Məhkəmə qərarları › İş №2-2(103)-113/2020

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(103)-113/2020

31.01.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-2(103)-113/2020 31.01.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Əhmədov İlham Bayram oğlunun sədrliyi və məruzəsi ilə, X2 və X1 ibаrət tərkibdə; Məhkəmə iclas katibi Abdullayev Hacıağa Rövşən oğlunun katibliyi, İddiaçının vəkili Vəkil1 iştirakı ilə; İddiaçı MMC-nin cavabdeh X3 qarşı “borcun ödənilməsi” tələbinə dair iddiası üzrə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-2(81)-1369/2019 saylı, xx xxxxxx 2019-cu il tarixli qərardadından cavabdeh tərəfindən verilmiş şikayətə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı MMC cavabdeh X3 qarşı iddia ərizəsi ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək, əsas borc qismində 63.311 manat, həmin pul vəsaitinin gecikdirilməsinə və qanunsuz saxlanılmasına görə 330.258,72 manat məbləğində faizin, pul məbləğinin ödənilməsini gecikdirdiyinə görə 205.160,72 manat məbləğində faizin, məhkəmədə iddia qaldırılması üçün ödənilmiş 30 manat dövlət rüsumu və hüquqi yardım üçün ödənilən 1.500 manat məbləğində hüquqi xidmət haqqının cavabdehdən tutulub Şirkətin hesabına ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh vəsatət verərk “iş üzrə məhkəmə aidiyyatının dəyişdirilməsi” dair yazılı vəsatət verərək qeyd etmişdir ki, hazırki iş üzrə ərazi aidiyyati qaydaları pozulmuşdur. Belə ki, hazırki iş fiziki şəxsə qarşı qaldırılmışdır. Bu səbəbdən də hesab olunur ki, hazırki iddia bu məhkəmədə baxılmalı olmadığından, mülki işin baxılması üçün Binəqədi rayonu Məhkəməsinə göndərilməsini xahiş etmişdir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin e-2-2(81)-1369/2019 saylı, xx xxxxxx 2019-cu il tarixli qərardadı ilə ərizə təmin edilməmişdir. Cavabdeh X6 şikayət verərək, həmin qərardadın ləğv edilməsini və işə baxılması üçün Binəqədi rayon məhkəməsinə göndərilməsini xahiş etmişdir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin e-2-2(81)-1369/2019 saylı, xx xxxxxx 2019-cu il tarixli qərardadı ilə şikayət təmin edilməyərək baxılması üçün apellyasiya instansiyasına göndərilmişdir. Şikayət ərizəsi onunla əsaslandırılmışdır ki, hazırki iş üzrə ərazi aidiyyati qaydaları pozulmuşdur. Belə ki, hazırki iş fiziki şəxsə qarşı qaldırılmışdır. Bu səbəbdən də hesab olunur ki, hazırki iddia bu məhkəmədə baxılmalı olmadığından, mülki işin baxılması üçün Binəqədi Rayonu Məhkəməsinə göndərilməlidir. Məhkəmə iclasında iştirak iddiaçının vəkili Vəkil1 şikayətə etiraz edərək təmin edilməməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə müvafiq qaydada məlumatlandırılmasına baxmayaraq cavabdeh məhkəmə iclasına gəlməmiş, məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası məruzəçi hakimin məruzəsini dinləyib, apellyasiya şikayətini iş materiallarını hərtərəfli araşdıraraq hesab edir ki, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin e- 2-2(81)-1369/2019 saylı, xx xxxxxx 2019-cu il tarixli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmalı, şikayət isə təmin edilməməlidir. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, cavabdeh qismində çıxış edən X6 fərdi sahibkar statusuna malik olan fiziki şəxsdir (VÖEN: **********)və onun qeydiyyat ünvanı isə Binəqədi rayonu (ünvan 1 mənzil 15) ərazisində yerləşir. Göründüyü kimi, iddia ərizəsi Mülki Prosessual Məcəllənin tələblərinə uyğun olaraq aiddiyyəti qaydalarına riayət edilərək 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə verilmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə raşılaşaraq aşağıdakıları qeyd edir: Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 24.2-ci maddəsinə əsasən, mübahisənin ümumi məhkəməyə və ya inzibati-iqtisadi məhkəməyə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, yaxud mübahisənin predmeti və ya hüquq münasibətinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir. Həmin Məcəllənin 25.1-ci maddəsinə əsasən, mülki məhkəmə icraatı qaydasında mülki, ailə, əmək, mənzil, torpaq münasibətləri, təbii ehtiyatlardan istifadə olunması və ya ətraf mühitin qorunması, vergi və digər münasibətlərdən əmələ gələn mübahisələr üzrə tərəflərdən heç olmasa biri fiziki şəxsdirsə və onun fərdi sahibkar statusu yoxdursa və ya belə statusu olsa da, mübahisə onun sahibkarlıq fəaliyyətini həyata keçirməsi ilə əlaqədar yaranmamışsa, həmin mübahisələr üzrə işlərə ümumi məhkəmələr baxır. Həmin Məcəllənin 26.1-ci maddəsinə əsasən idarə və ya digər mənsubiyyətindən və tabeliyindən asılı olmayaraq, hüquqi şəxslər, hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyətini həyata keçirən və qanunla müəyyən edilmiş qaydada fərdi sahibkar statusu əldə edən fiziki şəxslər arasında iqtisadi mübahisələr üzrə işlər mülki icraat qaydasında inzibati-iqtisadi məhkəməyə aiddir. Qanunvericiliyin tələblərindən görünür ki, əgər mübahisə tərəfi olan yeganə fiziki şəxs (yəni digər tərəf hüquqi şəxsdir), yaxud mübahisə edən hər iki fiziki şəxs vergi qanunvericiliyi ilə müəyyən edilmiş qaydada fərdi sahibkar statusuna malikdirsə və mübahisə sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədardısa, işə ümumi məhkəmələrdə deyil, inzibati-iqtisadi məhkəmədə baxılmalıdır. Lakin sahibkarlıq fəaliyyəti ilə əlaqədar olaraq yaranan mübahisədə tərəflərdən biri sahibkar statusuna malik olmayan fiziki şəxsdirsə, mübahisəyə ümumi məhkəmədə baxılmalıdır Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, hazırki mülki mübahisə hazırki iddia tələbi üzrə mübahisə İddiaçı MMC ilə X6 arasında bağlanmış xx xxxxxx 2019-cu il tarixli, 02/19 saylı alqı-satqı müqaviləsindən yaranan borc ilə bağlı olduğundan və cavabdeh qismində çıxış edən X6 fərdi sahibkar statusuna malik olan fiziki şəxsdir (VÖEN: **********)və onun qeydiyyat ünvanı isə Binəqədi rayonu olduğundan birinci instansiya məhkəməsinin vəsatətin təmin olunmaması ilə bağlı gəldiyi nəticə düzgündür, şikayət qanunvericiliklə təkzib olunmaqla, qərardadın ləğvinə əsas vermir. Ona görə də, qərardad dəyişdirilmədən qüvvədə saxlanılmalı, şikayət təmin edilməməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 26,35.2, 398,400-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-2(81)-1369/2019 saylı, xx xxxxxx 2019-cu il tarixli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılsın. Cavabdeh X6 tərəfindən verilmiş şikayət təmin edilməsin. Qərardaddan təqdim olunduğu gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasına (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. Sədrlik edən: İlham Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar