Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-2(103)-1098/2021 15.09.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apelyasiya Məhkəməsinin Kommersiya kollegiyası hakimlər Baxışova Vüsalə Ələkbər qızının sədrliyi və məruzəsi ilə, Məmmədov Vidadi Məmməd oğlu və Qurbanov Raqib Əliddin oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Qululu Elvin Mikayıl oğlunun katibliyi, iddiaçının nümayəndəsi və vəkili Vəkil Fuad oğlunun, qanuni nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Cavabdeh-ya qarşı maddi zərərin ödənilməsinə dair kommersiya mübahisəsi üzrə Bakı Kommersiya Məhkəməsinin 23.07.2021-ci il tarixli 2-2(81)-447/2017 saylı qərardadından (hakim Leyla Əliyeva) iddiaçı tərəfindən verilmiş şikayətə əsasən işə Bakı Apelyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh-ya qarşı iddia ərizəsi ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək, 210.000 manat məbləğində maddi zərərin ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-2(81)-447/2017 saylı, 01.05.2017-ci il tarixli qərardadı ilə iddia ərizəsi Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.6-cı maddəsinə əsasən baxılmamış saxlanılmışdır. İddiaçının nümayəndəsi 13.07.2021-ci il tarixdə ərizə ilə Bakı Kommersiya Məhkəməsinə müraciət edərək həmin qərardadın ləğv edilərək, iddia tələbinə mahiyyəti üzrə baxıb yekun qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin 23 iyul 2021-ci il tarixli 2-2(81)-447/2017 saylı qərardadı ilə İddiaçı qanuni təmsilçisi X3 tərəfindən verilən ərizə təmin edilməmişdir. İddiaçı qeyd edilən qərardaddan şikayət verərək, şikayətin təmin edilməsini, Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-447/2017 saylı, 23.07.2021-ci il tarixli qərardadının ləğv edilməsini, şikayət təmin edilmədiyi təqdirdə isə işin müvafiq qaydada apellyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, “Əlioğlu" kiçik müəssisəsinin hazırkı direktoru Y.Qasımovanın mərhum atası X5 İddiaçı Müstəqil kiçik müəssisəsinin təsisçisi və qanuni təmsilçisi olmuşdur. İddia ərizəsi atası tərəfindən hazırlanmış, imzalanmış və məhkəməyə təqdim edilmişdir. Məhkəmənin gedişatı zamanı F.Qasımov vəfat etmişdir. Lakin, məhkəmə “işə onların iştirakı olmadan baxmağı xahiş etməmiş tərəflər məhkəməyə gəlmədikdə” əsası ilə işi baxılmamış saxlamışdır. Hazırda iddiaçı mərhum atasının hüquqi varisi kimi İddiaçı Müstəqil kiçik müəssisəsinin qanuni təmsilçisidir. Ona görə də xahiş etmişdir ki, mərhum atasının işdə iştirak edə bilməməsi və bu barədə məhkəməni məlumatlandırmaması üzrlü hesab edilsin və qərardad ləğv edilsin. 23 iyul 2021-ci il tarixli qərardadda göstərilir ki, məhkəmə baxışının yeri və vaxtı barədə iddiaçıya məlumat verilmişdir. İddiaçı məhkəmənin nəzərinə çatdırmışdır ki, iddiaçının ərizəsində mobil telefon nömrəsi olsa da, heç bir bildiriş və sms daxil olmamışdır və əlavə etmişdir ki, iddiaçıya təqdim edilən 28.12.2017-ci il tarixli məktub məhkəmə tərəfindən işin icraatının dayandırılması barədə deyil, ərizənin baxılmamış saxlanmasına dair olmuşdur. Həmçinin ərizənin baxılmamış saxlanmasına dair qərardad ona təqdim edilməmişdir. Məktubdan aydın olmuşdur ki, icraat dayandırılmamışdır, lakin baxılmamış saxlanmışdır. İddiaçıda qərardad olmadığından və atası vəfat etdiyi üçün Y.Qasımova onun adından hüquqi varislik problemlərini həll edilmədiyinə görə subyektiv hüququ olmamışdır. Həmin hüquq yaranandan sonra tərəfindən məhkəməyə müraciət edilmişdir. Y.Qasımova İddiaçı KM-nin qanuni təmsilçisi sonradan olmuşdur. Daha sonra atasının şəxsi arxivi ilə maraqlanıb, hazırkı iddia tələbinin yarımçıq qalması barədə məlumatlanmış və məhkəməyə ərizə ilə müraciət etmişdir. Məhkəmənin gəldiyi qənaətə görə Y.Qasımovanın 07.01.2018-ci il tarixdən etibarən baxılmamış saxlama barədə qərardaddan məlumatı olmuşdur. Lakin bu belə olmamışdır. Şikayətə apelyasiya qaydasında baxılması 15.09.2021-ci il tarixə təyin edilmiş, işə baxılmanın vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq cavabdehin nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə MPM-in 376.2-ci maddəsinə əsasən işə baxılmasını mümkün hesab etmişdir. İddiaçının nümayəndəsi və vəkili Vəkil Fuad oğlunun, qanuni nümayəndəsi X1 məhkəmə iclasında şikayəti müdafiə edərək təmin edlməsini xahiş etmişdir. Məhkəmə izahatı dinləyərək, şikayəti iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, Bakı Kommersiya Məhkəməsinin 23 iyul 2021-ci il tarixli 2-2(81)-447/2017 saylı qərardadı dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarından görünür ki, İddiaçı hazırkı iddia ərizəsi ilə məhkəməyə 07.02.2017-ci il tarixdə müraciət etmiş, həmin dövrdə hüquqi şəxsin qanuni təmsilçisi X5 olmuşdur. İş üzrə məhkəmə baxışı iclası sonuncu dəfə 01.05.2017-ci il tarixə təyin edilmiş, bu barədə qanuni təmsilçi X4 iş materiallarında olan mobil telefon nömrəsinə 24.04.2017-ci il tarixdə AZEMİS vasitəsi ilə SMS xəbərdarlıq göndərilmişdir. İddiaçının yeni qanuni təmsilçisi X3 tərəfindən məhkəməyə təqdim edilmiş ölüm haqqında şəhadətnamədən görünür ki, onun atası X5 21.04.2017-ci il tarixdə vəfat etmişdir. Kommersiya qurumlarının dövlət reyestrində çıxarışa əsasən yeni direktor X3 25.12.2019-cu il tarixdə dövlət reyestrində qanuni təmsilçi kimi qeydə alındığından müəyyən olunur ki, məhkəmənin 01.05.2017-ci il tarixə təyin edilmiş məhkəmə iclasında iddiaçının nümayəndəsi üzürlü səbəbdən iştirak edə bilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 260.5-ci maddəsinə əsasən, məhkəmə iddiaçı və ya cavabdehin vəsatəti üzrə, onlar məhkəmə iclasında iştirak etməmələrinin və bu haqda məhkəməyə məlumat verməmələrinin üzürlü səbəblərdən baş verməsi haqqında sübutlar təqdim etdikdə, bu Məcəllənin 259.0.6 və 259.0.7-ci maddələrində göstərilən əsaslarla ərizənin baxılmamış saxlanması barəsində öz qərardadını ləğv edir. İddiaçı qeyd edilən normaya əsasən 2017-ci ildə baxılmamış saxlanılmış iddia ərizəsi üzrə məhkəmə icraatının davam etdirilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsi ərizənin təmin edilməməsi barədə iş üzrə gəldiyi nəticəni onunla əsaslandırır ki, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsi tərəfindən X2 ünvanlanmış 28.12.2017-ci il tarixli məktubun iş materiallarında qalan nüsxəsindən görünür ki, qanuni təmsilçisi X1 iddianın baxılmamış saxlanılması barədə 2017-ci ildən məlumatı olmuş, iddiaçı tərəf həmin qərardadın mübahisələndirilməsi üçün qanunvericiliklə müəyyən olunmuş müddəti ötürmüşdür. Məhkəmə şikayət ərizəsinin dəlilləri bağlı qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 260.5-ci maddəsində məhkəmə iclasında üzürlü səbəbdən iştirak etməmiş tərəfin iddianın baxılmamış saxlanılması barədə qərardadın ləğvi ilə bağlı məhkəməyə vəsatət təqdim etməsi üçün konkret müddət müəyyən etməsə də, baxılmamış saxlanılması barədə iddia üzrə icraatın təzələnməsi pozulmuş hüququn səmərəli məhkəmə müdafiəsinin təmin edilməsi üçün ağlabatan müddət ərzində həyata keçirilməlidir. Belə ki, iddiaçı hüquqi şəxs 2017-ci ildə iddia ərizəsi ilə məhkəməyə müraciət edərkən iqtisadi mübahisə üzrə məhkəmə icraatı kağız daşıyıcıda təqdim edilmiş iddia ərizəsi əsasında başlayırdı. Hazırda Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 10-1.3-cü maddəsinə əsasən kommersiya mübahisələri üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 3.1-ci maddəsinə əsasən məhkəmə icraatı işə baxılan, ayrı-ayrı prosessual hərəkətlər həyata keçirilən və yaxud məhkəmə aktı icra edilən zaman qüvvədə olan mülki prosessual qanuna əsasən aparılır. Göründüyü kimi, hazırda qüvvədə olan prosessual normaların tələblərinə əsasən kommersiya mübahisəsi üzrə məhkəmə icraatı yalnız “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə həyata keçirilməli olduğundan iddiaçı hüquqi şəxs tərəfindən 2017-ci ildə qaldırılmış iddia ərizəsi üzrə məhkəmə icraatının davam etdirilməsi prosessual cəhətdən mümkün deyil. Məhkəmə qeyd edilənlərə əsasən belə nəticəyə gəlir ki, şikayət təmin edilməməli, Bakı Kommersiya Məhkəməsinin 23 iyul 2021-ci il tarixli 2-2(81)-447/2017 saylı qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264, 398.0.1, 400 və 405-ci maddələrinin tələblərini rəhbər tutaraq, Q Ə R A R A A L D İ: İddiaçı şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin 23 iyul 2021-ci il tarixli 2-2(81)-447/2017 saylı qərardadı ilə dəyişdirilmədən saxlanılmalıdır. Qərardad dərhal qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2-2(103)-1098/2021
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(103)-1098/2021
15.09.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver