Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-1085/2023 27.12.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İlk iddia üzrə iddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin cavabdeh X8, qarşılıqlı iddia üzrə iddiaçı X4 cavabdeh Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinə qarşı iş üzrə Açar sözlər:(pul tələbi, ziyanın ödənilməsi) Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının hakimlər Xəyal Əjdər oğlu Sarıyevin (sədrlik edən və məruzəçi), X13 və X7 ibarət tərkibdə, Rüfanə Elxan qızı Əzizzadənin katibliyi, Cavabdeh X4 iştirakı ilə, Bakı Kommersiya Məhkəməsinin 15 noyabr 2022-ci il tarixli e-2-2(113)-375/2022 saylı qətnaməsindən cavabdeh X9 tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən kommersiya mübahisəsinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı 1.Lizinq verən "xxxx" ASC ilə lizinq alan X9 arasında 2012-ci il 28 avqust tarixli, 37-LA/12 nömrəli lizinq müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən, lizinq verən ümumi məbləği 2.513.800 manat, tutumu 5.000 ton olan atmosfer kontrollu kartof saxlama anbarı avadanlıqlarının quraşdırılması ilə birlikdə dəyərinin lizinq ödəniş qrafikində (2 nömrəli əlavə) göstərilən qaydada ödənildikdən və müvafiq sənədləşmə aparıldıqdan sonra lizinq alanın mülkiyyətinə verilməsi şərti ilə 10 il müddətinədək lizinq alana lizinqə vermişdir. 2.Eyni tərəflər arasında bağlanmış 2014-cü il 28 fevral tarixli, 07-LA/14 nömrəli lizinq müqaviləsinə əsasən lizinq verən məbləği 408.430 manat, tutumu 5.000 ton olan atmosfer kontrollu kartof saxlama anbarı avadanlıqlarını (quraşdırılması ilə birlikdə) dəyərini lizinq ödəniş qrafikində (2 nömrəli əlavə) göstərilən qaydada ödənildikdən və müvafiq sənədləşmə aparıldıqdan sonra Lizinq alanın mülkiyyətinə verilməsi şərti ilə 10 il müddətinədək lizinq alana lizinqə vermişdir. 3."xxxx" ASC-nin 2016-cı il 3 fevral tarixli, 456/a nömrəli əmri ilə lizinq obyekti olan tutumu 5.000 ton olan bir dəst soyuducu anbar, həmin soyuducu kamera üçün əlavə avadanlıqlar, 2.000 ədəd aqroboks, bir dəst soyuducu kamera üçün çeşidləmə və bir dəst kartof qəbulu bunkeri avadanlıqlarının ödəniş qrafiki üzrə ödəmələri vaxtında həyata keçirmədikləri üçün istismarının dayandırılması məqsədilə komissiya yaradılmışdır. Komissiya sədrinin və üzvlərinin, lizinq alanın iştirakı ilə 2016-cı il 3 fevral tarixli akta tərtib edilərək lizinq avadanlıqların istismarı dayandırılaraq enerji mənbəyindən ayrılmış və giriş-çıxışlar plomblanmışdır. 4."xxxx" Açıq Səhmdar Cəmiyyətinin fəaliyyətinin tənzimlənməsi ilə bağlı bəzi tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 17 avqust tarixli Fərmanından irəli gələrək "xxxx" ASC-nin adı dəyişdirilərək "xxxx" ASC adlandırılmış və "xxxx" ASC-nin kənd təsərrüfatı texnikasının, texnoloji avadanlığın, suvarma sistemləri dəsti və avadanlığının, damazlıq heyvanların kənd təsərrüfatı istehsalçılarına lizinq yolu ilə satılmasına dair qüvvədə olan lizinq müqavilələri üzrə hüquq və öhdəlikləri Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinə ötürülmüşdür. 5.Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi tərəfindən X8 pretenziya məktubu ünvanlanaraq borcun və cərimə məbləğinin ödənilməsi xahiş edilmiş, əks təqdirdə məhkəməyə müraciət olunacağı ilə bağlı xəbərdarlıq edilmişdir. 6.X9 tərəfindən Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinə ünvanlanmış 2021-ci il 13 dekabr tarixli məktubda malların qalıq dəyərinə uyğun olaraq Tofik Boqatırevə satılması xahiş edilmiş, əks təqdirdə məhkəməyə müraciət olunacağı ilə bağlı xəbərdarlıq edilmişdir. a)Birinci instansiya məhkəməsində icraat 7.İlk iddia üzrə iddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi (bundan sonra-iddiaçı) cavabdeh X2rşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 2012-ci il 28 avqust tarixli, 37- LA/12 nömrəli və 2014-cü il 28 fevral tarixli, 07- LA/14 nömrəli müqavilələr üzrə 788.060 manat gecikdirilmiş əsas borc və 366.200,96 cərimə borcu, hüquqi yardımla bağlı ödənilmiş 350 manat, cəmi 1.154.610,96 manat pul vəsaitinin T.Boqatırevdən tutularaq Agentliyə ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. 8.Daha sonra iddiaçı iddia tələbinin dəyişdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, 2022-ci il 29 avqust tarixinə hesablanmaqla, 2012-ci il 28 avqust tarixli, 37-LA/12 nömrəli müqavilə üzrə 920.920 manat əsas borc və 636.629,28 manat cərimə borcunun, 07-LA/14 nömrəli müqavilə üzrə 149.400 manat gecikdirilmiş əsas borc və 102.906,6 manat cərimə borcunun, hüquqi yardımla bağlı ödənilmiş 350 manat və 400 manat çəkilmiş mediasiya xərcinin, ümumilikdə 1.810.605,88 manat pul vəsaitinin T.Boqatırevdən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. 9.İlk iddia tələbi onunla əsaslandırılmışdır ki, 2012-ci il 28 avqust tarixli, 37-LA/12 nömrəli və 2014cü il 28 fevral tarixli, 07-LA/14 nömrəli müqavilələrə əsasən dəyərinin bir hissəsi əvvəlcədən, qalan hissəsi isə müqavilənin tərkib hissəsi olan ödəniş qrafikinə uyğun olaraq ödənilmək şərti ilə kənd təsərrüfatı texnikaları lizinqə götürülmüşdür. T.Boqatırev müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməmiş, nəticədə maliyyə arayışının tərtib olunduğu 2021-ci il 16 iyul tarixinə 2012-ci il 28 avqust tarixli, 37- LA/12 nömrəli və 2014-cü il 28 fevral tarixli, 07-LA/14 nömrəli müqavilə üzrə 788.060 manat gecikdirilmiş əsas borcu yaranmışdır. Tərəflər arasında bağlanmış müqavilənin 4.2- ci maddəsinə görə lizinq alan ödəniş qrafikinə uyğun olaraq bir dəfədən artıq ödənişləri yerinə yetirməzsə lizinq verən lizinq alandan borc məbləği və gecikdirilən hər bir günə görə gecikdirilmiş məbləğin 0,1 faizi həcmində cərimə tələb etmək hüququna malikdir. 10.İlk iddia tələbinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (bundan sonra-“MM”) 427.3, 445.2.1, 465.2, 748-1.12.4-cü maddələrinə istinad olunmuşdur. 11.Eyni zamanda qarşılıqlı iddia üzrə iddiaçı X9 (bundan sonra-cavabdeh) qarşılıqlı iddia üzrə cavabdeh Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinə qarşı qarşılıqlı iddia ərizəsi və tələbinin dəyişdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, lizinq verənin qanunvericiliyin və tərəflər arasında bağlanmış müqavilələrin şərtlərinə zidd hərəkətləri nəticəsində lizinq alana vurduğu 50.000 manat maddi ziyanın və 760.000 manat əldən çıxmış faydanın, lizinq alan tərəfindən ödənilmiş 563.950 manat lizinq ödənişinin, lizinq obyektinin amortizasiyasının və 6 il ərzində heç bir əsaslı və cari təmiri aparılmadığından və heç bir texniki qulluq edilmədiyindən faktiki köhnəlmə dəyərinin lizinq obyektinin ümumi dəyərindən çıxılmaqla qalıq dəyərinin müəyyən olunması, lizinq obyektinin lizinq verənin (hüquqi varisinin) maliyyə vəsaiti hesabına əsaslı təmiri həyata keçirilməklə istifadəyə yararlı vəziyyətdə lizinq alanın istifadəsinə qaytarılması, lizinq obyekti lizinq alanın istifadəsinə qaytarıldıqdan sonra lizinq borcunun lizinq obyektinin qalıq dəyərinə uyğun tutulması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. 12.Qarşılıqlı iddia tələbi onunla əsaslandırılmışdır ki, Agentliyin T.Boqatırevdən tutulmasını tələb etdiyi borc məbləği cavabdehin həmin lizinq obyektindən lizinq verənin qanunvericiliyin və tərəflər arasında mövcud müqavilələrin şərtlərinə zidd olaraq istifadəsinə qadağa qoyduğu və lizinq obyektinin istismarını qadağan edərək giriş-çıxışını plombladığı dövrdən yaranmış borc məbləğidir. Həmin borc məbləğinin lizinq alandantutulması qanuni hesab oluna bilməz. MM-in 747.1-ci maddəsinin tələbi əsas tutularaq, Agentliyin tələbi qanunsuz və əsassız hesab edilməlidir. 2016-cı il 3 fevral tarixində lizinq obyektinin istifadəsi lizinq alana qadağan edilənədək, idarəetmə bloku təhvil verilmədiyindən dəyəri 408.430 manat olan avadanlıqlardan istifadə etmək mümkün olmamışdır. Digər tərəfdən, idarəetmə bloku təhvil-təslim aktında qeyd olunmamış, həmin sistemin olmadığını “TİTAN şirkətlər qrupu” nun mühəndisləri də müəyyən edə bilməmişlər. T.Boqatırev tərəfindən hər iki lizinq müqavilələri üzrə "xxxx" ASC-yə 2016-cı il 3 fevral tarixinədək 563.950 manat ödəniş edilsə də, faktiki həmin lizinq obyektindən istifadə etmək imkanından məhrum olmuşdur. Lizinq alanın lizinq obyektindən cəmi bir il natamam istifadə etməsinə görə həmin obyektin istismarını dayandıraraq, lizinq obyektini geri tələb etmədən lizinq ödənişinin tələb edilməsi qarşı tərəfin hüquqdan başqa şəxslərə ziyan vurmaq niyyəti ilə etdiyi və hüquqdan suiistifadə hesab olunan hərəkətlərdir. Soyuducu anbarda saxlanılan və lizinq alana məxsus olan 100 ton toxumluq kartof ən yüksək məhsuldar toxum olan “nevskiy” sort toxum olmuşdur ki, yaxşı aqrotexniki qulluq olduğu təqdirdə 1 ha torpaq sahəsinə 35- 50 ton məhsul götürmək olardı. 1 ha torpaq sahəsinə 3 ton toxum sərf olunduğundan 100 ton toxum kartofun 33 ha torpaq sahəsinə əkilməsi üçün Qusar rayonu ərazisində kənd təsərrüfatı təyinatlı münbit torpaq sahəsi də icarəyə götürülmüşdü. 1ha torpaq sahəsindən orta məhsuldarlığın 42 (35+50/2) ton olduğu nəzərə alındıqda, ümumilikdə 33 ha torpaq sahəsindən orta məhsuldarlıqda 1386 ton kartof məhsulu götürmək mümkün idi ki, həmin məhsulun da 90-95 faizi (1386 ton x 90%=1247 ton) əmtəəlik kartof hesab olunur. Əmtəəlik kartofun 1 kq-nın bazar qiymətinin həmin dövrdə 0,7 manat olduğu nəzərə alındıqda, 872.900 manat (1247 ton x 0,7 manat), yerdə qalan məhsul 138 ton (1386 ton x 10%) kartofun isə bazar qiyməti isə 0,4 manatdan hesabladıqda 55.200 manat (138 ton x 0,4 manat) edir.Ümumilikdə, 33 ha torpaq sahəsindən götürülməsi mümkün olan kartof məhsulunun ümumi dəyəri 928.100 manat təşkil edir ki, 1 ha torpaq sahəsinə bütün xərclər daxil 6.000 manat pul vəsaiti xərc çəkiləcəyini nəzərə alsaq, ümumilikdə çəkilməli olan xərc 168.000 (33 ha x 6.000 manat) manat təşkil edir. Çəkilən xərci əldə olunmuş məhsulun dəyərindən çıxdıqda isə 760.100 (928.100-168.000) manat əldən çıxmış fayda müəyyən olunur. Əldən çıxmış fayda hesablanarkən Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi Tərəvəzçilik X12 Kartofçuluq şöbəsinin mütəxəssislərinin “Nevskiy sort” kartof toxumu ilə bağlı rəyindəki elmi-tədqiqi məlumatları əsas götürülmüşdür.Lizinq müqavilələrinin müddəti 10 il müəyyən olunarkən lizinq obyektinin amortizasiyası nəzərə alınmış və müqavilə müddəti lizinq obyektinin istismar müddətinin ən azı 70 faizi təşkil edir. Tərəflər arasındakı mövcud müqavilələrin müddətinin bitməsinə isə - 2012-ci il 28 avqust tarixli müqavilə üzrə təxminən 4 ay, 2014-cü il 28 fevral tarixli müqavilə üzrə isə təxminən 2 il müddət qalır. Bu isə o deməkdir ki, dəyəri 2.513.800 manat, tutumu 5.000 ton olan atmosfer kontrollu kartof saxlama anbarı üçün avadanlıqların istismar müddətinin təxminən 70 faizi, dəyəri 408.430 manat, tutumu 5.000 ton olan atmosfer kontrollu kartof saxlama anbarı üçün əlavə avadanlıqların istismar müddətinin isə təxminən 56 faizi bitmişdir. Belə olan halda, lizinq obyekti dəyərinin birinci müqavilə 70 faizi, ikinci müqavilə üzrə 56 faizi itirmişdir. Halbuki, lizinq obyektinin istismarı dayandırıldığı 2016-cı il 3 fevral tarixindən bir dəfə də olsun, nə əsaslı, nə də cari təmir olunmuş, ümumiyyətlə qeyd olunan dövr ərzində lizinq obyektinə heç bir texniki qulluq göstərilməmişdir. Bunun nəticəsidir ki, lizinq obyekti normal köhnəlmədən daha çox köhnəlməyə məruz qalmış, bu isə lizinq obyektinin dəyərinin və istismar müddətinin tam azalmasına səbəb olmuşdur. 13.Qarşılıqlı iddia tələbinin maddi hüquqi əsası kimi MM-in 16.1, 21.1, 21.2, 152.5, 152.6, 386.1, 442, 560-560.3-cü maddələrinə, "xxxx" Açıq Səhmdar Cəmiyyətinin fəaliyyətinin tənzimlənməsi ilə bağlı bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 17 avqust tarixli Fərmanının 3.2-ci bəndinə istinad olunmuşdur. 14.Cavabdehin nümayəndəsi vəsatətlə Bakı Kommersiya Məhkəməsinə müraciət edərək, məhkəmə mühasibatlıq ekspertizasının təyin olunması barədə qərardad qəbul olunmasını xahiş etmiş, Bakı Kommersiya Məhkəməsinin 2022-ci il 7 fevral tarixli, e-2-2(113)-375/2022 saylı qərardadı ilə məhkəmə kompleks məhkəmə-mühasibatlıq və məhkəmə-əmtəəşünaslıq ekspertizası təyin olunmuş, ekspertizanın keçirilməsi Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin ekspertlərinə həvalə edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş məhkəmə mühəndis-texniki ekspertizasının 2022- ci il 10 may tarixli, 9/2302 nömrəli rəyində aşağıdakılar qeyd olunmuşdur: - Maliyyə arayışı, hesabdan çıxarış və digər zəruri sənədlər barədə kifayət qədər məlumat olmadığından məhkəmə-əmtəəşünaslıq və məhkəmə-mühasibatlıq ekspertizasının qarşısında qoyulmuş sual üzrə tədqiqat aparmaq mümkün olmamışdır. Belə olan halda, qeyd edilən səbəblərdən məhkəmə-əmtəəşünaslıq ekspertizasının qarşısında qoyulmuş suallar üzrə “2012-ci il 28 avqust tarixli, 37-LA/12 nömrəli və 2014-cü il 28 fevral tarixli, 07-LA/14 nömrəli lizinq müqavilələri üzrə aparılmış əməliyyatlara görə Agentliyə T.Boqatırevin yaranmış borc məbləğini müəyyən etmək mümkün olmamışdır. 15.Cavabdehin nümayəndəsi vəsatətlə Bakı Kommersiya Məhkəməsinə müraciət edərək, iş üzrə təkrar məhkəmə-əmtəəşünaslıq ekspertizasının təyin olunması barədə qərardad qəbul olunmasını xahiş etmiş, Bakı Kommersiya Məhkəməsinin 2022-ci il 13 iyun tarixli, e-2-2(113)-375/2022 saylı qərardadı ilə iş üzrə təkrar kompleks məhkəməmühasibatlıq və məhkəmə-əmtəəşünaslıq ekspertizası təyin olunmuş, ekspertizanın keçirilməsi Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin ekspertlərinə həvalə edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş məhkəmə-mühasibat ekspertizasının 2022-ci il 9 avqust tarixli, 9/4605 saylı rəyinin nəticə hissəsində aşağıdakılar göstərilmişdir: -İş materiallarında olan məlumatlar nəzərə alınmaqla və Agentliyin vəsaitindən istifadə “Qaydası”nın 6.1.2-ci bəndində göstərilmiş 40 faizi həcmində güzəşt tətbiq edildikdə, T.Boqatırevin "xxxx" ASC qarşısında 2012-ci il 28 avqust tarixli, 37-LA/12 saylı müqavilə üzrə olan öhdəliyi 1.999.844,00 manat məbləğində, 2014-cü 28 fevral tarixli, 07-LA/14 saylı müqavilə üzrə 195.058,00 manat məbləğində müəyyən olunmuşdur. -Titan İ.B-nin əməkdaşları tərəfindən tərtib edilmiş 2022-ci il 21 iyul tarixli mütəxəssis rəyinə əsasən ekspert baxışına təqdim olunmuş ümumi sahəsi 2520 m2 (1624 m2 (203 m2 x 8 ədəd soyuducu kamera) olan soyuducu anbarın yuxarıda qeyd edilən qüsurları nəzərə alınmaqla, halhazırkı təyinatı üzrə istifadəyə yararsız (yəni təmir-bərpasına çəkiləcək 1.700.000,00 manat nəzərə alınmaqla) vəziyyətdə orta bazar qiyməti təxminən 350.000,00 manat müəyyən olunur. 16.Bakı Kommersiya Məhkəməsinin 2022-ci il 15 noyabr tarixli, 2-2(113)-375/2022 saylı qətnaməsi ilə ilkin və qarşılıqlı iddia təmin edilməmişdir (hakim–F.Qasımov). 17.Birinci instansiya məhkəməsi gəldiyi nəticə ilə bağlı qeyd etmişdir ki, qanunvericilikdə lizinq ödənişlərinə anlayış verilərkən lizinq müqaviləsi üzrə lizinq alana verilmiş lizinq obyektindən istifadəyə görə onun tərəfindən lizinq verənin xeyrinə həyata keçirilən ödənişlər kimi qiymət verilmişdir. "xxxx" ASC-nin 2016-cı il 3 fevral tarixli, 456/a nömrəli əmrinə əsasən, lizinq obyekti olan, tutumu 5.000 ton olan bir dəst soyuducu anbar, həmin soyuducu kamera üçün əlavə avadanlıqlar, 2.000 ədəd aqroboks, bir dəst soyuducu kamera üçün çeşidləmə və bir dəst kartof qəbulu bunkeri avadanlıqlarının ödəniş qrafiki üzrə ödəmələri vaxtında həyata keçirmədikləri üçün istismarının dayandırılması məqsədilə komissiya yaradılması, həmin tarixli aktla lizinq avadanlıqlarınınistismarının, yəni istifadəsinin dayandırılması işin mübahisəsiz halı, tələb olunan borc isə lizinq avadanlıqlarının istifadəsinin dayandırılmasından sonrakı dövr üçün hesablanmış borc məbləği olmuşdur. 18.İstər lizinq münasibətlərini tənzimləyən qanunvericilik normalarında, istərsə də tərəflər arasında bağlanmış müqavilə şərtlərində lizinq ödənişlərinin məhz lizinq obyektindən istifadəyə görə ödənilməli olduğu qeyd edilmişdir. Buna görə də, ilkin iddia üzrə tələb olunan borc Agentlik tərəfindən lizinq avadanlıqlarının istifadəsinin dayandırılmasından sonrakı dövr üçün hesablanmış borc məbləği olduğundan ilkin iddia rədd edilməli və ərizənin verilməsi üçün ödənilmiş dövlət rüsumu Agentliyə aid olunmalıdır. 19.Qarşılıqlı iddianın əsasını lizinq obyektlərinin istifadəsinin T.Boqatırevə qadağan olunması nəticəsində ona vurulmuş zərər təşkil etmişdir. Buna anbardan çıxarılmasına icazə verilmədiyi toxumların yararsız hala düşdüyü və əkin nəticəsində əldə oluna biləcək məhsulların realizəsi nəticəsində gəlir aid olmuşdur.
20. T.Boqatırev tərəfindən anbardan çıxarılmasına icazə verilmədiyi toxumların yararsız hala düşməsini təsdiq edən 2016-cı il 16 aprel tarixində Xırdalan şəhərində tərtib olunmuş akt və fotoşəkillər təqdim olunmuşdur. Lakin həmin akt və fotoşəkillər mötəbər sübut kimi qəbul edilə bilməz. Belə ki, bu fotoşəkillərə əsasən, onların hansı şəraitdə, hansı vaxtda çəkilməsini və məhz T.Boqatırevə məxsus çıxarılmasına icazə verilmədiyi toxumların olmasını müəyyən etmək mümkün olmamışdır. Lakin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər, həmin gəlirləri əldə etmək üçün gördüyü tədbirlər və bu məqsədlə apardığı hazırlıq işləri ilə bağlı məhkəməyə heç bir sübut təqdim olunmadığından iddia həmin hissədə də rədd olunmalıdır. 21.Qarşılıqlı iddianın digər hissələri isə bir-biri ilə bağlı olduğundan, həmin tələblərə birlikdə qiymət verilməlidir. Ödəniş qrafikində nəzərdə tutulan məbləği ödəniş müddətləri üzrə 2 dəfədən artıq ödənilməməsi halı T.Boqatırev tərəfindən məhkəmə araşdırması zamanı mübahisələndirilməmiş, həmçinin hazırkı mübahisəyə baxılana qədər onun tərəfindən "xxxx" ASC-nin hərəkətlərinin qanuniliyi, bu hərəkətlər nəticəsində vurulmuş zərərin ödənilməsi ilə bağlı iddia qaldırılmamışdır. 22.Müqavilənin məzmunundan göründüyü kimi, ödəniş qrafikində nəzərdə tutulan məbləği ödəniş müddətləri üzrə 2 dəfədən artıq ödənilməməsi halında avadanlığı və onun yerləşdiyi tikintini kommunikasiyası ilə birlikdə saz vəziyyətdə geri götürmək, əvvəllər ödənilmiş məbləği özündə saxlamaq, vurulmuş zərərin tam ödənilməsini tələb etmək, birtərəfli qaydada müqaviləni ləğv etmək və avadanlığın istismarını dayandırmaq lizinq verənin hüququ kimi müəyyən olunmuş və lizinq verən bu hüququndan istifadə edərək avadanlığın istismarını dayandırmışdır. 23."xxxx" ASC-nin hərəkətləri müqavilə şərtlərinə uyğun həyata keçirildiyindən lizinq obyektinin amortizasiyasının və 6 il ərzində heç bir əsaslı və cari təmiri aparılmadığından, texniki qulluq edilmədiyindən faktiki köhnəlməyə məruz qalmasında təqsiri müəyyən oluna bilməz. Buna görə də qarşılıqlı iddia ödənilmiş 563.950 manat məbləğinin, lizinq obyektinin amortizasiyasının və faktiki köhnəlmə dəyərinin lizinq obyektinin ümumi dəyərindən çıxılmaqla qalıq dəyərinin müəyyən olunması, lizinq obyektinin lizinq verənin maliyyə vəsaiti hesabına əsaslı təmiri həyata keçirilməklə istifadəyə yararlı vəziyyətdə lizinq alanın istifadəsinə qaytarılması, lizinq obyekti lizinq alanın istifadəsinə qaytarıldıqdan sonra lizinq borcunun lizinq obyektinin qalıq dəyərinə uyğun tutulması hissəsində də rədd edilməlidir. 24.Məhkəmə gəldiyi nəticəni MM-in 21.1, 21.2, 443.4, 747.1, 748-1.12, 748-1.12.4, 748-2.2, 748- 10.1, 1096.1, 1097.1-ci maddələrinə istinad etməklə əsaslandırmışdır.
Apellyasiya instansiyası məhkəməsində birinci icraat 25.İddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi "xxxx" QSC apellyasiya şikayəti verərək, həmin qətnamənin ləğv edilməsi, ilk iddia tələbinin təmin edilməsi və qarşılıqlı iddianın rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. 26.İddiaçının apellyasiya şikayəti iddia ərizəsi ilə eyni qaydada əsaslandırılmış və əlavə olaraq qeyd olunmuşdur ki, iddia tələbi iş materiallarında olan lizinq müqavilələri, maliyyə arayışları, cərimə hesablanma qrafikləri, təhvil aktları ilə tamamilə sübuta yetirilmişdir. Cavabdeh isə öhdəliyi vaxtında icra etməməklə Mülki Məcəllənin 427.3-cü və 445.2.1-ci maddələrinin tələblərini pozmuşdur. 27.Cavabdeh X9 də apellyasiya şikayəti verərək, həmin qətnamənin qismən, yəni qarşılıqlı iddianın təmin edilməməsi hissəsində ləğv edilməsi və həmin hissəsə iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. 28.Cavabdehin apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə qarşılıqlı iddiaçının lizinq obyektlərindən istifadəsinin xx.xx.2016-cı il tarixdən qadağan edildiyini, eyni zamanda tərəflər arasındakı mübahisəli müqavilələr üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının xx.xx.2020-ci il tarixli 2-2(103)-18/2020 nömrəli qanuni qüvvəyə minmiş qətnaməsi ilə qeyd olunan lizinq obyektlərinə görə qarşılıqlı iddiaçıdan ümumilikdə ******* (bir milyon üç yüz əlli bir min yüz əlli altı) manat pul vəsaitinin tutulduğunu və qarşılıqlı iddiaçı tərəfindən mübahisəli müqavilələr üzrə 563950 (beş yüz altmış üç min doqquz yüz əlli) manat lizinq ödənişinin edildiyini (ümumilikdə, ******* (bir milyon doqquz yüz on beş min yüzaltı) manat), lakin lizinq obyektlərindən cəmi 3 il istifadə edə bildiyini müəyyən etsə də, ilk iddiaçının hüququndan sui-istifadə edərək, lizinq müqavilələrinin ləğvini və lizinq obyektinin geri qaytarılmasını tələb etmədən, qarşılıqlı iddiaçıdan lizinq borcunun tələb etməsinə düzgün qiymət verməmişdir. 29.Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 7 aprel tarixli, 2-2(103)- 255/2023 saylı qətnaməsi ilə iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin olunmuş, birinci instansiya məhkəməsinin qətnaməsi qismən, yəni qarşılıqlı iddiada irəli sürülmüş 50.000 manat zərərin rədd edilməsi hissəsində ləğv olunmuş və həmin hissədə iddia təmin edilmiş, Agentlikdən 50.000 manat məbləğində pul vəsaitinin tutularaq T.Boqatırevə ödənilməsi qət edilmiş, qalan hissədə qətnamə dəyişdirilmədən saxlanılmışdır (sədrlik edən-məruzəçi hakim R.Qurbanov, hakimlər V.Baxışova və A.Hüseyn). 30.Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, T.Boqatırevdən lizinq ödənişləri üzrə borcun tutulması üçün əsaslar mövcud olmamışdır. "xxxx" ASC-nin 2016-cı il 3 fevral tarixli, 456/a nömrəli əmrinə əsasən, lizinq obyekti olan tutumu 5.000 ton olan bir dəst soyuducu anbar, həmin soyuducu kamera üçün əlavə avadanlıqlar, 2.000 ədəd aqroboks, bir dəst soyuducu kamera üçün çeşidləmə və bir dəst kartof qəbulu bunkeri avadanlıqlarının ödəniş qrafiki üzrə ödəmələri vaxtında həyata keçirmədikləri üçün istismarının dayandırılması məqsədilə komissiyanın yaradılması, həmin tarixli aktla lizinq avadanlıqlarının istismarının, yəni istifadəsinin dayandırılması işin mübahisəsiz halı olmuşdur. Tələb olunan borc isə lizinq avadanlıqlarının istifadəsinin dayandırılmasından sonrakı dövr üçün hesablanmış borc məbləği olmuşdur. Bu baxımdan, ilk iddia üzrə tələb olunan borc iddiaçı tərəfindən lizinq avadanlıqlarının istifadəsinin dayandırılmasından sonrakı dövr üçün hesablanmış borc məbləği olduğundan ilk iddia rədd edilməlidir. 31.Məhkəmə hesab etmişdir ki, qarşılıqlı iddia qismən əsaslı olmuşdur. Qarşılıqlı iddiada irəli sürülmüş birinci tələb vurulmuş 50.000 manat məbləğində maddi zərərin əvəzinin ödənilməsi ilə bağlı olmuşdur və həmin tələb təmin edilməlidir. "xxxx" ASCnin 2016-cı il 3 fevral tarixli, 456/a nömrəli əmri ilə yaradılmış komissiya sədrinin və üzvlərinin, lizinq alanın iştirakı ilə tərtib edilmiş 2016-cı il 3 fevral tarixli akta əsasən, lizinq avadanlıqların istismarı dayandırılaraq enerji mənbəyindən ayrılmış və giriş-çıxışlar plomblanmışdır. Eyni zamanda, həmin aktda soyuducu anbarda lizinq alana məxsus 100 ton toxumluq kartof və 7 ton nar olduğu və məhsulları soyuducu anbardan götürmək üçün "xxxx" ASC tərəfindən şərait yaradılacağının bildirildiyi qeyd olunmuşdur. Göründüyü kimi, cavabdehə məxsus 100 ton toxumluq (nevskiy sort) kartofun həmin anbarda "xxxx" ASC tərəfindən plomblanaraq saxlanılması sonuncunun tərtib və təsdiq etdiyi aktla sübut olunmuşdur. 32.Eyni zamanda, həmin aktda məhsulları soyuducu anbardan götürmək üçün şərait yaradılacağı qeyd olunsa da, bu işin halları ilə müəyyən olunmamışdır. "xxxx" ASC də bununla bağlı hər hansı sübutu məhkəməyə təqdim etməmişdir. Eyni zamanda, T.Boqatırev, X14, Kənd Təsərrüfatı Nazirliyinin Tərəvəzçilik İnstitunun aqronomu X3 və soyuducu anbarın işçisi X1 iştirakı ilə tərtib olunmuş 2016-cı il 12 aprel tarixli akta əsasən, T.Boqatırevin lizinqə götürdüyü Xırdalan şəhəri, Sənaye zonası, Həsən Əliyev küçəsi ünvanında yerləşən soyuducu anbara baxış keçirilən zaman həmin anbarda toxumluq kartofun və narın xarab olduğu müəyyən edilmişdir. 33.Göründüyü kimi, lizinq obyekti olan soyuducu anbarın plomblanması nəticəsində onun içərisində qalan 100 ton toxumluq kartof yararsız olmuşdur. Bu baxımdan, T.Boqatırev ona dəymiş zərər kimi 100 ton toxumluq kartofun dəyərinin "xxxx" ASC-dən tutulmasını tələb etməkdə haqlı olmuşdur. 34.Dəymiş zərərin məbləğinə gəldikdə isə qeyd olunmalıdır ki, 2015-ci il 25 avqust tarixində təminatçı kimi T.Boqatırev ilə təşkilatçı kimi X10 arasında “Birgə fəaliyyət haqqında” müqavilə bağlanmışdır. Müqavilənin predmeti tərəflərin qanuni istifadəsində və sahibliyində olan istehsal vasitələrinin, texnoloji avadanlıqların, torpaq sahələrinin və maliyyə vəsaitlərinin səmərəli istifadəsini həyata keçirərək birgə fəaliyyət göstərməsi təşkil etmişdir. 35.Həmin müqaviləyə uyğun olaraq 2015-ci il 27 noyabr tarixində T.Boqatırev ilə X10 arasında akt tərtib edilmişdir. Həmin aktda tərəflər arasında 2015-ci il 25 avqust tarixli “Birgə fəaliyyət haqqında” müqavilənin şərtlərinə uyğun olaraq Rusiya Federasiyasından 100 ton toxumluq kartofun alınıb ölkəyə gətirilməsi, bununla bağlı lazım olan icazələrin alınması və digər zəruri sənədləşmə işlərinin aparılması, vergi və rüsumların ödənilməsi üçün 50.000 manat pul vəsaiti nağd formada T.Boqatırev tərəfindən X6 verilməsi qeyd edilmişdir. 36.Həmçinin, T.Boqatırev tərəfindən məhkəməyə təqdim edilən 2023-cü il 13 mart tarixli müstəqil auditor hesabatına əsasən, fiziki şəxs T.Boqatırev tərəfindən 100 ton kartof toxumunun dəyərinə 50.000 manat məbləğində nağd formada pul verilmişdir. Lizinq obyektində plomblanaraq saxlanılmış və bunun nəticəsində yararsız hala düşmüş 100 ton kartof toxumunun dəyəri 50.000 manat təşkil etmişdir. Bu baxımdan, T.Boqatırev dəymiş zərərə görə 50.000 manat məbləğində pulun Agentlikdən tutulmasını tələb etməkdə haqlı olmuşdur. 37.Bununla yanaşı, qarşılıqlı iddiada irəli sürülmüş 760.000 manat əldən çıxmış faydanın əvəzinin ödənilməsi ilə bağlı tələb təmin edilə bilməz. İşdə MM-in 443.4-cü maddəsinin dispozisiya şərtləri mövcud olmamışdır. Çünki T.Boqatırev əvvəlki illərdə bu işlərin həyata keçirtdiyini və qarşılıqlı iddia ərizəsində qeyd etdiyi nisbətlərdə gəlir əldə etdiyini təsdiq edən maliyyə və mühasibatlıq sənədlərini təqdim etməmiş və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra – “MPM”) 77.1-ci maddəsi ilə üzərinə düşən sübut etmə vəzifəsini yerinə yetirə bilməmişdir. 38.T.Boqatırev tərəfindən məhkəməyə təqdim edilmiş 2023-cü 13 mart il tarixli müstəqil auditor hesabatı isə əldən çıxmış faydanın mövcud olduğunu təsdiq edən mötəbər sübut kimi qiymətləndirilə bilməz. Çünki həmin rəyin kartof toxumunun əkilməsi və gəlirin əldə edilməsi ilə bağlı hissəsi hər hansı maliyyə və ya mühasibat sənədləri ilə əsaslandırılmamışdır. Bu baxımdan, əldən çıxmış faydanın tutulması barədə iddia tələbləri təmin edilə bilməz. 39.Həmçinin, qarşılıqlı iddia tələbləri digər hissələrdə də əsassız olmuşdur. Belə ki, iddianın həmin hissələrdə təmin edilməsi üçün ilkin olaraq lizinq avadanlığının istismarının dayandırılmasında "xxxx" ASC-nin hərəkətlərinin qanunsuz olub-olmaması məsələsi aydınlaşdırılmalıdır.
40. Tərəflər arasında bağlanmış 2012-ci 28 avqust tarixli, 37-LA/12 və 2014-cü il 28 fevral tarixli, 07-LA/14 nömrəli lizinq müqavilələrinin 5.1 və 5.1.5-ci bəndinə əsasən, avadanlıqdan istifadə üçün ödəniş qrafikində nəzərdə tutulan məbləği ödəniş müddətləri üzrə 2 dəfədən artıq ödənilməməsi lizinq alan tərəfindən müqavilənin şərtlərinin pozulması halı hesab edilmişdir. Həmin müqavilələrin 5.2-ci bəndinə əsasən, göstərilən hallardan biri mövcud olduqda lizinq verən lizinq alanı yazılı surətdə xəbərdarlıq etməklə avadanlığı və onun yerləşdiyi tikintini (binanı) kommunikasiyası ilə birlikdə saz vəziyyətdə geri götürür, onun əvvəllər ödədiyi məbləği özündə saxlayır və vurulmuş zərərin tam ödənilməsini tələb edir. Müqavilələrin 5.6-cı bəndinə əsasən, lizinq alan 5.2-5.4-cü bəndlərin tələblərini yerinə yetirmədikdə lizinq verən birtərəfli qaydada müqaviləni ləğv edir, avadanlığın istismarınıdayandırır, vurduğu zərərin və avadanlığın dəyərinin 10 faizi məbləğində cərimənin lizinq alandan alınması üçün məhkəməyə müraciət edir. 41.İş üzrə də T.Boqatırev tərəfindən müqavilə üzrə ödəniş qrafikində nəzərdə tutulan məbləğlərin ödəniş müddətləri üzrə 2 dəfədən artıq ödənilməməsi işin mübahisələndirilməyən halı olmuşdur. Lizinq müqavilələrinin məzmunundan göründüyü kimi, ödəniş qrafikində nəzərdə tutulan məbləği ödəniş müddətləri üzrə 2 dəfədən artıq ödənilməməsi halında avadanlığı və onun yerləşdiyi tikintini kommunikasiyası ilə birlikdə saz vəziyyətdə geri götürmək, əvvəllər ödənilmiş məbləği özündə saxlamaq, vurulmuş zərərin tam ödənilməsini tələb etmək, birtərəfli qaydada müqaviləni ləğv etmək və avadanlığın istismarını dayandırmaq lizinq verənin hüququ kimi müəyyən olunmuş və lizinq verən bu hüququndan istifadə edərək avadanlığın istismarını dayandırmışdır. 42.Bu baxımdan, "xxxx" ASC-nin hərəkətləri müqavilə şərtlərinə uyğun həyata keçirildiyindən lizinq obyektinin amortizasiyasının və 6 il ərzində heç bir əsaslı və cari təmiri aparılmaması, heç bir texniki qulluq edilmədiyindən faktiki köhnəlməyə məruz qalmasında təqsiri müəyyən oluna bilməz və buna görə də qarşlılıqlı iddia həmin hissələrdə sübutlar (ekspert rəyi və s.) araşdırılmadan rədd edilməlidir.
43. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni MM-in 21.2, 443.4, 747.1, 748-1.12, 748- 1.12.4, 748-10.1, 1096.1, 1097.1-ci maddələrinə, MPM-in 77.1-ci maddələrinə istinad etməklə əsaslandırmışdır.
Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
44.Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
b) Kassasiya instansiyası məhkəməsindəki icraat
45.Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 7 aprel tarixli, 2-2(103)- 255/2023 saylı qətnaməsindən iddiaçı və cavabdeh kassasiya şikayətləri vermişlər. 46.Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının 05 oktyabr 2023-cü il tarixli, 2-2(102)-426/2023 saylı qərarı ilə iddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi tərəfindən verilmiş kassasiya şikayətinin qismən təmin edilməsi, cavabdeh X4 kassasiya şikayətinin təmin edilməməsi, Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 7 aprel tarixli, 2- 2(103)-255/2023 saylı qətnaməsinin qismən – Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyindən 50.000 manat məbləğində pul vəsaitinin tutularaq X8 ödənilməsi hissəsində ləğv edilməsi, işin həmin hissədə yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. 47.Kassasiya instansiya məhkəməsi mübahisə ilə bağlı öz mövqeyini aşağıdakı kimi əsaslandırmışdır: 48.Apellyasiya instansiyası məhkəməsi qarşılıqlı iddia tələbinin təmin olunan hissəsində iddiaçı tərəfindən lizinq obyektinin istismarının dayandırılması haqqında 2016-cı il 3 fevral tarixli və soyuducu anbara baxış keçirilməsi haqqında 2016-cı il 12 aprel tarixli aktlara istinadla belə qənaətə gəlmişdir ki, istismarı müqavilə şərtlərinə uyğun şəkildə dayandırılmış soyuducu anbarda qarşılıqlı iddiaçının razılığı ilə saxlanılmış məhsul, qarşılıqlı iddia üzrə cavabdehin təqsirli hərəkətləri nəticəsində xarab olmuşdur. Buna görə də, məhkəmə belə nəticəyə gəlmişdir ki, MMnin 21.2, 1096 və 1097-ci maddələrində nəzərdə tutulmuş əsaslar mövcuddur. 49.Qeyd olunmalıdır ki, mülki qanunvericiliyin tələblərinə görə zərər vurulması öhdəliyin əməl gəlmə əsaslarından biridir. Zərərin ödənilməsi üçün aşağıdakı hüquqi əsaslar müəyyən edilməlidir: zərərin mövcud olması, zərərin qanunsuz hərəkət və yaxud hərəkətsizlik nəticəsində vurulması, zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin olması, zərər vuran şəxsin təqsirli olması (MM-nin 21.2, 1096, 1097-ci maddələri). 50.Apellyasiya instansiyası məhkəməsi məhsulun xarab olması nəticəsində cavabdehə dəymiş maddi ziyanla iddiaçının hərəkətləri arasında səbəbli əlaqəni müəyyənləşdirərkən, 2016-cı il 3 fevral tarixli aktda məhsulların soyuducu anbardan götürmək üçün şərait yaradılacağının qeyd olunmasına, lakin bunun işin halları ilə müəyyən olunmamasına, iddiaçı tərəfindən isə bununla bağlı hər hansı sübutun məhkəməyə təqdim edilməməsinə istinad etmişdir. 51.Məhkəmə kollegiyası bununla bağlı qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi qarşılıqlı iddia tələbinin təmin olunan hissəsində sübutetmə yükünü düzgün bölüşdürməmiş, bununla da MPM-nin 77.1-ci maddəsinin tələblərini pozmuşdur. 52.Belə ki, MPM-nin 14.2 və 77.1-ci maddələrinin tələbləri baxımından, cavabdeh tərəfin təqsirli hərəkət nəticəsində ziyanın vurulduğunu sübut etmək vəzifəsi ziyanın vurulduğunu iddia edən tərəfin üzərinə düşür. Lakin baxılan işdə, istismarı dayandırılmış soyuducu anbarda qarşılıqlı iddiaçının özünün razılığı ilə saxlanılmış məhsulun, 2016-cı ilin 3 fevral tarixindən sonra çıxarılması üçün sonuncu tərəfindən hər hansı hərəkət edilməsi, buna baxmayaraq, qarşılıqlı iddia üzrə cavabdeh (ilkin iddiaçı) tərəfindən hər hansı maneənin yaradılması, eləcə də, məhsulun çıxarılmasına icazə verilməməsi, bunun nəticəsində məhsulun xarab olması barədə işin materiallarında hər hansı sübut yoxdur. 53.Bu baxımdan məhkəmə kollegiyası hesab etmişdir ki, apellyasiya instansiyası məhkəməsi göstərilən hissədə işin hallarını tam araşdırmamış və qətnaməni MPM-nin 217.3-ci maddəsinin tələblərinə əsasən iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırmamış, maddi hüquq normaları düzgün tətbiq edilməmişdir. 54.İşin yuxarıda qeyd olunan faktiki hallarını və MM-nin 21.2, 1096 və 1097-ci maddlələrinin tələblərini nəzərə alan məhkəmə kollegiyası hesab etmişdir ki, apellyasiya instansiyası məhkəməsinin iş üzrə qəbul etdiyi qətnamə qarşılıqlı iddianın təmin olunması hissəsində maddi və prosessual hüquq normalarının pozulmasına görə ləğv edilməli, iş həmin hissədə yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməli, ilkin iddiaçının kassasiya şikayəti qismən təmin edilməlidir. 55.İşin yeni apellyasiya baxışı zamanı iddia olunan ziyanla, qarşılıqlı iddia üzrə cavabdehin hərəkətləri arasındakı səbəbli əlaqənin olub-olmaması mötəbər sübutlarla müəyyən edilməklə, tərəflərin təqdim etdikləri və iş üzrə toplanmış sübutlara Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88, 217.4-cü maddələrinin tələbləri baxımından düzgün hüquqi qiymət verilməli, mübahisəli hüquq münasibətinə maddi hüquq normalarının düzgün tətbiq olunması təmin edilməlidir. 56.Cavabdehin kassasiya şikayətinin dəlillərinə gəldikdə, həmin dəlillər əldən çıxmış fayda şəklində ziyanla bağlı təqdim edilmiş sübutlara apellyasiya məhkəməsi tərəfindən hüquqi qiymət verilməməsi, əldən çıxmış faydanın mövcudluğu ilə bağlı işin müəyyən olunmuş hallarının məhkəmələr tərəfindən nəzərə alınmaması ilə bağlı olmuşdur. 57.Məhkəmə kollegiyası MM-in 443.4-cü maddəsinin tələblərinə əsaslanaraq cavabdehin kassasiya şikayətinin dəlilləri ilə razılaşmamış və hesab etmişdir ki, apellyasiya instansiyası məhkəməsi hazırkı işdə MM-in qeyd edilən maddəsinin dispozisiya şərtlərinin mövcud olmaması ilə bağlı düzgün nəticəyə gəlmiş, bu nəticəyə gələrkən apellyasiya instansiyası məhkəməsi tərəfindən cavabdehin təqdim etdiyi sübutlar ətraflı araşdırılaraq, mülki prosessual qanunvericiliyin mümkünlük, aidlik və mötəbərlik tələbləri nəzərə alınmaqla qiymətləndirilmişdir. Ona görə də məhkəmə kollegiyası belə qənaətə gəlmişdir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanmalı, cavabdehin kassasiya şikayəti təmin edilməməlidir.
c)Apellyasiya instansiya məhkəməsindəki ikinci icraat
d)Məhkəmə icraatı iştirakçılarının izahatları
58.Məhkəmə kollegiyasının iclasında cavabdeh X9 apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək onun təmin edilməsini xahiş etdi, izahatında ona verilən suallara cavab olaraq bildirdi ki, 2016-cı ilin 3 fevral tarixindən sonra malların çıxarılması üçün özü tərəfindən hər hansı hərəkət edilməsi, iddiaçının buna icazə verməməsi ilə bağlı təqdim olunası sübutu yoxdur. 59.Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, iddiaçının nümayənədəsi məhkəməyə gəlməmiş, nümayəndə və vəkil ərizə ilə müraciət edərək, işin baxılmasının təxirə salınmasını xahiş etmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən üzürlü səbəblər müəyyən etmədiyindən, iddiaçının nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq:
Azərbaycan Respublikasının Mülki Məcəlləsi: 60.Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 61.Maddə 747.1.Lizinq müqaviləsinə görə lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur. 62.Maddə 1096.1.Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 63.Maddə 1097.1.Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: 64.Maddələr 14.2, 77.1, 217.4.Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 65.Maddə 88.Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 66.Maddə 119.1.Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 67.Maddə 385.2.Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
Apellyasiya baxışının hədləri
68.Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. 69.Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəasını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırki halda apellyasiya baxışının hədlərini qətnamənin cavabdeh X4 50.000 manat maddi ziyanın əvəzinin ödənilməsi ilə bağlı qarşılıqlı iddia tələbinin təmin edilməyən hissəsində cavabdeh X4 apellyasiya şikayətinin dəlillərinə münasibətdə qanuniliyinin və əsaslılığının yoxlanılması təşkil edir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi 70.Məhkəmə kollegiyası cavabdehi dinləyib, onun apellyasiya şikayətinin mübahisələndirilən hissədə dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin mübahisələndirilən hissədə təmin edilməməli, Bakı Kommersiya Məhkəməsinin 15 noyabr 2022-ci il tarixli e-2-2(113)-375/2022 saylı qətnaməsi mübahisələndirilən- cavabdeh X4 50.000 manat maddi ziyanın əvəzinin ödənilməsi ilə bağlı qarşılıqlı iddia tələbinin təmin edilməyən hissəsində dəyişdirilmədən saxlanılmalıdır. 71.Kollegiya qeyd edir ki, hazırda qarşılıqlı iddianın zərərlə bağlı mübahisələndirilən hissəsi istismarı müqavilə şərtlərinə uyğun şəkildə dayandırılmış soyuducu anbarda cavabdehin razılığı ilə saxlanılmış məhsulun iddiaçının təqsirli hərəkətləri nəticəsində xarab olması ilə bağlıdır. 72.Kollegiya qeyd edir ki, mülki qanunvericiliyin tələblərinə görə zərər vurulması öhdəliyin əməl gəlmə əsaslarından biridir. Zərərin ödənilməsi üçün aşağıdakı hüquqi əsaslar müəyyən edilməlidir: zərərin mövcud olması, zərərin qanunsuz hərəkət və yaxud hərəkətsizlik nəticəsində vurulması, zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin olması, zərər vuran şəxsin təqsirli olması (MM-nin 21.2, 1096, 1097-ci maddələri). 73.Məhkəmə araşdırması zamanı məhsulun xarab olmasına görə iddiaçının qanunsuz hərəkəti və ya hərəkətsizliyi, zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin olması müəyyən olunmamışdır. 74.Kollegiya qeyd edir ki, hazırki halda maddi zərərlə bağlı sübutetmə yükü cavabdehin üzərinə düşür. 75.Belə ki, MPM-nin 14.2 və 77.1-ci maddələrinin tələbləri baxımından, iddiaçı tərəfin təqsirli hərəkəti nəticəsində ziyanın vurulduğunu sübut etmək vəzifəsi ziyanın vurulduğunu iddia edən cavabdehin üzərinə düşür. 76.Hazırki işdə istismarı dayandırılmış soyuducu anbarda cavabdehin özünün razılığı ilə saxlanılmış məhsulun, 2016-cı ilin 3 fevral tarixindən sonra çıxarılması üçün sonuncu tərəfindən hər hansı hərəkət edilməsi, buna baxmayaraq, iddiaçı tərəfindən hər hansı maneənin yaradılması, eləcə də, məhsulun çıxarılmasına icazə verilməməsi, bunun nəticəsində məhsulun xarab olması barədə işin materiallarında hər hansı sübut yoxdur. 77.Məhkəmə qeyd etmişdir ki, cavabdeh tərəfindən anbardan çıxarılmasına icazə verilmədiyi toxumların yararsız hala düşməsini təsdiq edən 2016-cı il 16 aprel tarixində Xırdalan şəhərində tərtib olunmuş akt və fotoşəkillər təqdim olunmuşdur. Lakin həmin akt və fotoşəkillər mötəbər sübut kimi qəbul edilə bilməz. Belə ki, bu fotoşəkillərə əsasən, onların hansı şəraitdə, hansı vaxtda çəkilməsini və məhz cavabdehə məxsus çıxarılmasına icazə verilmədiyi toxumların olmasını müəyyən etmək mümkün olmamışdır. 78.Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mübahisələndirilən hissədə iş üzrə gəldiyi nəticəni qanuni və əsaslı hesab edərək qeyd edir ki, cavabdehin qarşılıqlı iddia tələbi üzrə qeyd etdiyi hallar iş materiallarının araşdırılması ilə öz təsdiqini tapmamış, bu halları təsdiq edən hər hansı bir mötəbər sübut təqdim edilməmişdir. 79.Bu qənaətə gələrkən kollegiya qeyd edir ki, işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. 80.Mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. MPM sübutetmə vəzifələrinin bölgüsünün ümumi qaydasını müəyyən edir. Bu qaydaya görə iş iştirakçıları tələb və etirazlarını əsaslandırdıqları faktları isbat etməlidirlər. Məhkəmə öz istəyinə görə iş iştirakçısı olan bu və ya başqa şəxsi onun öz iddia və etirazlarını əsaslandırmaq üçün söykəndiyi halların və qanunla sübut etməli olduğu başqa halların sübut olunması yükündən azad edə, yaxud sübutetmə yükünü bölüşdürə bilməz. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almalıdır (MPM-in 14.2 və 77.1-ci maddələri). Məhkəmə (hakim) bütün proses boyu obyektiv və qərəzsiz arbitr olaraq qalmalıdır. Həmin Məcəlləsinin 78.1-ci maddəsinin tələblərinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Hazırki mübahisə üzrə sübutetmə yükü iddiaçının üzərinə düşür.. 81.“Mahmudov Rusiya Federasiyasına qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. 82.Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. 83.Buna görə də məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi mübahisələndirilən hissədə işin faktiki hallarına və qanunvericiliyin qeyd olunan müddəalarına uyğun olaraq düzgün nəticəyə gəlmişdir. 84.Qeyd olunan xüsusatları ümumləşdirərək məhkəmə kollegiyası belə qənaətə gəlir ki, cavabdeh X9 tərəfindən verilmiş apellyasiya şikayəti mübahisələndirilən hissədə təmin edilməməli, Bakı Kommersiya Məhkəməsinin 15 noyabr 2022-ci il tarixli e-2-2(113)-375/2022 saylı qətnaməsi mübahisələndirilən hissəsdə dəyişdirilmədən saxlanılmalıdır. 85.Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393, 402, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qət etdi: Cavabdeh X9 tərəfindən verilmiş apellyasiya şikayəti mübahisələndirilən hissədə təmin edilməsin. Hazırkı iş üzrə Bakı Kommersiya Məhkəməsinin 15 noyabr 2022-ci il tarixli, e-2-2(113)-375/2022 saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şıkayəti verilə bilər.
Sədrlik edən Xəyal Sarıyev
Hakimlər Fuad Abdıyev
Məhəmməd Rüstəmli