Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-109/2024 14.02.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Ərizəçi İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Kiçik Sahibkarlıqla iş üzrə Baş İdarəsinin Maraqlı şəxs ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması tələbinə dair Açar söz: ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması Bakı Apelyasiya Məhkəməsinin Kommersiya Kollegiyası hakimlər Baxışova Vüsalə Ələkbər qızının sədrliyi və məruzəsi ilə, hakimlər Qurbanov Raqib Əliddin oğlu və Hüseyn Aida Əli qızından ibarət tərkibdə, məhkəmə iclas katibi Həşimli Nigar Vahid qızının katibliyi, Maraqlı şəxs iştirakı ilə, ərizəçi İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Kiçik Sahibkarlıqla iş üzrə Baş İdarəsinin Maraqlı şəxs ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə ərizəsinə dair kommmersiya mübahisəsi üzrə Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(113)-3996/2023 nömrəli qətnaməsindən maraqlı şəxs tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxdı. İşin halları
1. xx.xx.2023-cü il tarixə vergi ödəyicisi olan "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin (VÖEN: **********) dövlət büdcəsinə 18826,21 manat məbləğində (o cümlədən, məhkəmə qərarı ilə təmin edilmiş hissə üzrə 18826,21 manat), "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin (VÖEN: **********) dövlət büdcəsinə 35594,68 manat məbləğində (o cümlədən, məhkəmə qərarı ilə təmin edilmiş hissə üzrə 35594,68 manat) ,”ANİLİN" Məhdud Məsuliyyətli Cəmiyyətinin (VÖEN: **********) dövlət büdcəsinə 4120,64 manat məbləğində (o cümlədən, məhkəmə qərarı ilə təmin edilmiş hissə üzrə 4120,64 manat), "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin (VÖEN: **********) dövlət büdcəsinə 20 manat məbləğində (o cümlədən, maliyyə sanksiyası üzrə 20 manat) ,"xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin (VÖEN: **********) dövlət büdcəsinə 30578,76 manat məbləğində (o cümlədən, məhkəmə qərarı ilə təmin edilmiş hissə üzrə 30578,76 manat) , “ALMEDO" Məhdud Məsuliyyətli Cəmiyyətinin (VÖEN: **********) dövlət büdcəsinə 5785,69 manat məbləğində (o cümlədən, məhkəmə qərarı ilə təmin edilmiş hissə üzrə 5785,69 manat) ,"xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin (VÖEN: **********) dövlət büdcəsinə 8317,88 manat məbləğində (o cümlədən, məhkəmə qərarı ilə təmin edilmiş hissə üzrə 8317,88 manat), "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin (VÖEN: **********) dövlət büdcəsinə 6239,7 manat məbləğində (o cümlədən, məhkəmə qərarı ilə təmin edilmiş hissə üzrə 6239,7 manat), "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin (VÖEN: **********) dövlət büdcəsinə 3585,12 manat məbləğində (o cümlədən, məhkəmə qərarı ilə təmin edilmiş hissə üzrə 3585,12 manat) ,"xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin (VÖEN: **********) dövlət büdcəsinə 6759,69 manat məbləğində (o cümlədən, məhkəmə qərarı ilə təmin edilmiş hissə üzrə 6759,69 manat) ,"xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin (Ləğv prosesindədir) (VÖEN: **********) İcbari Tibbi Sığorta Fonduna 15,03 manat, dövlət büdcəsinə 8886,76 manat məbləğində (o cümlədən, vergilər üzrə 6457,87 manat, faizlər üzrə 2308,89 manat, maliyyə sanksiyası üzrə 120 manat), “SMART SYSTEMS" Məhdud Məsuliyyətli Cəmiyyətinin (VÖEN: **********) dövlət büdcəsinə 5247,61 manat məbləğində (o cümlədən, məhkəmə qərarı ilə təmin edilmiş hissə üzrə 5247,61 manat) ,"xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin (VÖEN: **********) dövlət büdcəsinə 41918,62 manat məbləğində (o cümlədən, məhkəmə qərarı ilə təmin edilmiş hissə üzrə 41918,62 manat), "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin (VÖEN: **********) dövlət büdcəsinə 5465,72 manat məbləğində (o cümlədən, məhkəmə qərarı ilə təmin edilmiş hissə üzrə 5465,72 manat) olmaqla, ümumilikdə 181362,11 manat borcu vardır.
2. Yaranmış borc məbləğinin 5 gün ərzində dövlət büdcəsinə və müvafiq fonda ödənilməsi məqsədi ilə vergi ödəyicilərinə Vergi Məcəlləsinin 65-ci maddəsinə əsasən xx.xx.2015-ci il tarixli **********234900 xx.xx.2013-cü il tarixli **********991700 xx.xx.2015-ci il tarixli **********629000 xx.xx.2015-ci il tarixli ******************.09.2013-cü il tarixli **********755700 xx.xx.2023-cü il il tarixli **********297800 xx.xx.2016-cı il tarixli **********652000 xx.xx.2023-cü il **********541000 xx.xx.2013-cü il tarixli **********857800 nömrəli bildirişlər göndərilmiş, lakin vergi ödəyiciləri yaranmış borc məbləğlərini ödəməmişlər.
Birinci instansiya məhkəməsində icraat
3. Ərizəçi maraqlı şəxsə qarşı fiziki şəxslər tərəfindən dövlət büdcəsinə olan ümumilikdə 181347,08 manat, İcbari Tibbi Sığorta Fonduna olan 15,03 manat məbləğində borcun ödənilməsini təmin etmək üçün Maraqlı şəxs ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə ərizəylə məhkəməyə müraciət etmişdir.
4. Ərizə onunla əsaslandırılmışdır ki, vergi öhdəliklərini Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədiyi üçün xx.xx.2023-cü il tarixə vergi ödəyicisi olan "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin (VÖEN: **********) dövlət büdcəsinə 18826,21 manat məbləğində (o cümlədən, məhkəmə qərarı ilə təmin edilmiş hissə üzrə 18826,21 manat) ,"xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin (VÖEN: **********) dövlət büdcəsinə 35594,68 manat məbləğində (o cümlədən, məhkəmə qərarı ilə təmin edilmiş hissə üzrə 35594,68 manat), “ANİLİN" Məhdud Məsuliyyətli Cəmiyyətinin (VÖEN: **********) dövlət büdcəsinə 4120,64 manat məbləğində (o cümlədən, məhkəmə qərarı ilə təmin edilmiş hissə üzrə 4120,64 manat) ,"xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin (VÖEN: **********) dövlət büdcəsinə 20 manat məbləğində (o cümlədən, maliyyə sanksiyası üzrə 20 manat) ,"xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin (VÖEN: **********) dövlət büdcəsinə 30578,76 manat məbləğində (o cümlədən, məhkəmə qərarı ilə təmin edilmiş hissə üzrə 30578,76 manat) ,'ALMEDO" Məhdud Məsuliyyətli Cəmiyyətinin (VÖEN: **********) dövlət büdcəsinə 5785,69 manat məbləğində (o cümlədən, məhkəmə qərarı ilə təmin edilmiş hissə üzrə 5785,69 manat) ,"xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin (VÖEN: **********) dövlət büdcəsinə 8317,88 manat məbləğində (o cümlədən, məhkəmə qərarı ilə təmin edilmiş hissə üzrə 8317,88 manat) ,"xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin (VÖEN: **********) dövlət büdcəsinə 6239,7 manat məbləğində (o cümlədən, məhkəmə qərarı ilə təmin edilmiş hissə üzrə 6239,7 manat) ,"xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin (VÖEN: **********) dövlət büdcəsinə 3585,12 manat məbləğində (o cümlədən, məhkəmə qərarı ilə təmin edilmiş hissə üzrə 3585,12 manat) ,"xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin (VÖEN: **********) dövlət büdcəsinə 6759,69 manat məbləğində (o cümlədən, məhkəmə qərarı ilə təmin edilmiş hissə üzrə 6759,69 manat) ,"xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin (Ləğv prosesindədir) (VÖEN: **********) İcbari Tibbi Sığorta Fonduna 15,03 manat, dövlət büdcəsinə 8886,76 manat məbləğində (o cümlədən, vergilər üzrə 6457,87 manat, faizlər üzrə 2308,89 manat, maliyyə sanksiyası üzrə 120 manat), 'SMART SYSTEMS" Məhdud Məsuliyyətli Cəmiyyətinin (VÖEN: **********) dövlət büdcəsinə 5247,61 manat məbləğində (o cümlədən, məhkəmə qərarı ilə təmin edilmiş hissə üzrə 5247,61 manat) ,"xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin (VÖEN: **********) dövlət büdcəsinə 41918,62 manat məbləğində (o cümlədən, məhkəmə qərarı ilə təmin edilmiş hissə üzrə 41918,62 manat) , "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin (VÖEN: **********) dövlət büdcəsinə 5465,72 manat məbləğində (o cümlədən, məhkəmə qərarı ilə təmin edilmiş hissə üzrə 5465,72 manat) olmaqla, ümumilikdə 181362,11 manat borcu vardır. Yaranmış borc məbləğinin 5 gün ərzində dövlət büdcəsinəvə müvafiq fonda ödənilməsi məqsədi ilə vergi ödəyicilərinə Vergi Məcəlləsinin 65-ci maddəsinə əsasən xx.xx.2015-ci il tarixli **********234900 xx.xx.2013-cü il tarixli **********991700 xx.xx.2015-ci il tarixli **********629000 xx.xx.2015-ci il tarixli ******************.09.2013-cü il tarixli **********755700 xx.xx.2023-cü il il tarixli **********297800 xx.xx.2016-cı il tarixli **********652000 xx.xx.2023-cü il **********541000 xx.xx.2013-cü il tarixli **********857800 nömrəli bildirişlər göndərilmiş, lakin vergi ödəyiciləri yaranmış borc məbləğlərini ödəməmişlər.
5. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(113)-3996/2023 nömrəli qətnaməsi ilə (hakim Zaur Pirverdiyev) ərizə təmin edilmişdir.
6. Məhkəmə qətnaməni belə əsaslandırılmışdır ki, vergi ödəyicisi vergi öhdəliklərini vaxtında yerinə yetirmədiyinə görə xəbərdarlıq edilməsinə baxmayaraq, yaranmış vergi borcunun ödənilməsini təmin etməmiş, nəticədə ərizəçinin vergi borcunun təmin edilməsi məqsədilə fiziki şəxsin ölkədən getmək hüququnun məhdudlaşdırılması barədə məhkəməyə müraciət etmək hüququ yaranmışdır. Buna görə də məhkəmə hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir.
Apellyasiya instansiyasi məhkəməsindəki icraat a) Apellyasiya şikayətinin dəlilləri
7. Maraqlı şəxs Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(113)- 3996/2023 nömrəli qətnaməsinin ləğv edilərək ərizənin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
8. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, müəssisələrin təsis tarixləri və vergi borcunun yaranma tarixləri 2012-2013-cü illərə təsadüf edir. Borcun alınması barədə iddia irəli surərkən Vergi Məcəlləsinin tələblərinin nəzərə alınaraq vergi borcunun tələb edilməsi müddətinin bitib bitmədiyi haqda heç bir subut göstəməmişdir. "xxxx" MMC (VÖEN: **********) isə ləğv prosesindədir və ona hesablanmış vergilər əsassız hesablanmışdır. Bu qeyd edilənləri nəzərinizə çatdirmaqla bildirmək istəyirəm ki, vergi borcu yaranmış müəssisələr alqı-satqı müqaviləsi bağlanılmaqla müəssisə üzərində mülkiyyətçi və rəhbərlik etmək digər şəxsə satılmışdır. Həmçinin həmin müqavilənin 4-cü bəndinin 4.1. yarımbəndində “cəmiyyətin yenidən qeydiyyatdan keçirmək alıcının üzərinə düşür” və 4.2.-ci yarımbəndində “alıcı cəmiyyətin direktorunu və hüququ ünvanını dəyışməyi öz öhdəsini götürür” kimi yarımbəndlər öz əksini tapmış və əqdlər notarial rəsmiləşdirilmişdir. Belə ki, "xxxx" MMC (VÖEN-********** ) xx.xx.2012-ci ildə 14 saylı notariat kontoru tərəfindən təsdiqlənən alqı-satqı müqaviləsi əsasında, "xxxx" MMC (VÖEN-**********) xx.xx.2012-ci ildə 14 saylı notariat kontoru tərəfindən təsdiqlənən alqı satqı müqaviləsi əsasında, "xxxx" MMC (VÖEN-********** )xx.xx.2012-ci ildə 14 saylı notariat kontoru tərəfindən təsdiqlənən alqı satqı müqaviləsi əsasında, "xxxx" MMC (VÖEN-**********) xx.xx.2012-ci ildə 14 saylı notariat kontoru tərəfindən təsdiqlənən alqı satqı müqaviləsi əsasında, "xxxx" MMC (VÖEN-**********) xx.xx.2012-ci ildə 14 saylı notariat kontoru tərəfindən təsdiqlənən alqı satqı müqaviləsi əsasında, "xxxx" MMC (VÖEN-**********) xx.xx.2012-ci ildə 14 saylı notariat kontoru tərəfindən təsdiqlənən alqı satqı müqaviləsi əsasında, "xxxx" MMC (VÖEN-**********) xx.xx.2012-ci ildə 14 saylı notariat kontoru tərəfindən təsdiqlənən alqı satqı müqaviləsi əsasında, "xxxx" MMC (VÖEN-********** )xx.xx.2012-ci ildə 14 saylı notariat kontoru tərəfindən təsdiqlənən alqı satqı müqaviləsi əsasında "xxxx" MMC (VÖEN ********* 10)2.07.2012-ci ildə 14 saylı notariat kontoru tərəfindən təsdiqlənən alqı satqı müqaviləsi əsasında, "xxxx" MMC (VÖEN-2********) xx.xx.2012-ci ildə 14 saylı notariat kontoru tərəfindən təsdiqlənən alqı satqı müqaviləsi əsasında, "xxxx" MMC (VÖEN-********** 1) 3.07.2012-ci ildə 14 saylı notariat kontoru tərəfindən təsdiqlənən alqı satqı müqaviləsi əsasında. "xxxx" MMC (VÖEN-**********) xx.xx.2012-ci ildə 14 saylı notariat kontoru tərəfindən təsdiqlənən alqı satqı müqaviləsi əsasında digər şəxslərə satılmışdır. Hətta bu cəmiyyətlər baradə Azərbaycan Respublikası VN Vergi Cinayətləri İbtidai Araşdırılması Departamenti tərəfindən cinayət işi başlayaraq araşdırma aparıldığı üçün mən dəvət edilmişəm. Araşdırma zamanı sənədlərin götürülməsi barədə protokollar tərtib edilmiş və müvafiq alqı-satqı müqavilələri Azərbaycan Respublikası VN Vergi Cinayətləri İbtidai Araşdırılması Departamentinə cinayət işi ilə əlaqədar olaraq təqdim edilmişdir.
b) Məhkəmə icraatı iştirakçılarının izahatları
9. Maraqlı şəxs məhkəmə iclasında apellyasiya şikayətini müdaifə edərək təmin edilməsini xahiş etmişdirlər. 10.Ərizəçiyə məhkəmə iclasını yeri və vaxtı barədə lazımi məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmişdir.
11. Tətbiq edilən hüquq
“Avropa İnsan hüquqları Konvensiyası” 4 saylı Protokolunun 2-ci maddəsi- hər kəs öz ölkəsi də daxil olmaqla hər hansı ölkəni tərk etməkdə azaddır. Bu hüquqların həyata keçirilməsinə milli təhlükəsizlik və ictimai asayiş maraqları naminə, ictimai qaydanı qorumaq üçün, cinayətlərin qarşısını almaq üçün, sağlamlığın və mənəviyyatın qorunması üçün və ya digər şəxslərin hüquq və azadlıqlarının müdafiəsi üçün qanunla nəzərdə tutulmuş və demokratik cəmiyyətdə zəruri olanlardan başqa heç bir məhdudiyyət qoyula bilməz. Birinci bənddə təsbit edilmiş hüquqlar müəyyən ərazilərdə qanuna müvafiq olaraq tətbiq edilən və demokratik cəmiyyətdə ictimai maraqlara əsaslandırılan məhdudiyyətlərə məruz qala bilər. Azərbaycan Respublikası Konstitusiyası 73-cü maddəsinin İ bəndi- qanunla müəyyən edilmiş vergiləri və başqa dövlət ödənişlərini tam həcmdə və vaxtında ödəmək hər bir kəsin borcudur. 28-ci maddənin 3-cü bəndi- əsasən qanuni surətdə Azərbaycan Respublikasının ərazisində olan hər kəs sərbəst hərəkət edə bilər, özünə yaşayış yeri seçə bilər və Azərbaycan Respublikasının ərazisindən kənara gedə bilər. 71-ci maddənin 2-ci hissəsi- insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz. Hər kəsin hüquq və azadlıqları bu Konstitusiyada və qanunlarda müəyyən edilmiş əsaslarla, habelə digərlərinin hüquq və azadlıqları ilə məhdudlaşır. Hüquq və azadlıqların məhdudlaşdırılması dövlət tərəfindən gözlənilən nəticəyə mütənasib olmalıdır. Azərbaycan Respublikası Vergi Məcəlləsi 16.1.1-ci maddə- qanunla müəyyən edilmiş vergilərə, habelə bu Məcəllə ilə müəyyən edilmiş qaydada hesablanmış faizləri, tətbiq edilmiş maliyyə sanksiyalarını və digər məcburi ödənişləri ödəmək vergi ödəyicisinin vəzifəsidir. 23.1.15-3-cü maddə- vergi ödəyicisi vergi öhdəliklərini bu Məcəllə ilə müəyyən edilmiş müddətdə yerinə yetirilmədikdə, hesablanmış vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üsulu kimi vergi ödəyicisi olan fiziki şəxsin və ya hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması üçün məhkəməyə müraciət etmək vergi orqanının hüququdur. 24.0.2-1-ci maddə - vergi ödəyicisi olan fiziki şəxsin və ya hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına səbəb olmuş əsaslar aradan qalxdıqdan sonra dərhal həmin məhdudlaşdırmanın götürülməsi barədə qərar qəbul etmək vergi orqanının vəzifəsidir. 77.3-cü maddə - vergi ödəyicisi vergi qanunvericiliyinin tələblərinə uyğun olaraq verginin ödənilməsini nəzərdə tutan şəraitin yarandığı andan vergi öhdəliklərinin yerinə yetirilməsi üçün cavabdehdir. 78.1-ci maddə - vergi öhdəliklərinin yerinə yetirilməsi ödənilməli olan vergi məbləğinin müəyyən edilmiş müddətlərdə və qaydada ödənilməsidir. Vergi ödəyicisinin hesablarında və ya kassasında vəsaitin, habelə onun əmlakının olub-olmamasından asılı olmayaraq vergi öhdəliklərinin yerinə yetirilməsi məcburidir.
Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi 82.4-cü maddə-məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir 355-5.1-ci maddə - vergi ödəyicisi və ya sığortaedən vergi, məcburi dövlət sosial sığorta, icbari tibbi sığorta və işsizlikdən sığorta haqları üzrə öhdəliyini qanunla müəyyən edilmiş hallarda və müddətlərdə yerinə yetirmədikdə, hesablanmış vergilər, məcburi dövlət sosial sığorta, icbari tibbi sığorta və işsizlikdən sığorta haqları üzrə borcların və faizlərin, vergilər və məcburi dövlət sosial sığorta haqları üzrə tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə məhkəməyə müraciət etmək hüququna malikdir.
Əsaslandırıcı hissə
Apellyasiya baxışının hədləri
12. Qətnamə maraqlı şəxs tərəfindən tam mübahisələndirildiyindən tam yoxlanılır.
Apellyasiya instansiya məhkəməsinin mövqeyi
13. Məhkəmə izahatı dinləyib, apelyasiya şikayətinin dəlillərini və işin materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(113)-3996/2023 nömrəli qətnaməsi ləğv edilməli, yeni qətnamə qəbul edilərək ərizə rədd edilməlidir.
14. Maraqlı şəxsin apellyasiya şikayətinin dəlilləri üzrə araşdırma aparılaraq müəyyən edilmişdir ki, Maraqlı şəxs adları vergi orqanın ərizəsində qeyd edilmiş və dövlət büdcəsinə borcu olan hüquqi şəxslərin təsisçisi və qanuni təmsilçisi olmuşdur. İş materiallarına əlavə edilmiş notarial qaydada təsdiq edilmiş təsis payının alqı-satqı müqavilələrindən görünür ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti və "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti istisna olmaqla digər bütün hüququ şəxslərdə Maraqlı şəxs öz təsis payını özgəninkiləşdirmiş, 2012-ci ilin iyul ayında özgəninkiləşdirmiş, həmin müqavilələrdə alıcının üzərinə hüquqi şəxsin direktorunu və hüquqi ünvanını dəyişmək öhdəliyi qoyulsa da yeni təsisçilər öz öhdəliklərini yerinə yetirmədiyindən Maraqlı şəxs həmin hüquqi şəxslərlə hər hansı əlaqəsi qalmadığı halda adı formal olaraq kommersiya hüquqi şəxslərinin dövlət reyestrində qeyd edilən hüquqi şəxslərin qanuni təmsilçisi olaraq qalmışdır.
15. İşə apellyasiya qaydasında baxılarkən maraqlı şəxsin vəsatəti əsasında (birinci instansiya qaydasında işə baxılarkən maraqlı şəxsə məhkəmə bildirişləri çatmadığından məhkəmə proseslərində iştirak etmədiyi və bu vəsatəti birinci instansiya məhkəməsinə vermək imkanı olmadığı nəzərə alınaraq) Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamentinə sorğu verilmiş, Departament tərəfindən təqdim edilmiş Yasamal rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli hökmünə əsasən müəyyən edilmişdir ki, adları ərizədə qeyd edilmiş "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin, ”ANİLİN" Məhdud Məsuliyyətli Cəmiyyətinin, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin, “ALMEDO" Məhdud Məsuliyyətli Cəmiyyətinin,"xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin, “SMART SYSTEMS" Məhdud Məsuliyyətli Cəmiyyətinin,"xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə faktiki rəhbərliyi həyata keçirmiş X2 qabaqcadan birləşmiş sabit cinayətkəar qrup yaradaraq bu hüquqi şəxslərə təsisçi və direktor təyin etmiş, hüquqi şəxslərin gəlir və xərcləri barədə vergi orqanına bəyannamə təqdim etməmiş, təqdim edilmiş bəyannamələrdəki məlumatlar təhrif edilmiş, nəticədə 2011-2013-cü illərdə külli miqdarda 1.702.467,3 manat məbləğində vergiləri dövlət büdcəsinə ödəməkdən yayınmışdır. Həmin cinayət işi üzrə mülki iddia təmin edilərək X1 və onun əlbir olduğu şəxslərdən dövlət büdcəsinə ödənilməmiş vergilərin tutulması qərara alınmışdır.
16. Maraqlı şəxs tərəfindən təqdim edilmiş sənədlərin götürülməsi barədə protokollardan görünür ki, həmin cinayət işinin istintaqı zamanı hüquqi şəxslərin təsis paylarının alqı-satqı müqavilələri Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamenti tərəfindən Maraqlı şəxs götürülmüş, Maraqlı şəxs adları qeyd edilən hüquqi şəxslərin fəaliyyəti ilə bağlı cinayət məsuliyyətinə cəlb edilməmişdir.
17. Məhkəmə MPM-nin 82.4-cü maddəsinin tələbini nəqəzərə alaraq hesab edir ki, qanuni qüvvədə olan məhkəmə hökmü ilə adı çəkilən adı çəkilən hüquqi şəxslərin fəaliyyətinə görə məsuliyyət daşıyan faktiki direktorların başqa şəxslər olduğu müəyyən edilərək həmin şəxslər məsuliyyətə cəlb edildiyindən məhkəmə hesab edir ki, Maraqlı şəxs hüquqları, o cümlədən hazırkı halda ölkədən getmək hüququ hökmdə adları qeyd edilmiş hüquqi şəxslərin vergi borcları və digər məcburi ödənişlərə görə məhdudlaşdırıla bilməz.
18. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə bağlı isə məhkəmə qeyd edir ki, həmin hüquqi şəxsin maliyyə sanksiyası üzrə cəmi 20 manat məbləğində borcu olduğundan bu borc məbləği ilə bağlı maraqlı şəxsin ölkədən getmək hüququnun məhdudlaşdırılmasının qanuni əsası olsa da, demokratik cəmiyyətdə hüquqlara müdaxilənin zəruriliyi prinsipinə ziddir.
19. Ləğv prosesində olan ,"xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin İcbari Tibbi Sığorta Fonduna 15,03 manat, dövlət büdcəsinə 8886,76 manat məbləğində (o cümlədən, vergilər üzrə 6457,87 manat, faizlər üzrə 2308,89 manat, maliyyə sanksiyası üzrə 120 manat) borcları ilə bağlı məhkəmə hesab edir ki, MPM-nin 355-5.1-ci maddəsi ləğv prosesində olan hüquqi şəxslərin ləğvedicisi təyin edilmiş şəxslərə münasibətdə tətbiq edilə bilməz. Belə ki, MM-nin 61.7-ci maddəsində qeyd edilir ki, ləğv edilən hüquqi şəxsin kreditorlarına pul vəsaitini ləğvetmə komissiyası (təsviyəçi) ödəmə barədə tələblərin daxil olduğu növbəlilik qaydasında aralıq ləğvetmə balansına uyğun olaraq onun təsdiq edildiyi gündən başlayaraq ödəyir. Göründüyü kimi, qanuna əsasən ləğv prosesində olan hüquqi şəxslərin kreditorlarına ödənişlərin həyata keçirilməsinin xüsusi qaydası nəzərdə tutulduğundan, bu səbəbdən dövlət büdcəsinə vergi və digər məcburi ödənişlərin vaxtında həyata keçirilməsinə görə (tələblərin daxil olma ardıcıllığına uyğun ödənilməli olduğu nəzərə alınaraq) ləğvedicinin məsuliyyəti istisna olunur. Məhkəmə bu qənaətə gələrkən eyni zamanda nəzərə alır ki, MM-nin 60.3—cü maddəsinə əsasən hüquqi şəxsin ləğv edilməsi haqqında qərar qəbul etmiş hüquqi şəxsin iştirakçıları və ya nizamnamə ilə buna vəkil edilmiş orqanı ləğv barədə qərar qəbul edildiyi tarixdən etibarən yalnız ləğvetmə prosesi çərçivəsində fəaliyyət göstərdiyindən ləğv prosesində olan hüquqi şəxsin ləğvetmə komissiyasının və ya təsviyyəçisinin hüquq və vəzifələrinin dairəsi fəaliyyətdə olan hüquqi şəxsin qanuni təmsilçisinə bərabər tutula bilməz. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, vergi orqanının ərizəsinin təmin edilməsi üçün əsasların mövcudluğu müəyyən olunmur.
20. Qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməli, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(113)-3996/2023 nömrəli qətnaməsi ləğv edilməli, yeni qətnamə qəbul edilərək ərizə rədd edilməlidir.
21. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382-385, 392, 393, 402-406-cı maddələrinin tələblərini rəhbər tutaraq, QƏT ETDİ:
Maraqlı şəxs apellyasiya şikayəti təmin edilsin. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(113)-3996/2023 nömrəli qətnaməsi ləğv edilsin. Yeni qətnamə qəbul edilsin. Ərizə rədd edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi (elektron kabinetə yerləşdirildiyi) gündən 2 (iki) ay müddətində elektron kabinet vasitəsi ilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.