Məhkəmə qərarları › İş №2-2(103)-1075/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-1075/2021

29.09.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Daşıma müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-1075/2021 29.09.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apelyasiya Məhkəməsinin Kommersiya Kollegiyası hakimlər Baxışova Vüsalə Ələkbər qızının sədrliyi və məruzəsi ilə, hakimlər Qurbanov Raqib Əliddin oğlu və Məmmədov Vidadi Məmməd oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Vəliyev Elmar Valeh oğlunun katibliyi ilə, iddiaçının nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, iddiaçı "Ruslan Kəndli (Fermer) Təsərrüfatı” Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdehnə qarşı “xidmət müqaviləsi üzrə borcun tutulması”na dair iddiası üzrə Bakı Kommersiya Məhkəməsinin 27.07.2021- ci il tarixli e-2-2(113)-2957/2021 nömrəli qətnaməsindən (hakim Zeynəb Axundova) cavabdehin apelyasiya şikayətinə əsasən işə Bakı Apelyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı "Ruslan Kəndli (Fermer) Təsərrüfatı" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh "xxxx" MMCdən 33398,95 manat xidmət haqqı, 306935,43 manat dəbbə pulu, cəmi 340334,38 manat, hüquqi yardıma görə ödənilmiş 315 manat, iddianın verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 manat məbləğində pul vəsaitinin iddiaçı “Ruslan Kəndli (Fermer) Təsərrüfatı ” MMC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı “X1 Təsərrüfatı” MMC ilə cavabdeh “X2” MMC arasında CPSX18/0417 nömrəli 01 aprel 2018-ci il tarixli xidmət müqaviləsi bağlanmışdır. Həmin müqavilənin 1.1-ci bəndinə əsasən icraçı "xxxx" MMC-nin istehsalı olan kisə sement məhsullarının öz nəqliyyat vasitələri ilə bu Müqavilənin ayrılmaz tərkib hissəsi olan Əlavə 1-də göstərilən məntəqədən qeyd edilmiş şəhər və rayonlara təyin edilmiş qiymət tarifinə uyğun olaraq daşınması və sifarişçinin təyin etdiyi anbara boşaldılması xidmətlərini göstərir və sifarişçi isə bu xidmət müqabilində icraçıya müvafiq haqq ödəyir. 2018-ci ilin avqust və sentyabr aylarında ümumi məbləğ 33398,85 manat olmaqla daşınma xidməti həyata keçirilmişdir. Müqavilənin 2.3-cü bəndinə əsasən, təhviltəslim aktı imzalandıqdan və ay ərzində göstərilmiş xidmətə dair hesab-faktura “sifarişçiyə”yə təqdim olunduqdan sonra 45 gün ərzində nağd və ya bank köçürməsi yolu ilə həyata keçirilməlidir. Lakin Müqavilənin qeyd olunan bəndlərinin tələbləri cavabdeh tərəfindən pozulmuşdur. Belə ki, bir neçə dəfə şifahi xahişlərinə baxmayaraq icra edilən daşınma xidmətinə görə bu günə kimi heç bir ödəniş həyata keçirilməmiş, müqaviləyə əsasən götürdükləri öhdəliyi icra etməmişdir. Nəticədə Şirkətə ziyan vurulmuşdur. Müqavilənin 8.2-ci bəndinə əsasən tərəflər arasında yaranmış mübahisələr danışıqlar yolu ilə həll olunmursa, bu halda mübahisə maraqlı tərəfin müraciəti ilə Azərbaycan Respublikasının müvafiq məhkəməsində həll olunur. Bununla bağlı qeyd olunan borcun ödənilməsi üçün 04.05.2021-ci il tarixli pretenziya məktubu cavabdehin hüquqi ünvanına göndərilmiş, pretenziya cavabdehin ünvanına aparılmış, lakin cavabdehin həmin ünvanda yerləşmədiyinin aşkar edilməsi səbəbindən məktub geri qaytarılmışdır. 01.08.2018-ci il tarixdən 19.09.2018-ci il tarixədək olan müddətdə göstərilmiş xidmət üçün verilmiş qaimələr üzrə 33398,85 manat olmaqla xidmət haqqı ödəniş müddəti pozulmaqla bu günə kimi Şirkətə ödənilməmişdir. Müqavilənin 10.2-ci bəndinə görə icraçı bu müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri müəyyən edilmiş müddət ərzində yerinə yetirmədiyi halda, gecikdirilmiş müddətin hər günü üçün müqavilənin ümumi məbləğinin 1% həcmində dəbbə pulu ödəyir. Müqavilənin 2.3-cü bəndinin tələbinə görə, yəni təqdim edilmiş 01.08.2018-ci il tarixdən 19.09.2018-ci il tarixədək olan müddətdə (müqavilə ödənişin hesab faktura təqdim edildikdən sonra 45 gün ərzində ödənişin təmin edilməsini nəzərdə tutduğu üçün dəbbə pulunun hesablanması 45 gün sonradan hesablanmışdır.) 01.08.2018-ci il tarixdən 19.09.2018-ci il tarixədək olan dövr üçün – (918 gün) 306935,43 manat məbləğində şirkətə ziyan vurulmuşdur. Bakı Kommersiya Məhkəməsinin 27.07.2021- ci il tarixli e-2-2(113)-2957/2021 nömrəli qətnaməsi ilə iddia qismən təmin edilərək Cavabdehndən 33398,95 manat xidmət haqqı, 2000 manat cərimə, hüquqi yardıma görə ödənilmiş 33 manat və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 3 manat olmaqla, cəmi 35434,95 manat məbləğində pulun "Ruslan Kəndli (Fermer) Təsərrüfatı” Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə tutulması, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. Həmin qətnamədən cavabdeh apelyasiya şikayəti verərək qətnamənin iddianın təmin edildiyi hissədə ləğv edilməsini, həmin hissədə iddianın rədd edilməsini xahiş etmişdir. Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, MPM-nin 150.0.8-ci maddəsinə əsasən iddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət etməzdən əvvəl tərəflər mediasiya prosesində iştirak etməli olduqları halda, bu prosedura əməl edilməmiş, məhkəmə isə bu hala hüquqi qiymət verməmişdir. İşə apelyasiya qaydasında baxılması 29.09.2021-ci il tarixə təyin edilmiş, cavabdehin nümayəndəsinin elektron kabinetinə bildiriş göndərilməklə məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilsə də, iclasda hər hansı üzürlü səbəb olmadan iştirak etməmiş, məhkəmə MPM-nin 376.2-ci maddəsini rəhbər tutaraq işə baxılmasını mümkün hesab etmişdir. İddiaçının nümayəndəsi və vəkili Nümayəndə məhkəmə iclasında apelyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etmişdir. Məhkəmə izahatı dinləyib, apelyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apelyasiya şikayəti təmin edilməməli, Bakı Kommersiya Məhkəməsinin 27.07.2021- ci il tarixli e-2-2(113)-2957/2021 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. İş materilallarından görünür ki, "Ruslan Kəndli (Fermer) Təsərrüfatı" MMC (icraçı) ilə Cavabdeh MMC (sifarişçi) arasında 01 aprel 2018-ci il tarixdə CPSX18/0417 nömrəli xidmət müqaviləsi bağlanmışdır. Həmin müqavilənin 1.1-ci bəndinə əsasən icraçı "xxxx" MMC-nin istehsalı olan kisə sement məhsullarının öz nəqliyyat vasitələri ilə bu Müqavilənin ayrılmaz tərkib hissəsi olan Əlavə 1-də göstərilən məntəqədən qeyd edilmiş şəhər və rayonlara təyin edilmiş qiymət tarifinə uygun olaraq daşınması və sifarişçinin təyin etdiyi anbara boşaldılması xidmətlərini göstərir və sifarişçi isə bu xidmət müqabilində icraçıya müvafiq haqq ödəyir. Müqavilənin 2.3-cü bəndinə əsasən, təhvil-təslim aktı imzalandıqdan və ay ərzində göstərilmiş xidmətə dair hesab-faktura “sifarişçiyə”yə təqdim olunduqdan sonra 45 gün ərzində nağd və ya bank köçürməsi yolu ilə həyata keçirilməlidir. Həmin müqavilənin 10.2-ci bəndinə görə icraçı bu müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri müəyyən edilmiş müddət ərzində yerinə yetirmədiyi halda, gecikdirilmiş müddətin hər günü üçün müqavilənin ümumi məbləğinin 1% həcmində dəbbə pulu ödəyir. Qeyd olunan müqaviləyə edilən 01.05.2018-ci il tarixli Əlavə 1-lə göstəriləcək xidmət tarifləri, regionlara qalaq sementin daşınma qiymətləri müəyyən edilmişdir. 18.09.2018-ci il tarixli, EAAM seriyalı, 177481 nömrəli elektron qaimədən müəyyən edilir ki, "Ruslan Kəndli (Fermer) Təsərrüfatı" Məhdud Cəmiyyəti tərəfindən Cavabdeh Məhdud Cəmiyyətinə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 24333,24 (ƏDV daxil) manat təşkil edir. 23.10.2018-ci il tarixli, EAAN seriyalı, 065001 nömrəli elektron qaimədən müəyyən edilir ki, "Ruslan Kəndli (Fermer) Təsərrüfatı" Məhdud Məhdud Cəmiyyəti tərəfindən Cavabdeh Məhdud Məhdud Cəmiyyətinə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 9065,61 (ƏDV daxil) manat təşkil edir. 13.03.2019-cu il tarixli, EAAR seriyalı, 624769 nömrəli elektron qaimədən müəyyən edilir ki, "Ruslan Kəndli (Fermer) Təsərrüfatı" Məhdud Məhdud Cəmiyyəti tərəfindən Cavabdeh Məhdud Məhdud Cəmiyyətinə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 14468,32 (ƏDV daxil) manat təşkil edir. 23.04.2019-cu il tarixli, EAAT seriyalı, 462103 nömrəli elektron qaimədən müəyyən edilir ki, "Ruslan Kəndli (Fermer) Təsərrüfatı" Məhdud Məhdud Cəmiyyəti tərəfindən Cavabdeh Məhdud Məhdud Cəmiyyətinə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 9522,05 (ƏDV daxil) manat təşkil edir. 27.05.2019-cu il tarixli, EAAU seriyalı, 970654 nömrəli elektron qaimədən müəyyən edilir ki, "Ruslan Kəndli (Fermer) Təsərrüfatı" Məhdud Məhdud Cəmiyyəti tərəfindən Cavabdeh Məhdud Məhdud Cəmiyyətinə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 5601,84 (ƏDV daxil) manat təşkil edir. 03.07.2019-cu il tarixli, EAAW seriyalı, 641425 nömrəli elektron qaimədən müəyyən edilir ki, "Ruslan Kəndli (Fermer) Təsərrüfatı" Məhdud Məhdud Cəmiyyəti tərəfindən Cavabdeh Məhdud Məhdud Cəmiyyətinə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 3037,68 (ƏDV daxil) manat təşkil edir. 14.08.2019-cu il tarixli, EAAY seriyalı, 438384 nömrəli elektron qaimədən müəyyən edilir ki, "Ruslan Kəndli (Fermer) Təsərrüfatı" Məhdud Məhdud Cəmiyyəti tərəfindən Cavabdeh Məhdud Məhdud Cəmiyyətinə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 2896,21 (ƏDV daxil) manat təşkil edir. 26 iyul 2021-ci il tarixli, 14 nömrəli maliyyə arayışında qeyd edilmişdir ki, "Ruslan Kəndli (Fermer) Təsərrüfatı" MMC ilə Cavabdeh MMC arasında bağlanmış 01 aprel 2018ci il tarixdə CPSX18/0417 nömrəli müqavilə əsasında, sementin daşınması və müvafiq vergi hesab-fakturalarının 01-31 avqust 2018-ci il tarixləri arasında 24333,24 manat məbləğində aparılması və 01-30 sentyabr 2018-ci il tarixləri arasında 9065,61 manat məbləğində Azərbaycan Respublikası daxilində sement daşınması həyata keçirilmişdir. "Ruslan Kəndli (Fermer) Təsərrüfatı" MMC tərəfindən 24.05.2021-ci il tarixdə pretenziya qaydasında xəbərdarlıqla Cavabdeh MMC-yə müraciət edilərək borcun ödənilməsi xahiş edilmiş, eyni zamanda borc ödənilmədiyi təqdirdə məhkəməyə müraciət ediləcəyi bildirilmişdir. Məhkəmə işdəki sübutlar əsasında iddianın əsas borcla bağlı hissədə əsaslı olduğuna dair nəticəyə gəlmiş, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 386.1, 425.1, 425.2, 448.1-ci maddələrinə istinad edərək əsas borc hissəsində tələbi tam, cərimə hissəsində Mülki Məcəllənin 467-ci maddəsini tətbiq edərək qismən təmin etmişdir. əsasən qismən təmin etmişdir. Cavabdeh apelyasiya şikayətində borc məbləğini, iddiaçı tərəfindən göstərilmiş xidməti mübahisələndirməmişdir. Tərəflərin hazırkı iş üzrə mediasiya prosesində iştirak etməli olduqlarına dair apelyasiya şikayətinin dəlili əsassızdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinə kommersiya mübahisələri üzrə tərəflərin məhkəməyə müraciət etməmişdən əvvəl “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada ilkin mediasiya sessiyasında iştirakının tələb olunması ilə bağlı edilmiş dəyişiklik 2021-ci ilin iyul ayından qüvvəyə minmişdir. İddiaçı hazırki iddia ərizəsi ilə məhkəməyə 2021-ci ilin iyun ayında müraciət etdiyindən mediasiya bağlı dəyişiklik nəzərə alına bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 3.1-ci maddəsinə əsasn məhkəmə icraatı işə baxılan, ayrı-ayrı prosessual hərəkətlər həyata keçirilən və yaxud məhkəmə aktı icra edilən zaman qüvvədə olan mülki prosessual qanuna əsasən aparılır. Qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, apelyasiya şikayəti təmin edilməməli, Bakı Kommersiya Məhkəməsinin 27.07.2021- ci il tarixli e-2-2(113)-2957/2021 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382-385, 392, 393, 402-406-cı maddələrinin tələblərini rəhbər tutaraq, QƏT ETDİ: Cavabdeh apelyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin 27.07.2021- ci il tarixli e-2-2(113)-2957/2021 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi (elektron kabinetə yerləşdirildiyi) gündən 2 (iki) ay müddətində elektron kabinet vasitəsi ilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar