Məhkəmə qərarları › İş №2-2(103)-107/2025

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(103)-107/2025

31.01.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-2(103)-107/2025 31.01.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Firmasının Cavabdehnə qarşı “alqı-satqı müqaviləsi üzrə pulun tutulması” tələbinə dair ilkin, iddiaçı Cavabdeh İddiaçı Firmasına qarşı “alqı-satqı müqavilələrinin etibarsız hesab edilməsi” tələbinə dair (mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti) qarşılıqlı iddiası üzrə kommersiya mübahisəsi üzrə (Açar sözlər: barışıq sazişinin təsdiqi, apellyasiya icraatına xitam) hakimlər X1 (sədrlik edən və məruzəçi), X5 və Şirinov Ziya Allahverdi oğlundan ibarət tərkibdə, Məhərrəmova Günel Elman qızının katibliyi, iddiaçının nümayəndəsi və vəkili Vəkil2, cavabdehin nümayəndəsi və vəkili X2, cavabdehin nümayəndəsi X3, üçüncü şəxsin nümayəndəsi Nümayəndə3 iştirakı ilə İddiaçı Firmasının Cavabdehnə qarşı “alqı-satqı müqaviləsi üzrə pulun tutulması” tələbinə dair ilkin, iddiaçı Cavabdeh İddiaçı Firmasına qarşı “alqı-satqı müqavilələrinin etibarsız hesab edilməsi” tələbinə dair (mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti) qarşılıqlı iddiası üzrə kommersiya mübahisəsinə dair Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-1803/2024 nömrəli xx.xx.2024-cü il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərardadı qəbul etdi: İşin halları

1. Cavabdeh ilə İddiaçı Firması arasında xx.xx.2017-ci il tarixli KQ-ZS/03-2017 nömrəli malların alqı-satqı müqaviləsi bağlanmış, həmin müqaviləyə əsasən İddiaçı Firması müqavilənin 1 saylı qoşmasında göstərilmiş spesifikasiyaya, miqdara və qiymətə uyğun boruları “İnkoterms- 2010”a əsasən DDP Bakı, Azərbaycan şərtilə Puta DY Stansiyasına çatdırmağı, Cavabdeh isə müqavilə əsasında malların dəyərini ödəməyi öhdəsinə götürmüş, müqavilənin ümumi dəyəri ƏDV daxil olmaqla 15 676 161,07 manat, müqavilənin müddəti xx.xx.2019-cu il tarixinədək müəyyən edilmişdir. Adıçəkilən müqaviləyə 1 saylı qoşmaya ilə ayrı-ayrı boruların adı, ölçü vahidi, qiyməti və s. razılaşdırılmış, xx.xx.2019-cu il tarixli 1 nömrəli əlavə razılaşma ilə müqavilənin müddəti xx.xx.2020-ci il tarixinədək, 31 mart 2021-ci il tarixli 2 nömrəli əlavə razılaşma ilə müqavilənin müddəti öhdəliklər icra edilənədək şərtləşdirilmiş, 26 aprel 2021-ci il tarixli 2 sayı əlavə ilə satıcının bank rekvizitləri yeni redaksiyada verilmişdir;

2. Cavabdeh ilə İddiaçı Firması arasında xx.xx.2017-ci il tarixli KQ-ZS/02-2017 nömrəli malların alqı-satqı müqaviləsi bağlanmış, həmin müqaviləyə əsasən İddiaçı Firması müqavilənin 1 saylı qoşmasında göstərilmiş spesifikasiyaya, miqdara və qiymətə uyğun boruları “İnkoterms- 2010”a əsasən DDP Bakı, Azərbaycan şərtilə Puta DY Stansiyasına çatdırmağı, Cavabdeh isə müqavilə əsasında malların dəyərini ödəməyi öhdəsinə götürmüş, müqavilənin ümumi dəyəri ƏDV daxil olmaqla 2 952 607,8 manat, müqavilənin müddəti xx.xx.2019-cu il tarixinədək müəyyən edilmişdir. Adıçəkilən müqaviləyə 1 saylı qoşmaya ilə ayrı-ayrı boruların adı, ölçü vahidi, qiyməti və s. razılaşdırılmış, 26 aprel 2021-ci il tarixli 2 sayı əlavə ilə satıcının bank rekvizitləri yeni redaksiyada verilmiş, 06 dekabr 2021-ci il tarixli 03 saylı əlavə və onun qoşması ilə 3474,89 manat dəyərində boruların da dəyəri şərtləşdirilmişdir;

3. Cavabdeh ilə İddiaçı Firması arasında xx.xx.2018-ci il tarixli KQ-ZS/05-2018 nömrəli malların alqı-satqı müqaviləsi bağlanmış, həmin müqaviləyə əsasən İddiaçı Firması müqavilənin 1 saylı qoşmasında göstərilmiş spesifikasiyaya, miqdara və qiymətə uyğun boruları “İnkoterms- 2010”a əsasən DDP Bakı, Azərbaycan şərtilə Puta DY Stansiyasına çatdırmağı, Cavabdeh isə müqavilə əsasında malların dəyərini ödəməyi öhdəsinə götürmüş, müqavilənin ümumi dəyəri ƏDV daxil olmaqla 1 557 692,04 manat, müqavilənin müddəti xx.xx.2019-cu il tarixinədək müəyyən edilmişdir. Adıçəkilən müqaviləyə 1 saylı qoşmaya ilə ayrı-ayrı boruların adı, ölçü vahidi, qiyməti və s. razılaşdırılmış, 26 aprel 2021-ci il tarixli 2 sayı əlavə ilə satıcının bank rekvizitləri yeni redaksiyada verilmişdir;

4. Cavabdeh ilə İddiaçı Firması arasında xx.xx.2018-ci il tarixli 26155-18T nömrəli malların alqı-satqı müqaviləsi bağlanmış, həmin müqaviləyə əsasən İddiaçı Firması müqavilənin 1 saylı qoşmasında göstərilmiş spesifikasiyaya, miqdara və qiymətə uyğun boruları “İnkoterms-2010”a əsasən DDP Bakı, Azərbaycan şərtilə Puta DY Stansiyasına çatdırmağı, Cavabdeh isə müqavilə əsasında malların dəyərini ödəməyi öhdəsinə götürmüş, müqavilənin ümumi dəyəri ƏDV daxil olmaqla 4 003 616,69 manat, müqavilənin müddəti öhdəliklər icra edilənədək müəyyən edilmişdir. Adıçəkilən müqaviləyə 1 saylı qoşmaya ilə ayrı-ayrı boruların adı, ölçü vahidi, qiyməti və s. razılaşdırılmış, 16 yanvar 2020-ci il tarixli 01 saylı əlavə ilə 1 saylı qoşmanın 6-cı sətri yeni redaksiyada verilmiş (malın adı dəyişdirilmiş, ölçü vahidi, miqdarı və qiyməti dəyişdirilmədən qalmışdır), 26 aprel 2021-ci il tarixli 2 sayı əlavə ilə satıcının bank rekvizitləri yeni redaksiyada verilmişdir;

5. 14 fevral 2020-ci il tarixli Cavabdeh ilə İddiaçı Firmasının rəhbərləri və baş mühasibləri tərəfindən imzalanmış, hər iki hüquqi şəxsin möhürü ilə təsdiq edilmiş qarşılıqlı borcların üzləşdirilməsi aktına əsasən, xx.xx.2019-cu il tarixə İddiaçı Firmasına olan borc ƏDV daxil olmaqla 10 930 263,11 manat olaraq təsdiq edilmişdir;

6. 05 iyun 2023-cü il tarixli Cavabdeh ilə İddiaçı Firmasının baş mühasibləri tərəfindən imzalanmış, hər iki hüquqi şəxsin möhürü ilə təsdiq edilmiş qarşılıqlı borcların üzləşdirilməsi aktına əsasən, xx.xx.2023-cü il tarixə İddiaçı Firmasına olan borc ƏDV daxil olmaqla 7 116 228,53 manat (6 624 102,56 manat əsas, 492125,97 manat ƏDV) olaraq təsdiq edilmişdir.

İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsindəki icraat

7. İddiaçı Firması Cavabdehnə qarşı iddia ərizəsi və daha sonra iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, tərəflər arasında bağlanmış xx.xx.2017-ci il, xx.xx.2018-ci il tarixli alqı-satqı müqavilələri üzrə 7 116 228,53 manat məbləğində pulun və ödənilmiş dövlət rüsumunun, 520 manat hüquqi yardım xərcinin cavabdehdən iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir

8. İddia ərizəsində iddianın faktiki əsası olaraq göstərilmişdir ki, iddiaçı ilə cavabdeh arasında dörd ədəd malların alqı-satqı müqaviləsi (KQ-ZS/02-2017 saylı xx.xx.2017-ci il tarixli, KQ-ZS/03-2017 saylı xx.xx.2017-ci il tarixli, KQ-ZS/05-2018 saylı xx.xx.2018-ci il tarixli, 26155-18T saylı xx.xx.2018-ci il tarixli müqavilə) bağlanmışdır. Qeyd edilən müqavilələr üzrə İddiaçı Firması öz öhdəliklərini tam icra etmiş və müqavilələr üzrə tələb edilən mallar təhvil verilmişdir. Lakin cavabdeh malları qəbul etsə də, öz öhdəliklərini tam icra etməmiş, ümumilikdə bütün müqavilələr üzrə ödəniş öhdəlikləri mütəmadi gecikdirilmiş, malların dəyərinin əhəmiyyətili hissəsi isə bu günədək ödənilməmişdir. Belə ki, müqavilələr üzrə ümumikdə 6 624 102,56 manat əsas borc və ƏDV üzrə 492 125,97 manat olmaqla cəmi 7 116 228,53 manat borc ödənilməmiş qalmışdır. Bundan başqa, tərəflər arasında qüvvədə olan müqavilələrin ümumi olan 10-cu maddəsindən göründüyü kimi, öhdəliklərin gecikdirilməsinə görə gecikdirmədə təqsiri olan tərəfin cərimə ödəməsi nəzərə tutulmuşdur. Yuxarıda da qeyd edildiyi kimi, cavabdeh özünün ödəniş öhdəliklərini mütəmadi olaraq gecikdirmişdir. Öhdəliklərin gecikdirilməsi nəticəsində öz növbəsində İddiaçı Firması həm öz partnyorları qarşısında olan öhdəliklərini vaxtında icra edə bilməmiş, həm də vergi və digər dövlət ödənişlərinin ödənilməsində problemlər yaranmış və bu, şirkəti həm maddi zərərə uğratmış, həm də onun işgüzar nüfuzuna ziyan dəymişdir. Qeyd edilən borcların ödənilməsi ilə bağlı cavabdehə dəfələrlə yazılı şəkildə müraciətlər edilmiş, hər dəfə borcun qısa müddət ödəniləcəyi vəd edilsə də, buna əməl edilməmişdir. Tərəflər arasında sonuncu dəfə 05 iyun 2023cü il tarixdə “qarşılıqlı borcların üzləşdirilməsi aktı” tərtib edilib imzalanmış, həmin üzləşmə aktı ilə cavabdeh 31 may 2023-cü il tarixə olan vəziyyətdə İddiaçı Firması qarşısında 6 624 102,56 manat əsas borc və ƏDV üzrə 492 125,97 manat olmaqla cəmi 7 116 228,53 manat borcunun olmasını rəhbəri və baş mühasibinin imzaları və möhürü ilə təsdiq etmişdir. Bu üzləşmə aktı tərtib edildikdən sonra da borcun ödənilmədiyi nəzərə alınaraq cavabdehə, həm də “SOCAR”ın vitseprezidenti Zaur Qurbanovun adına borcun ödənilməsi xahişi ilə yazılı müraciətlər edilmişdir. “SOCAR”a ünvanlanmış 15 avqust 2023-cü il tarixli 19 saylı məktuba cavab olaraq “SOCAR”ın vitse-prezidenti Kənan Nəcəfovun imzası ilə daxil olmuş 24 avqust 2023-cü il tarixli 14-2/2- 3408/2023 saylı məktubda bildirilmişdir ki, “bağlanmış müqavilələr üzrə yaranmış kreditor borcun ödənilməsi istiqamətində Trest tərəfindən müvafiq tədbirlər görülməkdədir”. Qeyd edilən yazışmaların üzərindən bir neçə ay keçməsinə baxmayaraq, cavabeh və ya iş üzrə müstəqil tələb irəli sürməyən üçüncü şəxs tərəfindən borcun ödənilməsi istiqamətində hər hansı addım atılmamışdır. Bunu nəzərə alaraq iddiaçı cavabdeh və iş üzrə müstəqil tələb irəli sürməyən üçüncü şəxsə pretenziya məktubu ilə müraciət edərək borcun könüllü qaydada ödənilməsini xahiş etmiş, yaranmış borcun ödənilmə qaydası, yəni borcun müəyyən qrafik üzrə ödənilməsi ilə bağlı saziş layihəsini təqdim edərək onun imzalanmasını və borcun razılaşdırılmış qrafikə uyğun ödənilməsini təklif etmişdir. Lakin qarşı tərəf bu təkliflərə müsbət cavab verməmiş, məsələnin danışıqlar yolu ilə həll edilməsi üçün təşəbbüs göstərməmişdir.

9. Cavabdeh “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə məhkəməyə iddiaya etiraz təqdim edərək, iddia tələbinin rədd edilməsini və iddia müddətinin tətbiq edilməsini xahiş etmişdir. İddiaya etiraz onunla əsaslandırılmışdır ki, hazırkı iş üzrə iddiaçı və cavabdeh arasında iddiaya əlavə edilmiş cavabdehin təmsilçisinin imzaladığı 2017 və 2018-ci il tarixli müqavilələr bağlanaraq alqı-satqı hüquq münasibətləri yaranmışdır. 2017-ci il tarixli müqavilələr 2018-ci il tarixinə kimi, 2018-ci il tarixli müqavilələr isə 2019-cu il tarixinə qədər qüvvədə olmuşdur. Bu baxımdan müqavilə müddəti bitdikdən sonra təqdim edilmiş qaimələrin hüquqi əsasının nədən ibarət olduğu qeyri-müəyyəndir. Eyni zamanda müvafiq müqavilələrlə bağlı tələblər üzrə iddia müddəti ötürülmüşdür. İddia müddətinin keçməsi tələb hüququnun özünün deyil, bu hüququn səlahiyyətli orqan vasitəsi ilə məcburi qaydada həyata keçirilməsi imkanının xitamına səbəb olur. Bu səbəbdən iddia müddəti tətbiq edilərək iddia rədd edilməlidir.

10. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərardadı ilə Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs kimi işə cəlb edilmişdir.

11. Qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh İddiaçı Firmasına qarşı qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ilkin iddianın rədd edilməsi, tərəflər arasında təsdiq edildiyi iddia edilən xx.xx.2023-cü il tarixli “qarşılıqlı borcların üzləşdirilməsi” aktının və iddiaçı tərəfindən cavabdehə təqdim edilmiş xx.xx.2023-cü il tarixli 14-2-15/2-1109/2023 nömrəli məktubun etibarsız hesab edilməsi, xx.xx.2017-ci il tarixli KQ-ZS/03-2017 nömrəli, xx.xx.2017-ci il tarixli ZS/02-2017 nömrəli, xx.xx.2018-ci il tarixli KQ-ZS/05-2018 nömrəli, xx.xx.2018-ci il tarixli 26155-18T nömrəli alqı-satqı müqavilələrin etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

12. Qarşılıqlı iddia ərizəsində iddianın faktiki əsası olaraq göstərilmişdir ki: iddiaçı ilə cavabdeh arasında xx.xx.2017-ci il tarixli KQ-ZS/03-2017 nömrəli, xx.xx.2017-ci il tarixli ZS/02- 2017 nömrəli, xx.xx.2018-ci il tarixli KQ-ZS/05-2018 nömrəli, xx.xx.2018-ci il tarixli 26155-18T nömrəli alqı-satqı müqavilələri bağlanmaqla müvafiq hüquq münasibətləri yaranmışdır. Adıçəkilən Müqavilələrin 4-cü maddəsi təfsir edilsə, həmin maddə ilə mallar razılaşdırılmış ünvana çatdırıldıqdan və müvafiq sənədlər təqdim olunduqdan sonra alıcının satıcıya ödəniş edəcəyi razılaşdırılmışdır. İlkin iddia üzrə tələbin faktiki əsası kimi göstərilmiş malların Cavabdehnə təhvil verilməsi ilə bağlı hər hansı sübut yoxdur. Habelə Müqavilələrin 4-cü maddəsində qeyd edilən sənədlər qarşılıqlı iddiaçıya təqdim edilməmiş və məhkəməyə də sübut qismində təqdim edilməmişdir. xx.xx.2023-cü il tarixli “qarşılıqlı borcların üzləşdirilməsi” aktı İddiaçı Firması tərəfindən təqdim edilmiş və qarşılıqlı iddiaçının buna səlahiyyəti olmayan işçiləri tərəfindən təsdiqlənmişdir. Müvafiq işçilər tərəfindən borcların üzləşdirilməsi aktı təsdiq edilməsi üçün hər hansı səlahiyyət verilməmişdir. Borcların üzləşdirilməsi aktı tərtib edilərkən lazımi qaydada araşdırılma aparılmadığı üçün Cavabdeh müdirinə də yanlış məlumat verilmiş və ona görə də İddiaçı Firmasına xx.xx.2023-cü il tarixli 14-2-15/2-1109/2023 nömrəli məktubla cari borcla bağlı düzgün məlumat təqdim edilməmişdir. Bununla yanaşı, müvafiq məktubla adıçəkilən “qarşılıqlı borcların üzləşdirilməsi” aktı təsdiq edilməmişdir. Bununla yanaşı, müqavilələr bağlanan zamanı qarşılıqlı İddiaçı Firması tərəfindən malların dəyəri ilə bağlı aldadılmışdır. Malların dəyəri daha yüksək qiymətləndirilmiş və müqavilələrdə öz əksini tapmışdır. Hazırda araşdırma apararkən müəyyən olunur ki, malların dəyəri müqavilələr bağlandığı zaman 60% daha aşağı qiymətə olmuşdur. Aldatma dedikdə, digər tərəfi əqdi bağlamağa sövq etmək məqsədilə müəyyən faktlara dair bilə-bilə yalan məlumatlar verməklə və ya barəsində məlumat verilməli olan məsələlər barədə susmaqla onda əqd barəsində yanlış təəssürat yaratmaq və həmin təəssürat üzrə iradə ifadə etməyə məcbur etmək nəzərdə tutulur. Aldatma nəticəsində digər əqd iştirakçısında əqd və onun elementləri, onun bağlanması üçün mühüm əhəmiyyəti olan hallar və faktlar barəsində yanlış təsəvvür yaranır. Arzu olunan hüquqi nəticəni yaradan iradə ifadəsi olaraq əqd, o cümlədən onun ən geniş istifadə edilən növü olan müqavilələr bazar iqtisadiyyatı şəraitində iqtisadi dövriyyənin axımlılığmı təmin edən ən başlıca hüquqi vasitədir. Müəyyən bir əqd əsasında yarandığı hesab edilən hüquqla bağlı iddia tələbində məhkəmə icraatının ilk vəzifəsi həmin əqdin etibarlı olubolmadığını təsbit etməkdir. İddia tələbinin əsaslandığı əqdin etibarsız olması, birbaşa həmin əqd üzrə hüquqi nəticənin əmələ gəlmədiyini, yəni müqavilə üzrə iddia olunan subyektiv hüququn yaranmadığını göstərir. Ona görə də hər hansı bir əqdə əsaslanaraq verilən iddianın düzgün hüquqi həlli üçün, ilk növbədə, istinad olunan həmin əqdin etibarlı olub-olmaması müəyyən edilməlidir. Qarşılıqlı iddia ərizəsində iddianın maddi hüquqi əsası kimi Mülki Məcəllənin 337, 339.2, 359.1, 570.1-ci və s. maddələri göstərilmişdir. Cavabdeh “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə məhkəməyə iddiaya etiraz təqdim edərək, qarşılıqlı iddia tələbinin rədd edilməsini xahiş etmişdir.

13. Qarşılıqlı iddiaya etiraz onunla əsaslandırılmışdır ki: qarşılıqlı iddia ərizəsi onunla “əsaslandırılır” ki, guya ilkin iddiaçı tərəfindən mallar düzgün təqdim edilməmiş, təqdim edilmiş mallar müqavilədə göstərilən qiymətlərə uyğun olmamış, malların tərəflər arasında bağlanmış müqavilələrin 4-cü bəndində göstərilən qaydada təhvil verilməyinə dair sənədlər təqdim edilməmişdir, tərəflər arasında bağlanmış qarşılıqlı üzləşmə aktı səlahiyyətsiz şəxslər tərəfindən imzalanmışdır və Cavabdeh rəhbəri borcları təsdiq edən məktubu ona verilmiş yanlış məlumatlara əsasən imzalamışdır, qeyd edilənlərə əsasən də tərəflər arasında bağlanmış müqavilələr, qarşılıqlı üzləşmə aktı və borcların təsdiqinə dair məktub etibarsız sayılmalıdır. Tərəflər arasında malların alqı-satqısında dair bağlanmış müqavilələr ilkin iddia üzrə cavabdeh tərəfindən elan edilmiş və keçirilmiş satınalma (tender) prosedurlarının yekunlarına uyğun olaraq imzalanmışdır. Belə ki, Cavabdeh tərəfindən həmin vaxt qüvvədə olan “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikası qanununun tələblərinə uyğun olaraq satınalma keçirilmiş, rəqabətli satınalma prosesi nəticəsində ilkin iddia üzrə iddiaçının təklifi qalib seçilmiş və malların alqı-satqısına dair müvafiq müqavilələr imzalanmışdır. Həmin vaxt qüvvədə olan 27 dekabr 2001-ci il tarixli 245-İİQ nömrəli “Dövlət satınalmaları haqqında” Qanunun müddəalarından göründüyü kimi, “tender satınalma müqaviləsinin yerinə yetirilməsi üzrə iddiaçıların kağız daşıyıcıda və ya elektron formada təqdim etdikləri təkliflərdən ən səmərəlisinin seçilməsi məqsədi ilə keçirilən müsabiqə” kimi müəyyən edilib. Yəni tenderin keçirilməsinə məqsəd məhz ən səmərəli, ən aşağı qiymət təklifinin seçilməsi yolu ilə satınalma müqaviləsinin bağlanmasıdır. Cavabdeh də məhz ona görə tender prosesini keçirirdi ki, ən aşağı qiymət təklifi əsasında müvafiq malları alsın. Bu da o deməkdir ki, ilkin iddiaçı tərəfindən təqdim edilən qiymətlər məhz digər iddiaçıların təkliflərindən aşağı olduğu üçün qalib olmuşdu və qiymətlərin şişirdilməsi barədə deyilənlərin heç bir əsası yoxdur. Həmin qanundan göründüyü kimi, satınalma prosesləri ehtimal olunan qiymət çərçivəsində keçirilirdi və malların (işlərin və xidmətlərin) ehtimal olunan qiyməti dedikdə “satınalan təşkilat tərəfindən tenderin elan olunmasından əvvəl mövcud normativ hüquqi sənədlərə uyğun olaraq malların (işlərin və xidmətlərin) müəyyənləşdirilən orta bazar qiyməti” başa düşülür. Bununla bağlı verilmiş vəsatət, yəni tender proseduru ilə bağlı sənədlərin, xüsusən də ehtimal olunan qiymət və bütün iddiaçıların qiymət təkliflərinin məhkəməyə təqdim edilməsi barədə vəsatət təmin edilmiş, lakin ilkin iddia üzrə cavabdeh tərəfindən həmin sənədlər bugünədək məhkəməyə təqdim edilməmişdir. Yuxarıda qeyd edilənlər təsdiq edir ki, ilkin iddia üzrə iddiaçının təqdim etdiyi və onunla Cavabdeh arasında bağlanmış müqavilələrdə əks olunmuş qiymətlər hər hansı formada şişirdilməmiş, sonuncu tərəfindən qanun çərçivəsində müəyyən edilmiş ehtimal olunan qiymətlərə uyğun və digər təchizatçıların təklif etdikləri qiymətlərdən daha aşağı, daha səmərəli olmuşdur. Qarşılıqlı iddia ərizəsində qeyd edilən ikinci məsələ malların tərəflər arasında bağlanmış müqavilələrin 4-cü maddəsində müəyyən edilmiş qaydada təhvil verilməməsi və buna dair sənədlərin məhkəməyə təqdim edilməməsidir. Məhkəməyə təqdim edilmiş sənədlərdən göründüyü kimi, mallar ciddi hesabat blankı formasına malik “malların alınması üçün vəkalətnamə” – “Forma № M-2” əsasında qarşılıqlı iddiaçının həmin vəkalətnamə üzrə səlahiyyətli şəxsinə təqdim edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 118 nömrəli 27 avqust 2004-cü il tarixli qərarı ilə təsdiq edilmiş “Müəssisə və təşkilatların, habelə sahibkarlıqla məşğul olan fiziki şəxslərin iş xüsusiyyətlərinə uyğun olaraq ciddi hesabat blanklarının tərtibi və tətbiqi Qaydaları”ndan göründüyü kimi, “3.1. Azərbaycan Respublikası ərazisində fəaliyyət göstərən təşkilatların və fərdi sahibkarların iş xüsusiyyətlərinə uyğun olaraq ciddi hesabat blanklarının forma və rekvizitləri qanunvericilikdə nəzərdə tutulmuş hallar istisna olmaqla Azərbaycan Respublikasının Maliyyə Nazirliyi tərəfindən təsdiq edilir” və “1.4. Ciddi hesabat blankları təşkilatihüquqi formasından asılı olmayaraq, təşkilatların və fərdi sahibkarların maliyyətəsərrüfat fəaliyyətində əmtəə-pul dövriyyəsini əks etdirən, forma və rekvizitləri müəyyən olunmuş qaydada təsdiq edilən, xüsusi seriya və nömrəsi olan ilkin uçot sənədidir”. “Malların alınması üçün vəkalətnamə”, yəni “Forma № M-2” Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Kollegiyasının № Q-09 saylı 4 aprel 2016-cı tarixli qərarı ilə təsdiq edilmişdir (4 nömrəli əlavə) və hazırda qüvvədə olan bur forma onu göstərir ki, onu təsdiq edən şəxs əlavə etibarnaməyə ehtiyac olmadan müvafiq malları qəbul etməyə səlahiyyətlidir, qəbul edilən malların adları dəyəri və s. ayrıca bir təhvil-təslim aktına ehtiyac olmadan həmin vəkalətnamənin “vəkalətnamə kötüyü” hissəsində qeyd edilir. Qarşılıqlı iddia ərizəsində əksini tapmış “etibarsızlıq” iddiası ilə bağlı nəzərə alınmalıdır ki, müqavilələr Cavabdeh tərəfindən elan edilmiş tender prosedurlarına əsasən “Dövlət satınalmaları haqqında” Qanunla müəyyən edilmiş qaydada tender prosedurları nəticəsində bağlanmış, daha sonra müvafiq əlavələr bağlanmaqla bir daha təsdiq edilmiş, qarşılıqlı iddiaçı tərəfindən elektron qaimə-fakturalar təsdiq edilməklə ödəmələrinin əsas hissəsi icra edilmişdir. Belə olan halda, ilkin iddia üzrə iddiaçı ilə bağladığı müqavilələri mübahisələndirmək hüququna malik deyildir, üstəlik belə mübahisələndirmə üçün müddətlər onun tərəfindən ötürülmüşdür. Qarşılıqlı iddiaya etirazda hüquqi əsas kimi “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikası Qanununun (27 dekabr 2001-ci il tarixli) 27-ci maddəsi, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 118 nömrəli 27 avqust 2004-cü il tarixli qərarı ilə təsdiq edilmiş “Müəssisə və təşkilatların, habelə sahibkarlıqla məşğul olan fiziki şəxslərin iş xüsusiyyətlərinə uyğun olaraq ciddi hesabat blanklarının tərtibi və tətbiqi Qaydaları”na istinad edilmişdir.

14. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2-2(113)- 1803/2024 nömrəli qərardadı ilə qarşılıqlı iddia tələbinin “tərəflər arasında təsdiq edildiyi iddia edilən xx.xx.2023-cü il tarixli “qarşılıqlı borcların üzləşdirilməsi” aktının və iddiaçı tərəfindən cavabdehə təqdim edilmiş xx.xx.2023-cü il tarixli 14-2-15/2-1109/2023 nömrəli məktubun etibarsız hesab edilməsi” hissəsində iş üzrə icraata xitam verilməsi qərara alınmışdır.

15. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-1803/2024 nömrəli xx.xx.2024-cü il tarixli qətnaməsi ilə ilkin iddianın təmin edilməsi, ilkin iddia üzrə Cavabdehndən 7 116 228,53 manat (yeddi milyon bir yüz on altı min iki yüz iyirmi səkkiz manat əlli üç qəpik) məbləğində pul tutularaq ilkin iddia üzrə İddiaçı Firmasına ödənilməsi, qarşılıqlı iddianın təmin edilməməsi qət edilmiş, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 4348 (dörd min üç yüz qırx səkkiz) manat, hüquqi yardım xərcinin əvəzi olaraq 520 (beş yüz iyirmi) manat məbləğində pul ilkin iddia üzrə Cavabdehndən tutularaq ilkin iddia üzrə İddiaçı Firmasına ödənilməsi qət edilmişdir.

16. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-1803/2024 nömrəli xx.xx.2024-cü il tarixli qətnaməsindən Cavabdeh apellyasiya şikayəti verərək qətnamənin ləğv edilərək ilkin iddia tələbinin rədd edilməsi, qarşılıqlı iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

17. Apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmə qətnaməsində qeyd edilmişdir ki, “xx.xx.2017-ci il tarixli KQ-ZS/02-2017 nömrəli malların alqı-satqı müqaviləsi üzrə malların təqdim edilməsi ilə bağlı xx.xx.2021-ci il tarixli EBBO 346609 seriya və nömrəli elektron qaimə tərtib edilərək ilkin iddia üzrə cavabdehə göndərilmiş, 05 iyun 2023- cü il tarixli üzləşmə aktı ilə həmin müqavilə üzrə borc məbləği ilkin iddia üzrə cavabdeh tərəfindən etiraf edilmişdir. xx.xx.2017-ci il tarixli KQ-ZS/03-2017 nömrəli malların alqı-satqı müqaviləsi üzrə malların təqdim edilməsi ilə bağlı xx.xx.2020-ci il tarixli EBAR 491481 və EBAR 490731 seriya və nömrəli elektron qaimələr tərtib edilərək ilkin iddia üzrə cavabdehə göndərilmiş, 05 iyun 2023-cü il tarixli üzləşmə aktı ilə həmin müqavilə üzrə borc məbləği ilkin iddia üzrə cavabdeh tərəfindən etiraf edilmişdir. xx.xx.2018-ci il tarixli KQ-ZS/05-2018 nömrəli malların alqı-satqı müqaviləsinə sonuncu dəfə 26 aprel 2021-ci il tarixli 2 sayı əlavə ilə dəyişiklik edilmiş, 05 iyun 2023-cü il tarixli üzləşmə aktı ilə həmin müqavilə üzrə borc məbləği ilkin iddia üzrə cavabdeh tərəfindən etiraf edilmişdir. xx.xx.2018-ci il tarixli 26155-18T nömrəli malların alqı-satqı müqaviləsi üzrə malların təqdim edilməsi ilə bağlı xx.xx.2023-cü il tarixli EBDD 422989 seriya və nömrəli elektron qaimə tərtib edilərək ilkin iddia üzrə cavabdehə göndərilmiş, 05 iyun 2023-cü il tarixli üzləşmə aktı ilə həmin müqavilə üzrə borc məbləği ilkin iddia üzrə cavabdeh tərəfindən etiraf edilmişdir. 05 iyun 2023-cü il tarixli üzləşmə aktında hər dörd müqavilə üzrə hesabat ilində, yəni 2023-cü ildə ödəniş edildiyi təsbit edilmişdir. 20 noyabr 2023-cü il tarixli 14-2-15/2-1109/2023 nömrəli ilkin iddia üzrə cavabdehin möhürü ilə təsdiq edilmiş, qanuni təmsilçisi tərəfindən imza edilmiş məktubda ilkin iddia üzrə cavabdeh 6,6 milyon manat (ƏDV-siz) borcun olduğuni təsdiq etmişdir”. Göründüyü kimi, məhkəmə yalnız elektron qaimələrin və üzləşmə aktlarının mövcudluğuna istinad etmişdir. Halbuki, lazımi qaydada tərtib olunaraq göndərilmiş və ləğv olunmamış və ya mübahisələndirilməmiş elektron vergi- hesab fakturaları öz-özlüyündə malların təqdim olunmasını, işlərin görülməsini, xidmətlərin göstərilməsini birbaşa təsdiq etmir və hər bir halda iddianın əsasını təşkil edən müqavilənin şərtləri, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, öhdəliklərin icrasının rəsmiləşdirilməsi üsulu nəzərə alınmaqla məhkəmələr tərəfindən işdəki digər sübutlarla əlaqəli şəkildə qiymətləndirilməlidir. Yuxarıda adı çəkilən Müqavilələrin 4-cü maddəsinə görə, mallar razılaşdırılmış ünvana çatdırıldıqdan və müvafiq sənədlər təqdim olunduqdan sonra Alıcının Satıcıya ödəniş edəcəyi razılaşdırılmışdır. Bildiririk ki, ilkin iddia üzrə tələbin faktiki əsası kimi göstərilmiş malların KQİT-ə təhvil verilməsi ilə bağlı hər hansı sübut yoxdur. Habelə Müqavilələrin 4-cü maddəsində qeyd edilən sənədlər KQİT-ə təqdim edilməmiş və məhkəməyə də sübut qismində təqdim edilməmişdir. Qətnamədə qeyd edilir (Səh.5, 12.3, 2-ci abzas): Məhkəməyə təqdim edilmiş sənədlərdən göründüyü kimi, mallar ciddi hesabat blankı formasına malik “malların alınması üçün vəkalətnamə” – “Forma № M-2” əsasında qarşılıqlı iddiaçının həmin vəkalətnamə üzrə səlahiyyətli şəxsinə təqdim edilmişdir. Göründüyü kimi, işə baxan birinci instansiya məhkəməsi tərəfindən yanlış olaraq “malların alınması üçün vəkalətnamələr” “təhvil-təslim aktı” kimi qəbul edilmişdir. AR MM-in 570.1-ci maddəsinə əsasən əgər alğı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, satıcının əşyanı alıcıya vermək vəzifəsi aşağıdakı məqamda icra edilmiş sayılır: 570.1.1. müqavilədə satıcının əşyanı çatdırmaq vəzifəsi nəzərdə tutulubsa, əşyanın alıcıya və ya onun göstərdiyi şəxsə təhvil verildiyi məqamda. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verməlidir. Bildiririk ki, “E-məhkəmə” informasiya sisteminə baxarkən aşkar olunur ki, iddiaçının iddia etdiyi məbləğə mütənasib təhviltəslim aktları məhkəməyə təqdim edilməmişdir. Məhkəmə hərtərəfli və tam şəkildə sübutlara baxsaydı və onları araşdırsaydı bunu aşkara çıxara bilərdi. Ədalət mühakiməsi digər prinsiplərlə yanaşı faktlar əsasında həyata keçirilir, lakin iş materiallarında malların tam təhvil verilməsi faktı müəyyən edilmədiyinə baxmayaraq Məhkəmə bu qənaətə yanlış olaraq gəlmişdir. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla, habelə MPM-in 10- 1.3-cü maddəsində nəzərdə tutulmuş məhkəmə icraatında işə baxan məhkəmə öz qətnaməsini yalnız elektron məhkəmə icraatı materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Lakin Məhkəmə müvafiq prosessual qaydaya da riayət etməmişdir. Mülki qanunvericiliyin qeyd edilən normalarından göründüyü kimi, müqavilə tərəfləri arasındakı mübahisələrin həlli zamanı müqavilə şərtləri hərfi mənada təfsir edilməməli, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış təcrübə, işgüzar adətlər, tərəflərin müqavilə bağladıqdan sonrakı hərəkətləri nəzərə alınmalıdır. Halbuki, göstərilənlərdən heç biri birinci instansiya məhkəməsi tərəfindən araşdırılmamışdır. Belə ki, ilkin iddia tələbi üzrə iddiaçı tərəfindən aparılmış hesablamaların doğru olub-olmadığı mühasibatlıq ekspertizası keçirilməsi yolu ilə yoxlanılmamış, iddiaçının göstərdiyi rəqəmlər heç bir araşdırma aparılmadan təmin edilmişdir. Bundan əlavə, ilkin iddia üzrə iddiaçının təqdim etdiyi ödənişlərlə bağlı özünün tərtib etdiyi məlumat vərəqindən görünür ki, cavabdeh tərəfindən bəzi e-qaimələr üzrə ödənişlər həyata keçirilmişdir. Lakin nə məhkəmə həmin ödənişlərə dair bank hesabından çıxarışları tələb etməmiş, nə də ki, həmin çıxarışları iddiaçı məhkəməyə təqim etməmişdir. Bununla da, tərəflərin hazırki müqavilələr üzrə əvvəlki münasibətləri, danışıqlar, yazışmalar, yaranmış praktika, işgüzar adətlər ümumiyyətlə araşdırılmamışdır. Tərəflər arasında müqavilələr 2017-ci il və 2018-ci illərdə bağlanmışdır. Müqavilələrin isə müddəti müvafiq olaraq 2018-ci ildə və 2019-cu ildə bitmişdir. Bununla da, iddiaçı qanunvericiliyin tələblərinə əməl etməmiş, yaranmış mübahisənin həll edilməsini cavabdehdən vaxtında tələb etməmiş, bununla da iddia müddətini heç bir üzrlü səbəb olmadan ötürmüşdür. İddia müddətinin ötürülməsi məhkəmə tərəfindən iddianın rədd edilməsi üçün əsas hesab edilə bilər. İşə birinci instansiya məhkəməsində baxılarkən tərəfimizdən iddia müddətinin tətbiq edilməsinə dair ərizə təqdim edilsə də, məhkəmə tərəfindən nəzərə alınamamışdır. Belə ki, məhkəmə üzləşmə aktının tərtib edilməsini iddia müddətinin axımının kəsilməsinə səbəb olduğunu vurğulamışdır. Halbuki, yuxarıda qeyd etdiyimiz kimi, sözügedən üzləşmə aktları qanunvericiliyin tələblərinə riayət edilmədən tərtib edildiyi üçün qanuni və əsaslı hesab edilə bilməz. Hesab edirik ki, hazırki iş üzrə iddia müddəti tətbiq edilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair” 27 dekabr 2001-ci il tarixli Qərarına əsasən, İddia müddətinin əhəmiyyəti aşağıdakılardan ibarətdir: birinci, o, hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir; ikinci, iddia müddəti institutu mülki hüquq münasibətlərində qeyrimüəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir; üçüncü, iddia müddəti tərəflərə üzərindən çox vaxt ötmüş mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır. Bildiririk ki, ilkin iddia üzrə tələbin faktiki əsası kimi göstərilmiş malların KQİT-ə təhvil verilməsi ilə bağlı hər hansı sübut yoxdur. Habelə Müqavilələrin 4-cü maddəsində qeyd edilən sənədlər KQİT-ə təqdim edilməmiş və məhkəməyə də sübut qismində təqdim edilməmişdir. Məhkəmədə baxılan ilkin iddia üzrə mübahisə borcla bağlı olduğu üçün malların təhvil-təslim aktları tərəflər arasında borcun üzləşdirilməsi üçün olduqca zəruridir. Zevs-Z firması iddia edir ki, KQİT-ə mallar təhvil verib. Zevs-Z firmasına bununla bağlı müraciət etsək də müvafiq sənədlər bizə təqdim edilməyib. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 570.1-ci maddəsinə əsasən əgər alğı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, satıcının əşyanı alıcıya vermək vəzifəsi aşağıdakı məqamda icra edilmiş sayılır: 570.1.1. müqavilədə satıcının əşyanı çatdırmaq vəzifəsi nəzərdə tutulubsa, əşyanın alıcıya və ya onun göstərdiyi şəxsə təhvil verildiyi məqamda. İşə birinci instansiya məhkəməsində baxılan zaman AR MPM-nin 78-ci maddəsinə rəhbər tutmaqla, Zevs-Z firmasının kommersiya işi üzrə iddiasının əsası kimi qeyd etdiyi təhvil-təslim aktlarının tələb edilməsinə dair vəsatət təqdim etsək də, həmin vəsatətimiz də digər vəsatətlər kimi təmin edilməmişdir. Bu isə hakimin işə birtərəfli qaydada, qərəzli olaraq baxmasına birbaşa göstəricidir. Müvafiq tədqiqat obyekti nadir (raritet) mal deyil və ekspert lazımi diqqət göstərsəydi, müvafiq mallarla bağlı məlumat əldə etmək üçün kifayət qədər resursa xitab edə bilərdi. Lakin görünən odur ki, ekspert müvafiq halın araşdırılmasının marağında olmamışdır və formal mülahizə əsasında müvafiq imtina barədə məlumatı təqdim etmişdir. Habelə ekspert hansı resurslar üzrə araşdırma apardığını, malın qiymətinin öyrənilməsi üçün hansı ölkələrin bazarının araşdırıldığı, istehsalçı şirkətlərlə əlaqə yaradılıbyaradılmadığı barədə hər hansı dəlilə istinad etməmişdir ki, bu da araşdırmanın səthi aparılmasını söyləməyə əsas verir. Ekspertin ekspertiza aparılmasından imtina etməsininin hüquqi əsası yoxdur və ekspert də hüquqi konteksdən bu halı əsaslandırmayıb. Bildiririk ki, ekspertin ekspertiza aparılmasından imtina etməsininin hüquqi əsasları “Məhkəmə ekspertizası fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanunu ilə tənzimlənir. Ekspertin isə hazırki materiallar üzrə hansı əsasa görə ekspertiza aparılmasından imtina etməsini müəyyən etmək mümkün deyildir. Bu baxımdan hesab edirik ki, müvafiq imtina qanunsuz və əsassızdır. Odur ki, təkrar ekspertizanın keçirilməsinə dair birinci instansiya məhkəməsinə müraciət etsək də, vəsatətimiz əsassız olaraq təmin edilməmişdir. Halbuki, göstərilən hallar iş üçün əhəmiyyət kəsb edən hallardır. Hesab edirik ki, işə apelyasiya instansiya məhkəməsində baxılan zaman məhkəməəmtəəşünaslıq ekspertizasının başqa ekspertə həvalə olunmaqla keçirilməsini və ya müstəqil qiymətləndirici cəlb etməklə qeyd etdiyimiz suallara aydınlıq gətirməyinizi Sizdən xahiş edirik: Ekspertiza keçirilən zaman baxılmalı olan sualla bağlı təklifimiz aşağıdaki kimidir: 1. İddiaçı Firması ilə Cavabdeh arasında bağlanmış xx.xx.2017-ci il tarixli KQ-ZS/03-2017 nömrəli malların alqı-satqı müqaviləsinin 01 nömrəli qoşmasında göstərilən 3 növ malın 2017-ci ilin ikinci yarısına orta bazar dəyəri nə qədər təşkil edir (müqavilədə razılaşdırılan keyfiyyət, çatdırılma, zəmanət və s. şərtlər əsas götürülməklə)? 2. İddiaçı Firması ilə Cavabdeh arasında bağlanmış xx.xx.2017-ci il tarixli KQ-ZS/02-2017 nömrəli malların alqı-satqı müqaviləsinin 01 nömrəli qoşmasında göstərilən 4 növ malın 2017-ci ilin ikinci yarısına orta bazar dəyəri nə qədər təşkil edir (müqavilədə razılaşdırılan keyfiyyət, çatdırılma, zəmanət və s. şərtlər əsas götürülməklə)? 3. İddiaçı Firması ilə Cavabdeh arasında bağlanmış xx.xx.2018-ci il tarixli KQ-ZS/05-2018 nömrəli malların alqı-satqı müqaviləsinin 01 nömrəli qoşmasında göstərilən 6 növ malın 2018-ci ilin birinci yarısına orta bazar dəyəri nə qədər təşkil edir (müqavilədə razılaşdırılan keyfiyyət, çatdırılma, zəmanət və s. şərtlər əsas götürülməklə)? 4. İddiaçı Firması ilə Cavabdeh arasında bağlanmış xx.xx.2018-ci il tarixli 26155-18T nömrəli malların alqı-satqı müqaviləsinin xx.xx.2018-ci il tarixli 01 nömrəli qoşmasında göstərilən 8 növ malın (qoşmanın 6-cı sətrində göstərilmiş malın 16 yanvar 2020-ci il tarixli 01 saylı əlavədə göstərilən məlumatları əsas götürülməklə) 2018-ci ilin ikinci yarısına orta bazar dəyəri nə qədər təşkil edir (müqavilədə razılaşdırılan keyfiyyət, çatdırılma, zəmanət və s. şərtlər əsas götürülməklə)? 5. Qeyd olunan malların orta bazar dəyəri ilə müqavilələrdə razılaşdırılan dəyərləri arasında fərq olarsa, həmin fərq nə qədər təşkil edir? Sözügedən müqavilələr üzrə İddiaçı Firması öz üzərinə düşən öhdəlikləri yerinə yetirməmiş, malları müqaviləyə əsasən, müqavilədə göstərilən yerlərdə Cavabdehnə çatdırmamış, bununla bağlı təhvil-təslim aktları tərtib edilməmiş və mallar Cavabdehnə təhvil verilməmişdir. İşə birinci instansiya məhkəməsində baxılan zaman AR MPM-nin 78-ci maddəsinə rəhbər tutmaqla, Zevs-Z firmasının kommersiya işi üzrə iddiasının əsası kimi qeyd etdiyi təhvil-təslim aktlarının tələb edilməsinə dair vəsatət təqdim etsək də, həmin vəsatətimiz də digər vəsatətlər kimi təmin edilməmişdir.

Apellyasiya şikayətinə qarşı etiraz

18. Apellyasiya şikayətinə qarşı yazılı etiraz verilməmişdir.

Apellyasiya baxışı, verilən izahatlar

19. Məhkəmə kollegiyasının xx.xx.2024-cü il tarixli, 2-2(103)-1184/2024 nömrəli qərardadı ilə apellyasiya şikayəti mümkün hesab edilmiş, şifahi icraat qaydasında işə baxılması xx.xx.2025ci il tarixə, saat 10: 00-a təyin edilmişdir.

20. 23.01.2025-ci il tarixdə AZEMİS elektron məhkəmə informasiya sistemi vasitəsilə məhkəməyə Cavabdeh nümayəndəsi və vəkili tərəfindən aralarında bağlanmış barışıq razılaşması məhkəməyə təqdim olunmuşdur. Məhkəmə kollegiyasına təqdim edilmiş barışıq razılaşmasının şərtlərinə görə 1) X7 tərəflər arasında imzalanaraq Tərəflərin qarşılıqlı razılığı ilə onların arasındakı yuxarıda göstarilmiş müqavilələr üzrə tərəflər arasında yuxarıda göstərilən müqavilərlə bağlı mübahisənin Bakı Apellyasiya Məhkəməsində baxılma mərhələsində olan 2-2(103)-107/2025 saylı kommersiya işinin apellyasiya instansiyası mərhələsində barışıq vasitəsilə həll edərək mübahisənin məhkəmə qaydasında həllinə xitam verilməsi məqsədi ilə bağlanır; 2) X7 ilə KQİT onunla Zevs-Z arasında Müqavilələr əsasında Zevs-Z tərəfindən KQİT-nə təchiz edilmiş və onun tərəfindən qəbul olunmuş mallar üçün cəmi məbləğ-7,116,228.52 (yeddi milyon yüz on altı min iki yüz iyirmi səkkiz man. 52 qəp.) manat pul vəsaitinin KQİT tərəfindən Zevs-Z-yə ödənilməsi qarşılığında onun KQİT-nə qarşı iddiası üzrə 2-2(103)-107/2025 saylı işə məhkəmə qaydasında baxılmasına xitam verilməsinə razılaşır; 3) KQİT-nin X7nın yuxarıdakı 2-ci bəndində göstərilən öhdəliyi KQİT şamil edilir; 4) Zevs- Z X7nı imzalamaqla razılaşır və təsdiq edir ki, KQİT tərəfindən X7nın imzalanma tarixinə KQİT-nin Zevs-Z qarşısında olan ödəniş öhdəliklərinin ödənilməsi məqsədi ilə KQİT tərəfindən X7nın 2-ci maddəsində göstərilən ödənişin X7nın 5-ci maddəsində göstərilən qaydada həyata keçirilməsi X7nın 3-cü maddəsində göstərilən şəxslərə qarşı onun 2-2(103)-107/2025 saylı iş üzrə məhkəmə baxışı predmeti olan iddia tələbini tam ödəyir; 5) KQİT öhdəlik götürür ki, Müqavilələr üzrə Zevs-Z qarşısında borcunu bu razılaşmanın imzalanmasından sonra 5 gün ərzində Borcun 20%-ni (iyirmi faiz) ödəməklə bu razılaşmanın 1 saylı qoşmasında göstərilən qaydada onunla Zevs-Z arasında imzalanmış Müqavilələrdə və ya hesab-fakturada qeyd olunmuş bank hesablarına Zevs-Z tərəfindən təqdim edilmiş/edilməli hesab-faktura (invoys) və elektron qaimə faktura qarşılığında ödənilməsini təmin edəcəkdir. Ödənişlər hər cari ayın 25-dən etibarən 5 gün ərzində icra ediləcəkdir; 6) Tərəflərin X7 üzrə öhdəliklərinin icra edilməməsi və ya lazımınca yaxud vaxtında və tam həcmdə icra edilməməsi X7nın kobud pozuntusu hesab edilir və bu zaman yalnız hər iki tərəfin razılığı ilə tərəflər ilk addım olaraq öhdəliklərin vaxtının maksimum 2(iki) ay müddətində uzadılması ilə bağlı razılığa gələ bilərlər. Uzadılmış müddətdə də, öhdəlik pozuntusuna məruz qalmış Tərəf digər Tərəfin X7 üzrə öhdəliklərinin məhkəmə qaydasında məcburi icraya yönəldilməsi hüququ əldə edir və bununla əlaqədar pozuntuya məruz qalmış Tərəfin çəkə biləcəyi bütün xərclərin əvəzinin ödənilməsini tələb edə bilər. Pozuntu törətmiş Tərəf bu halda pozuntuya məruz qalmış Tərəfin çəkə biləcəyi hər hansı və bütün xərcləri həmin Tərəfin ilk tələbi əsasında ödəməyə borclu olur; 7) KQİT öhdəlik götürür ki, KQİT-nin X7 ilə nəzərdə tutulan öhdəliyinin KQİT tərəfindən X7 ilə nəzərdə tutulan qaydada yerinə yetirilməsini təmin edəcək. KQİT Zevs-Z qarşısında X7 üzrə öhdəliklərinin yerinə yetirilməsinə görə məsuliyyət daşıyır. KQİT tərəfindən X7 üzrə öhdəliklərin pozuldğuğu halda Zevs-Z öhdəliyin icrasını ondan tam həcmdə yerinə yetirilməsini tələb etmək hüququna malikdir; 8) KQİT razılaşar və təsdiq edir ki, X7nın lazımi qaydada icraya yönəldilməsi məqsədi ilə onun tərəfindən imzalanmalı və təqdim edilməli olan bütün və hər hansı sənədləri, o cümlədən, Zevs-Z tərəfindən istənilən və ya tələb edilə bilən sənədləri imzalayacaq tərtib və təqdim edəcək, hərəkətləri edəcək, qərarları, sərəncamları və tapşırıqları verəcək; 9) KQİT razılaşır və təsdiq edir ki, KQİT tərəfindən X7nın 14-cü maddəsində göstərilən öhdəliyin X7 ilə nəzərdə tutulan qaydada və müddətlərdə yerinə yetirilməsi üçün lazım və ya məqsədəmüvafiq olan bütün və hər hansı sənədləri, o cümlədən, Zevs-Z tərəfindən istənilən və ya tələb edilə bilən sənədləri imzalayacaq, tərtib və təqdim edəcək, hərəkətləri edəcək, qərarları, sərəncamları və tapşırıqları verəcək; 10) KQİT razılaşır və təsdiq edir ki, onun bu müqavilənin 9 və 10-cu maddələrində göstərilən öhdəliklərinin hər hansı bir pozuntusu onlar tərəfindən X7nın kobud pozuntusunu təşkil edir və X7nın icraya yönəldilməsi üçün əsas təşkil edir; 11) X7nın hər hansı bir müddəasının və ya onun bir hissəsinin etibarsızlığı onun digər müddəalarının etibarsızlığına səbəb olmur; 12) Tərəflər bildirir və bəyan edirlər ki, onlar X7nı imzalamaq və burada nəzərdə tutulmuş öhdəlikləri yerinə yetirmək üçün bütün lazımi (hər bir tərəfə xüsusi olaraq tətbiq oluna bilən) razılıqlara və səlahiyyətlərə malikdirlər və X7nı imzalamaq üçün qanunla və ya onların təsis sənədləri və ya digər daxili qaydaları ilə nəzərdə tutulan bütün prosedurlara, qaydalara və tələblərə əməl edilmiş və bütün gərəkən sənədlər tərtib edilmiş, imzalanmış və ya təsdiq edimiş, bütün zəruri qərarlar verilmişdir; 13) tərəflər X7nı imzalamaqla təsdiq edirlər ki, X7nın imzalanmasının hüquqi nəticələri üzrə hüquqi məsləhət almışlar, X7ndan doğan hüquqi nəticələr hüquq sahəsində ixtisaslaşan mütəxəssislər tərəfindən onlara izah edilmişdir və onlara tam aydındır, onlar X7na könüllü şəkildə, öz iradələrinə uyğun olaraq girirlər; 14) X7 3 əsl nüsxədə Azərbaycan dilində imzalanmışdır və tərəflərdən hər birində onun 1 əsl nüsxəsi qalır. Nüsxələrdən biri 2-2(103)-107/2025 saylı işə əlavə olunaraq iş üzrə icraata xitam verilməsi üçün əsas olur. Nüsxələrin hamısı eyni hüquqi qüvvəyə malikdir və üçü də eyni bir razılaşmanı təşkil edir.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

21. Maddə 52.5 iddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır.

22. Maddə 191.2-hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Tərəflərin məhkəmə tərəfindən təsdiq edilən barışıq sazişinin şərtləri qərardadda göstərilməlidir.

23. Maddə 261.0.5 tərəflər barışıq sazişi bağlamışlarsa və bu saziş məhkəmə tərəfindən təsdiq edilmişsə hakim iş üzrə icraata xitam verir.

24. Maddə 262.4 işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir.

25. Maddə 384.0.5 birinci instansiya məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə, qətnamə və ya qərardadı tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 259.0.1-259.0.5ci və 259.0.8—259.0.12-ci maddələrinə müvafiq olaraq iddianı tamamilə, yaxud qismən baxılmamış saxlaya, qətnamə və ya qərardadı tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 261-ci maddələrinə müvafiq olaraq iş üzrə icraata xitam verə bilər.

İşə apellyasiya qaydasında baxan məhkəmə kollegiyasının mövqeyi

26. Qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, tərəflər arasında bağlanmış barışıq razılaşmasının şərtləri qanuna zidd olmadığından və hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmadığından təsdiq edilməli, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(113)-1803/2024 nömrəli qətnaməsi ləğv edilməli, iş üzrə icraata xitam verilməlidir.

27. Məhkəmə şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 191, 261-262, 263-264, 391, 400 və 405-ci maddələrini rəhbər tutaraq

QƏRARA ALDİ:

Tərəflər arasında barışıq sazişi bağlanması ilə əlaqədar Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(113)-1803/2024 nömrəli qətnaməsi ləğv edilsin. Tərəflər arasında bağlanmış barışıq sazişinin aşağıdakı şərtləri məhkəmə tərəfindən təsdiq edilsin: 1) X7 tərəflər arasında imzalanaraq Tərəflərin qarşılıqlı razılığı ilə onların arasındakı yuxarıda göstarilmiş müqavilələr üzrə tərəflər arasında yuxarıda göstərilən müqavilərlə bağlı mübahisənin Bakı Apellyasiya Məhkəməsində baxılma mərhələsində olan 2-2(103)-107/2025 saylı kommersiya işinin apellyasiya instansiyası mərhələsində barışıq vasitəsilə həll edərək mübahisənin məhkəmə qaydasında həllinə xitam verilməsi məqsədi ilə bağlanır; 2) X7 ilə KQİT onunla Zevs-Z arasında Müqavilələr əsasında Zevs-Z tərəfindən KQİT-nə təchiz edilmiş və onun tərəfindən qəbul olunmuş mallar üçün cəmi məbləğ-7,116,228.52 (yeddi milyon yüz on altı min iki yüz iyirmi səkkiz man. 52 qəp.) manat pul vəsaitinin KQİT tərəfindən Zevs-Z-yə ödənilməsi qarşılığında onun KQİT-nə qarşı iddiası üzrə 2-2(103)-107/2025 saylı işə məhkəmə qaydasında baxılmasına xitam verilməsinə razılaşır; 3) KQİT-nin X7nın yuxarıdakı 2-ci bəndində göstərilən öhdəliyi KQİT şamil edilir; 4) Zevs-Z X7nı imzalamaqla razılaşır və təsdiq edir ki, KQİT tərəfindən X7nın imzalanma tarixinə KQİT-nin Zevs-Z qarşısında olan ödəniş öhdəliklərinin ödənilməsi məqsədi ilə KQİT tərəfindən X7nın 2-ci maddəsində göstərilən ödənişin X7nın 5-ci maddəsində göstərilən qaydada həyata keçirilməsi X7nın 3-cü maddəsində göstərilən şəxslərə qarşı onun 2-2(103)-107/2025 saylı iş üzrə məhkəmə baxışı predmeti olan iddia tələbini tam ödəyir; 5) KQİT öhdəlik götürür ki, Müqavilələr üzrə Zevs-Z qarşısında borcunu bu razılaşmanın imzalanmasından sonra 5 gün ərzində Borcun 20%-ni (iyirmi faiz) ödəməklə bu razılaşmanın 1 saylı qoşmasında göstərilən qaydada onunla Zevs-Z arasında imzalanmış Müqavilələrdə və ya hesab-fakturada qeyd olunmuş bank hesablarına Zevs-Z tərəfindən təqdim edilmiş/edilməli hesabfaktura (invoys) və elektron qaimə faktura qarşılığında ödənilməsini təmin edəcəkdir. Ödənişlər hər cari ayın 25-dən etibarən 5 gün ərzində icra ediləcəkdir; 6) Tərəflərin X7 üzrə öhdəliklərinin icra edilməməsi və ya lazımınca yaxud vaxtında və tam həcmdə icra edilməməsi X7nın kobud pozuntusu hesab edilir və bu zaman yalnız hər iki tərəfin razılığı ilə tərəflər ilk addım olaraq öhdəliklərin vaxtının maksimum 2(iki) ay müddətində uzadılması ilə bağlı razılığa gələ bilərlər. Uzadılmış müddətdə də, öhdəlik pozuntusuna məruz qalmış Tərəf digər Tərəfin X7 üzrə öhdəliklərinin məhkəmə qaydasında məcburi icraya yönəldilməsi hüququ əldə edir və bununla əlaqədar pozuntuya məruz qalmış Tərəfin çəkə biləcəyi bütün xərclərin əvəzinin ödənilməsini tələb edə bilər. Pozuntu törətmiş Tərəf bu halda pozuntuya məruz qalmış Tərəfin çəkə biləcəyi hər hansı və bütün xərcləri həmin Tərəfin ilk tələbi əsasında ödəməyə borclu olur; 7) KQİT öhdəlik götürür ki, KQİT-nin X7 ilə nəzərdə tutulan öhdəliyinin KQİT tərəfindən X7 ilə nəzərdə tutulan qaydada yerinə yetirilməsini təmin edəcək. KQİT Zevs-Z qarşısında X7 üzrə öhdəliklərinin yerinə yetirilməsinə görə məsuliyyət daşıyır. KQİT tərəfindən X7 üzrə öhdəliklərin pozuldğuğu halda Zevs-Z öhdəliyin icrasını ondan tam həcmdə yerinə yetirilməsini tələb etmək hüququna malikdir; 8) KQİT razılaşar və təsdiq edir ki, X7nın lazımi qaydada icraya yönəldilməsi məqsədi ilə onun tərəfindən imzalanmalı və təqdim edilməli olan bütün və hər hansı sənədləri, o cümlədən, Zevs-Z tərəfindən istənilən və ya tələb edilə bilən sənədləri imzalayacaq tərtib və təqdim edəcək, hərəkətləri edəcək, qərarları, sərəncamları və tapşırıqları verəcək; 9) KQİT razılaşır və təsdiq edir ki, KQİT tərəfindən X7nın 14-cü maddəsində göstərilən öhdəliyin X7 ilə nəzərdə tutulan qaydada və müddətlərdə yerinə yetirilməsi üçün lazım və ya məqsədəmüvafiq olan bütün və hər hansı sənədləri, o cümlədən, Zevs-Z tərəfindən istənilən və ya tələb edilə bilən sənədləri imzalayacaq, tərtib və təqdim edəcək, hərəkətləri edəcək, qərarları, sərəncamları və tapşırıqları verəcək; 10) KQİT razılaşır və təsdiq edir ki, onun bu müqavilənin 9 və 10-cu maddələrində göstərilən öhdəliklərinin hər hansı bir pozuntusu onlar tərəfindən X7nın kobud pozuntusunu təşkil edir və X7nın icraya yönəldilməsi üçün əsas təşkil edir; 11) X7nın hər hansı bir müddəasının və ya onun bir hissəsinin etibarsızlığı onun digər müddəalarının etibarsızlığına səbəb olmur; 12) Tərəflər bildirir və bəyan edirlər ki, onlar X7nı imzalamaq və burada nəzərdə tutulmuş öhdəlikləri yerinə yetirmək üçün bütün lazımi (hər bir tərəfə xüsusi olaraq tətbiq oluna bilən) razılıqlara və səlahiyyətlərə malikdirlər və X7nı imzalamaq üçün qanunla və ya onların təsis sənədləri və ya digər daxili qaydaları ilə nəzərdə tutulan bütün prosedurlara, qaydalara və tələblərə əməl edilmiş və bütün gərəkən sənədlər tərtib edilmiş, imzalanmış və ya təsdiq edimiş, bütün zəruri qərarlar verilmişdir; 13) tərəflər X7nı imzalamaqla təsdiq edirlər ki, X7nın imzalanmasının hüquqi nəticələri üzrə hüquqi məsləhət almışlar, X7ndan doğan hüquqi nəticələr hüquq sahəsində ixtisaslaşan mütəxəssislər tərəfindən onlara izah edilmişdir və onlara tam aydındır, onlar X7na könüllü şəkildə, öz iradələrinə uyğun olaraq girirlər; 14) X7 3 əsl nüsxədə Azərbaycan dilində imzalanmışdır və tərəflərdən hər birində onun 1 əsl nüsxəsi qalır. Nüsxələrdən biri 2-2(103)-107/2025 saylı işə əlavə olunaraq iş üzrə icraata xitam verilməsi üçün əsas olur. Nüsxələrin hamısı eyni hüquqi qüvvəyə malikdir və üçü də eyni bir razılaşmanı təşkil edir. ÖDƏNİŞ CƏDVƏLİ

ƏDV-siz s/s Tarix məbləğ ƏDV məbləği Yekun məbləğ 20% ödəniş Razılaşmanın imzalanmasından 5 gün ərzində 1,206,140.43 217,105.28 1,423,245.70 1 25-xx.xx.2025 603,070.21 108,552.64 711,622.85 2 25-xx.xx.2025 603,070.21 108,552.64 711,622.85 3 25-xx.xx.2025 653,707.45 57,915.41 711,622.85 4 25-xx.xx.2025 711,622.85 711,622.85 5 25-xx.xx.2025 711,622.85 711,622.85 6 25-xx.xx.2025 711,622.85 711,622.85 7 25-xx.xx.2025 711,622.85 711,622.85 8 25-xx.xx.2025 711,622.85 711,622.85

Cəmi 6,624,102.56 492,125.96 7,116,228.52

İş üzrə icraata xitam verilsin. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləği apellyatora aid edilsin. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətinə Azərbaycan Respublikası Ali Məhkəməsinə Bakı Apellyasiya Məhkəməsi vasitəsilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar