Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-2(103)-1088/2023 21.12.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X3 Hüseynin sədrliyi və məruzəsi ilə, Vüsalə Ələkbər qızı Baxışova və Raqib Əliddin oğlu Qurbanovdan ibarət tərkibdə, Bakı Kommersiya Məhkəməsinin 15 noyabr 2023-cü il tarixli, e-2-2(113)-3528/2023 saylı qərardadından İddiaçı MMC tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında, yazılı icraat qaydasında baxaraq, müəyyən etdi: İddiaçı MMC Cavabdeh MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, сavabdeh Cavabdehndən 33.637,33 məbləğində əsas borc, 210 manat məbləğində dəbbə pulu, 15.942,3 manat məbləğində əldən çıxmış fayda, 200 (iki yüz manat) məbləğində mediasiya xərcləri, 200 (iki yüz manat) manat məbləğində vəkil xərci, ümumilikdə 50.189,63 manat məbləğində pulun və 41 manat məbləğində dövlət rüsumunun tutularaq İddiaçınə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-ci il qərardadı ilə iddia ərizəsi məhkəmənin icraatına qəbul edilmiş və işin məhkəmədə baxılmağa hazırlanması 12 iyul 2023-cü il tarixə təyin edilmişdir. Bundan sonra bir neçə dəfə məhkəmə hazırlıq iclasları təxirə salınmış (xx.xx.2023-cü il, xx.xx.2023-cü il (xx.xx.2023-cü il), xx.xx.2023-cü il, xx.xx.2023-cü il) və sonuncu hazırlıq iclası xx.xx.2023-cü il tarixə təyin olunmuşdur (təxirə salınmışdır). Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il qərardadı ilə iş kifayət qədər hazır olduğundan iş üzrə məhkəmə baxış iclası (15 noyabr 2023-cü il tarixə) təyin edilmişdir. Daha sonra xx.xx.2023-cü il tarixdə iddiaçının nümayəndəsi və vəkili iddianın dəqiqləşdirilməsi (tələbin həcminin artırılması) barədə ərizə verərək, сavabdeh Cavabdehndən 35.575,01 məbləğində əsas borc, 249 manat məbləğində dəbbə pulu, 15.622,35 manat məbləğində əldən çıxmış fayda, 200 (iki yüz manat) məbləğində mediasiya xərcləri, 200 (iki yüz manat) manat məbləğində vəkil xərci, ümumilikdə 51.846,36 manat məbləğində pulun və 46 manat məbləğində dövlət rüsumunun, tutularaq İddiaçınə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il qərardadı ilə İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı pul tələbinə dair iş üzrə iddiaçının nümayəndəsi və vəkili Nümayəndə tərəfindən verilmiş iddia tələbinin həcminin artırılması barədə ərizə geri qaytarılmışdır. İddiaçının nümayəndəsi və vəkili şikayət verərək, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2-2(113)-3528/2023 saylı qərardadının ləğv edilməsi və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizənin icraata qəbul edilməsi, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2-2(113)-3528/2023 saylı qərardadı ləğv edilmədiyi təqdirdə şikayət ərizəsinin aidiyyəti üzrə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına göndərilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, ilkin iddia ərizəsində tərəflərindən xx.xx.2018-ci il tarixli, 973575 nömrəli 38.999,90 manat məbləğində elektron qaiməyə əsaslanılmışdır. Lakin iddia ərizəsi ilə məhkəməyə müraciət edildikdən sonra sonuncu hazırlıq iclası zamanı müəyyən edilmişdir ki, Cavabdeh İddiaçınə olan borcu təkcə xx.xx.2018-ci il tarixli, 973575 nömrəli qaimə əsasında deyil, həmçinin digər 8 ədəd elektron vergi hesab fakturası və 3 ədəd digər elektron qaimələr əsasında yaranmışdır. Belə ki, tərəflərindən araşdırma aparılmış Cavabdeh ilə İddiaçı arasında olan alqı-satqı müqaviləsi üzrə qaimələrə, elektron vergi hesab fakturalarına, bank çıxarışına, hesabdan çıxarışa və s. sənədlərə baxış keçirilərək aşağıda qeyd edilən digər qaimə və vergi hesab fakturaları aşkar edilmiş və məhkəməyə təqdim etmişdir: xx.xx.2017-ci il tarixli, 342350 hesab nömrəli 15.952,10 manat məbləğində vergi hesab fakturası; Bu hesab faktura üzrə 633,94 manat borc qalmışdır. xx.xx.2017-ci il tarixli, 684762 hesab nömrəli 8.638,73 manat məbləğində vergi hesab fakturası; Bu hesab faktura üzrə 4.464,12 manat borc qalmışdır. xx.xx.2017-ci il tarixli, 765107 hesab nömrəli 9.634,93 manat məbləğində vergi hesab fakturası; Bu hesab faktura üzrə heç bir məbləğ ödənilməmişdir. xx.xx.2017-ci il tarixli, 813400 hesab nömrəli 1.420,53 manat məbləğində vergi hesab fakturası; bu hesab faktura üzrə heç bir məbləğ ödənilməmişdir. xx.xx.2017-ci il tarixli, 844524 hesab nömrəli 11.330,02 manat məbləğində vergi hesab fakturası; bu hesab faktura üzrə heç bir məbləğ ödənilməmişdir. xx.xx.2017-ci il tarixli, 961059 hesab nömrəli 3.553 manat məbləğində vergi hesab fakturası; bu hesab faktura üzrə heç bir məbləğ ödənilməmişdir. xx.xx.2017-ci il tarixli, 961267 hesab nömrəli 2.600 manat məbləğində vergi hesab fakturası; Bu hesab faktura üzrə heç bir məbləğ ödənilməmişdir. xx.xx.2018-ci il tarixli, 955691 hesab nömrəli 38.999,90 manat məbləğində vergi hesab fakturası; Bu hesab faktura üzrə 1938,47 manat borc qalmışdır. Qaimələr: xx.xx.2017-ci il tarixli 8.638,73 manat məbləğində qaimə və invoys; xx.xx.2017-ci il tarixli 9.634,93 manat məbləğində qaimə və invoys; xx.xx.2017-ci il tarixli 1.420,53 manat məbləğində qaimə və invoys; sözügedən qaimə və hesab-fakturalar elektron məhkəmə sisteminə əlavə edilmiş və tərəflərindən əsas borc, dəbbə pulu və əldən çıxmış fayda bu qaimə və hesab fakturalara uyğun olaraq yenidən hesablanılmışdır. Yekunda ilkin iddia tələbindən fərqli məbləğ əldə edildiyi üçün iddia tələbinə dəqiqləşmə verilməsi zərurəti yaranmışdır. Məhkəmənin diqqətinə çatdırırlar ki, iddia tələbini həcminin artırılmasının əsasları, yəni iddia tələbinin yenidən hesablanılmasına səbəb olan qaimə və hesab fakturalar məhz iddia ərizəsi ilə məhkəməyə müraciət edildikdən sonra sonuncu hazırlıq iclası zamanı aşkar edilmişdir. Belə ki, Cavabdeh ilə alqı-satqı müqaviləsi bağlandığı dövrdə və müqavilə üzrə malların satışının həyata keçirilməsi zamanı İddiaçındə mühasib olaraq fəaliyyət göstərən, X2 daha sonra işdən ayrılmış, Cavabdeh MMC-yə qarşı iddia məhkəməyə verilərkən və işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər olan müddət ərzində MMC-də işləməmişdir. Bu səbəblə iddia ərizəsi məhkəməyə verilərkən və hazırlıq mərhələsində digər qaimələrin və hesab-fakturaların müəyyən edilməsi mümkün olmamışdır. Lakin daha sonra Namiq Fərəczadə yenidən İddiaçındə Maliyyə və İnkişaf Departamentinin rəhbəri vəzifəsində çalışmağa başlamış və Cavabdehnə qarşı olan məhkəmə mübahisəsi üzrə araşdırmalar aparmışdır. Bu hal 15 noyabr 2023-cü il tarixli məhkəmə baxış iclasında da qeyd edilmişdir. Həmçinin qoşmada X1 əmək müqavilələri və əmək müqaviləsinə xitam verilməsi bildirişi məhkəməyə təqdim edilir. Bildirirlər ki, iş üzrə sonuncu hazırlıq iclası xx.xx.2023-cü il tarixə təyin olunmuşdur. Bu hazırlıq iclasında iş üzrə elektron məhkəmə sisteminə əlavə edilən elektron qaimələr və hesab-fakturalar əsasında tərəflərindən iddia tələbinin dəqiqləşdirməli olduğu, tələbin əsaslarının yeni sənədlər əsasında izah ediləcəyi bildirilmişdir. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il qərardadı ilə iş üzrə məhkəmə baxış iclası (15 noyabr 2023-cü il tarixə) təyin edilmişdir. Tərəflərindən iddia ərizəsinin dəqiqləşdirilməsi ilə bağlı ərizə isə xx.xx.2023-cü il tarixdə verilmişdir. Lakin Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2-2(113)-3528/2023 saylı qərardadında qeyd edilmişdir ki, iddiaçının iddia həcminin artırılması barədə ərizənin baxış iclasında verilməsini əsaslandırmaq üçün istinad etdiyi hallar həmin ərizənin hazırlıq mərhələsində təqdim edilməsinin mümkünsüzlüyünə dəlalət edən obyektiv hallar olmadığından ərizənin məhkəmə tərəfindən qəbul edilməsi üçün əsas vermir. Halbuki məhkəmənin diqqətinə çatırırlar ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53-cü maddəsinə uyğun olaraq iddia tələbinin dəyişdirilməsi üçün əsaslar iddia ərizəsi ilə məhkəməyə müraciət edildikdən sonra sonuncu hazırlıq iclası zamanı əmələ gəldiyi üçün tərəflərindən məhkəmə baxışı dövründə iddia ərizəsinə dəqiqləşmə verilmişdir. İddia ərizəsinin əsaslandırma hissəsində digər qaimə və hesab-fakturaların da qeyd edilməsi və buna müvafiq olaraq da iddia tələbinin həcminin artırılması zərurəti iddia ərizəsi ilə məhkəməyə müraciət edildikdən sonra sonuncu hazırlıq iclası zamanı müəyyən edildiyi üçün iddia tələbinin dəqiqləşdirilməsi üzrə ərizənin geri qaytarılması barədə Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2-2(113)-3528/2023 saylı qərardadı qanunsuz və əsassızdır, ləğv edilməlidir. Bakı Kommersiya Məhkəməsinin 24 noyabr 2023-cü il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin edilməməli və birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsasən iddiaçı işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlıdır. Məhkəmə baxışı zamanı iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya iddiaçı bu hərəkətlərin işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Göründüyü kimi iddiaçı işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər iddia tələbinin həcminin artırılması ilə bağlı müraciət etməli olduğu halda iddiaçının nümayəndəsi və vəkili Nümayəndə tərəfindən verilmiş iddia tələbinin həcminin artırılması barədə ərizə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşdıqdan sonra təqdim edilmişdir. İddiaçı ərizənin baxış iclasında verilməsini mübahisə barədə məlumatlı olan mühasibin iddia məhkəməyə verilərkən MMC-də işdən çıxması və hazırda isə işə qayıtması ilə əsaslandırmışdır. İddiaçının iddia həcminin artırılması barədə ərizənin baxış iclasında verilməsini əsaslandırmaq üçün istinad etdiyi hallar ərizənin məhkəmə tərəfindən qəbul edilməsi üçün əsas ola bilməz. Odur ki, kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi düzgün olaraq iddia tələbinin həcminin artırılması barədə ərizənin geri qaytarılması nəticəsinə gəlmişdir. Beləliklə, kollegiya hesab edir ki, şikayət əsassızdır və birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas ola bilməz. Ona görə də, şikayət təmin edilməməli və qərardad dəyişdirilmədən saxlanılmalıdır. Eyni zamanda Mülki Prosessual Məcəllənin 402-ci maddəsindən müəyyən olunur ki, hazırkı qərardaddan kassasiya şikayəti verilə bilməz. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 398.0.1, 400, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: İddiaçı MMC tərəfindən verilmiş şikayət təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin 15 noyabr 2023-cü il tarixli, e-2-2(113)-3528/2023 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad dərhal qanuni qüvvəyə minir və ondan şikayət verilə bilməz. Sədrlik edən Aida Hüseyn Hakimlər Vüsalə Baxışova Raqib Qurbanov
Məhkəmə qərarları › İş №2-2(103)-1088/2023
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(103)-1088/2023
21.12.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver