Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-2(103)-1071/2021 02.09.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər Məmmədov Vidadi Məmməd oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Azər Soltanhəmid oğlu və Baxışova Vüsalə Ələkbər qızından ibarət tərkibdə, məhkəmə iclasının katibi Sadıqov Mehman Norəs oğlunun katibliyi, İddiaçı MMC-nin vəkili və nümayəndəsi Vəkil1, Cavabdeh MMC-nin vəkili və nümayəndəsi Vəkil2 iştirakı ilə pul tələbinə dair iddia ərizəsi ilə bağlı Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)- 3286/2021 nömrəli iş üzrə 26 iyul 2021-ci il tarixli qərardadından cavabdehin şikayətinə əsasən kommersiya mübahisəsinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdehə qarşı məhkəməyə müraciət edərək, cavabdehdən iddiaçının xeyrinə 02.12.2020-ci il tarixli SL-166/20 nömrəli müqavilə üzrə 24.750 ABŞ dolları yaranmış əsas borc, müqavilə öhdəliklərinin pozulmasına görə hesablanmış 3.712 ABŞ dolları cərimə borcu və ödənilmiş 30 manat dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı məhkəməyə iddianı təmin tədbiri barədə ərizə də təqdim edərək, cavabdehə məxsus bank rekvizitləri kimi - Bank: "xxxx" ASC; M/h: AZ41NABZ********************; H/h: AZ91MUGA**********00212AZM00; SWİFT MUGA AZ22; Kod 506162 və digər mövcud olan bank hesablarına və depozitlərinə iddia tələbi həcmində qeyd edilən və cavabdehə məxsus olan digər hesablarına və depozitlərinə həbs qoyulması və iddia tələbi həcmində cavabdehə məxsus hesab və depozitlərdən hesablaşmaların aparılmasının qadağan edilməsinə dair qərardad qəbul edilməsini xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-3286/2021 nömrəli 09.07.2021-ci il tarixli qərardadı ilə ərizə qismən təmin edilərək, cavabdehin "xxxx" ASC; M/h: AZ41NABZ********************; H/h: AZ91MUGA**********00212AZM00; SWİFT MUGA AZ22; Kod 506162 bank hesabı, cavabdehin adına olan digər bank hesablarında olan 24.750 ABŞ dolları məbləğdə pul vəsaiti üzərinə işçilərinin əmək haqlarının verilməsi, dövlət büdcəsinə zəruri ödənişlərin (vergi, sosial və s.) aparılmasına məhdudiyyət qoyulmadan həbs qoyulmuşdur. Qərardadla razılaşmayan cavabdeh ondan şikayət verərək, ləğv edilməsini xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin 26.07.2021-ci il tarixli qərardadı ilə cavabdehin şikayəti geri qaytarılmışdır. Qərardadın əsaslarına görə, “Bakı Kommersiya Məhkəməsinin 09.07.2021-ci il tarixli, e-2-2(113)-3286/2021 nömrəli qərardadı 09.07.2021-ci il tarixdə tərəflərin “Elektron məhkəmə” informasiya sistemində olan elektron kabinetlərində yerləşdirilmişdir. Cavabdeh qanuni təmsilçisi Qanuni nümayəndə ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMC-nin kabinetinə hər hansı bir sənədlərin yerləşdirilməsi barədə bildirişlər daxil olmadığını qeyd etsə də, bununla bağlı hər hansı bir sübutu məhkəməyə təqdim etməmişdir. Həmçinin qeyd olunan qərardaddan şikayət cavabdehin qanuni təmsilçisi tərəfindən elektron kabinet vasitəsilə məhkəməyə təqdim edilmişdir. İş materiallarına əlavə edilmiş “AZEMİS” Elektron Məhkəmə İnformasiya Sistemindən çıxarışdan görünür ki, Cavabdeh qanuni təmsilçisi Qanuni nümayəndə 19.02.2019-cu il tarixdə şəxsi kabinetdə qeydiyyatdan keçmişdir. ... Beləliklə, işin yuxarıda göstərilən halları ilə təsdiq edilir ki, hazırkı şikayət Cavabdeh tərəfindən həmin şikayətin verilməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş 10 günlük müddət ötürülməklə verilmişdir.” Qərardadla razılaşmayan cavabdeh ondan şikayət verərək, ləğv edilməsini xahiş etmişdir. Şikayətin dəlillərinə görə, 09.07.2021-ci il tarixli qərardad cavabdehə çatdırılmamışdır və ümumiyyətlə bu iş üzrə nə şəxsi kabinetlərinə, nə də ki, ünvanlarına heç bir bildiriş daxil olmamışdır. Lakin hakim bu faktı nəzərə almamışdır. 26.07.2021-ci il tarixli məhkəmə baxışı bitdikdən sonra 09.07.2021-ci il tarixli qərardadın elektron kabinetə yerləşdirilməsi barədə bildiriş həm cavabdehhin, həm də direktor Ziya Hüseynzadənin elektron kabinetinə daxil olmuşdur. E-Məhkəmə portalının bildiriş bölməsindən çıxarış şikayətlərinə əlavə edilmişdir. Cavabdeh şikayət vermə müddətini ötürməmişdir. Bakı Kommersiya Məhkəməsinin 06.08.2021-ci il tarixli qərardadı ilə şikayət işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. İşə apellyasiya qaydasında baxılarkən cavabdehin vəkili və nümayəndəsi şikayətə uyğun izahat vermiş, iddiaçının vəkili və nümayəndəsi şikayətin təmin edilməməsini xahiş etmişdir. Məhkəmə kollegiyası şikayətin dəlillərini Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra - MPM) tələblərinə müvafiq qaydada iş materialları ilə birlikdə araşdıraraq, hesab edir ki, dəlillər əsassızdır. Belə ki, MPM-in 10-1.3-cü maddəsinə əsasən, kommersiya mübahisələri üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. Normanın tələbinə görə, kommersiya mübahisələri üzrə bütün sənədlərin, o cümlədən apellyasiya şikayətlərinin məhkəməyə göndərilməsi “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilməlidir və bu qaydadan istisna nəzərdə tutulmamışdır. İşdən müəyyən olunur ki, Bakı Kommersiya Məhkəməsinin 09.07.2021-ci il tarixli qərardadı 09.07.2021-ci il tarixdə saat 18:18-də cavabdehin direktoru X1 elektron kabinetinə yerləşdirilməklə çatdırılmış (iş vərəqi - 72), sonuncu tərəfindən tərtib olunmuş şikayət isə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə 23.07.2021-ci il tarixdə göndərilmişdir. MPM-in 268.1-ci maddəsinə əsasən, şikayət qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində verilir. Göründüyü kimi, qərardaddan şikayət verilməsi üçün qanunla nəzərdə tutulan 10 günlük müddət cavabdeh tərəfindən ötürülmüşdür. MPM-in 130.3-cü maddəsinə görə, prosessual müddətin bərpa olunması barədə vəsatət verilməmişsə, prosessual müddət keçdikdən sonra verilən şikayətlərə və sənədlərə baxılmır və onu vermiş şəxsə qaytarılır. İş üzrə prosessual müddətin bərpa olunması barədə vəsatət verilməmişdir. MPM-in 363.1.3-cü maddəsinə görə, apellyasiya şikayəti müəyyən edilmiş müddət keçdikdən sonra verilmişdirsə, birinci instansiya məhkəməsi tərəfindən qaytarılır. Beləliklə, hazırkı kommersiya mübahisəsinə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin qərardadı qanuni və əsaslıdır, şikayətin dəlilləri qərardadın ləğvinə əsas vermir. Bununla bağlı olaraq, qərardad dəyişdirilmədən saxlanılmalı, şikayət təmin olunmamalıdır (MPM-in 398.0.1-ci maddəsi). Göstərilənlərə əsasən və MPM-in 263, 264, 398, 400 və 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-3286/2021 nömrəli iş üzrə 26 iyul 2021-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Cavabdeh MMC-nin şikayəti təmin edilməsin. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz. HAKİMLƏR Vidadi Məmmədov Azər Hüseynov Vüsalə Baxışova
Məhkəmə qərarları › İş №2-2(103)-1071/2021
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(103)-1071/2021
02.09.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver