Məhkəmə qərarları › İş №2-2(103)-1139/2022

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(103)-1139/2022

23.11.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-2(103)-1139/2022 23.11.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apelyasiya Məhkəməsinin Kommersiya kollegiyası hakimlər Baxışova Vüsalə Ələkbər qızının sədrliyi və məruzəsi ilə, Qurbanov Raqib Əliddin oğlu və Məmmədov Vidadi Məmməd oğlundan ibarət tərkibdə, İddiaçı MMM-in Cavabdeh qarşı alğı-satqı müqaviləsi üzrə pul tələbinə dair kommersiya mübahisəsi ilə bağlı iş üzrə qəbul edilmiş Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, e-2-2(113)- 3458/2022 saylı qərardadından cavabdeh tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq M ü ə y y ə n e t d i: İddiaçı MMM Cavabdeh qarşı kiçik iddialara dair sadələşdirilmiş qaydada ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh 2499,48 manat məbləğində əsas borc, borcun ödənilməsinin gecikdirilməsinə görə 249,94 manat məbləğində dəbbə pulu və ilkin mediasiya sessiyasının keçirilməsi üçün ödənilmiş 70 AZN məbləğində pul vəsaiti tutularaq İddiaçı X1 xeyrinə ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, e-2- 2(113)-3458/2022 saylı qətnaməsi ilə təmin edilmişdir. Cavabdeh qeyd olunan qətnamədən apellyasiya şikayəti verərək, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, e-2- 2(113)-3458/2022 saylı qətnaməsinin ləğv edilməsi və iddia ərizəsinin rədd edilməsini xahiş etmişdir. Eyni zamanda şikayətin verilməsi müddətinin bərpa olunması barədə ərizə əlavə edərək, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022- ci il tarixli e-2-2-(113)-3458/2022 saylı qətnaməsindən verilmiş apellyasiya şikayəti üçün buraxılmış prosessual müddətin bərpasını xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, e-2-2(113)-3458/2022 saylı qərardadı ilə ərizə rədd edilmiş, apellyasiya şikayəti geri qaytarılmışdır. Hazırda cavabdeh qeyd olunan qərardaddan şikayət verərək, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli e-2-2(113)-3458/2022 saylı qərardadının ləğv edilməsi və apellyasiya şikayətinin müvafiq qaydada Apellyasiya Məhəkəməsinə göndərilməsi barədə qərardad çıxarılmasını xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, 1-ci instansiya məhkəməsi AR MPM-nin 385-ci maddəsinin tələblərini pozmuşdur. Bu səbəblərə görə apelyasiya şikayəti vermək məcburiyyətində qalmışdır. Əvvəla 1-ci instansiya məhkəməsi məhkəmənin vaxtı və yeri barədə xəbərdarlıq etməmişdir. Ona görə də 1-ci instansiya məhkəmədə iştirak edə bilməmişdir. Belə ki, 1-ci instansiya məhkəməsinin qətnaməsində fərdi sahibkar kimi 03 yanvar 2020-ci il tarixdə 261/J20 saylı alqı-satqı müqaviləsinə əsaslanaraq İddiaçı MMMnın xeyrinə göstərilən qətnaməni 1-ci instansiya məhkəmə çıxartmışdır. Lakin 1-ci instansiya məhkəmə iddiaçının göstərilən müqavilə əsasında nə vaxt hansı miqdarda, hansı qaimə ilə mal verməsini və həmin malın pulunu ala bilməməsini araşdırmamış göstərməmişdir. İddiaçıya heç bir borcu yoxdur. Bu səbəblərə görə apellyasiya məhkəməsinə apellyasiya şikayəti vermək məcburiyyətində qalmışdır. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, e-2-2(113)-3458/2022 nömrəli qərardadı ilə şikayət təmin edilməmiş və baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilmişdir. Şikayətə apellyasiya instansiyası məhkəməsi tərəfindən yazılı icraat qaydasında baxılması qərara alınmışdır. Məhkəmə şikayəti iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, e-2-2(113)-3458/2022 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 360-cı maddəsinə əsasən apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Həmin Məcəllənin 363.1.3-cü maddəsinə əsasən apellyasiya şikayəti müəyyən edilmiş müddət keçdikdən sonra verilmişdirsə, apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən qaytarılır. İş materiallarından isə görünür ki, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022- ci il tarixli, e-2-2(113)-3458/2022 saylı qətnaməsi xx.xx.2022-ci il tarixində cavabdehə məxsus “elektron kabinet”ə yerləşdirilmişdir. Qanunla apellyasiya şikayəti verilməsi üçün nəzərdə tutulmuş bir Cavabdeh ərizəsində buraxılmış müddətn bərpasına əsas ola biləcək hər hansı səbəb göstərməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 129.1-ci maddəsinə əsasən illərlə hesablanan müddət, müddətin son ilinin müvafiq ayında və günündə qurtarır. Aylarla hesablanan müddət, müddətin müvafiq son ayında və günündə qurtarır. Aylarla hesablanan müddətin sonu müvafiq günü olmayan aya düşərsə, müddət həmin ayın son günündə qurtarır. 130.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur. 133.1-ci maddəsinə görə məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzürlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. Birinci instansiya məhkəməsi düzgün olaraq hesab etmişdir ki, cavabdeh tərəfindən ötürülmüş prosessual müddətin buraxılmasının səbəblərinin üzürlü hesab edilməsi üçün əsaslar mövcud olmadığından ərizə təmin edilə bilməz. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, şikayət təmin edilməməli, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, e-2-2(113)-3458/2022 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264, 398.0.1, 400 və 405-ci maddələrinin tələblərini rəhbər tutaraq, Q Ə R A R A A L D İ: Cavabdeh şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, e-2-2(113)-3458/2022 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad dərhal qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar