Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-106/2023 17.01.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası adından İddiaçı Cavabdehnə qarşı “pulun tutulması” tələbinə dair kommersiya mübahisəsi üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası X5 Qurbanovun sədrliyi və məruzəsi ilə, Vüsalə Ələkbər qızı Baxışovadan və Aida Əli qızı Hüseyndən ibarət tərkibdə, məhkəmə iclas katibi Nofəl Rəhman oğlu Abdullayevin katibliyi ilə, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli e-2-2(113)-2730/2022 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən kommersiya mübahisəsinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, İŞİN HALLARİ, İŞ ÜZRƏ MƏHKƏMƏ İCRAATİ
1. Satıcı İddiaçı MMC ilə alıcı Cavabdeh arasında 01 fevral 2017-ci il tarixli alqısatqı müqaviləsi bağlanmışdır. Müqaviləyə əsasən satıcı müqavilənin 1.2-ci bəndi ilə müəyyənləşdirilmiş şərtlərlə və qaydada əhəng məhsullarını alıcının mülkiyyətinə verməyi, alıcı isə malı qəbul edib əvəzində bu müqavilənin 3.1-ci bəndi ilə müəyyənləşdirilmiş məbləği satıcıya ödəməyi öhdəsinə götürmüşdür.
Birinci instansiya məhkəməsindəki icraat
2. İddiaçı MMC Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 01 fevral 2017-ci il tarixli müqavilə üzrə 24165,29 manat (iyirmi dörd min bir yüz altmış beş manat iyirmi doqquz qəpik) əsas borc, 8820,31 manat (səkkiz min səkkiz yüz iyirmi manat otuz bir qəpik) dəbbə pulu, gecikdirilmiş vaxt üçün illik beş faiz hesablanmaqla 1208,26 manat (bir min iki yüz səkkiz manat iyirmi altı qəpik) manat və ilkin mediasiya sessiyasının keçirilməsi üçün 200 (iki yüz) manat məbləğində mediasiyaya dair xərc olmaqla, cəmi 34393,86 manat (otuz dörd min üç yüz doxsan üç manat səksən altı qəpik) məbləğində pulun tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir
3. İddiaçı bildirir ki, müqavilə şərtlərinə uyğun olaraq, alınan məhsullar üzrə alıcının hal-hazırda ödəməli olduğu məbləğ ƏDV daxil olmaqla 24165,29 manat (iyirmi dörd min bir yüz altmış beş manat iyirmi doqquz qəpik) təşkil edir. Borcun ödənilməsinə dair cavabdehə dəfələrlə şifahi və yazılı xəbərdarlıq edilmiş, hətta 18 oktyabr 2021-ci il tarixli AAC-184/2021 nömrəli pretenziya məktubu göndərilmişdir. Lakin buna baxmayaraq, Cavabdeh müqavilə üzrə ödənilməli olan borcu ödəməmişdir. Sözügedən müqavilənin 4.4-cü bəndinə əsasən ödənişin gecikdirilməsinə görə alıcı gecikdirilən hər gün üçün gecikdirilmiş məbləğin 0.1 %i həcmində dəbbə pulu ödəyir. Beləliklə, müqavilənin şərtinə əsasən 14 fevral 2022-ci il tarixinə cavabdeh alıcıya 8820,31 manat dəbbə pulu ödəməlidir.
4. Cavabdeh iddiaya etiraz edir və bildirir ki, Cavabdeh uzun müddətdir ki, İddiaçı MMC-dən əhəng məhsulu alır. Əvvəllər alınan məhsul keyfiyyət baxımından yaxşı olsa da, son partiyalarda alınan məhsulun çox hissəsi istehsala yararsız vəziyyətdə olmuşdur. Bununla bağlı Cavabdeh tərəfindən dəfələrlə İddiaçı MMCnin satışla bağlı bütün işçilərinə məlumat verilmişdir. Lakin o müəssisədə tez-tez işçilər dəyişdiyindən, hər dəfə yeni gələn işçi bundan xəbərsiz olmuşdur. Sonuncu dəfə də iddiaçı məhkəməyə müraciət etməmişdən əvvəl həm pretenziya məktubu göndərərkən, həm də mediasiya prosesində iştirak edərkən iddiaçıya yazılı şəkildə bildirmişdir ki, alınan məhsuldan 60 tona qədər çiy daş çıxmışdır. Həmin məbləğin borcdan çıxılmasını xahiş etmişlər. Pandemiya dövründə müəssisənin fəaliyyəti olmadığından ödəmələrdə gecikmələr yaranmışdır. Lakin İddiaçı MMC qəti şəkildə bununla razılaşmamış, dəfələrlə təkid etməklərinə baxmayaraq, qüsurlu malı nəzərə almamışdır. İddiaçı MMC ilə Cavabdeh arasında 01 fevral 2017-ci il tarixli alqı-satqı müqaviləsinin 2.2.1-ci bəndinə əsasən satıcı malı alıcıya beynəlxalq standartlarda müəyyən edilmiş keyfiyyət tələblərinə cavab verən şəkildə təhvil verməli idi. Həmin müqavilənin 2.3.1-ci maddəsinə əsasən bu müqavilənin 2.2-ci bəndi ilə üzərinə götürdüyü vəzifələrin vaxtında və lazımi qaydada icra olunmasının və onların pozulmasına yol verilməməsini satıcıdan tələb edir. Ona görə də, İddiaçı MMC əvvəlcə qüsurlu olaraq təhvil verdiyi məhsulu geri qaytarmalı, sonra yerdə qalan məhsula görə ödənişi Cavabdehndən tələb etməlidir.
5. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli e-2-2(113)-2730/2022 nömrəli qətnaməsi ilə iddia qismən təmin edilərək, Cavabdehndən 01 fevral 2017ci il tarixli müqavilə üzrə 18000 (on səkkiz min) manat məbləğində əsas borc, 1200 (min iki yüz) manat məbləğində cərimə, gecikdirilmiş vaxt üçün illik 5 (beş) faizlə hesablanan 900 (doqquz yüz) manat və 100 (yüz) manat mediasiya xərci olmaqla, cəmi 20200 (iyirmi min iki yüz) manat məbləğində pul vəsaitinin tutularaq İddiaçınə ödənilməsi və iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir.
6. Cavabdeh apellyasiya şikayəti verərək, həmin qətnamənin ləğv edilməsi və iddianın təmin edilməməsini xahiş etmişdir.
APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a) Apellyasiya şikayətinin dəlilləri
7. Apellyasiya şikayətində işin faktiki halları göstərilmiş və əlavə olaraq göstərilmişdir ki, birinci instansiya məhkəməsi maddi və prosessual hüquq normalarını pozmuş, işin hallarını tam və hərtərəfli araşdırmamış və işin hallarına uyğun olmayan nəticəyə gəlmişdir.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
8. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
9. Tərəflər məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsini rəhbər tutaraq onların iştirakı olmadan şikayətə baxılmasını mümkün hesab edir.
TƏTBİQ EDİLƏN HÜQUQ
10. Mülki Məcəllənin 445.5-ci maddəsinə görə əgər öhdəlik borclunun təqsiri olmadan baş vermiş halların nəticəsində icra edilməzsə, bu, gecikdirmə sayılmır.
11. Həmin Məcəllənin 445.7-ci maddəsinə əsasən borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur.
12. Həmin Məcəllənin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir.
13. Həmin Məcəllənin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.
14. Həmin Məcəllənin 587.1.1-ci maddəsinə əsasən əgər satıcı əşyanın qüsurları barəsində qabaqcadan məlumat verməmişsə, lazımi keyfiyyətli olmayan əşyanın verildiyi alıcının ixtiyarı var ki, satıcının təqsiri olub-olmamasından asılı olmayaraq, satıcıdan alış qiymətinin mütənasib azaldılması tələb etsin.
15. Həmin Məcəllənin 587.3-cü maddəsinə əsasən bu Məcəllənin 587.1 və 587.2-ci maddələrində göstərilmiş qüsurların aradan qaldırılması və ya əşyanın əvəz edilməsi tələbini alıcı, əgər əşyanın xarakterindən və ya öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, irəli sürə bilər.
16. Həmin Məcəllənin 598.3-cü maddəsinə əsasən əgər alıcı alqı-satqı müqaviləsinə uyğun olaraq verilmiş əşyanı vaxtında ödəmirsə, satıcı əşyanı ödəməyi və bu Məcəllənin 449-cu maddəsinə uyğun faizləri ödəməyi tələb edə bilər.
APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ
17. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinin tələblərini, apellyasiya şikayətinin dəlillərini və iddianın qismən təmin olunduğunu, lakin iddiaçı tərəfindən apellyasiya şikayəti verilmədiyini nəzərə alaraq kollegiya qeyd edir ki, qətnamənin əsaslığı iddianın qismən təmin olunmuş hissəsində yoxlanılır.
APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
18. Məhkəmə kollegiyası hesab edir ki, iddia qismən əsaslıdır.
19. Belə ki, tərəflər arasında Mülki Məcəllənin 567-ci maddəsinin tələblərinə uyğun alqı-satqı müqaviləsinin bağlanılması və iddiaçı tərəfindən malların cavabdehə təhvil verilməsi və cavabdehin iddiaçıya borclu olması işin mübahisəsiz halını təşkil edir.
20. Çünki cavabdeh həmin halları mübahisələndirməyib və iddiaçı tərəfindən məhkəməyə təqdim edilən malların qiymət spesifikasiyası, qarşılıqlı hesablaşmalar üzrə üzləşmə aktı, yol qaimələri və anbardan çıxış aktları ilə də həmin hallar təsdiq olunur.
21. Bununla yanaşı cavabdeh xx.xx.2020-ci il, xx.xx.2020-ci il, xx.xx.2021-ci il və xx.xx.2021-ci il tarixlərdən xx.xx.2021-ci il tarixə kimi İddiaçı MMC-dən alınmış sönməmiş əhəng məhsulunun emalı zamanı 60 tondan çox bişməmiş çiy daş çıxmasını qeyd edərək, həmin məbləğin borcdan çıxılmalı olduğunu bildirmişdir.
22. Cavabdeh bununla əlaqədar olaraq tərtib olunmuş 19 fevral 2020-ci il, 01 oktyabr 2020-ci il, 17 fevral 2021-ci il, 02 aprel 2021-ci il tarixli aktları və fotoşəkilləri məhkəməyə təqdim etmişdir.
23. Həmin aktlara əsasən İddiaçı MMC-dən alınmış sönməmiş əhəng məhsulunun emalı zamanı 60 ton bişməmiş çiy daş çıxmışdır. Bununla əlaqədar olaraq İddiaçı MMC-yə məlumat verilmiş, lakin onlar tərəfindən heç bir tədbir görülməmiş, məhsulun qaytarılması onlara təklif edilmişdir.
24. Cavabdehin nümayəndəsi də birinci instansiya məhkəməsində bildirmişdir ki, dəfələrlə təkid etməklərinə baxmayaraq, qüsurlu mal nəzərə alınmamışdır.
25. Həmçinin iddiaçı tərəfindən məhkəməyə təqdim edilən xx.xx.2021-ci il tarixli pretenziya məktubunun üzərində cavabdeh tərəfindən edilmiş qeyddə də cavabdeh pandemiya ilə əlaqədar işdə yaranan fasiləyə görə borcu ödəyə bilmədiklərini, lakin ödəyəcəklərini, göndərilən məhsuldan 60 tondan çox bişməmiş çiy daş çıxmasını bildirmiş və onun məbləğinin ümumi borcdan çıxılmasını xahiş etmişdir.
26. Eyni zamanda iddiaçının cavabdehə göndərdiyi mediasiya prosesinin tətbiqi barədə təklifə cavabdehin etdiyi qeyddə də cavabdeh pandemiya ilə əlaqədar işdə fasilə yarandığı üçün borcu ödəyə bilmədiklərini, lakin ödəyəcəklərini, həmçinin göndərilən məhsuldan 60 tona qədər bişməmiş çiy daş çıxmasını bildirmişdir.
27. Göründüyü kimi iddiaçı tərəfindən satılan malların 60 tonunun qüsurlu olması, yəni təhvil verilmiş əhəngdə müəyyən miqdarda çiy daş olması və cavabdehin həmin qüsurlar barədə iddiaçıya məlumat verməsi qeyd olunan sübutlarla təsdiq olunur.
28. İddiaçı isə müqavilə şərtlərinə uyğun olaraq hər sifariş üzrə malın müvafiq sənədlərinə əlavə edilməli olan, malın müvafiq keyfiyyət göstəricilərini əks etdirən X1 məhkəməyə təqdim etməmişdir.
29. Halbuki, tərəflər arasında bağlanmış xx.xx.2017-ci il tarixli alqı-satqı müqaviləsinin 5.1-ci bəndinə əsasən mal keyfiyyətinə görə tələb olunan standartlara və normativ texniki sənədlərin tələblərinə cavab verməlidir. Mal göstərilən tələblərə uyğun olmadığı halda Alıcı həmin Malın uyğun olmayan hissəsini qəbul etməkdən imtina edə və ya onun dəyişdirilməsini tələb edə bilər. Satıcı Malın müvafiq keyfiyyət göstəricilərini əks etdirən “X1” hər bir sifariş üzrə göndərilən Malın müvafiq sənədlərinə əlavə edərək Alıcıya göndərir.
30. Həmin müqavilənin 2.2.1-ci bəndinə əsasən malı alıcıya üçüncü şəxslərin hüquqlarından azad, beynəlxalq standartlarla müəyyən edilmiş keyfiyyət tələblərinə cavab verən şəkildə və bu müqaviləyə uyğun gələn miqdarda, çeşiddə və müddətdə təhvil verir.
31. Eyni zamanda iddiaçı birinci instansiya məhkəməsində cavabdehin bildirdiyi həmin hallara heç bir etiraz etməmiş və malların qüsurlu olmasına istinad edən birinci instansiya məhkəməsinin qətnaməsindən də apellyasiya şikayəti verməmiş, dolayısı ilə həmin halla razılaşmışdır.
32. Mülki Məcəllənin 587.1.1-ci maddəsində də təsbit olunmuşdur ki, əgər satıcı əşyanın qüsurları barəsində qabaqcadan məlumat verməmişsə, lazımi keyfiyyətli olmayan əşyanın verildiyi alıcının ixtiyarı var ki, satıcının təqsiri olubolmamasından asılı olmayaraq, satıcıdan alış qiymətinin mütənasib azaldılması tələb etsin.
33. Bu baxımdan kollegiya hesab edir ki, həmin hal nəzərə alınaraq, cavabdehdən tutulması tələb olunan əsas borc məbləği alqı-satqı müqaviləsinə xx.xx.2017-ci il tarixli, 1 saylı Əlavəyə (malların qiymət spesifikasiyasına) uyğun olaraq məhz 60 ton həcmində azaldılmalıdır.
34. Birinci instansiya məhkəməsində cavabdehin nümayəndəsi bildirmişdir ki, keyfiyyətə uyğun olmayan malın (bişməmiş çay daşının) dəyəri təxminən 7000 manat təşkil edir (iddiaçının nümayəndəsi həmin halı da mübahisələndirməmişdir).
35. Bu qaydada hesabladıqda isə müəyyən olunur ki, əsas borc məbləği 17165,29 manat təşkil edir (24165,29–7 000=17165,29).
36. Birinci instansiya məhkəməsi də satılan malların bir qisminin qüsurlu olması nəticəsinə gəlmiş, lakin qətnamədə əsas borcdan məhz 50 ton malı dəyərinin çıxılmalı olmasını heç nə ilə əsaslandırmamış və həmin rəqəmi təxmini olaraq qeyd etmişdir. Halbuki yuxarıda qeyd olunanlara əsasən qüsurlu malların həcminin 60 ton olması öz təsdiqini tapır.
37. Bu baxımdan kollegiya hesab edir ki, həmin hissədə, yəni əsas borcun 834,71 manat hissəsində birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməlidir (18000–17165,29=834,71).
38. Həmçinin kollegiya hesab edir ki, faiz borcunun və dəbbə pulunun tutulması hissəsində də birinci instansiya məhkəməsinin gəldiyi nəticə yanlışdır.
39. Belə ki, həmin iddia tələblərinin qanuni əsasını Mülki Məcəllənin 462.1-ci və 445.7-ci maddələri təşkil edir.
40. Həmin maddələrin tələblərindən də görünür ki, dəbbə pulu və qanunla müəyyən edilən faiz borcu borcludan yalnız o halda tutula bilər ki, borclu öhdəliyini icra etməsin və ya lazımınca icra etməsin, o cümlədən icranı gecikdirmiş olsun.
41. Hazırki işin hallarından isə görünür ki, cavabdeh 60 ton malın qüsurlu olması səbəbindən onun dəyərinin ümumi borcdan azaldılmasını iddiaçıdan xahiş etmiş, lakin iddiaçı həmin halı nəzərə almamışdır. Göründüyü kimi öhdəlik iddiaçının hərəkətsizliyi nəticəsində icra edilməmişdir.
42. Bu baxımdan kollegiya hesab edir ki, faiz borcunun və dəbbə pulunun tutulması hissəsində iddia rədd edilməlidir.
43. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Mülki Prosessual Məcəllənin 385.1.1 və 385.1.2-ci maddələrində göstərilən əsaslara görə birinci instansiya məhkəməsinin qətnaməsi qismən, yəni əsas borcun 834,71 manat hissəsində, habelə faiz və dəbbə puluna aid hissədə ləğv edilməli və yuxarıda göstərilən əsaslara görə həmin hissədə iddia rədd edilməlidir.
44. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.2, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
q ə t e t d i:
Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli e-2-2(113)-2730/2022 saylı qətnaməsi qismən, yəni əsas borcun 834,71 manat hissəsində, habelə faiz və dəbbə puluna aid hissədə ləğv edilsin. Həmin hissədə iddia təmin edilməsin. Qalan hissədə, yəni Cavabdehndən 01 fevral 2017-ci il tarixli müqavilə üzrə 17.165,29 manat məbləğində əsas borc və 100 manat mediasiya xərci olmaqla, cəmi 18.165,29 manat məbləğində pul vəsaitinin tutularaq İddiaçınə ödənilməsi hissəsində dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Raqib Qurbanov
Hakimlər: Vüsalə Baxışova
Aida Hüseyn