Məhkəmə qərarları › İş №2-2(103)-1098/2023

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(103)-1098/2023

20.12.2023 · Xususi icraat - Vergi ödəyicisi olan fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında işlər üzrə icraat (xüsusi icraat)
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-2(103)-1098/2023 20.12.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyası hakimlər Baxışova Vüsalə Ələkbər qızının sədrliyi və məruzəsi ilə, Hüseyn Aida Əli qızı və Qurbanov Raqib Əliddin oğlundan ibarət tərkibdə, Ərizəçi İqtisadiyyat Nazirliyi X1 Xidməti Bakı şəhəri Lokal Gəlirlər baş İdarəsinin Maraqlı şəxs ölkədən getmək hüququnun məhdudlaşdırılması tələbi barədə kommersiya mübahisəsinə dair iş üzrə qəbul edilmiş Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2-2(113)-4264/2023 nömrəli qərardadından Maraqlı şəxs tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq M ü ə y y ə n e t d i: Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi X1 Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi ərizə ilə məhkəməyə müraciət edərək Maraqlı şəxs ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2-2(113)-4264/2023 nömrəli qətnaməsi ilə ərizə təmin edilərək, Maraqlı şəxs (şəxsiyyəti təsdiq edən sənədin FİN nömrəsi-xxxxxxx, şəxsiyyət vəsiqəsinin seriya və nömrəsi AZE ********) ölkədən getmək hüququ xx.xx.2023 tarixinə QALA İNVESTMENT” MMC-nin (VÖEN: **********) dövlət büdcəsinə 6870,03 manat məbləğində borcu tam ödənilənədək müvəqqəti məhdudlaşdırılması qət edilmişdir. Maraqlı şəxs nümayəndəsi Vəkil ərizə ilə məhkəməyə müraciət edərək, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2-2(113)-4264/2023 nömrəli qətnaməsindən şikayətin verilməsi üçün buraxılmış müddətin bərpa olunmasına dair qərardad qəbul edilməsini xahiş etmişlər. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2-2(113)-4264/2023 nömrəli qərardadı ilə Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2-2(113)- 4264/2023 nömrəli qətnaməsindən Maraqlı şəxs nümayəndəsi Vəkil tərəfindən verilən şikayətin verilməsi üçün buraxılmış müddətin bərpasından imtina edilmişdir. Maraqlı şəxs həmin qərardaddan şikayət verərək Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2-2(113)-4264/2023 nömrəli qərardadının ləğv edilməsini, Maraqlı şəxs apelyasiya şikayətinin verilməsi üçün nəzərdə tutulmuş müddətin bərpası barədə qərardad məhkəmədən xahiş etmişdir. Şikayət belə əsaslandırılmışdır ki, Bakı Komersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2-2(113)-4264/2023 nömrəli qərardadı ilə Bakı Komersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli,e-2-2(113)-4264/2023 nömrəli qətnaməsindən apellyasiya şikayəti verilməli olan müddəti 01 gün ötürməklə verildiyi qeyd olunmuşdur. Maraqlı şəxs ilə xx.xx.2023-cü il tarixdə vəkil müqaviləsi bağlayaraq vəkil orderi və etibarnaməsi alınaraq apellyasiya şikayəti vermişdir. Əlavə olaraq, elektron məhkəmə portalında qətnamənin elektron sistemə nə vaxt vurulduğunu müəyyən edə bilmədiyindən üzürlü olaraq apellyasiya şikayətini 01 gün ötürməklə verilmişdir. Qətnaməni elektron kabinetə yerləşdirilməsi barədə maraqlı şəxsin istifadə etdiyi “Elektron ünvan ” elektron poçt ünvanına göndərilməmişdir. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2-2(113)-4264/2023 nömrəli qərardadı ilə şikayət təmin edilməmiş və baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilmişdir. Şikayətə apellyasiya instansiyası məhkəməsi tərəfindən yazılı icraat qaydasında baxılması qərara alınmışdır. Məhkəmə şikayəti iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2-2(113)-4264/2023 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 10-1.1-ci maddəsinə əsasən elektron qaydada mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatı bu Məcəllə ilə müəyyən edilmiş ümumi prosessual qaydalara uyğun olaraq “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə aparılır. 10-1.2-ci maddəyə əsasən məhkəmə və proses iştirakçıları tərəfindən ərizə, şikayət və digər sənədlərin elektron formada tərtib edilməsi, göndərilməsi, qəbulu, sənədlərin elektron qeydiyyatı və elektron dövriyyəsi müvafiq icra hakimiyyəti orqanının Azərbaycan Respublikasının Ali Məhkəməsi ilə birlikdə müəyyən etdiyi “Elektron məhkəmə” informasiya sistemindən istifadə qaydalarına uyğun olaraq həyata keçirilir. 10-1.3-cü maddəyə əsasən kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. 10-1.5-ci maddəyə əsasən bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş qaydada təqdim edilmiş sənədlərin digər qaydada verilməsi tələb oluna bilməz. 360-cı maddəyə əsasən apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. 130.1-ci maddəsinə əsasən, qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur. 133.1-ci maddəsinə əsasən məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzürlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. 133.5-ci maddəsinə əsasən, müddətin bərpasından imtina barədə qərardad çıxarılır. 135.8-ci maddəyə əsasən kommersiya mübahisələri üzrə işdə iştirak edən şəxslərin məhkəmə sənədləri onların “Elektron məhkəmə” informasiya sistemində yaradılmış “elektron kabinet”lərində yerləşdirilir və onlara bu barədə məlumat həmin sistem vasitəsilə elektron qaydada (elektron poçt, SMS və s. vasitəsilə) çatdırılır. İşdən görünür ki, Maraqlı şəxs nümayəndəsi Vəkil xx.xx.2023-cü il tarixdə saat 09:50-də e-2-2(113)-4264/2023 nömrəli iş üzrə elektron kabinetə yerləşdirilmiş və həmin günü Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2-2(113)-4264/2023 nömrəli qətnaməsi xx.xx.2023-cü il tarixdə saat 18:03-də elektron imza ilə təsdiq edilməklə Vəkil “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetində yerləşdirilmişdir. Lakin Maraqlı şəxs tərəfindən apellyasiya şikayəti (1 gün gecikmə ilə) xx.xx.2023-ci il tarixdə (çərşənbə) e-məhkəmə sistemində yerləşdirilmişdir. Məhkəmə birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşır ki, gecikmənin üzürlü səbəbləri barədə məhkəməyə mötəbər sübut təqdim edilməmişdir. Nümayəndənin elektron kabinetinə sənəd yerləşdirilməsi barədə sistem vasitəsilə avtomatik olaraq qeydiyyata alınmış elektron poçta məlumat ötürüldüyündən qətnamənin hansı tarixdə kabinetə yerləşdirilməsi barədə nümayəndənin məlumatının olmaması əsassızdır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, şikayət təmin edilməməli, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2-2(113)-4264/2023 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264, 398.0.1, 400 və 405-ci maddələrinin tələblərini rəhbər tutaraq, Q Ə R A R A A L D İ: Maraqlı şəxs şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2-2(113)-4264/2023 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad dərhal qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar