Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-2(103)-1139/2025 24.10.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X1 məruzəsi ilə, Ziya Allahverdi oğlu Şirinov və X2 ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı “alqı-satqı müqaviləsi üzrə pulun tutulması” tələbinə dair kommersiya mübahisəsi üzrə apellyasiya şikayəti verilməsi üçün buraxılmış prosessual müddətin bərpasına dair Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli e-2- 2(113)- 3161/2025 nömrəli qərardadından cavabdeh tərəfindən verilmiş şikayətə yazılı icraat qaydasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, tərəflər arasında bağlanmış xx.xx.2023-cü tarixli alqı-satqı müqaviləsi üzrə 51160,46 manat əsas borc, 5116 manat penyanın və ödənilmiş 258,83 manat dövlət rüsumunun cavabdehdən iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli e-2-2(113)-3161/2025 nömrəli qiyabi qətnaməsi ilə iddia təmin edilmiş, İddiaçı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli təchizat müqaviləsi üzrə 51160,46 manat əsas borc, 5116 manat penya olmaqla ümumilikdə 56276,46 manat məbləğində pul və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 258,83 manat məbləğində pulun Cavabdeh tutularaq İddiaçınə ödənilməsi qət edilmişdir. Həmin qətnamədən cavabdeh “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə xx.xx.2025-ci il tarixdə apellyasiya şikayəti vermiş, eyni zamanda apellyasiya şikayəti verilməsi üçün buraxılmış müddətin bərpasına dair ərizə ilə məhkəməyə müraciət edərək Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli e-2-2(113)-3161/2025 nömrəli qiyabi qətnaməsindən apellyasiya şikayəti verilməsi üçün buraxılmış prosessual müddətin bərpa edilməsini məhkəmədən xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Bakı Kommersiya Məhkəməsi tərəfindən e-2- 2(113)-3161/2025 nömrəli xx.xx.2025-ci il tarixli qiyabi qətnamə çıxarılmışdır. Cavabdeh tərəfindən qiyabi qətnamə xx.xx.2025-ci ildə Bakı Konmmersiya Məhkəməsi tərəfindən rəsmi surətdə verilmişdir. Ona görə də buraxılmış müddət üzrlü sayılıb bərpa edilməlidir. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli e-2-2(113)-3161/2025 nömrəli qərardadı ilə Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli e-2-2(113)- 3161/2025 nömrəli qiyabi qətnaməsindən apellyasiya şikayəti verilməsi üçün buraxılmış prosessual müddətin bərpasına dair Cavabdeh tərəfindən verilmiş ərizənin təmin edilməməsi, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli e-2-2(113)-3161/2025 nömrəli qiyabi qətnaməsindən Cavabdeh tərəfindən xx.xx.2025-ci il tarixdə verilmiş apellyasiya şikayətinin geri qaytarılması, ödənilmiş 129 manat dövlət rüsumunun Cavabdeh qaytarılması qərara alınmışdır. Həmin qərardaddan cavabdeh “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə şikayət verərək, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli e-2-2(113)- 3161/2025 nömrəli qərardadının ləğv edilməsini və prosessual müddətin bərpa olunaraq apellyasiya şikayətinin baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, çıxarılmış qərardad qanunsuzdur, ləğv olunmalıdır və şikayət vermək üçün buraxılmış prosessual müddət bərpa olunmalıdır Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli e-2-2(113)-3161/2025 saylı qərardadı ilə şikayət təmin edilməmiş və işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin edilməməli və Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli e-2-2(113)-3161/2025 saylı qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Mülki Prosessual Məcəllənin: 360-cı maddəsinə əsasən apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. 129.1-ci maddəsinə əsasən illərlə hesablanan müddət, müddətin son ilinin müvafiq ayında və günündə qurtarır. Aylarla hesablanan müddət, müddətin müvafiq son ayında və günündə qurtarır. Aylarla hesablanan müddətin sonu müvafiq günü olmayan aya düşərsə, müddət həmin ayın son günündə qurtarır. 130.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur. 133.1-ci maddəsinə görə məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzrlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. 133.2-ci maddəsinə əsasən buraxılmış müddətin bərpası haqqındakı ərizə prosessual hərəkətlərin edilməli olduğu məhkəməyə verilir və məhkəmə iclasında baxılır. İşdə iştirak edən şəxslərə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilir. Onların gəlməməsi məhkəmə qarşısında qoyulmuş məsələnin həllinə maneçilik törətmir. 133.3-cü maddəsinə əsasən müddətin bərpası haqqında ərizə verilməklə eyni zamanda müddəti buraxılmış zəruri prosessual hərəkət edilməlidir (ərizə, şikayət verilməli, sənədlər təqdim edilməli və s.). 133.5-ci maddəsinə əsasən müddətin bərpasından imtina barədə qərardad çıxarılır. -244-cü maddəsinə əsasən cavabdeh qətnamənin ona rəsmi qaydada verilməsindən sonra 10 gün müddətində həmin qətnamənin ləğvi üçün qiyabi qətnaməni çıxartmış məhkəməyə ərizə verməyə haqlıdır. -253.3-cü maddəsinə əsasən qiyabi qətnamədən tərəflər, bu qətnamənin ləğvi üçün ərizə verilməsi və ona baxılması müddəti bitdikdən sonra şikayət verə bilərlər. Faktiki hallar və hüquqi dəyərləndirmə: -EMİS-dən çıxarışa əsasən müəyyən edilir ki, xx.xx.2025-ci il tarixli e-2- 2(113)- 3161/2025 saylı nömrəli qətnamə xx.xx.2025-ci il tarixdə cavabdehin “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetinə yerləşdirilməklə və sonuncuya həmin sistem vasitəsilə bu barədə məlumat “mailto:mahirnabiyev@yandex.comElektron ünvan ” elektron poçtuna göndərilməklə rəsmi qaydada verildiyi halda cavabdeh tərəfindən həmin qətnamədən apellyasiya şikayəti xx.xx.2025-ci il tarixdə verilmiş, bununla da qiyabi qətnamədən apellyasiya şikayəti verilməsi üçün MPM-in 244, 253.3 və 360-cı maddələrində nəzərdə tutulmuş prosessual müddət (10 gün+1 ay) buraxılmışdır (prosessual müddət xx.xx.2025-ci il tarixdə başlamış və xx.xx.2025-ci il tarixdə başa çatmışdır). O da qeyd edilməlidir ki, müddətin bərpa edilməsinə əsas kimi ərizədə istiad edilən hallar apellyasiya şikayətinin vaxtında verilməsi üçün obyektiv maneələr yaradan hallar olmamaqla müddətin buraxılmasının üzürlü səbəbləri kimi qiymətləndirilə bilməz. Belə olan halda apellyasiya şikayəti verilməsi üçün buraxılmış prosessual müddətin bərpasından imtina edilməsinə dair birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslıdır. Şikayətin dəlilləri qərardadın ləğvinə əsas vermir. Eyni zamanda Mülki Prosessual Məcəllənin 402-ci maddəsindən müəyyən olunur ki, hazırkı qərardaddan kassasiya şikayəti verilə bilməz. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 398.0.1, 400, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: Cavabdeh tərəfindən verilmiş şikayət təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli e-2-2(113)- 3161/2025 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad dərhal qanuni qüvvəyə minir və ondan şikayət verilə bilməz. Hakimlər: Leyla Əliyeva Təranə Mahmudova Ziya Şirinov
Məhkəmə qərarları › İş №2-2(103)-1139/2025
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(103)-1139/2025
24.10.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver