Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2-2(106)-152/2022 23.11.2022 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının hakimləri Kərimov Tale Suliddin oğlunun sədrliyi və məruzəsi ilə, Heydərov Tofiq Xudayar oğlu və Zeynalov Zeynal Ağabala oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Umudov Əliheydər Zeynal oğlunun katibliyi, Maraqlı şəxs iştirakı ilə, ərizəçi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsinin Maraqlı şəxs qarşı "vergi ödəyicisinin icra orqanı rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması" barədə ərizəsi əsasında kommersiya işi üzrə Şirvan Kommersiya Məhkəməsinin 19 sentyabr 2022-ci il tarixli e-2-2(121)-2264/2022 saylı qətnaməsindən (hakim İ.Cabbarov) ərizəçi tərəfindən verilmiş apellyasiya şikayətinə, apellyasiya icraatı qaydasında Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları: Ərizəçi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsi Maraqlı şəxs qarşı "vergi ödəyicisinin icra orqanı rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması" barədə ərizə ilə Şirvan Kommersiya Məhkəməsinə müraciət edərək, "xxxx" MMC-nin və "xxxx" MMC-nin dövlət büdcəsinə olan 7118.12 manat məbləğində borcunun ödənilməsini təmin etmək məqsədilə Maraqlı şəxs ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, vergi ödəyicisi olan "xxxx" MMC və "xxxx" MMC öhdəliklərini Azərbaycan Respublikası Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikləri üçün onların 29 iyul 2022-ci il tarixə 7118.12 manat məbləğində borcu vardır. Yaranmış borc məbləğinin 5 gün ərzində ödənilməsi məqsədi ilə vergi ödəyicilərinə Vergi Məcəlləsinin 65-ci maddəsinə əsasən bildirişlər göndərilmiş, lakin vergi ödəyiciləri yaranmış borc məbləğini ödəməmişlər. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat. Birinci instansiya məhkəməsində ərizəçi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsinin nümayəndəsi ərizə ilə müraciət edərək, işə nümayəndənin iştirakı olmadan baxılmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsində maraqlı şəxs, fəhlə işlədiyini, müəssisələrdən xəbəri olmadığını, bu işin araşdırılmasını və ərizənin təmin olunmamasını xahiş etmişdir. Şirvan Kommersiya Məhkəməsinin 19 sentyabr 2022-ci il tarixli e-2-2(121)-2264/2022 saylı qətnaməsi ilə ərizə təmin edilməmişdir. Birinci instansiya məhkəməsi müəyyən edilmişdir ki, vergi orqanında MMC-nin rəhbəri olaraq Maraqlı şəxs adı qeyd olunsa da, şəxs həmin cəmiyyətlərin rəhbəri olmamaqla bərabər, MMC-lərə ümumiyyətlə aidiyyəti yoxdur. Onunla qanunamüvafiq əmək müqaviləsinin bağlanmasına dair sübut mövcud deyil və sorğu verilməsinə baxmayaraq ərizəçi tərəfindən məhkəməyə təqdim edilməmişdir. Qanunvericiliyə əsasən, hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması həmin hüquqi şəxsin borclarının ödənilməsini təmin etmək məqsədi daşıyır. "xxxx" MMC və "xxxx" MMC ilə hər-hansı bağlılığı olmayan şəxsin - Maraqlı şəxs ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması, həmin müəssisələr tərəfindən borcların ödənilməsinin təmin edilməsinə təsir edə bilməz. Digər tərəfdən əsassız olaraq maraqlı şəxsin hüquqlarının məhdudlaşdırılması ilə nəticələnə bilər. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: b) Apellyasiya şikayətinin dəlilləri: Qətnamədən ərizəçi apellyasiya şikayəti verərək ləğv edilməsi və ərizənin təmin olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti ərizənin yuxarıda şərh olunan məzmunu ilə oxşar məzmunda əsaslandırılmış, əlavə olaraq qeyd edilmişdir ki, məhkəmə tərəfindən ərizənin təmin edilməməsi barədə qətnamə qəbul edilərkən maddi və prosessual hüquq normaları düzgün tətbiq edilməmişdir. Məhkəmə heç bir qanuna əsaslanmadan Maraqlı şəxs "xxxx" MMC və "xxxx" MMC-nin rəhbəri olmadığı qənaətinə gələrək, rəhbər kimi qeyd olunsa da, ərizəni təmin etməmişdir. "xxxx"MMC-nin təsisçisinin 28 dekabr 2021-ci il cil tarixli qərarına əsasən MMC-nin rəhbəri Maraqlı şəxs təyin edilmiş və bu barədə ərizə ilə 06 yanvar 2022ci il tarixli **********623800 avis nömrəli məktubla vergi orqanına müraciət edilmişdir. Sonradan 02 avqust 2022-ci il tarixli **********743200 avis nömrəli ərizə ilə rəhbər dəyişikliyi ilə bağlı vergi orqanına müraciət edilmişdir. 2 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən “Kommersiya qurumunun reyestrdə qeydə alınmış faktlarının sonrakı dəyişikliyinin dövlət qeydiyyatına alınmasından imtina edilməsi haqqında" 02 avqust 2022ci il tarixli **********031200 nömrəli qərar qəbul edilmişdir. Belə ki, Cəmiyyətin direktorunun (qanuni təmsilçisinin) dəyişməsi ilə əlaqədar təqdim edilmiş müraciət ərizəsində direktorun əlaqə məlumatları düzgün göstərilməmişdir. Bu isə qanunvericiliyin tələbinə ziddir. "Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında" Qanununun 4.6-cı maddəsinə əsasən hüquqi şəxs statusu almaq istəyən qurumun, xarici hüquqi şəxsin nümayəndəlik və ya filialının dövlət qeydiyyatına alınması, habelə Azərbaycan Respublikasında dövlət qeydiyyatına alınmış hüquqi şəxsin nümayəndəliyinin və ya filialının və digər qurumlarının dövlət reyestrinə daxil edilməsi, eləcə də təsis sənədlərində edilmiş dəyişikliklərin və reyestrdə qeydə alınmış faktların sonrakı dəyişikliyinin dövlət qeydiyyatına alınması zamanı Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanına yanlış məlumatların təqdim edilməsinə yol verilmir. Bundan əlavə cəmiyyətin nizamnaməsində nizamnamə kapitalının ödənilməsi 3 ay müddətlə şərtləndirilmiş, lakin 3 ay müddətin bitməsinə baxmayaraq, nizamnamə kapitalının təsisçi tərəfindən ödənilməsinə dair müvafiq sənədlər qeydiyyat orqanına təqdim edilməmişdir. Qərardan bu qərarın alındığı vaxtdan 30 gün müddətində birbaşa və ya bu qərarı qəbul etmiş orqan vasitəsilə yuxarı vergi orqanına və ya məhkəməyə şikayət vermək hüququ vardı. Ancaq qeyd olunan qərarla bağlı yuxarı vergi orqanına və ya məhkəməyə müraciət edilməmişdir. Qanunun tələbindən göründüyü kimi hesablanmış vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsinin təmin edilməməsinə görə müəsisənin icra orqanının rəhbəri mülki-hüquqi qaydada məsuliyyət daşıyr. c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri: Apellyasiya şikayətinin dəlillərinə qarşı etiraz təqdim edilməmişdir. c)Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları: Məhkəmədə maraqlı şəxs apellyasiya şikayətinin əsassız olduğunu bildirib, təmin olunmamasını, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. İzahatında göstərdi ki, Şirvan şəhərində fərdi işlərlə məşğul olaraq fəhləlik edir. Ümumiyyətlə yazmaq və oxumaq bilmir. Mobil telefon nömrəsinə vergidən borcla bağlı bir sms gəlmişdi, həmin bildirişi qohumlarna oxutdurmuş və yalnız həmin zaman adı çəkilən MMC-lərin adlarını eşitmiş, dərhal səhəri gün həmin MMC-ləri qeydiyyata alan Sumqayıt şəhərindəki Vergilər İdarəsinə gedərək məsələni aydınlaşdırmaq istəmiş, şikayət etmişdir. Nə həmin MMC-ləri, nədəki təsisçisini heç-zaman tanımamışdır. Bununla bağlı Azərbaycan Respublikasının Baş Prokurorluğuna şikayət etmişdir və araşdırma aparılır. Həmin araşdırmanın gedişatında ona məlum olmuşdur ki, MMC-lərin təsisçisi cinayət məsuliyyətinə cəlb edilərək məhkəmənin hökmü ilə məhkum edilmişdir. Məhkəmə iclasının keçirilməsinin vaxtı və yeri barədə məlumatlandırılmış ərizəçi nümayəndəsi vasitəsi ilə məhkəmədə təmsil olunmamışdır. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsinə əsasən ərizəçinin nümayəndəsinin iştirakı olmadan apellyasiya şikayətinə əsasən kommersiya mübahisəsinə baxılmasını mümkün hesab etmişdir. Apellyasiya baxışının hədləri: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəçinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Kоnstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prоssesual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baхışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1. və 372.7.-ci maddələrinin tələbləri baхımından şərh edilməsinə dair” 20 may 2011-ci il tariхli qərarında Kоnstitusiya Məhkəməsinin hüquqi mövqeyi belədir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yохlamalıdır. Bununla əlaqədar оlaraq apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə tохunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, оnun əsaslığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispоzitivlik və çəkişmə prinsipinin pоzulması kimi qiymətləndirilməlidir.” Hazırki halda ərizəçi apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini xahiş etməklə qətnaməni tam mübahisələndirmişdir. Оna görə də məhkəmə kоllеgiyası Azərbaycan Rеspublikası Kоnstitusiya Məhkəməsi Plеnumunun yuхarıda qеyd оlunan qərarındakı hüquqi mövqеyini nəzərə alaraq, birinci instansiya məhkəməsinin qətnaməsinin ərizəçiyə münasibətdə apellyasiya şikayətinin dəlilləri üzrə tam yохlanılmasını düzgün hеsab еdir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası maraqlı şəxsin izahatını dinləyib, iş materiallarını apellyasiya şikayətinin dəlilləri üzrə tədqiq edərək belə nəticəyə gəlir ki, apellyasiya şikayətinin təmin olunması üçün əsaslar yoxdur. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri üzrə dəyərləndirmə apararaq hesab edir ki, birinci instansiya məhkəməsi iş üçün əhəmiyyətli olan halları kifayət qədər araşdırmamış, mübahisə predmeti ilə bağlı tərəflərin yaranmış qarşılıqlı münasibətləri üzrə hüquqi nəticəyə gələrkən tətbiq edilməli olan maddi hüquq normalarını tətbiq etməmişdir. Tərəflərin ədalətli məhkəmə araşdırması hüququnun qorunması baxımından, ərizəçinin apellyasiya şikayətində göstərdiyi dəlillərin apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılması və onlara hüquqi qiymət verilməsi zəruridir. Belə ki, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsində qeyd edilir ki, “Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir...”. Həmçinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 392.2-ci maddəsinə əsasən apellyasiya şikayəti təmin edilmədikdə və ya məhkəmənin qətnaməsi dəyişdirildikdə, apellyasiya instansiyası məhkəməsi hansı dəlillərə əsasən şikayətin təmin edilmədiyini və yaxud qətnamənin dəyişdirildiyini göstərməyə borcludur. Bundan əlavə “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qərarında göstərilmişdir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri ilə bağlı araşdırma apararkən aşağıdakı sübutları müəyyən etmişdir. İş materiallarında olan sənədlərdən görünür ki, "xxxx" MMC-nin və "xxxx" MMC-nin 7118.12 manat məbləğində dövlət büdcəsinə borcu vardır. İşdən görünür ki, yaranmış borc məbləğinin 5 gün ərzində dövlət büdcəsinə ödənilməsi məqsədi ilə vergi ödəyicisinə bildirişlər göndərilmişdir. İşdən görünür ki, yaranmış borc məbləğinin 10 gün müddətində dövlət büdcəsinə ödənilmədiyi halda ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması məqsədilə qanunvercilikdə nəzərdə tutulmuş qaydada məhkəməyə müraciət ediləcəyi barədə vergi ödəyicisinə xəbərdarlıq edilmişdir. Birinci instansiya məhkəməsi tərəfindən Dövlət Vergi Xidmətinə verilən sorğu nəticəsində təqdim olunan sənədlərdən müəyyən olunur ki, "xxxx" MMC-nin (VÖEN-**********) tək təsisçisi X2r, təsisçinin 28 dekabr 2021-ci il tarixli qərarı ilə Maraqlı şəxs (ş/v-AA2277233) MMC-nin direktoru vəzifəsinə təyin edilməsi, həmin tarixdən səlahiyyətlərinin icrasına başlaması, cəmiyyətlə Maraqlı şəxs arasında əmək müqavilənin bağlanması qərara alınmışdır. Sonradan "xxxx" MMC-nin təsisçisinin 22 iyul 2022-ci il tarixli cəmiyyətin direktorunun dəyişdirilməsi haqqında qərarına əsasən X4 (ş/v-AZE ********) həmin tarixdən cəmiyyətə direktor təyin olunaraq səlahiyyətlərinin icrasına başlaması, cəmiyyətlə əməkmüqaviləsi bağlanması qərara alınmışdır. Kommersiya qurumunun dövlət qeydiyyatı haqqında ərizə Dövlət vergi Xidmətində qeydiyyatdan keçmiş, MMCnin icra orqanının rəhbəri kimi X4 qeyd edilmişdir. Ərizəçi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsinin apellyasiya şikayətinə qoşma olaraq əlavə etdiyi "xxxx" MMCnin tək təsisçisi X1 28 dekabr 2021-ci il tarixli qərarından görünür ki, Maraqlı şəxs (ş/v-AA2277233) MMC-nin direktoru vəzifəsinə təyin edilməsi, həmin tarixdən səlahiyyətlərinin icrasına başlaması, cəmiyyətlə Maraqlı şəxs arasında əmək müqavilənin bağlanması qərara alınmışdır. Sonradan təsisçinin cəmiyyətlə bağlı reyestrdə qeydə alınmış faktlarının dəyişikliyinin dövlət qeydiyyatına alınmasına dair 02 avqust 2022-ci il tarixli müraciəti, vergi xidmətinin eyni tarixli qərarı ilə təmin edilməmişdir. İş materiallarına əlavə edilmiş (işin 11-17-ci vərəqləri) yerli investisiyalı məhdud məsuliyyətli cəmiyyətin e-qeydiyyat ərizələrindən görünür ki, "xxxx" MMC-nin və "xxxx" MMC-nin hazırki rəhbəri Maraqlı şəxs yox, X2r. X5 qeyd olunan MMC-ləri təsis etmiş, qeydiyyat ərizələrində də, təkbaşına icra orqanın rəhbəri kimi onun özü qeyd olunmuşdur. İş materiallarında olan 18 aprel 2022-ci il tarixli "xxxx" MMC-nin təsisçisinin qərarına əsasən dəyişikliklərlə bağlı olaraq vergi orqanlarına müraciət edilməsi, müvafiq sənədlərin imzalanması, təqdim edilməsi və dövlət reyestrində çıxarış daxil olmaqla bütün sənədlərin qəbul edilməsi səlahiyyətləri X3 həvalə edilmişdir. İş materiallarına əlavə edilmiş kommersiya qurumunun dövlət qeydiyyatı haqqında ərizədə qurumun rəhbəri Maraqlı şəxs göstərilmiş və qurumun rəhbərinin şəxsiyyətini təsdiq edən sənədin məlumatlarında göstərilmiş sənədin verilmə tarixi 19 iyul 2020-ci il tarixdə qeyd edilmişdir, lakin Maraqlı şəxs şəxsiyyətini təsdiq edən sənəd 14 avqust 2021-ci il tarixdə verilmişdir. Mülki işə tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 355-5.1-ci maddəsinə əsasən, vergi ödəyicisi və ya sığortaedən vergi, məcburi dövlət sosial sığorta, icbari tibbi sığorta və işsizlikdən sığorta haqları üzrə öhdəliyini qanunla müəyyən edilmiş hallarda və müddətlərdə yerinə yetirmədikdə, hesablanmış vergilər, məcburi dövlət sosial sığorta, icbari tibbi sığorta və işsizlikdən sığorta haqları üzrə borcların və faizlərin, vergilər və məcburi dövlət sosial sığorta haqları üzrə tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə məhkəməyə müraciət etmək hüququna malikdir. Həmin Məcəllənin 355-7.3 və 355-7.4-cü maddələrinə əsasən, işə mahiyyəti üzrə baxan hakim ərizənin rədd edilməsi və ya təmin edilməsi barədə qətnamə qəbul edir. Vergi ödəyicisi və ya sığortaedən olan fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında qətnamə qəbul edildikdən dərhal sonra qüvvəyə minir və qətnamədən şikayətin verilməsi onun icrasını dayandırmır. Azərbaycan Respublikası Konstitusiyasının 73-cü maddəsinin İ hissəsinə əsasən, qanunla müəyyən edilmiş vergiləri və başqa dövlət ödənişlərini tam həcmdə və vaxtında ödəmək hər bir kəsin borcudur. Azərbaycan Respublikası Vergilər Məcəlləsinin 16.1.1-ci maddəsinə əsasən, qanunla müəyyən edilmiş vergiləri, habelə bu Məcəllə ilə müəyyən edilmiş qaydada hesablanmış faizləri, tətbiq edilmiş maliyyə sanksiyalarını və digər məcburi ödənişləri ödəmək vergi ödəyicisinin vəzifələrindəndir. Həmin Məcəllənin 23.1.15-3-cü maddəsinə əsasən, vergi ödəyicisi vergi öhdəliyini bu Məcəllə ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə, hesablanmış vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üsulu kimi vergi ödəyicisi olan fiziki şəxsin və ya hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması üçün məhkəməyə müraciət etmək vergi orqanlarının hüquqlarındandır. Qeyd edilən Məcəllənin 78.1-ci maddəsinə əsasən, vergi öhdəliklərinin yerinə yetirilməsi ödənilməli olan vergi məbləğinin müəyyən edilmiş müddətlərdə və qaydada ödənilməsidir. Vergi ödəyicisinin hesablarında və ya kassasında vəsaitin, habelə onun əmlakının olub-olmamasından asılı olmayaraq vergi öhdəliklərinin yerinə yetirilməsi məcburidir. Azərbaycan Respublikası Miqrasiya Məcəlləsinin 9.3.6-1-ci maddəsinə əsasən, vergi, məcburi dövlət sosial sığorta, icbari tibbi sığorta və işsizlikdən sığorta haqları üzrə öhdəliyini qanunla müəyyən edilmiş hallarda və müddətlərdə yerinə yetirmədikdə, hesablanmış vergilər, məcburi dövlət sosial sığorta, icbari tibbi sığorta və işsizlikdən sığorta haqları üzrə borcları və faizləri, vergilər və məcburi dövlət sosial sığorta haqları üzrə tətbiq edilmiş maliyyə sanksiyalarını ödəməməsinə görə vətəndaşın ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə məhkəmənin qanuni qüvvəyə minmiş qərarı olduqda – məhdudlaşdırmanın götürülməsi barədə qərar qəbul edilənədək vətəndaşın ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırıla bilər. Həmin Məcəllənin 17.1.6-1-ci maddəsinə əsasən, vergi ödəyicisi və ya sığortaedən vergi, məcburi dövlət sosial sığorta, icbari tibbi sığorta və işsizlikdən sığorta haqları üzrə öhdəliyini qanunla müəyyən edilmiş hallarda və müddətlərdə yerinə yetirmədikdə, hesablanmış vergilər, məcburi dövlət sosial sığorta, icbari tibbi sığorta və işsizlikdən sığorta haqları üzrə borcları və faizləri, vergilər və məcburi dövlət sosial sığorta haqları üzrə tətbiq edilmiş maliyyə sanksiyalarını ödəməməsinə görə onların ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə məhkəmənin qanuni qüvvəyə minmiş qərarı olduqda - məhdudlaşdırmanın götürülməsi barədə qərar qəbul edilənədək əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasından getməsi müvəqqəti məhdudlaşdırıla bilər. Sadalanan qanunvericilik aktı normaları baxımından ərizəçi vergi ödəyicisi olan fiziki şəxsin yaranmış vergi borcunun ödənilməsini təmin etmək məqsədilə ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə ərizə vermək səlahiyyətindədir. Bununla belə kollegia hesab edir ki, maraqlı şəxsin vergi ödəyiciləri olan "xxxx" MMC və "xxxx" MMC ilə hər-hansı bağlılığının olmamasını, icra orqanının təyin edilməsi ilə bağlı əmək müqavilələri bağlanmamasını, MMC-lərin fəaliyyətinə faktiki rəhbərlik etməməsini, yerli investisiyalı məhdud məsuliyyətli cəmiyyətin e-qeydiyyat ərizələrinə müvafiq olaraq MMC-lərin hazırki rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması istənilən Maraqlı şəxs yox, X1 qeyd olunmasını nəzərə alaraq ərizəni təmin etməməkdə birinci instansiya məhkəməsi haqlı olmuş, maddi və prosessual hüquq normaları düzgün tətbiq edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Məhkəmə kollegiyası hesab edir ki, ərizəçinin apellyasiya şikayətində göstərdiyi dəlillər təsdiqini tapmadığından, qətnamənin ləğvi və ya dəyişdirilməsi üçün əsas ola bilməz. Birinci instansiya məhkəməsinin qətnaməsi ərizəçiyə münasibətdə faktlar nöqteyi nəzərindən qanuni və əsaslıdır, düzgün olan qətnamə isə yalnız formal mülahizələrə əsaslanmaqla ona münasibətdə ləğv edilə bilməz. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 372, 384.0.1, 385.2, 392, 393 və 405-ci maddələrinin rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi: Ərizəçi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsinin apellyasiya şikayəti təmin edilməsin. Şirvan Kommersiya Məhkəməsinin 19 sentyabr 2022-ci il tarixli e-2-2(121)-2264/2022 saylı qətnaməsi ərizəçi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsinin apellyasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verilə bilər. Kassasiya şikayəti verilmədiyi halda, qətnamə qəbul edildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2-2(106)-152/2022
Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(106)-152/2022
23.11.2022 · Vergi ödəyicisi olan fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında işlər üzrə icraat (xüsusi icraat)
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver