sadıqov və X1 ibarət tərkibdə, Hacıyev Elvin Ramiz oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili Nümayəndə3 iştirakı ilə, İddiaçı MMC-nin cavabdeh SOCAR-ın Cavabdehnə qarşı “alqı-satqı müqaviləsi üzrə borcun ödənilməsi” tələbinə dair iş üzrə Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(113)-979/2024 nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən kommersiya mübahisəsinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi Birinci instansiya məhkəməsindəki icraat

1. İddiaçı MMC cavabdeh Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən müqavilə üzrə ödənişlərin vaxtında icra edilməməsi səbəbilə hesablanmış 199.313,90 manat məbləğində cərimə, həmçinin 300 manat məbləğində hüququ yardım üçün və 410 manat məbləğində mediasiyaya dair xərclər, ümumilikdə 200.023,9 manat məbləğində pulun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir..

2. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(113)-979/2024 nömrəli qətnaməsi ilə iddia qismən təmin edilərək, cavabdeh SOCAR-ın Cavabdehndən 198.360,70 manat məbləğində dəbbə pulu, eləcə də dövlət rüsumunun və mediasiya xərclərinin əvəzi olaraq 487 manat məbləğində pul vəsaiti, vəkil xidmətinə çəkilən xərclərin əvəzi olaraq 300 manat tutularaq İddiaçı MMC-yə ödənilməsi, iddia verilərkən artıq ödənilmiş 412 manat məbləğində dövlət rüsumunun İddiaçı MMC-yə qaytarılması, qalan hissədə iddianın rədd edilməsi qət edilmişdir.

3. Cavabdeh SOCAR-ın Cavabdeh apellyasiya şikayəti verərək, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(113)-979/2024 nömrəli qətnaməsinin iddianın təmin edilən hissədə dəyişdirilməsini, dəbbə pulunun 20 000 manat məbləğində müəyyən edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.

APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ

a) Apellyasiya şikayətinin dəlilləri

4. Apellyasiya şikayəti belə əsaslandırılmışdır ki, İddiaçı MMC ilə Cavabdeh arasında 18 noyabr 2022-ci il tarixli, NQT-2022233 nömrəli müxtəlif ikitavrların tədarükü haqqında müqavilə və müqavilənin tərkib hissəsi hesab edilən 12 yanvar 2023-cü il tarixli 01 nömrəli Əlavə Razılaşma, 29 mart 2023-cü il tarixli 02 nömrəli Əlavə Razılaşma, 31 mart 2023-cü il tarixli 03 nömrəli Əlavə Razılaşma və 20 aprel 2023-cü il tarixli 04 nömrəli Əlavə Razılaşma imzalanmışdır. İşin hallarından da görünür ki, cavabdeh iddiaçıya həmin Razılaşmalardan irəli gələn əsas borcunu ödəmişdir. Məhkəmə qətnaməsində “borcun gecikdirilməsinin üzürlü səbəb olması cavabdeh tərəfindən sübuta yetirilmədiyi” bildirilir. Halbuki, əgər cavabdeh maliyyə çətinliyi yaşamasa idi, hansı səbəbdən borcunu ödəmirdi?! İşin mübahisəsiz halı ondan ibarətdir ki, cavabdeh, iddiaçı məhkəməyə müraciət etməmişdən, maliyyə vəziyyəti buna imkan verən kimi əsas borcunu ödəmişdir. AR Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən,məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Hesab edir ki, məhkəmə iddianı demək olar ki, tam təmin etməklə cavabdehin mənafelərini və işin hallarını nəzərə almamışdır.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

5. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

6. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili apellyasiya şikayətinə etiraz edərək təmin olunmamasını məhkəmədən xahiş etmişdir.

7. Cavabdeh məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsini rəhbər tutaraq onun iştirakı olmadan şikayətə baxılmasını mümkün hesab etmişdir.

TƏTBİQ EDİLƏN HÜQUQ

8. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir.

9. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

10. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur.

11. Həmin Məcəllənin 567-ci maddəsinə görə alğı-satqı müqaviləsinə görə isə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.

12. Həmin Məcəllənin 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir.

13. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir.

14. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ

15. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinin tələblərini, apellyasiya şikayətinin dəlillərinin iddianın təmin olunan hissəsinə yönəldiyini nəzərə alaraq kollegiya qeyd edir ki, qətnamənin əsaslılığı yalnız həmin hissədə yoxlanılır.

APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

16. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin dəlili əsassız olduğundan birinci instansiya məhkəməsinin qətnaməsi həmin hissədə mahiyyəti üzrə düzgündür.

17. İşin müəyyən olunmuş halları ondan ibarətdir ki, İddiaçı MMC ilə cavabdeh SOCAR-ın Cavabdeh arasında 18 noyabr 2022-ci il tarixli, NQT-2022233 nömrəli müxtəlif ikitavrların tədarükü haqqında müqaviləsinə əsaslanan öhdəlik hüquq münasibətləri yaranmışdır. İddiaçı malları cavabdehə təhvil verərək üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada icra etsə də, cavabdeh iddiaçı tərəfindən təqdim edilmiş malların dəyərini gecikdirmələrlə ödəməklə sözügedən müqavilə üzrə öhdəliklərini lazımi qaydada icra etməmişdir.

18. İddiaçı MMC müqavilə üzrə təqdim edilmiş 3.967.214,10 dəyərində malların ödəmələrinin gecikdirilməsinə görə hesablanmış 199.313,90 manat məbləğində dəbbə pulunun cavabdehdən tutulmasını tələb etmişdir.

19. İddiaçı iddianı təsdiq edən müqavilə, elektron qaimələr və digər sübutlar təqdim etmişdir.

20. Ödənişlərdə gecikdirmələrin onlardan asılı olmayan hallarla bağlı olması barədə cavabdehin dəlilinə münasibətdə məhkəmə qeyd etmişdir ki, cavabdeh iddia etirazının əsası kimi istinad etdiyi həmn halı təsdiq edən sübutları məhkəməyə təqdim etmədiyindən həmin dəlili əsassız kimi qiymətləndirilir.

21. Tutulacaq dəbbə pulunun məbləğinə münasibətdə məhkəmə qeyd etmişdir ki, müqavilənin tələblərinə əsasən cavabdehə hesablanmalı olan dəbbə pulunun məbləğinin müəyyən edilməsi məqsədilə iş üzrə məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmiş və ekspert rəyi ilə müqavilənin 6.4-cü bəndinin tələblərinə əsasən ilk dörd həftə ərzində hər ləngidilmiş təqvim həftəsi üçün ödəniş dəyərinin 4.6%-i, sonrakı hər həftə üçün isə ödəniş dəyərinin 0.1 %-i miqdarında hesablanmış cərimənin məbləğinin ümumilikdə 724.238,77 manat təşkil etməsi, lakin müqavilənin həmin bəndinin ikinci cümləsinə əsasən hesablanmış cərimənin ümumi məbləğinin müqavilə dəyərinin 5%-dən çox ola bilməməsi barədə şərt nəzərə alındıqda ödənilməli olan cərimə məbləğinin 199.313,90 manat təşkil etməsi müəyyən edilmişdir.

22. Digər tərəfdən məhkəmə onu da qeyd etmişdir ki, müqavilədə müqavilənin ümumi dəyəri 3.986.278,07 manat təşkil etdiyi halda cavabdeh tərəfindən icra edilməsi gecikdirilmiş öhdəlik 3.967.214,10 manat təşkil edir. Belə olan halda məhkəmə Mülki Məcəllənin 467ci maddəsinin tələblərinə əsasən tələb olunan dəbbə pulunun əsas borc məbləğinə nisbətini, eləcə də həm kreditorun, həm də borclunun əsaslı mənafeyini nəzərə alaraq hesab etmişdir ki, cavabdehdən tutulması tələb olunan dəbbə pulu tənasübsüz surətdə yüksək olduğundan həmin məbləğ azaldılaraq icra edilməsi gecikdirilmiş öhdəliyin 5%-i, yəni 198.360,70 manat məbləğində müəyyən edilməlidir.

23. Cavabdeh apellyasiya şikayətində maliyyə çətinliyinin olması səbəbindən onların qismən öhdəliyin icrasının gecikdirməli olmasını qeyd etmişdir.

24. Mülki Məcəllənin 462.1 və 467-ci maddələrinin mənasına görə dəbbə pulu müqavilə ilə müəyyənləşdirilən və öhdəliyin icrasının təmin edilməsi üsulu kimi öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyinə görə borclunun kreditora cərimə və ya penya formasında ödəməli olduğu pul məbləğidir. Dəbbə pulunun hüquqi təyinatı əsas öhdəliyin müqavilənin şərtlərinə və qanunvericiliyin tələblərinə müvafiq olaraq lazımınca, vaxtında, tam həcmdə ödənilməsini təmin etməkdir. Dəbbə pulu mülki qanunvericiliyin prinsipləri olan mülki hüquq subyektlərinin bərabərliyi və müqavilə azadlığına uyğun, yəni tərəflər arasında sərbəst şəklində bağlanmış müqavilə ilə müəyyənləşdirilir.

25. Bununla yanaşı Mülki Məcəllənin 467-ci maddəsi tərəflər arasında müəyyənləşdirilmiş dəbbə pulunun məhkəmə tərəfindən azaldılmasını nəzərdə tutmuşdur. Həmin normada istənilən dəbbə pulun deyil, yalnız tənasübsüz surətdə yüksək olan dəbbə pulun azaldılması göstərilmişdir. Qeyd olunan maddənin dispozitiv şərtlərinə görə məhkəmə işin hallarını və tənasüb müəyyənləşdirilərkən kreditorun əmlak və bütün əsaslı mənafelərini nəzərə almalıdır.

26. Konstitusiya Məhkəməsi qeyd etmişdir ki, Mülki Məcəllənin 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Qeyd olunan maddənin mənasına görə, dəbbə pulunun məbləği öhdəliyin pozulmasının əmələ gətirdiyi nəticələrə açıq-aşkar uyğun gəlmədiyi, yəni dəbbə pulunun məbləği kreditorun reallıqda məruz qaldığı zərərdən əhəmiyyətli dərəcədə çox olduğu hallarda məhkəmə dəbbə pulunu tənasübsüz surətdə yüksək müəyyənləşdirilmiş hesab edərək azalda bilər. Bu halda məhkəmə öhdəliyin borclu tərəfindən pozulması dərəcəsini, öhdəlikdə iştirak edənlərin əmlak vəziyyətini, kreditorun həm əmlak, həm də bütün diqqətəlayiq mənafelərini nəzərə almaqla razılaşdırılmış dəbbə pulunun azaldılması haqqında qərar qəbul etməlidir ("xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 21 yanvar 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 28 iyul 2021-ci il tarixli Qərar).

27. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilinə münasibətdə qeyd edir ki, cavabdeh istinad etdiyi halı sübut etməlidir. Lakin cavabdeh öhdəliyin icrasının gecikdirilməsinin üzürlü səbəbdən olmasını, yəni maliyyə çətinliyinin olmasını sübuta yetirə bilməmişdir. Odur ki, məhkəmənin müəyyən etdiyi dəbbə pulu məbləği ədalətli və işin hallarına uyğundur.

28. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsinin qətnaməsi (mübahisələndirilən hissədə) işin hallarına uyğundur, apellyasiya şikayətində irəli sürülən dəlillər isə əsassızdır və mahiyyətcə düzgün olan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas ola bilməz.

29. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.1, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

q ə t e t d i:

Cavabdeh SOCAR-ın Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(113)-979/2024 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Cavabdehin apellyasiya şikayətinə görə ödədiyi dövlət rüsumu özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar