Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-1112/2021 01.12.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apelyasiya Məhkəməsinin Kommersiya Kollegiyası hakimlər Baxışova Vüsalə Ələkbər qızının sədrliyi və məruzəsi ilə, Qurbanov Raqib Əliddin oğlu, Nağıyeva Elmira Eyvaz qızından ibarət tərkibdə, məhkəmə iclas katibi X1 iştirakı ilə, iddiaçının nümayəndəsi və vəkili Vəkil, cavabdehin nümayəndəsi Nümayəndə2 iştirakı ilə, İddiaçı Cavabdeh MMC-yə qarşı alqı-satqı müqaviləsi üzrə pulun tutulmasına dair iddia ərizəsi üzrə Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-3191/2021 saylı 06.09.2021-ci il tarixli qətnaməsindən (hakim Aytən Əliyeva) iddiaçı və cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətlərinə əsasən işə Bakı Apelyasiya Məhkəməsinin binasında məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək , Cavabdeh MMC-dən 27 fevral 2019-cu il tarixli alğı-satqı müqaviləsinə görə ödənilməli olan 26616,41 AZN məbləğində borcun və 30 manat dövlət rüsumunun tutularaq İddiaçı ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, “fiziki şəxs İddiaçı ilə CavabdehMMC arasında bağlanmış, 27 fevral 2019-cu il tarixli alqı-satqı müqaviləsinin şərtlərinə əsasən, “Satıcı”(F/ş (VÖEN **********) İddiaçı) tərəfindən “Alıcı”ya ("xxxx" MMC-yə) tikinti mallarının (şeben) satılması ilə bağlı razılıq əldə olunmuş və alıcı tərəfindən verilən bütün sifarişlər, satıcı tərəfindən vaxtı-vaxtında icra olunmuşdur. Son bir neçə ay ərzində Cavabdeh MMC müqavilə üzrə öhdəliklərini vaxtında və düzgün şəkildə yerinə yetirməmiş, müqavilə üzrə yaranmış borcunu ödəməkdən yayınmışdır. Borcun ödənilməsi ilə bağlı dəfələrlə tərəflər arasında danışıqlar olmasına baxmayaraq verilən vədlərə vaxtında əməl olunmamış və nəticədə tərəfindən icra olunmamış öhdəliyi vardır. Hal-hazırda Cavabdeh MMC-nin 27 fevral 2019-cu il tarixli alqı-satqı müqaviləsi üzrə İddiaçı 26 626,41 AZN (iyirmi altı min altı yüz iyirmi altı manat qırx bir qəpik) borcu vardır. Cavabdehə müqavilə üzrə öhdəliklərini icra edərək 26.626,41 AZN (iyirmi altı min altı yüz iyirmi altı manat qırx bir qəpik) borcunu ödəmə barədə pretenziya məktubu göndərilmiş, lakin cavabdeh yenə də öhdəliyinin icrasından yayınmışdır. Belə olan halda məcbur qalaraq məhkəməyə müraicət edilmişdir. Eyni zamanda 28 oktyabr 2019-cu il tarixdə cavabdehlə qarşılıqlı akt imzalanmış və həmin akta əsasən də cavabdeh həmin tarixə 26 626,41 manat qalıq borcunun olmasını etiraf etmişdir.” Həmin qətnamədən cavabdeh apelyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-3191/2021 saylı 06.09.2021-ci il tarixli qətnaməsi ilə iddia tələbi qismən təmin edilmiş, Cavabdehndən 16.428,32 manat borc və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 30 manat məbləğində pul vəsaiti tutularaq İddiaçı ödənilməsi, iddianın qalan hissədə rədd edilməsi qət edilmişdir. Həmin qətnamədən hər iki tərəf apelyasiya şikayəti vermişdir. İddiaçı apellyasiya şikayətində qətnamənin qismən-iddianın rədd edildiyi hissədə ləğv edilməsini, iddianın tam şəkildə təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçının apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, “birinci instansiya məhkəməsi iddia tələblərini rədd edərkən prosessual hüquq normalarını pozmuşdur. Məhkəmə iş materiallarında olan və yalnız Cavabdeh MMC-nin direktoru Qanuni nümayəndə faksimile imzası ilə imzalanmış tərəzi çekləri və qaimə fakturaları nəzərə almışdır. Halbuki, iş materiallarında təxminən 10.000 manat dəyərində başqa tərəzi çekləri və qaimə fakturalar da mövcuddur. Ekspert rəylərindən göründüyü kimi həmin imzalar Cavabdeh MMC-nin direktoru Qanuni nümayəndə məxsus deyildir. Lakin, məhkəmə nəzərə almamışdır ki, müqavilə Qanuni nümayəndə ilə fiziki şəxs kimi deyil, hüquqi şəxs olan Cavabdeh MMC ilə bağlanmışdır. Belə olan halda digər tərəzi çekləri və qaimə fakturalarda olan imzaların Cavabdeh MMC-nin işçilərinə məxsus olub-olmaması aydınlaşdırılmalı idi. Ekspertlərin də müəyyən etdiyi kimi, həmin tərəzi çekləri və qaimə fakturalar bir neçə eyni şəxs tərəfindən imzalanmışdır. Cavabdeh ümumiyyətlə mal təhvil almadığını bildirərək, hətta iddiaçını onun direktorunun faksimile imzasını və təhvil-təslim aktını saxtalaşdırmaqda ittiham edir. Lakin, nədənsə bu faktla (guya onun faksimile imzasının saxtalaşdırılması faktı) bağlı bu günə qədər heç bir hüquq mühafizə orqanına müraciət etməmişdir. Digər tərəfdən nəzərə almaq lazımdır ki, cavabdeh özü təxminən 2 ilə yaxın müddətdə birinci instansiya məhkəməsini aldatmış, Nümayəndə2 Ağaddin oğlunun guya Cavabdeh MMC-nin hüquqşunası olmasına dair 02 fevral 2020-ci il tarixli əmr və əmək müqaviləsi təqdim edərək, Nümayəndə2 Cavabdeh MMC-nin işçisi olması görüntüsü yaratmış və bütün bu müddət ərzində Nümayəndə2 məhkəmədə şirkəti təmsil edərək, cəmiyyətin adından yazılı etirazlar və vəsatətlər belə vermişdir. Lakin, cavabdeh məhkəməyə öz işçisi kimi təqdim etdiyi Nümayəndə2 Ağaddin oğlu ilə bağlanmış əmək müqaviləsini Əmək Məcəlləsinin 49-cu maddəsinə müvafiq olaraq elektron informasiya sistemində qeydiyyata aldırmamış və bununla da məhkəməni aldatmışdır. Eyni hərəkəti cavabdeh iddiaçıya qarşı da etmişdir. Belə ki, Əhməd adlı şəxsi öz işçisi kimi təqdim edərək, iş materiallarında olan 28 oktyabr 2019-cu il tarixli təhvil-təslim aktını ona verməyimizi xahiş etmiş, onun vasitəsilə imzalayıb, sonra bizə geri qaytaracağını bildirmişdir. Məhkəmə araşdırması aparılan dövrdə isə həmin aktda imzanın cavabdeh şirkətin direktoru tərəfindən imzalanmadığı müəyyən edilmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh MMC-nin direktoru Qanuni nümayəndə tək işləmədiyini və işçilərinin olduğunu, əksər işçilərini rəsmiləşdirmədiyini bildirmişdir. Belə olan halda məhkəmə 2019cu ildə şirkətdə hansı şəxslərin çalışdığını aydınlaşdırmalı və onların imzalarının təqdim edilən tərəzi çekləri və qaimə-fakturalarda olub-olmamasını müəyyənləşdirməli idi.” Cavabdeh apellyasiya şikayətində qətnamənin ləğv edilməsini, iddianın rədd edilməsini xahiş etmişdir. Cavabdehin apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, “qətnamə maddi hüquq normalarının tələbləri pozulmaqla çıxarıldığından, faktiki hallar nəzərə alınmadığından ləğv edilməlidir. Həqiqətən də 27 fevral 2019-cu il tarixdə cavabdeh ”Malik-N“ Məhdud Məsuliyyətli Cəmiyyətinə tikinti mallarının (şeben) satılması ilə bağlı iddiaçı ilə arasında alıq-satqı müqaviləsi bağlanmışdır. Lakin iddiaçı öz öhdəliklərini yerinə yetirməmiş, malmaterial verməmiş, buna görə də hər hansı pul tələb edilə bilməzdi. Müqavilənin 3.1-ci bəndinə əsasən tərəflər arasında hesablaşma nağd şəkildə hər 10 gündən bir tərəzi çekləri və qaimələrə əsasən aparılması nəzərdə tutulmuşdur. Müqavilənin 3.4-cü bəndində qeyd edilmişdir ki, ödəniş alıcı tərəfindən nağd formada həyata keçirilməlidir. Lakin iddiaçı məhkəməyə təqdim etdiyi qaimələrdə və tərəzi çeklərində malların kim tərəfindən, hansı təşkilata, kimə, hansı ünvana verildiyi qeyd edilməyibdir. Həmçinin, tərəzi çeklərinin və qaimə-fakturaların bir hissəsində “təhvil aldı” yerində imza başqa şəxslər tərəfində imzalanmış və yaxud birbaşa yerinə yetirilməmiş, imzamın əksi olan faksimile klişe vasitəsilə icra edilməsi ekspertiza rəyində qeyd edilmişdir. Halbuki dəfələrlə məhkəmədə direktor izahında və çıxışlarında faksimile klişe sifariş etmədyini, bundan xəbərsiz olduğunu göstərmişdir. Məhkəməyə iddiaçı tərəfindən sübut kimi təqdim edilən 28 oktyabr 2019-cu il tarixli təhvil-təslim aktı məqsədli şəkildə iddiaçı tərəfindən saxtalaşdırılmışdır. Aktın saxta olduğu və tərəfimdən imza edilmədyi ekspertiza rəyində öz əksini tapmışdır. İddia ərizəsinə ilkin olaraq təhvil-təslim aktı əsasında tələblər qoyulsa da ona etirazımı bildirərək onu imza etmədiyimi bildirdikdən sonra qaimə fakturalar sonradan saxtalaşdırılaraq məhkəməyə təqdim edilmişdir. Mallar təhvil verilsəydi, təhvil-təslim aktı qeyri-şərtsiz imzalanardı və möhürlə təsdiq edilərdi.” İddiaçının nümayəndəsi və vəkili Vəkil məhkəmə iclasında tərəflərindən verilmiş apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini, qarşı tərəfin apelyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdi. Cavabdehin nümayəndəsi Nümayəndə2 məhkəmə iclasında tərəflərindən verilmiş apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini, qarşı tərəfin apelyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdi. Məhkəmə izahatları dinləyərək, apelyasiya şikayətlərinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb hesab edir ki, iddiaçının apellyasiya şikayəti təmin edilməməli, cavabdehin apellyasiya şikayəti qismən təmin edilməli, Bakı Kommersiya Məhkəməsinin 14.07.2021-ci il tarixli e-2-2(113)-75/2021 saylı qətnaməsi qismən-iddianın təmin edildiyi hissədə ləğv edilməli, iddia cavabdehdən iddiaçının xeyrinə 16428,32 manat borc və 30 manat dövlət rüsumu tutulması hissəsində rədd edilməlidir. İşin mübahisəsiz halı bundan ibarətdir ki, tərəflər arasında 27 fevral 2019-cu il tarixli alqı-satqı müqaviləsi bağlanmış, iddiaçı həmin müqavilə əsasında cavabdehə tikinti malları (şeben) satmağı, cavabdeh isə 11,50 manatdan dəyərini ödəməyi öhdəsinə götürmüşdür. Müqavilənin 2.3-cü bəndində malların təhvil alınandan və təhvil-əslim sənədləri rəsmiləşdiriləndən sonra alıcının satıcıya qarşı keyfiyyət və kəmiyyət barədə iddia vermək hüququ olmadığı, 3.2-ci bəndində tərəflər arasında hesablaşmanın nağd şəkildə hər on gündən bir tərəzi çekləri və qaimələrə əsasən aparılacağı nəzərdə tutulmuşdur. İddiaçı həmin müqaviləyə əsasən cavabdehə 26.626,41 manat dəyərində mal təhvil verildiyini, lakin dəyərinin ödənilmədiyini iddia etmiş, sübut olaraq məhkəməyə 28.10.2019-cu il tarixli “Təhvil-təslim aktı”, tərəzi çekləri, “Qaimə-faktura” adlı sənədlər təqdim etmişdir. İddianın hüquqi əsasını aşağıdakı normalar təşkil edir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə müvafiq olaraq, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 600.1-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən, əşyanı təhvil almış alıcı onu alqısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Cavabdeh tərəf birinci instansiya məhkəməsində iddiaya yazılı etiraz təqdim edərək alqı-satqı müqaviləsi üzrə ona hər hansı mal təqdim edildiyini qəbul etməmiş, iddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş sənədlərdəki imzaların Cavabdeh direktoruna məxsus olmadığını bildirmişdir. Birinci instansiya məhkəməsi tərəfindən iş üzrə məhkəmə xətşünaslıq ekspertizası təyin edilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 15 oktyabr 2020-ci il tarixli, 4/773 nömrəli ekspert rəyinin nəticəsində qeyd edilmişdir ki, mülki işin 41-ci vərəqəsində olan 28.10.2019-cu il tarixli Təhvil-təslim aktında “Təhvil aldı” hissəsində İmza qrafasındakı imza – Qanuni nümayəndə tərəfindən yox, başqa şəxs tərəfindən icra olunmuşdur. Birinci instansiya məhkəməsi tərəfindən eyni zamanda sənədlərin texniki ekspertizası təyin edilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 06 may 2021-ci il tarixli, 5/367 nömrəli ekspert rəyinin nəticəsində qeyd edilmişdir ki, ş materiallarında olan 06 may 2021-ci il tarixli, 5/367 nömrəli ekspert rəyinin nəticəsində qeyd olunur ki, Tədqiqata təqdim edilmiş 07.03.2019, 07.03.2019, 07.03.2019, 06.03.2019, 06.03.2019, 06.03.2019, 04.03.2019, 04.03.2019, 04.03.2019, 03.03.2019, 01.03.2019-cu il tarixli (işin vərəqi 78,88,90,92,94,98,110,112,118,122,134) tərəzi qəbzlərində olan imzalar, 03.03.2019-cu il tarixli (işin vərəqi 124) tərəzi qəbzində olan iki manatdan altdaki imza, 09.03.2019-cu il tarixli ******* nömrəli, 09.03.2019-cu il tarixli ******* nömrəli, 10.03.2019-cu il tarixli ******* nömrəli, 09.03.2019-cu il tarixli ******* nömrəli, 08.03.2019-cu il tarixli ******* nömrəli, 09.03.2019-cu il tarixli ******* nömrəli, 08.03.2019-cu il tarixli ******* nömrəli, 08.03.2019-cu il tarixli ******* nömrəli, 08.03.2019-cu il tarixli ******* nömrəli, 08.03.2019-cu il tarixli ******* nömrəli, 08.03.2019-cu il tarixli ******* nömrəli, 08.03.2019-cu il tarixli ******* nömrəli, 08.03.2019-cu il tarixli ******* nömrəli, 08.03.2019-cu il tarixli ******* nömrəli, 07.03.2019-cu il tarixli ******* nömrəli, 07.03.2019-cu il tarixli ******* nömrəli, 07.03.2019-cu il tarixli ******* nömrəli, 07.03.2019-cu il tarixli ******* nömrəli, 07.03.2019-cu il tarixli ******* nömrəli, 06.03.2019-cu il tarixli ******* nömrəli, 05.03.2019-cu il tarixli ******* nömrəli 05.03.2019-cu il tarixli ******* nömrəli, 05.03.2019-cu il tarixli ******* nömrəli, 05.03.2019-cu il tarixli ******* nömrəli, 03.03.2019-cu il tarixli ******* nömrəli, 03.03.2019-cu il tarixli ******* nömrəli, 03.03.2019-cu il tarixli ******* nömrəli, 02.03.2019-cu il tarixli ******* nömrəli, 02.03.2019-cu il tarixli ******* nömrəli, 02.03.2019-cu il tarixli ******* nömrəli, 02.03.2019-cu il tarixli ******* nömrəli, 02.03.2019-cu il tarixli ******* nömrəli, 28.02.2019-cu il tarixli ******* nömrəli qaimə-fakturalardakı “təhvil verdi” qrafasında olan imzalar, 06.03.2019-cu il tarixli ******* nömrəli, 06.03.2019-cu il tarixli ******* nömrəli 06.03.2019-cu il tarixli ******* nömrəli, 06.03.2019-cu il tarixli ******* nömrəli, 06.03.2019-cu il tarixli ******* nömrəli, 06.03.2019-cu il tarixli ******* nömrəli, 04.03.2019-cu il tarixli ******* nömrəli, 04.03.2019-cu il tarixli ******* nömrəli, 04.03.2019-cu il tarixli ******* nömrəli, 02.03.2019-cu il tarixli ******* nömrəli, 28.02.2019-cu il tarixli ******* nömrəli, 28.02.2019-cu il tarixli ******* nömrəli, 27.02.2019-cu il tarixli ******* nömrəli qaimə fakturalarında olan imzalar, 02.03.2019-cu il tarixli ******* nömrəli qaimə-fakturasının “Təhvil aldı” qrafasındakı imzalar hər hansı texniki qurğu vasitəsilə deyil birbaşa icra edilmişdir. Tədqiqata təqdim edilmiş 09.03.2019, 09.03.2019, 10.03.2019, 09.03.2019, 10.03.2019, 10.03.2019, 10.03.2019, 10.03.2019, 11.03.2019, 11.03.2019, 09.03.2019, 09.03.2019, 08.03.2019 09.03.2019, 08.03.2019, 08.03.2019, 08.03.2019, 08.03.2019, 08.03.2019, 07.03.2019, 07.03.2019, 07.03.2019, 07.03.2019, 07.03.2019, 06.03.2019, 05.03.2019, 05.03.2019, 05.03.2019, 05.03.2019, 04.03.2019, 04.03.2019, 04.03.2019, 03.03.2019, 02.03.2019, 02.03.2019, 02.03.2019, 02.03.2019, 01.03.2019, 01.03.2019, 27.02.2019-cu il tarixli (işin vərəqi 42, 44, 46, 48-54, 56, 58, 60, 62, 64, 66, 68, 70, 72, 76, 80, 82, 84, 86, 96, 100, 102, 104, 106, 108, 114, 116, 120, 126, 140) tərəzi qəbzlərində olan 03.03.2019- cu il tarixli (işin vərəqi 124) tərəzi qəbzində olan iki imzadan üstdəki imza 09.03.2019-cu il tarixli ******* nömrəli,10.03.2019-cu il tarixli ******* nömrəli, 09.03.2019-cu il tarixli ******* nömrəli, 08.03.2019-cu il tarixli ******* nömrəli, 09.03.2019-cu il tarixli ******* nömrəli 08.03.2019-cu il tarixli ******* nömrəli, 08.03.2019-cu il tarixli ******* nömrəli 08.03.2019-cu il tarixli ******* nömrəli, 08.03.2019-cu il tarixli ******* nömrəli, 08.03.2019-cu il tarixli ******* nömrəli, 08.03.2019-cu il tarixli ******* nömrəli, 08.03.2019-cu il tarixli ******* nömrəli, 08.03.2019-cu il tarixli ******* nömrəli, 07.03.2019-cu il tarixli ******* nömrəli, 07.03.2019-cu il tarixli ******* nömrəli, 07.03.2019-cu il tarixli ******* nömrəli, 07.03.2019-cu il tarixli ******* nömrəli, 07.03.2019-cu il tarixli 001318 nömrəli, 06.03.2019-cu il tarixli ******* nömrəli 05.03.2019-cu il tarixli ******* nömrəli, 05.03.2019-cu il tarixli ******* nömrəli, 05.03.2019-cu il tarixli ******* nömrəli, 05.03.2019-cu il tarixli ******* nömrəli, 03.03.2019-cu il tarixli ******* nömrəli, 03.03.2019-cu il tarixli ******* nömrəli, 03.03.2019-cu il tarixli ******* nömrəli, 02.03.2019-cu il tarixli ******* nömrəli, 02.03.2019-cu il tarixli ******* nömrəli qaimə- fakturalarının “Təhvil aldı” qrafasında olan imzalar, 02.03.2019-cu il tarixli ******* nömrəli, 02.03.2019-cu il tarixli ******* nömrəli, 02.03.2019-cu il tarixli ******* nömrəli, 02.03.2019-cu il tarixli ******* nömrəli, 28.02.2019-cu il tarixli ******* nömrəli qaiməfakturalarının cədvəlinin aşağı sağ küncündə olan imzalar faksmile klişe vasitəsilə icra edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 01 iyun 2021-ci il tarixli, 4/447 nömrəli ekspert rəyinin nəticəsində qeyd olunur ki,09.03.2019-cu il tarixli tərəzi qəbzində (i.v. 42), 09.03.2019-cu il tarixli tərəzi qəbzində (i.v. 44), 10.03.2019-cu il tarixli tərəzi qəbzində (i.v. 46), 09.03.2019- cu il tarixli tərəzi qəbzində (i.v. 48), 10.03.2019-cu il tarixli tərəzi qəbzində (i.v.49), 10.03.2019-cu il tarixli tərəzi qəbzində (i.v.50), 10.03.2019-cu il tarixli tərəzi qəbzində (i.v.51), 10.03.2019cu il tarixli tərəzi qəbzində (i.v.52), 11.03.2019-cu il tarixli tərəzi qəbzində (i.v.53), 11.03.2019-cu il tarixli tərəzi qəbzində (i.v.54), 09.03.2019-cu il tarixli tərəzi qəbzində (i.v.56), 09.03.2019-cu il tarixli tərəzi qəbzində (i.v. 58), 08.03.2019- cu il tarixli tərəzi qəbzində (i.v. 60), 09.03.2019-cu il tarixli tərəzi qəbzində (i.v. 62), 08.03.2019- cu il tarixli tərəzi qəbzində (i.v. 64), 08.03.2019-cu il tarixli tərəzi qəbzində (i.v. 66), 08.03.2019-cu il tarixli tərəzi qəbzində (i.v. 68), 08.03.2019-cu il tarixli tərəzi qəbzində (i.v.70), 08.03.2019cu il tarixli tərəzi qəbzində (i.v.72), 07.03.2019-cu jl tarixli tərəzi qəbzində (j.v.76), 07.03.2019-cu il tarixli tərəzi qəbzində (i.v.80), 07.03.2019-cu il tarixli tərəzi qəbzində (i.v.82), 07.03.2019-cu il tarixli tərəzi qəbzində (i.v.84), 07.03.2019-cu il tarixli tərəzi qəbzində (i.v.86), 06.03.2019-cu il tarixli tərəzi qəbzində (i.v.96), 05.03.2019- cu il tarixli tərəzi qəbzində (i.v. 100), 05.03.2019-cu il tarixli tərəzi qəbzində (i.v. 102), 05.03.2019-cu il tarixli tərəzi qəbzində (i.v.104), 05.03.2019-cu il tarixli tərəzi qəbzində (i.v. 106), 04.03.2019-cu il tarixli tərəzi qəbzində (i.v. 108), 04.03.2019-cu il tarixli tərəzi qəbzində (i.v.114), 04.03.2019-cu il .tarixli tərəzi qəbzində (i.v. 116) (2 ədəd imza), 03.03.2019-cu il tarixli tərəzi qəbzində (i.v. 120), 03.03.2019-cu il tarixli tərəzi qəbzində (i.v. 124) (1-ci imza), 02.03.2019-cu il tarixli tərəzi qəbzində (i.v. 126), 02.03.2019-cu il tarixli tərəzi qəbzində (i.v. 128), 02.03.2019-cu il tarixli tərəzi qəbzində (i.v. 130), 02.03.2019-cu il nömrəli, 06.03.2019-cu il tarixli ******* nömrəli, 06.03.2019-cu il tarixli ******* nömrəli, 06.03.2019-cu il tarixli ******* nömrəli, 06.03.2019-cu il tarixli ******* nömrəli, 04.03.2019-cu il tarixli ******* nömrəli, 04.03.2019-cu il tarixli ******* nömrəli, 04.03.2019-cu il tarixli ******* nömrəli, 02.03.2019-cu il tarixli ******* nömrəli, 28.02.2019-cu il tarixli ******* nömrəli, 28.02.2019-cu il tarixli ******* nömrəli, 27.02.2019-cu il tarixli ******* nömrəli qaimə fakturalarında olan imzalar, 02.03.2019-cu il tarixli ******* nömrəli qaimə-fakturasının “Təhvil aldı” qrafasındakı 1-ci imza, 07.03.2019, 07.03.2019, 07.03.2019, 06.03.2019, 06.03.2019, 06.03.2019, 04.03.2019, 04.03.2019, 04.03.2019, 03.03.2019, 01.03.2019-cu il tarixli (iş vərəqi 78, 88, 90, 92, 94, 98, 110, 112, 118, 122, 134) tərəzi qəbzlərində olan imzalar, 03.03.2019-cu il tarixli (işin vərəqi 124) tərəzi qəbzində olan iki imzadan altdaki imza - Qanuni nümayəndə tərəfindən yox, başqa şəxs tərəfindən icra olunmuşdur. Birinci instansiya məhkəməsi iddianı qismən-16.428,32 manat hissədə təmin etsə də, qətnamənin əsaslandırıcı hissəsində öz gəldiyi nəticəni əsaslandırmamış, iddiaçının təmin edilmiş tələbinin hansı sübutlarla təsdiq edildiyini, hansı sübutların mötəbər hesab edilmədiyini göstərməmiş, ekspert rəylərinə hüquqi qiymət verməmişdir. Halbuki Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.3-cü maddəsinin tələbinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçının tələbi mötəbər sübutlarla təsdiq edilmədiyindən iddianın təmin edildiyi hissədə qətnamə qanunsuz və əsassızdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İddiaçı cavabdehə alqı-satqı üzrə malların təhvil verildiyini təsdiq edən mötəbər sübutlar təqdim etməmişdir. Belə ki, ekspert rəyinə əsasən iddiaçının sübut qismində məhkəməyə təqdim etdiyi 28.10.2019-cu il tarixli üzərində cavabdehin möhürü olmayan təhvil-təslim aktının “Təhvil aldı” hissəsində imza qrafasındakı imzanın – Cavabdeh MMC-nin direktoru Qanuni nümayəndə tərəfindən yox, başqa şəxs tərəfindən icra olunduğu müəyyən olunmuşdur. Faksimile imza ilə təsdiq edilmiş digər sənədlərlə bağlı məhkəmə qeyd edir ki, cavabdehin tərəf Cavabdeh MMC-nin direktoru Qanuni nümayəndə faksimile imzasından onun tapşırığı əsasında istifadə edildiyini qəbul etmədiyindən həmin imzadan istifadə etdiyini qəbul etmədiyindən faksimile imzanın cavabdehin qanuni təmsilçisi Qanuni nümayəndə tərəfindən və ya onun tapşırığı ilə istifadə edildiyi sübut etmək vəzifəsi (sübutetmə yükü) iddiaçının üzərinə düşdüyü halda iddiaçı bu barədə məhkəməyə mötəbər sübut təqdim edə bilməmişdir. İddiaçının nümayəndəsi Vəkil işə apellyasiya qaydasında baxılarkən məhkəmə iclasında izahat verərək cavabdehin qanuni təmsilçisi Qanuni nümayəndə faksimile imzasından özünü Cavabdeh MMC-nin əməkdaşı kimi təqdim etmiş Əhməd adlı şəxs tərəfindən istifadə olunduğunu, təhvil-təslim aktının da həmin şəxs tərəfindən imzalanmaq üçün qəbul edildiyini, imzalandıqdan sonra geri qaytarıldığını bildirmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 331.3-cü maddəsinə əsasən əqdlərin bağlanması zamanı mexaniki və ya başqa surətçıxarma vasitələrinin köməyi ilə imzanın faksimilesindən, elektron imzadan və ya şəxsi imzanın başqa analoqundan istifadə edilməsinə tərəflərin razılaşmasında nəzərdə tutulan hallarda və qaydada yol verilir. Qeyd edilən normanın tələbindən aydın olur ki, faksimile imza ilə müqavilənin və ya hər hansı digər sənədin təsdiq edilməsi o zaman etibarlı hesab oluna bilər ki, müqavilə tərəfləri arasında bu barədə razılaşma olsun. Faksimile imzanın əl ilə icra edilən imzaya bərabər hüquqi qüvvəyə malik olması barədə qanunvericilikdə hər hansı norma mövcud deyil. Hazırkı halda tərəflər arasında bağlanmış müqavilədə müqavilə üzrə tərtib ediləcək sənədlərin, o cümlədən təhvil- təslim aktlarının faksimile imza ilə təsdiq edilməsi nəzərdə tutulmamış, o cümlədən, cavabdehin qanuni təmsilçisi tərəfindən onun faksimile imzasından istifadə etmək üçün hər hansı digər şəxsə etibarnamə, yazılı və ya şifahi tapşırıq verilməsi barədə məhkəməyə sübut təqdim edilməmişdir. Buna görə də məhkəmə hesab edir ki, iddiaçının tələbinin qismən təmin edildiyi hissədə mübahisələndirilən qətnamə ləğv edilərək iddia rədd edilməldir. Faksimile imza ilə imzalanmamış digər tərəzi çekləri və qaimə fakturalarin kim tərəfindən imzalandığı və imzalamış şəxslərin cavabdehin əməkdaşları olduğu barədə işdə sübutlar olmadığından iddianın rədd edildiyi hissədə birinci instansiya məhkəməsinin mövqeyi qanuni və əsaslı hesab edilir. Məhkəmə göstərilənlərə əsasən belə nəticəyə gəlir ki, iddiaçının apellyasiya şikayəti təmin edilməməli, cavabdehin apellyasiya şikayəti qismən təmin edilməli, Bakı Kommersiya Məhkəməsinin 14.07.2021-ci il tarixli e-2-2(113)-75/2021 saylı qətnaməsi qismən-iddianın təmin edildiyi hissədə ləğv edilməli, iddia cavabdehdən iddiaçının xeyrinə 16428,32 manat borc və 30 manat dövlət rüsumu tutulması hissəsində rədd edilməlidir. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382-385, 392, 393, 402-406-cı maddələrinin tələblərini rəhbər tutaraq, QƏT ETDİ: İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Cavabdeh MMC-nin apellyasiya şikayəti qismən təmin edilsin. Bakı Kommersiya Məhkəməsinin 14.07.2021-ci il tarixli e-2-2(113)-75/2021 saylı qətnaməsi qismən-iddianın təmin edildiyi hissədə ləğv edilsin. İddia Cavabdeh MMC-dən İddiaçı xeyrinə 16428,32 manat borc və 30 manat dövlət rüsumu tutulması hissəsində rədd edilsin. Qətnamə iddianın rədd edildiyi hissədə dəyişdirilmədən saxlanılsın. İddiaçıdan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xeyrinə 309,52 manat ekspertiza xərci tutulsun. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi təqdim edildiyi (elektron kabinetə yerləşdirildiyi) gündən 2 (iki) ay müddətində elektron kabinet vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-2(103)-1112/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-1112/2021
01.12.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver