Məhkəmə qərarları › İş №2-2(103)-111/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(103)-111/2021

27.01.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-2(103)-111/2021 27.01.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyası hakimlər Baxışova Vüsalə Ələkbər qızının sədrliyi və məruzəsi ilə, Yusifov Cahangir Afər oğlu və Qurbanov Raqib Əliddin oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X1, iddiaçı “X4 ” MMC-nin nümayəndəsi Nümayəndə iştirakı ilə, iddiaçı “İddiaçı ” MMC-nin Cavabdehnə qarşı “pul tələbi”nə dair iddiası üzrə Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-2168/2020 saylı, xx xxxxxxx 2020-ci il tarixli qərardadından iddiaçı “X4 ” MMC tərəfindən verilmiş şikayətə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı “İddiaçı ” MMC cavabdeh Fransa Respublikasının hüquqi şəxs olan Cavabdehnə qarşı iddia ərizəsi ilə Bakı Kommersiya Məhkəməsinə müraciət edərək, 335.765,9 avro məbləğində pul vəsaitinin, 335.765,9 avro avro məbləğində AR Mərkəzi Bankı tərəfindən müəyyən edimiş uçot faiz dərəcəsi ilə hesablanmış 146.885,97 avro məbləğində faizlərin,230 manat bank xərclərinin, 1960 manat auditor xərclərinin və 30 manat dövlət rüsumunun əvəzinin Cavabdehndən tutularaq iddiaçı “X4 ” MMC-nin xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli, e-2-2(113)- 2168/2020 saylı qərardadı ilə iddia ərizəsi aidiyyət tələblərinin pozulması nəzərə alınmaqla baxılmamış saxlanılmışdır. İddiaçı həmin qərardaddan şikayət verərək Bakı Kommersiya Məhkəməsinin e-2- 2(113)-2168/2020 saylı, xx xxxxxxx 2020-ci il tarixli qərardadının ləğv edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, qərardad qanunsuzdur və ləğv edilməlidir. Belə ki, məhkəmə qərardadı əsaslandırarkən ilk növbədə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (AR MPM) 259.0.12-ci maddəsinə istinad etmişdir. Həmin normaya əsasən, ərizə bu Məcəllənin 149-cu maddəsində nəzərdə tutulmuş tələblər göstərilmədən, eləcə də bu Məcəllənin 150.0.1-150.0.3-cü maddələrində göstərilən sənədlər əlavə edilmədən verildikdə, iddiaçı hakim tərəfindən müəyyən edilmiş müddətdə işin mahiyyəti üzrə baxılmasına və həll edilməsinə maneçilik törədən həmin nöqsanları aradan qaldırmadıqda məhkəmə ərizəni baxılmamış saxlayır. MPM-nin 149cu maddəsində iddia ərizəsinin hansı sənədlər əlavə olunmalı olduğu göstərilmişdir. “Ərizənin baxılmamış saxlanılması barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “31” mart 2011-ci il tarixli 3№- li Qərarının 13-cü bəndində qeyd edilir ki, iddia ərizəsində (ərizədə, şikayətdə) Azərbaycan Respublikası MPM-nin 149-cu maddəsində müəyyən olunmuş məlumatlar dəqiq göstərilməli və ərizəyə 150-ci maddədə göstərilən sənədlər əlavə edilməlidir. Məhkəməyə müraciət edən şəxs ərizənin qanunla müəyyən edilmiş məzmununa əməl etmədikdə ərizə və ona əlavə olunmuş sənədlər geri qaytarılır. Azərbaycan Respublikası MPM-nin 152.4 – cü maddəsinə müvafiq olaraq iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada məhkəməyə təkrar müraciət etməyə mane olmur. Azərbaycan Respublikası MPM-nin 259.0.12 –ci maddəsinə müvafiq olaraq hakim iddia ərizəsində yol verilmiş nöqsanın aradan qaldırılması və yaxud zəruri sənədin ərizəyə əlavə edilməsi üçün ərizəçiyə vaxt verə bilər. Ərizəçi ona təyin olunan müddətdə işin mahiyyəti üzrə həll edilməsinə maneçilik törədən nöqsanları aradan qaldırmadıqda ərizə baxılmamış saxlanılır. Bundan başqa məhkəmə iş üzrə Cavabdehşirkətinin hüquqi ünvanı (9-11 rue de X2, 13742 Vitrolles) xarici dövlətdə yerləşdiyini əsas gətirərək, AR MPM-nin 35.2-ci maddəsinə də istinad etməklə iddia ərizəsini baxılmamış saxlanılmalı qənaətinə gəlmişdir. Halbuki, iddia ərizəsindən, eləcədə iş materiallarına iddiaçı tərəfindən əlavə edilən Bakı Kommersiya Məhkəməsinin 2-2(113)- 62/2020 saylı xx.xx.2020-ci il tarixli qətnaməsi ilə müəyyən edildiyi kimi “Cavabdeh.S”şirkəti ilə İddiaçı MMC arasında alqı-satqı müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri yaranmışdır, 18 ədəd sifariş aktları ilə BP-nin Şah Dəniz kəşfiyyat layihəsi üzrə maye nəqli ilə bağlı boru avadanlıqlar sifariş edilmis və həmin sifariş aktları əsasında avadanlıqlar təhvil verilmisdir. Göründüyü kimi iddiaçının iddiası, icrası Azərbaycan Respublikasının ərazisində, habelə BP-nin Şah Dəniz kəşfiyyat layihəsi üzrə həyata keçirilmiş müqavilələrdən irəli gəlmişdir. Belə olan təqdirdə AR MPM-in 443.0.7.-ci maddəsinin müddəaları tədbiq edilməli idi. Belə ki, həmin normaya əsasən, iddia icrası tamamilə və ya qismən Azərbaycan Respublikasının ərazisində həyata keçirilməli olan və ya həyata keçirilmiş müqavilədən irəli gəldikdə Azərbaycan Respublikasının məhkəmələri xarici şəxslərin iştirakı ilə olan işlərə baxmağa haqlıdır. Bakı Kommersiya Məhkəməsinin e-2-2 (113)-2168/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və baxılması üçün işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Şikayətə apellyasiya qaydasında baxılması xx.xx.2021-ci il tarixə təyin edilmiş, Cavabdeh iddia ərizəsində Azərbaycan Respublikasındakı faktiki ünvanı kimi qeyd edilmiş ünvana göndərilmiş məhkəmə bildirişləri çatmamışdır. Məhkəmə MPM-nin 376.2ci maddəsinə əsasən cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi Nümayəndə şikayəti müdafiə edərək təmin edilməsini xahiş etdi. Məhkəmə izahatı dinləyib, şikayəti iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, şikayət qismən təmin edilməli, Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-2168/2020 saylı, xx xxxxxxx 2020-ci il tarixli qərardadı dəyişdirilməli, iş üzrə icraata xitam verilməlidir. Birinci instansiya məhkəməsi MPM-nin 35.2-ci maddəsinə istinad edərək hesab etmişdir ki, iddia ərizəsi cavabdehin hüquqi ünvanının olduğu yer üzrə verilmədiyindən iddia baxılmamış saxlanılmalıdır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin istinad etdiyi norma və iş üzrə gəldiyi nəticə düzgün deyil. Hazırkı iş üzrə cavabdeh xarici hüquqi şəxs olduğundan məhkəmə mübahisənin ərazi aidiyyəti ilə bağlı MPM-nin 35.2-ci maddəsinə deyil, xarici şəxslərin iştirakı ilə icraat bölməsində nəzərdə tutulmuş normalara istinad edilməli idi. MPM-nin 440.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının məhkəmələri mülki və kommersiya mübahisələri üzrə beynəlxalq səlahiyyətə bu şərtlə malikdirlər ki, işdə iştirak edən şəxslərdən hər hansı biri xarici şəxs olsun, onun Azərbaycan Respublikasında yaşayış yeri, olduğu yer və adətən gəldiyi yer olsun. İddiaçı şikayət ərizəsində MPM-nin 443.0.7-ci maddəsinə istinad edərək göstərmişdir ki, iddia icrası Azərbaycan Respublikasının ərazisində həyata keçirilməli olan müqavilədən irəli gəldiyindən Azərbaycan Respublikası məhkəməsi işə baxmağa haqlıdır. Şikayət ərizəsinin bu dəlili ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, MPM-nin 443.0.7-ci maddəsi yalnız MPM-nin 440.1-ci maddəsinin tələbi nəzərə alınmaqla tətbiq edilə bilər. Hazırkı halda cavabdeh Fransa Respublikasının hüquqi şəxs olan Cavabdeh Azərbaycan Respublikasında filialı və nümayəndəliyi, faktiki olduğu yer olmadığından ona qarşı qaldırılmış iddiaya Azərbaycan Respublikası məhkəmələri tərəfindən baxılması MPMnin 440.1-ci maddəsinə əsasən istisna olunur. İşə Azərbaycan Respublikası məhkəməsi tərəfindən baxılmalı olmadığından MPMnin 261.0.1-ci maddəsinə əsasən iş üzrə icraata xitam verilməlidir. Məhkəmə şikayət ərizəsinin bu dəlili ilə razılaşır ki, birinci instansiya məhkəməsi iddianı baxılmamış saxlamaqla prosessual pozuntuya yol vermişdir. İddia o halda baxılmamış saxlanıla bilər ki, iddiaçı tərəfindən iddia ərizəsi məhkəməyə təqdim edilərkən müəyyən qüsurlara yol verilmiş olsun və işin baxılmasına mane olan halların iddiaçı tərəfindən aradan qaldırılması mümkün olsun. Hazırkı halda işin baxılmasına mane olan halın iddiaçı tərəfindən aradan qaldırılması qeyri-mümkün olduğundan birinci instansiya məhkəməsi iddianı baxılmamış saxlamağa haqlı olmamışdır. Məhkəmə qeyd edilənlərə əsasən hesab edir ki, şikayət qismən təmin edilməli, Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-2168/2020 saylı, xx xxxxxxx 2020-ci il tarixli qərardadı dəyişdirilməli, iş üzrə icraata xitam verilməlidir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264, 398.0.2, 400 və 405-ci maddələrinin tələblərini rəhbər tutaraq, Q Ə R A R A A L D İ: İddiaçı “İddiaçı ” MMC-nin şikayəti qismən təmin edilsin. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-2168/2020 saylı, xx xxxxxxx 2020-ci il tarixli qərardadı dəyişdirilsin. İş üzrə icraata xitam verilsin. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasına Bakı Apellyasiya Məhkəməsi vasitəsilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar