Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-2(103)-112/2025 27.02.2026 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X1 məruzəsi ilə, Ziya Allahverdi oğlu Şirinovdan və X2 ibarət tərkibdə, məhkəmə iclas katibi Nofəl Rəhman oğlu Abdullayevin katibliyi ilə, Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-3067/2024 saylı kommersiya mübahisəsi üzrə qəbul etdiyi xx.xx.2024-cü il tarixli qətnaməsindən ilkin iddia üzrə cavabdeh, qarşılıqlı idia üzrə iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı "xxxx" MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək X6 ve Qanuni nümayəndə törətdikləri əməllərinin cinayət tərkibli olduğu təsdiqlənərək haqlarında cinayət işi açılaraq xüsusi qərar çıxardılıb işin prokurorluğa həvalə olunması, Cavabdeh MMC-nin rəhbəri Qanuni nümayəndə ve səlahiyyətli şəxsi X4 əlbir olaraq Cavabdeh MMC adından "xxxx" MMC-yə və müştərilərinə ciddi maddi ziyan vurması ilə bağlı 10.000 manat maddi təzminatın ve onun işçiləri və müştərilərini alçaldaraq təhqiramiz sözlər işlətdiklərinə görə isə 10000 manat mənəvi təzminatın, icarə müqaviləsindəki qanuni haqq və mənfəətlərin olduğu kimi qorunması, Qanuni nümayəndə ve X6 ilə Sumqayıt işıq idarəsində işləyən Quliyev Nüsrət adlı işçinin qeyri-qanuni müqavilə imzalayaraq üçüncü şəxsləri aldatmaq məqsədilə sənədlərdə saxtalaşdırma ve korrupsiya yaratdıqları üçün haqlarında xüsusi qərar çıxardılaraq cinayət tərkibinin təsdiqlənməsi ve işin prokurorluğa həvalə edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Eyni zamanda cavabdeh "xxxx" MMC qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdeh "xxxx" MMC ilə aralarında bağlanmış 01 iyun 2021-ci il tarixli müqavilənin ləğv edilməsi və "xxxx" MMC-nin onlara məxsus olan 4 ha ərazidən çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-3067/2024 saylı xx.xx.2024-cü il tarixli qətnaməsi ilə ilkin iddianın qismən təmin olunması, İddiaçı MMC-nin fəaliyyətinə maneə yaradan halların aradan qaldırılması, qarşılıqlı iddianın təmin olunmaması qət edilmişdir. İlkin iddia üzrə cavabdeh, qarşılıqlı idia üzrə iddiaçı həmin qətnamədən apellyasiya şikayəti vermişdir. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2-2(103)-1195/2024 saylı xx.xx.2024-cü il tarixli qərardadı ilə apellyasiya şikayəti Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 360-362 və 364-cü maddələrinin tələblərinə uyğun və işə apellyasiya qaydasında baxılması mümkün hesab edilmişdir. xx.xx.2026-cı il tarixində ilkin iddia üzrə cavabdeh, qarşılıqlı idia üzrə iddiaçı Cavabdeh MMC-nin qanuni təmsilçisi ərizə ilə müraciət edərək qarşılıqlı razılıq əldə edilməsi səbəbilə apellyasiya şikayətindən imtina etdiyini bildirmiş, apellyasiya icraatına xitam verilməsini xahiş etmişdir. Tərəflər məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barəsində məhkəməyə məlumat verməmişdir. Məhkəmə kollegiyası MPM-in 376.2-ci maddəsinin tələblərinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ilkin iddia üzrə cavabdeh, qarşılıqlı idia üzrə iddiaçı Cavabdeh MMC-nin ərizəsinə baxaraq hesab edir ki, ərizə təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 369.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxsin apelyasiya şikayətindən imtina etməsi birinci instansiya məhkəməsi qətnaməsinin qanuni qüvvəyə minməsinə səbəb olur. Həmin Məcəllənin 369.2-ci maddəsinə əsasən apelyasiya şikayəti verən şəxs apelyasiya instansiyası məhkəməsində qətnamə qəbul edilənə kimi yazılı formada ondan imtina edə bilər. Həmin Məcəllənin 369.3-cü maddəsinə əsasən məhkəmə bu Məcəllənin 191-ci maddəsində nəzərdə tutulan əsaslar olduqda şikayətdən imtinanı rədd edə və işə apelyasiya qaydasında baxa bilər. Həmin Məcəllənin 369.4-cü maddəsinə əsasən şikayətdən imtinanın qəbul edilməsi haqqında məhkəmə qərardad qəbul edir və bu qərardadla apelyasiya şikayətindən imtina etmiş şəxslərə münasibətdə apelyasiya icraatına xitam verir. Məhkəmə kollegiyası hesab edir ki, ilkin iddia üzrə cavabdeh, qarşılıqlı idia üzrə iddiaçı Cavabdeh MMC tərəfindən verilmiş şikayətdən imtina qəbul edilməli və apellyasiya icraatına xitam verilməlidir. Məhkəmə kollegiyası şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264, 369, 400 və 405-ci maddələrini rəhbər tutaraq, q ə r a r a a l d ı: İlkin iddia üzrə cavabdeh, qarşılıqlı idia üzrə iddiaçı Cavabdeh apellyasiya şikayətindən imtinası qəbul edilsin. İddiaçı Cavabdeh apellyasiya şikayəti üzrə apellyasiya icraatına xitam verilsin. İlkin iddia üzrə cavabdeh, qarşılıqlı idia üzrə iddiaçı Cavabdeh tərəfindən xx.xx.2024-cü il tarixdə (Qəbz № **********46) ödənilmiş 50 manat dövlət rüsumu dövlət büdcəsindən ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçıya qaytarılsın. Qərardad qəbul edildiyi andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Sədrlik edən: Leyla Əliyeva Hakimlər: Təranə Mahmudova Ziya Şirinov
Məhkəmə qərarları › İş №2-2(103)-112/2025
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(103)-112/2025
27.02.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kirayə müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver