Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-1144/2021 21.10.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apelyasiya Məhkəməsinin Kommersiya Kollegiyası hakimlər Baxışova Vüsalə Ələkbər qızının sədrliyi və məruzəsi ilə, hakimlər Qurbanov Raqib Əliddin oğlu və Yusifov Cahangir Afər oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Vəliyev Elmar Valeh oğlunun katibliyi, iddiaçının nümayəndəsi X1, Cavabdeh1, cavabdeh Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Cavabdeh2 nümayəndəsi X2 iştirakı ilə, İddiaçı Sığorta şirkəti ASC-nin cavabdehlər Cavabdeh1 və Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Cavabdeh2nə qarşı artıq ödənilmiş sığorta məbləğinin geri qaytarılması barədə iddiası üzrə Bakı Kommersiya Məhkəməsinin 15.07.2021-ci il tarixli e-2-2(113)-2791/2021 nömrəli qətnaməsindən (hakim Zaur Pirverdiyev) cavabdeh Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Cavabdeh2 tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Sığorta şirkəti ASC cavabdehlər Cavabdeh1 və Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Cavabdeh2nə qarşı cavabdehlərdən müştərək qaydada baş vermiş yol nəqliyyat hadisəsi üzrə iddiaçı tərəfindən ödənilmiş sığorta ödənişinin 2892 manat məbləğində hissəsinin və işin məhkəmədə baxılması üçün 30 manat dövlət rüsumunun, ümumilikdə isə 2922,40 manat vəsaitin iddiaçının xeyrinə tutulması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, əvvəlki “Kənd Təsərrüfatı Kreditləri üzrə Dövlət Agentliyi”nə (indiki “Cavabdeh2”) məxsus “Chevrolet Niva” markalı 90AU754 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə sığorta hadisəsi nəticəsində dəymiş zərərə görə cavabdehə ödənilmiş 4000 manat sığorta məbləğinin 2892 manat hissəsi Cavabdeh2 tərəfindən əsassız olaraq alınmışdır. Sığortalanmış avtomobilə ziyan vurmaqda təqsirli olan sürücü X8 avtomobili sürücülük vəsiqəsi olmadan idarə etdiyindən “İcbari sığortalar haqqında” Qanunun tələblərinə uyğun olaraq İddiaçı sığorta ASC ona qarşı subroqasiya qaydasında vurulmuş zərərin əvəzinin ödənilməsi barədə məhkəməyə müraciət etmiş, Azərbaycan Respublikası Ali Məhkəməsinin 03.02.2020-ci il tarixli 2(102)-768/2020 saylı qərarı ilə iddia qismən təmin edilərək sığorta hadisəsi nəticəsində vurulmuş ziyanın məbləği 1108 manat məbləğində müəyyən edilmişdir. Dəymiş zərərə görə ödənilən 4000 manat məbləğində sığorta ödənişini cavabdeh Kənd Təsərrüfatı Kreditləri üzrə Dövlət Agentliyinin etibarnamə üzrə nümayəndəsi Cavabdeh1 almış və eləcə də ödənilmiş sığorta ödənişinin 2892 manat hissəsi əsassız olaraq alınmışdır. Belə ki, əgər cavabdeh Kənd Təsərrüfatı Kreditləri üzrə Dövlət Agentliyi Bakı Hərbi Məhkəməsinin 03.06.2015-ci il tarixli hökmündə qeyd edildiyi kimi avtomobilə dəymiş zərər məbləğinin 1108 manat hissəsi ilə razı deyildirsə, o zaman maraqlı tərəf kimi (mülki iddiaçı) həmin hökmü məhz ziyan məbləği hissəsində mübahisələndirə bilərdi. Bakı Kommersiya Məhkəməsinin 15.07.2021-ci il tarixli e-2-2(113)-2791/2021 nömrəli qətnaməsi ilə iddia qismən təmin edilmiş, baş vermiş yol nəqliyyat hadisəsi üzrə İddiaçı Sığorta şirkəti Açıq Səhmdar Cəmiyyəti tərəfindən ödənilmiş sığorta ödənişinin 2892 manat məbləğində hissəsi və 30,40 manat dövlət rüsumu, ümumilikdə 2922.40 manat pul məbləğinin Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Cavabdeh2ndən tutularaq İddiaçı Sığorta şirkəti Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi, iddianın Cavabdeh1 aid hissədə rədd edilməsi qət edilmişdir. Həmin qətnamədən cavabdeh Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Cavabdeh2 apelyasiya şikayəti verərək qətnamənin ləğv edilərək, iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Cavabdeh1 verilən 11 avqust 2015-ci il tarixli 1117 nömrəli etibarnamə Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Cavabdeh2 tərəfindən deyil, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti Bank Olmayan Kredit Təşkilatı tərəfindən verilmiş və 4000 manat məbləğində sığorta ödənişi iş materiallarında olan 2316 saylı 16.10.2015-ci il tarixli məxaric xəzinə orderinə əsasən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti Bank Olmayan Kredit Təşkilatının nümayəndəsi Cavabdeh1 ödənilmişdir. Cavabdeh2 Cavabdeh1 adında işçisi olmamış, Cavabdeh2 tərəfindən həmin şəxsə etibarnamə verilməmiş və məsələ ilə bağlı Cavabdeh2nə heç bir sığorta ödənişi edilməmişdir. Bildiririk ki, “X6 və Kreditləşdirilməsi” layihəsi çərçivəsində "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin regionlardakı nümayəndələrinin avtomobillə təmin edilməsi haqqında” 16 dekabr 2004-cü il tarixli Akta əsasən istifadə edilməsi üçün 7 ədəd “Chevrolet Niva” markalı avtomobil, o cümlədən “Chevrolet Niva” markalı(Mühərrik 0058852, BanX9L**********9220) ** AU *** dövlət qeydiyyat nişanlı avtomobil "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə verilmişdir. Məhkəmə işdə olan sübutları hərtərəfli və tam tədqiq etməmiş, bu da düzgün olmayan qətnamənin qəbul edilməsi ilə nəticələnmişdir. Bundan başqa, hazırkı işin hallarından görünür ki, əsassız varlanma obyektinin qaytarılmasını tələb edən iddiaçı tərəfindən qanunvericiliklə bu hüquq üçün müəyyən edilmiş müddət ötürülmüşdür. İddiaçının əsassız varlanma obyektinin qaytarılmasını tələb etmək hüququ 2 (iki) ildən çox müddət keçdiyinə görə qüvvədən düşmüşdür. Cavabdeh Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Cavabdeh2 nümayəndəsi X7 məhkəmə iclasında apelyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etmişdir. İddiaçının nümayəndəsi X4 məhkəmə iclasında apelyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etmişdir. Məhkəmə izahatları dinləyərək, apelyasiya şikayətinin dəlillərini və işin materiallarını araşdıraraq hesab edir ki, apelyasiya şikayəti qismən təmin edilməli, Bakı Kommersiya Məhkəməsinin 15.07.2021-ci il tarixli e-2-2(113)-2791/2021 nömrəli qətnaməsi qismən- Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Cavabdeh2nə aid hissədə ləğv edilməli, həmin hissədə yeni qətnamə qəbul edilməli, iddia Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Cavabdeh2nə aid hissədə də rədd edilməlidir. İşdəki 12 oktyabr 2015-ci il tarixli 020882 nömrəli sığorta aktından görünür ki, mülki məsuliyyəti icbari sığorta qaydasında iddiaçı tərəfindən sığortalanmış X5 törətdiyi yol nəqliyyat hadisəsi nəticəsində cavabdeh Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Cavabdeh2nə məxsus “Chevrolet Niva” markalı, ** AU *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərlə bağlı sığorta şirkəti tərəfindən həyata keçirilmiş qiymətləndirmə hesabatı əsasında 4000 manat sığorta ödənişi ödənilməsi qərara alınmışdır. İş materiallarındakı 10.08.2015-ci il tarixli etibarnamədən və 16.10.2015-ci il tarixli 2316 saylı məxaric xəzinə orderindən görünür ki, iddiaçı cavabdeh Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Cavabdeh2nə məxsus “Chevrolet Niva” markalı, ** AU *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərlə bağlı 4000 manat pulu BOKT "xxxx" MMC-nin verdiyi etibarnamə üzrə nümayəndəsi Cavabdeh1 qəbul etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin 03.02.2020-ci il tarixli 2(102)-768/2020 saylı qərarından görünür ki, sığortalanmış avtomobilə ziyan vurmaqda təqsirli olan sürücü X8 avtomobili sürücülük vəsiqəsi olmadan idarə etdiyindən “İcbari sığortalar haqqında” Qanunun tələblərinə uyğun olaraq İddiaçı sığorta ASC ona qarşı subroqasiya qaydasında vurulmuş zərərin əvəzinin ödənilməsi barədə iddia tələbi ilə məhkəməyə müraciət etmiş, həmin iş üzrə məhkəmə tərəfindən Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Cavabdeh2nə məxsus “Chevrolet Niva” markalı, ** AU *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərər 1108 manat məbləğində müəyyən edilərək iddia qismən təmin edilmişdir. Məhkəmələr bu nəticəyə gələrkən Bakı Hərbi Məhkəməsinin 03.06.2015-ci il tarixli hökmünə istinad etmişlər. İşə apelyasiya qaydasında baxılarkən müəyyən edilmişdir ki, birinci instansiya məhkəməsi iddianın qismən təmin edilməli olduğuna dair nəticəyə gələrkən iş üzrə təqdim edilmiş sübutlara, işin faktiki hallarına düzgün hüquqi qiymət verməmişdir. İddianın hüquqi əsası kimi aşağıdakı normaya istinad edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 439.4-cü maddəsinə əsasən öhdəlikdən kənar ödənilmiş pul əsassız varlanma qaydalarına uyğun olaraq geri tələb edilə bilər. Həmin Məcəllənin 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Sığorta hadisəsi nəticəsində ziyan dəymiş “Chevrolet Niva” markalı, ** AU *** dövlət qeydiyyat nişanlı avtomobilin işdəki qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, avtomobil Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Cavabdeh2 mülkiyyətində olmuşdur. Belə olan halda iddiaçı tərəfindən dəymiş ziyana görə sığorta ödənişi Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Cavabdeh2nə ödənilməli olduğu halda "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti Bank Olmayan Kredit Təşkilatına ödənilmişdir. Sığorta məbləğinin həmin hüquqi şəxsə cavabdehin tapşırığı əsasında ödənildiyinə dair iş materiallarında hər hansı sübut yoxdur. Qeyd edildiyi kimi, iddiaçı digər hüquqi şəxsə ödədiyi pul məbləğinin cavabdeh Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Cavabdeh2ndən əsassız varlanma qaydasında tutulmasını tələb etdiyindən iddia təmin edilə bilməz. Məhkəmə kollegiyası hesab edir ki, Cavabdeh1 iddiaçıdan sığorta məbləğini öz adından deyil, nümayəndə qismində ona verilən etibarnamə əsasında "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti Bank Olmayan Kredit Təşkilatının adından qəbul etdiyindən ona qarşı iddianın rədd edildiyi hissədə məhkəmənin iş üzrə gəldiyi nəticə qanuni və əsaslıdır. Buna görə də qətnamənin həmin hissədə ləğvi üçün əsaslar müəyyən edilmir. Qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, apelyasiya şikayəti qismən təmin edilməli, Bakı Kommersiya Məhkəməsinin 15.07.2021-ci il tarixli e-2-2(113)- 2791/2021 nömrəli qətnaməsi qismən- Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Cavabdeh2nə aid hissədə ləğv edilməli, həmin hissədə yeni qətnamə qəbul edilməli, iddia Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Cavabdeh2nə aid hissədə də rədd edilməlidir. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382-385, 392, 393, 402-406-cı maddələrinin tələblərini rəhbər tutaraq, QƏT ETDİ: Cavabdeh Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Cavabdeh2 apelyasiya şikayəti qismən təmin edilsin. Bakı Kommersiya Məhkəməsinin 15.07.2021-ci il tarixli e-2-2(113)-2791/2021 nömrəli qətnaməsi qismən- Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Cavabdeh2nə aid hissədə ləğv edilsin. Həmin hissədə yeni qətnamə qəbul edilsin. İddiaçı Sığorta şirkəti ASC-nin cavabdeh Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Cavabdeh2nə qarşı 2892 manat pulun və 30 manat dövlət rüsumunun tutulmasına dair iddiası rədd edilsin. Qətnamə qəbul edildiyi andan qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2-2(103)-1144/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-1144/2021
21.10.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver