Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-1140/2024 13.12.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası adından İddiaçı "xxxx" ASC-nin cavabdehlər Suraxanı rayon İcra Hakimiyyətinə və İri Şəhərlərin Birləşmiş Su Təchizatİ Xidməti X4 (əvvəlki adı Cavabdeh2 ASC-yə) (müstəqil tələb irəli sürməyən üçüncü şəxs Maraqlı şəxs olmaqla) qarşı “subroqasiya qaydasında vurulmuş zərərin əvəzinin ödənilməsi” tələbinə dair kommersiya mübahisəsi üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası X2 Əliyevanın sədrliyi və məruzəsi ilə, X1 və Ziya Allahverdi oğlu Şirinov ibarət tərkibdə, məhkəmə iclas katibi Nofəl Rəhman oğlu Abdullayevin katibliyi, iddiaçının nümayəndəsi Nümayəndə3 iştirakı ilə, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2-2(113)-193/2024 saylı qətnaməsindən iddiaçı "xxxx" ASC tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən kommersiya mübahisəsinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi İşin halları:
1. 043602 saylı əmlakın yanğından və digər əlavə risklərdən sığortası şəhadətnaməsinə əsasən Maraqlı şəxs məxsus 264 saylı aptek xx.xx.2019-cu ildən xx.xx.2020-ci ilə kimi "xxxx" ASCdə sığortalanmışdır.
2. 30.10.2019-cu il tarixli 3522/M/Fİ-086/2019 saylı sığorta aktında Bakı şəhəri, Suraxanı rayonu, Zığ qəsəbəsinin cənub hissəsində yerləşən Maraqlı şəxs məxsus aptekdə xx.xx.2019-cü il tarixdə subasma hadisəsinin baş verdiyini və 15.000 manat zərərin müəyyən edildiyi qeyd olunmuşdur.
3. 01.11.2019-cu il tarixli ******* saylı ödəniş tapşırığına əsasən "xxxx" ASC tərəfindən Maraqlı şəxs 14500 manat məbləğində ödəniş edilmişdir.
4. Bakı şəhəri İcra Hakimiyyəti MKTD-nin xx.xx.2024-cü il tarixli 3-52-13/2- 704/2024 saylı məktubunda qeyd edilmişdir ki, Bakı şəhərinin inzibati ərazisində xarici su təchizatı və kanalizasiya şəbəkə və qurğuları Bakı şəhəri üzrə İri Şəhərlərin Birləşmiş Su təchizatı Xidməti X6nin balansındadır.
5. xx.xx.2024-cü il tarixli, 3-16-16/2-10/8029 saylı AR ƏN MEM-nin ekspert rəyinə əsasən qeyri-yaşayış sahəsinin tikililərinin təmirli olduğu, qeyri-yaşayış sahəsinin konstruktiv elementləri üzərində su sızmaya xarakterik hər hansı bir qüsurun olmadığı, bu səbəbdən qeyri-yaşayış sahəsinə su sızmasının texniki səbəbini müəyyən etmək mümkün olmadığı, iş materiallarında qeyri-yaşayış sahəsinin kanalizasiya xətlərinə qoşulmasına dair texniki şərt və layihə olmadığından 2-ci sual üzrə tədqiqat aparılmadığı, qeyri-yaşayış sahəsinin ön və sağ tərəfində iki ədəd kanalizasiya quyusunun olduğu, ön tərəfdə kanalizasiya quyusu ilə qeyri-yaşayış sahəsi arasında məsafənin 20 m sol, tərəfdə yerləşən kanalizasiya quyusu ilə qeyri-yaşayış sahəsi arasında məsafənin isə 18 m olduğu, 6-cı sual ekspertin səlahiyyətinə aid olmadığı üçün tədqiqat aparılmadığı, qeyri-yaşayış sahəsinin təmirli olduğu, sahənin konstruktiv elementləri üzərində su sızmaya xarakterik hər hansı bir qüsurun olmadığını nəzərə alaraq, qərardadın yeddinci və səkkizinci sualları üzrə tədqiqat aparılmadığı qeyd olunmuşdur.
Birinci instansiya məhkəməsindəki icraat:
6. İddiaçı "xxxx" ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Suraxanı rayon İcra Hakmiyyəti və Cavabdeh2 ASC-dən 14.500 manat pul vəsaitinin və mediasiya xərci üçün ödənilmiş 200 manat məbləğin iddiaçı "xxxx" ASC-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
7. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, AZ/043602 nömrəli saylı xx.xx.2019-cu il tarixli “Əmlakın yanğından və digər əlavə risklərdən sığorta şəhadətnaməsi” ilə sığorta müqaviləsi bağlanmış və Maraqlı şəxs istifadəsində olan Bakı şəhəri, Suraxanı rayonu, Ziğ qəsəbəsinin cənub hissəsində yerləşən 264 №-li aptek sığorta təminatı almışdır. xx.xx.2019-cu il tarixdə Bakı şəhəri, Suraxanı rayonu, Ziğ qəsəbəsinin cənub hissəsində yerləşən "xxxx" MMC-yə məxsus 264 №-li aptekdə kanalizasiya qəzası nəticəsində subasma hadisəsi baş vermiş, nəticədə 14.500.00 manat sığorta ödənişi həyata keçirilmişdir. Ödənilmiş 14.500 manat məbləğ, qanunvericiliklə nəzərdə tutulmuş subroqasiya tələbi qaydasında cavabdehlərdən iddiaçının xeyrinə tutulmalıdır. İddia ərizəsində iddianın hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 443, 448-ci və s. maddələri göstərilmişdir.
8. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2-2(113)-193/2024 saylı qətnaməsi ilə iddia ərizəsi rədd edilmişdir .
9. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, xx.xx.2024-cü il tarixli, 3- 16-16/2-10/8029 saylı AR ƏN MEM-nin ekspert rəyinə əsasən qeyri-yaşayış sahəsinin tikililərinin təmirli olduğu, qeyri-yaşayış sahəsinin konstruktiv elementləri üzərində su sızmaya xarakterik hər hansı bir qüsurun olmadığı, bu səbəbdən qeyri-yaşayış sahəsinə su sızmasının texniki səbəbini müəyyən etmək mümkün olmadığı, iş materiallarında qeyriyaşayış sahəsinin kanalizasiya xətlərinə qoşulmasına dair texniki şərt və layihə olmadığından 2-ci sual üzrə tədqiqat aparılmadığı, qeyri-yaşayış sahəsinin ön və sağ tərəfində iki ədəd kanalizasiya quyusunun olduğu, ön tərəfdə kanalizasiya quyusu ilə qeyri-yaşayış sahəsi arasında məsafənin 20 m sol, tərəfdə yerləşən kanalizasiya quyusu ilə qeyri-yaşayış sahəsi arasında məsafənin isə 18 m olduğu, 6-cı sual ekspertin səalhiyyətinə aid olmadığı üçün tədqiqat aparılmadığı, qeyri-yaşayış sahəsinin təmirli olduğu, sahənin konstruktiv elementləri üzərində su sızmaya xarakterik hər hansı bir qüsurun olmadığını nəzərə alaraq, qərardadın yeddinci və səkkizinci sualları üzrə tədqiqat aparılmadığı qeyd olunmuşdur. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, AZ/043602 nömrəli saylı xx.xx.2019-cu il tarixli “Əmlakın yanğından və digər əlavə risklərdən sığorta şəhadətnaməsi” ilə sığorta müqaviləsi bağlanmış və Maraqlı şəxs istifadəsində olan Bakı şəhəri, Suraxanı rayonu, Ziy qəsəbəsinin cənub hissəsində yerləşən 264 №-li aptek sığorta təminatı almışdır. xx.xx.2019-cu il tarixdə Bakı şəhəri, Suraxanı rayonu, Ziğ qəsəbəsinin cənub hissəsində yerləşən "xxxx" MMC-yə məxsus 264 №-li aptekdə kanalizasiya qəzası nəticəsində subasma hadisəsi baş vermiş, nəticədə 14.500 manat sığorta ödənişi həyata keçirilmişdir. Hazırda iddiaçı "xxxx" ASC sığortalı Maraqlı şəxs ödədiyi 14500 manat sığorta ödənişini subroqasiya qaydasında cavabdehlərdən tutulmasını tələb edir. Cavabdeh “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” X4 (əvvəlki adı Cavabdeh2 ASC) sığorta hadisəsinin binanın daxilində baş verən qəzaya görə məsuliyyət daşımadıqlarını bildirir. İddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş videoçəkilişdən və hadisə zamanı aptekdə işləyən şəxslərin və qəza komisarının ifadələrindən də göründüyü kimi subasma hadisəsi sığortalı şəxsə məxsus obyektin daxilində baş vermişdir, çirkli su aptekin sanitar qovşağından gəlirmiş. Qeyri yaşayış sahəsinin daxilində başv-ermiş subasmaya görə də cavabdehlik istehlakçının özünə aid edildiyindən hazırkı iddia tələbinin cavabdeh “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” X4 yönəldilməsini məhkəmə qanunsuz və əsassız hesab etmişdir. Bundan başqa iddia tələbinin ikinci cavabdeh Bakı şəhəri Suraxanı Rayon İcra Hakimiyyətinə münasibətdə məhkəmə hüquqi qiymət verərək hesab etmişdir ki, İcra Hakimiyyətinə qarşı da bu tələb qanunsuz və əsassızdır. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 dekabr 2012-ci il tarixli, 345a Sərəncamında qeyd olunmuşdur ki, “Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 6 iyul tarixli 586 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında dövlət əmlakının idarə edilməsinin təkmilləşdirilməsi üzrə Dövlət Proqramı”na əsasən və su təchizatı, kanalizasiya şəbəkəsi və qurğularının idarə edilməsi məqsədi ilə: Nazirlik, Komitə, şəhər, rayon icra hakimiyyəti orqanları və digər aidiyyəti dövlət təşkilatlarının balansında olan xarici su təchizatı və kanalizasiya şəbəkə qurğuları və həmin təşkilatların mənzil fondunda olan çoxmənzilli yaşayış binaların daxili su təchizatı və kanalizasiya sistemləri Cavabdeh2 Açıq Səhmdar Cəmiyyətinin balansına verilməsi” qərara alınmışdır. Qeyd olunan qərardan göründüyü kimi xarici su təchizatı və kanalizasiya şəbəkə qurğuları Rayon İcra Hakimiyyətinin balansında olmamışdır. Buna görə də iddia tələbi də Rayon İcra hakimiyyətinə münasibətdə də qanuni və əsaslı hesab edilə bilməz. Yuxarıda göstərilən normaların məzmununda da göründüyü kimi subroqasiya nəticəsində sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan şəxsə qarşı malik olduğu zərərin əvəzinin ödənilməsini tələb etmək hüququ sığorta ödənişini vermiş sığortaçıya keçir. Odur ki, hazırkı halda "xxxx" ASC-nin cavabdehlərə qarşı subroqasiya qaydasında tələb irəli sürmək hüququnun yaranması üçün ilk növbədə cavabdehlərin sığorta hadisəsi nəticəsində dəymiş zərərə görə məsuliyyət daşıması, yəni hadisənin cavabdehlər və ya əməllərinə görə cavabdehlərin məsuliyyət daşıdığı digər şəxslər tərəfindən törədilmiş delikt nəticəsində baş verməsi müəyyən edilməlidir. Hazırki işdə həmin hallar müəyyən edilmədi.
10. İddiaçı "xxxx" ASC həmin qətnamədən apellyasiya şikayəti verərək Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(113)-193/2024 saylı qətnaməsinin iddianın cavabdeh “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” X4 münasibətdə rədd edilməsinə dair hissədə ləğv edilməsini və cavabdeh “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” X4 münasibətdə təmin edilməsini xahiş etmişdir.
Apellyasiya şikayətinin dəlilləri:
11. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçı ilə Maraqlı şəxs arasında AZ/043602 nömrəli, xx.xx.2019-cu il tarixli “Əmlakın yanğından və digər əlavə risklərdən sığorta şəhadətnaməsi” ilə sığorta müqaviləsi bağlanmış, Maraqlı şəxs istifadəsində olan Bakı şəhəri, Suraxanı rayonu, Ziğ qəsəbəsinin cənub hissəsində yerləşən 264 №-li aptek sığorta təminatı almışdır. xx.xx.2019-cu il tarixdə Bakı şəhəri, Suraxanı rayonu, Ziğ qəsəbəsinin cənub hissəsində yerləşən "xxxx" MMC-yə məxsus 264 №-li aptekdə kanalizasiya qəzası nəticəsində subasma hadisəsi baş vermiş, nəticədə 14.500.00 manat sığorta ödənişi həyata keçirilmişdir. Maraqlı şəxs tərəfindən "xxxx" ASCyə verilmiş şifahi məlumata əsasən onunla obyektin icarəyə götürüldüyü vaxtdan indiyə qədər Cavabdeh2 ASC arasında obyektə təbii suyun verilməsi barədə müqavilə bağlanmamış, müqavilə ilə su təchizatı və kanalizasiya sisteminin balans mənsubiyyətini müəyyənləşdirən ayırma nöqtəsi müəyyən edilməmiş, tikinti obyektlərinin su təchizatı və tullantı sularının axıdılması sistemlərinə qoşulması məqsədilə layihə sənədlərinin hazırlanmasına əsas verən, su təchizatının və kanalizasiya xidmətlərinin təmin edilməsi ilə bağlı mühəndis-texniki parametrləri özündə əks etdirən texniki sənəd-texniki şərtlər verilməmişdir (iş materiallarında su təchizatı müəssisəsi ilə istehlakçı arasında bağlanmış müqavilə və texniki şərtlərin verilməsini təsdiq edən sənəd mövcud deyil və məhkəmənin qətnamədə istinad etdiyi sübutlar siyahısında həmin sənədlərə istinad edilməmişdir). Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 17 iyul tarixli 262 nömrəli qərarı ilə təsdiq edilmiş “Sudan istifadə Qaydaları”nın 1.2.1-ci bəndinə əsasən mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq, müəyyən ərazi (zona) hüdudlarında su təchizatını və tullantı sularının axıdılmasını təmin edən hüquqi şəxs su təchizatı və kanalizasiya müəssisəsi adlanır. Həmin Qaydaların 1.2.2-ci bəndinə əsasən STKM-in xidmətlərindən istifadə edən hüquqi və ya fiziki şəxs istehlakçı adlanır. “Su təchizatı və tullantı suları haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən tikinti obyektlərinin su təchizatı və tullantı sularının axıdılması sistemlərinə qoşulmasıməqsədilə layihə sənədlərinin hazırlanmasına əsas verən, su təchizatının və kanalizasiya xidmətlərinin təmin edilməsi ilə bağlı mühəndis-texniki parametrləri özündə əks etdirən texniki sənəd texniki şərtlər hesab edilir. Qaydaların 2.1.9.3-cü bəndinə əsasən STKM ilə müqavilə bağlanılmadıqda suyun verilməsinin dayandırılacağı barədə istehlakçıya yazılı bildiriş təqdim edilməli və sudan istifadəyə yol verilməməlidir. Hazırkı halda Bakı şəhəri, Suraxanı rayonu, Ziğ qəsəbəsinin cənub hissəsində yerləşən "xxxx" MMC-yə məxsus 264 №-li aptekin icarəçisi ilə su təchizatı müəssisəsi arasında obyektə təbii suyun verilməsi barədə müqavilə bağlanmadığı və texniki şərtlər müəyyən edilmədiyi üçün cavabdeh müqavilə bağlanmadan və texniki şərtlər müəyyən edilmədən verilən sudan istifadə nəticəsində baş vermiş sığorta hadisəsinə görə məsuliyyət daşıyır. Cinayət hüququndan fərqli olaraq mülki hüquq zərərvuranın təqsir prezumpsiyasını müəyyənləşdirir. Təqsir prezumpsiyasına görə hüququ pozan şəxs özünün təqsirsizliyini sübut edənə kimi, onun təqsirli olması güman edilir, yəni əksi sübut edilənə kimi şəxs mülki hüquq pozuntusu törətməkdə təqsirli sayılır. Məsuliyyətdən azad olmaq üçün zərərvuran təqsirinin olmamasını sübut etməlidir. Deməli, sübutetmə yükünü öhdəliyi pozmuş şəxs çəkir, yəni təqsirin olmadığını öhdəliyi pozmuş şəxs sübuta yetirir (AR MM-ın 448-ci maddəsinin 4-cü bəndi). Təqsir prezumpsiyasına görə zərərçəkən tərəf zərərvuranın təqsirini sübut etməyə borclu deyildir. Zərərçəkən tərəf sübut etməlidir ki, başqa subyektin davranışı nəticəsində onun hüquq və qanunla qorunan mənafeyi pozulmuşdur. Amma təqsir prezumpsiyası zərərçəkəni məhkəməyə zərərvuranın təqsirli olmasını təsdiqləyən sübutlar təqdim etmək imkanından və hüququndan məhrum etmir. Zərərçəkən ona zərər vurulması faktını sübuta yetirməlidir. Bununla yanaşı vurğulanmasını zəruri hesab edirik ki, mülki qanunvericilikdə “Təqsirsiz məsuliyyət” prinsipi də öz əksini tapmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097.3-cü maddəsinə əsasən Qanunla zərərvuranın təqsiri olmadıqda da (obyektiv surətdə hüquqa zidd əməl üçün) zərərin əvəzinin ödənilməsi nəzərdə tutula bilər. Mülki Məcəllənin 1097.3-cü maddəsinə görə, qanunla zərərvuranın təqsiri olmadıqda da (obyektiv surətdə hüquqa zidd əməl üçün) zərərin əvəzinin ödənilməsi nəzərdə tutula bilər. Bu halda şəxs təqsirli olaraq törətmiş olduğu əmələ görə deyil, yaranmış olan zərərli nəticələrə görə müəyyən şərtlər daxilində mülki hüquqi məsuliyyətli hesab edilir. Məhkəmə ilk növbədə qeyd etdikləri halları araşdırmalı, həmin hallara qiymət verməli olduğu halda suyun axma mənbəyini və həmin mənbədən axan suya görə kimin cavabdehlik daşımalı olduğu halları araşdırmış, bununla da məhkəmə araşdırmasını tamamilə yanlış istiqamətdə aparmaqla işin halları üzrə səhv nəticəyə gəlmişdir. Birinci instansiya məhkəməsi su təchizatı müəssisəsi ilə subasma hadisəsi baş vermiş obyektin icarəçisi və ya mülkiyyətçisi arasında təbii suyun verilməsi barədə müqavilənin olub-olmamasını, müqavilə ilə su təchizatı və kanalizasiya sisteminin balans mənsubiyyətini müəyyənləşdirən ayırma nöqtəsinin müəyyən edilib-edilmədiyini, tikinti obyektlərinin su təchizatı və tullantı sularının axıdılması sistemlərinə qoşulması məqsədilə layihə sənədlərinin hazırlanmasına əsas verən, su təchizatının və kanalizasiya xidmətlərinin təmin edilməsi ilə bağlı mühəndis-texniki parametrləri özündə əks etdirən texniki sənəd (texniki şərtlərin) verilib-verilmədiyini araşdırmamış, qeyd edilənlərə əsasən baş vermiş sığorta hadisəsində cavabdeh “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” X4 (əvvəlki adı Cavabdeh2 ASC-yə) hərəkətsizlikdə ifadə olunan təqsirini müəyyən etməmişdir. Göstərilən hallar məhkəmə tərəfindən qətnamənin əsaslandırılmadığını və məhkəmə tərəfindən Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 24 noyabr 2005-ci il tarixli 4 saylı qərarının 2-ci bəndinin tələblərinin pozulduğunu deməyə əsas verir. Qeyd edilən qərarın müvafiq bəndinə əsasən məhkəmə qətnaməsi maddi və prosessual hüquq normalarına dəqiq əməl edilməklə qəbul edildikdə, qanuni hesab edilir. Azərbaycan Respublikası MPM-nin 13.4-cü maddəsinə müvafiq olaraq mübahisə edilən münasibəti tənzimləyən hüquq norması olmadıqda, məhkəmə oxşar münasibətləri tənzimləyən hüquq normalarını tətbiq edir. Belə normalar da olmadıqda, məhkəmə Avropa İnsan Hüquqları Məhkəməsinin təcrübəsinə, presedent hüququna mülki qanunvericiliyin prinsiplərinə istinad etməklə qətnamə qəbul etməyə haqlıdır. Qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin həmin faktlara tətbiq edilən hüquqdan irəli gələn qəti nəticəsi şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Birinci instansiya məhkəməsinin su təchizatı müəssisəsi ilə subasma hadisəsi baş vermiş obyektin icarəçisi və ya mülkiyyətçisi arasında təbii suyun verilməsi barədə müqavilənin olub-olmamasını, müqavilə ilə su təchizatı və kanalizasiya sisteminin balans mənsubiyyətini müəyyənləşdirən ayırma nöqtəsinin müəyyən edilib-edilmədiyini, tikinti obyektlərinin su təchizatı və tullantı sularının axıdılması sistemlərinə qoşulması məqsədilə layihə sənədlərinin hazırlanmasına əsas verən, su təchizatının və kanalizasiya xidmətlərinin təmin edilməsi ilə bağlı mühəndistexniki parametrləri özündə əks etdirən texniki sənəd-texniki şərtlərin verilib-verilmədiyini araşdırması və qeyd edilənlərə əsasən baş vermiş sığorta hadisəsində cavabdeh “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” X4 (əvvəlki adı Cavabdeh2 ASC-yə) hərəkətsizlikdə ifadə olunan təqsirini müəyyən etməməsi məhkəmənin iddianın həmin quruma münasibətdə rədd edilməsinə dair gəldiyi nəticənin işdə olan sübutlarla öz təsdiqini tapmadığını deməyə əsas verir (məhkəmə, ümumiyyətlə, cavabdeh “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” X3 (əvvəlki adı Cavabdeh2 ASC) su təchizatı müəssisəsi ilə istehlakçı arasında bağlanmış müqavilə və texniki şərtlərin verilməsini təsdiq edən sənədləri tələb etməmişdir).
Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri:
12. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları:
13. Məhkəmə iclasında iddiaçının nümayəndəsi apellyasiya şikayətinə uyğun izahat verərək şikayətin təmin edilməsini, qətnamənin ləğv edilməsini, iddianın cavabdeh “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” X4 münasibətdə xahiş etdi.
14. Cavabdehlərin nümayəndəsi ərizə ilə məhkəməyə müraciət edərək məhkəmə iclasının təxirə salınmasını xahiş etmişdir. Məhkəmə MPMin 376.2-ci maddəsinə əsasən şikayətə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq:
15. Mülki Məcəllənin: - 152.11-ci maddəsinə görə əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, mülkiyyətçi ona mənsub əmlakın saxlanması yükünü daşıyır. - 1096-ci maddəsinə görə mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. - 1097.1-ci maddəsinə görə mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. - . 936.1-ci maddəsinə görə subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. - 936.5-ci maddəsinə görə sığortaçı subroqasiya hüququndan zərərvuran şəxsin özünə və (və ya) müvafiq sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış sığortaçıya, həmçinin dəyən zərərə görə sığortalı və ya faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən digər şəxsə qarşı istifadə edə bilər.
16. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 17 iyul tarixli 262 nömrəli qərarı ilə təsdiq edilmiş “Sudan istifadə Qaydaları”nın: -2.1-ci bəndinə əsasən STKM-in (su təchizatı və kanalizasiya müəssisəsi) vəzifələri aşağıdakılardır: -2.1.1. balansında olan su təchizatı və kanalizasiya sistemlərinin və qurğularının lazımi səviyyədə istismarı, təmiri, saxlanması və mühafizəsini təmin etmək; -2.1.3. fiziki şəxs olan istehlakçılar istisna olmaqla, digər istehlakçıların istismarında olan su qurğularına 6 (altı) ayda bir dəfədən az olmayaraq texniki baxış keçirilməsini təmin etmək, nəticələrini 2 nüsxədən ibarət aktla rəsmiləşdirmək və aktın bir nüsxəsini istehlakçıya təqdim etmək; - 9.6. İstehlakçılar kanalizasiya şəbəkə və qurğularının normal istismarı üçün aşağıdakılara əməl etməlidirlər: - 9.6.1. özlərinə məxsus olan kanalizasiya şəbəkələrinin düzgün istismarına və mühafizəsinə;
- 9.6.2. STKM-in kanalizasiya şəbəkəsindən istifadəyə qoyduğu qadağalara; -9.6.3. istifadə edilmiş tullantı sularının axıdılması üzrə xidmətin dəyərinin vaxtında və tam ödənilməsinə; - 9.6.4. suqəbuledici avadanlıqlara bərk əşyaların atılmamasına və zərərli (tezalışan) mayelərin axıdılmamasına; -9.6.5. suqəbuledici avadanlıqların, aidiyyəti üzrə kanalizasiya baxış quyularının normal (normalara uyğun) saxlanılmasına və istismarına; -9.6.6. zirzəmilərdə kanalizasiya dayaqlarının və axıtma borularının sazlığına;
-9.6.7. binanın damındakı kanalizasiya dayağına aid ventilyasiya nəfəsliyinin bağlanmamasına. -9.7-ci bəndinə əsasən istehlakçılar balanslarında olan kanalizasiya baxış quyularının müvafiq qapaqlarla bağlanmasına və qapaqların mühafizəsinə cavabdehlik daşıyırlar. -9.8-ci maddəsinə əsasən kanalizasiya şəbəkəsinin quyuları onların baxılması və istismarı üçün daim yararlı vəziyyətdə saxlanılmalı, onların istismarına mane olan əşya və maddələrin toplanmasına yol verilməməlidir. -9.13-cü bəndlərinə əsasən stehlakçının kanalizasiya sistemindən düzgün istifadə etməməsi nəticəsində kanalizasiya qurğuları sıradan çıxdıqda, onların təmiri və ya tam bərpası istehlakçı tərəfindən təmin edilməlidir. Həmin işlər istehlakçının qüvvəsi ilə STKMin texniki nəzarəti altında aparıla və ya istehlakçının vəsaiti ilə STKM tərəfindən yerinə yetirilə bilər.
17. Mülki Prosessual Məcəllənin:
-77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. -119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. -119.5-ci maddəsinə görə apellyasiya və kassasiya şikayətləri verilməsi ilə əlaqədar işdə iştirak edən şəxslərin çəkdikləri məhkəmə xərcləri də bu Məcəllənin 119.1- 119.4-cü maddələrində göstərilən qaydaya uyğun bölüşdürülür.
Apellyasiya baxışının hədləri:
18. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
19. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.
20. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinin tələblərini, apellyasiya şikayətinin dəlillərini nəzərə alaraq kollegiya qeyd edir ki, iddiaçı tərəfindən qətnamə cavabdeh İri Şəhərlərin Birləşmiş Su təchizatı Xidməti X4 qarşı iddianın rədd edilməsi hissəsində mübahisələndirildiyindən, lakin iddia tələbi bölünməz olduğundan qətnamənin əsaslığı cavabdeh üzrə İri Şəhərlərin Birləşmiş Su təchizatı Xidməti X4 aid olan hissəsində yoxlanılmalıdır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi:
21. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, qətnamə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.
22. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, sığortalı Maraqlı şəxs ilə sığortaçı "xxxx" ASC arasında bağlanmış AZ seriyalı 050293 nömrəli sığorta şəhadətnaməsinə əsasən Maraqlı şəxs məxsus 264 saylı aptekdə yerləşən daşınar əmlak xx.xx.2019-cu ildən xx.xx.2020-ci ilə kimi əmlakın yanğın və digər əlavə risklərdən sığortalanmışdır. Sığorta şəhadətnaməsinin qüvvədə olduğu dövrdə - yəni xx.xx.2019-cü il tarixdə sözügedən qeyri-yaşayış sahəsində subasma hadisəsi baş vermiş və hadisə nəticəsində sığorta predmeti olan daşınar əmlaka zərər dəymişdir. Sığorta müqaviləsinə uyğun olaraq sığortaçı "xxxx" ASC tərəfindən sığortalı Maraqlı şəxs 500 manat azadolma məbləği çıxılmaqla dəymiş zərərə görə 14.500 manat sığorta ödənişi verilmişdir. Hazırda iddiaçı "xxxx" ASC həmin məbləği subroqasiya qaydasında cavabdeh Suraxanı rayon İcra Hakimiyyətindən və İri Şəhərlərin Birləşmiş Su təchizatı Xidməti X3 tələb edir.
23. Hazırkı iddianın qanuni əsasını Mülki Məcəllənin 1096.1, 1097.1 və 936-cı maddələri təşkil edir.
24. Mülki Məcəllənin 936-cı maddəsinin məzmunundan da göründüyü kimi sığorta münasibətlərində subroqasiya dedikdə sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan şəxsə qarşı malik olduğu zərərin əvəzinin ödənilməsini tələb etmək hüququnun sığorta ödənişini vermiş sığortaçıya keçməsi başa düşülür.
25. Beləliklə, subroqasiya qaydasında tələb hüququnun yaranması üçün əvvəlcə zərərçəkmiş şəxsin zərərvuran şəxsə və ya onun əməllərinə görə məsuliyyət daşıyan digər şəxsə qarşı zərərin ödənilməsini tələb etmək hüququ yaranmalı, bundan sonra isə sığortaçının zərərçəkmiş şəxsə zərərin kompensasiyası olaraq sığorta ödənişini ödəməsi nəticəsində həmin tələb hüququ sığorta ödənişi həddində sığortaçıya keçməlidir.
26. Odur ki, subroqasiya qaydasında pul tələblərinə baxılarkən məhkəmə tərəfindən ilk növbədə sığorta hadisəsi nəticəsində zərərçəkmiş şəxsə dəymiş zərərə görə məhz cavabdehin mülki məsuliyyət daşıması, yəni zərərçəkmiş şəxsin cavabdehə qarşı zərərin əvəzinin ödənilməsini tələb etmək hüququnun yaranması müəyyən edilməlidir.
27. Hazırkı halda isə subasma hadisəsinin cavabdeh “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” X6 tərəfindən törədilmiş təqsirli, hüquqa zidd əməl nəticəsində baş verməsi iş materialları ilə öz təsdiqini tapmır.
28. Belə ki, birincisi, subasma hadisəsinin baş verməsi səbəbinin müəyyən edilməsi məqsədilə birinci instansiya məhkəməsi tərəfindən tikinti-texniki ekspertizası təyin edilsə də, ekspert rəyi ilə qeyri-yaşayış sahəsinə su sızmasının texniki səbəbinin müəyyənləşdirilməsi mümkün olmamışdır.
29. İkincisi, iş materiallarına əlavə edilmiş videoçəkilişdən və hadisə zamanı aptekdə işləyən şəxslərin və qəza komissarının ifadələrindən də göründüyü kimi subasma hadisəsi sığortalı şəxsə məxsus obyektin (aptekin) daxilində, aptekin sanitar qovşağından çirkab su axması nəticəsində baş vermişdir.
30. Mülki Məcəllənin 152.11-ci maddəsinin tələbləri baxımından mülkiyyətçi əmlakını, o cümlədən həmin əmlakın daxilində yerləşən kommunikasiya xətlərini yararlı vəziyyətə saxlamalı olduğundan qeyri-yaşayış sahəsinin daxilində baş vermiş qəzaya görə “İri Şəhərlərin Birləşmiş Su təchizatı Xidməti X6”nin məsuliyyət daşıması istisna olunur.
31. Cavabdehlə qəzanın baş verdiyi qeyri-yaşayış sahəsinin mülkiyyətçisi (və ya qanuni sahibi) arasında çirkab suların axıdılması xidmətlərinin göstərilməsinə dair müqavilə bağlanmaması, cavabdeh tərəfindən həmin sahənin kanalizasiya sisteminə dair texniki şərtin verilməməsi, belə olan halda cavabdehin qanunazidd hərəkətsizliyə yol verməsi barədə iddiaçının dəlillərinə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, göstərilən dəlillərin həqiqətəuyğun olması ehtimal edilsə qəzanın qeyri-yaşayış sahəsi mülkiyyətçisinin həmin sahənin daxilində yerləşən komunikasiya xətlərini yararlı vəziyyətdə saxlaması vəzifəsini lazımi qaydada icra etməməsi nəticəsində deyil, məhz cavabdehin hərəkətsizliyi nəticəsində baş verməsi iş materiallarına əsasən müəyyən edilmir. Odur ki, apellyasiya şikayətinin dəlilləri əsassızdır.
32. Mülki hüquqda təşəkkül tapmış təqsirlilik prezumpsiyasına əsasən əksi sübuta yetirilənədək zərərvuran şəxsin zərərin vurulmasında təqsirli olmasının ehtimal edilməsi və belə olan halda təqsirsiz olduğunu sübut etmək yükünün zərərvuranın üzərinə düşməsi barədə iddiaçının dəlillərinə münasibətdə isə qeyd edilməlidir ki, zərərin vurulmasında təqsirli olmamasını sübut etmə yükü o zaman cavabdehin üzərinə qoyula bilər ki, zərərin məhz cavabdehin əməlləri nəticəsində vurulması, yəni cavabdehin zərərvuran şəxs olması müəyyən edilmiş olsun və mübahisə cavabdehin təqsirinin mövcud olub-olmaması ilə bağlı olsun. Hazırkı halda isə maddi zərərin cavabdehin əməlləri, yəni cavabdeh tərəfindən vurulması iş materiallarına əsasən öz təsdiqini tapmadığından təqsirlilik prezumpsiyasına istinad etməklə təqsirli olmadığını sübut etmək vəzifəsinin cavabdehin üzərinə qoyulması istisna olunur.
33. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, iddianın rədd edilməsi barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslıdır.
34. Odur ki, apellyasiya şikayəti təmin edilməməli, qətnamə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.
35. Məhkəmə kollegiyası məhkəmə xərclərinə münasibətdə qeyd edir ki, apellyasiya şikayəti təmin edilmədiyindən həmin şikayət verilərkən ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir.
36. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.1, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
q ə t e t d i:
İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2-2(113)-193/2024 saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayəti üçün ödənilmiş rüsum cavabdehin özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Sədrlik edən: Leyla Əliyeva
Hakimlər: Təranə Mahmudova
Ziya Şirinov