Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-1140/2025 27.11.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X3 Şirinovun sədrliyi və məruzəsi ilə, X7 və X1 ibarət tərkibdə, İsmayılova Elnarə Məyiş qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil1, İddiaçının nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı Cavabdehnə qarşı pu” tələbinə dair iş üzrə Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-2(113)-502/2025 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən kommersiya mübahisəsinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxdı. İŞİN HALLARİ
1. "xxxx" ASC tərəfindəın verilmiş İddiaçı MMC-nin hesabından çıxarışdan görünür ki, Cavabdeh MMC tərəfindən xx.xx.2024-cü il tarixdə 11262,88 manat; xx.xx.2024-cü il tarixdə 8934,12 manat; xx.xx.2024-cü il tarixdə 2768,39 manat; xx.xx.2024-cü il tarixdə 1575,93 manat; xx.xx.2024-cü il tarixdə 2605,51 manat; xx.xx.2024-cü il tarixdə 2222,72 manat; xx.xx.2024-cü il tarixdə 11016,95 manat məbləğində pul vəsaiti İddiaçı MMC-nin hesabına köçürülmüşdür.
2. Vergilər Nazirliyi tərəfindən verilmiş İddiaçı MMC-nin (VÖEN: **********) hesabından çıxarışdan görünür ki, Cavabdeh MMC (VÖEN: **********) tərəfindən xx.xx.2024-cü il tarixdə 1608,14 manat; xx.xx.2024-cü il tarixdə 283,67 manat; xx.xx.2024-cü il tarixdə 498,31 manat; xx.xx.2024-cü il tarixdə 468,99 manat; xx.xx.2024-cü il tarixdə 400,09 manat; xx.xx.2024-cü il tarixdə-1117,54 manat (S.U.H-dan digər S.U.H-a) ; xx.xx.2024-cü il tarixdə 1983,05 manat məbləğində pul vəsaiti İddiaçı MMC-nin hesabına köçürülmüşdür.
3. İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə göndərilmiş pretenziya məktubundan müəyyən olunur ki, İddiaçı MMC-yə olan borcun 10 (on) gün ərzində ödənilməsi tələb edilmiş, əks təqdirdə məhkəməyə müraciət olunacağı ilə bağlı xəbərdarlıq edilmişdir.
Birinci instansiya məhkəməsindəki icraat
4. İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 201958,13 manat borc məbləği və 492 manat dövlət rusumunun cavabdehdən tutularaq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
5. İddia tələbi onunla əsaslandırılmışdır ki, sifarişçi Cavabdeh MMC ilə icraçı İddiaçı MMC arasında xx.xx.2024-cü il tarixdə 358 saylı alqı-satqı müqaviləsi bağlanmışdır. Amma sifarişçi müqavilənin bir nüsxəsini icraçı tərəfə qaytarmamışdır. Alqı-satqı qara qaimə və elektron qaimələrə əsasən həyata keçirilmişdir. Sifarişçi Cavabdeh MMC şərtlərə uyğun olaraq üzərinə götürdüyü öhdəliyin bir qismini icra etmiş və ödəniş tapşırıqlarında qaimə nömrələrindən əlavə, müqavilənin də nomrəsini və tarixini qeyd etmişdir. Amma qaimələrə əsasən qalıq borc olan 201958,13 manat bu günə kimi ödənilməmişdir və cavabdeh qalıq borcu odəməktən imtina edir. Bu səbəbdən İddiaçı MMC ziyanla qarşılaşmışdır. Tərəflər arasındakı münasibətlər müqavilədən irəli gələn öhdəliklər olduğundan hazırkı iş üzrə cavabdeh sifarişçi tərəf olaraq üzərinə götürdüyü öhdəliyi yerinə yetirmədiyi üçün İddiaçı MMC xx.xx.2024-ci il tarixdə hazırkı iş üzrə cavabdeh tərəfə pretenziya məktubu ilə müraciət etmiş, müqavilə öhdəliyi üzrə yaranmış borc məbləğinin ödənilməsi xahiş olunmuşdur.
6. Daha sonra iddiaçı Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsasən məhkəməyə “iddia tələbinin həcminin artırılması” barədə ərizə verərək, cavabdehin müqavilə üzrə ödəməli olduğu 201958,13 manat məbləğində borc, 50000 manat məbləğində cərimə, 492 manat məbləğində dövlət rüsumu olmaqla, ümumilikdə 252450 manat məbləğində pul vəsaitinin tutularaq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
7. Cavabdeh tərəfindən iddiaya etiraz daxil olmuşdur. Etiraz onunla əsaslandırılmışdır ki, iddia tələbi əsassız olduğu üçün təmin edilməməlidir. Belə ki, iddiaçı tərəfindən məhkəməyə iddia tələbinin əsasını təşkil edən sübutlar təqdim edilməmiş, məhkəməyə təhrif olunmuş məlumatlar verilmişdir. İddiaçının idxal etdiyi mallar yararlılıq müddəti başa çatmış mallar olduğu üçün cavabdeh tərəfindən qəbul edilməmiş, geri qaytarılmış, bəzi qaimələr üzrə mallar isə ümumiyyətlə təqdim edilməmişdir. Bununla əlaqədar rəsmi dövlət orqanları tərəfindən də yoxlamalar aparılmış, iddiaçının fəaliyyətində nöqsanlar aşkar edilmişdir. İddiaçının təqdim etdiyi elektron qaimələr sistem tərəfindən təsdiq edilmiş, cavabdehin hər hansı iradə ifadəsi olmamışdır. Qəbul edilməyən və geri qaytarılan mallarla bağlı iddiaçıya bildirilmiş, iddiaçı da bunu qəbul etmişdir. Lakin sonradan tərəflər arasında işgüzar münasibətlər pozulduğu üçün məhkəməyə borc tələbi ilə bağlı müraciət edilmişdir. Hətta təqdim edilən satış qaimələri də iddiaçı tərəfindən təhrif edilmişdir. Belə ki, xx.xx.2024-cü il tarixli, UT-11844 nömrəli satış qaiməsi guya cavabdehin işçisi Abaslı M. tərəfindən imzalanaraq malların qəbul edildiyi göstərilmişdir. Halbuki həmin qaimənin əslini məhkəməyə təqdim etdikdə aydın olur ki, cavabdeh tərəf 1238 ədəd mal qəbulunu həyata keçirmiş, buna uyğun ödəniş etmiş, digər malları qəbul etməmiş və qaiməni yalnız təhvil verən qismində iddiaçının əməkdaşı imzalamış, cavabdeh tərəfindən imzalanmamışdır. Bu qaimədə qeyd edilən şəxs cavabdehin anbarı Abaslı Məhəmməddir və həmin şəxsin adından satış qaimələrində imzalar çəkilmişdir. Eləcə də, iddiaçı tərəfindən təqdim edilən xx.xx.2024-cü il tarixli, 11198 saylı qaimə, xx.xx.2024-cü il tarixli, 12378 saylı qaimə və xx.xx.2024-cü il tarixli, 12422 saylı qaimələrdə malların cavabdehin əməkdaşı qismində Samir adlı şəxs tərəfindən qəbul edildiyi göstərilmişdir. Cavabdehin Samir adında yeganə əməkdaşı direktor Qanuni nümayəndədir. Həmin şəxs də aydın məsələdir ki, malların qəbulunu həyata keçirmir, bununla anbardarlar məşğul olur. Göründüyü kimi, iddiaçı onun da əvəzinə imza çəkməklə malların təhvil alındığı görüntüsünü yaratmağa çalışmışdır. Bunlarla əlaqədar məhkəməyə ekspertiza keçirilməsi barədə vəsatət də etirazla birlikdə təqdim olunur. Həmçinin xx.xx.2024-cü il tarixli, 11593 saylı qaimə, xx.xx.2024-cü il tarixli, 12229 saylı qaimə, xx.xx.2024cü il tarixli, 13296 saylı qaimə, xx.xx.2024-cü il tarixli, 13475 saylı qaimə və xx.xx.2024-cü il tarixli, 15547 saylı qaimələrdə təhvil alan qismində hər hansı şəxsin adı qeyd edilməmiş, yalnız qeyri-müəyyən imzalar çəkilmişdir. Eləcə də, xx.xx.2024-cü il tarixli, 13296 saylı qaimə və xx.xx.2024-cü il tarixli, 15633 saylı qaimədə təhvil alan qismində hər hansı ad və ya imza qeyd edilməmiş, xx.xx.2024-cü il tarixli, 13720 saylı qaimədə isə həm təhvil verən, həm təhvil alan hissələrində hər hansı qeyd mövcud deyil.
8. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2025-ci il tarixli, 4/135 saylı ekspert rəyindən görünür ki, 1.1. Ekspertizaya təqdim edilmiş, işin 59-cu vrəqində olan 16 aprel 2024-cü il tarixli UT-9016 nömrəli, 60-cı vərəqində olan 16 aprel 2024-cü il tarixli UT-9017 nömrəli, 61-ci vərəqində olan 16 aprel 2024-cü il tarixli UT-9018 nömrəli, 62-ci vərəqində olan 16 aprel 2024-cü il tarixli UT-9030 nömrəli, 63-cü vərəqində olan 17 aprel 2024-cü il tarixli UT-9106 nömrəli, 64-cü vərəqində olan 17 aprel 2024-cü il tarixli UT-9111 nömrəli, 82-ci vərəqində olan 7 may 2024-cü il tarixli UT-10537 nömrəli, 83-cü vərəqində olan 7 may 2024-cü il tarixli UT-10536 nömrəli, 87-ci vərəqində olan 9 may 2024-cü il tarixli UT-10697 nömrəli, 106-cı vərəqində olan 28 may 2024-cü il tarixli UT-12229 nömrəli, 115-ci vərəqində olan 10 iyun 2024-cü il tarixli UT-13296 nömrəli (“Ümumi: 593,96” yazılan) qaimədə, 116-cı vərəqində olan 12 iyun 2024-cü il tarixli UT-13475 nömrəli malların satışı qaimələrində “Təhvil aldı” qrafalarındakı (təhvil alanın soyadı, adı qeyd edilməmiş, lakin imza çəkilmiş) imzalar ilə işin 65-ci vərəqində olan 18 aprel 2024-cü il tarixli UT-9116 nömrəli, 66-cı vərəqində olan 20 aprel 2024-cü il tarixli UT-9311 nömrəli, 67-ci vərəqində olan 20 aprel 2024-cü il tarixli UT-9312 nömrəli, 69-cu vərəqində olan 23 aprel 2024-cü il tarixli UT-9555 nömrəli, 70-ci vərəqində olan 23 aprel 2024-cü il tarixli UT-9558 nömrəli, 71-ci vərəqində olan 23 aprel 2024-cü il tarixli UT-9556 nömrəli, 72-ci vərəqində olan 23 aprel 2024-cü il tarixli UT-9559 nömrəli, 73-cü vərəqində olan 24 aprel 2024cü il tarixli UT-9615 nömrəli, 74-cü vərəqində olan 24 aprel 2024-cü il tarixli UT-9614 nömrəli, 75ci vərəqində olan 26 aprel 2024-cü il tarixli UT9757 nömrəli, 76-cı vərəqində olan 27 aprel 2024cü il tarixli UT-9825 nömrəli, 77-ci vərəqində olan 29 aprel 2024-cü il tarixli UT-9900 nömrəli, 96cı vərəqində olan 14 may 2024-cü il tarixli UT-11070 nömrəli, 99-cu vərəqində olan 17 may 2024cü il tarixli UT11364 nömrəli malların qaimələrində “Təhvil aldı” qrafalarında “Məhəmməd” əlyazmaları qarşısındakı imzalar, 103-cü vərəqində olan 23 may 2024-cü il tarixli UT-11844 nömrəli, 104-cü vərəqində olan 24 may 2024-cü il tarixli, UT-11931 nömrəli, 105-ci vərəqində olan 24 may 2024-cü il tarixli, UT-11932 nömrəli malların satışı qaimələrində “Təhvil aldı” qrafalarında “Abaslı.M” əlyazmaları qarşısındakı imzalar, 118-ci vərəqində olan 15 iyun 2024-cü il tarixli, UT-13720 nömrəli,120-ci vərəqində olan 18 iyun 2024-cü il tarixli UT13834 nömrəli, 121-ci vərəqində olan 25 iyun 2024-cü il tarixli UT-14342 nömrəli, 122-ci vərəqində olan 26 iyun 2024cü il tarixli UT-14415 nömrəli, 123-cü vərəqində olan 3 iyul 2024-cü il tarixli UT-14856 nömrəli, 124-cü vərəqində olan 6 iyul 2024-cü il tarixli UT15141 nömrəli, 126-cı vərəqində olan 13 iyul 2024-cü il tarixli UT-15633 nömrəli malların satışı qaimələrində “Təhvil aldı” qrafalarında müvafiq olaraq “Məhəmməd” və “Məhəmməd A.” əlyazmaları qarşısındakı imzalar - eyni şəxs tərəfindən icra olunmuşdur. 1.2. Ekspertizaya təqdim edilmiş, İşin 100-cü vərəqində olan 20 may 2024-cü il tarixli UT11593 nömrəli qaimədə “Təhvil aldı” qrafasındakı (təhvil alanın soyadı, adı qeyd edilməmiş, lakin imza çəkilmiş) imza ilə işin 81-ci vərəqində olan 6 may 2024-cü il tarixli UT- 10485 nömrəli, 86-cı vərəqində olan 9 may 2024-cü il tarixli UT-10708 nömrəli, 88-ci vərəqində olan 9 may 2024-cü il tarixli UT-10712 nömrəli, 89-cu vərəqində olan 10 may 2024-cü il tarixli UT-10733 nömrəli, 94-cü vərəqində olan 11 may 2024-cü il tarixli UT10864 nömrəli, 95-ci vərəqində olan 13 may 2024-cü il tarixli UT-10993 nömrəli, 98-ci vərəqində olan 17 may 2024-cü il tarixli UT-11362 nömrəli, 108-ci vərəqində olan 30 may 2024-cü il tarixli UT-12382 nömrəli, 109cu vərəqində olan 31 may 2024-cü il tarixli UT12398 nömrəli malların satışı qaimələrində “Təhvil aldı” qrafalarında “Məhəmməd” əlyazmaları qarşısındakı imzalar - eyni şəxs tərəfindən icra olunmuşdur. 2. Ekspertizaya təqdim edilmiş, işin 125-ci vərəqində olan 12 iyul 2024-cü il tarixli UT-15547 nömrəli malların satışı qaiməsində “Təhvil aldı” qrafasındakı (təhvil alanın soyadı, adı qeyd edilməmiş, lakin imza çəkilmiş) imza ilə nəticənin “1.1." bəndində göstərilən imzaların - eyni şəxs tərəfindən icra olunub-olunmamasını tədqiqat prosesinin təsviri hissəsinin 2-ci bəndində göstərilən səbəblərə görə müəyyən etmək mümkün olmadı.
9. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-2(113)-502/2025 nömrəli qətnaməsi ilə iddianın qismən təmin edilməsi, Cavabdehndən 190213,50 manat (yüz doxsan min iki yüz on üç manat əlli qəpik) borc və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 371,40 manat (üç yüz yetmiş bir manat qırx qəpik) olmaqla, ümumilikdə 190584,90 manat (yüz doxsan min beş yüz səkən dörd manat doxsan qəpik) məbləğində pul vəsaiti İddiaçı xeyrinə tutulması,iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir.
10. Məhkəmə mövqeyini onunla əsaslandırmışdır ki, məhkəmə iclasında şahid qismində dindirilən X2 Ozal Qalib oğlu, X4 verdiyi ifadələrində malların cavabdehin anbarına təhvil verilməsini təsdiq etmişlər. 10. Məhkəməyə iddia tələbinin əsasın təşkil edən, maliyyə arayışında göstərilən elektron qaimələr təqdim edilmişdir. Məhkəmə qanunvericilik normalarını, cavabdehin qəbul etdiyi malın əvəzində müəyyənləşdirilmiş pul məbləğini iddiaçıya ödəmək vəzifəsi daşımasını, iddiaçının isə həmin məbləğin ödənilməsini cavabdehdən tələb etmək hüququna malik olmasını nəzərə alaraq hesab edir ki, iddia göstərilən hissədə qismən təmin edilməli və Cavabdeh MMC-dən 190213,50 manat (yüz doxsan min iki yüz on üç manat əlli qəpik) məbləğində pul vəsaiti tutularaq iddiaçıya ödənilməli, qalan hissədə isə təmin edilməməlidir. Belə ki, maliyyə arayışında göstərilən elektron qaimələr üzrə ümumilikdə məbləğ 237149,65 manat, həmin arayışa əsasən ödənilən məbləğ 46936,15 manat olmuşdur (248894,28- 201958,13=46936,15, nəzərə alınır ki, arayışda göstərilən ödənişin məbləği təqdim edilən sənədlər üzrə hesablanan məbləğdən daha artıqdır, ona görə ödənişlə bağlı arayışdakı məlumat əsas götürülür). Daha artıq ödənişin edilməsi ilə bağlı sübutlar məhkəməyə təqdim edilməmişdir. Belə olan təqdirdə qalıq məbləğ 190213,50 manat (237149,65-46936,15=190213,52) təşkil edəcək. 105. Məhkəmə hesab edir ki, cavabdehin etirazı əsassız sayılmalıdır. Belə ki, malların təhvil verilməsi işdə olan sübutlarla (malların satışı qaimələri, elektron qaimələr, ödəniş sənədləri, şahid ifadələri, ekspert rəyi) öz təsdiqini tapır. Eyni zamanda müəyyən edilmişdir ki, malların satış qaimələri tərəflərin işçiləri tərəfindən imzalanaraq malların təhvil-təslimi edilmişdir. Eyni zamanda nəzərə alınır ki, mübahisəli olan, məbləği 106806 manat olan xx.xx.2024-cü il tarixli, EBED seriyalı, 533000 nömrəli elektron qaiməni cavabdeh qəbul edərək, etiraz etməyərək, həmin qaimədən qismən ödəniş etmişdir. Ona görə həmin qaimə üzrə malların təhvil verilmədiyini bildirərərək edilən etiraz əsassız sayılmalıdır. 106. İddia tələbinin digər hissəsi cavabdehdən 50000 manat məbləğində cərimə borcunun tutulmasından ibarətdir. 107. İddia tələbinin göstərilən hissəsinə münasibətdə məhkəmə hesab edir ki, tərəflər arasında müqavilə münasibətləri mövcud olsa da, yazılı müqavilə məhkəməyə təqdim edilmədiyindən, həmin müqavilə üzrə tərəflərin öz aralarında müqavilə üzrə öhdəliklərin gecikdiriləcəyi halında cərimə məbləğinin hesablancağını nəzərdə tutulubtutulmadığını müəyyən etmək mümkün olmadığından, hazırkı halda cərimə məbləği cavabdehdən tutula bilməz və iddia tələbi göstərilən hissədə təmin edilməməlidir.
11. Cavabdeh qətnamədən apellyasiya şikayəti verərək, Bakı kommersiya məhkəməsinin 23 iyun 2025-ci iltarixli, e-2-2(113)-502/2025 saylı qətnaməsini ləğv edib, iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ
a) Apellyasiya şikayətlərinin dəlilləri
12. Cavabdeh apellyasiya şikayəti belə əsaslandırılmışdır ki, iddiaçının idxal etdiyi mallar yararlılıq müddəti başa çatmış mallar olduğu üçün cavabdeh tərəfindən qəbul edilməmiş, geri qaytarılmışdır. Bununla əlaqədar rəsmi dövlət orqanları tərəfindən də yoxlamalar aparılmış, iddiaçının fəaliyyətində nöqsanlar aşkar edilmişdir. Həmin rəsmi məlumatlar birinci instansiya məhkəməsində də təqdim edilmiş, hazırda da şikayətdə qeyd edilir. İddiaçının təqdim etdiyi elektron qaimələr sistem tərəfindən təsdiq edilmiş, cavabdehin hər hansı iradə ifadəsi olmamışdır. Qəbul edilməyən və geri qaytarılan mallarla bağlı iddiaçıya bildirilmiş, iddiaçı da bunu qəbul etmişdir. Lakin sonradan tərəflər arasında işgüzar münasibətlər pozulduğu üçün məhkəməyə borctələbi ilə bağlı müraciət edilmişdir. Həttatəqdim edilən satış qaimələri də iddiaçı tərəfindən təhrif edilmişdir. Belə ki, xx.xx.2024-cü il tarixli, UT-11844 nömrəli satış qaiməsi guya cavabdehin işçisi Abaslı M. tərəfindən imzalanaraq malların qəbul edildiyi göstərilmişdir. Halbuki həmin qaimənin əslini məhkəməyə təqdim etdikdə aydın olur ki,cavabdeh tərəf 1238 ədəd mal qəbulunu həyata keçirmiş, buna uyğun ödəniş etmiş, digər malları qəbul etməmiş və qaiməni yalnız təhvil verən qismində iddiaçının əməkdaşı imzalamış, cavabdeh tərəfindən imzalanmamışdır. Bu qaimədə qeyd edilən şəxs cavabdehin anbarı Abaslı Məhəmməddir və həmin şəxsin adından satış qaimələrində imzalar çəkilmişdir. Eləcə də iddiaçı tərəfindən təqdim edilən xx.xx.2024-cü il tarixli, 11198 saylı qaimə, xx.xx.2024-cü il tarixli, 12378 saylı qaimə və xx.xx.2024-cü il tarixli, 12422 saylı qaimələrdə malların cavabdehin əməkdaşı qismində Samir adlı şəxs tərəfindən qəbul edildiyi göstərilmişdir. Cavabdehin Samir adında yeganə əməkdaşı direktor Qanuni nümayəndədir. Həmin şəxs də aydın məsələdir ki, malların qəbulunu həyata keçirməmişdir. Həmçinin, xx.xx.2024-cü il tarixli, 11593 saylı qaimə, xx.xx.2024-cü il tarixli, 12229 saylı qaimə, xx.xx.2024-cü iltarixli, 13296 saylı qaimə, xx.xx.2024-cü il tarixli, 13475 saylı qaimə və xx.xx.2024-cü il tarixli, 15547 saylı qaimələrdə təhvil alan qismində hər hansı şəxsin adı qeyd edilməmiş, yalnız qeyri-müəyyən imzalar çəkilmişdir. Eləcə də, xx.xx.2024-cü il tarixli, 13296 saylı qaimə və xx.xx.2024-cü il tarixli, 15633 saylı qaimə təhvil alan qismində hər hansı ad və ya imza qeyd edilməmiş, xx.xx.2024-cü il tarixli, 13720 saylı qaimə isə həm təhvil verən, həm təhvil alan hissələrində hər hansı qeyd mövcud deyil. Buna baxmayaraq, məhkəmə həmin qaimələri etibarlı sənəd kimi qəbul etmiş, pul öhdəliyinin yaranması üçün əsas hesab etmişdir. Nəzərə almaq lazımdır ki, tərəflər arasında müqavilə olmadığına görə iddiaçı tərəf yalnız bu aktlara istinad etmişdir. b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
Apellyasiya şikayətinə qarşı etiraz daxil olmuşdır.
13. Etiraz onun əsaslandırlımışdı ki, Belə ki, satıcı Cavabdeh MMC ilə alıcı İddiaçı MMC arasında xx.xx.2024-ci il tarixdə 358 saylı “Alqı-satqı” müqaviləsinin bağlanmış olması işin mübahisəsiz halıdır. Bunu məhkəməyə tərəfimizdən təqdim edilən sübutlar və cavabdehin məhkəmə prosesində vermiş olduğu izahatlar təsdiq edir.malların təhvil verilməsi işdə olan sübutlarla (malların satışı qaimələri, elektron qaimələr, ödəniş sənədləri, şahid ifadələri, ekspert rəyi) öz təsdiqini tapır. Eyni zamanda müəyyən edilmişdir ki, malların satış qaimələri tərəflərin işçiləri tərəfindən imzalanaraq malların təhvil-təslimi edilmişdir. Eyni zamanda, mübahisəli olan, məbləği 106806 manat olan xx.xx.2024-cü il tarixli, EBED seriyalı, 533000 nömrəli elektron qaiməni cavabdeh qəbul edərək, etiraz etməyərək, həmin qaimədən qismən ödəniş etmişdir. Ona görə həmin qaimə üzrə malların təhvil verilmədiyini bildirərərək edilən etiraz əsassız sayılmalıdır Cavabdeh qəbul edilməyən və geri qaytarılan malların mövcud olduğunu iddia etsə də bunu təsdiq edən akt və geri qaytarma barədə qaiməni məhkəməyə təqdim etməmiş, hətta məhkəmə iclasında subutlarının olmadığlnı etiraf etmişlər. xx.xx.2024-cü il tarixli, UT-11844 nömrəli satış qaiməsi guya cavabdehin işçisi Abaslı M. tərəfindən imzalanaraq malların qəbul edildiyi göstərilmişdir. Halbuki həmin qaimənin əslini məhkəməyə təqdim etdikdə aydın olur ki, cavabdeh tərəf 1238 ədəd mal qəbulunu həyata keçirmiş, buna uyğun ödəniş etmiş, digər malları qəbul etməmiş və qaiməni yalnız təhvil verən qismində iddiaçının əməkdaşı imzalamış, cavabdeh tərəfindən imzalanmamışdır. Bu qaimədə qeyd edilən şəxs cavabdehin anbarı Abaslı Məhəmməddir və həmin şəxsin adından satış qaimələrində imzalar çəkilmişdir. Eləcə də iddiaçı tərəfindən təqdim edilən xx.xx.2024-cü il tarixli, 11198 saylı qaimə, xx.xx.2024-cü il tarixli, 12378 saylı qaimə və xx.xx.2024-cü il tarixli, 12422 saylı qaimələrdə malların cavabdehin əməkdaşı qismində Samir adlı şəxs tərəfindən qəbul edildiyi göstərilmişdir. Cavabdehin Samir adında yeganə əməkdaşı direktor Qanuni nümayəndədir. Həmin şəxs də aydın məsələdir ki, malların qəbulunu həyata keçirməmişdir. Həmçinin, xx.xx.2024-cü il tarixli, 11593 saylı qaimə, xx.xx.2024cü il tarixli, 12229 saylı qaimə, xx.xx.2024-cü iltarixli, 13296 saylı qaimə, xx.xx.2024-cü iltarixli, 13475 saylı qaimə və xx.xx.2024-cü il tarixli, 15547 saylı qaimələrdə təhvil alan qismində hər hansı şəxsin adı qeyd edilməmiş, yalnız qeyri müəyyən imzalar çəkilmişdir. 4. Eləcə də, xx.xx.2024-cü il tarixli, 13296 saylıqaimə və xx.xx.2024-cü il tarixli, 15633 saylı qaimə təhvil alan qismində hər hansı ad və yaimza qeyd edilməmiş, xx.xx.2024-cü il tarixli, 13720 saylı qaimə isə həm təhvil verən, həm təhvilalan hissələrində hər hansı qeyd mövcud deyil. Buna baxmayaraq, məhkəmə həmin qaimələri etibarlı sənəd kimi qəbul etmiş, pul öhdəliyinin yaranması üçün əsas hesab etmişdir. Nəzərə almaq lazımdır ki, tərəflər arasında müqavilə olmadığına görə iddiaçı tərəf yalnız bu aktlara istinad etmişdir.- Cavabdehin 3. Və digər sonrakı bəndlərdə qeyd etdiyi halların tamamılə əsasız olması Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2025-ci il tarixli, 4/135 saylı ekspert rəyində öz təsdiqini tapmışdır. Belə ki, rəydə bildirilir ki, cavabdehin qeyd etdiyi qaimələrdəki imzalar eyni şəxs tərəfindən icra olunmuşdur.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
14. Məhkəmə iddiaçının nümayəndəsi və vəkili Vəkil1, iddiaçının nümayəndəsi Nümayəndə apellyasiya şikayətinı etiraz edərək, şikayətin təmin edilməməsini xahiş etdi.
15. Cavabdehlərə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, onlar məhkəməyə gəlməmiş, gəlməməklərinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə onların iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir.
TƏTBİQ EDİLƏN HÜQUQ Azərbaycan Respublikasının Mülki Məcəlləsi
16. Maddə 5.3. Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar.
17. Maddə 14.2.1. Qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlər mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarındandır.
18. Maddə 385. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməli, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
19. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.
20. Maddə 390.1. Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər.
21. Maddə 404. Müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır. Bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır.
22. Maddə 425. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir.
23. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Bu mənada, öhdəliyin pozulması dedikdə öhdəliyin tərkibini təşkil edən hərəkətlərin ümumiyyətlə yerinə yetirilməməsi, lazımınca icra edilməməsi dedikdə isə vaxtında icra edilməməsi, xammalın, işin və xidmətin qüsurlu icrası və ya öhdəliyin tərkibini müəyyən edən digər şərtlərin pozulması başa düşülməlidir.
24. Maddə 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur.
25. Maddə 567. Alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.
26. Maddə 568.1. Satıcı alğı-satqı müqaviləsində nəzərdə tutulan əşyanı alıcıya verməyə borcludur.
27. Maddə 568.2. Əgər alğı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, satıcı əşyanı alıcıya verməklə bir vaxtda onun ləvazimatını, habelə əşyaya aid olan, qanunvericilikdə və ya müqavilədə nəzərdə tutulan sənədləri də (texniki pasportu, keyfiyyət sertifikatını, istismar təlimatını və i.a.) verməyə borcludur.
28. Maddə 569.1. Satıcının əşyanı alıcıya vermək vəzifəsinin icrası müddəti alğı-satqı müqaviləsi ilə, müqavilə həmin müddəti müəyyənləşdirməyə imkan vermədikdə isə bu Məcəllənin 427-ci maddəsində nəzərdə tutulan qaydalara uyğun müəyyənləşdirilir.
29. Maddə 575.1. Əgər satıcı satılmış əşyanı alıcıya verməkdən imtina edirsə, alıcı alğısatqı müqaviləsinin icrasından imtina edə bilər.
30. Maddə 599.1. Alğı-satqı müqaviləsində alıcının əşyanı satıcıdan almazdan əvvəl tam və ya qismən ödəmək (qabaqcadan ödəniş) vəzifəsinin nəzərdə tutulduğu hallarda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçir.
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
31. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
32. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
33. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
34. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
35. Maddə 385. Məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; 385.1.2. məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; 385.1.3. birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi; 385.1.4. birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi.
36. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 fevral 2021-ci il tarixli 26 nömrəli Qərarı ilə təsdiq edilmiş “Elektron qaimə-fakturanın forması, tətbiqi, uçotu və istifadəsi Qaydaları”
37. Bənd 1.2. Elektron qaimə-faktura bu Qaydalara uyğun olaraq tərtib edilən və elektron formada hazırlanaraq vergi orqanında uçotda olan şəxslərə göndərilən və ya malların təsərrüfatdaxili yerdəyişməsinin rəsmiləşdirilməsini təsdiq edən ilkin uçot sənədidir.
38. Bənd 3.1. Vergi ödəyicisi bu Qaydaların 2.2.10-cu yarımbəndində nəzərdə tutulan elektron qaimə-faktura istisna olmaqla, digər elektron qaimə-fakturanı elektron formada göndərir. Vergi ödəyicisi bu Qaydaların 2.2.10-cu yarımbəndində qeyd olunan elektron qaiməfakturanı elektron formada tərtib edərək təsdiq edir.
39. Bənd 3.2. Elektron qaimə-faktura (bu Qaydaların 2.2.10-cu yarımbəndində qeyd olunan elektron qaimə-faktura istisna olmaqla) vergi ödəyicisi tərəfindən müvafiq qaydada hazırlanıb təsdiq edildikdə, Portal vasitəsilə avtomatik olaraq qəbul edənin bu səhifədə yaradılmış elektron kabinetinə göndərilir.
40. Bənd 3.3. Cari elektron qaimə-faktura (bu Qaydaların 2.2.10-cu yarımbəndində qeyd olunan elektron qaimə-faktura istisna olmaqla) göndərildiyi vaxtdan 5 (beş) gün müddətində qəbuledən tərəfindən düzəliş üçün qaytarıla və ya təsdiqlənə bilər. Düzəliş üçün qaytarılmış elektron qaimə-faktura göndərən tərəfindən düzəliş edildikdən sonra yenidən təqdim oluna bilər.
41. Bənd 3.4. Bu Qaydaların 2.2.2-ci, 2.2.3-cü, 2.2.6-сı, 2.2.9-cu və 2.2.10cu yarımbəndlərində qeyd olunan elektron qaimə-faktura növləri istisna olmaqla, cari elektron qaimə-faktura 5 (beş) gün müddətində qəbuledən tərəfindən təsdiq edilmədikdə (düzəliş üçün qaytarılmış elektron qaimə-fakturalara münasibətdə düzəliş edilərək, təqdim olunduqdan sonra 5 (beş) gün müddətində), həmin elektron qaimə-faktura proqram təminatı tərəfindən təsdiq edilir.
APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ
42. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.
43. Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəasını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırki halda apellyasiya baxışının hədlərini qətnamənin iddianın təmin olunan hissədə yoxlanılması təşkil edir.
APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
44. Kollegiya birinci instansiya məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşır və dəlilləri iddiaya etirazın dəlilləri ilə eyni olan apellyasiya şikayətində irəli sürülənlərlə bağlı əlavə əsaslandırma aparılmasına zərurət görmür.
45. Belə ki, İşin müəyyən olunmuş hallarından göründüyü kimi, tərəflər arasında alqı-satqı müqaviləsi bağlanmış və həmin müqavilədən irəli gələn öhdəlik hüquq münasibətləri mövcud olmuşdur.
46. Məhkəmə kollegiyası apellyasiya şikayətinin xx.xx.2024-cü il tarixli, UT-11844 nömrəli satış qaiməsi ilə bağlı dəlilinə münasibətdə qeyd edir ki, qaiməyə baxış keçirdikdə təhvil aldı qrafasında heç bir imza edilmədiyi, lakin Cavabdeh tərəfidən 1238 malın qəbul edildiyi, 13.000 min AZN ödəniş edildiyi qeyd olunmuşdur. Cavabdeh qalan malları qəbul etmədiyini bildirsədə, nə qaiməni geri qaytarmasına, mübahsiləndirməsinə dair hər hansı sübut məhkəmə təqdim etməmişdir.
47. Apellyator xx.xx.2024-cü il tarixli, 11198 saylı, xx.xx.2024-cü il tarixli, 12378 saylı və xx.xx.2024-cü il tarixli, 12422 saylı qaimələrdə malların cavabdehin əməkdaşı Samir adlı şəxs tərəfindən qəbul edildiyi, cavabdehin Samir adında yeganə əməkdaşı direktor Qanuni nümayəndə olduğunu, direktorun mal qəbul etməyini bilirmişdir. Kollegiya qeyd etmək istəyir ki, nə qanunvericilikdə, nə də işgüzar münasibətlərdə direktor tərəfindən mal qəbul edilməsinə hər hansı məhdudiyyət nəzərdə tutulmamışdır.
48. İşin hallarından, cavabdehin təqdim edildiyini mübahisələndirmədiyi əvvəlki mallar üçün də tərəflərindən imzalanmamış qaimələr (xx.xx.2024-cü il tarixli, UT-11844 nömrəli) üzrədə ödəniş edildiyini qəbul etmişdir. Tərəflər arasında işgüzar münasibətlərin elektron qaimələrin göndərilməsi və qaimə kontekstində formalaşdığı aydın olur.
49. Tərəflər arasında işgüzar adətlər (lex mercatoria) kommersiya subyektləri arasında geniş istifadə edilən institutdur və mülki qanunvericilikdə bu cür adətlərin tərəflər arasında müqavilədən qabaqkı və müqavilədən sonrakı münasibətlərin şərh edilməsi zamanı istifadə edilməsi təsbit olunmuşdur.
50. Müqavilənin şərtləri təfsir edilərkən, eləcə də müqavilə tərəflərinin hüquq və vəzifələrini həyata keçirib-keçrmədikləri aydınlaşdırıldığı zaman, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər nəzərə alınmalıdır (§ 21).
51. Konstitusiya Məhkəməsinin Plenumu da qeyd etmişdir ki, “...lazımi qaydada tərtib olunaraq göndərilmiş və ləğv olunmamış və ya mübahisələndirilməmiş elektron vergi-hesab fakturaları öz-özlüyündə malların təqdim olunmasını, işlərin görülməsini, xidmətlərin göstərilməsini birbaşa təsdiq etmir və hər bir halda iddianın əsasını təşkil edən müqavilənin şərtləri, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, öhdəliklərin icrasının rəsmiləşdirilməsi üsulu nəzərə alınmaqla məhkəmələr tərəfindən işdəki digər sübutlarla əlaqəli şəkildə qiymətləndirilməlidir” ("xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru H.Əliyevin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının 9 fevral 2021-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 20 aprel 2022-ci il tarixli Qərar).
52. Ali Məhkəmənin bir sıra qərarlarında da sərgilənən mövqeyə görə, tərəflər arasında münasibətlər təhlil edilərkən onlar arasındakı işgüzar adətlərə xüsusi önəm verilməlidir. Bu halda tərəflər arasında yaranmış işgüzar adətlərin müqavilə üzrə və müqavilədən kənar olmasına1, işgüzar münasibətlərin kommersiya fəaliyyətinin hansı sahəsinə aid olmasına2, bu cür münasibətlərin davamlı və ardıcıl xarakter daşıyıb-daşımamasına3, eləcə də tərəflərin işgüzar münasibətlərinə hansı həddə əməl edilib-edilməməsinə qiymət verilməsi zəruridir.
53. Göründüyü kimi, işgüzar adətlərin tərəflər arasında bağlanmış müqavilənin şərtlərinin və onların hərəkətlərinin şərh edilməsi zamanı istifadəsinin mümkünlüyü həm qanunvericilikdə, həm də məhkəmə təcrübəsində təsbit edilmişdir.
54. Qeyd edilənləri nəzərə alaraq kollegiya belə nəticəyə gəlir ki, məhz cavabdeh, təqdim olunmuş əvvəllər mübahisləndirlmədiyi hazırda mübahisələndirdiyi elektron-qaimə fakturalar üzrə malların təqdim edilmədiyini sübuta yetirməlidir.
55. Cavabdeh bununla bağlı hər hansı mötəbər sübut təqdim etməmişdir.
56. Sübutetmə dedikdə, iddianın əsaslandığı hüququn və ya buna qarşı etirazın söykəndiyi halların (hadisələrin) olub-olmadığı haqqında məhkəmənin qənaətə gəlməsi üçün həyata keçirilən prosessual fəaliyyət başa düşülür. Bu baxımdan sübutetmənin predmetini tərəflərin mübahisələndirdikləri hal(lar) təşkil edir. O mübahisəli hallar ki, qanunverici onların mövcud olub-olmamasına hüquqi bir nəticə bağlayır. Başqa sözlə, hansısa halın baş veribverməməsi şəxsin hüququnun yaranması, itirilməsi və s. kimi hüquqi nəticə yaradır. Məhz bu cür halların sübuta yetirilməsi üçün tərəflərin məhkəməyə dəlil təqdim etmələri zəruridir.
57. Kollegiya xüsusi olaraq onu da qeyd edir ki, iddiaçı tərəflər arasında bağlanmış alqısatqı müqaviləsi üzrə malları vermədiyi halda, mülki qanunvericilik cavabdehə bununla bağlı bir sıra hüquqlar vermişdir. Belə ki, cavabdeh bu halda iddiaçıdan malları tələb edə bilərdi (§ 26) və yaxud da iddiaçı satılmış əşyanı cavabdehə verməkdən imtina edirsə, cavabdeh alqı-satqı müqaviləsinin icrasından imtina edə bilərdi (§ 29). Bu baxımdan, cavabdehin, məhz iddiaçı iddia tələbi ilə məhkəməyə müraciət etdikdən sonra bu hala istinad etməsi ağlabatan olmamaqla, vicdanlılıq prinsipinə ziddir.
58. Qeyd edilənlərdən aydın olur ki, apellyasiya şikayətlərində göstərilən dəlillər iş materiallarında olan sübutlar və onlara əsasən müəyyən edilmiş işin halları ilə ziddiyyət təşkil edir.
59. Beləliklə, apellyatorun apellyasiya şikayətində irəli sürdükləri yalnız formal mülahizələrdir, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni, əsaslı və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
60. Kollegiya həmçinin qeyd edir ki, apellyasiya şikayəti təmin edilmədiyindən tərəfin apellyasiya şikayətinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu özlərinə aid edilməlidir.
61. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.1, 392, 393-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
qət etdi:
Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-2(113)-502/2025 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın.
1 Ali Məhkəmə, İş № 2-2(102)-135/2023 (https://sc.supremecourt.gov.az/storage/Iqtisad/2023/3_135+04.04.2023.pdf) § 51 2 Ali Məhkəmə, İş № 2-2(102)-451/2023 (https://sc.supremecourt.gov.az/storage/Iqtisad/2023/3_451+18.10.2023.pdf) § 69 3 Ali Məhkəmə, İş № 2-2(102)-73/2024 (https://sc.supremecourt.gov.az/storage/Iqtisad/2024/3_73+15.03.2024.pdf) § 66 Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.