Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-1091/2022 06.12.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası adından İddiaçı Sığorta Şirkəti ASC-nin Cavabdeh MMC-yə qarşı “pulun tutulması” tələbinə dair kommersiya mübahisəsi üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası X1 Qurbanovun sədrliyi və məruzəsi ilə, Vidadi Məmməd oğlu Məmmədov və Vüsalə Ələkbər qızı Baxışovadan ibarət tərkibdə, Nofəl Rəhman oğlu Abdullayevin katibliyi ilə, iddiaçının nümayəndəsi Nümayəndə1 iştirakı ilə, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli e-2-2(113)-3864/2022 saylı qətnaməsindən Cavabdeh MMC tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən kommersiya mübahisəsinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, İŞİN HALLARİ, İŞ ÜZRƏ MƏHKƏMƏ İCRAATİ
1. İddiaçı Sığorta Şirkəti ASC ilə Cavabdeh MMC arasında xx.xx.2016-cı il tarixli, QAL00018722 saylı “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta müqaviləsi” bağlanmışdır. Daha sonra eyni tərəflər arasında həmin müqaviləyə xx.xx.2019-cu il tarixli PR-03 saylı Prolonqasiya bağlanmışdır.
Birinci instansiya məhkəməsindəki icraat
2. İddiaçı Sığorta Şirkəti ASC Cavabdeh MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, sığorta haqqı ödənişi məbləği ilə əlaqədar pul tələbinin təmin edilməsi məqsədi ilə cavabdeh "xxxx" MMC-dən 21790,22 manat və ödənilmiş mediasiya xərcinə görə 200 manat pulun İddiaçı Sığorta Şirkəti” ASC-nin xeyrinə tutularaq ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
3. İddiaçı bildirir ki, Cavabdeh MMC-nin qeyd olunan sığorta müqaviləsi üzrə 21790,22 manat məbləğində ödənilməmiş sığorta haqqı borcu yaranmışdır.
4. Cavabdeh birinci instansiya məhkəməsində iştirak etməmişdir.
5. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli e-2-2(113)-3864/2022 nömrəli qətnaməsi ilə iddia təmin edilmişdir.
6. Cavabdeh MMC həmin qətnamədən apellyasiya şikayəti vermişdir.
APELYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a) Apelyasiya şikayətinin dəlilləri
7. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə qətnamə çıxararkən tərəflər arasında xx.xx.2019-cu il tarixli QAL00018722- PR-03 saylı “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta müaviləsi”nin olub-olmamasını müəyyən etmədən, xx.xx.2020-ci il tarixli EBAF seriyalı 747289 nömrəli elektron qaiməyə istinad edərək, iddianın təmin edilməsi nəticəsinə gəlmişdir. Tərəflər arasında xx.xx.2019-cu il tarixli QAL00018722-PR-03 saylı “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta müaviləsi” mövcud deyil. Tərəflər arasında yalnız xx.xx.2016-cı il tarixli, QAL00018722 saylı “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta müaviləsi” bağlanılmışdır. Həmin müqavilənin 6.1-ci bəndinə əsasən həmin müqavilənin müddəti 1 il müəyyən edilmişdir. Məhkəmə işə cavabdehin iştirakı olmadan birtərəfli, tərəflərin çəkişmə prinsipinə riayət etmədən baxaraq, işi tam, ətraflı, obyektiv araşdırmadan, sübutlara düzgün hüquqi qiymət vermədən tez-tələsik əsassız qətnamə çıxarmışdır.
b) Apelyasiya şikayətinə qarşı etirazın dəlilləri
8. İddiaçı Sığorta Şirkəti ASC apelyasiya şikayətinə qarşı etiraz vermişdir. Etiraz iddia ərizəsinin məzmununa uyğun əsaslandırılmışdır.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
1. Məhkəmə iclasında iddiaçının nümayəndəsi Nümayəndə1 apellyasiya şikayətinə etiraz etdi.
2. Cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsini rəhbər tutaraq onun iştirakı olmadan şikayətə baxılmasını mümkün hesab edir. TƏTBİQ EDİLƏN HÜQUQ
3. Mülki Məcəllənin 883.1-ci maddəsinə əsasən sığorta müqaviləsi sığortalının müvafiq sığorta haqqı ödəməsi müqabilində sığorta obyektinin məruz qala biləcəyi risklərlə bağlı itkilərin, dəyən zərərin əvəzinin və ya razılaşdırılan pul məbləğinin müəyyən bir hadisənin baş verməsi əsasında ödənilməsinin sığortaçı tərəfindən öhdəlik kimi götürülməsi şərtlərinin təsbit edildiyi razılaşmadır.
4. Həmin Məcəllənin 903.1-ci maddəsinə görə sığorta haqqı risklərin qəbul edilməsi və ya bölüşdürülməsi müqabilində sığorta müqaviləsində nəzərdə tutulan qaydada sığortalının sığortaçıya ödəməli olduğu pul məbləğidir.
5. “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında” Qanunun 7.2.1 və 7.2.2-ci maddələrinə əsasən bu Qanunla müəyyən edilmiş qaydada sığortaçı ilə icbari sığorta müqaviləsi bağlamaq və icbari sığorta müqaviləsi ilə müəyyən edilmiş məbləğdə, qaydada və müddətlərdə sığorta haqqını sığortaçıya ödəmək sığortalının vəzifəsidir.
6. Həmin Qanunun 11.5-ci madəsinə əsasən icbari sığorta müqaviləsi müddətsiz bağlanılır.
7. Həmin Qanunun 11.7-ci maddəsinə əsasən icbari sığorta müqaviləsinə aşağıdakı hallarda xitam verilir: müqavilə ilinin sonuna azı 30 gün qalmış icbari sığorta müqaviləsinə xitam verilməsi barədə sığortaçının xəbərdar edilməsi şərti ilə sığortalının təşəbbüsü əsasında (11.7.1); icbari sığorta müqaviləsi üzrə hüquq və vəzifələrinin başqa şəxsə keçməsinin mümkün olmadığı halda fiziki şəxs sığortalı öldükdə, yaxud hüquqi şəxs sığortalı ləğv edildikdə və ya onun fəaliyyətinə xitam verildikdə (11.7.2); sığortalının sığorta olunanla bağlamış olduğu əmək müqaviləsinə, yaxud mülki-hüquqi müqaviləyə xitam verildiyi halda, həmin sığorta olunana münasibətdə (11.7.3); Azərbaycan Respublikası Mülki Məcəlləsinin 919cu maddəsində nəzərdə tutulmuş digər hallarda (11.7.4).
8. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2017-ci il 14 mart tarixli 89 nömrəli qərarı ilə təsdiq edilmiş “Elektron qaimə-fakturanın tətbiqi, uçotu və istifadəsi” Qaydalarının 3.9-cu bəndinə əsasən ƏDV ödəyicisi olan şəxslər tərəfindən elektron qaimə-faktura təqdim olunduqdan 5 (beş) gün müddətində hər hansı dəqiqləşdirilmiş əməliyyat aparılmadıqda, təqdim edilmiş elektron qaiməfakturaya əsasən Azərbaycan Respublikası Vergilər Nazirliyinin proqram təminatı vasitəsilə həmin vergi ödəyicisi üçün avtomatik elektron vergi hesab-fakturası hazırlanaraq aidiyyəti üzrə təqdim olunur.
APELYASİYA BAXİŞİNİN HƏDLƏRİ
9. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinin tələblərini və apellyasiya şikayətinin dəlillərini nəzərə alaraq kollegiya qeyd edir ki, qətnamənin əsaslığı tam yoxlanılır.
APELYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
10. Məhkəmə kollegiyası hesab edir ki, iddia əsaslıdır.
11. Belə ki, iddia tələblərinin qanuni əsasını Mülki Məcəllənin 903.1-ci maddəsi və “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında” qanununun 7.2.2-ci maddəsi təşkil edir.
12. Hazırkı işin halları da ondan ibarətdir ki, tərəflər arasında “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta müqaviləsi” bağlanmış və bununla da, cavabdehin sığorta haqlarını ödəmək öhdəliyi yaranmış, lakin o, həmin öhdəliyini tam icra etməmişdir.
13. Belə ki, Mülki Məcəllənin 903.1-ci maddəsi və “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında” qanunun 7.2.2-ci maddəsinin dispozisiya şərtlərinə görə sığorta haqlarını ödəmək halını sübutetmə vəzifəsi cavabdehə aiddir.
14. Lakin o, bununla bağlı heç bir sübut təqdim etməmiş və ümumiyyətlə bu hala istinad etməmişdir.
15. Eyni zamanda, tərəflər arasında bağlanmış xx.xx.2016-cı il tarixli, QAL00018722 saylı “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta müqaviləsi”nə xx.xx.2019-cu il tarixli PR-03 saylı Prolonqasiyanın sonunda sığorta haqqının ödənilməsi qaydası müəyyən edilib və xx.xx.2019-cu il tarixdən xx.xx.2020-ci il tarixə qədər cəmi 23333,34 manat sığorta haqqı ödənilməli idi.
16. xx.xx.2020-ci il tarixli EBAF seriyalı 747289 nömrəli elektron qaimədən isə müəyyən edilir ki, İddiaçı Sığorta Şirkəti ASC tərəfindən Cavabdeh MMC-yə **********-İcbari sığorta müqaviləsi (№ QAL-00018722-PR-03) üzrə ümumilikdə 23333,34 manat məbləğində pul vəsaitinin ödənilməsi ilə bağlı elektron qaimə təqdim edilmişdir.
17. Bu baxımdan kollegiya hesab edir ki, iddiaçı 21790,22 manat məbləğində sığorta haqqının cavabdehdən tutulmasını tələb etməkdə haqlıdır və ona görə iddia əsaslıdır.
18. Apelyasiya şikayətinin dəlilləri isə əsassızdır. Belə ki, məhkəmə bildirişləri həm cavabdehin elektron kabinetində yerləşdirilmiş, həm də onun qeydiyyat ünvanına göndərilmişdir. Bundan əlavə işin hallarından görünür ki, tərəflər arasında xx.xx.2016-cı il tarixli, QAL00018722 saylı “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta müqaviləsi” bağlanmış, daha sonra isə həmin müqavilənin müddətinin uzadılması barədə xx.xx.2019-cu il tarixli PR-03 saylı Prolonqasiya imzalanmışdır. Eyni zamanda, tərəflər arasında bağlanmış müqavilə vaxtından əvvəl ləğv edilməmiş və ya həmin müqaviləyə “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında” Qanunun 11.7-ci maddəsində göstərilən əsaslarla xitam verilməmişdir. Çünki tərəflər bu hallara istiunad etməmiş və sübutlar təqdim etməmişdir.
19. Beləliklə, kollegiya hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslı olmaqla işin hallarına uyğundur, apellyasiya şikayətində irəli sürülən dəlillər isə yuxarıda göstərilənlərə görə əsassızdır və mahiyyətcə düzgün olan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas ola bilməz.
20. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.1, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
q ə t e t d i:
Cavabdeh MMC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli e-2-2(113)-3864/2022 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Raqib Qurbanov
Hakimlər: Vidadi Məmmədov
Vüsalə Baxışova