Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-2(103)-1056/2022 25.10.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X3 Qurbanovun məruzəsi ilə, Vidadi Məmməd oğlu Məmmədov və Vüsalə Ələkbər qızı Baxışovadan ibarət tərkibdə, Bakı Kommersiya Məhkəməsinin 2-2(113)-59/2020 saylı kommersiya mübahisəsi üzrə qəbul etdiyi xx.xx.2022-ci il tarixli qərardadından cavabdeh X4 tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında, yazılı icraat qaydasında baxaraq, m ü ə y y ə n e t d i: Bakı Kommersiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2-2(113)-59/2020 nömrəli qətnaməsi ilə iddiaçı "xxxx" Sığorta Şirkəti ASC-nin cavabdeh X2 qarşı pulun tutulması tələbinə dair ilkin iddia qismən təmin olunmuş, iddiaçı X1 cavabdeh "xxxx" Siğorta Şirkəti ASC-yə qarşı pulun tutulması tələbinə dair qarşılıqlı iddia rədd edilmişdir. Cavabdeh X4 ərizə ilə məhkəməyə müraciət edərək, həmin qətnamədən apelyasiya şikayətinin verilməsi üçün buraxılmış müddətin bərpa olunması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, yalnız xx.xx.2022-ci il tarixdə icra məmuru tərəfindən məhkəmə qətnaməsinin icrası barədə xəbərdarlıq məktubu rəsmi qaydada veriləndə belə bir qətnamənin mövcudluğundan xəbəri olub. O, xarici ölkə vətəndaşıdır və həmin vaxtlarda ölkədən kənarda olmuşdur. Məhz bu səbəbdən məhkəmədən və qərardan xəbərsiz olmuşdur. Məhkəməyə müraciətindən sonra qətnamə rəsmi qaydada ona 18 iyul 2022-ci il tarixində təqdim olunmuşdur. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-2(113)-59/2020 nömrəli qərardadı ilə Bakı Kommersiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2-2(113)-59/2020 nömrəli qətnaməsindən apelyasiya şikayətinin verilməsi üçün qanunla müəyyən edilmiş müddətin bərpasından imtina edilmişdir. Cavabdeh X4 həmin qərardaddan şikayət vermiş, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, şikayət qismən təmin edilməlidir. Belə ki, birinci instansiya məhkəməsi qeyd etmişdir ki, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2-2(113)-59/2020 nömrəli qətnaməsi xx.xx.2020-ci tarixdə imzalanmaqla avtomatik olaraq cavabdeh X1 nümayəndəsi, Vəkil1 kabinetində yerləşdirilmişdir. X4 nümayəndəsi, Vəkil2 isə həmin qətnamədən apelyasiya şikayətini xx.xx.2022-ci il tarixdə məhkəmə elektron sisteminə yükləyərək apellyasiya şikayətinin verilməsi üçün qanunvericiliklə müəyyən olunmuş müddəti təxminən 1 il 10 ay ötürmüşdür. Bundan əlavə X4 məhkəməyə müraciət edərək, qətnamənin ona təqdim edilməsini xahiş etmiş, iş materiallarının 2-ci cildinin 106-cı səhifəsindən də göründüyü kimi, məhkəmə qətnaməsi X2 rəsmi qaydada xx.xx.2022-ci il tarixdə təqdim edilmiş, ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı X4 nümayəndəsi, Vəkil2 isə apelyasiya şikayətini xx.xx.2022-ci il tarixdə məhkəmə elektron sisteminə yükləyərək qanunvericilikdə müəyyən olunmuş müddəti yenidən 1 gün ötürmüşdür. Mülki Prosessual Məcəllənin 133.1-ci, 133.5-ci və 133.6-cı maddələrinə istinad edərək, məhkəmə hesab etmişdir ki, X1 nümayəndəsi, Vəkil2 tərəfindən apelyasiya şikayətinin verilməsi üçün qanunla müəyyən olunmuş müddət üzürlü səbəbdən buraxılmadığından apelyasiya şikayətinin verilməsi üçün qanunla müəyyən edilmiş müddətin bərpasından imtina edilməlidir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmır və hesab edir ki, məhkəmə həmin nəticəyə gələrkən prosessual normaların tələblərini pozmuşdur. Belə ki, məhkəmə qətnamənin xx.xx.2020-ci tarixdə imzalanmaqla avtomatik olaraq cavabdeh X1 nümayəndəsi və vəkili Vəkil1 kabinetində yerləşdirildiyini qeyd etsə də, bununla bağlı “Elektron Məhkəmə” İnformasiya Sistemindən çıxarış işə əlavə edilməmişdir. Ona görə də, məhkəmənin bu mövqeyinin əsaslı olub-olmamasını qiymətləndirmək mümkün olmur. Bundan başqa, Mülki Prosessual Məcəllənin 128.3-cü maddəsinə əsasən illərlə, aylarla və ya günlərlə hesablanan prosessual müddətin axını müddətin başlanğıcının təyin edildiyi təqvim tarixindən və ya hadisənin baş verməsindən sonrakı gündən başlanır. İş materiallarından da müəyyən edilir ki, cavabdehə qətnamənin surəti xx.xx.2022-ci il tarixdə verilmiş, müddətin axını sonrakı gündən, yəni xx.xx.2022-ci il tarixdən başlanmış və 1 aylıq müddətin son günü xx.xx.2022-ci il tarixdə bitmişdir. Həmin tarixdə də cavabdeh tərəfindən apellyasiya şikayəti verilmişdir. Bu baxımdan kollegiya hesab edir ki, cavabdehə qətnamənin surətinin xx.xx.2022-ci il tarixdə verildiyi qəbul edildiyi halda, apellyasiya şikayəti Mülki Prosessual Məcəllənin 360cı maddəsində nəzərdə tutulmuş 1 aylıq müddətdə verilmişdir. Qeyd olunan halları nəzərə alaraq və Mülki Prosessual Məcəllənin 398.0.2-ci maddəsi ilə nəzərdə tutulmuş səlahiyyətlərinə əsaslanaraq kollegiya hesab edir ki, şikayət qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qərardadı ləğv edilməli və cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin verilməsi üçün buraxılmış müddətin bərpa olunması barədə ərizəyə yenidən baxılması üçün iş materialları birinci instansiya məhkəməsinə göndərilməlidir. Eyni zamanda Mülki Prosessual Məcəllənin 402-ci maddəsindən müəyyən olunur ki, hazırkı qərardaddan kassasiya şikayəti verilə bilməz. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 398.0.2, 400 və 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: Cavabdeh X4 tərəfindən verilmiş şikayət qismən təmin edilsin. Bakı Kommersiya Məhkəməsinin 2-2(113)-59/2020 saylı kommersiya mübahisəsi üzrə qəbul etdiyi xx.xx.2022-ci il tarixli qərardadı ləğv edilsin. Cavabdeh X4 tərəfindən verilmiş apelyasiya şikayətinin verilməsi üçün buraxılmış müddətin bərpa olunması barədə ərizəyə yenidən baxılması üçün iş materialları birinci instansiya məhkəməsinə göndərilsin. Qərardad dərhal qanuni qüvvəyə minir və ondan şikayət verilə bilməz. Hakimlər: Raqib Qurbanov Vidadi Məmmədov Vüsalə Baxışova
Məhkəmə qərarları › İş №2-2(103)-1056/2022
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(103)-1056/2022
25.10.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver