Məhkəmə qərarları › İş №2-2(103)-1079/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-1079/2023

20.12.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-1079/2023 20.12.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı "xxxx" ASC-nin cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinə qarşı kommersiya işi Açar söz: subroqasiya hüququ Bakı Apelyasiya Məhkəməsinin Kommersiya Kollegiyası hakimlər Baxışova Vüsalə Ələkbər qızının sədrliyi və məruzəsi ilə, hakimlər Qurbanov Raqib Əliddin oğlu və Hüseyn Aida Əli qızından ibarət tərkibdə, məhkəmə iclas katibi Həşimli Nigar Vahid qızının katibliyi, cavabdehin nümayəndəsi X1 iştirakı ilə, iddiaçı "xxxx" ASC-nin cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinə qarşı subroqasiya qaydasında pul tələbinə dair kommersiya mübahisəsi üzrə Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(113)- 4335/2023 nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxdı. İşin halları

1. Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən tərtib olunmuş CYP 678138 nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, “Hyundai Sonata” markalı 90AH155 dövlət nömrə nişanlı avtomobilin sürücüsü X.Məmmədov küçəsi ilə hərəkət edən zaman manevrə qaydasını pozmuş, nəticədə sağ tərəfi ilə hərəkətdə olan Mercedes Benz 160 markalı 90UR764 dövlət nömrə nişanlı avtomaşını sürtmüşdür. Hadisə zamanı bədən xəsarəti alan olmamışdır.

2. Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən tərtib olunmuş CYP 160372 nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Babək prospekti mərmər qranit mağazasının qarşısında arxadan yüksək surətlə hərəkət edən Hyundai Sonata markalı 90VM094 dövlət nömrə nişanlı avtomobili vurmuşdur. Hadisə zamanı bədən xəsarəti alan olmamışdır.

3. Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən tərtib olunmuş CYP 678138 nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, “Hyundai Sonata” markalı 90AH155 dövlət nömrə nişanlı avtomobilin sürücüsü X.Məmmədov küçəsi ilə hərəkət edən zaman manevrə qaydasını pozmuş, nəticədə sağ tərəfi ilə hərəkətdə olan Mercedes Benz 160 markalı 90UR764 dövlət nömrə nişanlı avtomaşını sürtmüşdür. Hadisə zamanı bədən xəsarəti alan olmamışdır.

4. Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta hadisəsi hesab edilə bilən halın baş verməsi faktnı təsdiqləyən 14 oktyabr 2014cü il tarixli arayışdan görünür ki, Hyundai Sonata markalı 90AH155 dövlət nömrə nişanlı avtomobilin sürücüsü X6 tərəfindən törədilmiş və əmlaka zərər dəymişdir.

5. İddiaçı tərəfindən verilmiş 05.11.14-cü il tarixli 743/14 CM114/14 nömrəli sığorta aktından görünür ki, sığorta olunmuş “Mercedes Benz A160” (** UR ***) markarlı avtomobil xx.xx.2014-cü il tarixində Bakı şəhəri, Xətai rayonu, X.Məmmədov küçəsində yol-nəqliyyat hadisəsinə uğramış və nəticədə avtomobil maddi zərərə məruz qalmışdır. Sığorta ödənişi 175 manat təşkil edir.

6. İddiaçı tərəfindən verilmiş 23.09.14-cü il tarixli 564/14-CM 616/14 nömrəli sığorta aktından görünür ki, sığorta olunmuş “Mitsubishi Outlander” (** BO ***) markalı avtomobil xx.xx.2014-cü il tarixində Abşeron rayon Masazır dairəsində yol-nəqliyyat hadisəsinə uğramışdır və nəticədə avtomobil maddi zərərə məruz qalmışdır. "xxxx" ASC tərəfindən texniki baxışdan keçirilmiş “Mitsubishi Outlander” (** BO ***) markalı avtomobillə bağlı zərər 1003,96 manat məbləğində müəyyən edilmişdir.

7. İddiaçı tərəfindən verilmiş 01.10.14-cü il tarixli 634/14-CM 480/14 nömrəli sığorta aktından görünür ki, sığorta olunmuş “Hyundai Sonata” (** VM ***) markalı avtomobil xx.xx.2014-cü il tarixində Bakı şəhəri Nizami rayonu Babək prospektində yolnəqliyyat hadisəsinə uğramışdır və nəticədə avtomobil maddi zərərə məruz qalmışdır. "xxxx" ASC tərəfindən texniki baxışdan keçirilmiş “Hyundai Sonata” (** VM ***) markalı avtomobillə bağlı zərər 9082 manat məbləğində müəyyən edilmişdir.

8. xx.xx.2014-cü il tarixli 14951 nömrəli avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinini icbari sığortası üzrə sığorta hadisəsi hesab edilə bilənə halın baş verməsi faktını təsdiqləyən arayışdan görünür ki, xx.xx.2014-cü il tarixdə saat 16:45-də Bakı şəhəri, Babək prospektində yol nəqliyyat hadisəsi baş vermişdir.

9. Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən tərtib olunmuş CYP 323190 nömrəi inzibati xəta haqqında protokoldan görünür ki, Masazır dairəsində surətdən və hərəkət şəraitindən asılı olaraq düzgün ara məsafəsi saxlamamış, nəticədə qarşısında gedən Mitsubishi markalı 01BO549 dövlət nömrə nişanlı avtomobillə toqquşmuşdur.

10. İddiaçı tərəfindən verilmiş fiziki şəxslərin sahibliyində olan minik avtomobillərinin tam sığortası üzrə MİP-HO-0384-0/14 nömrəli sığorta şəhadətnaməsindən görünür ki, Mitsubishi Attrage markalı 90UT672 dövlət nömrə nişanlı avtomobil 13100 manat dəyərində sığorta edilmişdir.

11. İddiaçı tərəfindən verilmiş fiziki şəxslərin sahibliyində olan minik avtomobillərinin tam sığortası üzrə MİP-ZM-3474/14 nömrəli sığorta şəhadətnaməsindən görünür ki, Mercedes Benz A160 markalı 90UR764 dövlət nömrə nişanlı avtombil 6000 manat dəyərində sığorta edilmişdir.

12. İddiaçı tərəfindən verilmiş fiziki şəxslərin sahibliyində olan minik avtomobillərinin tam sığortası üzrə MİP-BDMS-0025-0/13 nömrəli sığorta şəhadətnaməsindən görünür ki, Mitsubishi Outlander markalı 99FR264 dövlət nömrə nişanlı avtombil 28900 manat dəyərində sığorta edilmişdir.

13. İddiaçı tərəfindən verilmiş fiziki şəxslərin sahibliyində olan minik avtomobillərinin tam sığortası üzrə MİB-MAR-0003-0/13 nömrəli sığorta şəhadətnaməsindən görünür ki, Hyundai Sonata markalı 99VM094 dövlət nömrə nişanlı avtomobil 11766 manat dəyərində sığorta edilmişdir.

14. İddiaçı tərəfindən verilmiş 01.10.14-cü il tarixli zərərin hesablanması aktından görünür ki, X3 məxsus “Hyundai Sonata” markalı ** VM *** dövlət qeydiyyat nişanlı avtomobilin xx.xx.2014-cü il tarixində hesablanmış zərər 6802 manat müəyyən edilmişdir.

15. İddiaçı tərəfindən verilmiş 23.09.14-cü il tarixli zərərin hesablanması aktından görünür ki, X4 məxsus “Mitsubishi Outlander” markalı ** BO *** dövlət qeydiyyat nişanlı avtomobilin xx.xx.2014-cü il tarixində hesablanmış zərər 1003,96 manat müəyyən edilmişdir.

16. İddiaçı tərəfindən verilmiş 05.11.14-cü il tarixli zərərin hesablanması aktından görünür ki, X2 məxsus “Mercedes Benz A160” markalı 90UR764 dövlət qeydiyyat nişanlı avtomobilin xx.xx.2014-cü il tarixində hesablanmış zərər 175 manat müəyyən edilmişdir.

17. İddiaçı tərəfindən verilmiş 06.08.14-cü il tarixli 457/14-CM 487/14 nömrəli sığorta aktından görünür ki, sığorta olunmuş “Mitsubishi Attrage” (** UT ***) markalı avtomobil xx.xx.2014-cü il tarixində Bakı şəhəri, Binəqədi rayonu, Y.Hüseynov küçəsində yol-nəqliyyat hadisəsinə uğramışdır və nəticədə avtomobil maddi zərərə məruz qalmışdır. "xxxx" ASC tərəfindən texniki baxışdan keçirilmiş “Mitsubishi Attrage” (** UT ***) markalı avtomobillə bağlı zərər 935,15 manat məbləğində müəyyən edilmişdir.

18. İddiaçı tərəfindən verilmiş 01.10.14-cü il tarixli qəzaya uğramış avtomobilin qalıq hissəsinin qiymətləndirilməsi aktından görünür ki, xx.xx.2014-cü il tarixdə göstərilən avtomobil yol-nəqliyyat hadisəsinə uğramış və nəticədə avtomobili yararsız vəziyyətə düşmüş ehtiyat hissələrinin və təmir xərclərinin ümumi məbləği 9082 manat təşkil etmişdir. Tərəflərindən avtomobilin qalıq hissəsinin qiymətləndirilməsinə dair müvafiq tədbirlər görülmüş, bütün zərəri araşdırmalar aparılmış və nəticədə avtomobilin qalıq hissəsinin dəyəri 3137,60 manat məbləğində müəyyən edilmişdir.

19. İddiaçı tərəfindən verilmiş 06.08.14-cü il tarixli zərərin hesablanması aktından görünür ki, X7 məxsus “Mitsubishi Attrage” markalı ** UT *** dövlət qeydiyyat nişanlı avtomobilin xx.xx.2014-cü il tarixində hesablanmış zərər 935,15 manat müəyyən edilmişdir.

20. İddiaçı tərəfindən verilmiş 01.10.14-cü il tarixli avtomobilin qəza nəticəsində tam zərərə uğramasına dair aktdan görünür ki, xx.xx.2013-cü il tarixli MİB-MAR-0003-0/13 saylı nəqliyyat vasitələrinin Kasko sığortası şəhadətnaməsi ilə sığortalanmış X3 məxsus “Hyundai Sonata” markalı ** VM *** dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçirərkən müəyyən edilmişdir ki, həqiqətən də xx.xx.2014-cü il tarixli zərərin hesablanması aktına əsasən 9082 manat zərər dəymiş və həmin məbləğ sığorta dəyərinin 75 %-dən artıq hissəsini təşkil etdiyindən avtomobil tam məhv olmuş hesab edilir.

21. xx.xx.2014-cü il tarixli avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta hadisəsi hesab edilə bilən halın baş verməsi faktını təsdiqləyən arayışdan görünür ki, Y.Hüseynov küçəsində baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində Mitsubishi markalı 90UT672 dövlət nömrə nişanlı avtomobilə zərər dəymişdir.

22. xx.xx.2014-cü il tarixli avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta hadisəsi hesab edilə bilən halın baş verməsi faktını təsdiqləyən arayışdan görünür ki, X.Məmmədov küçəsində baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində Mercedes A160 markalı 90UR764 dövlət nömrə nişanlı avtomobilə zərər dəymişdir.

23. xx.xx.2014-cü il tarixli avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta hadisəsi hesab edilə bilən halın baş verməsi faktını təsdiqləyən arayışdan görünür ki, Masazır dairəsində baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində Mitsubishi Outlander 01BO549 dövlət nömrə nişanlı avtomobilə zərər dəymişdir.

24. Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən tərtib olunmuş CYP 266226 nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Y.Hüseynov küçəsində qarşıdan özü ilə eyni istiqamətdə hərəkət edən Mitsubishi 90UT672 dövlət nömrə nişanlı maşınla müvafiq ara məsafəsi saxlamamış, nəticədə onun arxa hissəsinə dəyərək toqquşmuşdur.

Birinci instansiya məhkəməsində icraat

25. İddiaçı "xxxx" ASC cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2013-cü il tarixli MİB-MAR-0003-0/13 saylı sığorta müqaviləsi üzrə sığortalanmış “Hyundai Sonata” markalı, ** VM *** dövlət nömrə nişanlı avtomobilə dəymiş zərərə görə 5000 manat məbləğində sığorta ödənişi və 485 manat məbləğində dəbbə pulu məbləği olmaqla,cəmi 5485 manat məbləğində pulun; xx.xx.2014-cü il tarixli, MİB-HO-0384-0/14 saylı sığorta müqaviləsi üzrə sığortalanmış“MitsubishiAttrage” markalı, ** UT *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərə görə 585,15 manat məbləğində sığorta ödənişi və 56.75 manat məbləğində dəbbə pulu, cəmi 641.9 manat məbləğində pulun; xx.xx.2013-cü il tarixli, MİB-BDMS-0025-0/13 saylı sığorta müqaviləsi üzrə sığortalanmış“Mitsubishi Outlander” markalı, ** BO *** markalı dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərə görə 643.22 manat məbləğində sığorta ödənişi və 62.37 manat məbləğində dəbbə pulu,cəmi 705.59 manat məbləğində pulun; xx.xx.2014-cü il tarixli, MİP-ZM-3474/14 saylı sığorta müqaviləsi üzrə sığortalanmış “Mercedes BenzA 160” markalı, ** UR *** dövlət qeydiyyat nişanlıavtomobilə dəymiş zərərə görə 175 manat məbləğində sığorta ödənişi və 40.25 manat məbləğində dəbbə pulu, cəmi 215.25 manat məbləğində pulun; bütün müqavilələr üzrə cəmi 7047.74 manat məbləğində sığorta ödənişi və dəbbə pulu məbləği, 100 manat məbləğində mediasiya xərcinin və 05 manat poçt xərci olmaqla, ümumilikdə cəmi 7047,74 manat məbləğində plun cavabdehdən tutulub iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

26. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, xx.xx.2014-cü il tarixdə "xxxx" ASC-də “Nəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətininin icbari sığortası” növü ilə sığortalanmış “Toyota Prado” markalı, ** SL *** dövlət qeydiyyat nişanlı avtomobil X8 tərəfindən idarə edərkən yol-nəqliyyat hadisəsi törədilmiş və nəticədə "xxxx" ASC-də “avtokasko” risklərindən sığortalanmış “Hyundai Sonata” markalı, ** VM *** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsinə maddi zərər dəymişdir. Qeyd edilən sığorta hadisəsi nəticəsində “Hyundai Sonata” markalı, ** VM *** markalı dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsinə dəymiş zərərlə bağlı iddiaçı tərəfindən 6863,50 manat məbləğində sığorta ödənişi həyata keçirilmişdir. Həmin sığorta hadisəsi nəticəsində iddiaçı“avtokasko” risklərindən sığortalanmış “Hyundai Sonata” markalı, ** VM *** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsinə dəymiş maddi zərərə görə 5000 (beş min) manat məbləğində sığorta ödənişi və 485 manat məbləğində dəbbə pulu, cəmi 5485 manat məbləğində pul ödənilməlidir. Belə ki, Azərbaycan Rerspublikası Mülki Məcəlləsinin 934.1-ci maddəsinə və “İcbari Sığortalar” haqqında Azərbaycan Respublikası Qanununun 18.1-ci maddəsinə əsasən icbari sığorta ödənişinin ödənilməsinə əsas verən sənədlər sığortaçıya təqdim edildiyi və (və ya) alındığı tarixdən 7 iş günündən gec olmayaraq sığortaçı sığorta ödənişini verməli, müvafiq hallarda zərərin qiymətləndirilməsi, əmlakın təmiri, bərpası və ya yenisi ilə əvəz edilməsi üçün yazılı qaydada təsdiqlənən tədbir görməli, yaxud sığortalıya, sığorta olunana və ya faydalanan şəxsə sığorta ödənişinin verilməsindən imtina haqqında yazılı şəkildə əsaslandırılmış bildiriş verməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 934.2-ci maddəsinə əsasən sığortaçı sığorta ödənişini icbari sığorta qanunları və ya sığorta müqaviləsi ilə müəyyən olunmuş müddətdə ödəmədikdə, hər gecikdirilmiş gün üçün sığorta ödənişiməbləğinin 0,1 faizi həcmində dəbbə pulu ödəyir. Hazırkı iş üzrə geriyə tələb məktubu sonuncu dəfə xx.xx.2023-cü il tarixdə cavabdehə göndərilmiş və 7 (yeddi) iş günü müddətində - 05 aprel 2023-cü il tarixədək ödəniş edilməmişdir. Bu halda 05 aprel 2023-cü il tarixdən 11 iyul 2023-cü il tarixədək hesablanmış gecikdirmə müddəti 97 təqvim günü təşkil edir. Ödənilməli məbləğin 0.1 faizi 5 (beş) manat təşkil edir və həmin məbləğ gecikdirilmiş günlərin sayına vurulduqda (5x97) dəbbə pulunun məbləği485 (dörd yüz səksən beş) manat təşkiledir. İddia ərizəsinə əlavə edilmiş,“Hyundai Sonata” markalı, ** VM *** qeydiyyat nişanlı avtomobilin xx.xx.2013-cü il tarixli MİB-MAR-0003-0/13 saylı sığorta şəhadətnaməsindən göründüyü kimi, “Hyundai Sonata” markalı, ** VM *** qeydiyyat nişanlıavtonəqliyyat vasitəsi"xxxx" ASC tərəfindən xx.xx.2013-cü il tarixindən xx.xx.2014-ci il tarixinədək, 11766.00 (on bir min yeddi yüzaltmış altı) manat sığorta məbləği olmaqla “avto kasko” qaydaları ilə sığortalanmışdır. İddia ərizəsinə əlavə edilmiş xx.xx.2014-cü il tarixli, CYP 160372 nömrəli inzibati xəta haqqında protokoldan və “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta hadisəsi hesab edilə bilən halın baş verməsi faktını təsdiqləyən arayış” dan (forma 4) müəyyən olunur ki, yol-nəqliyyat hadisəsinin törədilməsində “Toyota Prado” markalı, ** SL *** dövlət qeydiyyat nişanlıavtomobilin sürücüsü təqsirli bilinərək, həmin vaxt qüvvədə olan AR İXM-in 151.1cimaddəsi ilə inzibatiməsuliyyətə cəlb edilmişdir. İddia ərizəsinə əlavə edilmiş,www.isb.az portalından çıxarışdan müəyyən olunur ki, yol-nəqliyyat hadisəsi törədilən vaxt “Toyota Prado” markalı, ** SL *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsünün üçüncü şəxslər qarşısında mülki məsuliyyəti "xxxx" ASC (həmin vaxt "xxxx" Dövlət Sığorta Kommersiya Şirkəti) tərəfindən “icbarisığorta” qaydasında sığortalanmışdır. İddia ərizəsinə əlavə edilmiş xx.xx.2014-cü il tarixlizərərin hesablanmasıaktına əsasən hadisə nəticəsində “Hyundai Sonata” markalı, ** VM *** qeydiyyat nişanlıavtomobilə dəymiş zərər 9082 (doqquz min səksən iki) manat məbləğində müəyyən edilmişdir. İddia ərizəsinə əlavə edilmiş xx.xx.2014-cü il tarixli sığorta aktından müəyyən olunur ki, “Hyundai Sonata” markalı, ** VM *** qeydiyyat nişanlıavtomobilə sığorta hadisəsi nəticəsində dəymiş zərər məbləğib həmin avtomobilin sığorta müqaviləsi üzrə razıalşdırılmış bazar dəyəri olmuş 11766 (on bir min yeddi yüz altmış altı) manat məbləğinin 75% dən artıq hissəsini təşkil etdiyi üçün sığorta ödənişi “tam məhv” qaydaları ilə besablanaraq sığorta məbləğindən (bazar dəyəri) 15 % (1764.90 azn) azadolma məbləği və sığortalı avtomobilin qalıq hissələrinin dəyəri olan 3137,60 (üç min yüz otuz yeddi manat, 60 qəpik) çıxılmaqla 6863,50 (altı min səkkiz yüzaltmış üç manat, 50 qəpik) manat məbləğində sığorta ödənişihesablanmışdır. İddia ərizəsinə əlavə edilmiş xx.xx.2014-cü il tarixli kassa məxaric orderindən müəyyən olunur ki, “Hyundai Sonata” markalı, ** VM *** qeydiyyat nişanlı avtomobilə dəymiş zərərə görə 6863,50 (altımin səkkiz yüzaltmış üç manat 50 qəpik) manat məbləğində sığorta ödənişiedilmişdir. İddia ərizəsinə əlavə edilmiş xx.xx.2023-cü il tarixli, BS-S-23/0736 saylı geriyə tələb məktubundan müəyyən olunur ki, cavabdehə borcun ödənilməsi tələbi ilə müraciət edilmiş, lakin mübahisə öz həllini tapmamışdır. İddia ərizəsinə əlavə edilmiş xx.xx.2023-cü il tarixli, BS-S-23/1573 saylı pretenziya məktubundan və Bakı şəhəri, 14 saylı mediasiya təşkilatının xx.xx.2023-cü il tarixli, MŞB/14/2023-00556 saylı arayışından müəyyən olunur ki, mübahisənin məhkəmədənkənar qaydada həlli mümkün olmamışdır. Cavabdehlə mübahisənin məhkəməyə qədər pretenziya qaydasında nizama salınması üçün xx.xx.2023-cü il tarixli, BS-S-23/1573 saylı pretenziya məktubu ilə cavabdehə müraciət etmişik, eynizamanda mübahisənin mediasiya vastəsilə həlli üçün Bakı şəhəri, 14 saylı mediasiya təşkilatına müraciət etmişik, lakin cavabdehlə razılıq əldə edilməsimümkün olmamışdır. İİ. xx.xx.2014-cü il tarixdə "xxxx" ASC-də “Nəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətininin icbari sığortası” növü ilə sığortalanmış “Vaz 21063” markalı, ** SJ *** dövlət qeydiyyat nişanlı avtomobil X9 tərəfindən idarə edərkən yol-nəqliyyat hadisəsi törədilmiş və nəticədə İddiaçıda “avtokasko” risklərindən sığortalanmış “Mitsubishi Attrage” markalı, ** UT *** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsinə maddi zərər dəymişdir. Qeyd edilən sığorta hadisəsi nəticəsində “Mitsubishi Attrage” markalı, ** UT *** markalı dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsinə dəymiş zərər məbləğindən 350 manat azadolma məbləği çıxılmaqla 585,15 manat məbləğində sığorta ödənişi həyata keçirilmişdir. Qeyd edilən sığorta hadisəsi nəticəsində iddiaçı “avtokasko” risklərindən sığortalanmış “Mitsubishi Attrage” markalı, ** UT *** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsinə dəymiş maddi zərərə görə 585,15 manat məbləğində sığorta ödənişi və 56,75 manat məbləğində dəbbə pulu,cəmi 641.9 manat məbləğində pul ödənilməlidir. Bu iş üzrə də tərəfimizdən geriyə tələb məktubu xx.xx.2023-cü il tarixdə göndərildiyi üçün yuxarıda göstərilən qaydada hesablama aparıldıqda dəbbə pulunun məbləği 56,75 manat müəyyən edilir. İddia ərizəsinə əlavə edilmiş xx.xx.2014-cü il tarixli, MİB-HO-0384-0/14 saylı sığorta şəhadətnaməsinin surətindən müəyyən olunur ki, “MitsubishiAttrage markalı, ** UT *** dövlət qeydiyyat nişanlı avtomobil ASC tərəfindən “əmlak sığortası” qaydasında sığortalanmışdır. İddia ərizəsinə əlavə edilmiş xx.xx.2014-cü il tartixli, CYP 266226 saylı inzibati xəta haqqında protokoldan və “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta hadisəsi hesab edilə bilən halın baş verməsi faktını təsdiqləyən arayış”dan (forma 4) müəyyən olunur ki, “Mitsubishi Attrage” markalı, **-UT-*** dövlət nömrə nişanlı avtomobilin iştirakı ilə yol-nəqliyyat hadisəsi törədilmiş, “Vaz 21063” markalı, ** SJ *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü X9 yol-nəqliyyat hadisəsinin yörədilməsində təqsirli bilinərək, həmin vaxt qüvvədə olan Azərbaycan Respublikası İXM-in 151.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilmişdir. İddia ərizəsinə əlavə edilmiş, www.isb.az saytından çıxarışdan göründüyü kimi “Vaz 21063” markalı, ** SJ *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücülərinin üçüncü şəxslər qarşısında mülki məsuliyyəti hadisə baş verən anda "xxxx" ASC tərəfindən sığortalanmışdır. İddia ərizəsinə əlavə edilmiş xx.xx.2014-cü il tarixli zərərin hesablanması aktından müəyyən olunur ki, yol-nəqliyyat hadisəsi nəticəsində “MitsubishiAttrage” markalı, **-UT-*** dövlət nömrə nişanlı avtomobilə dəymiş zərərin məbləği 935,15 manat məbləğində müəyyən edilmişdir. İddia ərizəsinə əlavə edilmiş xx.xx.2014-cü il tarixli 457/14 saylı sığorta aktından və 18 sentyabr 2014-cü il tarixli kassa məxaric orderindən müəyyən olunur “Mitsubishi Attrage” markalı, ** UT *** markalı dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsinə dəymiş zərər məbləğindən 350 (üç yüz əlli manat) manat azadolma məbləğiçıxılmaqla 585,15 (beş yüzsəksən beş manat 15 qəpik) manat məbləğində sığorta ödənişi həyata keçirilmişdir. İddia ərizəsinə əlavə edilmiş xx.xx.2023cü il tarixli, BS-S23/0734 saylı geriyə tələb məktubundan müəyyən olunur ki, cavabdehə borcun ödənilməsi tələbi ilə müraciət edilmiş, lakin mübahisə öz həllini tapmamışdır. İddia ərizəsinə əlavə edilmiş xx.xx.2023-cü il tarixli, BS-S-23/1573 saylı pretenziya məktubundan və Bakı şəhəri, 14 saylı mediasiya təşkilatının xx.xx.2023-cü il tarixli, MŞB/14/2023-00556 saylı arayışından müəyyən olunur ki, mübahisənin məhkəmədən kənar qaydada həlli mümkün olmamışdır. Cavabdehlə mübahisənin məhkəməyə qədər pretenziya qaydasında nizama salınması üçün xx.xx.2023-cü il tarixli, BS-S-23/1573 saylı pretenziya məktubu ilə cavabdehə müraciət etmişik, eyni zamanda mübahisənin mediasiya vastəsilə həlli üçün Bakı şəhəri, 14 saylı mediasiya təşkilatına müraciət olunmuş, lakin cavabdehlə razılıq əldə edilməsi mümkün olmamışdır. Cavabdeh "xxxx" ASC-də “Nəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətininin icbari sığortası” növü ilə sığortalanmış “Toyota Camry” markalı, ** BX *** dövlət qeydiyyat nişanlı avtomobil xx.xx.2014-cü il tarixdə X5 tərəfindən idarə edərkən yol-nəqliyyat hadisəsi törədilmiş və nəticədə iddiaçıda “avtokasko” risklərindən sığortalanmış “Mitsubishi Outlander” markalı, ** BO *** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsinə maddi zərər dəymişdir. Qeyd edilən sığorta hadisəsi nəticəsində “Mitsubishi Outlander” markalı, ** BO *** markalı dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsinə dəymiş zərər məbləğindən 350 manat azadolma məbləği çıxılmaqla 643,22 manat məbləğində sığorta ödənişi həyata keçirilmişdir. Qeyd edilən sığorta hadisəsi nəticəsində iddiaçıda “avtokasko” risklərindən sığortalanmış “Mitsubishi Outlander” markalı, ** BO *** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsinə dəymiş maddi zərərə görə 643,22 manat məbləğində sığorta ödənişi və 62.37 manat məbləğində dəbbə pulu,cəmi 705,59 manat məbləğində pul ödənilməlidir. Bu iş üzrə də tərəfimizdən geriyə tələb məktubu xx.xx.2023-cü il tarixdə göndərildiyi üçün yuxarıda göstərilən qaydada hesablama aparıldıqda dəbbə pulunun məbləği 62,37 manat müəyyən edilir. İddia ərizəsinə əlavə edilmiş xx.xx.2013-cü il tarixli, MİB-BDMS-0025-0/13 saylı sığorta şəhadətnaməsinin surətindən müəyyən olunur ki, “Toyota Camry” markalı, ** BX *** dövlət qeydiyyat nişanlı avtomobil ASC tərəfindən “əmlak sığortası” qaydasında sığortalanmışdır. İddia ərizəsinə əlavə edilmiş xx.xx.2014-cü il tarixli, CYP 323190 saylı inzibati xəta haqqında protokoldan və “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta hadisəsi hesab edilə bilən halın baş verməsi faktını təsdiqləyən arayış” dan (forma 4) müəyyən olunur ki, “Toyota Camry” markalı, ** BX *** dövlət qeydiyyat nişanlı avtomobil və “Mitsubishi Outlander”markalı, ** BO *** markalı dövlət qeydiyyat nişanlı avtomobilin iştirakı ilə yol nəqliyyat hadisəsi törədilmiş, hadisənin baş verməsində “Toyota Camry” markalı, ** BX *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü X5 təqsirli bilinərək, həmin vaxt qüvvədə olan Azərbaycan Respublikası İXM-in 151.1-cimaddəsi ilə inzibati məsuliyyətə cəlb edilmişdir. İddia ərizəsinə əlavə edilmiş,www.isb.az saytından çıxarışdan göründüyü kimi “Toyota Camry” markalı, ** BX *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücülərinin üçüncü şəxslər qarşısında mülki məsuliyyəti hadisə baş verən anda "xxxx" ASC tərəfindən sığortalanmışdır. İddia ərizəsinə əlavə edilmiş xx.xx.2014-cü il tarixli zərərin hesablanması aktından müəyyən olunur ki, yol-nəqliyyat hadisəsi nəticəsində “Mitsubishi Outlander” markalı, ** BO *** markalı dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərər 1003.96 (min üç manat, doxsan altı qəpik) manat məbləğində müəyyən edilmişdir. İddia ərizəsinə əlavə edilmiş, xx.xx.2014-cü il tarixli, 564/14 saylı sığorta aktı və xx.xx.2014-cü il tarixli kassa məxaric orderindən müəyyən olunur ki, sığorta hadisəsi nəticəsində “Mitsubishi Outlander” markalı, ** BO ***markalı dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsinə dəymiş zərər məbləğindən 350 (üç yüz əlli manat) manat azadolma məbləği çıxılmaqla 643,22 (altı yüz qırx üç manat 22 qəpik) manat məbləğində sığorta ödənişi həyata keçirilmişdir. İddia ərizəsinə əlavə edilmiş xx.xx.2023-cü il tarixli, BS-S-23/0735 saylı geriyə tələb məktubundan müəyyən olunur ki, cavabdehə borcun ödənilməsi tələbi ilə müraciət edilmiş, lakin mübahisə öz həllini tapmamışdır. İddia ərizəsinə əlavə edilmiş xx.xx.2023-cü il tarixli, BS-S-23/1573 saylı pretenziya məktubundan və Bakı şəhəri, 14 saylı mediasiya təşkilatının xx.xx.2023-cü il tarixli, MŞB/14/2023-00556 saylı arayışından müəyyən olunur ki, mübahisənin məhkəmədən kənar qaydada həlli mümkün olmamışdır. Cavabdehlə mübahisənin məhkəməyə qədər pretenziya qaydasında nizama salınması üçün xx.xx.2023-cü il tarixli, BS-S-23/1573 saylı pretenziya məktubu ilə cavabdehə müraciət olunmuş, eyni zamanda mübahisənin mediasiya vastəsilə həlli üçün Bakı şəhəri, 14 saylı mediasiya təşkilatına müraciət olunmuş, lakin cavabdehlə razılıq əldə edilməsi mümkün olmamışdır. Cavabdeh "xxxx" ASC-də “Nəqliyyat vasitəsisahiblərinin mülkiməsuliyyətininin icbarisığortası” növü ilə sığortalanmış “Hyundai Sonata” markalı, ** AH *** dövlət qeydiyyat nişanlı avtomobil xx.xx.2014-cü il tarixdə X6 tərəfindən idarə edərkən yol-nəqliyyat hadisəsi törədilmiş və nəticədə iddiaçıda “avtokasko” risklərindən sığortalanmış “Mercedes Benz A 160” markalı, ** UR *** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsinə maddi zərər dəymişdir. Qeyd edilən sığorta hadisəsi nəticəsində “Mercedes Benz A 160” markalı, ** UR *** markalı dövlət qeydiyyat nişanlıavtonəqliyyat vasitəsinə dəymiş zərərlə bağlı tərəfimizdən 175 manat məbləğində sığorta ödənişi həyata keçirilmişdir. Yol-nəqliyyat hadisəsinin törədilməsində cavabdeh "xxxx" ASC-də “Nəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətininin icbari sığortası” növü ilə sığortalanmış “Hyundai Sonata” markalı, 90AH 155 dövlət qeydiyyat nişanlıavtomobilin sürücüsü X6 təqsirli bilinərək, həmin vaxt qüvvədə olan AR İXM-in 151.1-cimaddəsi ilə inzibati məsuliyyətə cəlb edilmişdir. Qeyd edilən sığorta hadisəsi nəticəsində iddiaçıda “avtokasko” risklərindən sığortalanmış “Mercedes Benz A 160” markalı, ** UR *** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsinə dəymiş maddi zərərə görə 175 manat məbləğində sığorta ödənişi və 40.25 manat məbləğində dəbbə pulu,cəmi 215.25 (iki yüz on beş manat, iyirmi beş qəpik) manat məbləğində pul ödənilməlidir. Bu iş üzrə geriyə tələb məktubu xx.xx.2022-ci il tarixdə göndərilmişdir və yuxarıda göstərilən qaydada hesablama apardıqda dəbbə pulunun məbləği 40,25 manat müəyyən edilir. İddia ərizəsinə əlavə edilmiş xx.xx.2014-cü il tarixli, MİP-ZM-3474/14 saylısığorta şəhadətnaməsinin surətindən müəyyən olunur ki, “Mercedes BenzA 160” markalı, ** UR *** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsi ASC tərəfindən “əmlak sığortası” qaydasında sığortalanmışdır. İddia ərizəsinə əlavə edilmiş xx.xx.2014-cü il tarixli, CYP 678138 saylı inzibati xəta haqqında protokoldan və “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta hadisəsi hesab edilə bilən halın baş verməsi faktını təsdiqləyən arayış” dan (forma 4) müəyyən olunur ki, “Hyundai Sonata” markalı, ** AH *** dövlət qeydiyyat nişanlı avtomobil və “Mercedes Benz A 160” markalı, ** UR *** dövlət qeydiyyat nişanlı avtomobilin iştirakı ilə yol-nəqliyyat hadisəsi törədilmiş, hadisənin baş verməsində cavabdeh "xxxx" ASC-də “Nəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətininin icbari sığortası” növü ilə sığortalanmış “Hyundai Sonata” markalı, ** AH *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü X6 təqsirli bilinərək, həmin vaxt qüvvədə olan AR İXM-in 151.1-cimaddəsi ilə inzibati məsuliyyətə cəlb edilmişdir. İddia ərizəsinə əlavə edilmiş,www.isb.az saytından çıxarışdan göründüyü kimi “Hyundai Sonata” markalı, ** AH *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücülərinin üçüncü şəxslər qarşısında mülki məsuliyyəti hadisə baş verən anda "xxxx" ASC tərəfindən sığortalanmışdır. İddia ərizəsinə əlavə edilmiş xx.xx.2014-cü il tarixli zərərin hesablanması aktından müəyyən olunur ki, yol-nəqliyyat hadisəsi nəticəsində “Mercedes Benz A 160” markalı, ** UR *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərər 175 manat məbləğində müəyyən edilmişdir. İddia ərizəsinə əlavə edilmiş xx.xx.2014-cü il tarixli, 743/14 saylı sığorta aktı və xx.xx.2014-cü il tarixli kassa məxaric orderindən müəyyən olunur ki, “Mercedes Benz A 160” markalı, ** UR *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərə görə 175 (yüz yetmiş beş) manat məbləğində sığorta ödənişi edilmişdir. İddia ərizəsinə əlavə edilmiş xx.xx.2022-ci il tarixli, BS-C22/5416 saylı geriyə tələb məktubundan müəyyən olunur ki, cavabdehə borcun ödənilməsi tələbi ilə müraciət edilmiş, lakin mübahisə öz həllini tapmamışdır. İddia ərizəsinə əlavə edilmiş xx.xx.2023-cü il tarixli, BS-S-23/1573 saylı pretenziya məktubundan və Bakı şəhəri, 14 saylı mediasiya təşkilatının xx.xx.2023-cü il tarixli, MŞB/14/2023-00556 saylı arayışından müəyyən olunur ki, mübahisənin məhkəmədənkənar qaydada həllimümkün olmamışdır. Cavabdehlə mübahisənin məhkəməyə qədər pretenziya qaydasında nizama salınması üçün xx.xx.2023-cü il tarixli, BS-S-23/1573 saylı pretenziya məktubu ilə cavabdehə müraciət etmişik, eyni zamanda mübahisənin mediasiya vastəsilə həlli üçün Bakı şəhəri, 14 saylı mediasiya təşkilatına müraciət etmişik, lakin cavabdehlə razılıq əldə edilməsimümkün olmamışdır. Bütün qeyd edilən sığorta müqavilələri üzrə borcların ödənilməsi üçün tərəfimizdən cavabdehə göndərilmiş xx.xx.2023-cü il tarixli, BSS-23/1573 saylı pretenziya məktubu xx.xx.2023-cü il tarixdə cavabdehin rəsmi qeydiyyat ünvanına çatdırılmışdır (qəbz iddia ərizəsinə əlavə edilir). Bununla yanaşı cavabdehlə mübahisənin məhkəməyə qədər pretenziya qaydasında nizama salınması üçün cavabdehə göndərilmiş xx.xx.2023cü il tarixli, BS-S23/1573 saylı pretenziya məktubu elektron məhkəmə informasiya sistemi vasitəsilə cavabdeh "xxxx" ASC-nin elektron kabinetinə göndərilmişdir.

27. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(113)-4335/2023 nömrəli qətnaməsi ilə (hakim Ülkər Həsənova) iddia təmin edilmişdir.

28. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, xx.xx.2014-cü il tarixdə "xxxx" ASC-də “Nəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətininin icbari sığortası” növü ilə sığortalanmış “Toyota Prado” markalı, ** SL *** dövlət qeydiyyat nişanlı avtomobil X8 tərəfindən idarə edərkən yol-nəqliyyat hadisəsi törədilmiş və nəticədə "xxxx" ASC-də “avtokasko” risklərindən sığortalanmış “Hyundai Sonata” markalı, ** VM *** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsinə maddi zərər dəymiş, qeyd edilən sığorta hadisəsi nəticəsində “Hyundai Sonata” markalı, ** VM ***markalı dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsinə dəymiş zərərlə bağlı iddiaçı tərəfindən 6863,50 manat məbləğində sığorta ödənişi həyata keçirilmişdir. xx.xx.2014-cü il tarixdə "xxxx" ASC-də “Nəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətininin icbari sığortası” növü ilə sığortalanmış “Vaz 21063” markalı, ** SJ *** dövlət qeydiyyat nişanlı avtomobil X9 tərəfindən idarə edərkən yol-nəqliyyat hadisəsi törədilmiş və nəticədə iddiaçıda “avtokasko” risklərindən sığortalanmış “Mitsubishi Attrage” markalı, ** UT *** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsinə maddi zərər dəymişdir. Qeyd edilən sığorta hadisəsi nəticəsində “Mitsubishi Attrage” markalı, ** UT *** markalı dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsinə dəymiş zərər məbləğindən 350 manat azadolma məbləği çıxılmaqla 585,15 manat məbləğində sığorta ödənişi həyata keçirilmişdir. Cavabdeh "xxxx" ASC-də “Nəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətininin icbari sığortası” növü ilə sığortalanmış “Toyota Camry” markalı, ** BX *** dövlət qeydiyyat nişanlı avtomobil xx.xx.2014-cü il tarixdə X5 tərəfindən idarə edərkən yolnəqliyyat hadisəsi törədilmiş və nəticədə iddiaçıda “avtokasko” risklərindən sığortalanmış “Mitsubishi Outlander” markalı, ** BO *** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsinə maddi zərər dəymişdir. Qeyd edilən sığorta hadisəsi nəticəsində “Mitsubishi Outlander” markalı, ** BO ***markalı dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsinə dəymiş zərər məbləğindən 350 manat azadolma məbləği çıxılmaqla 643,22 manat məbləğində sığorta ödənişi həyata keçirilmişdir. Cavabdeh "xxxx" ASC-də “Nəqliyyat vasitəsisahiblərinin mülki məsuliyyətininin icbari sığortası” növü ilə sığortalanmış “Hyundai Sonata” markalı, ** AH *** dövlət qeydiyyat nişanlı avtomobil xx.xx.2014-cü il tarixdə X6 tərəfindən idarə edərkən yol-nəqliyyat hadisəsi törədilmiş və nəticədə iddiaçıda “avtokasko” risklərindən sığortalanmış “Mercedes Benz A 160” markalı, ** UR *** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsinə maddi zərər dəymişdir. Qeyd edilən sığorta hadisəsi nəticəsində “Mercedes Benz A 160” markalı, ** UR *** markalı dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsinə dəymiş zərərlə bağlı tərəflərindən 175 manat məbləğində sığorta ödənişi həyata keçirilmişdir.

29. Məhkəmə cavabdeh tərəfindən təqdim edilmiş 3 ədəd qüsur aktını iş üzrə sübut qismində qəbul etməmişdir. Belə ki, xx.xx.2023-cü il və xx.xx.2023-cü il tarixli məhkəmə hazırlıq iclaslarında cavabdehin əvvəlki nümayəndəsi A.Həsənov sığorta hadisələrinin üzərindən uzun müddət keçdiyi üçün arxivlərində həmin hadisələrlə bağlı sənədlərin tapılmadığını bildirmiş, göstərilən sənədləri (qüsur aktları və sairə) təqdim edə bilməmiş, cavabdehin nümayəndəsi L.Neymətova təqdim etdiyi qüsur aktlarını məhkəmə baxış iclasında (iddia ərizəsi məhkəməyə daxil olduqdan 2 ay sonra) təqdim edilməsinin səbəblərini ağlabatan şəkildə izah edə bilməmişdir.

30. Məhkəmə həmçinin qeyd etmişdir ki, hadisə nəticəsində sığortalanmış avtomobilə dəymiş zərər sığortaçı (iddiaçı) tərəfindən müəyyən edilmiş, sığortalı tərəfindən də mübahisələndirilməmişdir.

31. Məhkəmə iddia tələbinin dəbbə pulu hissəsi ilə bağlı qeyd etmişdir ki, işin araşdırılan halları ilə sığorta ödənişinin verilməsinin gecikdirilməsi halı müəyyən edildiyindən, cavabdeh tərəfindən də təkzib edilmədiyindən məhkəmə hesab edir ki, iddia tələbi həmin hissədə də əsaslıdır və təmin edilməlidir.

Apellyasiya instansiyasi məhkəməsindəki icraat

a) Apellyasiya şikayətinin dəlilləri

32. Cavabdeh qətnamədən apellyasiya şikayəti verərək Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(113)-4335/2023 nömrəli qətnaməsinin ləğv edilməsi və iş üzrə iddia tələbinin qismən təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

33. Apellyasiya şikayəti onunla əsaslanmışdır ki, məhkəmə iclasında baş vermiş sığorta hadisələri nəticəsində avtomaşınlara dəymiş zərərin cavabdeh tərəfindən iddiaçının müəyyən etdiyi məbləğdən daha aşağı qiymətləndirildiyi, buna görə də təqdim edilmiş qüsur aktları nəzərə alınmaqla iddianın qismən təmin edilməli olduğu və əlavə olaraq həmin sənədləri gec əldə etdiyi üçün məhkəməyə gec təqdim olunduğu məhkəmənin diqqətinə çatdırılmış, lakin məhkəməyə iş üzrə məhkəmə-əmtəəşünaslıq ekspertizası təyin edilməsi barədə vəsatət əsassız olaraq vəsatəti təmin etməmişdir. İş üzrə verilmiş qüsur aktının sığorta hadisələrinin üzərindən uzun müddət keçdiyi üçün şirkətin arxivindən hazırlıq iclasına qədər əldə edib təqdim edə bilmədiyimiz tərəfimizdən məhkəmə baxış iclasında faktlarla kifayət qədər əsaslandırılsa da, məhkəmə tərəfindən nəzərə alınmamış və real məbləği müəyyənləşdirmək üçün iş üzrə məhkəmə əmtəəşünaslıq ekspertizası təyin olunmamışdır. Halbuki işin faktiki halları və dəlillər yetərincə məhkəmənin diqqətinə çatdırılmışdır. Beləliklə, yol-nəqliyyat hadisələri nəticəsində avtomaşınlara dəymiş zərərin iddiaçı tərəfindən müəyyən edilmiş məbləğini və buna əsasən hesablanmış dəbbə pulunun miqdarını işin faktiki hallarına uyğun deyil. Qeyd olunanlara əsasən birinci instansiya məhkəməsi tərəfindən keçirilmiş məhkəmə araşdırması natamam olmuş və nəticə təktərəfli sübutlar əsasında əldə olunmuş, cavabdehin kifayət qədər əsaslandırılmış mövqeyi isə nəzərə alınmamışdır. İş üzrə sadəcə iddiaçının təqdim etdiyi qüsur aktının mötəbər sübut kimi qiymətləndirilə bilinməyəcəyi cavabdeh tərəfindən kifayət qədər əsaslandırılmış, lakin birinci instansiya məhkəməsi qeyd olunan halları araşdırmamış, bununla da gəldiyi nəticə işin faktiki hallarına uyğun olmamışdır. Qeyd edilənlərə əsasən hesab edirik ki, iş üzrə qeyd olunan faktiki hallar və sübutlar nəzərə alınmaqla ekspertiza keçirilməli, avtomobilə dəymiş zərərin müəyyənləşdirilməsi ədalət mühakiməsinin mövcud və mötəbər faktlar əsasında həyata keçirilməsi prinsipinə uyğun olaraq realizə edilməlidir.

b) Məhkəmə icraatı iştirakçılarının izahatları

34. Cavabdehin nümayəndəsi X12 məhkəmə iclasında apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etmişdir.

35. İddiaçıya məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmişdir.

36. Tətbiq edilən hüquq

Azərbaycan Respublikası Mülki Məcəlləsi:

931-ci maddə-bir sığorta hadisəsi üzrə dəyən zərərin və (və ya) yaranan itkilərin əvəzinin ödənilməsi üçün iki və ya daha çox sığorta müqaviləsi ilə bir və ya bir neçə sığortaçının öhdəlikləri yarandıqda əvvəlcə icbari sığorta müqavilələri üzrə sığorta ödənişləri verilməlidir. Bu zaman könüllü sığorta müqaviləsi bağlamış sığortaçı sığortalı (sığorta olunan və ya faydalanan şəxs) qarşısındakı öhdəliklərini öz istəyi ilə icbari sığorta müqaviləsi bağlamış sığortaçıdan əvvəl yerinə yetirə bilər. 936.1-ci maddə-subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. 936.2-ci maddə-faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. 936.3-cü maddə-faydalanan şəxs sığorta ödənişini aldıqda subroqasiya hüququnun həyata keçirilməsi üçün özündə olan bütün lazımi sənədlərlə sığortaçını təmin etməlidir. 936.4-cü maddə-faydalanan şəxs zərərvuran şəxsə qarşı iddiadan və ya tələbi təmin edən hüquqlardan, yaxud lazımi sənədləri sığortaçıya verməkdən imtina etdikdə sığortaçı sığorta ödənişi verməkdən zərərvuran şəxsdən subroqasiya qaydasında ala biləcəyi məbləğ həcmində azad edilir. 936.5-ci maddə-sığortaçı subroqasiya hüququndan zərərvuran şəxsin özünə və (və ya) müvafiq sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış sığortaçıya, həmçinin dəyən zərərə görə sığortalı və ya faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən digər şəxsə qarşı istifadə edə bilər. 462.1-ci maddə- dəbbə pulu (cərimə, penya) qanun və ya müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. 464.1-ci maddə- kreditor qanunla müəyyənləşdirilmiş dəbbə pulunun ödənilməsini, tərəflərin razılaşmasında onun ödənilməsi vəzifəsinin nəzərdə tutulub-tutulmadığından asılı olmayaraq, tələb edə bilər.

Azərbaycan Respublikası Mülki Prosessual Məcəllə 372.6-cı maddə-apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddə-apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

Əsaslandırıcı hissə

Apellyasiya baxışının hədləri

37. Qətnamə cavabdeh tərəfindən qismən – “Mercedes Benz A160” markalı ** UR *** dövlət qeydiyyat nişanlı avtomobil istisna olmaqla digər sığortalanmış avtomobillərə dəymiş zərərin məbləği ilə bağlı hissədə mübahisələndirdiyindən həmin hissələrdə yoxlanılır.

Apellyasiya instansiya məhkəməsinin mövqeyi

38. Məhkəmə izahatı dinləyib, apelyasiya şikayətinin dəlillərini və işin materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(113)-4335/2023 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.

39. İşin hallarından görünür ki, "xxxx" ASC könüllü sığota müqavilələri üzrə (“avto kasko” qaydaları ilə) sığortalanmış 4 avtomobilə (“Mitsubishi Outlander” markalı ** BO *** dövlət qeydiyyat nişanlı, “Mercedes Benz A160” markarlı ** UR *** dövlət qeydiyyat nişanlı, “Mitsubishi Attrage” markalı 90UT672 dövlət nömrə nişanlı, “Hyundai Sonata” markalı ** VM *** dövlət qeydiyyat nişanlı) 2014-cü ildə müxtəlif vaxtlarda baş vermiş sığorta hadisələri nəticəsində ödənilmiş sığorta ödənişi məbləğində pulun hadisənin baş verməsində təqsirli olan sürücülərin mülki məsuliyyətini icbari sığorta müqavilələri əsasında sığortalamış cavabdehdən subroqasiya qaydasında tutulmasını xahiş etmişdir. MM-nin 931-ci maddəsində könüllü sığorta müqaviləsi bağlamış sığortaçıya sığortalı (sığorta olunan və ya faydalanan şəxs) qarşısındakı öhdəliklərini öz istəyi ilə icbari sığorta müqaviləsi bağlamış sığortaçıdan əvvəl yerinə yetirmək hüququ nəzərdə tutulmuşdur.

40. Cavabdeh işə birinci instansiya qaydasında baxılarkən “Mercedes Benz A160” markalı ** UR *** dövlət qeydiyyat nişanlı avtomobilə vurulmuş ziyanın məbləğinə hər hansı etiraz bildirməmiş, lakin digər 3 avtomobilə vurulmuş ziyanın cavabdeh tərəfindən tərtib edilmiş qüsur aktlarında daha az göstərildiyini qeyd etmişdir.

41. Cavabdehin təqdim etdiyi qüsur aktlarına əsasən “Mitsubishi Outlander” markalı ** BO *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş ziyan 510 manat, “Mitsubishi Attrage” markalı 90UT672 dövlət nömrə nişanlı avtomobilə dəymiş ziyan 415 manat, “Hyundai Sonata” markalı ** VM *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş ziyan 3451 manat olaraq hesablanmışdır.

42. Cavabdeh həm birinci instansiya məhkəməsinə, həm də işə apellyasiya qaydasında baxılarkən iddiaçı tərəfindən sığortalanmış avtomobillərə 2014-cü ildə baş vermiş yol nəqliyyat hadisələri nəticəsində vurulmuş ziyanın məbləğinin müəyyənləşdirilməsi üçün əmtəəşünaslıq ekspertizası təyin edilməsini xahiş etmişdir.

43. Məhkəmə sığorta hadisələri 2014-cü ildə baş verdiyi üçün ekspertlər tərəfindən avtomobillərə baxış keçirməklə dəymiş ziyanın məbləğinin müəyyənləşdirilməsinin mümkün olmadığını nəzərə alaraq vəsatəti əsassız hesab etmişdir.

44. MM-nin 936.2-ci maddəsinə əsasən faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüququn əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçdiyini nəzərə alaraq məhkəmə hesab edir ki, yol nəqliyyat hadisələrinin baş verməsində təqsirli olan sürücülərin mülki məsuliyyətini icbari sığorta qaydasında sığortalamış cavabdehdən iddiaçının ödədiyi sığorta ödənişi məbləğində pul vəsaitinin subroqasiya qaydasında tutulması barədə qətnamə qanuni və əsaslıdır. Qətnamənin apellyasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar müəyyən edilmir.

45. Qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(113)-4335/2023 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.

46. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382-385, 392, 393, 402-406-cı maddələrinin tələblərini rəhbər tutaraq, QƏT ETDİ:

Cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinin apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(113)-4335/2023 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamə dərhal qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar