Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-2(103)-1075/2022 26.10.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apelyasiya Məhkəməsinin Kommersiya kollegiyası hakimlər Baxışova Vüsalə Ələkbər qızının sədrliyi və məruzəsi ilə, Qurbanov Raqib Əliddin oğlu və ibarət tərkibdə, шddiaçı İddiaçı MMC-nin cavabdeh “X1” Anonim Şirkətinə qarşı pul tələbinə dair kommersiya işi üzrə Bakı Kommersiya Məhkəməsinin 16 sentyabr 2022-ci il tarixli, e-2- 2(113)-1823/2022 saylı qərardadından (hakim Zeynəb Axundova) İddiaçı MMC tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq M ü ə y y ə n e t d i: İddiaçı Məhdud Məhdud Cəmiyyəti (bundan sonra İddiaçı MMC) cavabdeh “X1” Anonim Şirkətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh “X1” Anonim Şirketindən 400000 (dörd yüz min) ABŞ dolları məbləğində əsas borc və illik 5 faiz hesablanmaqla 20000 ABŞ dolları olmaqla, ümumilikdə 420000 ABŞ dolları məbləğində pul və ödənilmiş dövlət rüsumu olaraq 1004 manatın tutularaq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin 08 iyul 2022-ci il tarixli, e-2-2(113)-1823/2022 saylı qətnaməsi ilə iddia qismən təmin edilərək, cavabdeh “X1” Anonim Şirkətindən 400000 (dörd yüz min) ABŞ dolları məbləğində pul və ödənilmiş dövlət rüsumuna görə 575 (beş yüz yetmiş beş) manat məbləğində pulun İddiaçı xeyrinə tutulması qət edilmişdir. Qeyd edilən qətnamədən cavabdehin nümayəndəsi və vəkili Vəkil2 tərəfindən “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə apellyasiya şikayəti verilmiş və Bakı Kommersiya Məhkəməsinin 29 avqust 2022-ci il tarixli, e-2-2(113)-1823/2022 saylı qərardadı ilə cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 363.1.1-1 və 363.1.2-ci maddələrinə əsasən geri qaytarılmışdır. Daha sonra Bakı Kommersiya Məhkəməsinin 08 iyul 2022-ci il tarixli, e-2-2(113)- 1823/2022 saylı qətnaməsindən cavabdehin nümayəndəsi və vəkili tərəfindən “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə apellyasiya şikayəti verilmiş, şikayətə həmçinin apellyasiya şikayətinin verilməsi üçün buraxılmış müddətin bərpa edilməsinə dair ərizə əlavə edilərək, ötürülmüş müddətin bərpa edilməsi və şikayətin apellyasiya instansiyası məhkəməsinə göndərilməsi xahiş edilmişdir. Bakı Kommersiya Məhkəməsinin 16 sentyabr 2022-ci il tarixli, e-2-2(113)-1823/2022 saylı qərardadı ilə buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizə təmin edilmiş və buraxılmış prosessual müddətin üzrlü hesab edilərək bərpa edilməsi və apellyasiya şikayətinin işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Həmin qərardaddan İddiaçı MMC tərəfindən şikayət verilmişdir. Şikayətdə qeyd edilir ki, cavabdeh tərəfindən buraxılmış müddəin bərpası üçün heç bir üzürlü səbəb göstərilməmiş, qərardad əsaslandırılmamışdır. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, e-2-2(113)-1823/2022 nömrəli qərardadı ilə şikayət təmin edilməmiş və baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilmişdir. Şikayətə apellyasiya instansiyası məhkəməsi tərəfindən yazılı icraat qaydasında baxılması qərara alınmışdır. Məhkəmə şikayəti iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, Bakı Kommersiya Məhkəməsinin 16 sentyabr 2022-ci il tarixli, e-2-2(113)- 1823/2022 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 360-cı maddəsinə əsasən apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. 133.1-ci maddəsinə əsasən məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzrlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. Avropa İnsan Hüquqları Məhkəməsi “Sovtransavto Holdinq”in Ukraynaya qarşı şikayəti üzrə xx.xx.2002-ci il tarixli qərarında şikayətin qanunda nəzərdə tutulmuş müəyyən formallıqlara riayət edilmədiyinə görə qəbul edilməsindən imtina olunmasını “artıq formalizm” kimi qiymətləndirmişdir. Həmin qərarda qeyd edilmişdir ki, şəxs vaxtında məhkəməyə müraciət etmək üçün iradəsini ifadə etmişdirsə, şikayətin formal səbəblərdən geri qaytarılmış olması şikayət hüququnu məhdudlaşdırmamalıdır. Məhkəmə kollegiyası cavabdeh tərəfindən ilk dəfə apellyasiya şikayətinin qanunla müəyyən edilmiş prosessual müddət daxilində verildiyini, məhkəmənin xx.xx.2022-ci il tarixli qərardadı ilə verilmiş apellyasiya şikayəti verilməsi üçün qanunda nəzərdə tutulmuş qaydada dövlət rüsumu ödənilmədiyinə və formaya riayət edilmədən verildiyinə görə geri qaytarıldığını, qısa müddət ərzində cavabdeh tərəfindən nöqsanların aradan qaldırıldığını nəzərə alaraq hesab edir ki, buraxılmış prosessual müddətin bərpası barədə qərardadın ləğvi üçün əsaslar mövcud deyil. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, şikayət təmin edilməməli, Bakı Kommersiya Məhkəməsinin 16 sentyabr 2022-ci il tarixli, e-2-2(113)-1823/2022 saylı qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264, 398.0.1, 400 və 405-ci maddələrinin tələblərini rəhbər tutaraq, Q Ə R A R A A L D İ: İddiaçı MMC-nin şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin 16 sentyabr 2022-ci il tarixli, e-2-2(113)-1823/2022 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad dərhal qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2-2(103)-1075/2022
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(103)-1075/2022
26.10.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver