Məhkəmə qərarları › İş №2-2(103)-1134/2024

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-1134/2024

18.12.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-1134/2024 18.12.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı dəymiş zərərin ödənilməsi tələbinə dair kommersiya mübahisəsi Açar söz: öhdəliklərin icrası, sığorda məbləğinin ödənilməsi. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası hakimlər Mahmudova Təranə Nəriman qızının sədrliyi və məruzəsi ilə, hakimlər X17 və Şirinov Ziya Allahverdi oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Məhərrəmova Günel Elman qızının katibliyi, iddiaçının nümayəndəsi və vəkili Vəkil, cavabdehin nümayəndəsi X14 iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı dəymiş zərərin ödənilməsi tələbinə dair kommersiya mübahisəsi üzrə Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)- 3205/2024 nömrəli xx.xx.2024 tarixli qətnaməsindən İddiaçı MMC tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxdı. İşin halları

1. MC-Mİ-0633/20 nömrəli avtonəqliyyat vasitələrinin (kasko) sığortası şəhdatənaməsindən görünür ki, sığortaçı - "xxxx" ASC, sığortalı - İddiaçı MMC olmaqla, ** PK *** dövlət qeydiyyat nişanlı Skoda Rapid markalı avtonəqliyyat vasitəsi “Avtonəqliyyat vasitələrinin kasko sığortası” növü üzrə sığortalanmışdır. Şəhdatənaməsindən görünür ki, oğurluq, yanğın, partlayış, yol nəqliyyat hadisəsi, hər hansı predmetlə toqquşma, üçüncü şəxslərin qərəzli hərəkətləri nəticəsində dəyən ziyan sığorta risklərinə aid edilmişdir.

2. Nəsimi RPİ-nin xx.xx.2022-ci il tarixli qərarına əsasən İddiaçı MMC ********* nömrəli cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır.

3. İddiaçı MMC tərəfindən təqdim edilmiş təmir aktından görünür ki, ** PK *** dövlət qeydiyyat nişanlı Skoda Rapid markalı avtomobilin təmir xərci cəmi 19991,907 manat təşkil etmişdir.

4. "xxxx" ASC tərəfindən İddiaçı MMC-yə ünvanlanmış xx.xx.2022-ci il tarixli, 5542/İ nömrəli məktubda qeyd edilmişdir ki, ** PK *** dövlətqeydiyyat nişanlı Skoda Rapid markalı avtomobilin açarı X4 tərəfindən Bəylər adlı şəxsə təhvil verilmiş və daha sonra X19 nəzarətsiz qalmış açarı götürərək səlahiyyəti olmadan, qanunazidd qaydada həmin avtomobili idarə etmişdir. Nəzərinizə çatdırmaq istərdik ki, sözügedən hadisə "Avtonəqliyyat vasitələrinin (kasko) sığortası" Qaydalarının 7.1.9-cu bəndinə əsasən avtonəqliyyat vasitəsinin və yaona sahibliyin könüllü verilməsi ilə bağlı, belə könüllü verilmənin dələduzluq, mənimsəmə və ya aldatma niyyətilə qəsdən fakt haqqında yalan təsəvvür yaratmanın nəticəsi olub-olmamasından asılı olmayaraq, Sığortalıya dəyən zərər, həmçinin 7.1.10-cu bəndinə əsasən avtonəqliyyat vasitəsinin qarajda və ya qapalı yerdə saxlanılmadığı hallarda, avtonəqliyyat vasitəsinin oğurlanması, oğurluğa cəhdin, vandalizmin və ya qərəzlihərəkətləri nəticəsində avtonəqliyyat vasitəsinin məhv edilməsi və ya ona maddi ziyanın dəyməsi nəticəsində yaranan zərərlər sığorta hadisəsi hesab edilmir.

5. Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən İddiaçı MMC-yə ünvanlanmış xx.xx.2024-cü il tarixli, 6-1-26/2-688/2024 nömrəli məktubda qeyd edilmişdir ki, sığortalı avtonəqliyyat vasitəsinin açarı Nətavan Dinsevər tərəfindən Bəylər adlı şəxsə təhvil verilmiş, daha sonra Ramil Əliyev nəzarətsiz açarı götürərək səlahiyyəti olmadan avtonəqliyyat vasitəsini idarə etmişdir. Təqsirləndirilən şəxs Ramil Əliyevə qarşı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (Bundan sonra – Cinayət Məcəlləsi) 185.2.4-cü maddəsi ilə (Talama məqsədi olmadan qanunsuz olaraq avtomobil və ya başqa nəqliyyat vasitəsi ələ keçirmə zərərçəkmiş şəxsə xeyli miqdarda ziyan vurmaqla törədildikdə) cinayət işi açılsa da, cinayət təqibi dövründə rəhmətə getdiyinə görə müvafiq cinayət işinə Cinayət Məcəlləsinin 39.1.5-ci maddəsi ilə bəraətverici əsaslar olmadan xitam verilmişdir. “Avtonəqliyyat vasitələrinin (kasko) sığortası” Qaydalarının 7.1.9-cu maddəsinə əsasən avtonəqliyyat vasitəsinin və ya ona sahibliyin könüllü verilməsi ilə bağlı, belə könüllü verilmənin dələduzluq, mənimsəmə və ya aldatma niyyətilə qəsdən fakt haqqında yalan təsəvvür yaratmanın nəticəsi olub-olmamasından asılı olmayaraq, sığortalıya dəyən zərər, eyni zamanda müvafiq Qaydaların 7.1.10-cu maddəsinə əsasən qarajda və ya qapalı yerdə saxlanılmadığı hallarda, avtonəqliyyat vasitəsinin oğurlanması, oğurluğa cəhdin, vandalizmin və ya qərəzli hərəkətlərin nəticəsində avtonəqliyyat vasitəsinin məhv edilməsi və ya ona maddi ziyanın dəyməsi nəticəsində yaranan zərər sığorta hadisəsi hesab edilmir.

6. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 1(006)- 175/2023 nömrəli qərarı ilə X15 Azərbaycan Respublikası CM-nin 185.2.4-cü maddəsində nəzərdə tutulmuş əməli törətməsinə dair cinayət işi üzrə icraata Azərbaycan Respublikası CPM-nin 39.1 və 39.1.5-ci maddələrinə əsasən xitam verilmişdir.

a) Birinci instansiya məhkəməsindəki icraat

7. İddiaçı (İddiaçı MMC) cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ("xxxx" ASC) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 17 avqust 2022-ci il tarixdə baş vermiş sığorta hadisəsi nəticəsində dəymiş 19991,907 manat məbləğində zərərin və ödənilmiş dövlət rüsumunun "xxxx" ASC tərəfindən İddiaçı MMC-nin xeyrinəödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

8. İddia tələbi onunla əsaslandırılmışdır ki, "xxxx" ASC ilə İddiaçı MMC arasında bağlanılmış xx.xx.2020-ci il tarixli MC-Mİ-0633/20 saylı şəhadətnamə üzrə "xxxx" MMCyə məxsus ** PK *** dövlət qeydiyyat nişanlı Skoda Rapid markalı nəqliyyat vasitəsi kasko sığortalanmışdır. 17 avqust 2022-ci il tarixdə "xxxx" MMC-yə məxsus ** PK *** dövlət qeydiyyat nişanlı Skoda Rapid markalı nəqliyyat vasitəsi X20 tərəfindən qanunsuz ələ keçirilərək qəza törədilmişdir. X20 tərəfindən "xxxx" MMC-yə məxsus ** PK *** dövlət qeydiyyat nişanlıSkoda Rapid markalı avtomobilin qanunsuz olaraq ələ keçirilməsi və qəza törədilməsi nəticəsində "xxxx" MMC-yə xx.xx.2022-ci il tarixli təmir aktına əsasən 19991,907 manat məbləğdə zərər vurulmuşdur. 30 mart 2023-cü il tarixdə X15 barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 185.2.4-cü maddəsi ilə cinayətişi açılmışdır. xx.xx.2022-ci ildə "xxxx" ASC-yə dəymiş zərərin ödənilməsi üçün ünvanlanan məktuba xx.xx.2022-ci il tarixində “Avtonəqliyyat vasitələrinin (kasko) sığortası” Qaydalarının 7.1.9-cu və 7.1.10-cu bəndlərinə istinad edilərək ödənişin edilməsindən imtina edilmişdir. “Avtonəqliyyat vasitələrinin (kasko) sığortası” Qaydalarının 7.1.9-cu bəndinə əsasən avtonəqliyyat vasitəsinin və ya ona sahibliyin könüllü verilməsi iləbağlı, belə könüllü verilmənin dələduzluq, mənimsəmə və ya aldatma niyyətilə qəsdən fakt haqqında yalan təsəvvür yaratmanın nəticəsi olub-olmamasından asılı olmayaraq, sığortalıya dəyən zərər sığortaçı tərəfindən ödənilmir. Lakin ** PK *** dövlət qeydiyyat nişanlı Skoda Rapid markalı nəqliyyat vasitəsi və ya onun açarları hadisəni törədən X3 şəkildə verilməmişdir və hadisəni törədən X20 nəqliyyat vasitəsinin açarlarını oğurlayaraq qəzanı törətmişdir. Bu fakt Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 1(006)-175/2023 saylı, 2023-cü il 6 noyabr tarixli hökmü ilə öztəsdiqini tapmışdır. Belə ki, həmin hökmə əsasən X20 tərəfindən "xxxx" MMC-yə məxsus ** PK *** dövlət qeydiyyat nişanlı Skoda Rapid markalı avtomobil talama məqsədi olmadan qanunsuz ələ keçirilmişdir (qaçırılmışdır). Eyni zamanda, sözügedən Qaydaların 7.1.10-cu bəndinə əsasən aşağıdakı hallar istisna olmaqla, qarajda və ya qapalı yerdə saxlanılmadığı hallarda, avtonəqliyyat vasitəsinin oğurlanması, oğurluğa cəhdin, vandalizmin və ya qərəzli hərəkətlərin nəticəsində avtonəqliyyat vasitəsinin məhv еdilməsi və ya ona maddi ziyanın dəyməsi nəticəsində yaranan zərər sığorta hadisəsi hesab edilmir. Lakin bütün qapıların, pəncərələrin və digər dəliklərin istehsalçının nəzərdə tutduğu vasitələrlə bağlanması və açarların həminvasitələrdən kənar və/və ya təhlükəsiz yerdə saxlanılması halları yuxarıda qeyd olunan qaydadan istisna təşkil edir. X20 məhkəmə prosesi dövründə vəfat etmiş və və cinayət işinə bəraətverici əsaslar olmadan xitam verilmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 1(006)-175/2023 saylı, 2023-cü il 6 noyabr tarixli Qərarının 6-cı səhifəsində qeyd olunanlara əsasən məhkəmə cinayət hadisəsinin törədilməsi, törədilmiş cinayət hadisəsi ilə əlaqədar təqsirləndirilən şəxsin əməlində cinayət tərkibinin olması, cinayət əməlinin X20 tərəfindən törədilməsi barədə nəticəyə gəlmiş və Azərbaycan Respublikası CPM-in 39.1.5-ci maddəsinə əsasən işə bəraətverici əsas olmadan xitam vermişdir. Qərara əsasən X20 Azərbaycan Respublikası CM-nin 185.2.4-cü maddəsinə əsasən təqsirli hesab edilmişdir. Məhkəmə qərarı çıxdıqdan sonra yenidən xx.xx.2023-cü ildə Nəsimi Rayon Məhkəməsinin 1(006)-175/2023 saylı, xx.xx.2023-cü il tarixli Qərarının surəti ilə birgə "xxxx" ASC-yə və xx.xx.2023-cü ildə isə Mərkəzi Banka müraciət olunmuş, lakin eyni əsaslarla, yəni “Avtonəqliyyat vasitələrinin (kasko) sığortası” Qaydalarının 7.1.9-cu və 7.1.10-cu bəndlərinə istinad edilərək rədd cavabı gəlmişdir.

9. Cavabdeh tərəfindən iddiaya dair mülahizə təqdim edilmişdir. Mülahizə onunla əsaslandırılmışdır ki, "xxxx" ASC və İddiaçı MMC arasında bağlanmış xx.xx.2020-ci il tarixli MC-Mİ-0633/20 saylı sığorta şəhadətnaməsi ilə İddiaçı MMC-yə məxsus ** PK *** dövlət qeydiyyat nişanlı Skoda Rapid mrkalı nəqliyyat vasitəsi kasko sığortalanmışdır. 17 avqust 2022-ci il tarixdə Skoda Rapid markalı nəqliyyat vasitəsi X20 tərəfindən idarə olunarkən yol-nəqliyyat hadisəsi baş vermiş və nəqliyyat vasitəsinə maddi zərər dəymişdir. İddiaçı MMC-nin müraciəti əsasında "xxxx" ASC tərəfindən sığorta araşdırması aparılmış və məlumolmuşdur ki, 17 avqust 2022-ci il tarixdə, saat 17:00 radələrində X20 İddiaçı MMC-yə məxsus “Skoda Rapid” markalı, **-PK-*** dövlət qeydiyyat nişanlı avtomobili Bakı şəhəri, Səbail rayonu, Neftçilər prospekti ilə “Dəniz Vağzalı” istiqamətində idarə edərkən Bakı şəhəri, Səbail rayonu, Rixard Zorge küçəsi ilə kəsişmədə idarəetməni itirmiş və yolun sol hissəsindəki dəmir boruya çırpılmaqla avtomobilin zədələnməsinə səbəb olmuşdur. Sığorta araşdırması yekunlaşdıqdan sonra Azərbaycan Respublikası Mülki Məcəlləsinin 934.1-ci maddəsinin tələblərinə uyğun olaraq "xxxx" ASC tərəfindən sığortalı İddiaçı MMC-yə xx.xx.2023-cü il tarixində 5542/İ saylı məktub ilə sığorta ödənişinin verilməsindən imtina haqqında yazılı şəkildə əsaslandırılmış bildiriş təqdim edilmişdir. Sığorta ödənişindən imtinaının əsası kimi xx.xx.2020-ci il tarixli MC-Mİ-0633/20 saylı sığorta müqaviləsinin bağlanması üçün əsas olan “Avtonəqliyyat vasitələrinin (kasko) sığortası” Qaydalarının 7.1.9-cu və 7.1.10-cu bəndlərinə istinad edilmişdir. Növbəti mərhələdə İddiaçı MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 17 avqust 2022-ci il tarixdə baş vermiş sığorta hadisəsi nəticəsində dəymiş ona dəymiş 19991,907 AZN məbləğində zərərin və ödənilmiş dövlət rüsumunun "xxxx" ASC tərəfindən İddiaçı MMC-nin xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Hadisəni törətmiş X15 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 185.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 1(006)- 175/2023 saylı, 2023cü il 6 noyabr tarixli Qərarında göstərilir ki, məhkəmə iclasında şahid qismində dindirilmiş həm X5, həm də X8 ifadələrində 17 avqust 2022-ci il tarixdə, saat 16:00 radələrində X1nın “Skoda Rapid” markalı, **-PK-*** dövlət nömrə nişanlı avtomobilin açarlarını ehtiyac yarandığı təqdirdə avtomobilin yerinin dəyişdirilməsi üçün həmişə olduğu kimi “Time Business” mərkəzinin qarşısında parklamaya nəzarət edən X10 verdiyini təsdiq etmişdir. X1 avtomobilin açarlarını ehtiyac yarandığı təqdirdə avtomobilin yerinin dəyişdirilməsi üçün parklamaya nəzarət edən X10 vermiş, daha sonra Əliyev Bəylər bu vəzifəni arabir kömək üçün onu əvəz edən atası X18 tapşırmışdır. Əliyev Ramil əvəz etdiyi oğluna sürücü tərəfindən həvalə olunmuş tapşırığıicra etmək üçün avtomobilin yerini dəyişmiş və daha sonra şəhərdə sürmək qərarınagəlmişdir. Əliyev Ramil açarları parklanmaya nəzarət edən şəxs kimi götürmüş, avtomobilin yerini dəyişdirmişdir. Yalnız bundan sonra ona həvalə edilmiş səlahiyyətləri aşaraq avtomobili qaçırtmışdır. Yəni, sürücü açarları parklanmaya nəzarət edən şəxs könüllü şəkildə təqdim etmiş və qaçırtma əməli də həmin an üçün parklanmaya nəzarət edən şəxs tərəfindən törədilmişdir. “Avtonəqliyyat vasitələrinin (kasko) sığortası” Qaydalarının 7.1.10-cu bəndi istinanın tətbiq edilməsi üçün açarların avtomobildən kənarvə təhlükəsiz yerdə saxlanmasını zəruri şərt kimi müəyyən edir. Lakin əldə olunmuş sübutlar onu deməyə əsas verir ki, hadisəni törədən X20 açarları götürən zaman açarlar təhlükəsiz yerdə saxlanmamış, nəzarətsiz şəkildə qalmışdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin özgənin əmlakını gizli olaraq talama oğurluq hesab olunur. X15 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 185.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 1(006)-175/2023 saylı, 2023-cü il 6 noyabr tarixli Qərarından da görünür ki, hadisəni törətmiş şəxsin əməlində oğurluq cinayətinin tərkib əlamətləri yoxdur və təqsirləndirilən şəxsin əməli Cinayət Məcəlləsinin 185.2.4-cü maddəsi ilə tövsif edilmişdir. X20 nəqliyyat vasitəsini talama məqsədi olmadan qanunsuz ələ keçirmişdir (qaçırmışdır). Qeyd olunanlara əsasən nəqliyyat vasitəsinə dəymiş zərər oğurluq nəticəsində baş verməmişdir və sığorta təminatına daxil deyil. “Avtonəqliyyat vasitələrinin (kasko) sığortası” Qaydalarının 5.1.6-cı bəndinə əsasən üçüncü şəxslərin qərəzli hərəkətləri nəticəsində dəyən ziyan dedikdə üçüncü şəxslərin avtonəqliyyat vasitəsinə qəsdən vurduğu ziyan və zərərlər nəzərdə tutulur. Araşdırılan iş üzrə X20 üçüncü şəxs hesab olunsa da, zərərin baş verməsinə səbəb olan hadisəni –yol nəqliyyat hadisəsini qəsdən törətməsinə dair səlahiyyətli orqanın rəyi və ya qərarı yoxdur. X15 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 185.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 1(006)- 175/2023 saylı, 2023-cü il 6 noyabr tarixli Qərarından da görünürki, X20 avtomobili Bakı şəhəri, Səbail rayonu, Neftçilər prospekti ilə “Dəniz Vağzalı” istiqamətində idarə edərkən Bakı şəhəri, Səbail rayonu, Rixard Zorgeküçəsi ilə kəsişmədə idarəetməni itirmiş və yolun sol hissəsindəki dəmir boruya çırpılmaqla avtomobilin zədələnməsinə səbəb olmuşdur. Hadisənin baş verməsinəsürücünün nəqliyyat vasitəsinin idarəetməsini itirməsi səbəb olmuşdur. Qeyd olunanlara əsasən nəqliyyat vasitəsinə dəymiş zərər üçüncü şəxslərin qərərzli hərəkətləri nəticəsində baş verməmişdir və sığorta təminatına daxil deyil. Qanunvericiliyin qeyd olunan müddəalarını nəzərə alaraq iddiaçı tərəfindən maliyyə bazarlarına nəzarət orqanı olanAzərbaycan Respublikasının Mərkəzi Bankına sözügedən hadisə üzrə "xxxx" ASC-nin sığorta ödənişini həyata keçirmək öhdəliyi ilə bağlı müraciət etmişdir. İddiaçının müraciətinə Mərkəzi Bankda baxılmış və müraciətə nəzarət orqanı tərəfindən 29 yanvar 2024-cü il tarixli 6-126/2-688/2024-cü il tarixli məktub ilə cavab verilmişdir. Maliyyə bazarlarına nəzarət orqanı olan Mərkəzi Bank İddiaçı MMC-yə məxsus “Skoda Rapid” markalı, **-PK-*** dövlət qeydiyyat nişanlı avtomobilə zərər dəyməsi ilə nəticələnən hadisənin sığorta hadisəsi hesab olunmadığını, "xxxx" ASC-nin müvafiq sığorta müqaviləsi və qanunvericiliyin tələblərinə əsasən ödəniş etmək öhdəliyinin yaranmadığını bildirmişdir.

10. İddiaçının nümayəndəsi və vəkili tərəfindən cavabdehin mülahizəsinə etiraz daxil olmuşdur. Etiraz onunla əsaslandırılmışdır ki, iş üzrə iddia tələbinin əsasını təşkil edənəsas məqam 3-cü şəxsin qərəzli hərəkətləri nəticəsində kasko sığorta ilə sığortalanmış avtomobilə zərər vurulmasıdır. İddiaçı MMC ilə "xxxx" ASC arasında bağlanmış xx.xx.2020-ci il tarixli MC-Mİ-0633/20 nömrəli sığorta şəhadətnaməsinə əsasəntəminat verilən sığorta risklərinə üçüncü şəxslərin qərəzli hərəkətləri nəticəsində dəyən ziyan daxil edilmişdir. Avtonəqliyyat vasitələrinin (Kasko) Sığortası qaydalarının 5.1.6-cı bəndinə əsasən üçüncü şəxslərin qərəzli hərəkətləri nəticəsində dəyən ziyan – üçüncü şəxslərin avtonəqliyyat vasitəsinə qəsdən vurduğu ziyan və zərərlərdir. İş materiallarından (Nəsimi Rayon Məhkəməsinin 1(006)-175/2023 saylı xx.xx.2023-cü il tarixli qərarı) məlum olduğu kimi, İddiaçı MMC-yə məxsus avtomobil X20 tərəfindən talama məqsədi olmadan qəsdən ələ keçirilərək qaçırılmış və qəza törədilərək avtomobilin mülkiyyətçisinə xeyli miqdarda ziyan vurulmuşdur. X20 tərəfindən avtomobilin qaçırılması və qəza törədilərək xeyli miqdarda ziyan vurulması üçüncü şəxslərin qərəzli hərəkətləri nəticəsində dəyən ziyan hesab olunur. X9 avtomobili bilərək qəsdən qaçırmışdır və avtomobilin idarəetməsinin itirilməsi onun tərəfindən törədilən əməlin qəsd olmasını aradan qaldırmır. Əliyev Ramilin avtomobili gizli olaraq ələ keçirməsi onun əməlinin ehtiyatsızlıq ilə törədildiyini təsdiq edə bilməz və bu səbəbdən onun tərəfindən avtomobilin ələ keçirilməsi qəsdlə əhatə olunur. Avtomobilin qəsdən ələ keçirilməsi zamanı artıq üçüncü şəxslərin qərəzli hərəkətləri nəticəsində dəyən ziyan çərçivəsində sığorta təminatı yaranır. Yəni avtomobilin idarəetməsinin itirilməsi əməlin qərəzli və qəsdən törədilməsini aradan qaldırmır. Əməlin qəsdən törədilməsi avtomobilin talama niyyəti olmadan ələ keçirilməsidir. Bu əməl nəticəsində avtomobillə qəza törədilməsi və xeyli miqdarda ziyan vurulması üçüncü şəxsin əməli nəticəsində dəyən ziyan hesab olunmalıdır. İddia tələbinin əsasını təşkil edən ikinci əsas məqam avtomobilin gizli olaraq ələ keçirilməsidir. Avtonəqliyyat vasitələrinin (kasko) sığortası qaydalarının 7.1.9-cu bəndinə əsasən avtonəqliyyat vasitəsinin və ya ona sahibliyin könüllü vеrilməsi ilə bağlı, bеlə könüllü vеrilmənin dələduzluq, mənimsəmə və yaaldatma niyyətilə qəsdən fakt haqqında yalan təsəvvür yaratmanın nəticəsi olub olmamasından asılı olmayaraq, sığortalıya dəyən zərər sığorta şəhadətnaməsində başqa hal nəzərdə tutulmamışdırsa, sığortaçı tərəfindən ödənilmir. Lakin hazırkı işdə könüllü verilmə olmadığından dəyən zərər sığortaçı tərəfindən ödənilməlidir. İş üzrə cavabdeh tərəf mülahizəsində bildirmişdir ki, hazırkı işdə avtomobil və ona sahiblik könüllü verildiyi üçün sığortalıya dəyən zərər sığortaçı tərəfindən ödənilmir. Avtomobili idarə edən şəxs X6 tərəfindən avtomobilin açarları könüllü olaraq Əliyev Ramilə verilməmişdir. Əliyev Ramil avtomobilin açarlarını gizli formada ələ keçirmişdir. İş materiallarına əlavə edilmiş cinayət işi üzrə çıxarılmış Məhkəmə qərarının aşağıda qeyd edilən hissələrində (Nəsimi Rayon Məhkəməsinin 1(006)-175/2023 saylı xx.xx.2023-cü il tarixli qərarı) avtomobilin gizli olaraq ələ keçirilməsi tam sübut olunur. Qeyd olunanlara əsasən müəyyən edilir ki, avtomobili idarə edən X6 tərəfindən avtomobilin açarı könüllü olaraq X18 verilməmişdir. X20 avtomobilin açarlarını bilə-bilə gizli olaraq ələ keçirmiş və avtomobilə zərər vurmuşdur. Avtomobilin açarının Əliyev Ramil tərəfindən gizli olaraq ələ keçirilməsi avtomobilin könüllü olaraq verilməsi hesab edilə bilməz.

11. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-3205/2024 nömrəli xx.xx.2024 tarixli qətnaməsi ilə iddia ərizəsi təmin edilməmişdir.

12. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, sığortaçı "xxxx" ASC, sığortalı İddiaçı MMC olmaqla, ** PK *** dövlət qeydiyyat nişanlı Skoda Rapid markalı avtonəqliyyat vasitəsi “Avtonəqliyyat vasitələrinin kasko sığortası” növü üzrə sığortalanmışdır. 17 avqust 2022-ciil tarixdə "xxxx" MMC-yə məxsus ** PK *** dövlət qeydiyyat nişanlı Skoda Rapid markalı nəqliyyat vasitəsi X20 tərəfindən qanunsuz ələ keçirilərək qəza törədilmişdir. X20 barəsində cinayət işi başlanılmış, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 1(006)-175/2023 nömrəli qərarı ilə X15 Azərbaycan Respublikası CM-nin 185.2.4-cü maddəsində nəzərdə tutulmuş əməli törətməsinə dair cinayət işi üzrə icraata Azərbaycan Respublikası CPM-nin 39.1 və 39.1.5-ci maddələrinə əsasən xitam verilmişdir. İddiaçı "xxxx" MMC sığorta ödənişinin verilməsi ilə bağlı "xxxx" ASC-yə müraciət etmiş, "xxxx" ASC tərəfindən İddiaçı MMC-yə ünvanlanmış cavab məktubunda qeyd edilmişdir ki, ** PK *** dövlət qeydiyyat nişanlı Skoda Rapid markalı avtomobilin açarı X4 tərəfindən Bəylər adlı şəxsə təhvil verilmiş və daha sonra X19 nəzarətsiz qalmış açarı götürərək səlahiyyəti olmadan, qanunazidd qaydada həmin avtomobili idarə etmişdir. Nəzərinizə çatdırmaq istərdik ki, sözügedən hadisə "Avtonəqliyyat vasitələrinin (kasko) sığortası" Qaydalarının 7.1.9-cu bəndinə əsasən, avtonəqliyyat vasitəsinin və ya ona sahibliyin könüllü verilməsi ilə bağlı, belə könüllüverilmənin dələduzluq, mənimsəmə və ya aldatma niyyətilə qəsdən fakt haqqında yalan təsəvvür yaratmanın nəticəsi olub-olmamasından asılı olmayaraq, Sığortalıya dəyən zərər, həmçinin 7.1.10-cu bəndinə əsasən, avtonəqliyyat vasitəsinin qarajda və ya qapalı yerdə saxlanılmadığı hallarda, avtonəqliyyat vasitəsinin oğurlanması, oğurluğa cəhdin,vandalizmin və ya qərəzli hərəkətləri nəticəsində avtonəqliyyat vasitəsinin məhv edilməsi və ya ona maddi ziyanın dəyməsi nəticəsində yaranan zərərlər sığorta hadisəsi hesab edilmir. İşin halları ilə müəyyən edilir ki, iddiaçıya məxsus avtonəqliyyat vasitəsinin sürücüsü avtomobilin açarını könüllü surətdə parklanmanı həyata keçirən şəxsə vermiş, qəzanı törədən şəxs isə avtomobili oğurlamamış, talama məqsədi olmadan qanunsuzolaraq ələ keçirmişdir. Bu hallar Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 1(006)-175/2023 nömrəli qərarında öz əksini tapır. Eyni zamanda üçüncü şəxstərəfindən avtonəqliyyat vasitəsinə qəsdən ziyan vurulması ilə bağlı hər hansı sübut mövcud deyildir.

13. Məhkəmə hazırkı mübahisəyə AR Mülki Məcəllənin 888, 922, 926-cı maddələrini, Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Dövlət Sığorta Nəzarəti Xidməti ilə razılaşdırılmış "xxxx" ASC tərəfindən təsdiq edilmiş avtonəqliyyat vasitələrinin (kasko) sığortası Qaydalarının müvafiq bəndlərini tətbiq etmişdir.

Apellyasiya instansiyasi məhkəməsindəki icraat

a) Apellyasiya şikayətinin dəlilləri

14. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-3205/2024 nömrəli xx.xx.2024 tarixli qətnaməsindən iddiaçı apellyasiya şikayəti verərək qətnamənin ləğv edilərək iddia tələbinin tam təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

15. Apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, Hazırkı iş üzrə Bakı Kommersiya Məhkəməsi mübahisəyə hüquqi qiymət verərkən heç bir əsaslandırma etmədən sığorta hadisəsinin olmaması qənaətinə gəlmişdir. Aşağıdakılara əsasən sübut olunur ki, hazırkı iş üzrə sığorta hadisəsi olmuş və sığorta ödənişi edilməlidir. 1) İşin təkzibolunmaz hallarından müəyyən olunur ki, 3-cü şəxs X20 İddiaçı MMC-yə məxsus avtomobili gizli ələ keçirərək avtomobili qaçırmış və nəticədə avtomobil ilə qəza törədərək qəsdən zərər vurmuşdur. İş materiallarında olan Nəsimi Rayon Məhkəməsinin 1(006)- 175/2023 saylı xx.xx.2023-cü il tarixli qərarında da qeyd edildiyi kimi sığorta hadisəsinin mövcud olmuş və bu hadisənin səbəbi 3-cü şəxsin hərəkətləri olmuşdur. Belə ki, İş üzrə iddia tələbinin əsasını təşkil edən əsas məqam 3-cü şəxsin qərəzli hərəkətləri nəticəsində kasko sığorta ilə sığortalanmış avtomobilə zərər vurulmasıdır. İddiaçı MMC ilə "xxxx" ASC arasında bağlanmış xx.xx.2020-ci il tarixli MC-Mİ-0633/20 nömrəli sığorta şəhadətnaməsinə əsasən təminat verilən sığorta risklərinə Üçüncü şəxslərin qərəzli hərəkətləri nəticəsində dəyən ziyan daxil edilmişdir. Avtonəqliyyat vasitələrinin (Kasko) Sığortası qaydalarının 5.1.6-cı bəndinə əsasən Üçüncü şəxslərin qərəzli hərəkətləri nəticəsində dəyən ziyan – Üçüncü şəxslərin avtonəqliyyat vasitəsinə qəsdən vurduğu ziyan və zərərlərdir. İş materiallarından (Nəsimi Rayon Məhkəməsinin 1(006)-175/2023 saylı xx.xx.2023-cü il tarixli qərarı) məlum olduğu kimi İddiaçı MMC-yə məxsus avtomobil X20 tərəfindən talama məqsədi olmadan qəsdən ələ keçirilərək qaçırılmış və qəza törədilərək avtomobilin mülkiyyətçisinə xeyli miqdarda ziyan vurulmuşdur. X20 tərəfindən avtomobilin qaçırılması və qəza törədilərək xeyli miqdarda ziyan vurulması üçüncü şəxslərin qərəzli hərəkətləri nəticəsində dəyən ziyan hesab olunur. Çünki, X20 avtomobili bilərək qəsdən qaçırmışdır və avtomobilin idarəetməsinin itirilməsi onun tərəfindən törədilən əməlin qəsd olmasını aradan qaldırmır. Əliyev Ramilin avtomobili gizli olaraq ələ keçirməsi onun əməlinin ehtiyatsızlıq ilə törədildiyini təsdiq edə bilməz və bu səbəbdən onun tərəfindən avtomobilin ələ keçirilməsi qəsdlə əhatə olunur. Avtomobilin qəsdən ələ keçirilməsi zamanı artıq Üçüncü şəxslərin qərəzli hərəkətləri nəticəsində dəyən ziyan çərçivəsində sığorta təminatı yaranır. Yəni avtomobilin idarəetməsinin itirilməsi əməlin qərəzli və qəsdən törədilməsini aradan qaldırmır. Əməl qəsdən törədilmiş avtomobilin talama niyyəti olmadan ələ keçirilməsidir. Bu əməl nəticəsində avtomobillə qəza törədilməsi və xeyli miqdarda ziyan vurulması üçüncü şəxsin əməli nəticəsində dəyən ziyan hesab olunmalıdır. 2) Sığorta hadisəsinin əsasını təşkil edən ikinci əsas amil avtomobilin gizli olaraq ələ keçirilməsidir. Paşa Sığorta ASC tərəfindən qəbul edilmiş Avtonəqliyyat vasitələrinin (kasko) sığortası qaydalarının 7.1.9-cu bəndinə əsasən Avtonəqliyyat vasitəsinin və ya ona sahibliyin könüllü vеrilməsi ilə bağlı, bеlə könüllü vеrilmənin dələduzluq, mənimsəmə və ya aldatma niyyətilə qəsdən fakt haqqında yalan təsəvvür yaratmanın nəticəsi olub-olmamasından asılı olmayaraq, Sığortalıya dəyən zərər Sığorta şəhadətnaməsində başqa hal nəzərdə tutulmamışdırsa Sığortaçı tərəfindən ödənilmir. Lakin hazırkı işdə könüllü verilmə olmadığından dəyən zərər Sığortaçı tərəfindən ödənilməlidir. 1-ci instansiya məhkəməsi qətnamədə qeyd etmişdir ki, avtomobil parkalanmanı həyata keçirən şəxsə könüllü verildiyi üçün sığortalıya dəyən zərər Sığortaçı tərəfindən ödənilmir. Diqqətdə saxlanılmalıdır ki, avtomobili idarə edən şəxs X6 tərəfindən avtomobilin açarları könüllü olaraq Əliyev Ramilə verilməmişdir. Əliyev Ramil avtomobilin açarlarını gizli formada ələ keçirmişdir. İş materiallarına əlavə edilmiş cinayət işi üzrə çıxarılmış Məhkəmə qərarının aşağıda qeyd edilən hissələrində (Nəsimi Rayon Məhkəməsinin 1(006)-175/2023 saylı xx.xx.2023-cü il tarixli qərarı) avtomobilin gizli olaraq ələ keçirilməsi tam sübut olunur. - Məhkəmə qərarının 2-ci səhifəsində Təqsirləndirilən şəxs X15 ifadəsinin sonuncu cümləsində “avtomobili qaçırarkən bu barədə oğlu Bəylərin xəbəri olmamasını” bildirmişdir. - Məhkəmə qərarının 3-cü və 4-cü səhifəsində Əliyev Bəylərin ifadəsində qeyd olunur: “o, avtomobilin açarlarını götürüb saxlamaq üçün düzəltdiyi qutuya qoymuş, atası isə həmin vaxtı orada olmamışdır”, “ona atası Ramilin açarı avtomobillərə məxsus açarları qoyduğu qutudan ona demədən götürüb avtomobili idarə edərək qəza törətməsi məlum olmuşdur.” - Məhkəmə qərarının ikinci səhifəsində X7 ifadəsində qeyd olunur: “X20 ....... açarı gizli götürərək avtomobili hərəkətə gətirib idarə edərək avtomobili talama məqsədi olmadan qanunsuz ələ keçirməklə qaçırmış”dır. Qeyd olunanlara əsasən müəyyən edilir ki, avtomobili idarə edən X6 tərəfindən avtomobilin açarı könüllü olaraq X18 verilməmişdir. X20 avtomobilin açarlarını bilə-bilə gizli olaraq ələ keçirmiş və avtomobilə zərər vurmuşdur. Avtomobilin açarının Əliyev Ramil tərəfindən gizli olaraq ələ keçirilməsi avtomobilin könüllü olaraq verilməsi hesab edilə bilməz.

b) Məhkəmə icraatı iştirakçılarının izahatları

16. İddiaçının nümayəndəsi və vəkili Vəkil məhkəmə iclasında apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş edir.

17. Cavabdehin nümayəndəsi X14 məhkəmə iclasında apellyasiya şikayətinə etiraz edərək təmin olunmamasını xahiş edir.

Tətbiq edilən hüquq

18. Azərbaycan Respublikası Mülki Məcəlləsinin:

888.1-ci maddəsinə əsasən əmlak sığortasının obyektləri sığortalının əmlaka sahibliyi, ondan istifadəsi və (və ya) ona sərəncam verməsi, sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi, digər fiziki şəxslərin sağlamlığına xəsarət yetirməsi və ya fiziki şəxslərinəmlakına, həmçinin hüquqi şəxslərə vurduğu zərərin əvəzinin ödənilməsi, istehsalat fəaliyyəti ilə bağlı əmlak mənafeləridir. Əmlak sığortasına əmlakın və mülki məsuliyyətin sığortası aiddir. 922.1-ci maddəsinə əsasən sığorta hadisəsi icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə görə sığorta ödənişinin sığortalıya, sığorta olunana və ya digər faydalanan şəxslərə ödənilməsi üçün əsas olan, sığorta müqaviləsinin qüvvədə olduğu müddət ərzində baş verən hadisə və ya yaranan haldır. 922.2-ci maddəsinə əsasən sığorta hadisəsi hesab edilən hadisələr və hallar icbari sığorta üzrə icbari sığorta qanunlarında, könüllü sığorta üzrə isə tərəflərin razılaşması əsasında sığorta müqaviləsində müəyyən edilir. 926.1-ci maddəsinə əsasən sığorta ödənişi sığorta hadisəsi baş verdikdə icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə uyğun olaraq sığortaçı tərəfindən ödənilən maliyyə kompensasiyasıdır.

19. Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Dövlət Sığorta Nəzarəti Xidməti ilə razılaşdırılmış "xxxx" ASC tərəfindən təsdiq edilmiş avtonəqliyyat vasitələrinin (kasko) sığortası Qaydalarının: 5.1-ci bəndinə əsasən sığorta şəhadətnaməsində başqa hal nəzərdə tutulmamışdırsa, aşağıdakı risklər nəticəsində dəyən ziyan və zərərlərə təminat verilir: 5.1.1. Toqquşma – İstər hərəkət halında, istərsə də hərəkətsiz vəziyyətdə olan avtonəqliyyat vasitəsinə sığortalı və ya səlahiyyətli sürücüdən asılı olmayaraq gözlənilməz və xarici təsirlər nəticəsində sabit və ya hərəkətli bir cismin toxunması, avtonəqliyyatvasitəsinin belə cismləri vurması, aşması, düşməsi nəticəsində dəyən zərər və ziyanlar; 5.1.2. Yanğın - Bu qaydalarla istisna edilən hallar nəzərə alınmaqla, avtonəqliyyat vasitəsinin ildırım vurması da daxil olmaqla hər hansı səbəbdən yanması; 5.1.3. Partlayış - antonəqliyyat vasitəsinə partlayış nəticəsində dəyən ziyan; 5.1.4. Oğurlanma - avtonəqliyyat vasitəsinin və ya onun hissələrinin oğurlanması və ya oğurlanmasına təşəbbüs nəticəsində avtonəqliyyat vasitəsinə dəyən zərərlər; 5.1.5. Yol nəqliyyat hadisəsi - yollarda, küçələrdə, meydanlarda, dəmiryol keçidlərində nəqliyyat vasitələrinin hərəkəti prosesində baş verən və adamların həlakınavə ya müxtəlif dərəcəli bədən xəsarəti almasına, heyvanların və ya hərəkətsiz maneənin vurulmasına, nəqliyyat vasitələrinin, yolların, qurğuların zədələnməsinə və ya başqa maddi zərər dəyməsinə səbəb olan hadisədir Belə hadisə nəticəsində nəqliyyat vasitəsinə dəyən zərər və ziyanlar; 5.1.6. Üçüncü şəxslərin qərəzli hərəkətləri nəticəsində dəyən ziyan – Üçüncü şəxslərin avtonəqliyyat vasitəsinə qəsdən vurduğu ziyan və zərərlər. 7.1-ci bəndinə əsasən sığorta şəhadətnaməsində başqa hal nəzərdə tutulmamışdırsa, aşağıdakı hallar nəticəsində baş verən itki və ziyanlar Sığortaçı tərəfindən ödənilmir: ..... 7.1.9. Avtonəqliyyat vasitəsinin və ya ona sahibliyin könüllü verilməsi ilə bağlı, belə könüllü verilmənin dələduzluq, mənimsəmə və ya aldatma niyyətilə qəsdən fakt haqqında yalan təsəvvür yaratmanın nəticəsi olub- olmamasından asılı olmayaraq, Sığortalıya dəyən zərər; 7.1.10. Aşağıdakı hallar istisna olmaqla, qarajda və ya qapalı yerdə saxlanılmadığı hallarda, avtonəqliyyat vasitəsinin oğurlanması, oğurluğa cəhdin, vandalizmin və ya qərəzli hərəkətlərin nəticəsində avtonəqliyyat vasitəsinin məhv edilməsi və ya ona maddi ziyanın dəyməsi nəticəsində yaranan zərər: Bütün qapıların, pəncərələrin və digər dəliklərin istehsalçının nəzərdə tutduğu vasitələrlə bağlanması və açarların həmin vasitələrdən kənar və və/ya təhlükəsiz yerdə saxlanılması; Bu cür birbaşa maddi ziyan və və/ya oğurluq ilə əlaqəli olan hər hansı sığorta ödənişinə dair tələbin zorla daxil olmanın baş verməsini sübut edən dəlillərlə əsaslandırılması; Avtonəqliyyat vasitəsinin təchiz edildiyi, quraşdırılarkən sığortaçıya bildirilmiş və onunla razılaşdırılmış siqnalizasiya və/və ya avtonəqliyyat vasitəsinin mühafizəsinin digər sistemləri işlək vəziyyətdə olduğu və istifadə edildiyi hallar.

20. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 82.4-cü maddəsinə əsasən məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

Əsaslandırıcı hissə

Apellyasiya baxışının hədləri

21. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinin tələblərini və apellyasiya şikayətinin dəlillərini nəzərə alaraq kollegiya qeyd edir ki, qətnamə İddiaçı MMC tərəfindən tam mübahisələndirildiyindən tam yoxlanılır.

Apellyasiya instansiya məhkəməsinin mövqeyi

22. Məhkəmə apellyasiya şikayətinin dəlillərini, işin materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)- 3205/2024 nömrəli xx.xx.2024 tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

23. Məhkəmə kollegiyası tərəfindən müəyyən edilmişdir ki, sığortaçı "xxxx" ASC, sığortalı İddiaçı MMC olmaqla, ** PK *** dövlət qeydiyyat nişanlı Skoda Rapid markalı avtonəqliyyat vasitəsi “Avtonəqliyyat vasitələrinin kasko sığortası” növü üzrə sığortalanmışdır. 17 avqust 2022-ciil tarixdə "xxxx" MMC-yə məxsus ** PK *** dövlət qeydiyyat nişanlı Skoda Rapid markalı nəqliyyat vasitəsi X20 tərəfindən qanunsuz ələ keçirilərək qəza törədilmişdir. X20 barəsində cinayət işi başlanılmış, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 1(006)-175/2023 nömrəli qərarı ilə X15 Azərbaycan Respublikası CM-nin 185.2.4-cü maddəsində nəzərdə tutulmuş əməli törətməsinə dair cinayət işi üzrə icraata Azərbaycan Respublikası CPM-nin 39.1 və 39.1.5-ci maddələrinə əsasən xitam verilmişdir. İddiaçı "xxxx" MMC sığorta ödənişinin verilməsi ilə bağlı "xxxx" ASC-yə müraciət etmiş, "xxxx" ASC tərəfindən İddiaçı MMC-yə ünvanlanmış cavab məktubunda qeyd edilmişdir ki, ** PK *** dövlət qeydiyyat nişanlı Skoda Rapid markalı avtomobilin açarı X4 tərəfindən Bəylər adlı şəxsə təhvil verilmiş və daha sonra X19 nəzarətsiz qalmış açarı götürərək səlahiyyəti olmadan, qanunazidd qaydada həmin avtomobili idarə etmişdir. Nəzərinizə çatdırmaq istərdik ki, sözügedən hadisə "Avtonəqliyyat vasitələrinin (kasko) sığortası" Qaydalarının 7.1.9-cu bəndinə əsasən, avtonəqliyyat vasitəsinin və ya ona sahibliyin könüllü verilməsi ilə bağlı, belə könüllüverilmənin dələduzluq, mənimsəmə və ya aldatma niyyətilə qəsdən fakt haqqında yalan təsəvvür yaratmanın nəticəsi olub-olmamasından asılı olmayaraq, Sığortalıya dəyən zərər, həmçinin 7.1.10-cu bəndinə əsasən, avtonəqliyyat vasitəsinin qarajda və ya qapalı yerdə saxlanılmadığı hallarda, avtonəqliyyat vasitəsinin oğurlanması, oğurluğa cəhdin, vandalizmin və ya qərəzli hərəkətləri nəticəsində avtonəqliyyat vasitəsinin məhv edilməsi və ya ona maddi ziyanın dəyməsi nəticəsində yaranan zərərlər sığorta hadisəsi hesab edilmir. İşin halları ilə müəyyən edilir ki, iddiaçıya məxsus avtonəqliyyat vasitəsinin sürücüsü avtomobilin açarını könüllü surətdə parklanmanı həyata keçirən şəxsə vermiş, qəzanı törədən şəxs isə avtomobili oğurlamamış, talama məqsədi olmadan qanunsuz olaraq ələ keçirmişdir. Bu hallar Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 1(006)-175/2023 nömrəli qərarında öz əksini tapır. Eyni zamanda üçüncü şəxs tərəfindən avtonəqliyyat vasitəsinə qəsdən ziyan vurulması ilə bağlı hər hansı sübut mövcud deyildir.

24. Apellyasiya şikayətinin dəlilləri iddia ərizəsinin dəlilləri ilə eynilik təşkil etdiyi üçün məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşır, əlavə olaraq onu qeyd edir ki, cinayət işi üzrə qəbul edilmiş qanuni qüvvəyə minmiş məhkəmə qərarı ilə də müəyyən edilir ki, mübahisəli nəqliyyat vasitəsini etibarnamə əsasında idarə edən Dinsevər Natavan adlı şəxs avtomobilin açarlarını könüllü olaraq mərhum təqsirləndirilən şəxsin oğluna təqdim etmişdir. Məhkəmə kollegiyası onu da qeyd edir ki, mərhum təqsirləndirilən şəxs barəsində AR CM-nin oğurluq əməlini nəzərdə tutan 177-ci maddəsi ilə deyil, talama məqsədi olmadan qanunsuz olaraq avtomobil və ya başqa nəqliyyat vasitəsi ələ keçirmə əməlini nəzərdə tutan 185-ci maddə ilə cinayət işi açılmış və bəraətverici əsaslar olmadan xitam verilmişdir. Belə olan təqdirdə göstərilən hallar preyudisialdır və yenidən sübut edilmir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini əsaslı hesab etmir.

25. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsinin qətnaməsi işin hallarına uyğundur, apellyasiya şikayətlərində irəli sürülən və formal mülahizələrdən ibarət olan dəlillər isə əsassızdır və mahiyyətcə düzgün olan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas ola bilməz.

26. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382-385, 392, 393, 402-406-cı maddələrinin tələblərini rəhbər tutaraq,

QƏT ETDİ:

İddiaçı MMC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-3205/2024 nömrəli xx.xx.2024 tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. İddiaçı tərəfindən apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi (elektron kabinetə yerləşdirildiyi) gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar